Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8850/2020 02.12.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Məmmədova Nigar Kərəm qızının katibliyi, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2846/2020 saylı, xx xxxxxxxx 2020ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: X1 cavabdeh “X2” ASC-yə qarşı “sənədlərin təqdim edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(007)-2846/2020 saylı qərardadı ilə, X1nun cavabdeh “X2” ASC-yə qarşı “sənədlərin təqdim edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmışdır. X1 məhkəməyə şikayət ünvanlıyaraq, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(007)-2846/2020 saylı qərardadının ləğv edilməsini və iddia ərizəsinin icraata götürülməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəfindən xx.xx.2020-ci il tarixli qərardadla onun şikayəti təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPMin 376.2-ci maddəsinə əsasən şikayətə onların iştirakı olmadan baxılması mümkündür. Məhkəmə kollegiyası mülki işin materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, qərardad ləğv edilməli və iş materialları rayon məhkəməsinə göndərilməlidir. Mülki iş materiallarından görünür ki, birinci instansiya məhkəməsi iddia ərizəsini geri qaytararkən qeyd etmişdir ki, X1 iddia ərizəsində “X2” ASC-nin səhmdarı olduğunu qeyd etsə də, buna dair hər hansı bir təsdiqedici sənədi iddia ərizəsinə əlavə etməmişdir. Kollegiya qeyd edir ki, rayon məhkəməsi yuxarıda qeyd edilən əsasla, yəni iddiaçının “X2” ASC-nin səhmdarı olması barədə sənəd əlavə etmədiyi üçün iddia ərizəsini geri qaytarmaqda haqlı olmamışdır. Belə ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 152.1.2-ci maddəsinə görə, iddia ərizəsinin iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılır. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi yuxarıda qeyd edilən nomaya istinad etmişdir, həmin normanın məzmunundan məlum olur ki, hazırkı məsələ qeyd edilən normanın təsiri altına düşmür, məhkəmə həmin normanı səhv təfsir etmişdir. Bundan əlavə, Kollegiya qeyd edir ki, “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxxxx 2020-ci il tarixli qərarına uyğun olaraq hazırkı işin ümumi və ya kommersiya məhkəməsinə aidiyyəti məsələsi də rayon məhkəməsi tərəfindən müzakirə olunmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, qərardad ləğv edilməli və iddia ərizəsinin icraata qəbulu, eyni zamanda hazırkı işin ümumi və ya kommersiya məhkəməsinə aidiyyəti məsələsinin müzakirə olunması üçün iş materialları rayon məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: - 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; - 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; - 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (xx xxx 2018-ci il tarixdən qüvvəyə minmiş) x xxx 2018-ci il tarixli Azərbaycan Respublikasının Qanunundan sonra Məcəllənin 402-ci maddəsinə əsasən mülki və inzibati-iqtisadi kollegiyalarının qətnamələrindən, işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi, apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş son dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: X1 tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Hazırkı iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2846/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilsin və iddia ərizəsinin icraata qəbulu, eyni zamanda hazırkı işin ümumi və ya kommersiya məhkəməsinə aidiyyəti məsələsinin müzakirə olunması üçün mülki iş Nizami Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardad qətidir, qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-8850/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8850/2020
02.12.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver