Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-868/2025 11.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul və maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “pul və maddi ziyanın ödənilməsi” tələbi) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil3, Cavabdeh2 və onun nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, Binəqədi Rayon Məhkəməsinin 2(001)-3408/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul və maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, o, Cavabdeh1 mülkiyyətində olan 2012-ci il buraxılışlı, “Kia Optima” minik markalı, **-KE-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh2 22500 manat ödəməklə əldə etmişdir. Həmin avtomobil ona zədəsiz, rənglənməmiş, heç bir texniki problemi olmaması və bütün sənədlərinin tam qaydasında olması adı ilə satıldığı halda, o, avtomobili X1 adına verilmiş etibarnamədən istifadə etməklə öz adına sənədləşdirmək üçün X16 İdarəsinin qeydiyyat İmtahan şöbəsinə müraciət etdikdə ona məlum olmuşdur ki, aldığı avtomobilin ban nömrəsi olan hissədə qaynaq işləri aparılmışdır. Bu səbəbdən də, o, avtomobili öz adına sənədləşdirə bilməmişdir. Həmin vaxt ona BDYPİ-nin Qİİ-nin rəis müavini Afəddin Leysanovun adına ərizə yazdırılmış və bu məsələnin araşdırılmasına başlanılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, mühərrik nömrəsinin həkk edilməsi nəzərdə tutulan hissəsində mühərrik nömrəsinin hərf və ya rəqəm göstəriciləri yoxdur, onda qaynaq işləri aparılmışdır, bu hallar BDYPİ-yə bildirilməmiş və sənədləşdirilməmişdir. Bu isə avtomobilin bütün göstəricilərini şübhə altına alır ki, avtomobilin istehsal ilinin də yanlış olması əsasına gəlinir. Həmçinin cavabdeh ona avtomobilin mühərrik həcminin 2.0 olduğunu desə də, faktiki olaraq 2.4 olduğu üzə çıxmışdır. Cavabdehin avtomobil satış elanı saytı olan “turbo.az” saytında eyni şəkillə avtomobili 2 fərqli məlumatlarla satışa qoyduğunu öyrəndikdə onun özünü bu kimi nöqsanlardan xəbərsiz göstərməyə çalışmasının yalan olduğunu anlasa da, barəsində heç bir ciddi tədbir görülmədiyindən məhkəməyə müraciət edərək, pulunu tələb etmək məcburiyyətində qalmışdır. Bundan sonra o, cavabdehə onu aldatması və qüsurlu avtomobil satması ilə bağlı müraciət edərək pulunu qaytarmasını tələb etsə də, o, xəbəri olmadığını, polisə şikayət etməsini məsləhət görərək pulunu qaytarmaqdan imtina etmişdir. Onun polisə etdiyi şikayətlərin də heç bir nəticəsi yoxdur. Artıq hadisədən uzun bir müddət keçməsinə baxmayaraq, nə pulunu qaytarmış, nə də dəymiş ziyanın ödənilməsi ilə bağlı bir addım atılmışdır. Buna görə də, o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəməyə müraciət etmə qaydasını və maddi zərərin əvəzinin alınması üçün hansı addım atmalı olduğunu bilmədiyindən vəkilə müraciət edərək ona köməklik göstərilməsini xahiş etmişdir. Həmin xidmətin göstərilməsi üçün Xidmət müqaviləsi bağlanmış və bu xidmətə görə ödəniş etməli olmuşdur ki, bu xərc də cavabdehlərdən tutulmalıdır. Bununla yanaşı o, hesab edir ki, cavabdehlərin birinin qeydiyyatı Binəqədi rayonu, digəri isə Abşeron rayonu olduğundan və onun aidiyyət seçim hüququ olduğundan, iddianı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə verməkdə haqlıdır. İddiaçı iddia ərizəsini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 386.1, 567, 568.1, 568.2, 587.1, 587.2, 606.1, 646.1, 648.1, 648.2, 649, 1096 və 1097.1ci maddələri ilə əsaslandıraraq, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 22500 manatın, vurulmuş 1000 manat maddi zərərin, vəkilə ödənilmiş 320 manat və 157 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. Binəqədi Rayon Məhkəməsinin 2(001)-3408/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi (hakim Pərviz Məmmədov) ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul və maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməmiş, iş üzrə məhkəmə xərcləri iddiaçıya aid edilmişdir. Apellyasiya şikayəti və onun dəlilləri:
3. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qeyd etmişdir ki, məhkəmə iddia tələbinin təmin edilməməsinə dair ümumi olaraq qənaətini belə ifadə etmişdir ki, iddiaçı və cavabdehlər arasında avtomobilin alqı-satqısı ilə bağlı müqavilə bağlanmış, iddiaçı avtomobilə baxış keçirərək bəyənmiş, dəyərini ödəməklə əldə etmiş, cavabdeh avtomobilə dair iddiaçıya etibarnamə vermiş və avtomobili onun faktiki sahibliyinə/istifadəsinə vermişdir, beləliklə, iddiaçı ödədiyi pulun müqabilində avtomobil əldə etmişdir. Ona görə də ona heç bir maddi ziyan dəyməmişdir.
4. Məhkəmə yanlış olaraq o nəticəyə gəlmişdir ki, tərəflər arasında avtomobilə dair alqı-satqı müqaviləsi bağlanmışdır. İşin həqiqi hüquqi halı budur ki, tərəflər avtomobilin alqı-satqısı barədə razılığa gəlmişlər, cavabdehlər avtomobilə dair etibarnamə və avtomobili iddiaçının faktiki sahibliyinə və istifadəsinə vermişdir. İddiaçı avtomobilin razılaşdırılmış dəyərini tam olaraq cavabdehlərə vermiş, avtomobili öz adına mülkiyyət hüququ ilə dövlət qeydiyyatına aldırmaq üçün müvafiq icra hakimiyyəti orqanına – DİN BDYPİ-ə müraciət etdikdə, avtomobilin mühərrik və ban nömrələrində uyğunsuzluq olduğuna görə, qeydiyyat orqanı rəsmiləşdirməni aparmaqdan imtina etmiş, beləliklə, alqı-satqı baş tutmamış, iddiaçı avtomobili öz mülkiyyətinə keçirə bilməmişdir. Məhkəmə iddia tələbinin faktiki və hüquqi əsaslarını diqqətə almadan, iddia tələbi üzrə iddiaçının nümyəndəsinin verdiyi izahatı və iş materialarını nəzərə almayaraq və qiymətləndirməyərək, yanlış və əsassız nəticəyə gəlmişdir.
5. "Kia Optima” minik markalı, **-KE-*** dövlət qeydiyyat nişanlı, 2012 ci il buraxılışlı avtomobilin ban nömrəsinə müdaxilə olunmaqla ban nömrəsi ətrafında qaynaq işləri aparılmışdır. Avtomobildə ban və va şassi nömrəsi stasionar olmaqla vurulur ki, bu da digər izlənilən detalların eyniləşdirilməsində, həmçinin qaçırılmış və ya oğurlanmış avtomobillərin aşkar edilməsində əsas rol oynayır. Odur ki, bu hal nəzərə alınmalıdır.
6. Rayon məhkəməsi qətnaməsində mübahisəyə hansı maddi hüquq normasının tətbiq edilməli olduğuna dair konkret mövqeyini göstərməsə də Mülki Məcəllənin 21-ci, 567, 568, 581, 587, 588, 589, 1096, 1097 ci maddələrini, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasın Qanunun 30-cu maddəsini, İXM-in 339.1-1-ci maddəsini və s normativ aktların məzmununu sadalamışdır. Məhkəmə sadalanan hüquq normalarından hansının iddianın rədd edilməsi əsası kimi tətbiq edildiyini konkret müəyyənləşdirməmişdir. Eyni zamanda, iddianı rədd edən məhkəmənin mövqeyindən belə anlaşılır ki, Məhkəmə iddiaçı və cavabdeh arasında avtomobilin alqı-satqısına dair müqavilə bağlandığını, iddiaçının avtomobilin dəyərini ödəyərək onu satın aldığını, avtomobilin alqı-satqısı ərəfəsində iddiaçının avtomobilə baxış keçirdiyini və bəyəndiyini qeyd edərək, hesab etmişdir ki, tərəflər arasında avtomobilin alqı-satqısına dair müqavilə bağlandığından və iddiaçı ona təqdim olunan avtomobili bəyənib dəyərini ödədiyindən, ödədiyi pulun geri tələb edilməsinə dair hazırki iddiası təmin edilməməlidir. Beləliklə, Məhkəmə tərəflər arasında alqı-satqı müqaviləsinə dair münasibətlərin yarandığı qənaətinə gəlmişdir. Hesab edir ki, Məhkəmə tərəflər arasında avtomobilin alqı satqısına dair müqavilə bağlandığı münasibətinə gəlmişdirsə, o zaman mübahisə üzrə seçilməli və tətbiq edilməli olan maddi hüququ yanlış təfsir etmiş və tətbiq edilməli olan maddi normanı tətbiq etməmişdir. Mülki Məcəllənin 139.2-ci maddəsinə əsasən, daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. MM 581.1-ci maddəsi: Satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. 581.2. Alğı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur. MM 587.2-ci maddəsi: Əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: 587.2.1-ci maddəsi: alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; 587.2.2. lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. MM-in 588.2-ci maddəsinə əsasən, satıcı keyfiyyət qarantiyası verdiyi əşyanın qüsurları üçün o halda cavabdehdir ki, əşyanın qüsurlarının əşya alıcıya verildikdən sonra alıcı tərəfindən ondan istifadə və ya onun saxlanması qaydalarının pozulması və ya üçüncü şəxslərin hərəkətləri nəticəsində və ya qarşısıalınmaz qüvvənin təsiri ilə əmələ gəldiyini sübuta yetirməsin. MM-in 650-ci maddəsinə əsasən, rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alğısatqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Hesab edir ki, hazırki mübahisənin faktiki əsaslarından çıxış edərək, seçilməli və tətbiq edilməli olan maddi hüquq normaları ilk növbədə yuxarıdakılardır. Məhkəmə işin hallarını və tərəflər arasındakı münasibəti düzgün müəyyən etməmişdir.
7. Qeyd edilənlərə əsasən, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:
8. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayətini müdafiə edərək onun dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
9. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 və onun nümayəndəsi və vəkili Vəkil2 ayrılıqda apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi, həmçinin Cavabdeh2 maşının indi vurulmuş vəziyyətdə olduğunu, 7-8 ay sürüldüyünü bildirmiş, maşını qaytarmağa razı olmadığını bildirmişdir.
10. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, Cavabdeh1 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir.
11. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi:
12. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X16 İdarəsinin 12 iyun 2024cü il tarixli məktubuna əlavə edilmiş avtomobillərin qeydiyyat hərəkətləri barədə məlumatların kompüter çıxarışından görünür ki, “Kia Optima” minik markalı, **-KE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2023-cü il tarixdən alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 mülkiyyətindədir.
13. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X16 İdarəsinin 12 iyun 2024cü il tarixli məktubuna əlavə edilmiş avtomobillərin qeydiyyat hərəkətləri barədə məlumatların kompüter çıxarışından görünür ki, “Kia Optima” minik markalı, **-KE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi barədə sərəncam hüququ xx.xx.2024-cü il tarixdən-xx.xx.2025-ci il tarixə kimi Cavabdeh2 ötürülmüşdür (i/v 65).
14. 12 avqust 2023-cü il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsindən görünür ki, həmin tarixdə satıcı X8 ilə alıcı Cavabdeh1 Yasıf oğlu arasında nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən “Kia Optima” minik markalı, **-KE-*** dövlət qeydiyyat nişanlı, buraxılış ili 2012-ci il, mühərrik nömrəsi N-Z SİL, Ban nömrəsi KNAGN412BC284277 olan nəqliyyat vasitəsi 17000 manata Cavabdeh1 satılmışdır.
15. Abşeron rayon 1 saylı notariat ofisində təsdiqlənmiş 7E-15866 nömrə ilə reyestrdə qeydə alınmış xx.xx.2022-ci il tarixli nəqliyyat vasitəsinə sərəncam verilməsi haqqında etibarnamənin surətindən görünür ki, X5 məxsus “Kia Optima” minik markalı, **-KE-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi üzrə səlahiyyətlər xx.xx.2023-cü il tarixədək müddətə X2 etibar edilmişdir.
16. 24.09.2020-ci il tarixdə verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Kia Optima” minik markalı, **-KE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi X6r.
17. Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yolnəqliyyat hissələrinə dair işlər üzrə İstintaq və təhqiqat şöbəsinin təhqiqatçısı polis polkovnik-leytenantı X9 tərəfindən verilmiş 08 noyabr 2019-cu il tarixli rəyin surətindən görünür ki, X3 ərizəsi əsasında toplanmış material üzrə Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yolnəqliyyat hissələrinə dair işlər üzrə İstintaq və təhqiqat şöbəsinin təhqiqatçısı polis polkovnik-leytenantı X9 tərəfindən rəy verilmiş və rəyə əsasən “Kia Optima” minik markalı, **-KE-*** dövlət qeydiyyat nişanlı, G4KECH118827 mühərrik nömrəli, KNAGN412BC5284277 ban nömrəli, 2012-ci il buraxılışlı qara rəngli avtomobilin qeydiyyat şəhadətnaməsində mühərrik nömrəsinin silinmiş-nömrəsiz olması barədə müvafiq qeyd aparılması məqsədəmüvafiq hesab edilmişdir.
18. 10.11.2017-ci il tarixdə verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Kia Optima” minik markalı, **-KE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi X7r.
19. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən BDYPİ-nin Qİİ-nin rəis müavini, polis polkovnik-leytenantı cənab Afəddin Leysanova ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-13-5/2-3392/2024 nömrəli məktubun təsdiq edilmiş surətindən görünür ki, 15 fevral 2023-cü il tarixdə Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinə müraciət edilərək, ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh1 mülkiyyətində olan, ünvan 2 ünvanında qeydiyyatda olan İddiaçı etibarnamə əsasında idarə etdiyi “Kia Optima” minik markalı, **- KE-*** dövlət qeydiyyat nişanlı, sedan tipli, mühərrik silinmə-nömrəsiz, KNAGN412BC5284277 ban nömrəli, qara rəngli, 2012-ci il buraxılışlı avtomobilin ban nömrəsi ətrafında qaynaq işləri aparılması ilə bağlı araşdırma aparılması xahiş edilmişdir. Daxil olmuş material üzrə araşdırma Fəyyar İlyasova həvalə edilmiş və material üzrə tərəfindən araşdırma aparılmışdır. Araşdırma zamanı İddiaçı izahatında göstərmişdir ki, “Kia Optima” minik markalı, **-KE-*** dövlət qeydiyyat nişanlı, sedan tipli, mühərrik silinmə-nömrəsiz, KNAGN412BC5284277 ban nömrəli, qara rəngli, 2012-ci il buraxılışlı avtomobil etibarnamə əsasında özünə məxsusdur. Həmin avtomobil “turbo.az” saytında satışa çıxarılmışdır. Avtomobili satan Cavabdeh2 elanda olan nömrəsi ilə əlaqə saxlamış avtomobil barədə danışmışdır. Sonra gedib avtomobilə baxmışdır. Avtomobil onu qane etdiyi üçün razılaşıb almışdır. Avtomobilə görə qohumu X1 adına etibarnamə almışdır ki, avtomobili öz adına qeydiyyat etdirə bilsin. 12 fevral 2024-cü il tarixdə ona avtomobilə görə etibarnamə verilmişdir. Etibarnamə alandan sonra sənədləşmə aparılması üçün avtomobili BDYPİ-nə təqdim etmişdir. Orada avtomobilin texniki baxışı keçirilən zamanı avtomobilin ban nömrəsi ətrafında qaynaq işləri aprılması müəyyən edilmiş və bu səbəbdən də qeydiyyat hərəkətləri aparılmamışdır. Pərvizə bu barədə məlumat vermişdir. Pərviz avtomobildə belə bir qüsur olmasından xəbərsiz olmasını demişdir. Hazırda avtomobil duracağa qoyulmuşdur. Avtomobili alan zamanı avtomobilin belə bir qüsuru olmasını bilməmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 21 fevral 2024-cü il tarixli 24/54 nömrəli tədqiqat haqqında arayışından görünür ki, “Kia Optima” minik markalı, üzərində **-KE-*** dövlət qeydiyyat nişanları olan avtomobilin ban nömrəsi vurulması nəzərdə tutulan hissəsində həkk edilmiş ban nömrəsində olan “KNAGN412BC5284277” hərf və rəqəmlər zavod üsulu ilə vurulmuş standart hərf və rəqəmlərə xarakterikdir. Lakin avtomobilin qabaq sağ sərnişin oturacağının altında gücləndirici köndələn tirin üzərində həkk edilmiş ban nömrəsinin ətrafında qaynaq işlərinin izləri aşkar edilmişdir. Avtomobilin müəyyən hissələri qopmuş yapışqan kağız olan zavod lövhəsinin (birka) üzərində ban nömrəsini göstərən “KNAGN412BC52S4277” hərf və rəqəmlər çap üsulu ilə vurulmuş hərf və rəqəmlərə xarakterikdir. Avtomobilin qabaq ön şüşəsinin alt hissəsində lövhə üzərində ban nömrəsini göstərən “KNAGN412BC52K4277” hərf və rəqəmlər çap üsulu ilə vurulmuş hərf və rəqəmlərə xarakterikdir. Avtomobilin mühərrik nömrəsi həkk edilməsi nəzərdə tutulan hissədə mühərrik nömrəsinin hərf və ya rəqəm göstəriciləri aşkar edilməmişdir, yoxdur. Araşdırma zamanı müəyyən edilmişdir ki, “Kia Optima” minik markalı, **-KE-*** dövlət qeydiyyat nişanlı, sedan tipli, mühərrik silinmə-nömrəsiz, KNAGN412BC5284277 ban nömrəli, qara rəngli, 2012-ci il buraxılışlı avtomobilin ban nömrəsinə müdaxilə edilməklə avtomobilin ban nömrəsi ətrafında qaynaq işləri aparılmışdır. Avtomobilin ban nömrəsi ətrafında qaynaq işləri aparılması zərurəti əvvəlcədən BDYPİ-nə bildirilməmiş və bu fakt sənədləşdirilməmişdir. Qəbul edilmiş standartlara əsasən avtomobilin növündən asılı olaraq ban və şassi nömrələri üzrə göstəricilər 17 simvol olmaqla hərf və ya rəqəm əsasında müəyyən edilir. Hansı ki, həmin 17 simvolun içərisində avtomobilin istehsalçı ölkəsi, avtomobilin istehsal edildiyi zavod, istehsal ili, mühərrikin variantı, avtomobilin növü, sükan çarxının yeri, ötürücünün növü barədə və istehsal üzrə digər məlumatlar hərf və ya rəqəm şəklində stasionar olaraq avtomobilin banı və ya şassisi üzərinə zavod üsulu ilə həkk edilməklə yerləşdirilir. Bu qəbul olunmuş 17 simvol üzrə göstəricilər və ya həmin göstəricilərdən hər hansı biri yerində olmadığı və ya dəyişdirildiyi halda qəbul olunmuş standartlar üzrə göstərici norması pozulmuş olur ki, bu halda avtomobilin əsas stasionar göstəricisi üzrə qeydi, yəni ban və ya şassi nömrəsi üzrə göstəricilər qüsurlu olur. Hansı ki, qeyd edilən 17 göstərici üzrə zavod göstəricisindən fərqli bir simvol daxil edilməsi, həmçinin ban nömrəsinin kəsilib qaynaq edilməsi (banın dəyişdirilməsi ehtimalı) həmin avtomobildə hər hansı bir qurğu və ya avadanlıq üzrə göstəricinin, həmçinin istehsal ilinin fərqli olmasına dəlalət edir. Araşdırma zamanı avtomobilin gövdəsi və avtomobilə quraşdırılmış ehtiyyat hissələrinin cinayət yolu ilə əldə olunmasına dəlalət edən har hansı bir fakt müəyyən edilməmişdir. Nəqliyyat vasitəsinin qeydiyyata alınması, qeydiyyatdan çıxarılması və təkrar qeydiyyat işlərinin aparılması Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X15 İdarəsinin səlahiyyətinə daxildir. Göründüyü kimi “Kia Optima” minik markalı, **-KE-*** dövlət qeydiyyat nişanlı, 2012-ci il buraxılışlı avtomobilin ban nömrəsinə müdaxilə olunmaqla ban nömrəsi ətrafında qaynaq işləri aparılmışdır. Avtomobildə ban və va şassi nömrəsi stasionar olmaqla vurulur ki, bu da digər izlənilən detalların eyniləşdirilməsində, həmçinin qaçırılmış və ya oğurlanmış avtomobillərin aşkar edilməsində əsas rol oynayır. Odur ki, bu hal nəzərə alınmalıdır.
20. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X16 İdarəsi tərəfindən DİN Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yolnəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinin rəisi, polis polkovniki cənab Vüqar Əhmədova ünvanlanmış xx.xx.2024-cü il tarixli 16-/2-26107/2024 nömrəli məktubun təsdiq edilmiş surətindən görünür ki, “Kia Optima” markalı, **-KE-*** dövlət qeydiyyat nişanlı avtomobilin texniki müayinədən keçirilərkən ban nömrəsi ətrafında qaynaq işləri aparılması barədə DİN Baş X15 İdarəsinin Qeydiyyat-İmtahan İdarəsinin rəis müavini A.Leysanovun raportu aidiyyəti üzrə göndərilmiş və bildirilmişdir ki, həmin avtomobilə müvafiq akt tərtib olunaraq BDYPİ “Siqnal” İLİİ-nin mühafizə olunan duracağında saxlanılması üçün verilməmişdir.
21. Qeydiyyat İmtahan İdarəsinin baş inspektoru, polis mayoru Mətin Abdulayev tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X16 İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı cənab Pərvin Səfərəliyeva ünvanlanmış raportun təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə nömrə nişanı: **-KE-***, şəhadətnamə: BD424250, markası: “Kia Optima” minik, b/ili: 2012, rəngi: qara, mühərrik: N-Z SİL, ban: KNAGN412BC5284277, sahibi: Cavabdeh1, sahibinin qeydiyyat ünvanı: ünvan 3at vasitəsi qeydiyyat işlərin aparılması məqsədilə DİN-in Baş X15 İdarəsinin Qeydiyyatimtahan İdarəsinə müraciət etmişdir. Avtomobil texniki müayinədən keçirilərkən ban nömrəsi ətrafında qaynaq işləri aparılması tərəflərindən aşkarlanmışdır. Göstərilənlər barədə avtomobilə müvafiq akt tərtib olunaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X16 İdarəsinin “Siqnal” İLİİin mühafizə olunan duracağına saxlanılması üçün təhvil verilməmişdir.
22. Bakı şəhəri 43 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş və 7E-2540 nömrə ilə reyestrdə qeydə alınmış xx.xx.2024-cü il tarixli nəqliyyat vasitəsinə sərəncam verilməsi haqqında etibarnamənin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh1 məxsus “Kia Optima” minik markalı, **-KE-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi üzrə səlahiyyətlər xx.xx.2025-ci il tarixədək X4 etibar edilmişdir. Nəqliyyat vasitəsinin mülkiyyətçisi adından Cavabdeh2 etibarnamə əsasında hərəkət etmişdir.
23. İddiaçı tərəfindən verilmiş izahatın təsdiq edilmiş surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X16 İdarəsi tərəfindən DİN Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinin rəisi, polis polkovniki cənab Vüqar Əhmədova ünvanlanmış olduğu izahatında bildirmişdir ki, “Kia Optima” minik markalı, ** KE *** dövlət qeydiyyat nişanlı, sedan tipli, mühərrik silinmə-nömrəsiz, KNAGN412BC5284277 ban nömrəli, qara rəngli, 2012-ci il buraxılışlı avtomobil etibarnamə əsasında onun özünə məxsusdur. Həmin avtomobil “turbo.az” saytında satışa çıxarılmışdır. O, avtomobili satan Cavabdeh2 elanda olan nömrəsi ilə əlaqə saxlamış və avtomobil barədə danışmışdır. Sonra gedib avtomobilə baxmışdır. Avtomobil onu qane etdiyi üçün razılaşıb almışdır. Avtomobilə görə qohumu X1 adına etibarnamə almışdır ki, avtomobili öz adına qeydiyyat etdirə bilsin. 12 fevral 2024-cü il tarixdə avtomobilə görə etibarnamə verilmişdir. Etibarnamə aldıqdan sonra sənədləşmə aparılması üçün avtomobili BDYPİ-nə təqdim etmiş, orada avtomobilin texniki baxışı keçirilən zaman avtomobilin ban nömrəsi ətrafında qaynaq işlərinin aparılması müəyyən edilmiş və bu səbəbdən də, qeydiyyat hərəkətləri aparılmamışdır. O, Pərvizə bu barədə məlumat vermiş, Pərviz avtomobildə belə bir qüsurun olmasından xəbərsiz olduğunu bildirmişdir. Hazırda avtomobil duracağa qoyulmuşdur və o, avtomobili alan zaman belə bir qüsurun olmasını bilməmişdir.
24. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 24/54 nömrəli arayışın təsdiq edilmiş surətindən görünür ki, Azərbaycan Respublikası DİN-in Baş İstintaq və Təhqiqat idarəsinin Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və təhqiqat şöbəsinin 3-13- 5/2-3115/2024 №-li, 20 fevral 2024-cü il tarixli təliqəsilə Azərbaycan Respublikası DİN, Kriminalistik Tədqiqatlar idarəsinə “Kia Optima” minik markalı, **-KE-*** dövlət qeydiyyat nişanlı avtomobil təqdim olunmuşdur. Tədqiqat qarşısında aşağıdakı sual qoyulmuşdur:
1. Təqdim edilən “Kia Optima” minik markalı, **-KE-*** dövlət qeydiyyat nişanlı avtomobilin ban və mühərrik nömrələri hansı üsulla vurulmuşdur? “Kia Optima” minik markalı, baxış zamanı üzərində **-KE-*** dövlət qeydiyyat nişanları olan avtomobilə baxış Bakı şəhərində keçirilmişdir. Avtomobilə baxış zamanı müəyyən edilmişdir ki, o qara boya ilə rənglənmişdir. (Bax: Fotocədvəl-1, Foto-1). Trasoloji tədqiqat qarşısında qoyulan suallara cavab vermək üçün avtomobilin ban nömrəsi vurulması nəzərdə tutulan hissəsinə baxış keçirilmişdir. Baxış zamanı həmin hissədə həkk edilmiş “KNAGN412BC5284277” hərf və rəqəmləri aşkar edilmişdir. Həmin hərf və rəqəmlərin səthi sumbata kağızı (təmizləyici kağız) vasitəsilə boyadan metal səthədək təmizlənmiş və 7x dəfə böyüdücü linzanın vasitəsilə müayinə edilmişdir. Müayinə zamanı müəyyən edilmişdir ki, avtomobilin ban nömrəsi həkk edilməsi nəzərdə tutulan hissəsində həkk edilmiş ban nömrəsində olan “KNAGN412BC5284277” hərf və rəqəmlər yerləşməsinə, ölçülərinə, formasına, vurulma dərinliyinə, konfiqurasiyasına görə belə nəticəyə gəlmək olar ki, onlar zavod üsulu ilə vurulmuş standart hərf və rəqəmlərə xarakterikdir. (Bax: Fotocədvəl-1, Foto - 2). Lakin avtomobilin qabaq sağ sərnişin oturacağının altında gücləndirici köndələn tirinin üzərində həkk edilmiş ban nömrəsinin ətrafında qaynaq işlərinin izləri aşkar edilmişdir. (Bax: Fotocədvəl - 1, Foto-4) Avtomobilin zavod lövhəsinin (birka) vurulması nəzərdə tutulan hissəsinə baxış zamanı həmin hissədə müəyyən hissələri qopmuş yapışqan kağız üzərində birka aşkar edilmişdir. Zavod lövhəsinin üzərində olan avtomobilin texniki göstəriciləri və ban nömrəsini göstərən “KNAGN412BC5284277” hərf və rəqəmləri olan hissəsi 7x dəfə böyüdücü linzanın vasitəsilə müayinə edilmişdir. Müayinə zamanı müəyyən edilmişdir ki, zavod lövhəsinin üzərində avtomobilin ban nömrəsinin göstərən hərf və rəqəmlər çap üsulu ilə vurulmuş hərf və rəqəmlərə xarakterikdir. (Bax: Fotocədvəl – 1, Foto - 3). Sonra avtomobilin qabaq ön şüşəsinin alt hissəsinə baxış zamanı həmin hissədə lövhə üzərində ban nömrəsini göstərən “KNAGN412BC5284277” hərf və rəqəmləri aşkar edilmişdir. Həmin hərf və rəqəmlər 7x dəfə böyüdücü linzanın vasitəsilə müayinə edilmişdir. Müayinə zamanı müəyyən edilmişdir ki, həmin hərf və rəqəmlər çap üsulu ilə vurulmuş hərf və rəqəmlərə xarakterikdir. (Bax: Fotocədvəl - 1, Foto-5). Avtomobilin mühərrik nömrəsi vurulması nəzərdə tutulan hissəsinə diaqnostik güzgü və fanar vasitəsilə baxış zamanı həmin hissədə mühərrik nömrəsinin hərf və ya rəqəm göstəriciləri aşkar edilməmiş, yoxdur. (Bax: Fotocədvəl - 1, Foto-6). Tədqiqata nəqliyyat vasitəsinin BD424250 nömrəli qeydiyyat şəhadətnaməsinin surəti təqdim edilmişdir. Qeydiyyat şəhadətnaməsinin bir üzündə qeydiyyat nişanları: **-KE-***, istehsal tarixi: 2012, qeydiyyat tarixi, avtomobil sahibi haqqında məlumatlar, şəhadətnamənin ikinci üzündə marka: Kia, model: Optima minik, tip: sedan, mühərrik: N-Z sil, ban: KNAGN412BC5284277, rəngi: qara və şəhadətnaməni verən orqan haqqında məlumatlar vardır. “Kia Optima” minik markalı, üzərində **-KE-*** dövlət qeydiyyat nişanları olan avtomobilə baxış gündüz vaxtı, təbii işıqda aparılmışdır. Beləliklə aparılmış tədqiqata əsasən belə nəticəyə gəlmək olar ki, “Kia Optima” minik markalı, üzərində **-KE-*** dövlət qeydiyyat nişanları olan avtomobilin ban nömrəsi vurulması nəzərdə tutulan hissəsində həkk edilmiş ban nömrəsində olan “KNAGN412BC5284277” hərf və rəqəmlər zavod üsulu ilə vurulmuş standart hərf və rəqəmlərə xarakterikdir. Lakin avtomobilin qabaq sağ sərnişin oturacağının altında gücləndirici köndələn tirinin üzərində həkk edilmiş ban nömrəsinin ətrafında qaynaq işlərinin izləri aşkar edilmişdir. Avtomobilin müəyyən hissələri qopmuş yapışqan kağız olan zavod lövhəsinin (birka) üzərində ban nömrəsini göstərən “KNAGN412BC5284277” hərf və rəqəmlər çap üsulu ilə vurulmuş hərf və rəqəmlərə xarakterikdir. Avtomobilin qabaq ön şüşəsinin alt hissəsində lövhə üzərində ban nömrəsini göstərən “KNAGN412BC5284277” hərf və rəqəmlər çap üsulu ilə vurulmuş hərf və rəqəmlərə xarakterikdir. Avtomobilin mühərrik nömrəsi həkk edilməsi nəzərdə tutulan hissədə mühərrik nömrəsinin hərf və ya rəqəm göstəriciləri aşkar edilməmişdir, yoxdur.
25. Azərbaycan Respublikası "xxxx" MMC qiymətləndirmə şirkəti tərəfindən verilmiş 01 avqust 2024-cü il tarixli, 12 saylı arayışdan görünür ki, 2012-ci il buraxılışlı “Kia Optima” markalı avtomobilin 2023-cü ilin dekabr ayından 2024-cü ilin fevral ayı tarixlərinə olan bazar dəyərinə dair müvafiq rəyin verilməsinə dair yazılı sorğu əsasında mütəxəssisləri (qiymətləndiriciləri) tərəfindən qiymətləndirilmiş və əldə edilmiş rəsmi və qeyri-rəsmi məlumatlara görə müəyyən edilmişdir ki, 2012-ci il buraxılışlı “Kia Optima” markalı avtomobilin xx.xx.2024-cü il tarixə olan bazar dəyəri texniki və digər göstəricilərdən asılı olaraq 19000-21000 manat arası təşkil edir.
26. Cavabdeh2 polisə verdiyi izahatında avtomobil alveri ilə məşğul olduğunu, həmin avtomobili xx.xx.2024-cü il tarixdə 17.000 manata Cəlilabad rayonundan İlqar adlı şəxdən aldığını, sonra avtomobili yığdırmaq məqsədilə ustaya apardıqda onun mühərrikinin gücünün 2400 yox 2000 kubmetr olduğunu bilmiş, belə olduqda avtomobilin mühərrikini və salonunu yığdırdığını, buna 3300 manat pul xərclədiyini, bundan sonra isə turbo.az saytında avtomobilin satışı barədə elan verib, onu xx.xx.2024-cü ildə İddiaçı 22.500 manata satdığını bildirmişdir (i/v 160-161).
27. İddiaçının polisə verdiyi izahatında qeyd etmişdir ki, xx.xx.2024-cü ildə avtomobili təhvil aldıqdan 15 dəqiqə sonra texniki pasportunda mühərrikinin gücünün 2400 olmasını kənar müdaxilə ilə mühərrikinin gücünün 2000 olaraq yazılmasını gördüyünü, maşını qaytarmaq istədiyini Cavabdeh2 bildirmiş, o da bunun mümkün olmadığını bildirmiş, aldığı pulu borc əvəzi verdiyini bildirmişdir. O, polisə gedib bunu bildirdikdə texniki pasport və avtomobil ondan alınıb, araşdırma aparılmağa başlanmışdır (i/v 158-159).
28. Cavabdeh2 rayon məhkəməsində izahatından müəyyən olunur ki, o, mühərrikin gücünün 2400 yox 2000 olmasını bilsə də, bunu iddiaçıya deməmişdir (i/v 150). Tətbiq edilən maddi hüquq normaları:
29. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
30. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
31. 139.2. Daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır.
32. 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır.
33. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
34. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
35. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
36. 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
37. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
38. Maddə 647. Alğı-satqı müqaviləsinin notariat qaydasında təsdiqlənməsi və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması xərclərini alıcı çəkir.
39. 648.1. Daşınmaz əşyaların alğı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir.
40. 648.2. Satılmış əşya ilə bağlı risklər, xərclər və faydalar şübhə halında alıcıya yalnız daşınmaz əmlakın dövlət reyestrinə daxil edildiyi andan keçir. Əgər tərəflərdən biri qeydiyyatın gecikdirilməsində təqsirlidirsə, o, bununla əlaqədar əmələ gəlmiş zərərin əvəzini digər tərəfə ödəməlidir.
41. Maddə 650. Rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alğı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir.
42. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
43. 581.1. Satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur.
44. 581.2. Alğı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur.
45. 581.3. Əşyanı nümunəyə və (və ya) təsvirə əsasən satarkən, satıcı alıcıya nümunəyə və (və ya) təsvirə uyğun gələn əşya verməyə borcludur.
46. 581.4. Satılan əşyanın keyfiyyəti barəsində məcburi tələblər olduqda, sahibkarlıq fəaliyyəti ilə məşğul olan satıcı alıcıya həmin məcburi tələblərə uyğun gələn əşya verməyə borcludur. Tərəflər arasında razılaşmaya əsasən satıcı keyfiyyət üçün müəyyənləşdirilmiş məcburi tələblərə nisbətən daha yüksək tələblərə uyğun gələn əşya verə bilər.
47. 587.1. Əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə aşağıdakıları tələb etsin:
48. 587.1.1. alış qiymətinin mütənasib azaldılması;
49. 587.1.2. əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması;
50. 587.1.3. əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsi.
51. 587.2. Əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə:
52. 587.2.1. alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin;
53. 587.2.2. lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin.
54. 587.3. Bu Məcəllənin 587.1 və 587.2-ci maddələrində göstərilmiş qüsurların aradan qaldırılması və ya əşyanın əvəz edilməsi tələbini alıcı, əgər əşyanın xarakterindən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, irəli sürə bilər.
55. 587.4. Komplektə daxil olan əşya hissələri lazımi keyfiyyətli olmadıqda alıcı əşyanın həmin hissəsi barədə bu Məcəllənin 587.1 və 587.2-ci maddələrində nəzərdə tutulan hüquqları həyata keçirə bilər.
56. 587.5. Əgər alıcı əşyanın qüsurları ilə əlaqədar alğı-satqı müqaviləsinin ləğvini və ya alınmış əşyanın müqaviləyə uyğun əşya ilə əvəz edilməsini tələb edərsə, o, qüsurlu əşyanı satıcıya onun hesabına qaytarmağa borcludur. Bu zaman tərəflərin müqavilə üzrə əldə etdiklərinin geri qaytarılması bu Məcəllənin 157-ci maddəsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir.
57. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarı.
58. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 02/2022 nömrəli, 14 iyun 2022-ci il tarixli qərardadı Tətbiq edilən prosessual hüquq normaları:
59. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər. Maddə 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 385.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi. 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi. 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
60. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır.
61. Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının apellyasiya şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
62. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, mülki iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin olunmaqla qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməlidir.
63. Məhkəmə kollegiyası qeyd edir ki, istənilən mülki mübahisənin düzgün həlli iddia tələbinin qanuni əsasının düzgün müəyyən edilməsindən bilavasitə asılıdır.
64. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda iddia tələbinin qanuni əsası kimi MM-in 337.1, 337.5-ci maddəsi və MM-in 587.1-ci maddəsi nəzərdən keçirilə bilər. Məhkəmə kollegiyasının qənaətinə görə hazırkı işin halları baxımından ilkin olaraq tərəflər arasında etibarlı əqdin olub-olmaması yoxlanılmalı, yalnız həmin əqdin etibarlı olması halında istinad olunan digər maddi hüquq normasının tətbiqi araşdırılmalıdır.
65. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı işin halları ilə iddiaçı ilə Cavabdeh2 arasında avromobilin alqı-satqısı ilə bağlı danışıqların aparılması, razılığın əldə olunması, bundan sonra iddaçı tərəfindən avtomobilin dəyəri 22.500 manat pulun Cavabdeh2 verilməsi, cavabdehin isə qeyd olunan avtomobili iddiaçıya təhvil verməsi, eləcə də avtomobilə dair bütün səlahiyyətləri, o cümlədən müvafiq icra orqanında qeydə alınmasını nəzərdə tutan müvafiq etibarnamə verilməsi işin mübahisəsiz halı kimi müəyyən edilmişdir.
66. Eyni zamanda da müəyyən olunmuşdur ki, tərəflər arasında hazırkı mübahisəyə səbəb həmin avtomobilin müvafiq icra hakimiyyəti orqanında qeydiyyatı zamanı avtomobildə aradan qaldırıla bilməyən qüsurun aşkara edilməsindən sonra yaranmışdır.
67. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarında vurğulamışdır ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir.
68. Eyni hüquqi mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 02/2022 nömrəli, 14 iyun 2022-ci il tarixli qərardadında da qeyd olunmuşdur.
69. Həmin qərardadın 17-ci bəndinə görə, nəzərə alınmalıdır ki, qanunvericilikdə birbaşa nəzərdə tutulmuş hallar istisna olmaqla əqdin etibarlılığı və ya etibarsızlığı məsələləri iddia tələbindən və məhkəmədən kənarda mövcud olan hüquqi hadisələrdir. Etibarsızlıq, əqdin etibarlılıq şərtləri ilə bağlı bir anlayışdır. Yəni, əqd bağlanarkən qanunla müəyyən edilmiş etibarlılıq şərtlərinə uyğun olduqda etibarlı sayılır, uyğun olmadıqda isə etibarsız hesab edilir. Etibarlılıq şərtləri, bir müqavilənin əsaslı hüquqi nəticələr yaratmasını təmin edən tələblərdir. Qanunda bütün əqdlər üçün tələb olunan (əqdi bağlayan şəxsin anlaqlı olması, əqdin məzmununun mümkünsüz, məcburi hüquq qaydalarına zidd olmaması, əqdi əmələ gətirən iradə ifadələrinin sağlam/zədələnməmiş olması, iradə bəyanlarının uydurma və ya yalan olmaması) və müəyyən növ əqdlər üçün tələb edilən (qanunda nəzərdə tutulmuş formaya uyğun olması, gərəkli razılığın verilmiş olması və s.) etibarlılıq şərtləri nəzərdə tutulmuşdur.
70. Məhz həmin səbəblərin müxtəlifliyi etibarsızlığın aşağıdakı fərqli növlərini meydana gətirir: əhəmiyyətsiz əqdlər, mübahisə edilən əqdlər, müvafiq razılığın olmamasına görə etibarsız olan əqdlər və məhkəmə qərarı ilə etibarsız sayılan əqdlər. Əhəmiyyətsiz əqdlər forma və məzmun etibarilə məcburi hüquq qaydalarına zidd olduqları üçün hər hansı əlavə qayda və ya şərtdən, yəni müddətin keçməsindən, mübahisələndirilməsindən və ya müvafiq məhkəmə qərarından asılı olmayaraq bağlandığı andan özü-özlüyündə etibarsızdır (Mülki Məcəllə, maddə 337.3). Belə əqdlərin etibarsızlığı (əhəmiyyətsizliyi) bir qayda olaraq qanunda birbaşa nəzərdə tutulur (Mülki Məcəllə, maddə 329.1, 340.1, 340.2 və s.) (19, 20-ci bəndlər).
71. Bu baxımdan, hazırda iddiaçının tələbi avtomobilin alqı-satqısına dair tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinə- əqdə əsaslandığından, məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını yoxlamaqdır.
72. MM-in 139.1-ci maddəsinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
73. Həmin Məcəllənin 139.2-ci maddəsinə görə, daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır.
74. MM-in 144.1-ci maddəsinə görə, daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır.
75. MM-in 647-ci maddəsinə görə, alğı-satqı müqaviləsinin notariat qaydasında təsdiqlənməsi və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması xərclərini alıcı çəkir.
76. MM-in 650-ci maddəsinə görə, rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alğı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir.
77. Hazırkı halda tərəflər arasındakı alqı-satqı müqaviləsinə əsasən iddiaçıya verilən əşya rəsmi reyestrdə qeydə alınmalı daşınar əşya olduğundan, onun iddiaçının mülkiyyətinə keçməsi üçün rəsmi reyestrdə qeydə alınması gərəkdir, həmçinin alqı-satqı müqaviləsi isə notarial qaydada bağlanmalıdır.
78. Tərəflər aralarında avtomobilin alqı-satqısı barədə razılaşmış, iddiaçı avtomobilin dəyəri kimi 22.500 manat ödəmiş, lakin həmin müqaviləni qanuna uyğun rəsmiləşdirməmişlər.
79. Cavabdeh2 pulunu ödəyərək aldığı avtomobili ban nömrəsinin olmaması əsası ilə öz mülkiyyətinə keçirə bilməyən iddiaçı hazırda ödədiyi həmin məbləği və dəymiş ziyanı tələb edir.
80. Eyni zamanda müəyyən olunmuşdur ki, satılan avtomobil digər Cavabdeh1 mülkiyyətində olduğundan alqı-satqı müqaviləsi də həmin mülkiyyətçi ilə bağlana bilərdi, lakin işin mübahisəsiz halı ondan ibarətdir ki, Cavabdeh2 avtomobili mülkiyyətçi kimi öz adından satmış və əldə olunan vəsaiti də özündə saxlamışdır.
81. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X16 İdarəsinin 12 iyun 2024cü il tarixli məktubuna əlavə edilmiş avtomobillərin qeydiyyat hərəkətləri barədə məlumatların kompüter çıxarışından görünür ki, “Kia Optima” minik markalı, **-KE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi barədə sərəncam hüququ xx.xx.2024-cü il tarixdən-xx.xx.2025-ci il tarixə kimi Cavabdeh2 ötürülmüşdür (i/v 65).
82. İddiaçının avtomobil üçün Cavabdeh2 22.500 manat ödəməsi işin mübahisəsiz halıdır. Göründüyü kimi, iddiaçı və Cavabdeh2 avtomobil alqı-satqısına dair razılaşaraq, iddiaçı maşının dəyəri kimi ona 22.500 manat ödəmiş olsa da, alqı-satqı müqaviləsi qanunun tələblərinə uyğun olaraq bağlanmamış, avtomobil rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşya olsa da, iddiaçının adına reyestrdə qeydə alınmamış, sonuncu alqı-satqı müqaviləsi bağlanarkən bu hal üçün qanunda tələb olunan forma tələbinə əməl edilməmişdir. Belə olan halda, müəyyən olur ki, həmin əqd etibarsız əqddir.
83. MM-in 337.1-ci maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
84. MM-in 337.2-ci maddəsinə görə, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
85. MM-in 337.3-cü maddəsinə görə, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
86. Həmin Məcəllənin 337.4-cü maddəsinə görə, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır MM-in 337.5-ci maddəsinə görə, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
87. Kollegiya qeyd edir ki, iddiaçının avtomobilin alqı-satqısına dair əqdə əsaslanaraq zərəri tələb etməsi barədə hazırkı iddiası ilə bağlı məhkəmə icraatının vəzifəsinə uyğun olaraq iddianın əsaslandığı həmin əqdin etibarlı olub-olmaması yoxlanılmış, əqdin Məcəllənin tələblərini pozmaqla bağlandığına görə etibarsız olması müəyyən edilmiş, etibarsız əqd isə onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla heç bir hüquqi nəticə yaratmadığından, hazırkı halda MM-in 337.5-ci maddəsinin tələbləri tətbiq edilməli, yəni tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmalıdır.
88. Bununla da müəyyən olunur ki, rayon məhkəməsi hazırkı mübahisəyə baxarkən maddi hüquq normasını düzgün tətbiq etməmiş, müvafiq olaraq da düzgün olmayan qətnamə qəbul etmişdir. Tərəflər arasında bağlanmış əqdin etibarsız olduğu müəyyən olunur ki, belə olan halda iddia tələbinin ehtimal olunan digər qanuni əsasının yoxlanılmasına zərurət qalmır.
89. Məhkəmə kollegiyası Cavabdeh2 izahatındakı maşının indi vurulmuş olması, 7- 8 ay sürülməsi barədə dəlili üzrə qeyd edir ki, tərəflərin polisdə izahatlarından məlum olur ki, Cavabdeh2 avtomobili xx.xx.2024-cü ildə iddiaçıya satmış, iddiaçı avtomobili təhvil aldıqdan 15 dəqiqə sonra mühərrikin nömrəsi ilə bağlı uyğunsuzluğu görüb maşını geri qaytarmaq istədiyini bildirsə də, Cavabdeh2 bununla razılaşmamışdır. Hazırkı iddia ərizəsi ilə isə o xx.xx.2024-cü ildə məhkəməyə müraciət edilmişdir (i/v 1). Həmçinin Cavabdeh2 rayon məhkəməsində izahatında iddiaçıya maşını gətirməsini, pulunu isə 2-3 günə qaytaracağını dediyini bildirmişdir (i/v 57).
90. Məhkəmə Kollegiyası qeyd edir ki, avtomobilin vurulması və sair barədə Cavabdeh2 hər hansı sübut təqdim etməmişdir (MPM, maddə 77.1), eyni zamanda, avtomobilini təhvil aldıqdan sonra qüsuru bilən iddiaçı onu dərhal qaytarmaq istəsə də, cavabdeh razılaşmamışdır. Bundan başqa, həmin avtomobillə bağlı cavabdehin qeyd etdiyi hallar aşkar olunsa, bu, onun ayrıca müvafiq tələb irəli sürməsini istisna etmir. Odur ki, onun bu etiraz dəlilləri əsassızdır.
91. Odur ki, iddia tələbi qismən- Cavabdeh2 münasibətdə təmin edilərək, avtomobil üçün ödənilmiş 22.500 manat Cavabdeh2 alınaraq iddiaçıya verilməli, avtomobil isə Cavabdeh2 qaytarılmalı, digər Cavabdeh1 münasibətdə iddia tələbi təmin edilməməlidir. Cavabdeh1 rayon məhkəməsində və polisdə izahatında həmin avtomobili Elçin adlı şəxsdən 17.000 manata aldığını, 15-20 gün sonra isə 18.600 manata satdığını, sonra maşını satdığı adam zəng vuraraq maşını satdığından Pərviz adlı şəxsə etibarnamə verməli olduğunu bildirmiş, o da vermiş, daha sonra isə Pərviz maşını Bayrama satdığından Bayrama etibarnamə verilməli olduğunu bildirmiş, o da vermiş, hazırda Pərvizlə Bayram arasında olan maşın alqı-satqısı ilə onun heç bir əlaqəsi olmadığını, o məsələnin ona aidiyyəti olmadığını bildirmişdir.
92. Məhkəmə kollegiyası maddi ziyan kimi 1000 manat tələb hissədə isə belə qənaətə gəlir ki, həmin hissədə iddia tələbi əsaslandırılmadığından təmin edilməməlidir. Belə ki, MPM-in 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
93. İddiaçı həmçinin vəkil üçün çəkilən 320 manat xərci tələb edir.
94. MPM-in 121.1-ci maddəsinə görə, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
95. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı işin halları baxımından tələb edilən 320 manat vəkil xərci ağılabatan məbləğ olduğundan əsaslıdır və Cavabdeh2 münasibətdə iddia tələbi həmin hissədə təmin edilməlidir, Cavabdeh2 vəkil xərcinin əvəzi kimi 320 manat iddiaçının xeyrinə tutulmalıdır.
96. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
97. Məcəllənin 388-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir.
98. Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verdiyindən və nəticədə iş üzrə düzgün olmayan qənaətə gəldiyindən apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi qismən-Cavabdeh2 münasibətdə təmin edilərək, avtomobil üçün ödənilmiş 22.500 manat və 320 manat vəkil xərc Cavabdeh2 alınaraq iddiaçıya verilməli, pulun ödənilməsindən sonra avtomobil Cavabdeh2 qaytarılmalıdır, iddia tələbi qalan hissədə və Cavabdeh1 aid hissədə təmin edilməməlidir. Nəticə:
99. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi qismən- Cavabdeh2 münasibətdə təmin edilərək, avtomobil üçün ödənilmiş 22.500 manat və 320 manat vəkil xərci Cavabdeh2 alınaraq iddiaçıya verilməli, sonra avtomobil Cavabdeh2 qaytarılmalı (eyni vaxta icra), iddia tələbi qalan hissədə, eləcə də digər cavabdehə aid hissədə təmin edilməməlidir.
100. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edildiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia ərizəsi (157 manat) və apellyasiya şikayətinin (80 manat) verilməsi üçün ödənilmiş cəmi (157+80=237 manat) 237 manat Cavabdeh2 alınaraq iddiaçıya ödənilməlidir.
101. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.6, 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,
QƏT ETDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Binəqədi Rayon Məhkəməsinin 2(001)-3408/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin, iddia tələbi Cavabdeh2 aid hissədə qismən təmin edilsin. Cavabdeh2 avtomobil üçün ödənilmiş 22.500 manat və 320 manat vəkil xərci olmaqla, cəmi 22.820 manat və iddia ərizəsi və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş rüsumun əvəzi cəmi 237 (iki yüz otuz yeddi) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddiaçıya pulun ödənilməsindən sonra, avtomobil Cavabdeh2 qaytarılsın, iddia tələbi qalan və Cavabdeh1 aid hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.