Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-884/2024 12.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pulun qaytarılması” tələbinə dair ilkin, Cavabdeh İddiaçı qarşı “vurulmuş mənəvi ziyanın ödənilməsi” qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “vurulmuş mənəvi ziyanın ödənilməsi, pul tələbi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Əkbərov Kamran Hüseyn oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, Yasamal Rayon Məhkəməsinin 2(004)-4305/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən ilkin iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı “pul tələbi”nə dair ilkin, iddiaçı Cavabdeh İddiaçı qarşı “vurulmuş mənəvi ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında iddiaçı Cavabdeh iddia tələbi təmin edilmiş, cavabdeh İddiaçı ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanından çıxarılması və mənzilin boşaldılaraq Cavabdeh təhvil verilməsi qət edilmişdir. Həmçinin, qanuni qüvvəyə minmiş digər məhkəmə qətnaməsinə əsasən yuxarıda qeyd olunan qətnamə icra olunana kimi Cavabdeh xx.xx.2020-ci il tarixli kirayə müqaviləsinə əsasən ünvan 2 ünvanından istifadəyə görə mənzilin sahibinə xx.xx.2020-ci il tarixdən başlayaraq hər ay kirayə haqqının cavabdeh İddiaçı tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. ünvan 1 ünvanında aparılmış təmir işləri ilə əlaqədar olaraq İddiaçı tərəfindən 14135,50 manat xərc çəkilmişdir. Nəticədə, mənzilin mülkiyyətçisi Cavabdeh əsassız olaraq varlanmışdır. Göstərilənlər nəzərə alınaraq iddia tələbinin təmin edilməsi xahiş edilir.
3. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, yuxarıda qeyd olunan məhkəmə qətnamələrinin icra olunmaması və İddiaçı əsassız iddiaları, qanunsuz hərəkətləri nəticəsində Cavabdeh 700 manat mənəvi zərər vurulmuşdur. Göstərilənlər nəzərə alınaraq qarşılıqlı iddia tələbinin təmin edilməsi xahiş edilir.
4. Yasamal Rayon Məhkəməsinin 2(004)-4305/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi (hakim Fariz Əlizadə) ilə ilkin iddia tələbi təmin edilməmiş, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vurulmuş mənəvi zərərin əvəzi olaraq 500 (beş yüz) manat pulun, qarşılıqlı iddia üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və 170 (yüz yetmiş) manat hüquqi xidmətin göstərilməsinə görə xərcin tutularaq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ödənilməsi, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
5. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir.
6. Cavabdeh qətnaməni mübahisələndirməmişdir. Apellyasiya şikayəti və onun dəlilləri:
7. İddiaçı qətnamədən apellyasiya şikayəti vermiş, qətnamənin maddi və prosessual hüquq normaları pozulmaqla qəbul edildiyini, bu səbəbdən də Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-4305/2023 saylı qətnaməsinin ləğv edilməsini, ilk iddianın təmin olunması, qarşılıqlı iddianın isə təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:
8. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi, həmçinin bildirdi ki, pulunu tələb etdikləri təmir işləri 2021-ci ildə həyata keçirilmişdir. Bununla belə, iddiaçının nümayəndəsi hansı səbəbdən və nə məqsədlə mənzildən çıxarılmaya dair qətnamə qəbul edildikdən sonrakı dövrdə cavabdehin mənzilində təmir aparmasını ağlabatan və məntiqli izah edə bilmədi.
9. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayəti ilə razılaşmayaraq, təmin edilməməsini xahiş etdi, bildirdi ki, cavabdeh 220 manat pensiya alır, bir yaşayış evi var ki, onu da iddiaçı qanunsuz olaraq zəbt etmiş və uzun illərdir ki, həmin mənzildən istifadə edir, bununla da cavabdehin mənzil hüququnu pozur, iddiaçının isə kifayət qədər əmlakları var, 45-50 min manatlıq maşını var, təkcə maşınının nömrəsi 15.000 manatdır, iddiaçı məcburi köçkün adından sui-istifadə edərək cavabdehin mənzilini qeyri-qanuni zəbt etmiş, iddiaçının mənzildən çıxarılmasına dair 2019-cu il tarixli qətnamə var, qanuni qüvvəsini alsa da, iddiaçı qəsdən qətnaməni icra etmir, həmçinin iddiaçının mənzildən çıxmağına qədər kirayə haqqının tutulmasına dair iddiaları təmin edilmiş, qətnamə qanuni qüvvəsini almışdır, hazırda həmin qənamə üzrə iddiaçının 12-13 min manat pulu yığılmışdır, hazırkı iddanı da məhz o borcu ödəməmək üçün vermişdir. Həmçinin qeyd etdi ki, iddiaçının əvvəllər etdiyi təmirdən o, özü mənzildə yaşayaraq bəhrələnmişdir, hazırkı 2021-ci ildə edilən təmirə görə cavabdehdən pul tələb etməsi əsassızdır, çünki onun mənzildən çıxarılmasına dair 2019-cu il tarixli qətnamə movcud ola-ola, yəni o, özgəsinin mənzilini qanunsuz zəbt etdiyi halda orada 2021-ci ildə apardığı təmir pulunu tələb edə bilməz. Başlıcası isə, mənzil hazırda da iddiaçıdadır, mənzili hələ də cavabdehə təhvil verməmişdir, mənzilin nə vaxt və hansı vəziyyətdə təhvil veriləcəyi bəlli deyil, ola bilsin ki, iddiaçı mənzili təhvil verəndə quraşdırılmış avadanlıqlar, qapı-pəncərəni, döşəməni və sair sökə bilər, mənzilə zərər vura bilər, (çünki praktikada mənzildən məcburi çıxarılanda mənzili sökülüb-dağıtma hallarına çox rast olunur) ona görə də, nə qədər ki, mənzil iddiaçının sahibliyində və istifadəsindədir, cavabdehin iddiaçının hesabına əsassız varlanması hazırkı vəziyyətdə istisna edilir, mənzilin mülkiyyətçisi olan cavabdehin isə bütün bunların nəticəsində mənəvi iztirab və sarsıntı keçirməsi danılmazdır, qarşılıqlı iddianın təmin edilən hissəsi tam əsaslıdır, odur ki, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Sübutların tədqiqi: Mülki iş materiallarında olan:
10. Yasamal Rayon Məhkəməsinin 04 yanvar 2019-cu il tarixli, 2(004)- 641/2019 nömrəli qətnaməsi ilə iddiaçı Cavabdeh iddiası təmin edilərək, cavabdehlər İddiaçı, Məhərrəmova (Hüseynova) Kəbutər Əvəz qızının, X3, Xanhüseynova (Məhərrəmzadə) Amalya Pərviz qızının və X4 Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1 küçəsi, 7 saylı evin 72 saylı mənzilindən çıxarılmaları, mənzilin boşaldılması və Cavabdeh təhvil verilməsi qət edilmişdir.
11. İddiaçı Cavabdehlər İddiaçı, X7, X5, X10, Xanhüseynova (Məhərrəmzadə) Amalya Pərviz qızına, X6 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1 küçəsi 7 saylı evin 72 saylı mənzili boşaldılaraq ona təhvil verilənədək hər ay üçün 350 manat kirayə haqqı və 49 manat vergi ödənişi olmaqla, cəmi 399 manat kirayə haqqı və digər xərclərə görə birdəfəlik ödəmə qismində 30 manat dövlət rüsumunun və vurulmuş mənəvi zərərə görə 2000 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə tələb üzrə Yasamal Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli, 2(005)- 564/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər İddiaçı, Məhərrəmova (Hüseynova) Kəbutər Əvəz qızı, X8, Xanhüseynova (Məhərrəmzadə) Amalya Pərviz qızı və X4 Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1 küçəsi 7 saylı evin 72 saylı mənzilindən çıxarılmaları, həmin mənzilin boşaldılması və iddiaçı Cavabdeh təhvil verilməsinə dair Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 04 yanvar 2019-cu il tarixli, 2(004)-641/2019 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi icra olunan günə kimi iddiaçı Cavabdeh 15 sentyabr 2020-ci il tarixli kirayə müqaviləsinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, T.Əliyev küçəsi 54 nömrəli evin 22 nömrəli mənzilindən istifadəyə görə mənzilin sahibi X9 15 sentyabr 2020-ci il tarixdən başlayaraq hər ay üçün ödədiyi 350 manat kirayə haqqı və 49 manat vergi ödənişi olmaqla, cəmi 399 manat kirayə haqqının və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlər İddiaçı, Məhərrəmova (Hüseynova) Kəbutər Əvəz qızından, X1, Xanhüseynova (Məhərrəmzadə) Amalya Pərviz qızından və X2 müştərək qaydada tutularaq iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir.
12. Cavabdehlər İddiaçı və X3 həmin qətnamədən verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 oktyabr 2021-ci il tarixli, 2(103)- 9595/2021 nömrəli qətnaməsi ilə (hakimlər: Şeyda Məhərrəmova (sədrlik edən və məruzəçi), Vəfaddin İbayev və Rəşad Həsənov) təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməsi, iddiaçının cavabdehlər İddiaçı, Məhərrəmova (Hüseynova) Kəbutər Əvəz qızı, X8, Xanhüseynova (Məhərrəmzadə) Amalya Pərviz qızı və X6 qarşı cavabdehlərdən Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal-1 küçəsi 7 saylı evin 72 saylı mənzili boşaldılaraq ona təhvil verilənədək hər ay üçün 350 manat kirayə haqqı və 49 manat vergi ödənişi olmaqla, cəmi 399 manat kirayə haqqı və digər xərclərə görə birdəfəlik ödəmə qismində 30 manat dövlət rüsumunun və vurulmuş mənəvi zərərə görə 2.000 manat pulun tutulması barədə iddiasının rədd edilməsi qət edilmişdir.
13. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-2692/2022 nömrəli, 06 iyun 2022-ci il tarixli qərarı ilə (hakimlər: Elşad Şamayev (sədrlik edən və məruzəçi), Elşanə Vəliyeva və Aqil Abbasov) kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək işin yenidən baxılması üçün apellyasiya baxışına qaytarılması qərara alınmışdır.
14. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 sentyabr 2022-ci il tarixli, 2(103)-5645/2022 nömrəli qətnaməsi ilə (hakimlər: Qürbət Əsgərov (sədrlik edən və məruzəçi), Azad İmanov və Fuad Talışinski) cavabdehlər X8 və İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
15. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(102)- 1771/2023 nömrəli qərarı ilə cavabdehlər İddiaçı, X8, tərəfindən birgə qaydada verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)- 5645/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
16. Qiymətləndirici "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli rəyinə əsasən müəyyən edilir ki, ünvan 1 ünvanına çəkilmiş xərc 14135,5 manat təşkil edir. Sözügedən rəyə əsasən müəyyən olunur ki, təmir işlərinin məbləği cari xərclərdən (sement, qum, qapı, kafel, lambrin, duş, unitaz, krant, su qızdırıcı, emusiya, mətbəx boruları, elektrik işi, əlcək, verdə, şpavlovka, şpavlovka şotkası, oboy kleyi, lepka və s. bu kimi) ibarətdir.
17. Hüquqi yardımın göstərilməsi haqqında 1690 nömrəli müqaviləyə əsasən müəyyən edilir ki, vəkil Nümayəndə ilə vətəndaş Cavabdeh hüquqlarının müdafiəsi ilə bağlı müqavilə bağlanmış və xidmət haqqı 170 (yüz yetmiş) manat təşkil edir. İş materiallarında olan ödəniş qəbzinə əsasən müəyyən edilir ki, hüquqi xidmətin göstərilməsinə görə 170 (yüz yetmiş) manat ödəniş həyata keçirilmişdir.
18. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli rəyinə əsasən, 1.İddiaçı tərəfindən Bakı şəhəri, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 1, ev 7, 72 nömrəli mənzildə təmirtikinti işlərinin aparıldığı müəyyən edilmişdir. 2. Təmir işlərinin aparılması son illərə (2021ci il) təsadüf edir; 3. İlkin təmirdən əvvəlki vəziyyətdə mənzildə yaşayış olmadığı üçün görülmüş təmir işləri mənzil üçün zəruri (qaçılmaz) sayılır: 4. Mənzilin təmirinə çəkilmiş xərcin ümumi dəyəri 13.740 manat təşkil edir. Tətbiq edilən hüquq
19. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. 157.6. İstər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. Maddə 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Maddə 1091.1 Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Maddə 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. Maddə 1095. Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
20. Hazırkı halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini ilkin iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən ilk iddia tələbi və qarşılıqlı iddia tələbinin təmin edilən hissəsində yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
21. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
22. İlk növbədə iddia tələbinin qanuni əsası tapılmalıdır. Çünki istənilən mübahisənin qanuni və əsaslı həlli mütləq qaydada iddia tələbinin qanuni əsasının düzgün müəyyənləşdirilməsindən birbaşa asılıdır.
23. İddiaçı tərəfin verdiyi izahatlar və işin faktiki hallarından müəyyən olunur ki, iddiaçının hazırkı tələbinin qanuni əsasını MM-in birlikdə götürülmüş 1091 və 1092-ci maddələri təşkil edir.
24. MM-in 1092-ci maddəsi əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsini nəzərdə tutur. Qanunun tələbinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır (maddə 1092.1.).
25. Qanunda əsassız varlanmanın anlayışı verilmişdir, belə ki, qanuna görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsası olmadan başqa şəxsin (məhrum olan) hesabına əmlak əldə etsin (maddə 1091.1.).
26. Əsassız varlanmaya dair münasibətləri tənzimləyən normaların təhlilindən də bəlli olur ki, bu əsasa söykənən (irəli sürülmüş) idda tələbinin keçərliliyi üçün qanunda nəzərdə tutulmuş aşağıdakı dispozitiv şərtlərin, həm də eyni vaxtda olması tələb olunur: - birincisi, əsassız varlanmaya haqq qazandıran qanuni və ya müqavilə əsası olmur, eləcə də bu cür varlanma həyata keçməmiş əsasa və ya sonradan aradan qalxmış əsasa söykənir; - ikincisi, iddiaçı əmlakdan məhrum olur; - üçüncüsü, cavabdeh iddiaçının hesabına əmlak əldə etmiş olur. İddia tələbinin qanuni əsasının tapılmasından sonra növbəti mərhələ iddiaçının bildirdiyi halların qanunun dizpozitiv şərtlərinə uyğun gəlib-gəlməməsini yoxlanılmasından ibarət olmalıdır.
27. Hazırkı mülki iş materialları ilə müəyyən edilir ki, Şuşa şəhərindən olan məcburi köçkün ilkin İddiaçı və ailə üzvləri cavabdehin mülkiyyətində olan ünvan 1 ünvanında məskunlaşmışlar və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin olmasına baxmayaraq bu günə qədər həmin mənzildən çıxmamışlar.
28. İddiaçı cavabdehin mülkiyyət hüquqlarını pozur və sonuncunu mülkiyyət hüququndan qanunsuz olaraq məhrum edir. Uzun illərdir ki, ilkin iddiaçı sözügedən mənzildə yaşayır və ondan qanunsuz olaraq istifadə edir.
29. Belə olan halda İddiaçı həmin mənzildə yaşayaraq cari xərcləri çəkməklə 2021-ci ilə qədər xırda təmir işlərini görməsi cavabdehin onun hesabına əsassız varlanması hesab edilmir. Çünki hazırda da mənzildə iddiaçı özü yaşayır və ondan istifadə edir, həmin təmirdən də özü faydalanır. Demək ki, hazırkı halda əsassız varlanmaya dair münasibətləri tənzimləyən maddi hüquq normasının dispozitiv şərtləri mövcud deyildir.
30. İddiaçının həmin mənzildə 2021-ci ildən sonra apardığı və hazırda cavabdehdən tələb etdiyi təmir xərci barədə iddia tələbi əsassızdır. Belə ki, Yasamal Rayon Məhkəməsinin 04 yanvar 2019-cu il tarixli, 2(004)- 641/2019 nömrəli qətnaməsi ilə iddiaçı Cavabdeh iddiası təmin edilərək, cavabdehlər İddiaçı, Məhərrəmova (Hüseynova) Kəbutər Əvəz qızının, X3, Xanhüseynova (Məhərrəmzadə) Amalya Pərviz qızının və X4 Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1 küçəsi, 7 saylı evin 72 saylı mənzilindən çıxarılmaları, mənzilin boşaldılması və Cavabdeh təhvil verilməsi qət edilmişdir. Aparılmış araşdırmalar zamanı da müəyyən olunmuşdur ki, hazırda da cavabdehə məxsus mənzildə iddiaçı yaşayır və mənzil faktiki onun sahibliyindədir və mənzildən o istifadə edir.
31. Mülki Məcələnin 157.7-ci maddəsinə əsasən, vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər.
32. İddiaçı mübahisə predmeti olan mənzilə münasibətdə mülki qanunvericiliyin (MMin 157-ci maddəsi) tələbləri baxımından “vicdanlı sahib” statusu olmadığından, rayon məhkəməsi iddia tələbini təmin etməməkdə haqlı olmuşdur.
33. Beləliklə də, istinad olunan maddi hüquq normalarına və hazırkı işin müəyyən olunmuş mübahisəsiz hallarına- mənzilin təhvil verilmədiyi, eləcə də nə zaman və hansı vəziyyətdə sahibinə təhvil veriləcəyi məlum olmadığından, iddiaçının hazırkı tələbi aşkar əsassız olmuşdur, bu baxımdan, rayon məhkəməsinin bununla bağlı gəldiyi qənaət mahiyyəti etibarı ilə düzgündür.
34. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında göstərilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır.
35. Digər tərəfdən, həmin qərarda həm də izah olunmuşdur ki, mənəvi zərərin əvəzi, bir qayda olaraq pulla müəyyən edilir və ödənilir.
36. Məhkəmə kolegiyası qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi hissəsində rayon məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icra edilməməsi nəticəsində Cavabdeh uzun illərdir ki, İddiaçı təqsirli hərəkətlərinin nəticəsində mənəvi zərərə məruz qalması baxımından mənəvi iztirab və sarsıntı keçirməsinin şəksiz olması nəzərə alınaraq, rayon məhkəməsi tərəfindən mənəvi zərərin əvəzinin 500 (beş yüz) manat məbləğində müəyyən edilərək, tutulması əsaslı olmuşdur.
37. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən ilkin iddia tələbi təmin edilməməklə, qarşılıqlı iddia tələbi qismən təmin edilməklə mahiyyət etibarı ilə iş üzrə düzgün nəticəyə gəlindiyindən, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hazırkı iş üzrə həmin normada təsbit olunmuş tələbin imperativliyini nəzərə alır. Nəticə:
38. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, ilkin iddia tələbini təmin etməməkdə, qarşılıqlı iddia tələbini qismən təmin etməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan və qətnamənin ləğvinə səbəb olmadığından təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.
40. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməli, ekspertiza xərci də iddiaçıdan tutulmalıdır.
41. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,
QƏT ETDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Yasamal Rayon Məhkəməsinin 2(004)-4305/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Ekspertiza tədqiqatının dəyəri 300 (üç yüz) manat İddiaçı "xxxx" MMC, H/h: № AZ33İBAZ********************, VÖEN: **********, Benefisiar alan bank: "xxxx" ASC Yasamal filialı, Kodu: 805562, VÖEN:**********, Müxbir hesab: AZ03NABZ********************, S.W.İ.F.T BİK: İBAZAZ2X hesabına ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.