Məhkəmə qərarları › İş №2(103)-884/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-884/2023

03.02.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-884/2023 03.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Fuad Babayevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “X1 Turizm Gayrımenkul Ticaret Limited” Şirkətinin Azərbaycan Filialına qarşı “direktor vəzifəsindən çıxarılma və təmsilçilik hüququna xitam verilməsi barədə” iddiasına dair mülki iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayətinə baxılması üzrə keçirilən açıq məhkəmə iclasında müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, İddiaçı cavabdeh “X1 Turizm Gayrımenkul Ticaret Limited” Şirkətinin Azərbaycan Filialının direktoru vəzifəsindən çıxarılsın və iddiaçının qanuni təmsilçilik hüququna xitam verilsin. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə qət olunub ki, iddia təmin edilməsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin olunsun. Məhkəmə hesab edir ki, qətnamə ləğv edilməli, iş baxılması üçün aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, hazırkı mübahisə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisədir. İddiaçı filial direktorudur, cavabdeh kommersiya hüquqi şəxsin filalıdır, tələb isə iddiaçının filial direktoru vəzifəsindən çıxarılması barədədir. Mülki-Prosessual Məcəllənin 26-cı maddəsinin tələbinə və Ali Məhkəmə Plenumunun xx.xx.2020-ci il tarixli qərarının 13, 19 və 26-cı bəndlərində verilən izahlara görə, bu işə birinci instansiya məhkəməsi kimi Bakı Kommersiya Məhkəməsi tərəfindən baxılmalı idi. Lakin Nəsimi Rayon Məhkəməsi aidiyyət qaydasını pozaraq kommersiya mübahisəsinə baxmışdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənnin 365, 387.2.1 və 32.4-cü maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Hazırkı iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilsin və iş baxılması üçün aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar