Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-880/2025 11.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə və A qızına qarşı “mülkiyyətdən istifadə hüququnun həyata keçirilməsinə edilən maneələrdən ibarət hərəkətlərə son qoyulması və s.” tələbinə dair; Birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı (Talıbov Elsevər Abbas oğlu və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti üçüncü şəxs qismində cəlb edilməklə) “müqavilənin etibarsızlığı” tələbinə dair; Birləşdirilmiş iş üzrə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs Abdullayeva Ləman Əfqan qızının cavabdehlər İddiaçı və "xxxx" MMC-yə qarşı (üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ cəlb edilməklə) “alqı-satqı müqaviləsinin və həmin müqavilə əsasında yaranmış bütün hüquqi nəticələrin və çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X10 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi, Birinci iş üzrə cavabdeh, birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh MMC-nin nümayəndəsi X2, Birinci iş üzrə cavabdeh, birləşdirilmiş iş üzrə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs L.Ə.Abdullayevanın nümayəndə və vəkilləri Vəkil6 və Vəkil7 iştirakları ilə, İddiaçı Cavabdehnə və Abdullayeva Ləman Əfqan qızına qarşı “mülkiyyətdən istifadə hüququnun həyata keçirilməsinə edilən maneələrdən ibarət hərəkətlərə son qoyulması və s.” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-2980/2022 nömrəli qətnaməsindən Cavabdeh MMC və üçüncü şəxs E.A.Talıbov tərəfindən verilmiş apellyasiya şikayətləri; Birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı (Talıbov Elsevər Abbas oğlu və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti üçüncü şəxs qismində cəlb edilməklə) “müqavilənin etibarsızlığı” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-1792/2023 nömrəli qətnaməsindən iddiaçı Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə, eyni zamanda birləşdirilmiş iş üzrə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs Abdullayeva Ləman Əfqan qızının cavabdehlər İddiaçı və "xxxx" MMC-yə qarşı (üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ cəlb edilməklə) “alqı-satqı müqaviləsinin və həmin müqavilə əsasında yaranmış bütün hüquqi nəticələrin və çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddiasına Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. xx.xx.2008-ci il tarixli müqaviləyə əsasən Cavabdeh MMC-nin direktoru X11 tərəfindən Bakı şəhəri, F.Bayramov küçəsi, 1156 ünvanında inşa edilən 4 saylı yaşayış binasının 1-ci mərtəbəsində ümumi tikili sahəsi 174,0 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsi Talıbov Elsevər Abbas oğluna təhvil verilmişdir.
2. Maliyyə arayışına əsasən ünvan 1 ünvanında yerləşən 4 saylı yaşayış kompleksi Cavabdeh MMC-yə məxsusdur. Bu kompleksin 1-ci mərtəbəsində ümumi tikinti sahəsi 174,0 kv.m olan qeyri-yaşayış sahəsinin pay dəyəri payçı Talıbov Elsevər Abbas oğlu tərəfindən tam ödənilmişdir, onun Cavabdeh MMC-yə borcu yoxdur.
3. xx.xx.2008-ci il tarixli Cavabdeh MMC-nin kassa mədaxil orderinə əsasən Talıbov Elsevər Abbas oğlu tərəfindən 4 saylı binanın 1-ci mərtəbəsində ümumi tikinti sahəsi 174,0 m2 olan qeyri-yaşayış sahəsi üçün 261.000 manat kassaya mədaxil edilmişdir.
4. xx.xx.2009-cu il tarixli müqaviləyə əsasən Cavabdeh MMC-nin direktoru X11 tərəfindən ünvan 2 ünvanında inşa edilən 4 saylı yaşayış binasının 1-ci mərtəbəsində ümumi tikili sahəsi 177 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsi (maqazin) İddiaçı təhvil verilmişdir.
5. xx.xx.2009-cu il tarixli Cavabdeh MMC-nin kassa mədaxil orderinə əsasən İddiaçı tərəfindən 4 saylı binanın 1-ci mərtəbəsində olan qeyri-yaşayış sahəsi üçün 708.000 manat kassaya mədaxil edilmişdir.
6. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* nömrəli xx.xx.2014-cü il tarixli çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 167,8 m2 olan qeyri-yaşayış sahəsi İddiaçı mülkiyyətindədir.
7. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4563/2019 saylı, xx.xx.2019cu il tarixli qətnaməsinə əsasən Bakı şəhəri, F.Bayramov küçəsi, 1156 ünvanında inşa edilən 4 saylı yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 174 kv.m olan qeyriyaşayış sahəsi (mağaza) üzərində Talıbov Elsevər Abbas oğlunun sahiblik və istifadə hüquqlarının tanınması, Bakı şəhəri, F.Bayramov küçəsi, 1156 ünvanında inşa edilən 4 saylı yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 174 kv.m olan qeyri-yaşayış sahəsindən (mağazadan) Talıbov Elsevər Abbas oğlu tərəfindən istifadə olunmasına və təmir edilməsinə qoyulmuş qadağaların aradan qaldırılması qət edilmişdir.
8. Bakı şəhəri Xətai Rayon İcra və Probasiya Şöbəsinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ünvanladığı xx.xx.2020-ci il tarixli, xx/xx-121749/16 saylı məktuba əsasən Xətai Rayon İcra və Probasiya Şöbəsinin icraatında olan Xətai Rayon Məhkəməsinin 2(011)- 4563 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən ünvan 5 ünvanında inşa edilmiş 4 saylı yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 174 m2 olan qeyri-yaşayış sahəsi (mağaza) üzərində Talıbov Elsevər Abbas oğlunun sahiblik və istifadə hüquqları tanınmalı və oranın təmir olunmasına qoyulmuş qadağalar aradan qaldırılmalıdır. Sözügedən icra sənədinin icrası ilə bağlı tərəflərindən icraata başlamaq haqqında qərar qəbul edilmiş və tələbin könüllü icrası haqqında "xxxx" MMC-yə bildiriş göndərilmişdir. Bununla əlaqədar sözügedən qeyri-yaşayış sahəsinə tərəflərindən baxış keçirilmiş və həmin qeyri-yaşayış sahəsinin giriş qapısının möhürləndiyi aşkar olunmuşdur. Bundan sonra möhürün kim tərəfindən vurulduğu soraqlaşdırılmış və Cavabdeh MMC-nin işçilərinin şifahi məlumatına və tələbkarın ərizəsinə əsasən bu möhürün Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən vurulduğu bildirilmişdir. Qeyd olunan məlumatların dəqiqləşdirilməsi məqsədilə sözügedən qeyri-yaşayış sahəsinin giriş qapısına tərəflərindən möhürün vurulub-vurulmaması barədə, həmçinin həmin sahənin ümumiyyətlə onların apardığı hər hansı işin predmeti olub-olmaması barədə Xətai Rayon İcra və Probasiya Şöbəsinə məlumat verilməsi xahiş olunmuşdur.
9. Cavabdeh MMC ilə X6 arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən ünvan 6 ünvanında inşa edilən 4 saylı yaşayış binasının 1-ci mərtəbəsində ümumi tikinti sahəsi 174,0 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsi alıcıya təhvil verilir. Sahənin dəyəri 250.000 manat təşkil edir və yeni payçı X6 bu məbləği əvvəlki payçı Talıbov Elsevər Abbas oğluna ödəmişdir. Sözügedən qeyri-yaşayış sahəsinə dair X3 mülkiyyət hüququ əmlakın ölçüsü faktiki 151,2 kv.metr göstərilməklə, xx.xx.2022-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.
10. xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən X6 həmin daşınmaz əmlakı Abdullayeva Ləman Əfqan qızına bağışlanmışdır. Sözügedən daşınmaz əmlaka dair Ləman Abdullayevanın mülkiyyət hüququ xx.xx.2024-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla ona çıxarış verilmişdir.
a) Birinci instansiya məhkəməsində birinci iş üzrə icraat
11. İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus ünvan 7 ünvanında 1-ci mərtəbənin 1-ci səviyyəsində yerləşən 167.8 kv.m (müqavilə üzrə 4 saylı binanın İ mərtəbəsindəki 177 kv.m) qeyri-yaşayış sahəsindən istifadə hüququnun həyata keçirilməsinə cavabdeh tərəfindən edilən maneələrə son qoyulması və mülkiyyətçinin qeyri-yaşayış sahəsinə buraxılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış müqavilənin 1.1-ci bəndinə əsasən iddiaçı qeyri-yaşayış sahəsini cavabdehə təhvil verir, 2.3-cü bəndinə əsasən, iddiaçı ümumi məbləğin 708.000 manatını cavabdehə əvvəlcədən ödəyir. Müqavilə üzrə verilmiş 21 yanvar 2009-cu il tarixli kassa mədaxil orderinin qəbzindən göründüyü kimi, pay ödənişi olaraq 708.000 manat məbləğində vəsait iddiaçı tərəfindən cavabdehə tam ödənilmişdir. Bina tikildikdən sonra iddiaçı tərəfindən müvafiq sənədlər Dövlət orqanına təqdim olunmuş və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş RX seriyalı ******* nömrəli Çıxarış əsasında 167.8 kv.m olan qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə dövlət reyestrinin 143 nömrəli reyestr kitabının 13435 nömrəli vərəqində iddiaçının adına qeydiyyata alınmışdır. Mübahisəli qeyri-yaşayış sahəsi iddiaçı tərəfindən tam şəkildə təmir olunaraq müvafiq mebel avadanlıqları ilə təmin olunmuşdur. İddiaçı 2014-cü ildən ölkə xaricində yaşadığından əmlakına nəzarət etməmiş və bundan istifadə edən cavabdeh qeyri-yaşayış sahəsinə sahiblənmişdir. 2019-2020-ci illər ərzində mülkiyyətçinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi dəfələrlə qeyri-yaşayış sahəsinə daxil olmaq istəsə də, MTK-nın əməkdaşları (mühafizəçi, komendant, qanuni təmsilçinin nümayəndəsi və sair) tərəfindən buna imkan verilməmiş, hətta polis orqanlarına edilən müraciətlər nəticəsiz qalmışdır.
13. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)- 2980/2022 nömrəli qətnaməsi ilə (hakim P.M.Zamanlı) iddia təmin edilmiş, İddiaçı mübahisəli qeyri-yaşayış sahəsindən istifadə hüququnun həyata keçirilməsinə Cavabdeh MMC tərəfindən yaradılan maneələrə son qoyulması, İddiaçı mübahisəli qeyri-yaşayış sahəsinə buraxılması qət edilmişdir.
14. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı ilə cavabdeh qeyri-yaşayış obyektinin yeri, ölçüsü, qiyməti və digər mühüm şərtləri barədə razılığa gəlməklə, müqavilə bağlamışlar. Müqavilənin qiyməti də iddiaçı tərəfindən tam şəkildə ödənilmişdir. Həmin müqavilə və buna dair digər sənədlər iddiaçı tərəfindən təqdim edilməklə, qeyri-yaşayış sahəsinə dair iddiaçının mülkiyyət hüququ xx.xx.2014-cü il tarixdə dövlət qeydiyyatına alınmaqla bu barədə çıxarış verilmişdir.
15. Məhkəmə qeyd etmişdir ki, iddiaçı qeyri-yaşayış sahəsinin mülkiyyətçisidir və buna dair ona xx.xx.2014-cü il tarixdə çıxarış verilmişdir. Mülki Məcəllənin 140-cı maddəsində təsbit edilmiş əsas görə nə qədər ki, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyib, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Lakin nə cavabdeh, nə də Elsevər Talıbov iddiaçıya verilmiş çıxarışı mübahisələndirməmişdir və həmin çıxarış qüvvədədir. Baxmayaraq ki, cavabdehin nümayəndəsi xx.xx.2022-ci il tarixdə keçirilən məhkəmə iclası zamanı verdiyi izahatında mübahisəli qeyri-yaşayış sahəsinin iddiaçıya satılmasından 2022-ci ilin fevral ayında məlumatı olduğunu bildirmişdir. Lakin həmin tarixdən sonra da xx.xx.2014-cü il tarixdə verilmiş çıxarışın ləğv edilməsi ilə bağlı məhkəməyə müraciət etdiyini sübut edən sənədləri məhkəməyə təqdim edə bilməmişdir.
16. Məhkəmə həmçinin qeyd etmişdir ki, Bakı şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Talıbov Elsevər Abbas oğlunun üzərində sahiblik və istifadə hüquqlarının tanındığı qeyri-yaşayış sahəsi olan Bakı şəhəri, F.Bayramov küçəsi, 1156-cı ünvanında inşa edilən qeyri-yaşayış sahəsinin ümumi sahəsi 174 kv.m olduğu halda, iddiaçıya satılmış qeyri-yaşayış sahəsinin ümumi sahəsi müqavilə üzrə 177 kv.m, çıxarışla isə 167,8 kv.m təşkil edir. Cavabdeh hər iki əmlakın eyni əmlak olması barədə sübutları məhkəməyə təqdim etməmişdir.
17. Məhkəmə öz mövqeyini Azərbaycan Respubikasının Konstitusiyasının 13 və 29-cu, Mülki Məcəllənin 5.3, 140, 152.1, 157.4-cü, Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 214.4-cü maddələrinə, həmçinin Avropa Məhkəməsinin Akimova Azərbaycana qarşı” xx.xx.2007-ci il tarixli qərarına istinad edərək əsaslandırmışdır.
Birləşdirilmiş iş üzrə birinci instansiya məhkəməsində icraat
18. İddiaçı Cavabdeh MMC cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, ünvan 8 ünvanında yerləşən hündürmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən ümumi sahəsi 177 m2 (çıxarışa əsasən 167,8 m2 ) olan qeyri-yaşayış sahəsinə dair Cavabdeh MMC və İddiaçı arasında bağlandığı bildirilən 21 yanvar 2009-cu il tarixli müqavilə və İddiaçı adına verilmiş maliyyə arayışının etibarsız hesab edilməsi, 21 yanvar 2009-cu il tarixli müqavilədən doğan hüquqi nəticələrin, o cümlədən ünvan 8 ünvanında yerləşən hündürmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən ümumi sahəsi 177 m2 (çıxarışa əsasən 167,8 m2 ) olan qeyri-yaşayış sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun qeydə alınması barədə daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və həmin qeyd əsasında onun adına verilmiş xx.xx.2014-cü il tarixli çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
19. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh MMC-yə qarşı “mülkiyyətdən istifadə hüququnun həyata keçirilməsinə edilən maneələrin ibarət hərəkətlərinə son qoyulması və qeyri-yaşayış sahəsinə buraxılma tələbi barədə” iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, ona məxsus ünvan 7 ünvanında 1-ci mərtəbənin 1-ci səviyyəsində yerləşən 167.8 kv.m (müqavilə üzrə 4 saylı binanın İ mərtəbəsindəki 177 kv.m) qeyriyaşayış sahəsindən istifadə hüququnun həyata keçirilməsinə cavabdeh tərəfindən edilən maneələrə son qoyulması və mülkiyyətçinin qeyri-yaşayış sahəsinə buraxılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia əsasında başlanmış mülki işə baxmış Xətai Rayon Məhkəməsi, iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli, 2(011)-2980/2022 saylı qətnaməsi ilə iddianın təmin edilməsini, İddiaçı ünvan 9 ünvanında, 1-ci mərtəbənin 1-ci səviyyəsində yerləşən 167,8 kv.m (müqavilə üzrə 4 saylı yaşayış binasının 1 mərtəbəsindəki 177 kv.m) qeyri-yaşayış sahəsindən istifadə hüququnun həyata keçirilməsinə Cavabdeh MMC tərəfindən yaradılan maeələrə son qoyulmasını, İddiaçı ünvan 9 ünvanında, 1-ci mərtəbənin 1-ci səviyyəsində yerləşən 167,8 kv.m-dən ibarət (müqavilə üzrə 4 saylı yaşayış binasının 1 mərtəbəsindəki 177 kv.m) qeyri-yaşayış sahəsinə buraxılmasını qət etmişdir. Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh MMC apelyasiya şikayəti vermiş, apelyasiya şikayətinə baxılması məhkəmə baxışına təyin edilmişdir. Hesab edir ki, İddiaçı, 2(011)-2980/2022 nömrəli mülki iş üzrə MMC-yə qarşı irəli sürdüyü iddia tələbinin əsasını təşkil edən Cavabdeh MMC-nin direktoru X11 və İddiaçı arasında bağlandığı iddia edilən 21 yanvar 2009- cu il tarixli müqavilə etibarsız əqddir. Belə ki, ümumi sahəsi 177 kv.m ibarət qeyri-yaşayış sahəsinin alqı-satqısı ilə bağlı İddiaçı və Cavabdeh MMC arasında hər hansı müqavilə bağlanmamışdır. Həmin qeyri-yaşayış sahəsinin İddiaçı satılması barədə Cavabdeh MMC-nin iradə ifadəsi olmamışdır. Belə ki, 2008-ci ilin sonları, 2009-cu ilin əvvəli, o vaxt Azərbaycan Respublikası Milli Təhlükəsizlik Naziri vəzifəsində işləyən Eldar Mahmudov Cavabdeh MMC-nin rəhbərliyinə müxtəlif vasitələrlə təzyiqlər göstərərək ünvan 9 ünvanında, 1-ci mərtəbənin 1-ci səviyyəsində yerləşən qeyri-yaşayış sahəsindən oğlu, hazırkı iş üzrə cavabdeh İddiaçı adına 177 kv.m ölçüsündə qeyri-yaşayış sahəsinin sənədləşdirilməsini tələb etmişdir. MMC-nin rəhbərliyi, binanın tikintisinin külli miqdarda maliyyə vəsaitinə başa gələcəyini, tələb edilən ölçüdə qeyri-yaşayış sahəsinin böyük bir sahə olduğunu, bu səbəbdən həmin əmlakın dəyərinin də çox böyük məbləğdə pul vəsaiti tələb etdiyini, qeyri-yaşayış sahəsinin əvəzsiz verilməsinin mümkün olmadığını E.Mahmudovun göndərdiyi adamlara bildirmişdir. Təzyiqlər bir müddət davam etmiş, lakin sonradan E.Mahmudovun göstərişi ilə MMC-yə bildirilmişdir ki, qeyri-yaşayış sahəsinə dair müqavilə bağlanmasa, MMC-nin rəhbərliyi və yaxın qohumları ilə “başqa cür rəftar ediləcəkdir”. E.Mahmudovun yuxarıda qeyd edilən vəzifədə olması səbəbindən onun təzyiqlərinə davam gətirmək mümkün deyildi və son nəticədə MMC-nin rəhbərliyi göstərilən davamlı və ağır təzyiqlərin nəticəsində çarəsiz qalıb qeyri-yaşayış sahəsinin İddiaçı adına rəsmilləşdirilməsi barədə MMC-nin direktoru M.Cəfərova zorla müqaviləyə imza etdirillmişdir. Eyni zamanda MMC, İddiaçı adına sözügedən qeyri-yaşayış sahəsinin dəyərinin guya ödənilmiş olmasına dair “Maliyyə arayışı” hazırlayaraq əks tərəfə təqdim etmişdir. Bu məsələnin üstündən çox bir zaman keçmiş, İddiaçı heç vaxt qeyri-yaşayış sahəsini MMC-dən tələb etməmişdir. Göründüyü kimi, hazırda etibarlılığı mübahisələndirilən “Sahil-D Kompani “ MMC və İddiaçı arasında bağlandığı iddia edilən 21 yanvar 2009-cu il tarixli müqavilə hakimiyyətdən sui-istifadə, hədə-qorxu təsiri altında imzalanmış müqavilədir. Həmin müqavilədə qeyd olunan qeyri-yaşayış sahəsinə görə İddiaçı MMC-nin hesabına hər hansı məbləğdə pul ödəməmişdir. İddiaçı və Cavabdeh MMC arasında bağlandığı iddia edilən 21 yanvar 2009-cu il tarixli müqavilə etibarsız əqdir və Cavabdeh MMC üçün heç bir hüquqi nəticə doğurmamalıdır. Bundan başqa, Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küçəsi, 1156 ünvanda inşa edilmiş 4 №-li çozxmənzilli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin ümumi sahəsi təxminən 780 kv.m. təşkil edir (binanın bütöv altı). Həmin qeyri-yaşayış sahəsi 5 ayrı-ayrı sahələrə bölünərək, ayrı-ayrı şəxslərə satılmışdır. Həmin şəxslərin arasında isə iş üzrə İddiaçı yoxdur. İddiaçının iddia etdiyi nə 177 kv.m (müqavilə üzrə), nə də ki, 167 kv.m (çıxarış üzrə) sahə də həmin qeyri-yaşayış sahəsində yoxdur. Belə ki, 4 №-li yaşayış binasının 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi təxminən 780 kv.m təşkil edən qeyriyaşayış sahəsinə dair Cavabdeh MMC X18 ilə (87 kv.m) xx.xx.2013-cü il tarixdə, Talıbov Elsevər Abbas oğlu ilə (174,0 kv.m) xx.xx.2008-ci il tarixdə, X9 ilə (80 kv.m), X13 ilə (131 kv.m) 2008-ci il tarixdə (sonradan "xxxx" MMC-yə satılmışdır) ilə və “Azərbaycan Karlar Cəmiyyəti” İçtimai Birlik ilə (305,0 kv.m) xx.xx.2020-ci il tarixdə müqavilələr bağlanmışdır. Həmin müqavilələr əsasında plan-sxemlər tərtib edilmiş, əmlaklar müqavilə bağlanmış şəxslərə təhvil verilmişdir. Göründüyü kimi, Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küçəsi, 1156 ünvanda inşa edilmiş 4 №-li çozxmənzilli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsində iddiaçının iddia etdiyi 177 kv.m (müqavilə üzrə) və ya 167 kv.m (çıxarış üzrə) sahə mövcud deyildir. Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küçəsi, 1156 ünvanda inşa edilmiş 4 №-li çozxmənzilli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsi "xxxx"Sahil-D Kompani” MMC və İddiaçı arasında bağlandığı iddia edilən qeyri-yaşayış sahəsi isə əslində 177 kv.m ibarət olmaqla 14 yanvar 2008-ci il tarixdə Talıbov Elsevər Abbas oğluna satılmış qeyri-yaşayış sahəsidir. Belə ki, ünvan 10 ünvanda yerləşən hündürmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən 174 kv.m qeyri-yaşayış sahəsinə dair Elsevər Talıbov və Cavabdeh MMC arasında xx.xx.2008-ci il tarixdə müqavilə bağlanmışdır. Həmin müqavilənin şərtlərinə uyğun olaraq qeyri-yaşayış sahəsi Cavabdeh MMC tərəfindən Elsevər Talıbova təhvil verilmiş, sonuncu isə həmin əmlakın dəyərini MMC-yə tam ödəmiş və qeyri-yaşayış sahəsini qəbul etmişdir. Qeyri-yaşayış sahəsinin dəyərinin Cavabdeh MMC-yə tam ödənilməsi barədə MMC tərəfindən Elsevər Talıovun adına verilmiş kassa mədaxil orderi və maliyyə arayışı ilə təsdiq edilir. Elsevər Talıbov qeyri-yaşayış sahəsinin dəyərini ödədiyi vaxtdan da həmin əmlakın mülkiyyətçisi hesab edilmişdir. X23 və Cavabdeh MMC arasında müqavilə bağlandığı vaxt (xx.xx.2008-ci il) zaman Azərbaycan Respublikası Mülki Məcəlləsinin qüvvədə olduğu 178.8-ci maddəsinə görə, mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Ümumi sahəsi 174 kv.m olan qeyri-yaşayış sahəsi xx.xx.2008-ci il tarixdən Elsevər Talıbovun natamam mülkiyyət hüququ ilə yüklü olmuşdur. Belə olan halda, həmin əmlak mülkiyyətçi Elsevər Talıbovun razılığı olmadan başqa şəxsə özgəninkiləşdirilə bilməzdi. Onu da qeyd etmək lazımdır ki, Elsevər Talıbovun dəyərini ödəyərək əldə etdiyi 174 kv.m qeyri-yaşayış sahəsi İddiaçı ümumiyyətlə təhvil verilməmiş, həmin əmlak onun sahiblik və istifadəsində heç vaxt olmamışdır. Qeyriyaşayış sahəsi müqavilə bağlandığı 2008-ci ildən Elsevər Talıbovun faktiki istifadə və sahibliyində olmuşdur. ünvan 8 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 174 kv.m olan qeyri-yaşayış sahəsinin Elsevər Talıbova məxsus olması, sonuncunun həmin əmlakın qanuni sahibi olması qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə tanınmışdır. Belə ki, Mütəşəkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən Cavabdeh MMC-nin inşa etdiyi 12 ədəd mənzil və Elsevər Talıbova məxsus qeyri-yaşayış sahəsinin qapıları bağlanmış, qeyri-yaşayış sahəsindən istifadə edilməsi, təmir işlərinin aparılması Elsevər Talıbova qadağan edilmişdir. Bu səbəbdən də Elsevər Talıbov iddia ərizəsi ilə Xətai Rayon Məhkəməsinə müraciət edərək, ünvan 11 ünvanda inşa edilmiş 4 №-li çozxmənzilli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 174 kv.m olan qeyri-yaşayış sahəsi üzərində onun sahiblik və istifadə hüququnun tanınmasını, həmin əmlakdan onun tərəfindən istifadə olunmasına və təmir edilməsinə qoyulmuş qadağaların aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4563/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddiaçı Elsevər Talıbovun həmin iddiası təmin edilmiş, ünvan 8 ünvanda yerləşən hündürmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 174 kv.m olan qeyri-yaşayış sahəsi üzərində Elsevər Talıbovun sahiblik və istifadə hüququnun tanıması, həmin qeyri-yaşayış sahəsindən Elsevər Talıbov tərəfindən istifadə olunmasına və təmir edilməsinə qoyulmuş qadağaların aradan qaldırılması qət edilmişdir. ünvan 8 ünvanda yerləşən hündürmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 177 kv.m olan qeyri-yaşayış sahəsinə dair Cavabdeh MMC və İddiaçı arasında 21 yanvar 2009-cu il tarixdə müqavilə bağlanmamışdır. Həmin qeyri-yaşayış sahəsi ilə bağlı İddiaçı tərəfindən hərhansı məbləğdə ödəniş həyata keçirilməmişdir. Həmin qeyri-yaşayış sahəsi İddiaçı ümumiyyətlə təhvil verilməmiş, bu əmlak onun sahiblik və istifadəsində heç vaxt olmamışdır. Sözügedən qeyri-yaşayış sahəsi 174 kv.m olmaqla 14 yanvar 2008-ci il tarixdə Elsevər Talıbovun faktiki istifadə və sahibliyində olmuşdur. Həmin əmlakla bağlı hüquqlarının İddiaçı ötürülməsi və ya müqavilə bağlanmasına Elsevər Talıbov razılıq verməmişdir. İddiaçı onunla Cavabdeh MMC arasında 21 yanvar 2009-cu il tarixdə bağlandığı iddia etdiyi müqavilə etibarsız əqddir.
20. Cavabdeh İddiaçı nümayəndəsi və vəkili iddia ərizəsinə qarşı etiraz ünvanlayaraq qeyd etmişdir ki, iddia tələbinin heç bir əsası yoxdur, həmin tələb əsassız və tamamilə absurddur, bundan əlavə, həmin tələb üzrə iddia müddəti heç bir üzrlü səbəb olmadan ötürülmüş, bununla bağlı dəlilləri ayrıca verilmiş ərizədə sadalamışdır. Bundan başqa, aşağıda qeyd olunanlarla iddia tələbinin tamamilə əsassız olması sübuta yetirilir və bu səbəbdən də iddia tələbi təmin olunmamalıdır. İddiaçının sübut qismində təqdim etdiyi və iddiasının hüquqi əsasını təşkil edən xx.xx.2008-ci il tarixli müqavilə qanunla müəyyən olunmuş qaydada təsdiq olunmadığından onun iddiası hər bir halda təmin oluna bilməz. Digər tərəfdən, hətta həmin sənədin (müqavilənin) qanunla müəyyən olunmuş qaydada təsdiq edilməklə məhkəməyə təqdim edildiyi və bu səbəblə sübut qismində nəzərə alınmalı olduğu fərziyyə olaraq qəbul edilsə belə, yenə də iddianın əsaslı olduğu qənaətinə gəlmək mümkün deyildir. Belə ki, işin həqiqi halına görə, mübahisələndirilən obyekt məhz iddiaçı ilə əldə olunan razılığa əsasən, İddiaçı adına rəsmiləşdirilmiş, bu zaman hər hansı qanunsuzluğa yol verilməmiş və nəticədə obyekt onun adına mülkiyyət hüququ üzrə qeydə alınmışdır. İddiaçının iddiasının hüquqi əsası kimi istinad etdiyi müqavilənin onda olmaması, obyektin 11 ildən artıq müddət ərzində maraqı şəxs Elsevər Talıbova təhvil verilməməsi, onun bu illər ərzində obyekti təhvil vermək öhdəliyini üzərinə götürmüş MMC-dən bu öhdəliyini icra etməsini tələb etməməsi, ona bu barədə müraciətlər etməməsi, obyektlərlə maraqlanmaması, obyektin ona təhvil verilməməsi, obyektin 2014cü ildən mülkiyyət hüququ üzrə başqasının adına qeydə alınması, onun yalnız 11 ildən sonra məhkəməyə müraciət etməsi, xüsusən də Elsevər Talıbovun adına olan müqavilədə onun şəxsiyyət vəsiqəsinin seriya və nömrəsinin, əmlakın dəyərinin qeyd olunmaması, digər müqavilələrdən fərqli olaraq Elsevər Talıbovun müqaviləsində 2.1 bənd ola-ola 2.2-ci bəndin, yəni əmlakın hər kvadratına görə və ümumi dəyərinin göstərilməməsi, habelə ekspertiza təyin olunmağın qarşısını almaq üçün müqavilənin əslinin təqdim olunmaması ilə bağlı işin faktiki halları da obyektin həqiqətən də İddiaçı məxsus olması və xx.xx.2008ci il tarix kimi qeyd edilən müqavilənin saxtakarlıqla arxa tarixə tərtib edilməsi qənaətinə gəlməyə əsas verir. Hətta mübahisə mövzusu olan obyektə dair həyata keçirilən sonrakı rəsmiləşdirmənin iddiaçının və maraqlı şəxsin iradəsini əks etdirmədiyi qəbul edilsə belə, iddia yenə də əsaslı sayıla bilməz. Çünki yuxarıda da qeyd edildiyi kimi, xx.xx.2008-ci il tarixli müqaviləyə görə, iddiaçı cəmiyyət mübahisə mövzusu olan obyekti maraqlı şəxsə təhvil vermək öhdəliyini öz üzərinə götürmüş, lakin obyekt ona təhvil verilməmişdir. Maraqlı şəxsin özü də Bakı şəhəri Xətai Rayon Məhkəməsində irəli sürdüyü iddiasında obyektin təmirinə buraxılmadığını iddia etmiş, Sahil-D şirkəti isə məhkəməyə gələrək iddianı etiraf etmiş və qətnamə icra edilərkən çəkilən videomaterialdan görünür ki, obyekt 2 faktiki olaraq təmirli və mebel ilə təhciz edilmiş vəziyyətdə olmuşdur ki, bu xüsusat da qeyd olunan iddianın süni şəkildə qaldırıldığı qənaətinə gəlməyə aydın şəkildə imkan verir. Halbuki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Əksinə işin mübahisəsiz halına görə, mübahisələndirilən obyekt məhz İddiaçı təhvil verilmiş, sonuncu həmin obyekti təmir etdirmiş, zamanında obyektin təmirini müşahidə etmək açıq-aşkar mümkün olmuş, habelə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən onun adına mülkiyyət hüququ üzrə qeydiyyata alınaraq ona müvafiq çıxarış verilmişdir. İşin qeyd edilən halı işdə olan sənədlərlə də tam sübut olunur, o cümlədən obyektin təmir olunmasını isə hətta kənardan belə görmək mümkün olduğundan bu xüsusatın, yəni obyektin ən azı 2014-cü ildən başqa birinin sahibliyində olması faktının iddiaçı üçün açıq-aşkar olması danılmazdır. Qeyd edilməlidir ki, mülki hüquq münasibətlərində borclunun eyni əşyanı iki və ya daha artıq şəxsə (kreditora) verəcəyi barədə öhdəlik götürməsi (müqavilə bağlaması) halları mümkündür. Belə hallarda borclu, bağladığı müqavilələrlə bir əşyanı müxtəlif şəxslərə verəcəyi (mülkiyyətinə keçirəcəyi) barədə üzərinə öhdəlik götürmüş olur. Bu məzmunda müqavilənin bağlanması ilə kreditorlardan heç biri avtomatik olaraq həmin əşyanın mülkiyyətçisi olmur (mülkiyyəti qazanmırlar). Bu kimi hallarda əşyanın mülkiyyətini alıcılardan hansının qazanması qanunvericiliklə tənzimlənmişdir. Göründüyü kimi qanun, fərdi müəyyən əşyaya haqq iddia edən bir neçə kreditorun olduğu halda həmin əşyanın onlardan hansına məxsus olması qaydasını dəqiqliklə müəyyən etmişdir. Belə ki, borclu, həmin əşyanı kreditorun mülkiyyətinə vermək öhdəliyini icra etməmişsə və əşya üçüncü şəxsə mülkiyyət hüququ ilə verilməmişsə, kreditor, həmin əşyanın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Başqa sözlə, borclu, eyni əşyanı bir neçə şəxsə vermək öhdəliyini üzərinə götürmüşsə, üstünlük əşyaya faktiki sahiblənən alıcıya məxsusdur. Əgər əşya artıq kreditorlardan birinə faktiki olaraq verilmişsə, yəni şəxs əşyaya yiyələnmişsə və ona mülkiyyətçi kimi sahiblik edirsə, digər kreditorun (alıcının) həmin əşyanı borcludan tələb etmək imkanı hüquqi baxımdan aradan qalxmış olur (əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur). Əşyaya sahiblənmə dedikdə hüquqi sənədləşmə ilə yanaşı, həmçinin faktiki hərəkətlərlə gerçəkləşən yiyələnmə əməli başa düşülür. Sahiblik (yiyələnmə), şəxsin əşyanı özünün nəzarətində və təsir dairəsində saxlaması, kənar şəxslərin müdaxiləsindən qoruması (qapı qoyması, açarını yalnız özündə saxlaması, təmir etməsi), mütəmadi baş çəkərək onu idarə etməsi, saxlanma və kommunal xərclərini ödəməsi və s. kimi faktiki hərəkətlərdə özünü göstərir. Ona görə də, qeyd edilən aktiv 3 hərəkətlərlə dəstəklənməyən təhvil aktı və ya müqavilə özü-özlüyündə sahiblənməni təsdiqləyən sübut kimi qəbul oluna bilməz. Göründüyü kimi, İddiaçı mübahisə mövzusu olan obyektə (əşyaya) faktiki sahiblənən alıcı olduğundan, obyekt (əşya) artıq ona faktiki olaraq verildiyindən, bir müddət əsaslı təmir işləri aparılmaqla tikinti-quraşdırma işlərinin aparılması müşayiət edildiyindən və keçən 14 illik müddət ərzində ona yiyələnərək, mülkiyyətçi kimi sahiblik etdiyindən, habelə daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydə alındığından digər kreditorun (iddiaçının) həmin əşyanı borcludan tələb etmək imkanı hüquqi baxımdan aradan qalxmışdır. 3. Şərh edilənlərlə yanaşı həmçinin nəzərə alınmalıdır ki, iddiaçının adına olan müqavilənin tarix etibarı ilə daha əvvəl olması da, sonrakı müqavilələrin etibarlığına bu və ya digər formada təsir etmir. Həqiqətən də qanunvericilikdə fərdi-müəyyən əşyaların alqı-satqısı baxımından belə bir etibarlılıq şərti nəzərdə tutulmayıb, tam əksinə, MM-in məhz elə 452.1-ci maddəsinin son iki cümləsində nəzərdə tutulan müddəalar bu müqavilələrin hamısının etibarlı olduğunu göstərir. Buna görə də bu müqavilə üzrə borclu kimə icra hərəkəti etmişsə, həmin icra etibarlıdır. 4. Bundan başqa, iddiaçının irəli sürdüyü dəlillər əsaslı olmuş olsa idi belə, onun tərəfindən müvafiq iddianın irəli sürülməsi üçün qanunla nəzərdə tutulmuş müddət də ötürülmüş və bununla bağlı ayrıca ərizə də verilmişdir. Yuxarıda göstərildiyi kimi, iddiaçının iddiasının faktiki əsası kimi istinad etdiyi müqavilə 2008-ci ilin avqust ayında “bağlanmış” və müvafiq 3.2-ci bəndinə əsasən obyekt alıcıya 24 ay sonra veriləcəyi göstərilmişdir. Maraqlı şəxs isə obyektin təhvil verilməli olduğu həmin tarixdən sonra iddiaçı şirkətə qarşı hər hansı tələb irəli sürməmiş, yalnız 2019-cu il tarixdə (obyektin təhvil verilməli olduğu tarixdən 9 il sonra) süni şəkildə təşkil edilmiş iddia tələbi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. Göründüyü kimi, iddia müddətinin tətbiq edilməsi mülki hüquq münasibətlərinin tənzimlənməsində əhəmiyyətli rol oynayır və mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət edir. Həmçinin, iddiaçı əqdin etibarsızlığı ilə bağlı kəsici müddətə də əməl etməmişdir. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. İşdən aydın olur ki, mübahisələndirilən obyektə dair İddiaçıla xx.xx.2009-cu il tarixdə müqavilə bağlanmış, obyekt məhz ona təhvil verilmiş, həmçinin 2014-cü ildə daşınmaz əmlakın dövlət reyestrində onun adına mülkiyyət hüququ üzrə qeydiyyata alınmışdır. İddiaçının və maraqlı şəxsin həmin tarixlərdən etibarən müvafiq olaraq 12-7 il ərzində obyektlə maraqlanmaması, onun güya başqa şəxsə satıldığını öyrənməməsi ağlabatan və məntiqli deyildir. Onlar, bu qədər uzun müddət ərzində qeyd edilənlərdən hər bir halda xəbərdar olmalı (bilməli) idi. Bununla belə onlar, İddiaçı adına olan müqavilənin etibarsızlığını xx.xx.2023-cü il tarixdə, yəni 1 ildən artıq müddət keçdikdən sonra mübahisələndirmişdir.
21. Cavabdeh İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddianın faktiki əsası kimi istinad olunan müqavilə xx.xx.2009-cu il tarixdə bağlanmış, hazırkı tələb isə 19 il sonra qaldırılmışdır. Həmçinin, iddia olunan qeyri-yaşayış sahəsi 2021-ci ilin ortalarından etibarən tərəflər arasında mübahisə predmeti olmuş, qeyd olunan tarixdən hazırkı iddianın verildiyi tarixədək 2 ildən çox vaxt keçmiş, yəni iddiaçı müqavilələri qanunla nəzərdə tutulmuş 1 illik iddia müddətini ötürməklə mübahisələndirmişdir. Bu səbəbdən iddia müddəti tətbiq edilməklə iddia tələbinin rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
22. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)- 1792/2023 nömrəli qətnaməsi (hakim O.Q.Məmmədli) ilə iddia təmin edilməmişdir.
23. Birinci instansiya məhkəməsi öz mövqeyini onunla əsaslandırılmışdır ki, iş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən müəyyən olunur ki, İddiaçı qeyri-yaşayış sahəsinin mülkiyyətçisidir və buna dair ona xx.xx.2014-cü il tarixdə çıxarış verilmişdir. İddiaçıya verilmiş çıxarış nə Cavabdeh MMC, nə də Talıbov Elsevər tərəfindən mübahisələndirilməmişdir və həmin çıxarış qüvvədədir. Eyni zamanda Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Bakı şəhəri, F.Bayramov küçəsi, 1156 ünvanında inşa edilən 4 saylı yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 174 kv.m olan qeyri-yaşayış sahəsi (mağaza) üzərində Talıbov Elsevər Abbas oğlunun sahiblik və istifadə hüquqlarının tanınması, Bakı şəhəri, F.Bayramov küçəsi 1156 ünvanında inşa edilən 4 saylı yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 174 kv.m olan qeyri-yaşayış sahəsindən (mağazadan) Talıbov Elsevər Abbas oğlu tərəfindən istifadə olunmasına və təmir edilməsinə qoyulmuş qadağaların aradan qaldırılması qət edilsə də, həmin işlə bağlı İddiaçı məlumatlandırılmamış, iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməmişdir. Həmçinin iddia ərizəsi və iddiaçının nümayəndəsi və vəkilinin izahatından görünür ki, iddiaçı Cavabdeh MMC rəhbərliyinin Eldar Mahmudovun göstərdiyi davamlı və ağır təzyiqlərin nəticəsində çarəsiz qalaraq qeyri-yaşayış sahəsinin İddiaçı adına rəsmiləşdirilməsinə əsaslanır. Halbuki, Eldar Mahmudov tərəfindən davamlı təzyiq göstərildiyi halda qeyri-qanuni hərəkət edərək, 2008-ci ildə artıq Talıbov Elsevər Abbas oğlunun adına rəsmiləşdirilmiş qeyri-yaşayış sahəsinin yenidən, 2009-cu ildə Cavabdeh MMC tərəfindən İddiaçı adına müqavilə ilə rəsmiləşdirilməsi inandırıcı deyil və iddia ərizəsində ziddiyyətlərə yol açır.
24. Məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəf istinad etdiyi Talıbov Elsevər Abbas oğlu və Cavabdeh MMC arasında bağlanmış 14 yanvar 2008-ci il tarixli müqavilənin əslini məhkəməyə təqdim etməmişdir. Həmçinin iş materillarında olan və iddiaçı tərəfin münahisələndirdiyi cavabdeh İddiaçı və Cavabdeh MMC arasında bağlanmış 21 yanvar 2009-cu il tarixli müqavilənin və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* nömrəli xx.xx.2014- cü il tarixli çıxarışın surəti məhz cavabdeh tərəfindən təqdim edilmişdir.
25. Məhkəmə iddia müddətinin tətbiqinə dair ərizəyə münasibətdə qeyd etmişdir ki, iş materiallarına əlavə edilən cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia müddətinin tətbiqi barədə ərizəsindən görünür ki, iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair icraat üzrə iddia müddətinin tətbiq edilərək iddia tələbinin rədd olunmasına dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. Ərizədə qeyd olunmuşdur ki, iddiaçının iddiasının faktiki əsası kimi istinad etdiyi müqavilə xx.xx.2009-cu il tarixdə bağlanmışdır. Müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia isə, yalnız xx.xx.2023-cü il tarixdə qaldırılmışdır. Eyni zamanda iş materiallarında müxtəlif məhkəmə qətnamələrinin və digər sənədlərin olması iddiaçının bu məsələ ilə bağlı məlumatlı olduğunu göstərir.
26. Məhkəmə qeyd etmişdir ki, Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş müddət kəsici müddət olmaqla əqdin mübahisələndirilməsi hüququna aiddir və bu müddətin keçməsi hüququn xitamına səbəb olur.
27. Məhkəmə hesab etmişdir ki, belə olduğu halda iddia tələbi qalan hissədə, yəni İddiaçı mülkiyyət hüququnun qeydə alınması barədə daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və həmin qeyd əsasında onun adına verilmiş xx.xx.2014-cü il tarixli çıxarışın ləğv edilməsi hissəsində təmin oluna bilməz.
28. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 140, 324.1, 337.1, 337.2, 339.1, 354 və 390.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 mart 2020-ci il tarixli qərarına istinad edərək əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsində birinci icraat
29. Cavabdeh MMC apellyasiya şikayəti verərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-2980/2022 saylı qətnaməsinin ləğv edilməsini, İddiaçı Cavabdeh MMC-yə qarşı “maneələrin aradan qaldırılması” iddiasının təmin edilməməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
30. Apellyasiya şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, iddiaçının iddia ərizəsində istinad etdiyi kimi, mübahisəli qeyriyaşayış sahəsinin alqı-satqısı ilə bağlı İddiaçı və Cavabdeh MMC arasında hər hansı müqavilə bağlanmamışdır. Həmin qeyri-yaşayış sahəsinin İddiaçı satılması barədə Cavabdeh MMC-nin iradə ifadəsi olmamışdır. Həmin çoxmənzilli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin ümumi sahəsi təxminən 780 kv.m. təşkil edir (binanın bütöv altı) və həmin qeyri-yaşayış sahəsi 5 ayrı-ayrı sahələrə bölünərək, ayrıayrı şəxslərə satılmışdır. Həmin şəxslərin arasında isə hazırkı iş üzrə İddiaçı yoxdur. İddiaçının iddia etdiyi nə 177 kv.m (müqavilə üzrə), nə də ki, 167 kv.m (çıxarış üzrə) sahə də həmin qeyri-yaşayış sahəsində yoxdur. Belə ki, 4 nömrəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi təxminən 780 kv.m təşkil edən qeyri-yaşayış sahəsinə dair "xxxx" MMC X18 ilə (87 k v.m) xx.xx.2013-cü il tarixdə, Talıbov Elsevər Abbas oğlu ilə (174,0 kv.m) xx.xx.2008-ci il tarixdə, X9 ilə (80 kv.m), X13 ilə (131 kv.m) 2008-ci il tarixdə (sonradan "xxxx" MMC-yə satılmışdır) və “Azərbaycan Karlar Cəmiyyəti” İctimai Birlik ilə ((305,0 kv.m) xx.xx.2020-ci il tarixdə müqavilələr bağlanmışdır. Həmin müqavilələr əsasında plansxemlər tərtib edilmiş, əmlaklar müqavilə bağlanmış şəxslərə təhvil verilmişdir (müqavilələr, çıxarış, plan sxemlər apellyasiya şikayətinə əlavə edilir. Göründüyü kimi, ünvan 11 ünvanda inşa edilmiş 4 nömrəli çoxmənzilli yaşayış binasının 1ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsində iddiaçının iddia etdiyi 177 kv.m (müqavilə üzrə) və ya 167 kv.m (çıxarış üzrə) sahə mövcud deyildir. Bütün bunlar barədə Cavabdeh MMC-nin səlahiyyətli nümayəndəsi birinci instansiyası məhkəməsinə məlumat vermişdir. Qeyd olunan 4 nömrəli çoxmənzilli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsi "xxxx" MMC tərəfindən ayrı-ayrı hissələrə bölünərək özgəninkiləşdirilmişdir və həmin mərtəbədə artıq Cavabdeh MMC-yə məxsus əmlak yoxdur. Belə olan halda, Cavabdeh MMC-nin İddiaçı guya “ona məxsus sahəyə” buraxmaması barədə bildirdikləri həqiqətə uyğun deyil. Çünki İddiaçı adına çıxarış olsa da, çıxarışda qeyd olunan sahə ünvan 12 ünvanda inşa edilmiş 4 nömrəli çoxmənzilli yaşayış binasının 1-ci mərtəbəsində yoxdur. Həmçinin "xxxx" MMC-yə həmin yerdə əmlak məxsus deyil. Belə olan vəziyyətdə Cavabdeh MMC hazırkı iş üzrə iddia tələbinə cavabdeh olan şəxs deyil. Əslində İddiaçı, qeyd olunan çoxmənzilli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin tərkibi hissəsi olan Elsevər Talıbova məxsus, sahəsi 174 kv.m. olan əmlaka iddia edir. Bununla bağlı bildirilir ki, Cavabdeh MMC və Elsevər Talıbov arasında xx.xx.2008-ci il tarixdə bağlanmış müqavilə əsasında Elsevər Talıbov qeyd olunan 4 nömrəli çoxmənzilli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 174 kv.m olan qeyri-yaşayış sahəsini əldə etmişdir. Sonuncu, qeyd edilən əmlakın tam dəyərini Cavabdeh MMC-yə ödəmiş, bu barədə ona maliyyə arayışı və kassa mədaxil orderi verilmişdir. Ümumi sahəsi 174 kv.m olan qeyri-yaşayış sahəsinin Elsevər Talıbova məxsus olması, Elsevər Talıbovun həmin əmlakın qanuni sahibi olması qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə tanınmışdır. Belə ki, Elsevər Talıbov iddia ərizəsi ilə Xətai Rayon Məhkəməsinə müraciət edərək, ünvan 11 ünvanda inşa edilmiş 4 nömrəli çoxmənzilli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 174 kv.m olan qeyri-yaşayış sahəsi üzərində onun sahiblik və istifadə hüququnun tanınmasını, həmin əmlakdan onun tərəfindən istifadə olunmasına və təmir edilməsinə qoyulmuş qadağaların aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(011)- 4563/2019 saylı qətnaməsi ilə iddia tam həcmdə təmin edilmişdir. Elsevər Talıbov həmin qeyri-yaşayış sahəsini təmir etmişdir. Hazırda da həmin əmlak sonuncunun qanuni sahiblik və istifadəsindədir. Hazırkı iş üzrə İddiaçı iddia etdiyi qeyri-yaşayış sahəsinin Elsevər Talıbova məxsus olması barədə artıq qanuni qüvvəsini almış məhkəmə qətnaməsi olduğuna görə, iddiaçı Elsevər Talıbova qarşı deyil, Cavabdeh MMC-yə qarşı iddia irəli sürmüşdür. Halbuki Cavabdeh MMC orada hər hansı əmlaka malik deyil. İddiaçı isə ona məxsus olduğunu iddia etdiyi qeyri-yaşayış sahəsinin texniki göstəricilərini, o cümlədən sərhədlərini, hüdudlarını, koordinatlarını, hansı oxlar arasında yerləşməsini əks etdirən plan-sxem və digər zəruri məlumatları məhkəməyə təqdim etməmişdir. İşə baxan birinci instansiyası məhkəməsi də qeyd edilən məlumatları iddiaçıdan tələb etməmiş, məhkəmə tikinti-texniki ekspertiza təyin etməmiş, qərar qəbul edərkən, yalnız bir çıxarışa əsaslanmış, iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparmamışdır.
31. Talıbov Elsevər Abbas oğlu apellyasiya şikayəti verərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2980/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi, İddiaçı Cavabdeh MMC-yə qarşı “maneələrin aradan qaldırılması” iddiasının təmin edilməməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
32. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisə predmetinin yönəldiyi ünvan 10 ünvanda yerləşən hündürmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən 174 kv.m qeyri-yaşayış sahəsinə dair onunla "xxxx" MMC arasında xx.xx.2008-ci il tarixdə müqavilə bağlanmış, həmin müqavilənin şərtlərinə uyğun olaraq qeyri-yaşayış sahəsi Cavabdeh MMC tərəfindən ona təhvil verilmiş, o isə həmin əmlakın dəyərini MMC-yə tam ödəmiş və qeyriyaşayış sahəsini qəbul etmişdir. Qeyri-yaşayış sahəsinin dəyərinin Cavabdeh MMC-yə tam ödənilməsi MMC tərəfindən onun adına verilmiş kassa mədaxil orderi və maliyyə arayışı ilə təsdiq edilir. Qeyri-yaşayış sahəsinin dəyərini ödədiyi vaxtdan da həmin əmlakın mülkiyyətçisi hesab edilmişdir. Çünki, Elsevər Talıbov və Cavabdeh MMC arasında müqavilə bağlandığı (xx.xx.2008-ci il) zaman Azərbaycan Respublikası Mülki Məcəlləsinin qüvvədə olduğu 178.8-ci maddəsinə görə, mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 25 oktyabr 2010-cu il Plenum Qərarı ilə müəyyən edilmiş və qərara alınmışdır ki, Mənzil Məcəlləsinin 112-ci maddəsinə görə mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Həmin Məcəllənin 113-cü maddəsinə görə, əsasən şəxsin mənzil-tikinti kooperativinə üzv qəbul edilməsi mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqını tam ödəməsi isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. Həmçinin mənzil-tikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək və qanunverciliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək üçün əsasdır. O da qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 572.1- ci maddəsinə görə, alıcının üçüncü şəxslərin hüquqları ilə yüklü olan əşyanı qəbul etməyə razılıq verdiyi hal istisna olmaqla, satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad əşya verməyə borcludur. Yuxarıda qeyd olunluğu kimi, ümumi sahəsi 174 kv.m olan qeyriyaşayış sahəsi xx.xx.2008-ci il tarixdən Elsevər Talıbovun natamam mülkiyyət hüququ ilə yüklü olmuşdur. Belə olan halda, həmin əmlak mülkiyyətçi Elsevər Talıbovun razılığı olmadan başqa şəxsə özgəninkiləşdirilə bilməzdi. Onu da qeyd etmək lazımdır ki, Elsevər Talıbovun dəyərini ödəyərək əldə etdiyi 174 kv.m qeyri-yaşayış sahəsi İddiaçı ümumiyyətlə təhvil verilməmişdir. Qeyri-yaşayış sahəsi müqavilə bağlandığı 2008-ci ildən Elsevər Talıbovun faktiki istifadə və sahibliyində olmuşdur. Lakin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən Cavabdeh MMCnin inşa etdiyi 12 ədəd mənzil və Elsevər Talıbova məxsus qeyri-yaşayış sahəsinin qapıları bağlanmış, qeyri-yaşayış sahəsindən istifadə edilməsi, təmir işlərinin aparılması Elsevər Talıbova qadağan edilmişdir. Bu səbəbdən də sonuncu, iddia ərizəsi ilə Xətai Rayon Məhkəməsinə müraciət edərək, ünvan 11 ünvanda inşa edilmiş 4 nömrəli çoxmənzilli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 174 kv.m olan qeyri-yaşayış sahəsi üzərində onun sahiblik və istifadə hüququnun tanınmasını, həmin əmlakdan onun tərəfindən istifadə olunmasına və təmir edilməsinə qoyulmuş qadağaların aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Xətai Rayon Məhkəməsinin 2(011)-4563/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Göründüyü kimi, həmin qeyri-yaşayış sahəsinin Elsevər Talıbova məxsus olması, sonuncunun həmin əmlakın qanuni sahibi olması qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə tanınmışdır. Bundan sonra Elsevər Talıbov həmin qeyri-yaşayış sahəsini təmir etdirmişdir. Hazırda da həmin əmlak Elsevər Talıbovun qanuni sahiblik və istifadəsindədir. Hazırkı iş üzrə İddiaçı, əsassız iddia etdiyi qeyri-yaşayış sahəsi üzərində Elsevər Talıbovun hüquqlarının tanınması barədə qanuni qüvvəsini almış məhkəmə qətnaməsi olması barədə məlumatlıdır. Bu səbəbdən də o, Elsevər Talıbova qarşı deyil, Cavabdeh MMC-yə qarşı iddia irəli sürmüşdür. Halbuki, Cavabdeh MMC orada hər hansı əmlaka malik deyil. Həmin yerdə yerləşən qeyri-yaşayış sahəsi isə Elsevər Talıbova məxsusdur və həmin sahənin ümumi ölçüsü 174 kv.m təşkil edir. Onu da qeyd etmək lazımdır ki, İddiaçı əvvəllər heç vaxt Elsevər Talıbova məxsus qeyri-yaşayış sahəsinə iddia etməmiş, həmin qeyri-yaşayış sahəsinin yerləşdiyi ünvanda olmamış, Elsevər Talıbova qarşı heç bir pretenziya, tələb irəli sürməmişdir. Elsevər Talıbov hazırda apelyasiya qaydasında mübahisələndirdiyi qətnamənin mövcudluğundan Türkiyə Respublikasından qayıtdıqdan sonra, Cavabdeh MMC-nin işçilərinin verdiyi məlumat əsasında 2023-cü ilin yanvar ayında xəbəri olmuşdur. Sahil-D Kompani” MMC-nin işçisindən aldığı qətnamədən görünür ki, MMC-nin nümayəndəsi Anar Hüseynov izahatında bildirmişdir ki, İddiaçı iddia etdiyi qeyri-yaşayış sahəsinə dair iddiaçı ilə bağlanmış müqavilə saxtadır. Əslində həmin əmlakın mülkiyyətçisi Elsevər Talıbovdur. Bunları bildirən nümayəndə Anar Hüseynov məhkəməyə sənədləri, o cümlədən də Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 4563/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin surətini təqdim etmişdir. Lakin buna baxmayaraq, işə baxan birinci instansiyası məhkəməsi, Elsevər Talıbovu hazırkı iş üzrə üçüncü şəxs qismində cəlb etməmiş, son nəticədə isə Elsevər Talıbovun hüquq və maraqlarına toxunan qətnamə qəbul etmişdir. Qeyd olunan kobud prosessual pozuntudan başqa, birinci instansiyası məhkəməsi həmçinin İddiaçı ona məxsus olduğunu iddia etdiyi qeyri-yaşayış sahəsinin texniki göstəricilərini, o cümlədən sərhədlərini, hüdudlarını, koordinatlarını, hansı oxlar arasında yerləşməsini əks etdirən plan-sxem və digər zəruri məlumatların mövcud olmamasına əhəmiyyət verməmiş, qeyd edlilən məlumatları, sənədləri, sübutları İddiaçı tələb etməmiş, iş üzrə öz təşəbbüsü ilə məhkəmə tikinti-texniki ekspertiza təyin etməmiş, qeyri-yaşayış sahəsinə baxış keçirməmiş, qərar qəbul edərkən, yalnız İddiaçı adına olan çıxarışa əsaslanmış, iş üzrə əsaslı və qanuni qərar qəbul edilməsi üçün tam, hərtərəfli və obyektiv araşdırma aparmamışdır. Xətai Rayon Məhkəməsi həmçinin İddiaçı iddia etdiyi qeyri-yaşayış sahəsinin ona təhvil verilibverilməməsini, müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş texniki pasport (verildiyi halda) hansı əmlakın ölçüləri əsasında verilməsi istiqamətində də heç bir hərəkət etməmiş, bununla bağlı müvafiq dövlət orqanlarına sorğular göndərməmiş, cavablar almamış, işin baxılmasına səthi yanaşmışdır. Xətai Rayon Məhkəməsi işdə iştirak etməyə cəlb olunmamış Elsevər Talıbovun hüquq və vəzifələrinə dair məsələni onun hüquqlarının pozulması ilə nəticələnməklə həll etmişdir. Bu isə birinci instansiya məhkəməsi tərəfindən prosessual normaların kobud pozulması kimi qiymətləndirilməlidir.
33. Cavabdeh MMC həmçinin Yasamal Rayon Məhkəməsinin 2(004)- 1792/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək onun ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
34. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, Cavabdeh MMC-nin direktoru X11 və İddiaçı arasında bağlandığı iddia edilən 21 yanvar 2009-cu il tarixli müqavilə etibarsız əqddir. Belə ki, ümumi sahəsi 177 kv.m ibarət qeyri-yaşayış sahəsinin alqı-satqısı ilə bağlı İddiaçı və Cavabdeh MMC arasında hər hansı müqavilə bağlanmamışdır. Həmin qeyri-yaşayış sahəsinin İddiaçı satılması barədə Cavabdeh MMC-nin iradə ifadəsi olmamışdır. Belə ki, 2008-ci ilin sonları, 2009-cu ilin əvvəli, o vaxt Azərbaycan Respublikası Milli Təhlükəsizlik naziri vəzifəsində işləyən Eldar Mahmudov ”Sahil-D Kompani” MMC-nin rəhbərliyinə müxtəlif vasitələrlə təzyiqlər göstərərək ünvan 9 ünvanında, 1-ci mərtəbənin 1-ci səviyyəsində yerləşən qeyri-yaşayış sahəsindən oğlu, hazırkı iş üzrə cavabdeh İddiaçı adına 177 kv.m ölçüsündə qeyri-yaşayış sahəsinin sənədləşdirilməsini tələb etmişdir. Təzyiqlər bir müddət davam etmiş, lakin sonradan Eldar Mahmudovun göstərişi ilə MMC-yə bildirilmişdir ki, qeyri-yaşayış sahəsinə dair müqavilə bağlanmasa, MMC-nin rəhbərliyi və yaxın qohumları ilə “başqa cür rəftar ediləcəkdir”. Eldar Mahmudovun yuxarıda qeyd edilən vəzifədə olması səbəbindən onun təzyiqlərinə davam gətirmək mümkün deyildi və son nəticədə MMC-nin rəhbərliyi göstərilən davamlı və ağır təzyiqlərin nəticəsində çarəsiz qalıb qeyri-yaşayış sahəsinin İddiaçı adına rəsmilləşdirilməsi barədə MMC-nin direktoru M.Cəfərova zorla müqaviləyə imza etdirillmişdir. Eyni zamanda MMC, İddiaçı adına sözügedən qeyri-yaşayış sahəsinin dəyərinin guya ödənilmiş olmasına dair “maliyyə arayışı” hazırlayaraq əks tərəfə təqdim etmişdir. Bu məsələnin üstündən çox zaman keçmiş, İddiaçı heç vaxt qeyri-yaşayış sahəsini MMC-dən tələb etməmişdir. Göründüyü kimi, hazırda etibarlılığı mübahisələndirilən Cavabdeh MMC və İddiaçı arasında bağlandığı iddia edilən 21 yanvar 2009-cu il tarixli müqavilə hakimiyyətdən sui-istifadə, hədə-qorxu təsiri altında imzalanmış müqavilədir. Müqavilədə qeyd olunan qeyri-yaşayış sahəsinə görə İddiaçı MMC-nin hesabına hər hansı məbləğdə pul ödəməmişdir. Bundan başqa, Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küçəsi, 1156 ünvanda inşa edilmiş 4 nömrəli çoxmənzilli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin ümumi sahəsi təxminən 780 kv.m. təşkil edir (binanın bütöv altı). İddiaçının iddia etdiyi nə 177 kv.m (müqavilə üzrə), nə də ki, 167 kv.m (çıxarış üzrə) sahə də həmin qeyri-yaşayış sahəsində yoxdur. Cavabdeh MMC və İddiaçı arasında bağlandığı iddia edilən qeyri-yaşayış sahəsi isə əslində 177 kv.m ibarət olmaqla 14 yanvar 2008-ci il tarixdə Talıbov Elsevər Abbas oğluna satılmış qeyriyaşayış sahəsidir. Həmin qeyri-yaşayış sahəsinin Elsevər Talıbova məxsus olması, sonuncunun həmin əmlakın qanuni sahibi olması qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə tanınmışdır. Belə ki, Mütəşəkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən Cavabdeh MMC-nin inşa etdiyi 12 ədəd mənzil və Elsevər Talıbova məxsus qeyri-yaşayış sahəsinin qapıları bağlanmış, qeyri-yaşayış sahəsindən istifadə edilməsi, təmir işlərinin aparılması Elsevər Talıbova qadağan edilmişdir. Bu səbəbdən də sonuncu, iddia ərizəsi ilə Xətai Rayon Məhkəməsinə müraciət edərək, ünvan 11 ünvanda inşa edilmiş 4 №- li çoxmənzilli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 174 kv.m olan qeyri-yaşayış sahəsi üzərində onun sahiblik və istifadə hüququnun tanınmasını, həmin əmlakdan onun tərəfindən istifadə olunmasına və təmir edilməsinə qoyulmuş qadağaların aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, Xətai Rayon Məhkəməsinin 2(011)-4563/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə onun iddiası təmin edilmişdir. Göründüyü kimi, Elsevər Talıbovun Cavabdeh MMC ilə bağladığı müqavilənin şərtlərinə və həmin vaxt qüvvədə olan Mülki Məcəllənin 178.8-ci maddəsinin tələblərinə, həm də qanuni qüvvəsini almış məhkəmə qətnaməsinə əsasən mübahisəli əmlakın mülkiyyətçisidir. Belə olan halda, onun razılığı olmadan əmlak başqa şəxsə (İddiaçı) özgəninkiləşdirilə bilməzdi. Bundan başqa, birinci instansiya məhkəməsi Mülki Məcəllənin 354-cü maddəsinin müddəalarını səhv təfsir və tətbiq edərək iddiaçı Cavabdeh MMC-nin iddiasının müddətlə məhdudlaşmış olduğu qənaətinə gəlmişlər.
35. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-6493/2023 nömrəli qərardadı ilə (hakim C.C.Musayeva) iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair 2(103)-6493/2023 saylı mülki iş İddiaçı Cavabdeh MMC-yə qarşı “mülkiyyətdən istifadə hüququnun həyata keçirilməsinə edilən maneələrdən ibarət hərəkətlərə son qoyulması və qeyri-yaşayış sahəsinə buraxılma” tələbinə dair 2(103)-6077/2023 saylı mülki işlə bir icraatda birləşdirilmişdir.
36. İşə apellyasiya qaydasında baxılarkən, mübahisəli sahənin də yerləşdiyi binaların hazırkı idarəedicisi "xxxx" MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir.
37. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)-419/2024 nömrəli qətnaməsi ilə (hakimlər – İ.S.Şirinov (sədrlik edən və məruzəçi), K.H.Əkbərov və E.C.Kazımov) birinci iş üzrə: Cavabdeh MMC və üçüncü şəxs Talıbov Elsevər Abbas oğlu tərəfindən verilmiş apellyasiya şikayətlərinin qismən təmin olunması, Xətai Rayon Məhkəməsinin 2(011)-2980/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddia tələbinin təmin edilməsi, İddiaçı ünvan 9 ünvanında, 1-ci mərtəbənin 1-ci Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə, səviyyəsində yerləşən 167,8 kv.m (müqavilə üzrə 4 saylı yaşayış binasının 1 mərtəbəsindəki 177 kv.m) qeyri-yaşayış sahəsindən istifadə hüququnun həyata keçirilməsinə Cavabdeh MMC tərəfindən yaradılan maeələrə son qoyulması, İddiaçı ünvan 9 ünvanında, 1-ci mərtəbənin 1-ci səviyyəsində yerləşən 167,8 kv.m-dən ibarət (müqavilə üzrə 4 saylı yaşayış binasının 1 mərtəbəsindəki 177 kv.m) qeyri-yaşayış sahəsinə buraxılması, apellyasiya şikayətlərinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumunun Cavabdeh MMC və üçüncü şəxs Talıbov Elsevər Abbas oğlunun özlərinə aid edilməsi, ikinci iş üzrə: iddiaçı Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Yasamal Rayon Məhkəməsinin 2(004)-1792/2023 nömrəli, xx.xx.2023cü il tarixli qətnaməsinin onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
38. Məhkəmə kollegiyası ilk növbədə ikinci iş üzrə iddiaçı MMC-nin apellyasiya şikayətinə münasibətdə qeyd etmişdir ki, xx.xx.2009-cu il tarixli müqaviləyə əsasən Cavabdeh MMC-nin direktoru X11 tərəfindən Bakı şəhəri, F.Bayramov küçəsi, 1156 ünvanında inşa edilən 4 saylı yaşayış binasının 1-ci mərtəbəsində ümumi tikili sahəsi 177 m2 -dən ibarət olan qeyri-yaşayış sahəsi (maqazin) İddiaçı təhvil verilmişdir. Belə ki, İddiaçı qeyri-yaşayış sahəsinin mülkiyyətçisidir və buna dair ona xx.xx.2014-cü il tarixdə çıxarış verilmişdir. İddiaçıya verilmiş çıxarış indiyədək nə "xxxx" MMC, nə də Elsevər Talıbov tərəfindən mübahisələndirilməmişdir və həmin çıxarış qüvvədədir.
39. Məhkəmə kollegiyası həmin qeyri-yaşayış sahəsinin Elsevər Talıbovun sahiblik və istifadəsinə verilməsi barədə qüvvəyə minmiş məhkəmə aktı ilə bağlı qeyd etmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Bakı şəhəri, F.Bayramov küçəsi, 1156 ünvanında inşa edilən 4 saylı yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 174 m2 olan qeyri-yaşayış sahəsi (mağaza) üzərində E.Talıbovun sahiblik və istifadə hüquqlarının tanınması, Bakı şəhəri, F.Bayramov küçəsi 1156 ünvanında inşa edilən 4 saylı yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 174 m2 olan qeyri-yaşayış sahəsindən (mağazadan) Elsevər Talıbov tərəfindən istifadə olunmasına və təmir edilməsinə qoyulmuş qadağaların aradan qaldırılması qət edilsə də, həmin işlə bağlı İddiaçı məlumatlandırılmamış, iş üzrə hər hansı qisimdə işdə iştirak etməyə cəlb edilməmişdir. Rayon məhkəməsi qeyd etmişdir ki, MTN rəhbərliyi tərəfindən davamlı təzyiq göstərildiyi halda qeyri-qanuni hərəkət edərək, 2008-ci ildə artıq Elsevər Talıbovun adına rəsmiləşdirilmiş qeyri-yaşayış sahəsinin yenidən, 2009-cu ildə Cavabdeh MMC tərəfindən İddiaçı adına müqavilə ilə rəsmiləşdirilməsi inandırıcı deyil və iddia ərizəsində ziddiyyətlərə yol açır. Həqiqətən də, əgər doğurdan da MMC-nin bildirdiyi kimi, İddiaçıla həmin vaxt müqavilə təzyiq və təsir altında bağlanmışdısa, həmin vaxt MMC-nin inşa etdiyi binalarda çoxlu sayda boş yerlərin olduğu halda, hansı səbəbdən məhz başqa şəxsə verilmiş sahəyə dair müqavilə bağlanmalı idi, MMC-nin nümayəndələri bu sualı hər hansı şəkildə izah edə bilməmişlər. İddiaçı Cavabdeh MMC MTN rəhbərliyinin göstərdiyi davamlı və ağır təzyiqlərin nəticəsində çarəsiz qalaraq qeyri-yaşayış sahəsinin İddiaçı adına rəsmiləşdirilməsinə istinad etsə də, buna dair Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, sübut təqdim etməmişdir. Bundan başqa, həmin qeyri-yaşayış sahəsinin MTN rəhbərliyi tərəfindən davamlı təzyiq göstərildiyi üçün məcburiyyətdən İddiaçı adına rəsmiləşdirdiyini iddia edən iddiaçı, 2009-cu ildə bağlanmış həmin müqavilənin etibarsızlığı ilə bağlı 2023-cü ildə, həm də İddiaçı öz mülkiyyət hüququnun müdafiəsinə dair MMC-yə qarşı tələb irəli sürdükdən sonra bu iddianı qaldırmışdır. Halbuki MTN 2015-ci ildə ləğv edilmişdir.
40. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, həmin qeyri-yaşayış sahəsinin MTN rəhbərliyi tərəfindən davamlı təzyiq göstərildiyi üçün məcburiyyətdən İddiaçı adına rəsmiləşdirdiyini iddia edən iddiaçı, 2009-cu ildə bağlanmış həmin müqavilənin etibarsızlığı ilə bağlı 2023-cü ildə, həm də İddiaçı öz mülkiyyət hüququnun müdafiəsinə dair MMC-yə qarşı tələb irəli sürdükdən sonra iddianı qaldırmışdır. Halbuki MTN 2015-ci ildə ləğv edilmişdir.
41. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354-cü maddəsinə istinadən qeyd etmişdir ki, iddiaçı həmin müqavilənin MTN rəhbərliyinin təzyiqi nəticəsində bağlanmasına istinad edir, belə olan halda MMC qurumun ləğv edildiyi 2015-ci ildən (əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən bir il ərzində) bir il ərzində əqdi mübahisələndirə bilərdi, lakin iddiaçı MMC həmin vaxt iddia qaldırmamış, yalnız xx.xx.2023-cü ildə hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 mart 2020-ci il tarixli qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 354-cü maddəsi yalnız etibarsız əqdlərin məhkəmədə mübahisələndirilməsi müddətini özündə ehtiva etdiyindən, həmin müddət iddia müddəti kimi qiymətləndirilə bilməz, belə olan halda həmin Məcəllənin 375.2-ci maddəsinin tələbinə müvafiq olaraq iddia müddətinin tətbiqi barədə ərizənin verilib-verilməməsi qanunun həmin normasının hazırkı işə tətbiqi üçün əhəmiyyət kəsb etmir. Beləliklə, hazırkı iş üzrə rayon məhkəməsinin Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş bir illik kəsici müddətin keçməsinə görə hüququn xitamına səbəb olması barədə qənaəti əsaslıdır.
42. Məhkəmə kollegiyası birinci iş üzrə qeyd etmişdir ki, iddiaçı ilə cavabdeh qeyri-yaşayış obyektinin yeri, ölçüsü, qiyməti və digər mühüm şərtləri barədə razılığa gəlməklə, müqavilə bağlamışlar. Müqavilənin qiyməti də iddiaçı tərəfindən tam şəkildə ödənilmişdir. Həmin müqavilə və buna dair digər sənədlər iddiaçı tərəfindən təqdim edilməklə, qeyri-yaşayış sahəsinə dair iddiaçının mülkiyyət hüququ xx.xx.2014-cü il tarixdə dövlət qeydiyyatına alınmaqla bu barədə çıxarış verilmişdir.
43. Məhkəmə kollegiyası birinci iş üzrə üçüncü şəxs Elsevər Talıbovun apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd etmişdir ki, iddiaçının qeyri-yaşayış sahəsindən istifadə hüququnun həyata keçirilməsinə Cavabdeh MMC tərəfindən yaradılan maeələrə son qoyulması barədə hazırkı iddiasına baxılarkən Elsevər Talıbov mülki işə cəlb edilməmiş, həmçinin rayon məhkəməsi tərəfindən cəlb olunmamış şəxsin hüquq və vəzifələrinə dair məsələ onun hüquqlarının pozulması ilə nəticələnməklə həll edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən MPM-in 387.2.4-cü maddəsinin pozuntusuna yol verildiyindən, birinci iş üzrə cavabdeh MMC və üçüncü şəxs Elsevər Talıbov tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilməli, Xətai Rayon Məhkəməsinin 2(011)- 2980/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi prosessual əsaslara görə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı iddia tələbi təmin edilməlidir.
44. Məhkəmə öz mövqeyini Azərbaycan Respubikasının Konstitusiyasının 13.-cü maddəsinin İ hissəsinə, 29-cu maddəsinə, Mülki Məcəllənin 5.3, 140, 152.1, 157.4, 324.1, 324.2, 324.4, 337.1, 337.2, 337.3, 337.4, 337.5, 354, 752.1, 752.2, 752.3, 759.1, 759.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 mart 2020-ci il tarixli qərarına, Avropa Məhkəməsinin “Akimova Azərbaycana qarşı” xx.xx.2007-ci il tarixli qərarına, Mülki Prosessual Məcəllənin 14.1, 14.2, 77.1, 81, 88, 372.1, 372.2, 372.3, 372.4, 372.6, 372.7, 384.0.1, 385.1.1, 385.1.2, 386, 387.2, 387.2.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır.
Kassasiya instansiyası məhkəməsində icraat
45. Qətnamədən narazı qalan Cavabdeh MMC və Talıbov Elsevər Abbas oğlu kassasiya şikayəti vermişlər.
46. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)- 2389/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadına əsasən məhkəmə aktı ilə maraqlarına toxunan şəxs qismində işə cəlb edilmiş Abdullayeva Ləman Əfqan qızı kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini, birinci iş üzrə iddia tələbinin rədd, ikinci iş üzrə iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
47. Azərbaycan Respublikası Ali Məhkəməsi 2(102)-2957/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə kassasiya şikayətləri qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-419/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilərək, iş yeni apellyasiya baxışına göndərilmişdir.
48. İşi yeni apellyasiya baxışına qaytararkən kassasiya instansiyası məhkəməsi aşağıdakıları qeyd etmişdir.
49. Abdullayeva Ləman Əfqan qızı şikayətini belə əsaslandırmışdır ki, mübahisəli daşınmaz əmlakı onun əmisi X6 15 sentyabr 2020-ci il tarixində Talıbov Elsevər Abbas oğlundan almış və B.Əliyevin mülkiyyət hüququna dair 01 dekabr 2022-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrindən ********** saylı çıxarış verilmişdir. 27 mart 2024-cü ildə Bəhman Əliyev Bakı şəhəri, Xətai rayonu, 1156-cı məhəllə Fəzail Bayramov küçəsində yerləşən qeyri-yaşayış sahəsini ona bağışlamışdır. Bunun əsasında sözügedən qeyri-yaşayış sahəsi üzərində Ləman Abdullayevanın mülkiyyət hüquqları xx.xx.2024-cü il tarixində adı çəkilən reyestrdə qeydə alınaraq ona ********** reyestr nömrəli çıxarış verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)- 2389/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə Abdullayeva Ləman Əfqan qızı məhkəmə aktı ilə maraqlarına toxunan şəxs qismində işə cəlb edilmişdir.
50. Belə olan halda qətnamə şikayətin dəlillərindən asılı olmayaraq ləğv edilməli, işə apelyasiya instansiya məhkəməsində Ləman Abdullayevanın iştirakı ilə baxılması təmin olunmalıdır.
51. Apelyasiya instansiyası məhkəməsi İddiaçı tələbi üzrə Mülki Məcəllənin 157.4-cü maddəsini tətbiq etmişdir. Həmin normaya əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə, mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
52. Mülkiyyətin müdafiəsini təmin edən bu normanın mənasından aydın olur ki, iddiaçının həmin tələblə çıxış edə bilməsi üçün əşyanın mülkiyyətçisi olması ilə yanaşı, cavabdeh tərəfindən əşyaya qəsd və ya başqa maneələr törədilməsi və həmin maneələrin əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilməsi aşkar edilməlidir.
53. Həmin iddia üzrə cavabdeh olan Cavabdeh MMC bildirir ki, İddiaçı tələbində göstərilən daşınmaz əşya onun sahibliyində deyil. Belə ki, Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(011)-4563/2019 saylı qətnaməsi ilə Elsevər Talıbovun qeyriyaşayış sahəsi üzərində sahiblik və istifadə hüququnun tanınması, həmin əmlakdan onun tərəfindən istifadə olunmasına və təmir edilməsinə qoyulmuş qadağaların aradan qaldırılması barədə tələbi təmin olunmuşdur. Əmlak sonuncunun qanuni sahibliyində və istifadəsindədir, Cavabdeh MMC orada hər hansı əmlaka malik deyil. Buna baxmayaraq iddia Cavabdeh MMC-yə qarşı irəli sürülmüşdür.
54. Bundan əlavə, Ləman Abdullayevanın kassasiya şikayətində qeyd olunur ki, Bəhman Əliyev xx.xx.2020-ci ildə mübahisəli əmlakı Elsevər Talıbovdan əldə edərək mülkiyyət hüququnu xx.xx.2022-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırmış, xx.xx.2024-cü ildə isə əmlakı Ləman Abdullayevaya bağışlamış və xx.xx.2024-cü ildə sonuncuya adı çəkilən reyestrdən mülkiyyət hüququna dair çıxarış verilmişdir. L.Abdullayevanın bildirdiyinə görə daşınmaz əşyanı xx.xx.2024-cü il tarixli müqavilə əsasında icarəyə vermişdir.
55. Yuxarıda bildirilən hallar da nəzərə alınmaqla, İddiaçı münasibətdə mübahisənin obyekti olan daşınmaz əşyaya Cavabdeh MMC tərəfindən qəsd və ya başqa maneələr törədilib-törədilməməsi, dolayısı ilə onun sözügedən iddiaya cavab verən şəxs olub-olmaması tam və hərtərəfli araşdırılmalı, nəticəsindən asılı olaraq İddiaçı adı çəkilən MMC-yə qarşı iddiasına yekun hüquqi qiymət verilməlidir.
56. Kollegiya onu da qeyd edir ki, Elsevər Talıbovun mübahisəli əşya üzərindəki hüquqlarını Bəhman Əliyevə ötürməsi və bununla da mübahisə predmetinə olan mülki hüquqlarının aradan qalxması faktları təsbit ediləcəyi halda işdə iştirak edən E.Talıbovun prosessual hüquq varisliyi ilə bağlı məsələ də müzakirə olunmaqla həll edilməlidir.
57. Belə ki, barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür.
Apellyasiya instansiyası məhkəməsində ikinci icraat
58. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə Abdullayeva Ləman Əfqan qızı birinci iş üzrə Cavabdeh MMC-nin prosessual hüquq varisi olaraq əvəz edilmişdir.
59. Məhkəmənin eyni tarixli qərardadı ilə Abdullayeva Ləman Əfqan qızı birləşdirilmiş iş üzrə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir.
60. Bundan sonra Abdullayeva Ləman Əfqan qızı mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs qismində cavabdehlər İddiaçı və "xxxx" MMC-yə qarşı (üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri cəlb edilməklə) “müqavilənin və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdir.
61. İddia ərizəsi belə əsaslandırılmışdır ki, Abdullayeva Ləmanın mülki prosessual qanunvericiliyə uyğun olaraq mübahisə predmeti olan əmlakla bağlı mülkiyyət hüquqlarının qorunmasına dair prosessual hüquqlardan istifadə imkanı indiki mərhələdə yaranmışdır. Mübahisənin mahiyyəti üzrə bildirir ki, ünvan 13 ünvanda inşa edilən 4 saylı binada, 1-ci mərtəbədə yerləşən sahəsi 174 kv.m olan qeyri-yaşayış sahəsi "xxxx" MMC ilə ilkin alıcı –Talıbov Elsevər Abbas oğlu arasında bağlanmış xx.xx.2008-ci il tarixli müqavilə əsasında Talıbov Elsevər Abbas oğluna satılmış, həmin tarixdə qeyri-yaşayış sahəsinin dəyəri 261.000 manat satıcıya ödənilmişdir. Bunun əsasında isə, xx.xx.2008-ci il tarixli müqavilə, kassa mədaxil orderi, maliyyə arayışı alıcıya təqdim edilmişdir. Daha sonra alıcı Talıbov Elsevər Abbas oğlu tərəfindən həmin qeyri-yaşayış sahəsi 3 tərəfli xx.xx.2020-ci il tarixli müqavilə əsasında X1. Buna müvafiq olaraq X6 qeyri-yaşayış sahəsi üzrə tam payçı hüququnu qazanmış, müvafiq olaraq xx.xx.2020-ci il tarixli müqavilə, maliyyə arayışı, plançizgi əldə etmişdir. Bu sənədlər əsasında qeyri-yaşayış sahəsinə dair X3 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış, qeydə alınma zamanı Bəhmən Əliyevin razılığı əsasında əmlakın ölçüsü (təmir və divaraltı nəzərə alınmaqla) 174 kv.m azaldılaraq faktiki 151,2 kv qeydə alınmışdır. Qeyri-yaşayış sahəsinə dair X4 mülkiyyət hüququ xx.xx.2022-ci il tarixdə qeydə alınmış və müvafiq Çıxarış verilmişdir. Bundan sonra həmin əmlak X7 tərəfindən xx.xx.2024-cü il tarixli bağışlama müqaviləsi əsasında Abdullayeva Ləman Əfqan qızına bağışlanmışdır. Qeyd edilən əsasla Abdullayeva Ləman Əfqan qızının mülkiyyət hüquqları xx.xx.2024-cü il tarixdə DƏDRX qeydə alınmış və müvafiq çıxarış verilmişdir. Göründüyü kimi, mübahisəli qeyri-yaşayış sahəsi üzrə subyektiv iddia hüququna malik mülkiyyətçi Abdullayeva Ləman Əfqan qızıdır. Qeyriyaşayış sahəsi üzrə ilkin müqavilə münasibətləri xx.xx.2008-ci il tarixli müqavilə üzrə başlamış və Abdullayeva Ləman Əfqan qızının mülkiyyət hüquqları da həmin müqavilədən irəli gələn müqavilə və hüquqi hərəkətlərdən yaranmışdır. Lakin həmin qeyri-yaşayış sahəsi xx.xx.2008-ci il tarixli müqavilə, kassa mədaxil orderi, maliyyə arayışına, plan cizgi sənədlərinə əsasən ilkin alıcı Talıbov Elsevər Abbas oğluna satılmasına, həmin tarixdən də E.Talıbovun tam pay hüququna malik olmasına baxmayaraq, qanunsuz olaraq, cavabdehlər tərəfindən başqasının əmlakına dair sərəncam vermə hərəkəti aparılmış, yəni Sahil D kompani və İddiaçı arasında xx.xx.2009-ci il tarixli müqavilə imzalanmışdır. xx.xx.2009-cu il tarixli müqavilənin əsasında ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 167,8 m2 olan qeyri-yaşayış sahəsi İddiaçı mülkiyyəti kimi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* nömrəli xx.xx.2014-cü il tarixli çıxarışa əsasən qeydə alınmışdır. Göründüyü kimi qeyri-yaşayış sahəsi ilə bağlı 2 qüvvədə olan mülkiyyət hüququnu təsdiq edən sənəd mövcuddur. Abdullayeva Ləman Əfqan qızının mülkiyyət hüququnun yaranmasına əsas olmuş ilkin hüquqi sənədlər, ilkin alqı-satqı müqaviləsi olmaqla xx.xx.2008-ci ildir. Cavabdeh İddiaçı mülkiyyət hüququnun yaranmasına istinad edilən müqavilə isə xx.xx.2009-cu ildir. Bundan başqa, mülkiyyətində olan qeyri-yaşayış sahəsi heç bir zaman cavabdeh İddiaçı istifadəsində olmamışdır. İş materiallarından görünür ki, həmin qeyri-yaşayış sahəsi ilkin alıcı Talıbov Elsevər tərəfindən təmir edilmişdir. (Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4563/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi və Bakı şəhəri Xətai Rayon İcra və Probasiya Şöbəsinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ünvanladığı xx.xx.2020-ci il tarixli, xx/xx-121749/16 saylı məktub – həmin məktubda qeyd edilir: Xətai Rayon İcra və Probasiya Şöbəsinin icraatında olan Xətai Rayon Məhkəməsinin 2(011)- 4563 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən ünvan 5 ünvanında inşa edilmiş 4 saylı yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 174 m2 olan qeyri-yaşayış sahəsi (mağaza) üzərində Talıbov Elsevər Abbas oğlunun sahiblik və istifadə hüquqları tanınmalı və oranın təmir olunmasına qoyulmuş qadağalar aradan qaldırılmalıdır. Sözügedən icra sənədinin icrası ilə bağlı tərəflərindən icraata başlamaq haqqında qərar qəbul edilmiş və tələbin könüllü icrası haqqında "xxxx" MMC-yə bildiriş göndərilmişdir. Bununla əlaqədar sözügedən qeyri-yaşayış sahəsinə tərəflərindən baxış keçirilmiş və həmin qeyri-yaşayış sahəsinin giriş qapısının möhürləndiyi aşkar olunmuşdur. Bundan sonra möhürün kim tərəfindən vurulduğu soraqlaşdırılmış və Cavabdeh MMC-nin işçilərinin şifahi məlumatına və tələbkarın ərizəsinə əsasən bu möhürün Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən vurulduğu bildirilmişdir. Qeyd olunan məlumatların dəqiqləşdirilməsi məqsədilə sözügedən qeyri-yaşayış sahəsinin giriş qapısına tərəflərindən möhürün vurulubvurulmaması barədə, həmçinin həmin sahənin ümumiyyətlə onların apardığı hər hansı işin predmeti olub olmaması barədə Xətai Rayon İcra və Probasiya Şöbəsinə məlumat verilməsi xahiş olunmuşdur). Mülki Məcəllənin 178.8-ci maddəsinə əsasən, (xx.xx.2017-ci il tarixli 918- VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə dəyişdirilənə qədər qüvvədə olan redaksiya) mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Həmin maddənin qeyd edilən redaksiyadakı varinatının şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu xx.xx.2010-cu il tarixli Qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Yuxarıda qeyd edilən maddi hüquq normalarının tələbindən də göründüyü kimi, hazırda Ləman Abdullayevanın mülkiyyətində olan qeyri-yaşayış sahəsinin onun mülkiyyətində olmasının ilkin hüquqi əsası xx.xx.2008-ci il tarixli müqavilədir (həmin müqavilənin əsli və ona aid kassa mədaxil sənədi, digər sənəslərin əsli mülki işə əlavə edilmişdir). Qeyd edilən müqvilə bağlandıqdan sonra, həmin əmlakla bağlı sərəncam vermə hüququ da daxil olmaqla bütün hüquqlar ilkin alıcı Talıbov Elsevər Abbas oğluna məxsus olmuş və onun razılığı olmadan, sərəncam vermə iradəsi olmadan keçirilmiş bütün əqdlər və hüquqi prosedurlar etibarsızdır. Göstərilənlərə əsasən İddiaçı ilə "xxxx" MMC arasında ünvan 3 ünvanında 1-ci mərtəbənin 1-ci səviyyəsində yerləşən 167.8 kv.metr (müqavilə üzrə 4 saylı binanın 1-ci mərtəbəsindəki 177 kv.m) qeyri-yaşayış sahəsinə dair bağlanmış xx.xx.2009-cu il tarixli alqı-satqı müqaviləsinin və həmin müqavilə əsasında yaranmış bütün hüquqi nəticələrin, o cümlədən əmlakın dövlət reyestrində 143 nömrəli reyestr kitabının 13435 nömrəli vərəqində qeydiyyata alınan ********** saylı, xx.xx.2014-cü il tarixli dövlət qeydiyyatının, **********21-05301-083001 saylı reyestrin və bununla bağlı verilmiş çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir.
62. Eyni zamanda birinci iş üzrə iddiaçı, birləşdirilmiş iş üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil1 xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsilə iddia tələbinin həcminin artırılmasına dair ərizə təqdim edərək, İddiaçı məxsus ünvan 14 ünvanında 1-ci mərtəbənin 1-ci səviyyəsində yerləşən 167.8 kv.m (müqavilə üzrə 4 saylı binanın İ mərtəbəsindəki 177 kv.m) qeyri-yaşayış sahəsindən istifadə hüququnun həyata keçirilməsinə cavabdehlər "xxxx" MMC və Abdullayeva Ləman Əfqan qızı tərəfindən edilən maneələrdən ibarət hərəkətlərə son qoyulması və mülkiyyətçinin qeyri-yaşayış sahəsinə buraxılmasını xahiş etmişdir.
63. Daha sonra birinci iş üzrə iddiaçı, birləşdirilmiş iş üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsilə iddia tələbinin həcminin artırılmasına dair ərizə təqdim edərək, "xxxx" MMC-nin qeydiyyata alınmamış direktoru Adilağa Hüseynov, Elsevər Talıbov və Bəhman Əliyev arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqavilənin etibarsız hesab edilməsini; X3 adına ƏMDK-nin yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2022 tarixdə verilmiş **********44- 05301- 083022 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışın ləğvini; Bəhman Əliyev və Ləman Abdullayeva arasında bağlanmış xx.xx.2024-cü il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsini; Ləman Abdullayevanın adına ƏMDKnin yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2024 tarixdə verilmiş **********44-05301-083022 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışın ləğvi barədə qətnamənin qəbul edilməsi, mülkiyyət hüququ üzrə İddiaçı məxsus ünvan 14 ünvanında 1-ci mərtəbənin 1-ci səviyyəsində yerləşən 167.8 kv.m (müqavilə üzrə 4 saylı binanın İ mərtəbəsindəki 177 kv.m) qeyri-yaşayış sahəsindən istifadə hüququnun həyata keçirilməsinə cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Abdullayeva Ləman Əfqan qızı tərəfindən edilən maneələrdən ibarət hərəkətlərə son qoyulması və mülkiyyətçinin qeyri-yaşayış sahəsinə buraxılması haqqında qətnamənin qəbul edilməsini; yol verilmiş saxtakarlıqlar və əmlakın qanunsuz özgəninkiləşdirilməsinin aydınlaşdırılması, habelə təqsirli şəxslərin müəyyən olunaraq məsuliyyətə cəlb edilməsi üçün xüsusi qərardadın qəbul edilməsini xahiş etmişdir.
64. İddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizəsi onunla əsaslandırılmışdır ki, iş kassasiya instansiyası məhkəməsinin icraatında olan zaman tərəfindən təsadüf nəticəsində müəyyən olunmuşdur ki, mübahisə predmeti olan qeyriyaşayış sahəsi hazırki iş üzrə məhkəmə icraatının gedişatında "xxxx" şirkəti ilə Elsevər Talıbovun əlbir olması nəticəsində saxta sənəd əsasında özgəninkiləşdirilmiş, bu barədə olan məlumat məhkəmələrdən gizlədilmişdir. Bu səbəbdən, tərəfindən həm "xxxx" şirkəti, həm də Elsevər Talıbov, Bəhman Əliyev, Ləman Abdullayeva və "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X20 1 Saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edilmiş, həmçinin bu barədə Azərbaycan Respublikası Ali Məhkəməsinə məlumat verilmişdir. Bundan sonra, Ləman Abdullayeva məhkəmə araşdırmasının gedişatından məlumatlanmış, onun tərəfindən İddiaçı qarşı qarşılıqlı iddia verilməklə yanaşı Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadına əsasən Abdullayeva Ləman Əfqan qızı məhkəmə aktı ilə maraqlarına toxunan şəxs qismində işə cəlb edilmişdir. Müəyyən olunmuşdur ki, “satıcı” "xxxx" MMC-nin qeydiyyata alınmamış “direktor”u Adilağa Hüseynov və Elsevər Talıbov arasında bağlanmış müqavilə ləğv olunmuş, “alıcı” X6 arasında bağlanmış xx.xx.2020-ci il tarixli saxta müqavilə əsasında, ünvan 13 ünvanında inşa edilən 4 saylı yaşayış binasının İ mərtəbəsində ümumi-tikinti sahəsi 174 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsi “alıcı” X5 təhvil verilmiş, qeyri-yaşayış sahəsinin dəyəri guya 250.000 azn təşkil edir və həmin məbləği guya yeni payçı X6 əvvəlki payçı Elsevər Talıbova ödəmişdir. Qeyd olunan saxta müqavilə əsasında ƏMDK-nin yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2022 tarixdə X5 **********44-05301-083022 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmiş, çıxarışa əsasən tam mülkiyyət üzrə 151.2 kv/m sahə müəyyən edilmişdir. Qeyri-yaşayış sahəsinin sahəsi ilə bağlı uyğunsuzluq, yəni İddiaçı aid çıxarışa görə 167.8 kv.m, Bəhman Əliyevə aid çıxarışa görə isə 151.2 kv.m sahənin olması onunla izah edilir ki, 2014-cü ildə İddiaçı çıxarış verilərkən həmin qeyriyaşayış sahəsində arakəsmələr mövcud olmamış, sonra İddiaçı tərəfindən təmir işləri aparılarkən sahə otaqlara bölünmüş, həmin sahə saxta yollarla Bəhman Əliyevə satıldığı zaman qeyri-yaşayış sahəsində olan təmir-tikinti zamanı arakəsmələrin sahəsi çıxılmış və guya ki, 151.2 kv.m sahə müəyyən olunmuşdur. Bundan sonra, xüsusən də, qeyd edilən qeyri-yaşayış sahəsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(103)-419/2024 nömrəli Qətnaməsi qəbul edildikdən sonra izləri itirmək məqsədi ilə cavabdeh "xxxx" MMC və üçüncü şəxs Elsevər Talıbovla əlbir olan Bəhman Əliyev xx.xx.2024-cü il tarixli bağışlama müqaviləsi əsasında qeyd edilən əmlakı öz qardaşı qızı Ləman Abdullayevaya bağışlamışdır. Bu bağışlama müqaviləsi əsasında Ləman Abdullayevanın adına ƏMDK-nin yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2024 tarixdə **********44-05301- 083022 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmiş, çıxarışa əsasən tam mülkiyyət üzrə 151.2 kv/m sahə müəyyən edilmişdir. Beləliklə yuxarıda sadalanan xüsusatlardan açıq-aşkar görünür ki, qeyri-yaşayış sahəsinin 2009-cu il tarixdən etibarən müqavilə üzrə, 2014-cü il tarixdən etibarən isə Çıxarış əsasında mülkiyyətçisi İddiaçı mülkiyyəti "xxxx" MMC-nin qeydiyyata alınmamış direktoru Adilağa Hüseynov, Elsevər Talıbov və Bəhman Əliyev tərəfindən saxta sənədlər əsasında özgəninkiləşdirilmiş, yanlış məlumatlar əsasında DƏDRX tərəfindən çıxarışın alınmasına nail olunmuşdur.
65. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il və xx.xx.2025-ci tarixli qərardadları ilə Mülki Prosessual Məcəllənin 372.2-ci maddəsinin tələbinə əsasən iddia ərizəsi və iddia tələbinin həcminin artırlması barədə ərizələr icraata qəbul edilmişlər.
66. Belə ki, həm mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxsin iddia ərizəsinin, həm də birinci iş üzrə iddiaçının iddia tələbinin həcminin artırılması barədə ərizələrinin verilməsi üçün əsaslar işə hazırki apellyasiya baxışında yaranmışdır.
Proses iştirakçılarının izahatları
67. Məhkəmə kollegiyasının iclasında iştirak edən birinci iş üzrə cavabdeh, birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh MMC-nin nümayəndəsi MMC tərəfindən verilmiş apelyasiya şikayətlərini müdafiə edərək təmin edilməsini xahiş etdi. Həmçinin bildirdi ki, məhkəməyə müraciət edəndə iddia ərizəsində ilk gündən təhdidlərlə, eyni zamanda direktorun başına torba keçirdərək, onu oğurlayıb, bir sutka saxlanıldığını və orada ona təzyiqlərlə yazdırıldığını bildirmişdir. Halbuki, həmin əmlakın sahibi Elsevər Talıbov idi. 2015-ci ildən MMC-nin direktoru vəzifəsində çalışmışdır, onlar heç vaxt yaxın gəlməyib. Əmlak üzərində mülkiyyət hüququ Abdullayeva Ləman Əfqan qızına məxsusdur. İddiaçı iddia tələblərini isə qəbul etmir.
68. Birinci iş üzrə cavabdeh, birləşdirilmiş iş üzrə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs L.Ə.Abdullayevanın nümayəndə və vəkilləri L.Ə.Abdullayevanın iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Nümayəndə və Vəkil7 həmçinin bildirdi ki, onların malik olduğu əmlak sahəsi ilə bağlı ilkin olaraq Talıbov Elsevərin adına alqı-satqı olmuşdur. Daha sonra isə Ləman Abdullayeva almışdır. Onun əmlakı aldığı şəxs həmin əmlakı digər şəxslərdən daha əvvəl əldə etmişdir. Bu səbəblə əmlak digər şəxslərə satıla bilməzdi. Qarşı tərəfin iddiasını qəbul etmir, hesab edir ki, əsassızdır.
69. Məhkəmə kollegiyasının əvvəlki iclaslarında iştirak edən birinci iş üzrə iddiaçı, birləşdirilmiş iş üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili apellyasiya şikayətlərinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Həmçinin bildirdi ki, iş materiallarında cinayət işinin başlanılmasının rədd olunması barədə qərar vardır. Onları oraya Cavabdeh MMC-nin əməkdaşları buraxmayıb. Bundan başqa, cavabdehin əvəz edilməsini deyil, Abdullayeva Ləman Əfqan qızının əlavə cavabdeh olaraq cəlb edilməsini xahiş edir. Hazırda Xətai Rayon Məhkəməsinin icraatında İddiaçı cavabdehə, cavabdehin də ona qarşı çıxarışların ləğv edilməsi tələblərinə dair mülki iş vardır. Həmin iş üzrə icraat dayandırılmışdır. Hesab edir ki, həmin iş üzrə icraat təzələnməlidir və iddialar bu iş üzrə qaldırılmalıdır. Cavabdehin qarşılıqlı iddia ərizəsi verməsi ilə icraatın dayandırılması eyni gündə baş verdiyi üçün məhkəmənin qarşılıqlı iddianı icraata qəbul edib-etmədiyini müəyyən edə bilmirlər. İcraat təzələnərsə qarşılıqlı iddia icraata qəbul ediləcək. Apellyasiya məhkəməsinin qətnaməsi qəbul edildikdən sonra belə Abdullayeva Ləman Əfqan qızı adlı şəxsin mövcudluğu barədə məlumatları olmamışdır. Bütün məhkəmə iclasları baş verdiyi dövrdə digər məhkəmə iştirakçıları bunu gizlətmişdirlər və saxta sənəd əsasında gizli alqı-satqı ediblər. Xətai Rayon Məhkəməsində olan iş üzrə icraatın təzələməsi ilə bağlı ərizə ilə müraciət etmişdir. Hesab edir ki, hazırki iş üzrə icraat dayandırılmalı və həmin iş üzrə yekun məhkəmə aktı qəbul edilməli, apellyasiya şikayəti verildikdən sonra hazırki işlə bir icraatda birləşdirilib baxılmalıdır.
70. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə digər proses iştirakçılarına rəsmi qaydada məlumat verilmiş, lakin onlar (nümayəndələri) məhkəmə iclasına gəlməmişlər. Birinci iş üzrə iddiaçı, birləşdirilmiş iş üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil1 elektron kabinet vasitəsilə ərizə ünvanlayaraq məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
71. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Müddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 193.1. Güzəşt edilməsi və ya girov qoyulması mümkün olan tələbi və ya hüququ onun sahibi başqa şəxsin mülkiyyətinə verə bilər. Tələblər və hüquqlar yeni şəxsə köhnə sahibində olduğu vəziyyətdə keçir. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və xitamına yönəlmiş birtərəfli, iki tərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli ədq) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 452.1. Fərdi müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
72. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 50.1. Prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. Maddə 58.1. Barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardır. Maddə 387.2. Şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı aşağıdakı hallarda ləğv edilməlidir: 387.2.4. məhkəmə işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələni onların hüquqlarının pozulması ilə nəticələnməklə həll etmişsə. Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Apellyasiya baxışının hədləri
73. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
74. Kollegiya qeyd edir ki, hazırki halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya instansiya məhkəməsinin hüquqi mövqeyi nəzərə alınmalıdır.
75. Hazırkı işdə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2980/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə İddiaçı iddiası təmin edildiyindən, Cavabdeh MMC və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Talıbov X14 Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsini bütövlükdə mübahisələndirdiklərindən, eyni zamanda birləşdirilmiş mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Cavabdeh MMC-nin iddiası təmin olunmadığından, apellyasiya şikayətində Cavabdeh MMC qətnaməni bütövlükdə mübahisələndirdiyindən, qətnamələrin əsaslılığı bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
76. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apelyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq, hazırkı işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarında şərh olunan göstərişləri nəzərə alaraq hesab edir ki, apelyasiya şikayətləri təmin edilməli, birinci iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2980/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilməməli, birləşdirilmiş iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1792/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilməli, eyni zamanda birinci iş üzrə cavabdeh, birləşdirilmiş iş üzrə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs L.Ə.Abdullayevanın iddiası təmin edilməlidir.
77. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiya məhkəməsinin göstərişləri həmin Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apelyasiya instansiyası məhkəməsi üçün məcburidir.
78. Məhkəmə kollegiyası hazırkı mülki işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarındakı göstərişlərlə razılaşaraq və onları nəzərə alaraq hesab edir ki, hazırki işin qanunamüvafiq qaydada həlli baxımından ilk növbədə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs Abdullayeva Ləman Əfqan qızı tərəfindən verilmiş iddia tələbinə, bundan sonra isə ilkin və birləşdirilmiş işlər üzrə iddia tələblərinə hüquqi qiymət verilməlidir.
79. İşdən müəyyən edilir ki, xx.xx.2008-ci il tarixli müqaviləyə əsasən Cavabdeh MMC ilə Talıbov Elsevər Abbas oğlu arasında Bakı şəhəri, F.Bayramov küçəsi, 1156 ünvanında inşa edilən 4 saylı yaşayış binasının 1-ci mərtəbəsində ümumi tikili sahəsi 174,0 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsinə dair müqavilə bağlanmışdır. Eyni tarixli kassa mədaxil orderinə əsasən Talıbov Elsevər Abbas oğlu tərəfindən həmin qeyriyaşayış sahəsi üçün 261.000 manat məbləğində vəsait MMC-nin kassasına mədaxil edilmiş, sonuncu tərəfindən verilmiş maliyyə arayışına əsasən Talıbov Elsevər Abbas oğlunun Cavabdeh MMC-yə borcu qalmamışdır.
80. İşdən həmçinin müəyyən edilir ki, eyni qeyri-yaşayış sahəsinə dair xx.xx.2009-cu il tarixdə Cavabdeh MMC ilə İddiaçı arasında müqavilə bağlanmışdır.
81. Kollegiya hesab edir ki, Talıbov Elsevər Abbas oğlu tərəfindən xx.xx.2008-ci il tarixli müqaviləyə əsasən dəyəri ödənilmiş qeyri-yaşayış sahəsinə onun sahiblik və istifadə etmək hüququ əmələ gəldiyindən Cavabdeh MMC tərəfindən artıq ona məxsus olmayan əmlaka dair xx.xx.2009-cu il tarixdə İddiaçı ilə müqavilə bağlanması mülki qanunvericiliyin normalarına uyğun olmamışdır.
82. Bundan başqa, hazırki işdən həmin qeyri-yaşayış sahəsinin MMC tərəfindən İddiaçı təhvil verilməsi, orada təmir işlərinin aparılması, sahənin onun sahibliyi və istifadəsində olması müəyyən edilmir. Həmçinin, İddiaçı keçən müddət ərzində əmlakı MMC-dən tələb etməsi də iş materialları ilə müəyyən edilmir.
83. Əksinə, işdən müəyyən edilir ki, İddiaçı birinci iş üzrə Cavabdeh MMC-yə qarşı iddia qaldırmamışdan bir neçə il öncə Talıbov Elsevər Abbas oğlu həmin MMC-ya qarşı iddia ilə məhkəməyə müraciət etmiş, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 4563/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə mübahisəli qeyri-yaşayış sahəsindən (mağazadan) Talıbov Elsevər Abbas oğlu tərəfindən istifadə olunmasına və təmir edilməsinə qoyulmuş qadağaların aradan qaldırılması qət edilmiş, həmin qətnamənin icrası zamanı icra məmuru tərəfindən sözügedən qeyri-yaşayış sahəsinə baxış keçirilmiş və həmin qeyri-yaşayış sahəsinin giriş qapısının Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən möhürləndiyi aşkar olunmuşdur.
84. İşdən həmçinin görünür ki, Talıbov Elsevər Abbas oğlu tərəfindən mübahisəli qeyri-yaşayış sahəsinə dair Cavabdeh MMC ilə bağlanmış müqavilədən irəli gələn hüquqları əvəzli qaydada xx.xx.2020-ci il tarixdə X5 ötürülmüş, qeyri-yaşayış sahəsinə dair X3 mülkiyyət hüququ xx.xx.2022-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, daha sonra Bəhmən Əliyev həmin əmlakı xx.xx.2024-cü il tarixli müqavilə əsasında Abdullayeva Ləman Əfqan qızına bağışlamış və sonuncunun mülkiyyət hüquqları xx.xx.2024-cü il tarix də daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla ona çıxarış verilmişdir.
85. Məhkəmə kollegiyası hesab edir ki, Talıbov Elsevər Abbas oğlunun mübahisəli qeyri-yaşayış sahəsinə dair sahiblik və istifadə etmək hüquqları yuxarıda şərh edilənlərə əsasən müəyyən edildiyindən, bundan sonra həmin hüquqların X5 ötürülməsi, sonuncu tərəfindən əmlak üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, xx.xx.2024-cü il tarixli müqavilə əsasında əmlakın Abdullayeva Ləman Əfqan qızına bağışlanması və bundan sonra sonuncunun da əmlak üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması mülki qanunvericiliyin tələblərinə uyğun olmuş, hər hansı qanun pozuntusuna yol verilməmişdir.
86. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs Abdullayeva Ləman Əfqan qızı mübahisəli qeyri-yaşayış sahəsinin hazırda mülkiyyətçisi olduğundan onun İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2009-cu il tarixli müqaviləni və onun hüquqi nəticələrini mübahisələndirməyə subyektiv hüququ vardır.
87. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Abdullayeva Ləman Əfqan qızının iddiası təmin edilməli, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2009-cu il tarixli müqavilə etibarsız hesab edilməlidir. Müqavilə etibarsız hesab edildiyindən onun əsasında yaranmış hüquqi nəticə, yəni İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış xx.xx.2014-cü il tarixli qeydiyyat və onun adına verilmiş çıxarış ləğv edilməlidir.
88. Məhkəmə üçüncü şəxs Abdullayeva Ləman Əfqan qızı tərəfindən verilmiş iddia tələbi ilə bağlı onu da qeyd etməyi zəruri hesab edir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır.
89. Reyestr qeydiyyatı həqiqi hüquqi vəziyyətə uyğun olduqda əsaslı, uyğun olmadıqda isə əsassız hesab edilir. Bu səbəbdən həmin qeydin (yaxud onun əsasında verilmiş çıxarışın) ləğv edilməsi və ya etibarsız sayılması barədə tələb mahiyyətcə əsaslı olmayan qeydiyyatın düzəldilməsi barədə iddiadır. Hansı sözlə (ləğv və ya etibarsızlıq) ifadə olunmasından asılı olmayaraq, iddia icraatında daşınmaz əmlakın dövlət reyestrinin məzmununun mübahisələndirilməsi sözügedən qeyddə düzəlişin aparılması barədə tələb sayılır.
90. Üçüncü şəxs Abdullayeva Ləman Əfqan qızının iddiası təmin edildiyindən məhkəmə kollegiyası hesab edir ki, birləşdirilmiş iş üzrə "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 1792/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə, hansı formada əsaslandırılmasından asılı olmayaraq birləşdirilmiş iş üzrə iddiaçı "xxxx" MMC-nin də mahiyyət etibarı ilə Abdullayeva Ləman Əfqan qızının tələbi ilə eynilik təşkil edən iddia tələbi təmin edilməlidir.
91. "xxxx" MMC tərəfindən iddia ərizəsində İddiaçı adına verilmiş maliyyə arayışının etibarsız hesab edilməsi xahiş edilsə də, məhkəmə kollegiyası hesab edir ki, həmin tələb müqavilənin və onun əsasında yaranmış hüquqi nəticələrin etibarsızlığı ilə əhatə edildiyindən sözügedən tələbə ayrıca hüquqi qiymət verilməsinə zərurət yoxdur.
92. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, qeyd olunan tələblər təmin edildiyindən birinci iş üzrə Cavabdeh MMC və üçüncü şəxs Talıbov Elsevər Abbas oğlu tərəfindən birinci iş üzrə ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməli, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2980/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə İddiaçı iddiası təmin edilməməlidir.
93. Belə ki, yuxarıda şərh edilənlərə əsasən X8 mübahisəli qeyri-yaşayış sahəsinə dair sahiblik və istifadə etmək hüquqları müəyyən edildiyindən, habelə İddiaçı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2009-cu il tarixli müqavilənin etibarsız olduğu qənaətinə gəlindiyindən, X12 tərəfindən Cavabdeh MMC ilə bağlanmış müqavilədən irəli gələn hüquqların sonradan X5 ötürülməsini, sonuncunun əmlak üzərində mülkiyyət hüququnu, xx.xx.2024-cü il tarixli müqavilə əsasında əmlakın Abdullayeva Ləman Əfqan qızına bağışlanmasını, bundan sonra sonuncunun da əmlak üzərində mülkiyyət hüququnu mübahisələndirməyə İddiaçı subyektiv hüququ yoxdur.
94. Eyni zamanda, yuxarıda göstərilənlərə əsasən İddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Abdullayeva Ləman Əfqan qızı tərəfindən edilən maneələrdən ibarət hərəkətlərə son qoyulması və mülkiyyətçinin mübahisəli qeyri-yaşayış sahəsinə buraxılması barədə tələbi təmin edilə bilməz.
95. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı bu tələb həmçinin o əsasla da təmin edilə bilməz ki, mübahisəli qeyri-yaşayış sahəsi həmin cavabdehin sahibliyində və istifadəsində deyil.
96. Kollegiya həmçinin qeyd edir ki, işə baxılarkən proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayət əlamətləri aşkar edilmədiyindən İddiaçı xüsusi qərardadın çıxarıması barədə vəsatət təmin edilməmişdir.
97. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402, 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Birinci iş üzrə Cavabdeh MMC və üçüncü şəxs Talıbov Elsevər Abbas oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2980/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Abdullayeva Ləman Əfqan qızına qarşı “mübahisəli əmlaka dair xx.xx.2020-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, X3 adına verilmiş çıxarışın ləğvi, Bəhman Əliyev və Ləman Abdullayeva arasında bağlanmış xx.xx.2024-cü il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, onun adına verilmiş xx.xx.2024 tarixli dövlət reyestrindən çıxarışın ləğvi, mülkiyyət hüququ üzrə İddiaçı məxsus həmin qeyri-yaşayış sahəsindən istifadə hüququnun həyata keçirilməsinə cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Abdullayeva Ləman Əfqan qızı tərəfindən edilən maneələrdən ibarət hərəkətlərə son qoyulması və mülkiyyətçinin qeyri-yaşayış sahəsinə buraxılması” tələbinə dair iddiası təmin edilməsin. Birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1792/2023 nömrəli, xx.xx.2023cü il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilsin. Birinci iş üzrə cavabdeh, birləşdirilmiş iş üzrə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs Abdullayeva Ləman Əfqan qızının cavabdehlər İddiaçı və "xxxx" MMC-yə qarşı “müqavilənin və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilsin. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2009-cu il tarixli müqavilə etibarsız hesab edilsin, İddiaçı adına ünvan 15 ünvanında 167,8 kv.metr sahəsi olan qeyriyaşayış sahəsinə dair dövlət reyestrində 143 nömrəli reyestr kitabının 13435 nömrəli vərəqində aparılmış ********** nömrəli, xx.xx.2014-cü il tarixli qeydiyyat (reyestr nömrəsi **********21-05301-083001) və İddiaçı adına verilmiş çıxarış ləğv edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: