Məhkəmə qərarları › İş №2(103)-879/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-879/2025

03.06.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(103)-879/2025 03.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdehlər cavabdeh4 Məhdud Məsuliyyətli Cəmiyyəti, cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyəti, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Bakı Şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinə qarşı ilk, cavabdeh4 Məhdud Məsuliyyətli Cəmiyyətinin İddiaçı qarşı qarşılıqlı iddiası barədə iş üzrə QƏTNAMƏ İş № *(103)-879/2025 (Açar sözlər: qəzalı vəziyyətdə olan çoxmənzilli yaşayış binalarının sökülməsi ilə bağlı mübahisələr, mülkiyyət hüququna müdaxilənin zəruri və mütənasib olması, mülkiyyətin ədalətli kompensasiyası və kirayə haqqının ödənilməsi tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X1 və X2 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi ilə, İddiaçı İddiaçı cavabdehlər cavabdeh4 Məhdud Məsuliyyətli Cəmiyyəti, cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyəti, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Bakı Şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinə qarşı “qanunsuz sökülmüş əmlakın əvəzləşdirilməsi və dəymiş ziyanın tutulması tələbi barədə”xxxxcavabdeh4 Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh İddiaçı qarşı “əmlakın sökülməsi, daşınmaz əmlakın əvəzləşdirilməsi, kirayə haqqının ödənilməsi” tələbi barədə qarşılıqlı iddiasına dair mülki iş üzrə Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin e-*(***)-**/**** nömrəli ##.##.2022-ci il tarixli qətnaməsindən ilkin iddiaçı İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə ## #### 2026-cı il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ##.##.2017-ci il tarixdən ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 232.1 kv.m. olan mübahisəli qeyri-yaşayış sahəsinin mülkiyyətçisidir.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2016-cı il tarixli, ** saylı qərarının icrası ilə əlaqədar Nəsimi rayonu ərazisində qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə ##.##.2018ci il tarixdə Nəsimi RİH ilə “xxxx”xxxxcavabdeh4 MMC) arasında müqavilə bağlanılmışdır. Həmin müqaviləyə əsasən MMC tərəfindən Nəsimi rayonu, Azadlıq prospekti, Sahib Zeynalov, Ruhulla Axundov və Mirəli Qaşqay küçələrinin kəsişməsindəki məhəllələrdə yerləşən qəzalı vəziyyətdə olan evlərdən sakinlərin köçürülməsi işlərinə başlanılmışdır.

3. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyinin “Azərdövləttikintilayihə” Dövlət Layihə İnstitutunun əməkdaşları tərəfindən tərtib edilmiş akta əsasən Bakı şəhəri, Nəsimi rayonu, S.Zeynalov küçəsi 13, 15, 17, ** saylı ünvanında yerləşən yaşayış binalarının normativ istismar müddəti bitmişdir.

4. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin ##.##.2019cu il tarixli 03-Bİ/739 saylı məktubuna əsasən söküntü və yenidən tikinti işləri aparılmasına dair ##.##.2018-ci il tarixli *** saylı sərəncamı ilə “xxxx” MMC-yə icazə sənədi verilmiş və məlumatlar Tikintilərin Dövlət Reyestrinə daxil edilmişdir.

5. İlk iddia üzrə cavabdeh cavabdeh2 MMC-nin isə ##.##.2008-ci il tarixdə qeydiyyata alınmış cavabdeh4 MMC-yə ##.##.2016-cı il tarixdə ********** qeydiyyat nömrəsi ilə qoşulması nəticəsində cavabdeh4xxxxcavabdeh4 MMC onun hüquqi varisidir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı İddiaçı cavabdehlər cavabdeh4 MMC , cavabdeh2 MMC, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ona məxsus olan və ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 232,1 kv.metr olan qeyri-yaşayış sahəsinin qanunsuz olaraq cavabdeh4xxxxcavabdeh4 MMC tərəfindən inşa edilmiş binadan, binanın fasad hissəsinin mərkəzi yola baxan, asfalt səthinə nisbətdə binanın birinci mərtəbəsindən həmin ölçüyə 20 faiz artıq hesablanmaqla qeyri-yaşayış sahəsinin və əldən çıxmış fayda kimi aylıq 7.000 manat icarə haqqının ##.##.2018-ci il tarixdən yeni əmlak təhvil verilənədək cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçının mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsi iddiaçıya məlum olmayan fiziki və ya hüquqi şəxs(lər) tərəfindən onun xəbəri və razılığı olmadan sökülmüşdür. İddiaçı hesab etmişdir ki, ona məxsus qeyri-yaşayış sahəsi söküldüyündən ona dəymiş zərər naturada ödənilməli, bunun üçün isə cavabdeh4 MMC həmin ərazidə inşa edəcək binadan, binanın fasad hissəsinin mərkəzi yola baxan, asfalt səthinə nisbətdə binanın birinci mərtəbəsindən həmin ölçüyə 20 faiz artıq hesablanmaqla qeyri-yaşayış sahəsi cavabdehlərdən müştərək qaydada tutularaq ona verilməlidir. Belə ki, Nəsimi Rayon İcra Hakimiyyəti ilə “xxxx” MMC arasında bağlanılmış ##.##.2018-ci il tarixli müqavilənin 2.4-cü bəndinə görə, MMC binaların tikintisi üçün nəzərdə tutulan ərazidə yerləşən mənzillərin sakinlərini yeni tikilən binalarda sökülən mənzilin (qeyriyaşayış) sahəsindən 20%-dən artıq olan, təmirli mənzil (qeyri-yaşayış) sahəsi ilə təmin etməyi öhdəsinə götürmüşdür. Bundan başqa nəzərə alınmalıdır ki, iddiaçı özünə məxsus sahəni sahibkarlıq fəaliyyəti ilə məşğul olan hər-hansı bir şəxsə icarəyə vermiş olsa idi, aylıq icarə haqqı olaraq ən azı 7.000 manat məbləğində gəlir əldə edə bilərdi. Lakin iddiaçıya məxsus qeyri-yaşayış sahəsi söküldüyü üçün iddiaçı bu faydadan məhrum olmuşdur. Beləliklə, çıxmış fayda kimi aylıq 7.000 manat icarə haqqı ##.##.2018 ci il tarixdən başlayaraq yeni qeyriyaşayış sahəsi ona təhvil verilən tarixindən cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməldir. İddiaçının cavabdeh hüquqi şəxslərə etdiyi sorğulara əsasən müəyyən edilmişdir ki, həmin qeyri-yaşayış sahəsinin yerləşdiyi ərazi, həmin ərazidə yeni yaşayış binalarının tikintisi üçün cavabdeh “xxxx”xxxxcavabdeh4 MMC-yə ayrılmışdır.

8. Cavabdeh cavabdeh4 MMC iddiaçıya qarşı iddia ərizəsi ilə məhkəməsinə müraciət edərək, iddiaçının mülkiyyətində olan sahənin sökülməsi, həmin sahənin əvəzinə həmin ünvanda inşa edilən çoxmərtəbəli yaşayış binasının birinci mərtəbəsində 232,1 kv.m ümumi sahəsi olan yeni əmlakın iddiaçının xüsusi mülkiyyətinə verilməsinin MMC tərəfindən təmin edilməsi, yeni əmlak verilənədək MMC tərəfindən iddiaçıya hər ay 550 manat məbləğində kirayə haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus daşınmaz əmlakın yerləşdiyi ərazi mövcud yaşayış binalarının sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələşdirilməsi üçün icarə əsasında cavabdeh “xxxx” MMC-nin istifadəsinə verilmişdir. Həmin ərazidə yerləşən binalar istismar müddəti bitdiyi üçün sökülməli idi. Ərazidəki sakinlərin əksəriyyəti aylıq kirayə haqqı verilməklə müvəqqəti yaşayış yerlərinə köçürülmüşlər. cavabdeh4 MMC ##.##.2016-cı il tarixdə, ********** nömrə ilə dövlət qeydiyyatına alınmış “xxxx” MMC nin qoşulması ilə yenidən təşkil edilmişdir və sonuncunun hüquqi varisidir. İddiaçı ilə danışıqlar aparılmasına baxmayaraq, iddiaçı öz sahəsini söküntü üçün MMC-yə təhvil verməmişdir. Hazırda iddiaçı sahədən istifadə etməmiş, eyni zamanda sökülərək yerində çoxmənzilli binanın inşasına məneələr yaratmışdır. Bu səbəbdən tikinti işləri dayanmış, vətəndaşlara müəyyən olunmuş tarixdə binanı təhvil vermək öhdəliyi cavabdeh4 MMC-nin vəzifəli şəxslərinin iradəsindən asılı olmayaraq pozulmaqdadır. Eyni zamanda, cavabdeh4 MMC köçürülmüş sakinlərə kirayə haqqlarını ödəməyə başlamış, itirilmiş vaxta görə də binanın təhvil tarixi məcburi şəkildə uzadılmışdır. Bu da mənzillərini boşaldaraq sökülməsi üçün mənzillərini MMC-yə təhvil vermiş sakinlərin mənafeyinə ciddi xələl gətirmişdir və hüquqları məhdudlaşır. Daha sonra, tikinti işinin dayandırılması şəhərin mərkəzində böyük bir ərazinin yarısökülmüş, görkəmi pozan şəkildə qalması qaçılmaz olacaqdır. Bu da haqlı narazılıqlar yaradacaqdır.

10. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin e-*(***)-**/**** nömrəli, ##.##.2022 ci il qətnaməsi ilə (hakim Cəmilə Musayeva) ilk və qarşılıqlı iddianın qismən təmin edilməsini, iddiaçının mülkiyyətində olan 232,1 kv.m olan qeyri-yaşayış sahəsinin əvəzinə həmin ünvanında cavabdeh cavabdeh4 MMC-nin inşa etdiyi çoxmərtəbəli yaşayış binasının fasad hissəsinin yola baxan, yaşayış binasının asfalt səthinə nisbətdə 1 ci mərtəbəsində yerləşən ümumi sahəsi 232,1 kv.m olan (yeni) qeyri-yaşayış sahəsinin cavabdeh4 MMC tərəfindən iddiaçının mülkiyyətinə verilməsini, yeni əmlak verilənədək həmin MMC tərəfindən iddiaçıya hər ay 550 manat məbləğində kirayə haqqı ödənilməsini, ilk və qarşılıqlı iddianın digər hissələrdə rədd edilməsini qət edilmişdir.

11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 114-cü maddəsinin İ və II hissəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 16.1, 152.6, 560.1, 425, 449.1, 449.2, 560.2,-ci maddələri, Şəhərsalma və Tikinti Məcəlləsinin 3.0.20-ci maddəsi, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 28.1, 28.3, 28.4-cü maddələri və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

b) Apellyasiya şikayətinin dəlilləri

12. Həmin qətnamədən ilkin iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ilk iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi hissəsində ləğv edilməsi və ilk iddianın tam təmin edilməsi, qarşılıqlı iddianın isə tam rədd edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Apelyator şikayətini iddia tələbi ilə eyni məzmunda əsaslandıraraq əlavə olaraq qeyd etmişdir ki, iş materiallarında olan 3 müxtəlif qiymətləndirmə şirkətlərindən əldə edilmiş hesabatlarla iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin aylıq icarə haqqının 7.000 manatdan artıq olduğu öz təsdiqini tapmışdır. Bundan başqa, Nəsimi RİH ilə “xxxx” MMC arasında bağlanılmış ##.##.2018-ci il tarixli müqaviləyə əsasən, MMC, binaların tikintisi üçün nəzərdə tutulan ərazidə yerləşən mənzillərin sakinlərini yeni tikilən binalarda sökülən mənzilin (qeyriyaşayış) sahəsindən 20%-dən artıq olan, təmirli mənzil (qeyri-yaşayış) sahəsi ilə təmin etməyi öhdəsinə götürmüşdür. Göründüyü kimi həmin müqavilə üçüncü şəxslərin xeyrinə bağlanmış müqavilə olmaqla vətəndaşların sökülən mənzilin (qeyri-yaşayış) sahəsindən 20%-dən artıq olan, təmirli mənzil (qeyri-yaşayış) sahəsi ilə təmin olunmalı olduğunu qeyd etmişdir. Lakin Rayon Məhkəməsi iş üzrə sübutlara düzgün qiymət verməmiş, mübahisələndirilən hissədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. İlkin iddia üzrə cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətinə qarşı etiraz verərək onun təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

ç) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

15. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-**/**** nömrəli, ## ### 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Məmməd Məmmədov (sədrlik edən və məruzəçi), Fuad Talışinski və Azad İmanovdan ibarət tərkibdə) iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## #### 2022-ci il tarixli qətnamənin apellyasiya baxışının predmeti olan hissədə qismən, yəni tutulmalı olan pul vəsaitinin miqdarının və vaxtının müəyyən edilməsi hissəsində ləğv edilməsi və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməsi, ##.##.2019-cu il tarixdən ##.##.2022-ci il tarixədək hər ay üçün 1.100 manat icarə haqqı olmaqla, ümumilikdə (1.100 manat x 39,6 ay =) 43.560 manat məbləğində pul vəsaitinin cavabdeh cavabdeh4 Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq iddiaçı İddiaçı ödənilməsi, hazırkı iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## #### 2022ci il tarixli qətnamənin apellyasiya baxışının predmeti olan qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

16. Apellyasiya instansiyası məhkəməsi qətnamənin nəticə hissəsində həmçinin qeyd etmişdir ki, nəzərə alınsın ki, hazırkı iş üzrə Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## #### 2022-ci il tarixli qətnamənin ilk və qarşılıqlı iddiaların qismən təmin edilməsi, cavabdeh4 Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 232,1 kv.m olan qeyri-yaşayış sahəsi əvəzinə ünvan 3 ünvanında inşa edilən çoxmərtəbəli yaşayış binasının ümumi sahəsi 232,1 kv.m olan, fasad hissəsi yola baxan, yaşayış binasının asfalt səthinə nisbətdə 1-ci mərtəbəsində yerləşən qeyriyaşayış sahəsinin İddiaçı mülkiyyətinə verilməsi hissəsi apellyasiya baxışının predmeti olmamışdır.

17. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, mülkiyyətində olmuş qeyriyaşayış sahəsinin əvəzində iddiaçıya verilməli olan aylıq pul vəsaitinin miqdarının (MMC-nin təklif etdiyi məbləğin iki qatı) 1.100 manat müəyyən edilməsi işin hallarına uyğun olmaqla ədalətli hesab edilə bilər. Rayon Məhkəməsi isə icarə haqqının hansı tarixdən hesablanmalı olmasını qeyd etməməklə səhvə yol vermişdir. Buna görə də qeyri-yaşayış sahəsinin nə vaxtdan sökülməsi məsələsinin araşdırılmasına zərurət vardır.

18. Məhkəmə həmçinin qeyd etmişdir ki, qanuni qüvvəsini almış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** saylı, ##.##.2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, hazırki iş üzrə iddiaçıya məxsus daşınmaz əmlak, həmin iş üzrə iddiaçı olan Zərifə Zülfüqarovaya məxsus daşınmaz əmlak ilə bir binada yerləşirdi və bu şəxslər özlərinə məxsus əmlakdan istifadə etmək hüququndan ##.##.2019-cü il tarixdən etibarən məhrum olmuşlar. İddiaçı tərəfindən binanın həmin tarixdən daha əvvəl sökülməsi və ya onun daha əvvəl mülkiyyətindən məhrum edilməsi ilə bağlı hər hansı mötəbər sübut təqdim edilməmişdir. İş materiallarından həmçinin müəyyən edilir ki, cavabdeh cavabdeh4 MMC tərəfindən sökülmüş qeyri-yaşayış sahəsinin əvəzində iddiaçıya yeni qeyri-yaşayış sahəsi ##.##.2022-ci il tarixdə təqdim edilmiş, lakin iddiaçı tərəfindən həmin sahənin qəbul edilməsindən imtina olunmuşdur. Bu hal MMC-nin təqdim etdiyi ##.##.2022-ci il tarixli akt ilə təsdiq edilir.

19. Məhkəmə həmçinin iş üzrə xüsusi qərardad qəbul edilərək prokurora məlumat verilməsi barədə iddiaçının vəsatətinə münasibətdə isə qeyd etmişdir ki, cavabdehlərin hərəkətlərində cinayətin əlamətləri aşkara çıxarılmadığından xüsusi qərardadın qəbul edilməsi üçün əsas yoxdur. Rayon Məhkəməsinin bu məsələdə gəlmiş olduğu qənaəti düzgündür.

d) Kassasiya instansiya məhkəməsində icraat

20. İlkin iddia üzrə iddiaçı (vəkil nümayəndə1) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası *(***)-**/**** saylı iş üzrə ##.##.2024-cü il tarixli qətnaməsinin ilkin iddianın təmin olunmayan hissəsinin ləğv edilməsi, ilkin iddianın tam təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

21. Azərbaycan Respublikası Ali Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2024-cü il tarixli qərarı ilə (hakimlər Əhliman Xıdırov (sədrlik edən), Elşad Şamayev, Elşanə Vəliyeva) İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ### 2024-cü il tarixli *(***)-**/**** nömrəli qətnaməsinin iddianın iddiaçının mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 232,1 kv.metr olan qeyri-yaşayış sahəsinin əvəzinə həmin ünvanda cavabdeh cavabdeh4 MMC-nin inşa etdiyi çoxmərtəbəli yaşayış binasının fasad hissəsinin yola baxan, yaşayış binasının asfalt səthinə nisbətdə 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 232,1 kv.m olan (yeni) qeyri-yaşayış sahəsinin cavabdeh4 MMC tərəfindən iddiaçının mülkiyyətinə verilməsinə dair hissində ləğv edilməsi və işin həmin hissədə yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılması və Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ### 2024-cü il tarixli 2(103) **/**** nömrəli qətnaməsinin mübahisələndirilən qalan hissədə dəyişdirilməməsi qərara alınmışdır.

22. Kassasiya instansiyası məhkəməsinin hazırkı işi yeni apellyasiya baxışına göndərərkən mövqeyi aşağıdakı kimi olmuşdur “...Nəsimi RİH ilə “xxxx” MMC arasında bağlanmış ##.##.2018-ci il tarixli müqavilənin 2.4-cü bəndinə görə şirkət binaların tikintisi üçün nəzərdə tutulan ərazidə yerləşən mənzillərin sakinlərini yeni tikilən binalarda sökülən mənzilin (qeyri-yaşayış) sahəsindən 20 faizdən artıq olan, təmirli mənzil (qeyriyaşayış) sahəsi ilə təmin etməyi öhdəsinə götürmüşdür. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi həmin müqavilənin üçüncü şəxsin xeyrinə müqavilə araşdırıb hüquqi qiymət verməmişdir. Azərtbaycan Respublikasının Mülki Məcəlləsinin 403.1 və 403.2-ci maddələrinə əsasən üçüncü şəxsin xeyrinə müqavilə elə müqavilədir ki, onun tərəfləri borclunun icranı müqavilədə göstərilmiş və ya göstərilməmiş, öhdəliyin öz xeyrinə icrasını borcludan tələb etmək hüququ olan üçüncü şəxsə həyata keçirməli olduğunu müəyyənləşdirirlər.Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yaxud öhdəliyin mahiyyətindən hər hansı ayrı hal irəli gəlmirsə, üçüncü şəxsin xeyrinə bağlanmış müqavilənin icrasını həm kreditor, həm də üçüncü şəxs tələb edə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən göstərilən məsələ araşdırılıb hüquqi qiymət verildikdən sonra bağlanmış müqavilənin üçüncü şəxsin xeyrinə bağlanmış müqavilə olduğu və iddiaçının müvafiq subyektiv hüquqa malik olduğu qənaətinə gəldikdə isə müvafiq sahəli qeyri-yaşayış sahəsinin müvafiq ünvanda mövcud olub-olmadığı ilə əlaqədar və bundan irəli gələn məsələlər də araşdırılıb hüquqi qiymət verilməlidir.....”.

e) Proses iştirakçılarının izahatı

23. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.

24. İşin halları, iş üzrə öncəki iclasda cavabdehlərin gəlmədiyi nəzərə alınaraq iclasın təxirə salınmasına baxmayaraq təkrarən iştirak etməmələri, eləcə də şikayətə işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmasının mümkünlüyü nəzərə alınaraq məhkəmə kollegiyası tərəfindən Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

25. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

26. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

27. Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

28. Maddə 403.1. Üçüncü şəxsin xeyrinə müqavilə elə müqavilədir ki, onun tərəfləri borclunun icranı müqavilədə göstərilmiş və ya göstərilməmiş, öhdəliyin öz xeyrinə icrasını borcludan tələb etmək hüququ olan üçüncü şəxsə həyata keçirməli olduğunu müəyyənləşdirirlər.

28. Maddə 403.2. Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yaxud öhdəliyin mahiyyətindən hər hansı ayrı hal irəli gəlmirsə, üçüncü şəxsin xeyrinə bağlanmış müqavilənin icrasını həm kreditor, həm də üçüncü şəxs tələb edə bilər.

29. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

33. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

Apellyasiya baxışının hədləri

34. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

35. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

36. Hazırki iş üzrə kassasiya instansiya məhkəməsinin mövqeyi nəzərə alınaraq apellyasiya baxışının hədlərini qətnamənin iddianın iddiaçının mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 232,1 kv.metr olan qeyri-yaşayış sahəsinin əvəzinə həmin ünvanda cavabdeh cavabdeh4 MMC-nin inşa etdiyi çoxmərtəbəli yaşayış binasının fasad hissəsinin yola baxan, yaşayış binasının asfalt səthinə nisbətdə 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 232,1 kv.m olan (yeni) qeyri-yaşayış sahəsinin cavabdeh4 MMC tərəfindən iddiaçının mülkiyyətinə verilməsi hissəsinin dair qanunliyinin və əsaslılığının yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

37. Kollegiya ilk növbədə qeyd edir ki, hazırki halda işə yeni apelyasiya qaydasında baxılır və bu zaman apelyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin hüquqi mövqeləri nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

38. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli, iddia isə müvafiq hissədə qismən təmin edilməlidir.

39. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir ki, bu da qətnamənin ləğvinə səbəb olur.

40. Kollegiya ilk növbədə kassasiya instansiyasının göstərişlərini də nəzərə alaraq ilkin iddia üzrə iddiaçının hazırki iddianı qaldırmaqda subyektiv hüququnun mövcudluğuna münasibət bildirilməsini zəruri hesab edir. Belə ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.

41. Belə ki, birinci instansiya məhkəməsi və işə daha öncə baxan apelyasiya məhkəməsi iddiaçının Nəsimi RİH ilə “xxxx” MMC arasında bağlanmış ##.##.2018-ci il tarixli, yeni tikilən binalarda sökülən mənzilin (qeyri-yaşayış) sahəsindən 20 faizdən artıq olan təmirli mənzilin verilmə öhdəliyini nəzərdə tutan müqavilənin tərəfi olmamasını əsas gətirərək hazırki iddianı qaldırmaqda subyektiv hüququnun olmadığı qənaətinə gəlmişlər. Hazırki məhkəmə kollegiyası bu mövqe ilə razılaşmayaraq qeyd edir ki, Mülki Məcəllənin 1-ci maddəsində bu Məcəllənin məqsədinin üçüncü şəxslərin hüquqlarına xələl gətirmədən mülki dövriyyənin azadlığını onun iştirakçılarının bərabərliyi əsasında təmin etmək olduğu, əsas vəzifələr sırasında isə sərbəst bazar iqtisadiyyatının inkişafına şərait yaratmaq, sahibkarlıq fəaliyyətini dəstəkləmək olduğu göstərilmiş, mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilə azadlığı prinsipləri isə mülki qanunvericiliyin başlıca prinsipləri sırasında nəzərdə tutulmuşdur (Mülki Məcəllənin 6.1.2 və 6.1.5-ci maddələri).

42. Mülki Məcəllənin 403.1 və 403.2-ci maddələrinə əsasən üçüncü şəxsin xeyrinə müqavilə elə müqavilədir ki, onun tərəfləri borclunun icranı müqavilədə göstərilmiş və ya göstərilməmiş, öhdəliyin öz xeyrinə icrasını borcludan tələb etmək hüququ olan üçüncü şəxsə həyata keçirməli olduğunu müəyyənləşdirirlər. Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yaxud öhdəliyin mahiyyətindən hər hansı ayrı hal irəli gəlmirsə, üçüncü şəxsin xeyrinə bağlanmış müqavilənin icrasını həm kreditor, həm də üçüncü şəxs tələb edə bilər.

43. Göründüyü kimi, üçüncü şəxsin xeyrinə müqavilə — tərəflərin borcludan icranı müqavilədə göstərilmiş üçüncü şəxsə birbaşa tələb etmək hüququ verməsini nəzərdə tutan müqavilə növüdür. Bu zaman üçüncü şəxs birbaşa müqaviləni imzalayan tərəf olmasa da, onun şərtlərinə əsasən müəyyən hüquqlara (ödəniş, əmlak və ya xidmət) sahib olur. Hazırki şin hallarından görünür ki, ilk iddia üzrə cavabdeh cavabdeh2 MMC-nin isə ##.##.2008-ci il tarixdə qeydiyyata alınmış cavabdeh4 MMC-yə ##.##.2016-cı il tarixdə ********** qeydiyyat nömrəsi ilə qoşulması nəticəsində cavabdeh4xxxxcavabdeh4 MMC onun hüquqi varisidir.

44. Həmçinin iş materiallarında olan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2016-cı il tarixli, ** saylı qərarının icrası ilə əlaqədar Nəsimi rayonu ərazisində qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə ##.##.2018-ci il tarixdə Nəsimi RİH ilə “xxxx”xxxxcavabdeh4 MMC) arasında müqavilə bağlanılmışdır. Həmin müqaviləyə əsasən MMC tərəfindən Nəsimi rayonu, Azadlıq prospekti, Sahib Zeynalov, Ruhulla Axundov və Mirəli Qaşqay küçələrinin kəsişməsindəki məhəllələrdə yerləşən qəzalı vəziyyətdə olan evlərdən sakinlərin köçürülməsi işlərinə başlanılmışdır. Nəsimi Rayon İcra Hakimiyyəti ilə “xxxx” MMC arasında bağlanılmış ##.##.2018-ci il tarixli müqavilənin 2.4-cü bəndinə görə, MMC binaların tikintisi üçün nəzərdə tutulan ərazidə yerləşən mənzillərin sakinlərini yeni tikilən binalarda sökülən mənzilin (qeyri-yaşayış) sahəsindən 20%-dən artıq olan, təmirli mənzil (qeyri-yaşayış) sahəsi ilə təmin etməyi öhdəsinə götürmüşdür.

45. Göründüyü kimi, Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən Nəsimi rayonu ərazisində qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması niyyəti ilə “xxxx”xxxxcavabdeh4 MMC) arasında müqavilə bağlanılmışdır. Burada işə hüquqi qiymət verən məhkəmə mütləq olaraq Mülki Məcəllənin 404.1-ci maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.

46. Burada aydın olaraq görünür ki, sifarişçi (Nəsimi RİH) sakinlərin (üçüncü şəxslərin) mənzil-məişət şəraitinin yaxşılaşdırılması niyyəti ilə “xxxx”xxxxcavabdeh4 MMC) (podratçı) arasında müqavilə bağlanılmışdır. Bu baxımdan xxxx”xxxxcavabdeh4 MMC) sakinlərə yeni tikilən binalarda sökülən mənzilin (qeyri-yaşayış) sahəsindən 20%-dən artıq olan təmirli mənzil (qeyri-yaşayış) sahəsi ilə təmin etməyi öhdəsinə götürmüşdür.

47. Qeyd olunan vəzifənin icrasını ağlabatan vaxtda və formada podratçı icra etmədikdə, üçüncü şəxslərin də müvafiq qaydada subyektiv hüququ yaranır və hazırkı iş üzrə apelyator da bu subyektiv hüququn daşıyıcısı hesab edilməlidir. Nəticə etibarilə kollegiya hesab edir ki, ilkin iddia üzrə iddiaçının yeni tikilən binalarda sökülən qeyri-yaşayış sahəsindən 20 faizdən artıq olan təmirli qeyri-yaşayış sahəsini tələb etmək hüququ vardır.

48. Subyektiv hüquqa müvafiq qaydada hüquqi qiymət verildikdən sonra, tələb üzrə mübahisə predmetini təşkil edən digər hüquqi fakta, yəni ünvan 2 ünvanında yerləşən təmirli və təmirsiz qeyri-yaşayış sahələrinin 1 kv.metrinin orta bazar dəyərinin 2018-ci ildə nə qədər olduğu və hazırki dövr üçün nə qədər təşkil etdiyi müəyyən olunmalıdır. Belə ki, həmin ölçüdə qeyri-yaşayış sahəsinin hazırda tikintisi başa çatmış binada mövcud olmaması ehtimalı da nəzərə alınmalı və iddiaçının hüquqlarının hərtərəfli müdafiəsi təmin edilməlidir. Təsadüfi də deyil ki, apelyasiya baxışı zamanı təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizası nəticəsində tərtib edilən rəydə də qeyd edilən ölçüdə qeyri-yaşayış sahəsinin olub-olmamasını müəyyən etmək mümkün olmamışdır.

49. Kollegiya işin hallarına adekvat hüquqi yanaşma tətbiq edilməsi üçün aşağıdakı ardıcıllıqla qiymətləndirmə ekspertizaları təyin etmiş və daxil olan rəylər müvafiq olaraq aşağıdakı kimi müəyyənləşdirilmişdir.

50. “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli **** saylı hesabatına əsasən ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahələrinin 1 kv.metrinin orta bazar dəyəri 2018-ci il üçün 3000 manat, hazırki dövr üçün isə 4200 manat müəyyən edilmişdir.

51. Eyni zamanda ilkin iddiaçı İddiaçı Azərbaycan Respublikası “xxxx” MMC tərəfindən tərtib olunmuş ##.##.2025-ci il tarixli *** nömrəli qiymətləndirmə rəyini məhkəməyə təqdim etmiş, həmin rəydə ünvan 2 ünvanında yerləşən 232.1 kv.m-dən ibarət təmirsiz qeyri-yaşayış sahəsinin qiymətləndirmə tarixinə olan bazar dəyəri 1.710.700 manat qeyd edilmişdir.

52. Həmçinin Kollegiya *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli Azərbaycan Qiymətləndiricilər Palatasının ən azı iki mütəxəssisi cəlb edilməklə əmlakın yenidən qiymətləndirilməsi barədə Qərardad qəbul etmişdir.

53. Azərbaycan Qiymətləndiricilər Palatasının ##.##.2026-cı il tarixli, E/Ş **/** saylı ekspertiza şurasının rəyinə əsasən, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahələrinin 1 kv.metrinin orta bazar dəyəri: - təmirsiz 2018-ci il üçün 2.300 azn - təmirli 2018-ci il üçün 3.350 azn - təmirsiz 2025-ci il üçün 2.850 azn - təmirli 2025-ci il üçün 4.100 azn təşkil etmişdir.

54. Kollegiya qeyd edir ki, ekspertin rəyi sübut növlərindən biri kimi məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli hüquq normalarına uyğun şəkildə qiymətləndirilməlidir.

55. Bu zaman xüsusilə nəzərə alınmalıdır ki, təyinatı şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini, eləcə də dövlətin, bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin şəhərsalma və tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələrini müəyyən etmək olan Şəhərsalma və Tikinti Məcəlləsinin, buna müvafiq olaraq, tikinti obyektinin sahəsinin və həcminin hesablanmasına dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydaların hansı meyarlara görə mülki hüquq sahəsindəki müqavilə münasibətlərinə, konkret halda podrat müqaviləsi üzrə öhdəliklərə şamil edilməli olduğu əsaslandırılmalı, belə əsaslandırma tərəflərin bağladıqları müqavilə şərtləri nəzərə alınmaqla həyata keçirilməlidir.

56. Mübahisəli qeyri-yaşayış sahəsi üzrə həm iddiaçının özü tərəfindən təqdim olunan rəyi, həm də işin gedişatında alınan mütəxəssis rəylərini ümumiləşdirdikdə məlum olur ki, ünvan 2 ünvanında yerləşən təmirli qeyri-yaşayış sahəsinin 1 kv.metrinin orta bazar dəyəri cari il üçün 4.200 manat təşkil edir (kollegiya nəzərə alır ki, 1 kv.metrinin orta bazar dəyəri 4200 manat məbləğində müəyyən olunması barədə qiymətləndirici rəyindən cavabdeh tərəfindən etiraz daxil olmamış, əksinə iddiaçı həmin məbləğdən narazı qalmış və sonuncu rəydə isə 1 kv.metrinin orta bazar dəyəri 4100 manat müəyyən olunmuşdur). Müvafiq sahənin 20%-i (232.1x20/100=46,42 kvm). Bu da onu deməyə əsas verir ki, əgər müvafiq hissədə podratçı şirkətin analoji ölçülərdə olan qeyri-yaşayış sahəsi ilə İddiaçı tələbini təmin etməyə imkanı olmadığı təqdirdə, hər kv.m görə 4.200 manat olmaqla (46,42 x 4.200=194.964), ümumilikdə 194.964 manat pul ilkin iddia üzrə cavabdehdən tutularaq, iddiaçıya ödənilməlidir.

57. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən kollegiya hesab edir ki, şikayət qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, ilkin iddia iddiaçının mülkiyyətində olan 232,1 kv.m olan qeyri-yaşayış sahəsinin əvəzinə həmin ünvanda cavabdeh cavabdeh4 MMC-nin inşa etdiyi çoxmərtəbəli yaşayış binasının fasad hissəsinin yola baxan, yaşayış binasının asfalt səthinə nisbətdə 1-ci mərtəbəsində yerləşən və əvvəlki sahənin ölçüsünə (232,1 kv.m) 20 faiz artıq (46,42 kv.metr) hesablanmaqla qeyri-yaşayış sahəsi cavabdeh4 MMC tərəfindən ilkin iddia üzrə iddiaçının mülkiyyətinə verilməli, əlavə 46.42 kv.m sahənin naturada təhvil verilməsi mümkün olmadıqda, hər kv.m 4.200 manat müəyyən olunmaqla, ümumilikdə 194,964 manat məbləğində pulun ilkin iddia üzrə cavabdehdən tutularaq iddiaçıya verilməlidir.

58. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə ## ###### 2011-ci il tarixli Qərarı).

59. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

60. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.

61. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

62. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

63. Kollegiya hesab edir ki, iddia ərizəsinin və apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının dəyəri onu ödəmiş şəxsin özünə aid edilsin.

64. Həmçinin birinci instansiya məhkəməsi və apellyasiya instansiyası məhkəməsi tərəfindən keçirilən ekspertiza tədqiqatlarının dəyəri olan ayrı-ayrılıqda 50 manat və 100 manat məbləğində, ümumilikdə 150 manat məbləğində pulun 75 manat hissəsi iddiaçıdan, 75 manat hissəsi cavabdeh cavabdeh4 Məhdud Məsuliyyətli Cəmiyyətindən tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********; AZ34CTRE00000000000002088501, X6, KOD 210005; VÖEN **********; müxbir hesab Az41NABZ013601000000000003944, S.W.İ.F.T. BİK: CTREAZ 22) dən, qalan 62,26 manat olan hissəsi isə iddiaçıdan tutulmalıdır.

65. O cümlədən apelyasiya baxışı zamanı alınmış ekspertiza rəyinin dəyəri olan 400 manatın 200 manat hissəsi iddiaçıdan, 200 manat hissəsi cavabdeh cavabdeh4 Məhdud Məsuliyyətli Cəmiyyətindən tutulub “AZGEOVALUE CONSULTİNG” MMC-nin hesabına (VÖEN: **********; Hesab №: AZ47PAHA40080AZNHC**********; Bank: “xxxx” ASC; Bankın VÖEN-i 1700767721; müxbir hesab AZ82NABZ01350100000000001944, S.W.İ.F.T. PAHAAZ22) ödənilsin.

66. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin e-*(***)-**/**** nömrəli ##.##.2022-ci il tarixli qətnaməsi qismən, yəni iddiaçının mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 232,1 kv.metr olan qeyri-yaşayış sahəsinin əvəzinə həmin ünvanda cavabdeh cavabdeh4 MMC-nin inşa etdiyi çoxmərtəbəli yaşayış binasının fasad hissəsinin yola baxan, yaşayış binasının asfalt səthinə nisbətdə 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 232,1 kv.m olan (yeni) qeyri-yaşayış sahəsinin cavabdeh4 MMC tərəfindən iddiaçının mülkiyyətinə verilməsi hissəsində ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə çıxarılsın. İlkin iddia həmin hissədə qismən təmin edilsin. İlkin iddia iddiaçının mülkiyyətində olan 232,1 kv.m olan qeyri-yaşayış sahəsinin əvəzinə həmin ünvanda cavabdeh cavabdeh4 MMC-nin inşa etdiyi çoxmərtəbəli yaşayış binasının fasad hissəsinin yola baxan, yaşayış binasının asfalt səthinə nisbətdə 1-ci mərtəbəsində yerləşən və əvvəlki sahənin ölçüsünə (232,1 kv.m) 20 faiz artıq (46,42 kv.metr) hesablanmaqla qeyri-yaşayış sahəsi cavabdeh4 MMC tərəfindən ilkin iddia üzrə iddiaçı İddiaçı mülkiyyətinə verilsin. Əlavə 46.42 kv.m sahənin naturada təhvil verilməsi mümkün olmadıqda, hər kv.m 4.200 manat müəyyən olunmaqla, ümumilikdə 194,964 (yüz doxsan dörd min doqquz yüz altmış dörd) manat məbləğində pul ilkin iddia üzrə cavabdeh cavabdeh4 MMC-dən tutularaq iddiaçı İddiaçı verilsin. İddia mübahisələndirilən qalan hissədə təmin edilməsin. İddia ərizəsinin və apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının dəyəri onu ödəmiş şəxsin özünə aid edilsin. Birinci instansiya məhkəməsi və apellyasiya instansiyası məhkəməsi tərəfindən keçirilən ekspertiza tədqiqatlarının dəyəri olan ayrı-ayrılıqda 50 manat və 100 manat məbləğində, ümumilikdə 150 manat məbləğində pulun 75 manat hissəsi iddiaçıdan, 75 manat hissəsi cavabdeh cavabdeh4 Məhdud Məsuliyyətli Cəmiyyətindən tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********; AZ34CTRE00000000000002088501, X6, KOD 210005; VÖEN **********; müxbir hesab Az41NABZ013601000000000003944, S.W.İ.F.T. BİK: CTREAZ 22) dən, qalan 62,26 manat olan hissəsi isə iddiaçıdan tutulmalıdır. O cümlədən apelyasiya baxışı zamanı alınmış ekspertiza rəyinin dəyəri olan 400 manatın 200 manat hissəsi iddiaçıdan, 200 manat hissəsi cavabdeh cavabdeh4 Məhdud Məsuliyyətli Cəmiyyətindən tutulub “AZGEOVALUE CONSULTİNG” MMC-nin hesabına (VÖEN: **********; Hesab №: AZ47PAHA40080AZNHC**********; Bank: “xxxx” ASC; Bankın VÖEN-i 1700767721; müxbir hesab AZ82NABZ01350100000000001944, S.W.İ.F.T. PAHAAZ22) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Günay Axundova Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar