Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8746/2020 25.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Məmmədov Məmməd Allahverdi oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Arifli Şamxal Mehdi oğlunun katibliyi, İddiaçı iştirakı ilə, buraxılmış prosessual müddətin bərpasından imtina barədə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı mənzilə dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Binəqədi rayonu, 9a mikrorayon, Mir Cəlal küçəsi, ev 3, mənzil 1 ünvanına dəymiş 600 manat dəyərində ziyan və 500 manat dəyərində mənəvi ziyanın onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(001)-561/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh dəymiş maddi zərərə görə 541 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. xx xxxxxxxx 2020-ci il tarixdə Cavabdeh məhkəməyə apellyasiya şikayəti və şikayət vermə müddətinin bərpasına dair ərizə ilə müraciət etmiş, lakin Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə onun ərizəsi təmin olunmamışdır. Hazırda Cavabdeh şikayətlə məhkəməyə müraciət edərək, məhkəmənin xx xxxxxxx 2020-ci il tarixli qərardadının ləğv olunmasını xahiş etmişdir. Cavabdeh şikayətini onunla əsaslandırmışdır ki, poçt xidməti göstərən poçtalyonun dəfələrlə onun mobil nömrəsinə zəng edərək ünvanına məktub daxil olmasını, poçtalyonun onu şəxsən tanıdığı üçün məktubu qapıya qoyması, nəticədə poçtalyonun səhlənkarlığı nəticəsində məktubun itməsi onun qətnaməni almamasını sübuta yetirir. Onun isə poçtalyon zəng etdiyi vaxt məktubda hansı sənədin olması barədə, yəni qətnamənin olması barədə heç bir məlumatı olmamışdır. Ona görə də hesab edir ki, qətnamə ona rəsmi qaydada çatdırılmamışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün mülki işlə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. İddiaçı məhkəmə kollegiyasının iclasında şikayəti qəbul etməyərək onun rədd olunmasını xahiş etdi. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini, iddiaçının izahatını dinləyərək, şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilmədən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. Birinci instansiya məhkəməsinin mövqeyinə görə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsinin tərəflərin iştirakı ilə elan edilməsi və poçtalyonun cavabdehlə əlaqə saxlayaraq məhkəmə tərəfindən onun adına məktub göndərilməsi barədə məlumat verməsi onu deməyə əsas verir ki, cavabdehin həmin qətnamədən və qətnamənin ona göndərilməsindən xəbəri olmuşdur. Cavabdeh qətnamənin surətini almadığını bildirsə də, qeyd olunanlardan sonra da qətnamənin alınması üçün məhkəməyə müraciət etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddət üzrlü səbəbdən buraxılmamış və buna görə də, həmin müddətin bərpası barədə ərizə təmin edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.1-ci maddəsinə əsasən bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Həmin Məcəllənin 135.2-ci maddəsinə görə məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Həmin Məcəllənin 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apelyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 133.1-ci il maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Məhkəmə kollegiyası iş materiallarına əsasən qeyd edir ki, cavabdehin qətnamə çıxarılması barədə məlumatı icra şöbəsindən alması və bu səbəbdən də qətnamədən vaxtında şikayət verə bilməməsi barədə bildirdikləri həqiqətə uyğun deyil. Məhkəmə iclas protokollarından və qətnamədən məlum olur ki, cavabdeh məhkəmə iclaslarında iştirak etmiş, mübahisələndirdiyi qətnamə onun iştirakı ilə elan edilmişdir. Bu səbəbdən də cavabdehin qətnamənin çıxarılmasından məlumatı olmaması mümkün deyildir. Digər tərəfdən, cavabdeh şikayətində göstərir ki, poçtalyon ona zəng etdiyi vaxt məktubda hansı sənədin olması barədə, yəni, qətnamə olması barədə heç bir məlumatı olmamışdır, yəni, qətnamə ona çatdırılmamışdır. Göründüyü kimi, poçt şöbəsinin əməkdaşının ona zəng edərək ünvanına məktub olmasını bildirməsi cavabdehin özü tərəfindən təsdiq edilir. Cavabdeh 5 il ərzində yaşamadığını qeyd etdiyi ünvanın qapısına məktub qoyması ilə bağlı təlimat versə də, sonradan məktubu götürməkdən, dolayısı ilə müvafiq qətnaməni almaqdan da yayınmışdır. Beləliklə, cavabdeh qətnamədən apelyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddəti ötürmüşdür. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: Məmməd Məmmədov Elşən Kazımov
Məhkəmə qərarları › İş №2(103)-8746/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8746/2020
25.11.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver