Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8650/2020 24.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi ilə, İddiaçı “xxxx” ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pulun tutulması” tələbinə dair Bakı Şəhər Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(010)-3569/2020 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “HUNDAİ Sonata” markalı, **-DE-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş ziyana görə ödənilmiş 160 manat sığorta ödənişi və məhkəmə hesabına köçürülmüş 20 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC-yə verilməsi barədə qətnamə qəbul etməyinizi xahiş etmişdir. Bakı Şəhər Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə iddia ərizəsi geri qaytarılmışdır. İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti şikayət verərək qərardadın ləğv edilib, işə mahiyyəti üzrə baxılıb, yekun qərar (qətnamə) qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddia ərizəsi Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1 - 284-3cü maddələrinə müvafiq olaraq verilmiş, lakin hakim qərardadı ilə işdə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd (pretenziya) məhkəməyə təqdim edilməmişdir. Halbuki cavabdeh hüquqi şəxs deyil və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi vergilər orqanında qeydiyyatdan keçməmişdir. İşə məhkəməyə qədər pretenziya qaydasına riayət olunması qanunvericilikdə nəzərdə tutulmadığından xx.xx.2020-ci il tarixli, 2(010)-3569/2020 saylı qərardadla Cəmiyyətə geri qaytarılması tamamilə əsassızdır. Bakı Şəhər Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayət təmin olunmamış və şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflər iclasda təmsil olunmamış və bunun səbəblərini bildirməmişlər. Kollegiya işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətlərin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 150.0.7-ci maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edillir. Həmin Məcəllənin 152.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddiaçı cavabdehin hüquqi şəxs və ya sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olduğu halda pretenziya qaydasına riayət etməli olduğuna istinad etsə də, şikayətin bu dəlili hüquq normaları və (ya) işin halları ilə əsaslandırılmamışdır. Digər tərəfdən, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 76-cı maddəsi mübahisənin tərəflər arasında danışıqlar yolu ilə tənzimlənməsi mümkün olmadıqda, qanunvericilikdə nəzərdə tutulmuş qaydada səlahiyyətli orqanlar tərəfindən, o cümlədən məhkəmə qaydasında həll ediləcəyini birbaşa nəzərdə tutsa da, iddiaçı hazırkı mübahisə üzrə pretenziya qaydasının qanunvericiliklə müəyyən edilmədiyini bildirmişdir, bu mövqe isə əsassızdır. Qeyd edilənlərə əsasən, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qanuni və əsaslı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı Şəhər Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(010)-3569/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-8650/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8650/2020
24.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver