Məhkəmə qərarları › İş №2(103)-8686/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8686/2021

25.08.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8686/2021 25.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X10 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Rəşad Məhəmməd oğlu Həsənovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, Cavabdeh2 vəkili və nümayəndəsi X5 iştirakı ilə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli, 2(001)-4327/2021 saylı qərardadından Cavabdeh4 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər 6 saylı Notariat ofisi, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 qarşı etibarnamənin, alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, avtomobilin mülkiyyətçiyə qaytarılması və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə müraciət etmişdir. İş materiallarından görünür ki, İddiaçı ilkin olaraq məhkəməyə iddia ərizəsi ilə müraciət edərkən cavabdeh qismində X6 qeyd etmiş və eyni zamanda iddanın təmin tədbiri barədə ərizə ilə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 05.05.2021-ci il tarixli, 2(001)-4327/2021 saylı qərardadı ilə İddiaçı iddianın təmin tədbirinin tətbiq edilməsi barədə ərizəsi təmin edilməmiş və qərardad onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən iddia ərizəsinə və iddianın təmin tədbirinin tətbiq edilməsi barədə ərizəyə avtomobilin ona məxsus olmasını və ümumiyyətlə mövcud olmasını sübut edə biləcək hər hansı sənəd əlavə edilməmiş, “AZEMİS” Məhkəmə İdarəetmə Sistemindən çıxarışdan isə görünür ki, İddiaçı adına hal-hazırda yalnız X15 minik markalı, 90VZ775 dövlət qeydiyyat nişanlı avtomobil mövcuddur. İddiaçı həmin qərardaddan şikayət verməmiş və 27.05.2021-ci il tarixdə yenidən iddanın təmin tədbiri barədə ərizə ilə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 27.05.2021-ci il tarixli, 2(001)-4327/2021 saylı qərardadı ilə “Lexus LX 570” minik markalı, 90RS188 dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuş və həmin avtomobildən istifadə cavabdehlərə və digər şəxslərə qadağan edilmişdir. Qərardad onunla əsaslandırılmışdır ki, həmin vaxt avtomobilin mülkiyyətçisi olan İddiaçı 09.04.2021-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X17 İdarəsinə ərizə ilə müraciət edərək “Lexsus” markalı, 90RS188 dövlət qeydiyyat nişanlı avtomobilin başqa şəxslərin adına qeydiyyata alınmasına icazə verilməməsini və avtomobilin ona qaytarılmasını xahiş etmişdir. Buna baxmayaraq 10.04.2021-ci il tarixdə həmin avtomobilə dair alğı-satqı müqaviləsi bağlanmış (mülkiyyətçinin əvəzinə müqaviləni etibarnamə əsasında Cavabdeh3 imzalamış) və avtomobil Cavabdeh4 mülkiyyətinə keçmişdir. Halhazırda iddiaçı həmin alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsini məhkəmədən xahiş edir. Həmin qərardaddan Cavabdeh4 şikayət vermiş və şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı 09.08.2010-cu il tarixdə Bakı şəhəri 06 saylı notariat kontorunda nəqliyyat vasitəsinə sərəncam vermək üçün etibarnamə əsasında Şəmkir rayonu Çinarlı kəndində qeydiyyatda olan Cavabdeh2 satıb, Cavabdeh2 isə 09.09.2010-cu ildə həmin etibarnamə əsasında nəqliyyat vasitəsini Şəmkir rayonu, Çinarlı kəndində qeydiyyatda olan X1. Sonradan 30.09.2012-ci ildə X4 həmin etibarnamə əsasında sözügedən nəqliyyat vasitəsini Kəlbəcər şəhəri, Ə.Bayramov küçəsi ev 39-da qeydiyyatda olan X2. X11 isə həmin etibarnamə əsasında 09.04.2021-ci ildə həmin nəqliyyat vasitəsini Kəlbəcər şəhəri, Vidadi küçəsi ev 13-də qeydiyyatda olan Cavabdeh3 etibarnamə əsasında satmışdır. Cavabdeh3 isə həmin etibarnamə əsasında 10.04.2021-ci ildə Yevlax rayon RQİ və TBŞ-in şöbəsində sözü gedən nəqliyyat vasitəsini Cavabdeh4 mülkiyyətinə keçirmiş və hal-hazırda da **-RS-*** dövlət qeyddiyat nişanlı Lexus LX570 minik markalı avtomobil Cavabdeh4 şəxsi mülkiyyətindədir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 08.06.2021-ci il tarixli, 2(001)-4327/2021 saylı qərardadı ilə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 27.05.2021-ci il tarixli, 2(001)-4327/2021 saylı qərardadı ləğv edilmiş və İddiaçı tərəfindən verilmiş iddianı təmin etmə tədbirinin tətbiq edilməsi barədə ərizə təmin edilməmişdir. İddiaçı tərəfindən həmin qərardad mübahisələndirilməmiş, lakin 22.07.2021-ci il tarixdə yenidən iddanın təmin tədbiri barədə ərizə ilə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə müraciət edilmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli, 2(001)-4327/2021 saylı qərardadı ilə ərizə qismən təmin edilərək, “Lexus LX 570” minik markalı, 90RS188 dövlət qeydiyyat nişanlı avtomobilin özgəninkiləşdirilməsi Cavabdeh4 və digər şəxslərə qadağan edilməsi qərara alınmışdır. Qərardaddan Cavabdeh4 şikayət verərək, qərardadın ləğv edilməsini, ərizənin rədd edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 02 avqust 2021-ci il tarixli qərardadı ilə cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməyərək, mülki işin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 vəkili və nümayəndəsi X8 şikayəti qəbul etməyərək, qərardadın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İddiaçı, cavabdehlər 6 saylı Notariat ofisi, Cavabdeh4, Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar məhkəməyə gəlməmiş və gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün saydı. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsini dinləyib, şikayətin dəlillərini araşdırıb, iş materiallarını tədqiq edərək hesab edir ki, iş üzrə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli, 2(001)-4327/2021 saylı qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1.1-ci maddəsinə əsasən, iddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoyula bilər. Həmin Məcəllənin 158.1.2.-ci maddəsinə əsasən müəyyən hərəkətləri etməyi cavabdehə qadağan edə bilər. Qanunun mənasından göründüyü kimi iddianı təmin tədbiri institutu çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan, qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual-hüquqi tədbirdir. Bu tədbir müvəqqəti xarakter daşıyır, işi mahiyyəti üzrə qabaqcadan həll etmir. Kollegiya hesab edir ki, mübahisəli avtomobil cavabdeh tərəfindən həqiqətən satıla, bağışlana və ya sair üsulla özgəninkiləşdirilə bilər. Buna görə də mübahisəli avtomobil cavabdeh tərəfindən özgəninkiləşdirildiyi, iddianın isə təmin edildiyi təqdirdə qətnamənin icrası həqiqətən çətinləşə və ya qeyri-mümkün ola bilər. Buna görə də iddianı təmin etmək üçün tədbirlər görülərək mübahisəli avtomobilin özgəninkiləşdirilməsi qadağan edilməlidir. Sadalanan hallar baxımından hazırkı mülki iş üzrə müvəqqəti xarakterli və işi qabaqcadan mahiyyəti üzrə həll etməyən məhkəmə aktı ilə cavabdehin mülkiyyəti üzərinə müvəqqəti məhdudiyyətin qoyulması qanunun tələbinə uyğundur, məhz iddianın təmin etmə institutunun məqsədlərinə xidmət edir və qətnamənin gələcəkdə icrasını çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönəldilmişdir. Ona görə də, birinci instansiya məhkəməsi ərizəni qismən təmin etməkdə haqlı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, ərizəni qismən təmin etməklə məhkəmə düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, şikayət əsassız olmaqla, qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə düzgün əməl olunmuşdur, ona görə də, məhkəmə qərardadı dəyişdirilmədən saxlanmalı, şikayət isə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh4 tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli, 2(001)- 4327/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar