Məhkəmə qərarları › İş №2(103)-8648/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8648/2020

26.11.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8648/2020 26.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Qurbanova Humay Məmməd qıznın katibliyi ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(003)-162/2020 №-li qərardadından X8 tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: X3 cavabdeh X7 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar təsərrüfatının inkişafı və X12 Bağlar sahəsindəki 182 nömrəli kooperativi tərəfindən verilmiş xx.xx.1990-cı il tarixli 11 nömrəli orderə əsasən mərhum yoldaşı X2 Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, 15 saylı bağ sahəsinin ona təhvil verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşə məhkəmə iclasında baxılması zamanı cavabdehin nümayəndəsi və vəkili X9 iş üzrə icraatın dayandırılması barədə vəsatət ilə müraciət etmiş və vəsatətini onunla əsaslandırmışdır ki, iddiaçı X10 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “orderin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və X12 Bağlar sahəsindəki 182 nömrəli kooperativi tərəfindən X1 adına verilmiş 11 nömrəli, xx.xx.1990-cı il tarixli oderin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmin iş üzrə X8 üçüncü şəxs kimi prosesə cəlb edilmişdir. Qeyd olunan iş Bakı İnzibati Məhkəməsinin icraatındadır. Odur ki, Bakı İnzibati Məhkəməsində həmin işə baxılıb qurtarana qədər iş üzrə icraatın dayandırılmasınıməhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə cavabdehin vəsatəti təmin edilmişdir. İddiaçı, onun nümayəndəsi və vəkili həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini və ərizənin təmin edilməsini xahiş etmişdir. Tərəflər məhkəmə iclası barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq tərəflərin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası şikayəti və mülki işin materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, X3 cavabdeh X7 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar təsərrüfatının inkişafı və X12 Bağlar sahəsindəki 182 nömrəli kooperativi tərəfindən verilmiş xx.xx.1990cı il tarixli 11 nömrəli orderə əsasən mərhum yoldaşı X2 Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, 15 saylı bağ sahəsinin ona təhvil verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.İddiaçı (hazırkı iş üzrə cavabdeh) X5 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və üçüncü şəxs X6 (hazırkı iş üzrə iddiaçı) qarşı “orderin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki iş Bakı İnzibati Məhkəməsinin icraatındadır və hal-hazırda baxılmaqdadır. Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsinə görə Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət və ya inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa, iş üzrə icraat dayandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2004-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin “Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət və inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa” müddəası məhkəmə tərəfindən müvafiq növ icraat üzrə çıxarılmış qərarın, qətnamənin, hökmün, qərardadın qanuni qüvvəyə minməsini ehtiva edir. Odur ki, kollegiya şikayətin dəlillərini araşdıraraq hesab edir ki, bu dəlillər əsassız olmaqla birinci instansiya məhkəməsinin qanuni və işin hallarına uyğun olan qərardadının dəyişdirilməsi və yaxud ləğv edilməsi üçün əsas deyildir. Qeyd olunanları nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsi ilə nəzərdə tutulmuş səlahiyyətlərinə əsaslanaraq kollegiya hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 32, 263-264, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(003)-162/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Hakim: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar