Məhkəmə qərarları › İş №2(103)-8852/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8852/2021

20.10.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8852/2021 20.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı2 Abadulla oğlunun, onun nümayəndəsi və vəkili Məmmədov Adəm Məhərrəm oğlunun, Cavabdeh ləğv prosesində olan Cavabdeh2 ASC-nin nümayəndəsi Həsənli Hikmət Fikrət oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-13/2021 saylı 27 may 2021-ci il tarixli qətnaməsindən cavabdeh ləğv prosesində olan Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığourtalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar "xxxx" MMC və İddiaçı2 Abadulla oğlu - cavabdehlər ünvan 6ntoruna, Cavabdeh2 ASC-yə, "xxxx" MMC-yə qarşı (Səbail Rayon İcra Şöbəsi üçüncü şəxs qismində qeyd olunan) “icra qeydinin, həmçinin bunun nəticəsində aparılmış bütün icra tədbirlərinin etibarsız və ləğv edilərək hərrac protokollarının və ipoteka predmetinə tutmanın yönəldilməsinin etibarsız hesab edilməsi, ipoteka yüklülüyündə olan mənzilin azad edilməsi və mülkiyyət hüquqlarının bərpa olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 21 may 2011-ci il tarixli icra qeydini, həmçinin bunun nəticəsində aparılmış bütün icra tədbirlərini ləğv edərək 30 iyun 2008-ci il tarixdən sonra ödədiyi 275051,54 manat pul məbləğinin əsas borca hesablanması, eyni zamanda hərrac protokollarının etibarsız hesab edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, 46 saylı Dövlət Notariat Kontorunun 21 may 2011-ci il tarixli icra qeydinə əsasən İddiaçı2 Abadulla oğluna məxsus ünvan 1 ünvanda yerləşən əmlaka tutmanın yönəldilməsi müəyyən edilmişdir. 21 may 2011ci il tarixli icra qeydi qanunvericiliyin tələbləri pozularaq aparılmışdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 11 fevral 2004-cü il tarixli 24 saylı fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının sosial inkişafı dövlət proqramına (2004-2008-ci il)“ uyğun olaraq yeni istehsal sahələri və iş yerləri yaratmaq məqsədi ilə "xxxx" MMC-i Ağstafa RİH başçısının 20.05.2005-ci il tarixli 93 nömrəli sərəncamına əsasən Ağstafa Süd Emalı Zavodunun tikintisinə başlamış və 25.12.2005-ci il tarixdə tikinti işlərini başa çatdıraraq, Moskva şəhərində yerləşən "xxxx" MMC-dən, Odessa mexaniki zavodundan, Türkiyədən və Bakı şəhərində yerləşən müxtəlif firmalardan yeni texnoloji avadanlıqlar alaraq quraşdırılmışdır. "xxxx" MMC Ağstafa Süd Emalı Zavodunun qurulmasında təsisçinin təsisçi payı və "xxxx" ASC-nin kreditindən istifadə etmişdir. Belə ki, 02.11.2005-ci il tarixli, 05 USD nömrəli müqaviləyə əsasən illik faiz dərəcəsi 22% olmaqla 78.000 ABŞ dolları və əlavə razılaşmalara əsasən 15.11.2006-cı ildə 30.000 manat, 24.11.2006-cı ildə 20.000 manat, 13.12.2006-cı ildə 25.000 manat, 13.02.2007-ci ildə 25.000 manat, 21.05.2007-ci ildə 35.000 manat kredit götürülmüşdür. Eyni zamanda 15.11.2007-ci ildə isə süd emalı zavodunun istehsal gücünün artırılması məqsədi ilə yeni avadanlıqlar, xırda və iri buynuzlu mal-qara üçün 100.000 manat Sahibkarlığa Kömək Milli Fondunun dəstəyi ilə "xxxx" ASC ilə 82/2-KMF saylı kredit müqaviləsinə əsasən 36 ay müddətinə illik faiz dərəcəsi 7% olmaqla kredit götürülmüşdür. (cəmi məbləğ 78.000 ABŞ dolları və 235.000 manat tul vəsaiti bankdan götürülmüşdür). Həmin kreditlər üzrə "xxxx"MMC tərəfindən hazıradək "xxxx" ASC-yə 275051,54 manat pul vəsaiti ödənilmişdir. Müəssisə istehsal gücündən istifadənin yaxşılaşdırılması məqsədi ilə süd toplama məntəqələrində süd soyutma avadanlıqlarının alınması üçün 22.02.2008-ci il tarixli, 08 saylı müqavilə üzrə (Türkiyənin “İntermak” firması) bütün öhdəlikləri vaxtında yerinə yetirsə də, həmin avadanlıqların Bakıya gətirilərək Türkiyəyə qaytarılması və yenidən "xxxx" ASC-nin köməkliyi ilə 02.06.2008-ci il tarixli, 061M saylı müqavilə əsasında (ilkin ödəniş 13541 manat) avqust ayında gətirilməsi mümkün olduğundan yay dövründə böyük çətinliklərlə üzləşərək külli miqdarda zərər dəymişdir. Həmçinin, Ağstafa rayonunda güclü sel axını 2009-cu ildə zavodun bir çox avadanlıqlarının sıradan çıxarmasına səbəb olmuşdur ki, bunun da bərpası və yeniləşməsi müəyyən çətinliklərə gətirib çıxarmışdır. Bütün bunlar kredit öhdəliklərinin yerinə yetirilməsində çətinliklər yaratmış və 30 iyun 2008-ci ildən 16.02.2009-cu ilədək 82/2-8 KMF saylı müqavilənin şərtlərini pozaraq heç bir ödəniş etməmişdir. 2009-cu il üzrə həmin müqavilə öhdəliyinə görə "xxxx" MMC 44417 manat ödəməli olmasına baxmayaraq, cəmi 16555,44 manat ödəmişdir. Onu da əlavə etmək istəyir ki, banka ödənilmiş məbləğlərin çox hissəsi faizə və ya cəriməyə hesablanmışdır. Belə ki, ödənilmiş məbləğ düşünülmüş şəkildə əsas borca hesablanmamışdır. Bankdan 78.000 ABŞ dolları və cəmi 235.000 manat pul vəsaiti götürülmüşdür. Bundan 78.000 ABŞ dolları borc tam şəkildə ödənilmiş və borc bağlanılmışdır. Bundan əlavə 275051,54 manat pul vəsaitinin banka ödənilməsinə baxmayaraq, əsas borca 90.000 manat faizə və cəriməyə görə 105 236.55 manat qanunsuz olaraq hesablanmışdır. Yuxarıda qeyd edilən qanunsuz hesablanmış faizlərin, cərimələrin və 30 iyun 2008-ci ildə məlum vəziyyət ilə əlaqədar müqavilə öhdəliklərini pozmağından sonra yaranmışdır. Yəni, bank qəsdən faizlərin və cərimələrin süni artırılması üçün icra qeydini gecikdirərək 21 may 2011-ci il tarixdə qəbul olunmasında maraqlı olmuşdur. Qeyd etdikləri bank tərəfindən təqdim olunmuş ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bilidirş və xəbərdarlıqlarda öz əksini tapmışdır. Notariat orqanına təqdim edilən sənədlər də bank tərəfindən düzgün tərtib edilməmişdir. Bunu etməklə yuxarıda qeyd edilən əlavə faiz və cərimələrin yaranmasına səbəb olmuşdur. Halbuki, “İpoteka haqqında Azərbaycan Respublikası Qanunun” 34-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması müəyyən edilmişdir. Onu da əlavə etmək istəyir ki, maddi imkanı olmadığından banka olan borcunu ödəyə bilməmişdir. Qeyd edilən pulu ödəyə bilmədiyi halda bank notariat orqanına müraciət etməkdənsə qəsdən əlavə faiz və cərimələrin yaranmasına cəhd etmişdir. Digər tərəfdən onu da qeyd etməyi zəruri hesab edir ki, bank tərəfindən kredit öhdəliklərinin yerinə yetirilməməsi ilə bağlı tələbləri əsaslı olsa da, müəyyən müddət uzadılmış, nəticədə bu hal kredit borcu üzrə cərimə məbləğinin süni şəkildə artırılmasına gətirib çıxarmışdır. Həmçinin, bank ilə onun arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə münasibətdə dəbbə pulunun tənasübsüz surətdə yüksək olması nəzərə alınmamışdır. Eyni zamanda notariat orqanı “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 76-cı maddəsinin tələblərini kobud şəkildə pozaraq 21 may 2011-ci il tarixli icra qeydi aparmışdır. Belə ki, 30 iyun 2008-ci il tarixdən bankın tələb hüququ yarandığından, "xxxx" MMC isə müəssisə olduğundan icra qeydi bir il müddətində aparılmalı idi. Həmçinin 21 may 2011-ci il tarixli icra qeydinin məzmununda ödənilməli olan məbləğ, çatası faiz və peniyalar qanunvericiliyin tələblərinə zidd olaraq göstərilməmişdir. Bu səbəbdən də, 21 may 2011-ci il tarixli icra qeydi ləğv edilməlidir. Onuda əlavə etmək istəyir ki, icra qeydinin icrası ilə əlaqədar Səbail rayon İcra şöbəsinin qərarı əsasında qiymətləndirmə dəvət edilmiş və ona məxsus mübahisəli mənizilin ilkin qiyməti 180000 manat müəyyən olunmuşdur. Göründüyü kimi, ona məxsus mənzilin qiyməti öz dəyərindən çox aşağı müəyyən edilərək satılması üçün Daşmar və Daşınmaz Əmlakların Satışı Üzrə Hərrac Mərkəzi MMC-yə icra şöbəsi tərəfindən göndərilmişdir. Onu da qeyd etməyi zəruri hesab edir ki, Banka onun tərəfindən aparılmış ödənişlər qanunsuz olaraq kreditin əsas məbləğinə hesablanmamışdır. Yəni, ödədiyi məbləğlər qanunsuz olaraq faizlərə və cərimələrə hesablanmışdır. Bu səbəbdən məlum problemlər ilə kredit öhdəliyini pozduğu gündən yəni, 30 iyun 2008-ci il tarixdən sonra ödədiyi pul kreditin əsas məbləğinə hesablanmalıdır. Məhkəmə baxışı dövründə iddiaçıların nümayəndəsi Məmmədov Adəm Məhərrəm oğlu iddia tələbi həcminin artırılması barədə ərizə təqdim edərək 21 may 2011-ci il tarixli icra qeydini, həmçinin bunun nəticəsində aparılmış bütün icra tədbirlərinin ləğv edilərək 30 iyun 2008-ci il tarixdən sonra ödədiyi 275051,54 manat pul məbləğinin əsas borca hesablanması, eyni zamanda hərrac protokollarının etibarsız hesab edilərək, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış mənzilinin ipoteka yüklülüyündən azad edib, mülkiyyət hüquqlarının bərpa olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi həcminin artırılması barədə ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, 46 saylı Dövlət Notariat Kontorunun 21 may 2011-ci il tarixli icra qeydinə əsasən ona məxsus ünvan 3 ünvanda yerləşən əmlaka tutmanın yönəldilməsi müəyyən edilmişdir. 21 may 2011-ci il tarixli icra qeydi qanunvericiliyin tələbləri pozularaq aparılmışdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 11 fevral 2004-cü il tarixli 24 saylı fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının sosial inkişafı dövlət proqramına (2004- 2008-ci il)” uyğun olaraq yeni istehsal sahələri və iş yerləri yaratmaq məqsədi ilə "xxxx" MMC Ağstafa RİH başçısının 20.05.2005-ci il tarixli 93 saylı sərəncamına əsasən Ağstafa Süd Emalı Zavodunun tikintisinə başlamış və 25.12.2005-ci il tarixdə tikinti işlərini başa çatdıraraq, Moskva şəhərində yerləşən "xxxx" MMC-dən, Odessa mexaniki zavodundan, Türkiyədən və Bakı şəhərində yerləşən müxtəlif firmalardan yeni texnoloji avadanlıqlar faraq quraşdırılmışdır. "xxxx" MMC Ağstafa Süd Emalı Zavodunun qurulmasında təsisçinin təsisçi payı və "xxxx" ASC-nin kreditindən istifadə edilmişdir. Belə ki, 02.11.2005-ci il tarixli 05 USD nömrəli müqaviləyə əsasən illik faiz dərəcəsi 22% olmaqla 78.000 ABŞ dolları və əlavə razılaşmalara əsasən 15.11.2006-cı ildə 30.000 manat, 24.11.2006-cı ildə 20.000 manat, 13.12.2006-cı ildə 25.000 manat, 13.02.2007-ci ildə 25.000 manat, 21.05.2007-ci ildə 35.000 manat kredit götürülmüşdür. Həmin kreditlər üzrə "xxxx" MMC tərəfindən 15.11.2006-cı il tarixədək "Azərdəmiryolbank” ASC-yə 78.000 ABŞ dolları məbləğində kredit borcu tam ödənilmişdir. Eyni zamanda 19.11.2007-ci ildə isə süd emalı zavodunun istehsal gücünün artırılması məqsədi ilə yeni avadanlıqlar, xırda və iri buynuzlu mal-qara üçün 100.000 manat sahibkarlığa Kömək Milli Fondunun dəstəyi ilə "xxxx" ASC ilə 82/2-SKMF saylı kredit müqaviləsinə əsasən 36 ay müddətinə illik faiz dərəcəsi 7% olmaqla kredit götürülmüşdür. "xxxx" ASC ilə "xxxx" MMC arasındakı 82/2- SKMF saylı 15. 11,2007-ci il tarixli kredit müqaviləsinin 9-cu bəndinə görə borc alana kecikdirilmiş borca görə illik 42% (qırx iki) dərəcəsi ilə faiz hesablanır. İndiyədək Azərbaycan Respublikasında Sahibkarlığa Kömək Milli Fondunun dəstəyi ilə verilən heç bir kreditdə kecikdirilmiş borca görə illik 6 (altı) dəfə artıq faiz dərəcəsi tətbiq edilməmişdir. Analoji kredit Gəncə Bankdan "xxxx" MMC tərəfindən götürülmüş və gecikdirilmiş borca görə illik 2 (iki) dəfə artıq (14%) faiz dərəcəsi hesablanmışdır. Həmin kreditlər üzrə "xxxx" MMC tərəfindən "AzərdəmiryolBank” ASC-yə 275051,54 manat pul vəsaiti ödənilmişdir. Müəssisə istehsal gücündən istifadənin yaxşılaşdırılması məqsədi ilə süd toplama məntəqələrində süd soyutma avadanlıqlarının alınması üçün 22.02.2008-ci il tarixli, 08 saylı müqavilə üzrə (Türkiyənin “İntermak” firması) bütün öhdəlikləri vaxtında yerinə yetirsə də, həmin avadanlıqların Bakıya gətirilərək Türkiyəyə qaytarılması və yenidən "xxxx" ASC-nin köməkliyi ilə 02.06.2008-ci il tarixli 06İM saylı müqavilə əsasında (ilkin ödəniş 13541 manat) avqust ayında gətirilməsi mümkün olduğundan yay dövründə böyük çətinliklərə üzləşərək külli miqdarda zərər dəymişdir. Həmçinin Ağstafa rayonunda güclü sel axını 2009-cu ildə zavodun bir çox avadanlıqlarının sıradan çıxarmasına səbəb olmuşdur ki, bunun da bərpası və yenilənməsi müəyyən çətinliklərə gətirib çıxarmışdır. Bütün bunlar kredit öhdəliklərinin yerinə yetirilməsində çətinliklər yaratmış və müəssisə 30 iyun 2008-ci ildən 16.02.2009-cu ilədək 82/2-8 KMF saylı müqavilənin şərtlərini pozaraq heç bir ödəniş apara bilməmişdir. 2009-cu il üzrə həmin müqavilə öhdəliyinə görə "xxxx" MMC 44417 manat ödəməli olmasına baxmayaraq cəmi 16555,44 manat ödəmişdir. Onu da əlavə etmək istəyir ki, onun tərəfindən banka ödənilmiş məbləğlər hesaba qoyulmuş kimi mədaxil edilərək, çox hissəsi faizə və ya cəriməyə hesablanmışdır. Yəni, ödənilmiş məbləğ düşünülmüş şəkildə əsas borca hesablanmamışdır. Bankdan 78.000 ABŞ dolları və cəmi 235.000 manat pul vəsaiti götürülmüşdür. Bundan 78.000 ABŞ dolları məbləğində borc vəsaiti tam şəkildə ödənilmiş və borc bağlanılmışdır. Bundan əlavə onun tərəfindən 275051,54 manat pul vəsaiti banka ödənilməsinə baxmayaraq, əsas borca 90.000 manat, faizə və cəriməyə görə 105236.55 manat qanunsuz olaraq hesablanmışdır. Yuxarıda qeyd edilən qanunsuz hesablanmış faizlərin, cərimələrin və 30 iyun 2008-ci ildə məlum vəziyyət ilə əlaqədar müqavilə öhdəliklərini pozmağından sonra yaranmışdır. Yəni, bank qəsdən faizlərin və cərimələrin süni artırılması üçün icra qeydini gecikdirərək 21 may 2011-ci il tarixdə qəbul olunmasında maraqlı olmuşdur. Notariat orqanına təqdim edilən sənədlər də bank tərəfindən düzgün tərtib edilməmişdir. "xxxx" ASC bunu etməklə yuxarıda qeyd edilən əlavə faiz və cərimələrin yaranmasına səbəb olmuşdur. Halbuki, “İpoteka haqqında Azərbaycan Respublikası Qanunun” 34-cü maddəsinə əsasən ipoteka prcdmetinə tutmanın yönəldilməsi hüququnun yaranması müəyyən edilmişdir. Onu da əlavə etmək istəyir ki, maddi imkanı olmadığından banka olan borcunu ödəyə bilməmişdir. Qeyd edilən pulu ödəyə bilmədiyi halda bank notariat orqanına müraciət etməkdənsə qəsdən əlavə faiz və cərimələrin yaranmasına cəhd etmişdir. Digər tərəfdən onuda qeyd etməyi zəruri hesab edir ki, bank tərəfindən kredit öhdəliklərinin yerinə yetirilməməsi ilə bağlı tələbləri əsaslı olsada, müəyyən müddət uzadılmış, nəticədə bu hal kredit borcu üzrə cərimə məbləğinin süni şəkildə artırılmasına gətirib çıxarmışdır. Həmçinin bank ilə onun arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə münasibətdə dəbbə pulunun tənasübsüz surətdə yüksək olması nəzərə alınmamışdır. Belə ki, 19.11.2007-ci il tarixli 82/2-8 KMF saylı müqavilənin 2.5 bəndində kreditin qaytarılması gecikdirildiyi halda ödənilməli olan faizlərin dərəcəsi illik 42 (qırx iki) faiz, və yaxud 6 dəfə çox nəzərdə tutulmuşdur. Həmin müqavilənin 2.3-cü bəndində isə kreditin istifadəsinə görə ödənilməli olan faizlərin dərəcəsi illik 7 (yeddi) faiz qeyd edilmişdir. Bu cür müqavilələr üçün adətən kreditin qaytarılması giicikdirildiyi halda ödənilməli olan faizlərin dərəcəsi illik 14 (on dörd) faiz və yaxud 2 qat nəzərdə tutulur. Eyni zamanda Notariat orqanı “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 76- cı maddəsinin tələblərini kobud şəkildə pozaraq 21 may 2011-ci il tarixli icra qeydi aparmışdır. Belə ki, 30 iyun 2008-ci il tarixdən bankın tələb hüququ yarandığından, "Ceyrançöl” MMC isə müəssisə olduğundan icra qeydi bir il müddətində aparılmalı idi. Həmçinin 21 may 2011-ci il tarixli icra qeydinin məzmununda ödəniləsi məbləğ, çatası faiz və peniyalar qanunvericiliyin tələblərinə zidd olaraq göstərilməmişdir. Bu səbəbdən də, 21 may 2011-ci il tarixli icra qeydi ləğv edilməlidir. Onu da əlavə etmək istəyir ki, icra qeydinin icrası ilə əlaqədar Səbail İcra şöbəsinin qərarı əsasında qiymətləndirmə dəvət edilmiş və ona məxsus mübahisəli mənizilin ilkin qiyməti 180000 manat müəyyən olunmuşdur. Göründüyü kimi ona məxsus mənzilin qiyməti öz dəyərindən çox aşağı müəyyən edilərək satılması üçün "xxxx" MMC-yə icra şöbəsi tərəfindən göndərilmişdir. Səbail Rayon Məhkəməsinin 2(009)-987/2018 saylı mülkü iş materialları üzrə 01 mart 2018-ci il tarixli qərardadın icra olunması ilə bağlı həyata keçirilmiş ƏKM/N 62-1077/18 saylı Ekspert rəyində isə ona məxsus 2 mərtəbəli fərdi yaşayış evinin (faktiki sahəsi 300 kv.m-dən yüksək olan) hazırkı bazar qiyməti 340 min manat müəyyən edilmişdir. Halbuki, həmin dövrdə əmlakın qiymət bazarında dəyəri bundan daha yüksək idi. Cavabdeh2 ASC üzrə borcun sorğulanmasında isə onun əmlakının dəyəri mərkəzləşdirilmiş kredit reyestrindən çıxarışda ipoteka predmeti kimi həmin dövrdə (2012- 2013-cü illərdə) 410000 manat göstərilmişdir. Bank tərəfindən aparılmış ödənişlər qanunsuz olaraq kreditin əsas məbləğinə hesablanmamışdır. Yəni, ödədiyi məbləğlər qanunsuz olaraq faizlərə və cərimələrə hesablanmışdır. Bu səbəbdən məlum problemlər ilə kredit öhdəliyini pozduğu gündən yəni, 30 iyun 2008-ci il tarixdən sonra ödədiyi pul vəsaitləri kreditin əsas məbləğinə hesablanmalıdır. Göstərdikləri iddia ərizəsinə təqdim olunmuş sənədlərdə tam öz əksini tapmışdır. Yəni, banka ödədiyi pullar əsas məbləğə deyil faizlərə hesablanması müəyyən olunmuşdur. Daha sonra iddiaçıların nümayəndəsi Məmmədov Adəm Məhərrəm oğlu iddia tələbi həcminin artırılması barədə növbəti ərizə təqdim edərək 21 may 2011-ci il tarixli icra qeydini, həmçinin, bunun nəticəsində aparılmış bütün icra tədbirlərini etibarsız və ləğv edilərək 30 iyun 2008-ci il tarixdən sonra ödədiyi 275051,54 manat pul məbləğinin əsas borca hesablanması, eyni zamanda hərrac protokollarının və ipoteka predmetinə tutmanın yönəldilməsinin etibarsız hesab edilərək, ünvan 4 ünvanda yerləşən fərdi yaşayış mənzilinin ipoteka yüklülüyündən azad edib, mülkiyyət hüquqlarının bərpa olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı dövründə İddiaçı2 Abadulla oğlu iddia tələbi həcminin artırılması barədə növbəti ərizə təqdim edərək "xxxx" MMC tərəfindən 25 sentyabr 2013-cü il tarixdə, onun və ailə üzvlərinin xəbəri olmadan qanunsuz keçirilmiş hərracı ləğv edilməsi, Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən "xxxx" MMC-nin Cavabdeh2 ASC-yə hesablanmış 136000 manat məbləğində borc vəsaitinin hər ayda hissə-hissə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi həcminin artırılması barədə ərizə onunla əsaslandırılmışdır ki, ünvan 6ntorunun 21 may 2011-ci il tarixli icra qeydinə əsasən ona məxsus ünvan 5 ünvanda yerləşən əmlaka tutmanın yönəldilməsi müəyyən edilmişdir. İcra qeydinin məzmununda ödəniləsi məbləğ, çatası faiz və cərimələr qanunvericiliyin tələblərinə zidd olaraq göstərilməmişdir. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 77- ci maddəsinin 4-cü hissəsinə əsasən ödəniləsi məbləğ və tələb olunub alınası əşyalar, çatası faiz və cərimələrlə birlikdə məlumatları özündə əks etdirməlidir. İcra qeydində "xxxx" MMCnin borcu haqqında heç bir məlumat əks edilməmişdir. 2019-cu ildə aparılan məhkəmə prosesində onun tərəfindən tələb edildikdən sonra 46 saylı Dövlət Notariat Kontorunun 21 may 2011-ci il tarixli icra qeydinə 27.05.2010-cu ildə problemli kreditlərin iş şöbəsinin baş mütəxəssisi Toğrul Əliyevin təsdiq etdiyi maliyyə arayışı əlavə edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 19 sentyabr 2013-cü il tarixli qərardadı ilə ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinin "xxxx" MMC və Səbail rayon İcra Şöbəsi tərəfindən satılması dayındırılaraq qadağan edilməsinə baxmayaraq, 25 sentyabr 2013-cü il tarixdə, saat 10:25-də onun və ailə üzvlərinin xəbəri olmadan (17.07.2017-ci il tarixindək) qanunsuz hərrac keçirilərək, hərracın yekunları barədə 78/03 saylı protokol tərtib edilməklə mübahisəli əmlak 114750 manat dəyərində qiymətləndirilərək Cavabdeh2 ASC-nin mülkiyyətinə keçirilmişdir. Göründüyü kimi, hərracın dayandırılması barədə qərardadın mövcud olmasına baxmayaraq, qanunsuz hərrac həyata keçirilmişdir. İcra qeydinin icrası ilə əlaqədar Səbail icra şöbəsinin qərarı əsasında qiymətləndirmə dəvət edilmiş və ona məxsus mübahisəli mənizilin ilkin qiyməti 180000 manat müəyyən olunmuşdur. Göründüyü kimi, ona məxsus mənzilimin qiyməti öz dəyərindən çox aşağı müəyyən edilərək satılması üçün Daşınar və Daşınmaz Əmlakların Satışı Üzrə Hərrac Mərkəzi MMC-yə icra şöbəsi tərəfindən göndərilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-987/2018 saylı mülkü iş materialları üzrə 01 mart 2018-ci il tarixli qərardadın icra olunması ilə bağlı həyata keçirilmiş ƏEM/N 62-1077/18 saylı ekspert rəyində isə ona məxsus 2 mərtəbəli fərdi yaşayış evinin (faktiki sahəsi 300 kv.m-dən yüksək olan) hazırkı bazar qiyməti 340.000 manat müəyyən edilmişdir. Halbuki, həmin dövrdə əmlakın qiymət bazarında dəyəri bundan daha yüksək idi. Dəmirbank üzrə borcun sorğulanmasında isə onun əmlakının dəyəri mərkəzləşdirilmiş kredit reyestrindən çıxarışda ipoteka predmeti kimi həmin dövrdə (2012-2013-cü illərdə) 410.000 manat göstərilmişdir. Bu səbəblərdən də, hərrac protokolları etibarsız hesab edməlidir. "xxxx" ASC ilə "xxxx" MMC arasındakı 82/2- SKMF saylı 15.11.2007-ci il tarixli kredit müqaviləsinin 9-cu bəndinə görə borc alana kecikdirilmiş borca görə illik 42% (qırx iki) dərəcəsi ilə faiz hesablanır, indiyədək Azərbaycan Respublikasında Sahibkarlığa Kömək Milli Fondunun dəstəyi ilə verilən heç bir kreditdə kecikdirilmiş borca görə illik 6 (altı) dəfə artıq faiz dərəcəsi tətbiq edilməyib. Analoji kredit Gəncə Bankdan "xxxx" MMC tərəfindən götürülüş və kecikdirilmiş borca görə illik 2 (iki) dəfə artıq 14% faiz dərəcəsi hesablanmışdır. Bankdan 78.000 ABŞ dolları (bu vəsaitin 13.12.2006-cı il tarixində 24 865 manatı 278976 saylı çeklə nəğd götürülüb) və cəmi 235.000 manat pul vəsaiti götürülmüşdür. Həmin vəsaitin 100000 manatını SKMF saylı 15. 11.2007-ci il tarixli kredit müqaviləsi üzrə kredit vəsaiti təşkil edir ki, bu vəsaitdən də "xxxx" MMC 19.11.2007-ci ildə 278978 saylı çeklə 80000 manat, 09.01.2008-ci il tarixində isə 15000 manat pul vəsaiti götürmüşdür. Bundan 78.000 ABŞ dolları məbləğində borc vəsaiti tam şəkildə ödənilmiş və borc bağlanılmışdır. Bundan əlavə onun tərəfindən 275051,54 manat pul vəsaiti banka ödənilməsinə baxmayaraq, əsas borca, faizə və cəriməyə görə 105236.55 manat qanunsuz olaraq pul vəsaiti hesablanmışdır. Banka ödədiyi bütün pul vəsaitləri hesaba qoyuluş kimi mədaxil edilərək, bank tərəfindən geçikdirilməklə borc vəsaitinə silinmişdir. Banka ödənişlər ona və qardaşlarına məxsus əmlakların satılması hesabına Cavabdeh2 ASC-yə ödənilsə də, maliyyə arayışına əsasən 105236,5 vaxtı keçmiş borc, faizlər və 54,16 manat cərimə borcu hesablanmışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-41/2020 nömrəli mülkü iş üzrə 08 fevral 2021-ci il tarixli 95126 nömrəli Ekspert rəyində "xxxx" MMCnin Cavabdeh2 ASC-yə 78847.26 manat əsas borc, 10919,13 manat faiz borcu və 46910,24 manat cərimə məbləği olmaqla ümumilikdə 136676,63 manat borcu müəyyən edilmiş, gündəlik bank çıxarışlarında və memorial orderlərdə hesaba qoyulmuş pul vəsaitlərinin silinmə təyinatının olmasına baxmayaraq, Cavabdeh2 ASC-yə hesabın möhkəmləndirilməsi üzrə təsisçi tərəfindən qoyulmuş pul vəsaitlərinin memorial orderlə hansı kredit borcuna silinməsi müəyyən edilməmişdir. Məhkəmə baxışı dövründə iddiaçıların nümayəndəsi Məmmədov Adəm Məhərrəm oğlu iddia tələbi həcminin artırılması barədə növbəti ərizə təqdim edərək 21 may 2011-ci il tarixli icra qeydini, həmçinin bunun nəticəsində aparılmış bütün icra tədbirlərini etibarsız və ləğv edərək, həmçinin Cavabdeh2 ASC-nin mülkiyyətinə verilmiş çıxarışın ləğv olunaraq, eyni zamanda hərrac protokollarının və ipoteka predmetinə tutmanın yönəldilməsinin etibarsız hesab edilərək, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış mənzilinin ipoteka yüklüyündən azad edib, mülkiyyət hüquqlarının bərpa olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi həcminin artırılması barədə növbəti ərizə onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 19 sentyabr 2013-cü il tarixli qərardadı ilə ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evinin "xxxx" MMC və Səbail rayon İcra şöbəsi tərəfindən satılması dayındırılaraq qadağan edilməsinə baxmayaraq, 25 sentyabr 2013-cü il tarixdə, saat 10:25də onun və ailə üzvlərinin xəbəri olmadan (17.07.2017-ci il tarixinədək) qanunsuz hərrac keçirilərək, hərracın yekunları barədə 78/03 saylı protokol tərtib edilərək mübahisəli əmlak 114750 manat dəyərində qiymətləndirilməklə Cavabdeh2 ASC-nin mülkiyyətinə keçirilmişdir. Göründüyü kimi, hərracın dayandırılması barədə qərardadın mövcud olmasına baxmayaraq, qanunsuz hərrac həyata keçrilmişdir. Bu səbəblərdən də, hərrac protokolları etibarsız hesab edilməlidir. Bakı şəhəri, 46 saylı Dövlət Notariat Kontorunun 21 may 2011ci il tarixli icra qeydinə əsasən ona məxsus ünvan 1 ünvanda yerləşən əmlaka tutmanın yönəldilməsi müəyyən edilmişdir. İcra qeydində "xxxx" MMC-nin borcu haqqında heç bir məlumat əks edilməmişdir. 2019-cu ildə aparılan məhkəmə prossesində onun tərəfindən tələb edildikdən sonra 46 saylı Dövlət Notariat Kontorunun 21 may 2011-ci il tarixli icra qeydinə 27.05.2010-cu ildə problemli kreditlərin iş şöbəsinin baş mütəxəssisi Toğrul Əliyevin təsdiq etdiyi maliyyə arayışı təqdim edilmişdir ki, burada da müddətli kredit borcu 35000 manat, vaxtı keçmiş kredit borcu 55000 manat, müddətli faiz borcu 5173 manat, vaxtı keçmiş kredit borcu isə 10062,95 manat göstərilmişdir. 14.11.2012-ci il tarixində isə "xxxx" MMC-yə Cavabdeh2 ASC tərəfindən təqdim edilmiş “müştərilərin borcu haqqında arayış”da əsas borcun 0 (sıfır), vaxtı keçmiş əsas borcun 42364 manat, faiz borcunun 5348,6 manat, vaxtı keçmiş faiz borcunun 27797,14 manat, balansdan kənar faiz borcunun 26105,61 manat, gündəlik cərimə borcunun isə 49,42 manat olduğu göstərilmişdir. 21 may 2011-ci il tarixli icra qeydi qanunvericiliyin tələbləri pozularaq aparılmışdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 11 fevral 2004-cü il tarixli, 24 saylı fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının sosial inkişafı dövlət proqramına (2004-2008-ci il)” uyğun olaraq yeni istehsal sahələri və iş yerləri yaratmaq məqsədi ilə "xxxx" MMC Ağstafa RİH başçısının 20.05.2005-ci il tarixli 93 saylı sərəncamına əsasən Ağstafa Süd Emalı Zavodunun tikintisinə başlamış və 25.12.2005-ci il tarixdə tikinti işlərini başa çatdıraraq, Moskva şəhərində yerləşən "xxxx" MMC-dən, Odessa mexaniki zavodundan, Türkiyədən və Bakı şəhərində yerləşən müxtəlif firmalardan yeni texnoloji avadanlıqlar alaraq quraşdırılmışdır. "xxxx" MMC Ağstafa Süd Emalı Zavodunun qurulmasında təsisçinin təsisçi payı və "xxxx" ASC-nin kreditindən istifadə edilmişdir. Belə ki, 02.11.2005-ci il tarixli 05 USD nömrəli müqaviləyə əsasən illik faiz dərəcəsi 22% olmaqla 78.000 ABŞ dolları və əlavə razılaşmalara əsasən 15.11.2006-cı ildə 30.000 manat, 24.11.2006-cı ildə 20.000 manat, 13.12.2006-cı üdə 25.000 manat, 13.02.2007-ci ildə 25.000 manat, 21.05.2007-ci ildə 35.000 manat kredit götürülmüşdür. Həmin kreditlər üzrə "xxxx" MMC tərəfindən 15.11.2006-cı il tarixədək "xxxx" ASC-yə 78.000 ABŞ dolları məbləğində kredit borcu tam ödənilmişdir. Eyni zamanda 19.11.2007-ci ildə isə süd emalı zavodunun istehsal gücünün artırılması məqsədi ilə yeni avadanlıqlar, xırda və iri buynuzlu mal-qara üçün 100.000 manat Sahibkarlığa Kömək Milli Fondunun dəstəyi ilə "xxxx" ASC ilə 82/2-SKMF saylı kredit müqaviləsinə əsasən 36 ay müddətinə illik faiz dərəcəsi 7% olmaqla kredit götürülmüşdür. "xxxx" ASC ilə "xxxx" MMC arasındakı 82/2-SKMF saylı 15.11.2007-ci il tarixli kredit müqaviləsinin 9-cu bəndinə görə borc alana kecikdirilmiş borca görə illik 42% (qırx iki) dərəcəsi ilə faiz hesablanır, indiyədək Azərbaycan Respublikasında Sahibkarlığa Kömək Milli Fondunun dəstəyi ilə verilən heç bir kreditdə kecikdirilmiş borca görə illik 6 (altı) dəfə artıq faiz dərəcəsi tətbiq edilməyib. Analoji kredit Gəncə Bankdan "xxxx" MMC tərəfindən götürülüş və gecikdirilmiş borca görə illik 2 (iki) dəfə artıq 14% dərəcəsi hesablanmışdır. Həmin kreditlər üzrə "xxxx" MMC tərəfindən "xxxx" ASC-yə 275051,54 manat pul vəsaiti ödənilmişdir. Müəssisə istehsal gücündən istifadənin yaxşılaşdırılması məqsədi ilə süd toplama məntəqələrində süd soyutma avadanlıqlarının alınması üçün 22.02.2008-ci il tarixli, 08 saylı müqavilə üzrə (Türkiyənin “İntermak” firması) bütün öhdəlikləri vaxtında yerinə yetirsə də, həmin avadanlıqların Bakıya gətirilərək Türkiyəyə qaytarılması və yenidən "xxxx" ASC-nin köməkliyi ilə 02.06.2008-ci il tarixli 06İM saylı müqavilə əsasında (ilkin ödəniş 13541 manat) avqust ayında gətirilməsi mümkün olduğundan yay dövründə böyük çətinliklərə üzləşərək külli miqdarda zərər dəymişdir. Həmçinin Ağstafa rayonunda güclü sel axını 2009-cu ildə zavodun bir çox avadanlıqlarının sıradan çıxarmasına səbəb olmuşdur ki, bunun da bərpası və yenilənməsi müəyyən çətinliklərə gətirib çıxarmışdır. Bütün bunlar kredit öhdəliklərinin yerinə yetirilməsində çətinliklər yaratmış və müəssisənin 30 iyun 2008ci ildən 16.02.2009-cu ilədək 82/2-8 KMF saylı müqavilənin şərtlərini pozaraq heç bir ödəniş apara bilməmişdir. 2009-cu il üzrə həmin müqavilə öhdəliyinə görə "xxxx" MMC 44417 manat ödəməli olmasına baxmayaraq, cəmi 16555,44 manat ödəmişdir. Onu da əlavə etmək istəyir ki, onun tərəfindən banka ödənilmiş məbləğlər hesaba qoyulmuş kimi mədaxil edilərək, çox hissəsi faizə və ya cəriməyə hesablanmışdır. Yəni, ödənilmiş məbləğ düşünülmüş şəkildə əsas borca hesablanmamışdır. Bankdan 78.000 ABŞ dolları və cəmi 235.000 manat pul vəsaiti götürülmüşdür. Bundan 78.000 ABŞ dolları məbləğində borc vəsaiti tam şəkildə ödənilmiş və borc bağlanılmışdır. Bundan əlavə onun tərəfindən 275051,54 manat pul vəsaiti banka ödənilməsinə baxmayaraq, əsas borca, faizə və cəriməyə görə 105236.55 manat qanunsuz olaraq hesablanmışdır. Yuxarıda qeyd edilən qanunsuz hesablanmış faizlərin, cərimələrin və 30 iyun 2008-ci ildə məlum vəziyyət ilə əlaqədar müqavilə öhdəliklərini pozmağından sonra yaranmışdır. Yəni, bank qəsdən faizlərin və cərimələrin süni artırılması üçün icra qeydini gecikdirərək 21 may 2011-ci il tarixdə qəbul olunmasında maraqlı olmuşdur. Notariat orqanına təqdim edilən sənədlər də bank tərəfindən düzgün tərtib edilməmişdir. "xxxx" ASC bunu etməklə yuxarıda qeyd edilən əlavə faiz və cərimələrin yaranmasına səbəb olmuşdur. Halbuki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 34-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması müəyyən edilmişdir. Onu da əlavə etmək istəyir ki, maddi imkanı olmadığından banka olan borcunu ödəyə bilməmişdir. Qeyd edilən pulu ödəyə bilmədiyi halda bank notariat orqanına müraciət etməkdənsə qəsdən əlavə faiz və cərimələrin yaranmasına cəhd etmişdir. Digər tərəfdən onu da qeyd etməyi zəruri hesab edir ki, bank tərəfindən kredit öhdəliklərinin yerinə yetirilməməsi ilə bağlı tələbləri əsaslı olsada, müəyyən müddət uzadılmış, nəticədə bu hal kredit borcu üzrə cərimə məbləğinin süni şəkildə artırılmasına gətirib çıxarmışdır. Həmçinin bank ilə aralarında bağlanmış kredit müqaviləsinin şərtlərinə münasibətdə dəbbə pulunun tənasübsüz surətdə yüksək olması nəzərə alınmamışdır. Belə ki, 19.11.2007-ci il tarixli 82/2-8 KMF saylı müqavilənin 2.5-ci bəndində kreditin qaytarılması gecikdirildiyi halda ödənilməli olan faizlərin dərəcəsi illik 42 (qırx iki) faiz və yxud 6 dəfə çox nəzərdə tutulmuşdur. Həmin müqavilənin 2.3-cü bəndində isə kreditin istifadəsinə görə ödənilməli olan faizlərin dərəcəsi illik 7 (yeddi) faiz qeyd edilmişdir. Bu cür müqavilələr üçün adətən kreditin qaytarılması gecikdirildiyi halda ödənilməli olan faizlərin dərəcəsi illik 14 (on dörd) faiz və yaxud 2 qat nəzərdə tutulur. Eyni zamanda Notariat orqanı “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 76-cı maddəsinin tələblərini kobud şəkildə pozaraq 21 may 2011-ci il tarixli icra qeydi aparılmışdır. Belə ki, 30 iyun 2008-ci il tarixdən bankın tələb hüququ yarandığından, "xxxx" MMC isə müəssisə olduğundan icra qeydi bir il müddətində aparılmalı idi. “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 76-cı maddəsinin İİ hisəsinə əsasən icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu və ya borclunun tələbkar qarşısında digər məsuliyyətini təsdiq edirsə və tələb etmək hüququnun yarandığı gündən üç ildən çox keçməmişsə, idarə, müəssisə və təşkilatlar arasındakı münasibətlərdə isə bir ildən çox keçməmişsə aparılır. Həmçinin 21 may 2011-ci il tarixli icra qeydinin məzmununda ödəniləsi məbləğ, çatası faiz və peniyalar qanunvericiliyin tələblərinə zidd olaraq göstərilməmişdir. Bu səbəbdən də, 21 may 2011-ci il tarixli icra qeydi ləğv edilməlidir. Onuda əlavə etmək istəyir ki, icra qeydinin icrası ilə əlaqədar Səbail İcra şöbəsinin qərarı əsasında qiymətləndirmə dəvət edilmiş və ona məxsus mübahisəli mənizilin ilkin qiyməti 180.000 manat müəyyən olunmuşdur. Göründüyü kimi ona məxsus mənzilin qiyməti öz dəyərindən çox aşağı müəyyən edilərək satılması üçün "xxxx" MMC-yə icra şöbəsi tərəfindən göndərilmişdir. Səbail Rayon Məhkəməsinin 2(009)-987/2018 saylı mülkü iş materialları üzrə 01 mart 2018-ci il tarixli qərardadın icra olunması ilə bağlı həyata keçirilmiş ƏEM/N 62-1077/18 saylı ekspert rəyində isə ona məxsus 2 mərtəbəli fərdi yaşayış evinin (faktiki sahəsi 300 kv.m-dən yüksək olan) hazırkı bazar qiyməti 340.000 manat müəyyən edilmişdir. Halbu ki, həmin dövrdə əmlakın qiymət bazarında dəyəri bundan daha yüksək idi. Dəmirbank üzrə borcun sorğulanmasında isə onun əmlakının dəyəri mərkəzləşdirilmiş kredit reyestrindən çıxarışda ipoteka predmeti kimi həmin dövrdə (2012-2013-cü illərdə) 410.000 manat göstərilmişdir. “Kredit əməliyyatları üzrə faizlərin hesablanmasının dayandırılması haqqında Qaydalarının” 2.2-ci bəndinə əsasən əsas məbləği və faizləri «yaxşı təmin edilmiş» və «yığılma prosesində olan» kreditlər (hər iki şərt birgə yerinə yetirilirsə) istisna edilməklə, kreditlərin qaytarılma müddətindən asılı olmayaraq faizlərin, yaxud əsas məbləğin ödənişi kredit müqaviləsi ilə nəzərdə tutulmuş vaxtdan 90 gün və daha çox gecikdirilərsə, faizlərin hesablanması dayandırılmalıdır. Yəni, maddi imkanı olmadığından ödənişi gecikdirdiyi 90 gündən sonra faizlərin hesablanması, qaydalara uyğun olaraq dayandırlmalı idi. Onu da qeyd etməyi zəruri hesab edir ki, Banka onun tərəfindən aparılmış ödənişlər qanunsuz olaraq kreditin əsas məbləğinə hesablanmamışdır. Yəni, ödədiyi məbləğlər qanunsuz olaraq faizlərə və cərimələrə hesablanmışdır. Bu səbəbdən məlum problemlər ilə kredit öhdəliyini pozduğu gündən yəni, 30 iyun 2008-ci il tarixdən sonra ödədiyi pul vəsaitləri kreditin əsas məbləğinə hesablanmalıdır. Göstərdikləri iddia ərizəsinə təqdim olunmuş sənədlərdə tam öz əksini tapmışdır. Yəni, banka ödədiyi pulların əsas məbləğə deyil faizlərə hesablanması müəyyən olunmuşdur. Cavabdeh, ləğv prosesində olan Cavabdeh2 ASC-nin nümayəndəsi Emil Həsənov məhkəməyə iddia tələbinə etiraz təqdim edərək göstərmişdir ki, icra qeydinin qanunvericiliyin tələblərinə uyğun tərtib olunmaması məsələləri “İcra haqqında” qanunun 9cu maddəsi ilə tənzimlənir. Belə ki, icra qanunvericiliyin tələblərinə uyğun olmadığı təqdirdə icra məmuru icra sənədini onun daxil olduğu vaxtdan ən geci üç gün müddətində icra sənədini vermiş orqana qaytarır və bu barədə müvafiq qərar qəbul edir. İcra sənədinin qaytarılması haqqında qərarda onun qaytarılması əsasları göstərilir. İcra məmuru icra sənədini vermiş məhkəməyə və ya digər orqana yol verilmiş pozuntular barədə məlumat verir. Yol verilmiş pozuntular üç gün müddətində aradan qaldırıldıqdan sonra müvafiq orqan tərəfindən icra məmuruna göndərilir. Lakin, məlum olduğu kimi Bank tərəfindən notariat işinə bütün zəruri sənədlər (maliyyə arayışı və digər zəruri məlumatlar) əlavə olunduğundan icra məmuru həmin halı pozuntu kimi təfsir etməmiş və icraata başlamaq haqqında qərar qəbul edərək bununla digər zəruri hərəkətlərin icrasına başlamışdır. İstinad olunan qanunun 8-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir və həmin qərarın surətini onun qəbul edildiyi vaxtdan bir gün müddətində tələbkara, borcluya, habelə icra sənədini vermiş orqana göndərir. İcra sənədi ilə bağlı tərəflərin hər hansı bir iradı olduğu təqdirdə onların 10 müddətində həmin qərardan onun surətini aldıqdan sonra 10 gün müddətində məhkəməyə şikayət vermə hüququ vardır. Lakin iddiaçı həmin hüquqdan istifadə etməmiş və nəzərdə tutulan prosessual müddəti buraxmışdır. Bununla yanaşı iddiaçılar, hərrac protokolunun da etibarsızlığını tələb etmək üçün qanunvericilikdə nəzərdə tutulan prosessual müddətləri ötürmüşlər. Azərbaycan Respublikasınnı Mülki Məcəlləsinin 415.5- ci maddəsinə əsasən, hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar, bu protokol müqavilə qüvvəsinə malikdir. Həmin Məcəllənin 354.1-ci maddəsinə əsasən, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Göründüyü kimi, 2013-cü ildə imzalanmış və icra olunmuş hərrac protokollarının etibarsızlığı barədə iddia məhkəmədə 2017-ci ildə qaldırılmışdır. Digər tərəfdən tələb predmetlərindən biri olan, iddiaçıların 30 iyun 2008-ci il tarixdən sonra ödədiyi 275051,54 manat pul məbləğinin əsas borca hesablanması tələbi də qəbul edilməzdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 432.4-cü maddəsinə əsasən, əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır. Göründüyü kimi bank ödənilən borcun silinməsini qanunvericiliyin tələb etdiyi qaydada aparmışdır. İddiaçıların digər tələb predmetləri kimi bu tələbin də heç bir hüquqi əsası yoxdur. Cavabdeh ləğv prosesində olan Cavabdeh2 ASC-nin nümayəndəsi Fərid Əliyev məhkəməyə iddia tələbinə digər etiraz təqdim edərək göstərmişdir ki, ilk öncə iddiaçının hərrac protokollarının etibarsız hesab edilməsi ilə bağlı iddia tələbinə dair onu qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.5-ci maddəsinə əsasən, hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar, bu protokol müqavilə qüvvəsinə malikdir. Azərbaycan Respublikası MM-nin 354.2-ci maddəsinə görə, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. İşin faktiki hallarından da məlum olduğu kimi mübahisə edilən əmlakın hərracı 25.09.2013-cü il tarixdə həyata keçirilmişdir. Yəni, tərəf məhkəməyə iddia verilməsi üçün tətbiq edilən müddətini ötürmüşdür. Daha sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 12 mart 2020-ci il tarixli qərarında qeyd olunur ki, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 354-cü maddəsi yalnız etibarsız əqdlərin məhkəmədə mübahisələndirilməsi müddətini özündə ehtiva etdiyindən, həmin müddət iddia müddəti kimi qiymətləndirilə bilməz və belə olan halda həmin Məcəllənin 375.2-ci maddəsinin tələbinə müvafiq olaraq iddia müddətinin tətbiqi barədə ərizənin verilibverilməməsi qanunun həmin normasının hazırkı işə tətbiqi üçün əhəmiyyət kəsb etmir. Bununla yanaşı, Mülki Məcəllənin 354-cü maddəsinin əqdlərin etibarsızlığını müəyyən edən 14-cü fəsildə, iddia müddətinin isə həmin Məcəllənin 18-ci fəslində nəzərdə tutulması Məcəllənin 354-cü maddəsinin xüsusi norma olaraq iddia müddətinin tətbiqi ilə bağlı olmadığına dəlalət edir. Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Həmin qərarda iddia müddəti və kəsici müddətin əsas fərqlərindən biri kimi həmçinin “iddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2-ci maddəsi). Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır” müddəası da qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçı hərrac protokollarının etibarsız hesab edilməsi barədə tələb hüququna tətbiq edilən müddət iddia müddəti deyil, kəsici müddətdir və kəsici müddətin ötürülməsi barədə qarşı tərəfin ərizə veribverməməsindən asılı olmayaraq məhkəmə müddətin ötürülməsi barədə qərar qəbul etməlidir. İddiaçı tərəfin bir tələbi isə 30 iyun 2008-ci il tarixdən sonra ödənilən 275051.54 manat pul məbləğinin əsas borca hesablanmasıdır. Bununla bağlı qeyd etmək istərdik ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 432.4-cü maddəsinə görə, əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır. Göründüyü kimi iddiaçı tərəfin bu tələbi tamamilə əsassız və absurddur. Çünki tərəflər arasında bağlanılmış müqavilələr kredit müqavilələri olmuşdur. Kredit müqaviləsinin təbiəti isə əsas borca hesablanmış faizlərin və gecikdirmə olduqda cərimələrin hesablanmasıdır. “Banklar haqqında” Qanunun 10.9-cu maddəsinə əsasən, Bank krediti bağlanmış müqaviləyə uyğun olaraq qaytarılmaq, müəyyən müddətə (müddətin uzadılması hüququ ilə) və faizlər (komisyon haqqlar) ödənilmək şərti ilə, təminatla və ya təminatsız müəyyən məbləğdə borc verilən pul vəsaitidir. Həmin şərtlərlə pul vəsaitinin verilməsi haqqında götürülmüş hər hansı öhdəlik, qarantiya, zəmanət, borc qiymətli kağızlarının diskontla və ya faizlər alınmaqla satın alınması və müqaviləyə əsasən hər hansı formada verilmiş vəsaitin qaytarılmasını tələb etməklə bağlı digər hüquq da kredit anlayışına aiddir. Əlavə olaraq onu da qeyd edək ki, kredit verilməsinin əsas prinsiplərinə aşağıdakılar daxildir - kredit müəyyən məqsəd üçün verilir, kredit müəyyən müddətə verilir, kredit geri qaytarmaq şərti ilə verilir, kredit müəyyən faizlə verilir, kredit təminatla verilir (geri qaytarmaq mümkün olsun). Bildirmək istərdik ki, iddiaçılar "xxxx" MMC və İddiaçı2 05 iyul 2013-cü ildə cavabdeh ünvan 6ntoruna, üçüncü şəxslər Cavabdeh2 ASC və "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə 1 saylı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, 21 may 2011-ci il tarixli icra qeydini, həmçinin bunun nəticəsində aparılmış bütün icra tədbirlərini ləğv edərək 30 iyun 2008-ci il tarixdən sonra ödədiyi kredit məbləğinin əsas borca hesablanması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 27 mart 2014-cü il tarixli 2-1(81)-981/2014 nömrəli qərarına əsasən iddia tələbi təmin edilməmiş və iddia rədd edilmişdir. Qərardan narazı qalan iddiaçılar apelyasiya şikayəti vermiş və işə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasında baxılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İzibati-İqtisadi kollegiyasının 04 noyabr 2014-cü il tarixli 2-1(103)- 1224/2014 nömrəli qərardadı İddiaçı2 apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-981/2014 nömrəli, 27 mart 2014-cü il tarixli qərarı ləğv edilmiş və iddiaçılar "xxxx" MMC-nin və İddiaçı2 cavabdehlər ləğv prosesində olan Cavabdeh2 ASC, ünvan 6ntoru və "xxxx" MMC-yə qarşı 21 may 2011-ci il tarixli icra qeydinin, həmçinin bunun nəticəsində aparılmış bütün icra tədbirlərini ləğv edərək 30 iyun 2008-ci il tarixdən sonra ödədiyi 275051,54 manat pul məbləğinin əsas borca hesablanması, eyni zamanda hərrac protokollarının etibarsız hesab edilməsi barədə iddiası mümkün sayılmamışdır. Bu qərardan da narazı qalan iddiaçılar kassasiya şikayəti vermiş və işə Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasında baxılmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 09 iyun 2015-ci il tarixli, 2-1(102)-648/2015 saylı qərarı ilə İddiaçı2 kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 2-1(103)-1224/2014 saylı, 04 noyabr 2014-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin qeyd olunan qərarı qanuni qüvvəyə minmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən, eyni tərələr arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi varsa məhkəmə icraata xitam verir. Göründüyü kimi, qeyd olunan hallar yarandığı təqdirdə qanunvericilik məsələnin nizamlanmasını imperativ normalarla tənzimləyir. Belə ki, iddiaçılar bundan əvvəl eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsində, daha sonra isə Bakı Apellyasiya Məhkəməsində və Məhkəmədə qeyd olunan məsələni mübahisələndirmiş və bir nəticə əldə etməmişdir. Belə olan halda, məhkəmə, qanunvericiliyin yuxarıda qeyd olunan normasını əsas tutaraq icraata xitam verməsi məqsədəuyğun olardı. Yuxarıda qeyd olunanlara əlavə olaraq onu da qeyd edirlər ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı” haqqında qərarda dövlət notariat ofisləri “inzibati orqan” kateqoriyasına aid edilmişdir. İş materiallarında olan 21.05.2011-ci il tarixli icra qeydindən də görünür ki, cavabdeh qismində cəlb edilmiş 46 saylı Dövlət Notariat Kontoru inzibati orqandır və onun qəbul etdiyi qərarlar da inzibati aktdır. İnzibati icraat haqqında qanunun 2.0.1-ci addəsində qeyd edilmişdir ki, inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsində qeyd olunur ki, inzibati akt - inzibati orqan tərəfindən ümumi publik hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Aşkar şəkildə görünür ki, 46 saylı Dövlət Notariat Kontoru inzibati orqandır və onun qərarı da inzibati aktdır. Həmin qanunun 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Lakin iddiaçıya cavabdeh ünvan 6ntoru tərəfindən 7E/9735 saylı, 31.05.2011-ci il tarixli icra qeydi barədə məlumat həmin ildə məlum olmuş, cavabdeh isə qanunun tələbinə əsasən inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində şikayət verə biləcəyi halda şikayət verməmiş və müddəti ötürmüşdür. Belə ki, cavabdeh 05.07.2013-cü il tarixdə məhkəməyə müraciət etmişdir, hətta iş materiallarında olan 10.09.2012-ci il tarixli icraata başlamaq haqqında qərardan, həmin tarixli məktubdan, habelə tələbin könüllü icrası barədə bildirişdən də görünür ki, icra məmuru cavabdehin 21.05.2011-ci il tarixli icra qeydinə əsasən icra işi açmış və icraata başlama barədə qərar qəbul edərək bu barədə tərəflərə, o cümlədən icra işində borclu olan hazırkı iş üzrə iddiaçıya məlumat verilmişdir. Göründüyü kimi istənilən növ inzibati məhkəmə icraatında baxılamalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda həll ediləndir. Onu da əlavə olaraq qeyd etmək istərdik ki, iddiaçı iddia müddətinin ötürülməsi barədə məhkəməyə heç bir üzrlü səbəb də təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair 27 sentyabr 2001-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında göstərilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə sövq edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına kömək göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin baxılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İcra qeydinin qanunvericiliyin tələblərinə uyğun tərtib olmaması məsələləri “İcra haqqında” qanunun 9-cu maddəsi ilə tənzimlənir. Belə ki, icra qeydi qanunvericiliyin tələblərinə uyğun olmadığı təqdirdə icra məmuru icra sənədini onun daxil olduğu vaxtdan ən geci üç gün müddətində icra sənədini vermiş orqana qaytarır və bu barədə müvafiq qərar qəbul edir. İcra sənədinin qaytarılması haqqında qərarda onun qaytarılması əsasları göstərilir. İcra məmuru icra sənədini vermiş məhkəməyə və ya digər orqana yol verilmiş pozuntular barədə məlumat verir. Yol verilmiş pozuntular üç gün müddətində aradan qaldırıldıqdan sonra müvafiq orqan tərəfindən icra məmuruna göndərilir. Lakin məlum olduğu kimi, Bank tərəfindən notariat işinə bütün zəruri sənədlər (maliyyə arayışı və digər zəruri məlumatlar) əlavə olduğundan icra məmuri həmin halı pozuntu kimi təsfir etməmiş və icraata başlama haqqında qərar qəbul edərək bununla digər zəruri hərəkətlərin icrasına başlamışdır, istinad olunan qanunun 8-ci maddəsinə əsasən İcra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir və həmin qərarın surətini onun qəbul edildiyi vaxtdan bir gün müddətində tələbkara, borcluya, habelə icra sənədini vermiş orqana göndərir. İcra sənədi ilə bağlı tərəflərin hər hansı bir iradı olduğu təqdirdə onların 10 gün müddətində həmin qərardan qərarın surətini aldıqdan sonra 10 gün müddətində məhkəməyə şikayət vermə hüququ vardır. Lakin iddiaçı həmin hüququndan istifadə etməmiş və nəzərə tutulan prosessual müddəti buraxmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli qərarında qeyd olunur ki, “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini məyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət estrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və ya inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun ayrılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edə bilər. Qərarda qeyd olunan bu müddəanı oxuyan zaman aydın olur ki, iddiaçının qeyd elədiyi aktın ləğv prosesində olan Cavabdeh2 ASC-nin mülkiyyətinə keçməsini təsdiq edən arayışın kökündə notoriusun icra qeydi dayanır. İddiaçının mübahisələndirdiyi də həmin icra qeydidir. İcra qeydi inzibati akt olduğundan mübahisənin hüquqi təbiəti inzibati hüquq münasibəti olur və bu zaman da eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində, daha sonra isə Bakı Apellyasiya Məhkəməsində və Ali Məhkəmədə qeyd olunan məsələni mübahisələndirmiş və bir nəticə əldə edilməmişdir. Belə olan halda, Məhkəmə, qanunvericiliyin yuxarıda qeyd olunan normasını əsas tutaraq icraata xitam verməsi məqsədəuyğun olardı. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-13/2021 saylı 27 may 2021-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, İddiaçı2 Abadulla oğluna məxsus ünvan 1 ünvanda yerləşən əmlaka tutmanın yönəldilməsi ilə bağlı ünvan 6ntorunun 21 may 2011-ci il tarixli icra qeydi ləğv edilməsi, "xxxx" MMC tərəfindən keçirilmiş 25 sentyabr 2013cü il tarixli 78/03 nömrəli hərracın yekunları barədə protokol etibarsız hesab edilməsi, ünvan 12 evin 27.11.2013-cü il tarixdən "xxxx" ASC-nin adına daşınmaz əmlakın dövlət reyestrində 245 №li reyestr kitabının 27753 №li vərəqində qeydiyyata alınmasına dair Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin seriya RX № 294264 saylı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”ı ləğv edilməsi, iddia qalan hissələrdə təmin edilməməsi, məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəməmühasibatlıq ekspertizalarının dəyəri olan 350 (üç yüz əlli) manatın 150 (bir yüz əlli) manat hissəsi iddiaçılar "xxxx" MMC-dən və İddiaçı2 Abadulla oğlundan müştərək qaydada, 200 (iki yüz) manat hissəsinin cavabdeh LPO Cavabdeh2 ASC-dən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi, "xxxx" MMC tərəfindən aparılmış əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri olan 150 (bir yüz əlli) manatın 75 (yetmiş beş) manat hissəsinin iddiaçılar "xxxx" MMC-dən və İddiaçı2 Abadulla oğlundan müştərək qaydada, 75 (yetmiş beş) manat hissəsinin cavabdeh LPO Cavabdeh2 ASC-dən tutularaq "xxxx" MMC-nin hesabına köçürülməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh ləğv prosesində olan Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığourtalanması Fondu apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-13/2021 saylı 27.05.2021-ci il tarixli qətnaməsi əsassız olduğundan ləğv edilməli və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, ilk öncə iddiaçının hərrac protokollarının etibarsız hesab edilməsi ilə bağlı iddia tələbinə dair qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.5-ci maddəsinə əsasən, hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. AR MM-nin 354.2-ci maddəsinə görə, bu məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir elmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. İşin faktiki hallarından da məlum olduğu kimi mübahisə edilən əmlakın hərracı 25.09.2013-cü il tarixdə həyata keçirilmişdir. Yəni, tərəf məhkəməyə iddia verilməsi üçün tətbiq edilən müddətini ötürmüşdür. Daha sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Miirsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 12 mart 2020-ci il tarixli qərarında qeyd olunur ki, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 354-cii maddəsi yalnız etibarsız əqdlərin məhkəmədə miibahisələndirilməsi müddətini özündə ehtiva etdiyindən, həmin miiddət iddia müddəti kimi qiymətləndirilə bilməz və belə olan halda həmin Məcəllənin 375.2-ci maddəsinin tələbinə müvafiq olaraq iddia müddətinin tətbiqi barədə ərizənin verilib-verilməməsi qanunun həmin normasının hazırkı işə tətbiqi üçün əhəmiyyət kəsb etmir. Bununla yanaşı, Mülki Məcəllənin 354-cü maddəsinin əqdlərin etibarsızlığını müəyyən edən 14-cü fəsildə, iddia müddətinin isə həmin Məcəllənin 18-ci fəslində nəzərdə tutulması Məcəllənin 354-cü maddəsinin xüsusi norma olaraq iddia müddətinin tətbiqi ilə bağlı olmadığına dəlalət edir. Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət-şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Həmin qərarda iddia müddəti və kəsici müddətin əsas fərqlərindən biri kimi həmçinin “iddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2-ci maddəsi). Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır;” müddəası da qeyd olunmuşdur. Göründüyü kimi iddiaçı hərrac protokollarının etibarsız hesab edilməsi barədə tələb hüququna tətbiq edilən müddət iddia müddəti deyil, kəsici müddətdir və bu kəsici müddətin ötürülməsi barədə qarşı tərəfin ərizə verib-verməməsindən asılı olmayaraq məhkəmə müddətin ötürülməsi barədə qərar qəbul etməlidir. İcra qeydinin qanunvericiliyin tələblərinə uyğun tərtib olmaması məsələləri “İcra haqqında'' qanunun 9-cu maddəsi ilə tənzimlənir. Belə ki, icra qeydi qanunvericiliyin tələblərinə uyğun olmadığı təqdirdə icra məmuru icra sənədini onun daxil olduğu vaxtdan ən geci üç gün müddətində icra sənədini vermiş orqana qaytarır və bu barədə müvafiq qərar qəbul edir. İcra sənədinin qaytarılması haqqında qərarda onun qaytarılması əsasları göstərilir. İcra məmuru icra sənədini vermiş məhkəməyə və ya digər orqana yol verilmiş pozuntular barədə məlumat verir. Yol verilmiş pozuntular üç gün müddətində aradan qaldırıldıqdan sonra müvafiq orqan tərəfindən icra məmuruna göndərilir. Lakin məlum olduğu kimi, Bank tərəfindən notariat işinə bütün zəruri sənədlər (maliyyə arayışı və digər zəruri məlumatlar) əlavə olduğundan icra məmuri həmin halı pozuntu kimi təsfır etməmiş və icraata başlama haqqında qərar qəbul edərək bununla digər zəruri hərəkətlərin icrasına başlamışdır. İstinad olunan qanunun 8-ci maddəsinə əsasən İcra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir və həmin qərarın surətini onun qəbul edildiyi vaxtdan bir gün müddətində tələbkara, borcluya, habelə icra sənədini vermiş orqana göndərir. İcra sənədi ilə bağlı tərəflərin hər hansı bir iradı olduğu təqdirdə onların 10 gün müddətində həmin qərardan onun surətini aldıqdan sonra 10 gün müddətində məhkəməyə şikayət vermə hüququ vardır. Lakin iddiaçı həmin hüququndan istifadə etməmiş və nəzərə tutulan prosessual müddəti buraxmışdır. Məhkəmənin diqqətinə əlavə olaraq çatdırılır ki, iddiaçının eyni iddiası üzrə 1 Saylı İnzibati İqtisadi Məhkəmənin 2(81)-981/2014 saylı, 27.03.2014-cii il tarixli qərarı ilə iddia rədd edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin inzibati-iqtisadi kollegiyasının 04.11.2014-cü il tarixli, 2-1 (103)-l224/2014 saylı qərardadı ilə iddia müddəti ötürüldüyünə görə iddia mümkün sayılmamışdır və eyni mövqe Ali Məhkəmənin 2-1(102)- 648/2015-ci il tarixli qərarında da öz əksini tapmışdır. Aydın şəkildə görünür ki, iddiaçı tərəf ilk dəfə inzibati məhkəmədə iddianı məhkəməyə aiddiyatına əməl edərək qaldırmışdır, lakin iddia müddətini ötürdüyünə görə işi uduzmuş və qanunun tələblərini pozaraq şansını ümumi məhkəmədə yoxlamaq üçün yenidən məhkəmədə iddia qaldırmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh ləğv prosesində olan Cavabdeh2 ASC-nin nümayəndəsi Həsənli Hikmət Fikrət oğlu apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı2 Abadulla oğlu və onun nümayəndəsi və vəkili Məmmədov Adəm Məhərrəm oğlu apellyasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, digər tərəflər, cavabdehlər ünvan 6ntoru, "xxxx" MMC və üçüncü şəxs Səbail Rayon İcra Şöbəsinin nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə qeyd olunan cavabdehlərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası işə iddiaçı Rüstəmova Sədaqət Məmməd qızının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız iddia tələbinin təmin olunan hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Belə ki, iş üzrə çıxarılmış qətnaməni cavabdeh tərəf qeyd edilən hissədə mübahisələndirmişdir. İddiaçı isə qətnaməni ümumiyyətlə mübahisələndirməmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-13/2021 saylı 27 may 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan "xxxx" ASC ilə Yadıgarov Təbriz Abdulla oğlu arasında bağlanmış İP1 - 82/2 –SKMF nömrəli, 19.11.2007-ci il tarixli sonrakı ipoteka müqaviləsindən görünür ki, ipoteka saxlayanla "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 15 noyabr 2007-ci il tarixli, 82/2-SKMF saylı Kredit Müqaviləsində nəzərdə tutulmuş öhdəliklərin icrasını təmin etmək məqsədilə, yəni verilmiş kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi tərəflərin bu müqavilə ilə müəyyən edilmiş əmlakın ipoteka ilə yüklü edilməsi barədə razılığa gəlmişlər. Sonrakı ipoteka ilə təmin edilən kredit müqaviləsi üzrə öhdəliklər - verilmiş kreditin məbləği – 100.000 (bir yüz min) manat, kreditin qaytarılma müddəti - 36 (otuz altı) ay, kreditin istifadəsinə görə ödənilməli olan faizlərin dərəcəsi - illik 7% (yeddi faiz), faizlərin ödənilmə müddətləri - hər ay, kreditin qaytarılması gecikdirildiyi halda ödənilməli olan faizlərin dərəcəsi - illik 42% (qırx iki faiz), sonrakı ipotekanın predmeti «ipotekaverən» bu müqavilənin 2-ci bəndində göstərilən öhdəliyin, yəni verilmiş kreditin və ona hesablanmış faizlərin, habelə icranın gecikdirilməsi ilə vurulmuş zərərin, İpotekaya verilmiş əmlakın saxlanılması və salamatlığı üçün ipoteka saxlayanın zəruri xərclərinin, kredit və ipoteka müqavilələrinin şərtlərinin yerinə yetirilməməsinə dair bütün mübahisələrin baxılması və həlli ilə bağlı xərclərin ödənilməsinə təminat verir və bu öhdəliklərin icrasını təmin etmək üçün aşağıdakı əmlakı ipotekaya verir. Sonrakı ipotekaya verilən əmlakın adı və olduğu yer: 02 noyabr 2005-ci il tarixli, 05- USD saylı Kredit Müqaviləsi üzrə 02 noyabr 2005-ci il tarixli İpoteka Müqaviləsi ilə girovu rəsmiləşdirilmiş (Bakı şəhər 46 saylı Dövlət Notariat Kontoru İddiaçı2 məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, 2-ci döngə yerləşən 6 otaqlı, 253,7 kv.m ümumi, 160.7 kv.m yaşayış sahəsindən ibarət 58A saylı fərdi yaşayış evidir. İş materiallarında olan “Gəncəbank” Səhmdar Kommersiya Bankı ilə "xxxx" MMC-nin rəhbəri İddiaçı2 arasında bağlanmış 11.09.2007-ci il tarixli 249 nömrəli kredit müqaviləsindən görünür ki, “Gəncəbank” Səhmdar Kommersiya Bankı İddiaçı2 24 (iyirmi dörd) aylıq güzəştlə, 60 (altmış) ay müddətinə 100000 (yüz min) manat pulu 11.09.2012-ci il tarixədək illik 7 (yeddi) faiz ödənilməklə heyvandarlığın inkişafı məqsədilə kreditə vermişdir. İş materiallarında olan "xxxx" ASC ilə İddiaçı2 arasında bağlanmış 02.11.2005-ci il tarixli, 05 USD nömrəli kredit müqaviləsindən görünür ki, "xxxx" ASC İddiaçı2 12 (on iki) ay müddətinə 78 000 (yetmiş səkkiz min) ABŞ dolları məbləğində kredit verməyi, Borcalan isə krediti qəbul etmək, müqavilədə göstərilən müddətdə və qaydada krediti və kreditə görə hesablanacaq faizləri qrafik üzrə «Borc verənə» qaytarmağına dair pul öhdəlik götürmüşdür. İş materiallarında olan "xxxx" ASC ilə İddiaçı2 arasında bağlanmış 02.11.2006-cı il tarixli 05 USD saylı kredit müqaviləsinə 1 nömrəli əlavə sazişdən görünür ki, Kredit Kredit xətti ilə əvəz olunur və kreditin valyutası manatla əvəzləşdirillir, Kredit müqaviləsinin vaxtı 12 (on iki ) ay müddətinə uzadılaraq 02 noyabr 2007-ci il tarixinə təyin edilir, Kreditin limiti 50 000 manat məbləğində təyin edilir, «Borc alan» «Borc verən»ə kredit məbləğinin 20% (iyirmi) tarifi ilə illik faiz ödəyir, cari müqavilənin 1.1-ci bəndində əsasən kredit borcu müqavilədə göstərilən müddətdə «Bank»-a ödənilmədikdə «Borc verən» tərəfindən «Borc alan»a gecikdirilmiş borca görə illik 40% (qırx) dərəcəsi ilə faiz hesablanır və «Borc alan» tərəfindən ödənilir. İş materiallarında olan "xxxx" ASC ilə İddiaçı2 arasında bağlanmış 02 noyabr 2005-ci il tarixli, 05 USD nömrəli Kredit Müqaviləsinə 03 noyabr 2006-cı il tarixli 1 saylı əlavə sazişə dair 13 dekabr 2006-cı il tarixli 02 saylı əlavə sazişdən görünür ki, kredit xəttinin limiti 2 ay müddətinə 25 000 (iyirmi beş min) manat məbləğində artırılaraq 75 000 (yetmiş beş min) manat təyin edilir, «Borc alan» «Borc verən»ə artırılan məbləğin 1%-i həcmində komisyon haqqı ödəyir. İş materiallarında olan "xxxx" ASC ilə İddiaçı2 arasında bağlanmış 02 noyabr 2005-ci il tarixli, 05 USD nömrli Kredit Müqaviləsinə 03 noyabr 2006-ci il tarixli 1 saylı əlavə sazişə Kredit Müqaviləsinə 13 dekabr 2006-cı il tarixli 2 saylı əlavə sazişə dair 13 fevral 2007-ci il tarixli 03 saylı əlavə sazişdən görünür ki, kredit xəttinin müddətini saxlamaq şərtilə limiti 25000 (iyirmi beş min) manat məbləğində artırılaraq 75 000 (yetmiş beş min) manat təyin edilir, «Borc alan» «Borc verən»ə artırılan məbləğin 0,5%-i həcmində komisyon haqqı ödəyir. İş materiallarında olan "xxxx" ASC ilə İddiaçı2 arasında bağlanmış 02.11.2005-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, Bankla "xxxx" MMC arasında bağlanmış «02» noyabr 2005-ci il tarixli, 05 USD saylı Kredit müqaviləsində nəzərdə tutulmuş öhdəliklərin icrasını təmin etmək məqsədilə, yəni verilmiş kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi borclu İddiaçı2 özünə məxsus olan ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evini "xxxx" ASC qarşısında ipoteka ilə yüklü etmişdir. İş materiallarında olan "xxxx" ASC ilə İddiaçı2 arasında bağlanmış 15.11.2007-ci il tarixli, 82/2-SKMF nömrəli kredit müqaviləsindən görünür ki, «Borc verən»in «Borc alan»a süd və süd məhsullarının satışı üçün 36 (otuz altı) ay müddətinə 100 000 (bir yüz min) manat məbləğində kredit ayırmış, «Borcalan»ın isə krediti qəbul etmək, müqavilədə göstərilən müddətdə və qaydada krediti və kreditə görə hesablanacaq faizləri qrafik üzrə «Borc verənə» qaytarmağına dair pul öhdəlik götürmüşdür. İş materiallarında olan Bakı şəhəri, 46 saylı Dövlət Notariat Kontorunun 21.05.2011ci il tarixli İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında İcra Qeydindən görünür ki, «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 76-a maddəsinə və «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 38.1-ci maddəsinə əsasən həmin sənədlər üzrə ipoteka saxlayan Cavabdeh2 ASC-nin tələbi ilə ipoteka qoyan ünvan 8 ünvanında yaşayan İddiaçı2 məxsus ipoteka predmeti olan ünvan 9 ünvanda yerləşən əmlaka tutma yönəldilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin 25.09.2013-cü il tarixli, 78/03 nömrəli hərracın yekunları barədə protokoludan görünür ki, ünvan 6ntoru tərəfindən verilmiş 7E/9735 saylı, 21.05.2011- ci il tarixli icra qeydinə, Səbail rayon İcra şöbəsinin 04.04.2013cü il tarixli sifariş məktubunu, Cavabdeh2 ASC-nin 05-PKİD/3714 saylı, 30.08.2013-cü il tarixli məktubunun icrasına əsasən borclu İddiaçı2 özünə məxsus olan ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evi 114750 (yüz on dörd min yeddi yüz əlli) manata Cavabdeh2 ASCyə satılmışdır. İş materiallarında olan Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin 11.07.2019-cu il tarixli qərardadına əsasən iddiaçılar "xxxx" MMC-nin və İddiaçı2 Abadulla oğlunun cavabdehlər ünvan 6ntoruna, Cavabdeh2 ASC-yə, "xxxx" MMC-yə qarşı (Səbail Rayon İcra Şöbəsi 3-cü şəxs qismində qeyd olunan) “icra qeydinin, həmçinin bunun nəticəsində aparılmış bütün icra tədbirlərinin etibarsız və ləğv edilərək 30 iyun 2008-ci il tarixdən sonra ödənilmiş pul məbləğinin əsas borca hesablanması, hərrac protokollarının və ipoteka predmetinə tutmanın yönəldilməsinin etibarsız hesab edilməsi, ipoteka yüklülüyündə olan mənzilin azad edilməsi və mülkiyyət hüquqlarının bərpa olunması” tələblərinə dair mülki iş üzrə iddia tələbinin “icra qeydinin, həmçinin bunun nəticəsində aparılmış bütün icra tədbirlərinin etibarsız və ləğv edilərək, 30 iyun 2008-ci il tarixdən sonra ödənilmiş pul məbləğinin əsas borca hesablanması” hissəsinə xitam verilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 03.09.2019-cu il tarixli qərardadına əsasən Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 11.07.2019-cu il tarixli, 2(009)-101/2019 saylı qərardadı ləğv edilmiş və mülki iş mahiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə göndərilmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 19.11.2019-cu il tarixli qərarından görünür ki, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03.09.2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan "xxxx" MMC tərəfindən Bakı şəhəri Səbail Rayon Məhkəməsinə ünvanlanmış 21.10.2020-ci il tarixli 335 nömrəli məktubdan görünür ki, İddiaçı2 məxsus ünvan 12 evin qiymətləndirilməsi barədə tərtib olunmuş sənədlərin üzərindən uzun müddət keçdiyi üçün təqdim edilməsi mümkünsüzdür. İş materiallarında olan Daşınar və Daşınmaz Əmlakların satışı üzrə Hərrac Mərkəzi MMC tərəfindən Bakı şəhəri Səbail Rayon Məhkəməsinə ünvanlanmış 18.05.2021-ci il tarixli 865 nömrəli məktubdan görünür ki, İddiaçı2 Abadulla oğluna məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, 2-ci döngə, 58a saylı evin icra sənədi üzrə keçirilən hərraclarla bağlı tələb olunan sənədlərin təqdim edilməsi uzun müddət keçdiyindən mümkünsüzdür. İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin qərardadı ilə iş üzrə məhkəməmühasibatlıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertiza Mərkəzinin 08 fevral 2021-ci il tarixli, 9/5126 nömrəli rəyindən görünür ki, "xxxx" MMC tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və 15 noyabr 2007-ci il tarixli, 82/2-SKMF nömrəli kredit müqaviləsinin şərtləri əsas götürülməklə "xxxx" MMC-nin 21.05.2011-ci il tarixə (əsas borca illik 7% dərəcəsi ilə hesablanmaqla) Cavabdeh2 ASCyə olan borcu 136.676,63 manat məbləğində müəyyən olunur, o cümlədən - əsas borcu 78.847,26 manat, faiz borcu - 10.919,13 manat, cərimə borcu 46.910,24 manat müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin seriya RX № 294264 saylı «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»a əsasən ünvan 12 ev 27.11.2013-cü il tarixdən "xxxx" ASC-nin adına daşınmaz əmlakın dövlət reyestrində 245 №li reyestr kitabının 27753 №li vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 19 sentyabr 2013-cü il tarixli 2-1 inz(103)- 1387/2013 saylı qərardadından görünür ki, 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 25 iyul 2013-cü il tarixli 2-1(81)-2842/2013 nömrəli qərardadı ləğv edilərək İddiaçı2 «Müvəqqəti xarakterli müdafiə tədbiri» barədə ərizəsinin təmin edilməsi, ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinin "xxxx" MMC və Səbail rayon İcra Şöbəsi tərəfindən satılmasının dayandırılması qərara alınmışdır. İş materiallarında olan 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 27 mart 2014-cü il tarixli 2-1(81)- 981/2014 nömrəli qərarından görünür ki, iddiaçılar "xxxx" MMC və İddiaçı2 05 iyul 2013-cü ildə cavabdeh ünvan 6ntoruna, üçüncü şəxslər Cavabdeh2 ASC və "xxxx" MMC-yə qarşı 21 may 2011-ci il tarixli icra qeydini, həmçinin bunun nəticəsində aparılmış bütün icra tədbirlərini ləğv edərək 30 iyun 2008-ci il tarixdən sonra ödədiyi kredit məbləğinin əsas borca hesablanması barədə iddia tələbi rədd edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 04 noyabr 2014-cü il tarixli 2-1(103)-1224/2014 nömrəli qərardadı ilə İddiaçı2 apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 981/2014 nömrəli, 27 mart 2014-cü il tarixli qərarı ləğv edilmiş və iddiaçılar "xxxx" MMC-nin və İddiaçı2 cavabdehlər ləğv prosesində olan Cavabdeh2 ASC, ünvan 6ntoru və "xxxx" MMCyə qarşı 21 may 2011-ci il tarixli icra qeydinin, həmçinin bunun nəticəsində aparılmış bütün icra tədbirlərini ləğv edərək 30 iyun 2008-ci il tarixdən sonra ödədiyi 275051,54 manat pul məbləğinin əsas borca hesablanması, eyni zamanda hərrac protokollarının etibarsız hesab edilməsi barədə iddiası mümkün sayılmamışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Ali Məhkəməsinin 09 iyun 2015ci il tarixli, 2-1(102)- 648/2015 saylı qərarı ilə İddiaçı2 kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)- 1224/2014 saylı, 04 noyabr 2014-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. - Səbail Rayon Məhkəməsinin 8(009)-1000/2014 saylı «icra icraatına xitam verilməsinə dair» 30 iyun 2014cü il tarixli qərardadından görünür ki, Səbail rayon İcra Şöbəsinin icra məmuru H.Hüseynlinin Bakı şəhəri, 46 saylı Dövlət Notariat Kontorunun 21.05.2011-ci il tarixli 7E/9735 saylı icra sənədi üzrə başlanmış icra icraatına xitam veriləsinə dair təqdimatı təmin edilərək icra icraatına xitam verilməsi qərara alınmışdır. İş materiallarında olan Cavabdeh2 ASC-nin cavabdeh Yadigərov Təbriz Abdulla oğluna qarşı «yaşayış evinə istifadə hüququnun itirilmiş hesab edilməsinə dair» Səbail rayon məhkəməsinə ünvanladığı 04.08.2017-ci il tarixli iddia ərizəsindən görünür ki, cavabdehin ünvan 12 ünvanda yerləşən əmlaka istifadə hüquqlarının itirilmiş hesab edilməsi və mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Beləliklə, işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, iddiaçılar tələblərində konkret olaraq 21 may 2011-ci il tarixli icra qeydini, onun nəticəsində aparılmış bütün icra tədbirlərini, yəni Cavabdeh2 ASC-nin mülkiyyətinə verilmiş çıxarışın, hərrac protokollarının və ipoteka predmetinə tutmanın yönəldilməsinin qanuniliyini mübahisələndirərək nəticədə ünvan 2 ünvanda yerləşən fərdi yaşayış mənzilinin ipoteka yüklülüyündən azad edilərək, mülkiyyət hüquqlarının bərpa olunmasını iddia etmişlər. Tələbin əsaslandırılmasından görünür ki, 30 iyun 2008-ci il tarixdən bankın tələb hüququ yarandığından, "xxxx" MMC isə müəssisə elan olunduğundan icra qeydi bir il müddətində aparılmalı olduğu halda notariat orqanı “Notariat haqqında” Qanunun 76-cı maddəsinin tələblərini kobud şəkildə pozaraq 21 may 2011-ci il tarixli icra qeydi aparmış, icra qeydinin məzmununda ödəniləsi məbləğ, çatası faiz və peniyalar qanunvericiliyin tələblərinə zidd olaraq göstərilməmiş, fərdi yaşayış evinin "xxxx" MMC və Səbail rayon İcra şöbəsi tərəfindən satılması dayandırılaraq qadağan edilməsinə baxmayaraq, 25 sentyabr 2013-cü il tarixdə, saat 10:25-də mülkiyyətçinin və ailə üzvlərinin xəbəri olmadan (17.07.2017-ci il tarixinədək) keçirilmiş hərrac, onun yekunları barədə tərtib edilən 78/03 saylı protokol, beləliklə də, mübahisəli əmlakın 114750 manat dəyərində qiymətləndirilməklə Cavabdeh2 ASC-nin mülkiyyətinə keçirilməsi qanunsuz olmuşdur. Cavabdeh tərəf isə iddiaya etirazın və apellyasiya şikayətinin əsası kimi icra qeydinin inzibati akt olduğundan mübahisənin hüquqi təbiətinin inzibati hüquq münasibəti olması və bu zaman da eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində, daha sonra isə Bakı Apellyasiya Məhkəməsində və Ali Məhkəmədə qeyd olunan məsələnin mübahisələndirilməsinə, beləliklə də, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi varsa məhkəmə icraata xitam verilməli olmasına, həmçinin, iddiaçıların hərrac protokolunun da etibarsızlığını tələb etmək üçün qanunvericilikdə nəzərdə tutulan prosessual müddətləri ötürmələrinə istinad etmişlər. Məhkəmə kollegiyası cavabdeh tərəfin etirazının və apellyasiya şikayətinin qeyd edilən dəli ilə bağlı birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticəni qanuni hesab edir. Belə ki, iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 04 noyabr 2014-cü il tarixli 2-1(103)-1224/2014 nömrəli qərardadı və Azərbaycan Respublikasının Ali Məhkəməsinin 09 iyun 2015-ci il tarixli, 2-1(102)-648/2015 saylı qərarından görünür ki, “İnzibati icraat haqqında” Qanunun müvafiq olaraq 20.1 və 20.2-ci maddələrinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. Həmin Qanunun müvafiq olaraq 21.1 və 21.2-ci maddələrinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və ya bu barədə onların mülahizələrini dinləməyə bocludur. İcra qeydi qəbul edilərkən qanunvericiliyin qeyd edilən müddəalarına cavabdehin əməl edib-etməməsi iş materialları ilə təsdiq edilmir. Odur ki, iddiaçıya izah edilir ki, bu barədə cavabdehə müraciət etmək, cavabdehin imtinasının isə məhkəmə qaydasında mübahisələndirmək hüququ vardır. Qanuni qüvvəsini almış məhkəmə aktları ilə müəyyən edilmişdir ki, iddiaçılar inzibati orqan olan notariat orqanına qarşı inzibati qanunvericilklə müəyyən edilmiş müddətdə şikayət verməyərək iddia ilə məhkəməyə müraciət edərkən də yenə qanunla müəyyən edilmiş müddəti ötürdüyündən onların iddiası mümkünsüz sayılmışdır. Beləliklə də, müəyyən edilmişdir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) olmadığı üçün, başqa sözlə, cavabdeh tərəfin istinad etdiyi inzibati kollegiyanın qərarları hazırki işin icraatına xitam verilməsinə əsas deyildir. Məhkəmə kollegiyası cavabdeh tərəfin apellyasiya şikayətinin əsası kimi istinad etdiyi prosessual müddətlərin hazırki mübahisəyə tətbiqi ilə bağlı dəlilinə qiymət verərək qeyd edir ki, iddiaçı tərəfin ləğv edilməsini tələb etdiyi sənəd 21 may 2011-ci il tarixli icra qeydidir. Etibarsızlığı tələb edilən icra tədbirləri isə icra qeydinin nəticəsində aparılan tədbirlərdir ki, onlara da kəsici müddətin tətbiq edilməsi üçün əsaslar mövcud olsa da, məhkəmə halı olaraq hesab etmişdir ki, bu sənədlərin qanuniliyinə (etibarsızlığına) hüquqi qiymət verilməsi zərurəti yaranmışdır. Bu zərurət onların yaranmasına əsas olan 21 may 2011-ci il tarixli icra qeydinin “Notariat haqqında” Qanunun tələblərinə zidd olmaqla verildiyi müəyyən olunduğu üçün onun ləğv edilməsi ilə bağlı iddiada irəli sürülən dəlillərin əsaslı olması ilə yaranmışdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli münasibətin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Verildiyi vaxt (21 may 2011-ci il) qüvvədə olmuş “Notariat haqqında” Qanunun 76-cı maddəsinin tələblərinə əsasən (“Notariat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə 29 iyun 2018-ci il tarixli 1223- VQD nömrəli Qanuna əsasən 76-cı maddənin mətni yeni redaksiyada verilmişdir.) borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu və ya borclunun tələbkar qarşısında digər məsuliyyətini təsdiq edirsə və tələb etmək hüququnun yarandığı gündən üç ildən çox keçməmişsə, idarə, müəssisə və təşkilatlar arasındakı münasibətlərdə isə bir ildən çox keçməmişsə aparılır. Barəsində icra qeydi verilən tələb üçün qanunla başqa müddət müəyyən edilmişsə, icra qeydi bu müddət həddində verilir. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Həmin Qanunun 77-ci maddəsinə əsasən icra qeydləri aşağıdakı məlumatları özündə əks etdirməlidir: 1) icra qeydini aparan notariusun vəzifəsi, soyadı, adı və atasının adı; 2) tələbkarın adı və ünvanı; 3) borclunun adı və ünvanı; 4) ödəniləsi məbləğ və tələb olunub alınası əşyalar, çatası faiz və peniyalarla birlikdə; 5) haqqın miqdarı, tələbkarın ödəyəcəyi dövlət rüsumunun və ya borcludan tutulmalı olan dövlət rüsumunun məbləği; 6) icra qeydinin aparıldığı tarix (il, ay, gün); 7) icra qeydinin reyestrdə rəsmiləşdirildiyi say; 8) icra qeydini aparan notariusun imzası, möhürü. Qeyd edilən Qanunun 79-cu maddəsinə əsasən isə tələbkar və ya borclu fiziki şəxsdirsə, Azərbaycan Respublikasının qanunvericiliyində başqa müddətlər müəyyən olunmamışsa, icra qeydi aparıldığı gündən üç il ərzində, bütün qalan tələblər üzrə isə bir il ərzində məcburi surətdə icra olunmaq üçün təqdim edilə bilər. Məhkəmə haqlı olaraq hesab etmişdir ki, 30 iyun 2008-ci il tarixdən bankın tələb hüququ yarandıgından, "xxxx" MMC-i isə müəssisə elan oldugundan icra qeydinin bir il müddətində aparılmalı olduğu halda notariat orqanı “Notariat haqqında” Qanunun 76-cı maddəsinin tələblərini pozaraq 21 may 2011-ci il tarixdə icra qeydi aparmış, icra qeydində "xxxx" MMC-nin borcu haqqında heç bir məlumat əks edilməmiş, məzmununda ödəniləsi məbləğ, çatası faiz və peniyalar qanunvericiliyin tələblərinə zidd olaraq göstərilməmişdir. Məhkəmə həmçinin haqlı olaraq hesab etmişdir ki, 46 saylı Dövlət Notariat Kontorunun 21.05.2011-ci il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında İcra Qeydi verilərkən notariat tərəfindən bununla bağlı qanunvericilikdə nəzərdə tutulmuş qaydalara riayət edilmədiyindən icra qeydi ləğv edilməlidir. Araşdırma zamanı həmçinin müəyyən edilmişdir ki, icra qeydinin əsasında təyin edilmiş hərracın dayandırılması barədə Bakı Apellyasiya Məhkəməsinin 19 sentyabr 2013cü il tarixli qərardadının mövcud olmasına, ləğv edilməməsinə, başqa sözlə qərardadın qüvvədə olmasına baxmayaraq 25 sentyabr 2013-cü il tarixdə, saat 10:25-də iddiaçının xəbəri olmadan "xxxx" MMC tərəfindən hərrac həyata keçrilmiş, hərracın yekunları barədə 78/03 saylı protokol tərtib edilməklə mübahisəli əmlak 114750 manat dəyərində qiymətləndirilərək Cavabdeh2 ASC-yə satılmışdır. Cavabdeh tərəf hərracın keçirilməsində iddiaçı tərəfin məlumatlı olmamasını təkzib edən hər hansı sübüt növlərini nə birinci istansiya məhkəməsində, nə də apellyasiya icraatı zamanı təqdim edə bilməmişdir. Bu dəlilə obyektiv qiymət vermək üçün birinci instansiya məhkəməsi tərəfindən "xxxx" MMC-dən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2ci yaşayış massivi, 2-ci döngə, 58a saylı evin icra sənədi üzrə keçirilən hərraclarla bağlı sənədlər tələb olunsa da, MMC bu sənədlərin təqdim edilməsinin uzun müddət keçdiyindən mümkünsüz olmasına dair rəsmi məktubla məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə məhkəmə qərardadının mövcudluğuna baxmayaraq keçirilən hərrac qanunsuz olmaqla yanaşı, iddiaçının da hərracın təşkilatçısı olan MMC-i tərəfindən hərracın yeri və vaxtı barədə onu lazımi qaydada xəbərdar edilməməsi nəticəsində onun hərracda iştirak etmək kimi hüququnun reallaşdırılmasının qarşısı alınmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində hərracın etibarsız sayılması və nəticələri təsbit edilmişdir. Apellyasiya şikayətinin digər dəlilinə münasibətdə isə kollegiya hesab edir ki, apellyasiya şikayətində göstərilən hallar iş materialları və maddi hüquq normaları ilə təkzib olunur. Belə ki, sözügedən icra qeydi artıq qüvvədə olmadığı halda onun yaratdığı hüquqi nəticələr də, onların etibarsızlığı ilə bağlı məhkəməyə müraciət müddətinin keçməsindən asılı olmayaraq (Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 04 noyabr 2014-cü il tarixli 2-1(103)-1224/2014 nömrəli qərardadında əks edilmiş şikayətin məzmununda iddiaçı tərəf hərracın nəticələri barədə məlumatlı olmalarını göstərmişlər) hüquqi qüvvəyə malik olmadıqları üçün onlar hüquqi qüvvəsi olan sənədlər kimi qiymətləndirilə bilməz. Buna görə də hazırki mübahisəyə kəsici müddətlə bağlı qanunvericilik müddəalarının tətbiqi əhəmiyyətsizdir və qanunvericiliyin tələblərinə uyğun verilməmiş icra qeydinin nəticəsi olaraq aparılan tədbirlər və qəbul edilən sənədlər əhəmiyyətsiz olduğundan onlarla bağlı iddia tələbi irəli sürülməsiniə baxmayaraq onların qanuniliyinə hüquqi qiymət verilməsi zərurəti yaranmır. Beləliklə də, məhkəmə haqlı olaraq hesab etmişdir ki, iddia tələbində qanuniliyi mübahisələndirilən hərracın keçirilməsi üçün hüquqi əsas olmuş 21 may 2011-ci il tarixli icra qeydinin qanunla müəyyən edilmiş qaydada verilməməsindən ibarət iddia dəlilləri işin müəyyən edilmiş halları və məhkəmə baxışında tədqiq olunmuş sənədlərlə öz təsdiqini tapdığı üçün ləğv edildiyindən, "xxxx" MMC tərəfindən 25 sentyabr 2013-cü il tarixli 78/03 nömrəli hərracın yekunları barədə protokol da buna görə etibarsız sayılmaqla, onun əsasında ünvan 12 evin 27.11.2013-cü il tarixdən "xxxx" ASC-nin adına qeydə alınması ilə bağlı verilmiş seriya RX № 294264 saylı «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış» da ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı mübahisələndirilən hissədə təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-13/2021 saylı 27 may 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh ləğv prosesində olan Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığourtalanması Fondunun apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-13/2021 saylı 27 may 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar