Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-875/2024 01.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iş üzrə (Açar sözlər: pulun tutulması) X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X5 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)- 4658/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin İstintaq şöbəsinin “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarına əsasən İddiaçı1 və İddiaçı2 ərizələri əsasında toplanmış materiallar üzrə cinayət tərkibi olmadığından cinayət işinin başlanılması rədd edilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 4.000 manat pulun alınaraq İddiaçı1, 1.300 manat pulun alınaraq İddiaçı2 qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdilər.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, onlar Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Qusar şəhərində yerləşən N saylı hərbi hissəsində müddətdən artıq xidmət edən hərbi qulluqçular kimi hərbi xidmətdə olmuşlar. 2020-ci ildə hər ikisi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən 44 günlük Vətən Müharibəsində iştirak etmişdilər. Müharibə veteranıdırlar və müharibədən sağ-salamat qayıdıb həmin hərbi hissədə hərbi qulluqlarını davam etdirmişlər. Sonradan, 2021-ci ildə N saylı hərbi hissədə hərbi qulluqçuların sayının ixtisar olması ilə əlaqədar hər ikisi hərbi xidmətdən tərxis olunmuşlar. Onlar N saylı hərbi hissədə hərbi qulluğa bərpa olunmaq istəyirdilər və bu işdə onlara kömək edə biləcək bir adam axtarırdılar. 2022-ci ildə onlar Bakı şəhərində Qusar rayon sakini olan və əvvəldən tanıdıqları Tamerlan adlı şəxs vasitəsi ilə Cavabdeh ilə tanış olmuşdular. Onlar Cavabdeh ilə söhbət etdikdən sonra o, bu məsələdə, kömək edə biləcəyini bildirmişdir. Cavabdeh onların Qusar şəhərindəki N saylı hərbi hissədə hərbi qulluğa bərpa olunmaq məsələsinin həll edilməsi üçün cəmi 10.000 manat pul lazım olacağını bildirmişdir. Onlar bununla razılaşıb 2022-ci ilin aprel ayında Bakı şəhəri, Yasamal rayonu ərazisində Vergilər Nazirliyinin yaxınlığında Cavabdeh ilə görüşüb ona İddiaçı1 6.000 manat, İddiaçı2 isə 4.000 manat pul vermişdir. Həmin pulu onlardan alan vaxt Cavabdeh onlara söz vermişdir ki, 45-50 gün ərzində onların hər ikisi Müdafiə Nazirliyinin Qusar şəhərində yerləşən N saylı hərbi hissəsinə müdətdən artıq xidmət edən hərbi qulluqçu kimi hərbi xidmətə bərpa ediləcəklər. Lakin Cavabdeh verdiyi sözünə əməl etməmiş, heç biri hərbi xidmətə bərpa edilməmişdir. Bir neçə dəfə bu məsələ ilə əlaqədar onların Cavabdeh ilə söhbətləri olmuş, lakin o, hər dəfə bir bəhanə ilə onların işini uzatmış, həll etməmişdir. Ona görə də onlar Cavabdeh verdikləri pulu ondan geri tələb etmişlər. Lakin Cavabdeh pulu da qaytarmamışdır. Bundan sonra onlar Cavabdeh Yasamal Rayon Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət etmişlər. Şikayət Yasamal Rayon Polis İdarəsində təhqiqatçı X6 tərəfindən araşdırılmışdır. Onlar Yasamal Rayon Polis İdarəsinə şikayət ərizəsi yazdıqdan sonra Cavabdeh İddiaçı1 aldığı 6.000 manatdan 2.000 manatı, İddiaçı2 aldığı 4.000 manat puldan 2.700 manat pulu geri qaytarmışdır. Cavabdeh qalan pulu da qaytaracağına söz versə də, müxtəlif bəhanələrlə pulun qaytarılmasını uzadır. Şikayəti araşdıran Yasamal Rayon Polis İdarəsinin təhqiqatçı X3 xx.xx.2023-cü il tarixli qərarına əsasən şikayət üzrə toplanmış material ərazi aidiyyəti üzrə Nərimanov Rayon Polis İdarəsinə göndərmişdir. Lakin Nərimanov Rayon Polis İdarəsində həmin işin araşdırma nəticəsi onlara məlum deyildir. Hazırda Cavabdeh İddiaçı1 4.000 manat, İddiaçı2 isə 1.300 manat pul borclu qalmışdır.
4. Cavabdeh məhkəməyə ərizə təqdim edərək, ona qarşı irəli sürülmüş iddia üzrə İddiaçı1 4.000 manat, İddiaçı2 isə 1.300 manat məbləğində borcunun olduğunu etiraf etdiyini bildirmişdir.
5. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)- 4658/2023 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh 4.000 manat məbləğində pulun alınaraq İddiaçı1, 1.300 manat məbləğində pulun isə alınaraq İddiaçı2 ödənilməsi, 73 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq dövlət gəlirlərinə alınması qət edilmişdir. (hakim X7)
6. Məhkəmə cavabdehin xx.xx.2023-cü il tarixli iddia tələbinin etiraf edilməsi ilə bağlı ərizəsini nəzərə alaraq belə qənaətə gəlmişdir ki, cavabdehin iddia tələbinin tam etirafının məhkəmə tərəfindən qəbul edilməməsi üçün əsas mövcud deyil, etiraf təsdiq edilməlidir.
7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci, 119.1-ci, 191.3-cü, və 220.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
8. Həmin qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, əvvəla, iddiaçıların ona hər hansı məbləğdə borc verməsi halı təsdiq olunmamışdır. Belə ki, məhkəmədə və iş materiallarında iddiaçıların ona pul verməsi barədə mötəbər sübut mövcud deyildir. Belə ki, pul ödəmək vəzifəsi öhdəlik hüquq münasibətinin tərkib hissəsidir, öhdəlik hüquq münasibəti yaranmadan pul ödəmək vəzifəsi yarana bilməz. Öhdəliklər əmələ gəlmə əsaslarına görə 3 yerə bölünür: müqavilədən əmələ gələn öhdəliklər; qanundan əmələ gələn öhdəliklər; mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər. Mülki Məcəlləsinin xüsusi hissəsinin quruluşunda da bu qayda öz əksini tapmışdır. Odur ki, mülki hüquq münasibətinin bir növü kimi hər hansı öhdəlik hüquq münasibəti yalnız müqavilə bağlandıqda və ya qanunda nəzərdə tutulmuş hallar baş verdikdə (özgə işləri tapşırıqsız aparıldıqda və əsassız varlanma baş verdikdə) və yaxud mülki hüquq pozuntusu (delikt) törədildikdə yarana bilər. Tərəflərin arasında öhdəlik hüquq münasibətinin yaranması üçün yuxarıda qeyd olunan əsasların heç biri mövcud olmayıbdır. Tərəflərin heç biri belə müqavilənin (borc xarakterli) bağlandığını iddia etmir. Beləliklə, bu tələbin təmin edilməsi üçün heç bir qanuni əsas yoxdur, iddia istinad edilən hüquq normalarına əsasən rədd edilməli idi. Məhkəmə hesab etmişdir ki, tərəflər arasında şifahi borc müqaviləsindən irəli gələn münasibətlər mövcud olmuşdur. Halbuki, iş materialları ilə cavabdehin iddiaçılar qarşısında hər hansı bir öhdəlik, o cümlədən borc öhdəliyi götürməsi nəinki müəyyən olunmur, əksinə inkar olunur. Göründüyü kimi, məhkəmə işə obyektiv baxmamış, qanunvericiliyin tələblərini pozan formada qətnamə çıxarmışdır. Sadalanan qanunvericilik normalarına əsasən, tərəflər arasında borc münasibətləri olsa idi belə guya verilən borc məbləğinin 3.000 manatdan çox olması halında onlar arasında yazılı formada borc müqaviləsi bağlanmalı və müqavilənin qanunla müəyyən edilmiş bağlanma qaydasına riayət edilməli idi. Məhz bu cür əsassız və prinsipial xarakterli, qərəzli münasibətdən doğan iddialardan qorunma imkanı məqsədilə qanunvericilik müqavilənin yazılı formasını müəyyən etmişdir. Məhkəmə mülki qanunvericiliyin ümumi xarakterli müddəaları ilə kifayətlənərək, həmin müddəaların bu işə tətbiqini izah etməmişdir. Buna görə də məhkəmənin sözügedən qətnaməsi əsaslandırılmış və kifayətedici hesab oluna bilməz.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Bundan sonra ərizə ilə məhkəməyə müraciət edərək, səhhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və bu əsasla məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iddiaçıların da bu məsələyə münasibətini öyrənərək, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
12. Məhkəmə iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayətini qəbul etməyərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdirlər.
Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən (əvvəlki redaksiyada) borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 740.1-ci maddəsinə əsasən (əvvəlki redaksiyada) borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır; 740.2-ci maddəsinə əsasən (əvvəlki redaksiyada) borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır; 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır; 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər.
14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
16. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
17. Hazırki apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi xahiş olunduğundan, qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
18. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Bu səbəbdən birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur.
19. Məhkəmə kollegiyası işin hallarına və apellyasiya şikayətinin dəlillərinə istinadən qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir.
20. Hazırki mübahisə üzrə iddiaçıların tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi də öz qərarlarında bu mövqeydən çıxış etmişdir (“Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərar, “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərar və sair).
21. Bu baxımdan iddia tələbinə uyğun olaraq İddiaçı1 6.000 manat, İddiaçı2 isə 4.000 manat məbləğində pulun cavabdehə verilməsini və cavabdehin hazırda birinci iddiaçıya 4.000 manat, ikinci iddiaçıya 1.300 manat borcunun qalmasını sübut etməli idi.
22. Lakin cavabeh birinci instansiya məhkəməsində məhkəməyə yazılı ərizə ilə müraciət edərək, iddianı qəbul etmiş və İddiaçı1 4.000 manat, İddiaçı2 isə 1.300 manat borcunun qalmasını etiraf etmişdir. Cavabdehin iddianı etiraf etməsi qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından birinci instansiya məhkəməsi tərəfindən haqlı olaraq qəbul edilmişdir. Bundan əvvəl iddiaçıların şikayəti əsasında Bakı şəhəri Nizami rayon Polis idarəsi tərəfindən aparılmış araşdırma çərçivəsində də cavabdeh öz izahatında iddiaçılardan 10.000 manat pul aldığını, həmin puldan 4.700 manat hissəsini qaytardığını, 5.300 manat hissəsinin isə qaytarılmadığını, lakin ay yarım ərzində qaytarılacağını bildirmişdir.
23. Bu mövqeyinə, o cümlədən iddianı etiraf etməsinə baxmayaraq, cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək, iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini də ona iddiaçılar tərəfindən hər hansı məbləğdə borc verməsi halının təsdiq olunmaması, bu barədə iş materiallarında mötəbər sübutların olmaması, aralarında hər hansı öhdəlik münasibətlərinin yaranmaması ilə əsaslandırmışdır. Belə olan halda, cavabdehin bu mövqeyi qüvvədə olan qanunvericiliyin tələbləri baxımından iddiaçıları artıq bu məbləğlərin verilməsini və bir hissəsinin bugünədək qaytarılmamasını (müvafiq olaraq 4.000 manat və 1.300 manat) sübut etmək yükündən azad etməklə, apellyasiya şikayətində qeyd edilən halların sübut edilməsi öhdəliyini məhz onun üzərinə qoymuş olur. Lakin cavabdeh məhkəməyədək və birinci instansiya məhkəməsindəki icraat zamanı iddiaçılara qaytarmalı olduğu pul məbləği ilə bağlı etdiyi etirafların həqiqətə uyğun olmadığını təsdiq edən hər hansı sübut məhkəməyə təqdim etməmiş, ümumiyyətlə bu məsələyə toxunmamışdır. Bu səbəbdən məhkəmə kollegiyası cavabdehin iddiaçılar tərəfindən ona pulun verilməməsi ilə bağlı dəlillərini əsassız hesab edir.
24. Məhkəmə kollegiyası cavabdehin iddiaçılar qarşısında hər hansı öhdəliyinin yaranmaması, aralarında borc münasibətlərinin olmaması, o cümlədən yazılı müqavilənin imzalanmaması barədə dəlilləri ilə bağlı qeyd edir ki, iddiaçıların tələb etdiyi 4.000 manat və 1.300 manat məbləğində pul vəsaiti iddiaçılar tərəfindən cavabdehə borc qismində verilmiş vəsait kimi qiymətləndirilə bilməz. Belə ki, pulun verilməsi ilə bağlı tərəflər arasında münasibətlərin yarandığı vaxt qüvvədə olan Mülki Məcəllənin 740-cı maddəsində borc müqaviləsi predmetinin məbləği üç min manatdan çox olduğu halda borc müqaviləsinin yazılı formada bağlanması imperativ qaydada təsbit edilmişdir. Lakin tərəflər qanunvericiliyin bu tələblərinə riayət etməmiş və aralarında yazılı şəkildə borc müqaviləsi bağlamamışdılar.
25. Bununla belə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, cavabdeh hər hansı hüquqi əsas olmadan iddiaçılara məxsus pulu özündə saxlamış və bu səbəbdən bu hal onun tərəfindən hər hansı hüquqi əsas olmadan iddiaçıların hesabına əmlak əldə etmə və bununla da onun əsasız varlanması kimi qiymətləndirilməlidir. Belə olan halda, cavabdeh hər hansı hüquqi əsas olmadan əldə etdiyi 4.000 manat və 1.300 manat məbləğində pulu müvafiq olaraq iddiaçılar İddiaçı1 və İddiaçı2 qaytarmalıdır.
26. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddiaçılar hərbi qulluğa bərpa edilmələrinin təmin olunması müqabilində cavabdehə pul verdiklərini iddia edirlər. Hər bir halda, onların arasında yaranmış münasibətlərə borc və ya əsassız varlanma kimi qiymət verilməsindən asılı olmayaraq, hüquqi nəticə etibarı ilə cavabdeh iddiaçılardan aldığı və bugünədək qaytarmadığı pul vəsaitini onlara qaytarılmalıdır.
27. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir. Faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə dəyişdirilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.
28. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə iddianın qiyməti hər bir iddiaçıya münasibətdə məbləğ etibarı ilə 5.000 manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz.
29. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci, 382-ci, 384-cü, 392-ci, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-4658/2023 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan dərhal qanuni qüvvəyə minir.