Məhkəmə qərarları › İş №2(103)-8660/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8660/2021

08.09.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8660/2021 08.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, İddiaçı, Cavabdeh1, onun nümayəndəsi Nümayəndə və digər nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1131/2021 saylı iş üzrə 04 iyun 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və X2 qarşı pul tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və X1 müştərək qaydada 24000 manat məbləğində pulun,10000 manat mənəvi ziyanın və 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1131/2021 saylı iş üzrə 04 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh1 İddiaçı xeyrinə 24000 (iyirmi dörd min) manat məbləğində pulun və ödənilmiş dövlət rüsumu 30 (otuz) manat məbləğində pul vəsaitinin tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək qətnaməsinin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı iddiada imtina haqqında ərizəni məhkəməyə təqdim edərək, hazırda cavabdehlə barışdığı üçün, məhkəmə kollegiyasından iddiadan imtinanın qəbul edilməsini və iş üzrə icraata xitam verilməsinə dair qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1, onun nümayəndəsi Nümayəndə və digər nümayəndəsi və vəkili Vəkil2 iddiaçı ilə barışdığını və məhkəmə kollegiyasından iddiadan imtinanın qəbul edilməsini və iş üzrə icraata xitam verilməsinə dair qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyası izahatları diləyib, iş materiallarını və iddiadan imtina barədə iddiaçının ərizəsinin araşdıraraq hesab edir ki, İddiaçı iddiadan imtinası qəbul edilməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1131/2021 saylı iş üzrə 04 iyun 2021ci il tarixli qətnaməsi ləğv edilməklə mülki iş üzrə icraata xitam verilməlidir. İş materiallarına əlavə edilmiş 08.09.2021 tarixli iddiadan imtina ərizəsindən görünür ki, İddiaçı Cavabdeh1 ilə barışdığını, ona görə də iddiadan imtinasının qəbul edilməsini və mülki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 391-ci maddəsinə əsasən bu Məcəllənin 19-20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddiadan imtina etməsi qanuna zidd deyil və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, İddiaçı iddiadan imtinası qəbul edilməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1131/2021 saylı iş üzrə 04 iyun 2021-ci il tarixli qətnaməsi ləğv edilməklə mülki iş üzrə icraata xitam verilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261, 391, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı iddia tələbindən imtinası qəbul edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1131/2021 saylı iş üzrə 04 iyun 2021-ci il tarixli qətnaməsi ləğv edilməklə mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki işlər üzrə məhkəmə kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Azad İmanov Hakimlər Qürbət Əsgərov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar