Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-872/2021 25.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, İkram Sabir oğlu Şirinov və Anar Vəzir oğlu Tanrıverdiyevdən ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və “xxxx” MMC-yə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(005)-2203/2020 saylı xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, Cavabdeh1 xx.xx.2019-cu il tarixli borc müqaviləsi üzrə yaranmış 34.680 (otuz dörd min altı yüz səksən) manat pulun tutularaq İddiaçı ödənilməsi, cavabdeh “xxxx” MMC-dən xx.xx.2018-ci il tarixli borc müqaviləsi üzrə yaranmış 44.200 manat; xx.xx.2018-ci il tarixli borc müqaviləsi üzrə yaranmış 33.150 manat; xx.xx.2018-ci il tarixli borc müqaviləsi üzrə yaranmış 44.200 manat; xx.xx.2018-ci il tarixli borc müqaviləsi üzrə yaranmış 33.150 manat; xx.xx.2018-ci il tarixli borc müqaviləsi üzrə yaranmış 33.150 manat; xx.xx.2018-ci il tarixli borc müqaviləsi üzrə yaranmış 33.150 manat; xx.xx.2018-ci il tarixli borc müqaviləsi üzrə yaranmış 17.000 manat olmaqla, cəmi 238.000 (iki yüz otuz səkkiz min) manat pulun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarından görünür ki, İddiaçı cavabdehlər Cavabdeh1 və “xxxx” MMC-yə qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2019-cu il tarixdə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 ümumilikdə 272.680 manat pul tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbində göstərilən 272.680 manat borcdan xx.xx.2019-cu il tarixli borc müqavilə 34.680 manat pulu Cavabdeh1 verdiyini, qalan 7 müqavilə üzrə cəmi 238.000 manat vəsaiti isə Cavabdeh1 simasında “xxxx” MMC-yə verdiyini qeyd edərək, iddia tələbində göstərilən 272.680 manat borcun cavabdehlər Cavabdeh1 və “xxxx” MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 onun qonşusu və yaxın tanışıdır. Cavabdeh1 “xxxx” MMC-nin direktoru olaraq, kommersiya və nəşriyyat fəaliyyəti ilə məşğuldur. Cavabdeh1 söhbət əsnasında ona bildirmişdir ki, işlədiyi MMC-nin fəaliyyətini genişləndirilməsi, əlavə avadanlıqların alınması və daha artıq qazanc əldə edilməsi üçün onun əlavə pul vəsaitinə ehtiyacı var. Bu məqsədlə Cavabdeh1 ondan borc pul istəmişdir. O, Cavabdeh1 vicdanlı şəxs kimi tanıdığına görə ona maddi köməklik göstərmiş, ona borc verməyə razılaşmışdır. Nəticədə xx.xx.2018-xx.xx.2019-cu il tarixə kimi onunla Cavabdeh1 direktoru olduğu “xxxx” MMC-nin arasında 7 ədəd borc müqaviləsi, Cavabdeh1 özü ilə 1 ədəd borc müqaviləsi bağlanmaqla, cavabdehlərə ümumilikdə 272.680 manat borc vermişdir. Belə ki, onunla cavabdeh “xxxx” MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli borc müqaviləsinə əsasən xx.xx.2018-ci il tarixədək qaytarmaq şərti ilə 44.200 manat; xx.xx.2018-ci il tarixli borc müqaviləsinə əsasən xx.xx.2018-ci il tarixədək qaytarmaq şərti ilə 33.150 manat; xx.xx.2018-ci il tarixli borc müqaviləsinə əsasən xx.xx.2018-ci il tarixədək qaytarmaq şərti ilə 44.200 manat; xx.xx.2018-ci il tarixli borc müqaviləsinə əsasən xx.xx.2018-ci il tarixədək qaytarmaq şərti ilə 33.150 manat; xx.xx.2018-ci il tarixli borc müqaviləsinə əsasən xx.xx.2018-ci il tarixədək qaytarmaq şərti ilə 33.150 manat; xx.xx.2018-ci il tarixli borc müqaviləsinə əsasən xx.xx.2018-ci il tarixədək qaytarmaq şərti ilə 33.150 manat; xx.xx.2018-ci il tarixli borc müqaviləsinə əsasən xx.xx.2018-ci il tarixədək qaytarmaq şərti ilə 17.000 manat olmaqla, cəmi 7 ədəd borc müqaviləsi üzrə cavabdeh “xxxx” MMC-yə 238.000 manat borc vermişdir. Həmin müqavilələrin icra müddətləri bitməsinə baxmayaraq, “xxxx” MMC-nin direktoru Cavabdeh1 borcu qaytarmamışdır. Daha sonra, Cavabdeh1 ona bildirmişdir ki, “xxxx” MMC üçün sifariş etdiyi avadanlıqlar artıq xaricdən gətirilmişdir, DGK-dən avadanlıqları təhvil alan kimi, onun bütün borclarını ödəyəcəkdir. Lakin həmin avadanlıqların gösmükdən götürüləsi üçün ona əlavə pul lazımdır. O, əvvəl verdiyi borcun qaytarılması üçün məcbur olaraq xx.xx.2019-cu il tarixdə Cavabdeh1 ilə borc müqaviləsi bağlamış və xx.xx.2019-cu il tarixədək qaytarması şərti ilə ona 34.680 manat borca vermişdir. Cavabdeh1 gömrükdən malları götürdükdən sonra, çap edilmiş kitabların dəyəri olaraq 216.000 manat vəsait Təhsil Nazirliyi tərəfindən “xxxx” MMC-nin hesabına keçirilsə də, Cavabdeh1 vədinə əməl etməmiş, ondan aldığı borcu qaytarmamışdır. Bundan sonra onun Cavabdeh1 olan inamı itmişdir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh1 borcun ödənilməsini təmin etməmişdir. Qeyd olunanları nəzərə alaraq, iddia tələblərinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi yuxarıda göstərilən qaydada təmin olunmuşdur. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2(005)-2203/2020 saylı xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 apellyasiya şikayəti verərək, mübahisəni işin faktiki hallarına uyğun, iş üzrə toplanılmış sübutlar nöqteyi-nəzərindən qiymət verməklə, maddi və prossesual hüquq normaları tətbiq etməklə qətnamənin ləğv edilməsi İddiaçı İsakovıçın iddiasının rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən hazırki iş üzrə qətnaməni qəbul edilərkən bir sıra maddi və prosessual hüquq normaları pozulmuş, işi tam, obyektiv və hərtərəfli araşdırmamış, məhkəmə iclası barədə ona məlumat verilməmiş, məhkəmə iclasında iştirakı təmin edilməmişdir. Həmçinin məhkəmə belə bir nəticəyə gələn zaman mənim İddiaçı İsakovıçə olan borc pulun ödənilibödənilməməsini araşdırmadan qətnamə qəbul etmişdir. Bu və digər əsasları gətirərək, cavabdeh apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə Cavabdeh1 kollegiyanın iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib apellyasya şikayətlə razılaşmayaraq rədd olunmasını xahiş edən iddiaçının izahatını dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İşin hallarından görünür ki, tərəflər arasında borc müqaviləsinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir. İş materiallarında olan İddiaçı ilə cavabdeh “xxxx” MMC-nin baş direktoru Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli borc müqaviləsinə əsasən xx.xx.2018-ci il tarixədək qaytarmaq şərti ilə 44.200 manat; xx.xx.2018-ci il tarixli borc müqaviləsinə əsasən xx.xx.2018-ci il tarixədək qaytarmaq şərti ilə 33.150 manat; xx.xx.2018-ci il tarixli borc müqaviləsinə əsasən xx.xx.2018-ci il tarixədək qaytarmaq şərti ilə 44.200 manat; xx.xx.2018-ci il tarixli borc müqaviləsinə əsasən xx.xx.2018-ci il tarixədək qaytarmaq şərti ilə 33.150 manat; xx.xx.2018-ci il tarixli borc müqaviləsinə əsasən xx.xx.2018-ci il tarixədək qaytarmaq şərti ilə 33.150 manat; xx.xx.2018-ci il tarixli borc müqaviləsinə əsasən xx.xx.2018-ci il tarixədək qaytarmaq şərti ilə 33.150 manat; xx.xx.2018-ci il tarixli borc müqaviləsinə əsasən xx.xx.2018-ci il tarixədək qaytarmaq şərti ilə 17.000 manat olmaqla, cəmi 7 ədəd borc müqaviləsi üzrə xx.xx.2018-xx.xx.2018-ci il tarixədək olan müddətdə İddiaçı cavabdeh “xxxx” MMC-yə ümumilikdə 238.000 manat borc vermişdir. Daha sonra, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli borc müqaviləsinə əsasən İddiaçı Cavabdeh1 xx.xx.2019-cu il tarixədək qaytarmaq şərti ilə 34.680 manat borc vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır (Mülki Məcəllənin 405.1-ci maddəsi). Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 425.1-ci maddəsini tələbinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Qeyd olunan Məcəllənin 425.2-ci maddəsinin tələbinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. İşin birinci instansiya məhkəməsi və kollegiya tərəfindən müəyyən olunmuş hallarından görünür ki, tərəflər borc müqaviləsində göstərilən şərtlərlə razılaşaraq həmin müqaviləni bağlamışlar. İddiaçı müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin cavabdehlər müqavilə üzrə öhdəlikləri yerinə yetirməmiş, aldıqları borcu müəyyən edilmiş müddətdə iddiaçıya qaytarmamışdır. Cavabdeh apellyasiya şikayətində qətnamə ilə müəyyən edilmiş 238 000 (iki yüz otuz səkkiz min) manat borc pulun 50 000 (əlli min) manatı müxtəlif vaxtlarda İddiaçı tərəfimdən ödənilməsini qeyd etsə, də bu halı təsdiq edən sübutları təqdim etməmişdir. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri Yasamal rayon Məhkəməsinin hazırkı iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas vermir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhər Yasamal rayon Məhkəməsinin hazırkı iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-872/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-872/2021
25.02.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver