Məhkəmə qərarları › İş №2(103)-8846/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8846/2021

16.11.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8846/2021 16.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 iyun 2021-ci il tarixli 2(006)-599/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən iddiaçının mənzilinə su axıdılmasının qarşısının alınması, iddiaçının mənzilinin bərpası üçün təmir işlərinin dəyəri olan 2470 manat pulun və məhkəmə xərclərinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri Azadlıq küçəsi ev 28 mənzil 9-un mülkiyyətçisidir. 17 sentyabr 2019-cu il və 16 iyun 2020-ci il tarixlərdə iddiaçının mənzilinə bir mərtəbə yuxarıda yerləşən cavabdehə məxsus 19 saylı mənzildən suyun axması nəticəsində ona ziyan dəymişdir. Cavabdehin mənzilinin su təchizatının vəziyyətinə nəzarət etməməsi nəticəsində həmin mənzilin düz altında yerləşən üçüncü mərtəbədəki iddiaçının mənzilini su basmışdır. Nəticədə 20,3 kv. metr yaşayış sahəsi bir neçə saat ərzində su ilə dolmuşdur. İddiaçının mənzilini su basması nəticəsində otaqdakı, hamamdakı və girişdəki divarlar tavan və elektrik kabel xətləri və elektrik avadanlıqlar, o cümlədən soyuducu, televizor, kondisioner, həmçinin mənzildəki kamera videomüşahidə sistemi də yararsız hala düşmüşdür. Bu səbəbdən hətta qonaq otağında tavanda qısaqapanma nəticəsində kiçik yanğın da baş vermiş və xoşbəxtlikdən həmin an evdə adam olduğu üçün yanğının qarşısı vaxtında alınmışdır. İddiaçı öz hesabına 1600 manat xərc çəkib təcili olaraq evin bütün elektrik naqillərini dəyişdirmişdir. Cavabdehə məxsus olan 19 saylı mənzildən iddiaçıya məxsus olan 9 saylı mənzilə su axması 10.03.2020-ci il tarixli aktla rəsmiləşdirilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 iyun 2021-ci il tarixli 2(006)-599/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh tərəfindən İddiaçı mənzilinə su axıdılmasının qarşısının alınması üçün tədbir görülməsi, Cavabdeh maddi zərərin əvəzi kimi 2385 manat və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 2415 manat məbləğində pulun alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, iddiaçının əmlakına vurulmuş zərərin əvəzinin ondan tələb edilməsi əsassızdır. Su axıntısı "xxxx" MMC-nin əməkdaşları tərəfindən təmir edilmiş ana kanalizasiya xəttində mövcud olmuşdur. Ekspert rəyində onun mənzilinə qapı bağlı olduğundan baxış keçirilməsi mümkün olmadığı bildirilsə də, ekspert tərəfindən mənzilə baxış keçirilməsi barədə ona hər hansı bir bildiriş göndərilməmiş və yaxud telefonla məlumat verilməmişdir. Onun mənzilinə baxış keçirilmədən və su sızmasının texniki səbəbi müəyyən edilmədən əsaslandırılmış rəy verilə bilməz. Buna görə də hesab edir ki, məhkəmənin qətnaməsi əsassız və qanunsuzdur. Məhkəmə kollegiyasının iclasında cavabdeh apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin edilməsini və qətnamənin ləğv edilməsini, iddiaçı isə apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 iyun 2021-ci il tarixli, 2(006)-599/2021 saylı qətnaməsi cavabdehin apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, ünvan 1 mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. İş materiallarında olan 17 saylı MKİS-in rəisi E.Xeyrullayev, mühəndisi A.İ.Allahverdiyev, sahə nəzarətçisi H.Hacıyev və polis sahə müvəkkili S.Abbasov tərəfindən 10 mart 2021-ci il tarixdə tərtib edilmiş aktdan görünür ki, tərəflərindən ünvan 1 ünvanına baxış keçirilən zaman məlum olmuşdur ki, İddiaçı mənzilinin üstündəki 4-cü mərtəbədə yerləşən 19 saylı mənzilin (sahib Məmmədtağı Qəniyev) su və kanalizasiya xəttində yaranmış nazaslıq səbəbindən çirkab sular İddiaçı mənzilinə axmış və ona maddi ziyan dəymişdir. İş materiallarında olan "xxxx" ASC Nəsimi Rayon Sukanal İdarəsinin 23.09.2020-ci il tarixli məktubundan görünür ki, idarənin qəza-bərpa birqadaları dərhal hadisə yerində olmuş, mənzilə suyun yuxarı mərtəbədən, yəni 19 saylı mənzildən axdığı müəyyən olunmuşdur. Həmin mənzilə evdə adam olmaması səbəbindən evə girmək mümkün olmamışdır. Azadlıq prospekti ev 28 ünvanında məhəllədaxili su və kanalizasiya xətlərində heç bir nasazlıq və axıntı mövcud deyil. Mənzildaxili su və kanalizasiya axıntıları səbəbindən antisanitar vəziyyətin yaranmasının araşdırılması, onların aradan qaldırılması və təmir işlərinin aparılması məqsədilə binanı və mənzili istismar edən aidiyyatı orqan və ya vətəndaş tərəfindən müvafiq tədbirlər həyata keçirilməlidir. Məhkəmə qərardadına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 26 may 2021-ci il tarixli 10/3476 nömrəli rəyindən görünür ki, ünvan 2 ünvanında yerləşən 9 saylı mənzilin yaşayış otaqlarında, dəhliz və sanitar qovşağı kimi istifadə olunan yardımçı tikilisinin divar və tavanında yaranmış qüsurları və yerləşmə vəziyyəti nəzərə alınaraq 9 saylı mənzilin yaşayış otaqlarına, dəhliz və sanitar qovşağı kimi istifadə olunan yardımçı tikililərinə yuxarı mərtəbədə yerləşən 19 saylı mənzildən suyun sızılması xarakterikdir və nəticədə 9 saylı mənzilin tikililərinə ziyan dəyməsi müəyyən olunmuşdur. 9 saylı mənzilin yaşayış otaqlarında, dəhliz və sanitar qovşağı kimi istifadə olunan yardımçı tikililərində su sızma nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli olan təmir-bərpa işlərinin dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq təqribən 2385 manat məbləğində olduğu müəyyən edilir. Beləliklə, cavabdehə məxsus mənzildən iddiaçıya məxsus mənzilə su axıdılması nəticəsində iddiaçıya maddi ziyan dəyməsi iş materialları ilə sübuta yetirilmişdir. Birinci instansiya məhkəməsi vurulmuş maddi ziyanın əvəzi kimi 2385 manat məbləğində pulun cavabdehdən alınıb iddiaçıya verilməsini qət etmiş, qalan hissədə iddia təmin edilməmiş, İddiaçı məhkəmənin gəldiyi nəticə ilə razılaşaraq qətnamədən apellyasiya şikayəti verməmişdir. İddia tələbi ilə bağlı məhkəmə aşağıdakı hüquq normalarına istinad etməyi zəruri hesab edir: Mülki Məcəllənin 21.1-ci maddəsinə müvafiq olaraq, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakınm zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi əsaslarından biri də zərər vurulmasıdır. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 15-ci maddəsinə əsasən, yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir. Həmin Məcəllənin 29.4-cü maddəsinə əsasən, yaşayış sahəsinin mülkiyyətçisi onu yararlı vəziyyətdə saxlamağa, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yaşayış sahəsindən istifadə qaydalarına, habelə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi əmlakının saxlanması qaydalarına riayət etməyə borcludur. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya məxsus Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospekti ev 28-də yerləşən 9 saylı mənzilə həmin mənzilin üstündə yerləşən, cavabdehə məxsus 19-cu mənzildən su axması nəticəsində iddiaçıya maddi zərər vurulması iş materialları və ekspertiza rəyi ilə təsdiq olunduğundan maddi ziyanın əvəzinin ödənilməsi ilə bağlı hissədə iddianı qismən təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. İş materiallarından görünür ki, Cavabdeh ona məxsus olan mənzildən iddiaçıya məxsus olan mənzilə su axması barədə dəfələrlə xəbərdar olunsa da, bu barədə heç bir tədbir görməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Azərbaycan Respublikası MPM-in 402.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı iddia tələbinin qiyməti 5000 manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 iyun 2021-ci il tarixli 2(006)-599/2021 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar