Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8695/2021 27.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Xumar Mərdanova və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi ilə, iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “subroqasiya qaydasında pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Yasamal Rayon Məhkəməsinin 05.07.2021-ci il tarixli qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında yoxlayaraq müəyyən etdi: Həmin qərardadla qərara alınıb ki, iddiaçı tərəfindən verilmiş “iddianı təmin etmə tədbirinin tətbiq edilməsi barədə” ərizə qismən təmin olunsun, Cavabdeh1 məxsus olan “VAZ-21065” markalı, **-FK-*** dövlət qeydiyyat nişanlı avtomobilin özgəninkiləşdirilməsi qadağan edilsin, ərizənin qalan hissəsi rədd olunsun. Şikayətdə tələb olunub ki, qərardad ləğv olunsun. Şikayət təmin olunmalıdır. Belə ki, iddia ərizəsinin verilməsi öz-özlüyündə iddianı təmin etmə tədbirinin tətbiq edilməsi üçün əsas deyil. İddianı təmin etmə institunun məqsədi qətnamənin gələcəkdə icrasını təmin etməkdən ibarətdir, yəni qətnamənin icrasını çətinləşdirən və ya qeyri-mümkün edən halların qarşısını almaq məqsədilə tətbiq edilə bilər. İddiaçı sığorta hadisəsi ilə bağlı pul tələb edir, avtomobil mübahisə predmeti deyil. Əgər cavabdeh pul tutulması barədə qətnaməni könüllü icra etməsə məcburi icra tədbiri kimi avtomobilə tutma yönəldilə bilər. Ona görə də avtomobilin özgəninkiləşdirilməsinin qadağan edilməsi üçün 2 hal müəyyən olunmalıdır: 1) cavabdeh pul tutulması barədə qətnaməni könüllü icra etməyəcək; 2) avtomobil özgəninkiləşdiriləcəyi təqdirdə cavabdehin əmlak vəziyyəti o həddə pisləşəcək ki, pulun tutulması barədə qətnamənin məcburi icrası çətinləşəcək və ya qeyri-mümkün olacaq. Lakin bu hal müəyyən olunmur. Ona görə də məhkəmə Mülki- Prosessual Məcəllənin 157-ci maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, qərardad ləğv edilməli və ərizə rədd olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 366 və 368-ci maddələrinin göstərişini rəhbər tutaraq, Məhkəmə qərara aldı: Şikayət təmin edilsin. Hazırkı iş üzrə Yasamal Rayon Məhkəməsinin 05.07.2021-ci il tarixli qərardadı ləğv edilsin. İddiaçı "xxxx" ASC tərəfindən verilmiş, Cavabdeh1 məxsus olan “VAZ-21065” markalı, **-FK-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması və özgəninkiləşdirilməsinin qadağan edilməsi barədə ərizə rədd olunsun. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-8695/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8695/2021
27.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver