Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8745/2021 28.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, Kərimli İlham Əziz oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 01 iyun 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 01 iyun 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı iddiasının qismən təmin edilməsi, Cavabdeh 2500 ABŞ dolları ödəniş günü qüvvədə olan manatla məzənnədə Azərbaycan Respublikası Manatı ilə, 1330 manat və dövlət rüsumuna görə ödənilmiş 30 manat dövlət rüsumunun 20 manatın alınaraq iddiaçıya ödənilməsi, dövlət rüsumuna görə ödənilmiş 10 manat isə iddiaçının özünə aid edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı cavabdehlər Cavabdeh və Xəzər Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3600 ABŞ dolları və 1330 manat məbləğində pul, 30 manat ödənilmiş dövlət rüsumunun, mənəvi zərərin əvəzi olaraq 5000 manat və 2000 manat pul cavabdeh Xəzər Rayon Polis İdarəsindən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xalası qızı Cavabdeh 2018-ci ilin oktyabr ayında 2500 ABŞ dolları məbləğində pulu borc olaraq vermişdir. Daha sonra 2019-cu ilin fevral ayında 1100 ABŞ dolları və 1330 manat pulu borc kimi ona vermişdir. Cavabeh Cavabdeh ona olan borcunu 2019-cu ilin may ayında qaytaracağına dair yazılı qəbz imzalasa da hal-hazıradək borcunu ödəməmişdir. Bu barədə tərəfindən polisə şikayət edilmiş. Xəzər RPİ-nin 1-ci PŞ-nın təhqiqatçısı Zaur Babayevin 17 dekabr 2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Həmçinin iddiaçı cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində mənəvi sarsıntılar keçirtmiş və hər iki cavabdehin mənəvi təhqirinə məruz qalmışdır. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Azərbaycan Respublikası MPM-in 53- cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh 3600 ABŞ dolları və 1330 manat məbləğində pul, ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinin xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmış, məhkəmə sübutlara düzgün qiymət verməmişdir. İddiaçı cavabdehə pul verdiyini bildirsə də, bunu təsdiq edən hər hansı sübutu olmamışdır. Onun təqdim etdiyi kağıza parçası sübut kimi istifadə edilə bilməz. Apellyator digər əsaslar da göstərək apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Apellyasiya baxışı zamanı cavabdeh tərəf apellyasiya şikayətinin təmin edilməsini, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı iddiaçı tərəf apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır (MPM 372.6). Kollegiya sədrlik edənin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini ayrı-ayrılıqda müzakirə edib, tərəflərin izahatını və çıxışını dinləyib, işdə olan sübutları qiymətləndirdikdən sonra hesab edir ki, aşağıdakı hüquqi əsaslara görə apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə görə: 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Birinci instansiya məhkəməsində şahid qismində ifadə vermiş X4 bildirmişdir ki, iddiaçı ilə qonşu olmaqla rəfiqədirlər. Mairə ilə o, Leylanın evində olarkən onun evinə bir qadın gəlmiş və Leyladan pul istəmişdir. Leyla 2500 ABŞ dolları sayaraq həmin qadına vermişdir. Sonradan bilmişlər ki, həmin qadın Leylanın xalası qızı olmuşdur. Birinci instansiya məhkəməsində şahid qismində ifadə vermiş X5 bildirmişdir ki, iddiaçı ilə qonşu olmaqla rəfiqədirlər. 2019-cu ilin fevral ayında Leylanın evində olarkən onun evinə bir qadın gəlmiş və Leyladan pul istəmişdir. Leyla 2500 ABŞ dolları sayaraq həmin qadına vermişdir. Sonradan bilmişlər ki, həmin qadsın Leylanın xalası qızı olmuşdur. Birinci instansiya məhkəməsində şahid qismində ifadə vermiş X6 bildirmişdir ki, o, Dilarənin əridir. Dilarə iddiaçıdan 700 manat pul almış, 700 ABŞ dolları qaytarmışdır. Sonra 1000 manat almış 2000 manat qaytarmışdır. Həmin pullar faizə verilmiş və qaytarılmışdır. Hazxırda Dilarənin iddiaçıya heç bir borcu qalmamışdır. Birinci instansiya məhkəməsində şahid qismində ifadə vermiş X1 bildirmişdir ki, o, Leylanı 38 ildir ki tanıyır. Leyla ona bildirmişdir ki, xalası qızı Dilarəyə pul lazım olduğundan ona 1500 ABŞ dolları pul versin. O, da vermişdir. O, öz pulunu geri istəyəndə isə Leyla bildirmişdir ki, Dilarə hələ pulu qaytarmamışdır. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X2 bildirmişdir ki, o, Dilarənin gəlinidir. Yeni ailə qurduğu vaxtlarda ailədə maddi çətinliklər olduğundan Dilarə Leyladan 700 ABŞ dolları pul almış, faizi ilə birlikdə qaytarmışdır. Daha sonra 1000 manat almış 2000 manat qaytarmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh tərəfindən iddiaçıdan pul alınması işin araşdırılmış halları ilə öz təsdiqini tapır. Lakin iddia tələbində qeyd edilən məbləğdə pulun tələb edilməsi ilə məhkəmə raşılaşmır. İddiaçı xeyrinə tutulmalıdır. Belə ki, iddiaçı tərəfindən dəvət edilməklə dindirilmiş şahid ifadələrində məhz onların yanında 2500 ABŞ dollarının sayılaraq iddiaçı tərəfindən hazırki iş üzrə cavabdehə verilməsi bildirilmişdir. Bu isə bilavasitə iddiaçı ilə cavabdeh arasında olan pulun alınıb verilməsi ilə bağlı məsələdə onların iştirakının olmasını və daha detallı ifadələrin verilməsini həmin ifadələrin sübut kimi qəbul edilməsini labüd edir. Eyni zamanda, cavabdeh tərəfin təqdim etdiyi şahidlər də, ifadələrində birbaşa iştirakçı olmasalar da, cavabdehin iddiaçıdan 700 və 1000 manat məbləğində pulun alındığını və həmin məbləğlərin qaytarılmasını bildirmişlər. Belə olan halda həmin hissədə də, pulların alkınması öz təsdiqini tapdığı kimi, qaytarılması hər hansı mötəbər sübutla öz təsdiqini tapmır. Beləliklə, məhkəmə hesab edir ki, həmin hissədə qismən təmin edilməli, 2500 ABŞ dolları və 1330 manat Cavabdeh alınaraq iddiaçı qaytarılmalıdır. Apellyasiya şikayətinin dəlilləri subyektiv mülahizələr üzərində qurulmaqla, təmin edilməsi üçün hüquqi əsaslar müəyyən olunmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2. maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kollegiya sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq, heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsinin olmadığını da nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməklə iş üzrə qanuni və əsaslı nəticəyə gəlmişdir, gəldiyi nəticə işin faktiki hallarına uyğundur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 01 iyun 2021-ci il tarixli qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-8745/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8745/2021
28.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver