Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8876/2021 27.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı hüquqi varisi X6 etibarnamə əsasında nümayəndəsi və vəkili X3, Cavabdeh hüquqi varisi Nümayəndə2 etibarnamə əsasında nümayəndəsi Nümayəndə1 iştirakları ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-53/2021 saylı, 12 mart 2021-ci il tarixli qətnaməsindən İddiaçı hüquqi varisi X6 etibarnamə əsasında nümayəndəsi və vəkili X8 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı özəlləşdirmənin ləğv edilməsi və çıxarışın etibarsız hesab edilməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh Vasilyena tərəfindən Bakı şəhəri, Nizami rayonu, Ə.Kürçaylı küçəsi 8 saylı evin 15 saylı mənzilin bir hissəsinin özəlləşdirilməsinin ləğv edilməsi və seriya RX № 1097723, 28.07.2017-ci il tarixli çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, 31 yanvar 1964-cü il tarixli 13516 nömrəli orderə əsasən X2 Bakı şəhəri, Nizami rayonu, Ə.Kürçaylı küçəsi 8 saylı evin 15 saylı mənzili verilmişdir. Daha sonra X5 vəfat etdiyindən icarə müqaviləsi Cavabdeh ilə bağlanmışdır. Həmin mənzildə Cavabdeh Vasileyvnadan başqa, o, yoldaşı X7 və oğlu X9 də qeydiyyatdadır və həmin mənzildən istifadə qaydası məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir. Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinin başçısının 112 saylı 11 dekabr 2015-ci il tarixli sərəncamına əsasən Cavabdeh Ə.Kürçaylı küçəsi ev 8, 15 saylı mənzilinə köçürülməklə həmin mənzil sol tərəfdə yerləşən 18,0 kv.m olan bir otağının kirayə müqaviləsi bir nəfər ailə tərkibi ilə (özü) Cavabdeh adına bağlanılması və onun həmin otağın kirayəçisi hesab edilməsi qərara alınmışdır. Həmin sərəncama əsasən ƏMDK yanında DƏDRX-in Bakı Şəhər Ərazi İdarəsi tərəfindən Cavabdeh seriya RX 1097723, 28 iyul 2017-ci il tarixli çıxarış verilmişdir. Halbuki mənzilin hər hansı bir otağının ayrıca özəlləşdirilməsi qanunvericiliyə ziddir. Belə ki, təyinatı dəyişdirilmədən bölünə bilməyən və qanuna əsasən bölünməli olmayan əşyalar bölünməz əşyalar sayılır. Mənzil isə təyinatından məlum olduğu kimi bölünməz əşyadır. ƏMDK yanında DƏDRX-in Bakı Şəhər Ərazi İdarəsi tərəfindən verilən çıxarışda Cavabdeh məxsus daşınmaz əmlakın ümumi sahəsi 16,5 kv.m, 28 iyul 2017-ci il tarixdə tərtib edilən texniki pasportda isə otağın ümumi sahəsi 17.4 kv.m qeyd edilmişdir. Göründyü kimi ƏMDK yanında DƏDRX-in Bakı Şəhər Ərazi İdarəsi tərəfindən tərtib edilən çıxarış və texniki pasport ziddiyyət təşkil edir. Lakin mənzilin otağının Cavabdeh adına özəlləşdirilməsi zamanı heç bir razılıq alınmamşdır. Buna görə də, belə bir razılıq olmadan mənzilin otağının Cavabdeh adına özəlləşdirilməsi qanuna ziddir. ƏMDK yanında DƏDRX-in Bakı Şəhər Ərazi İdarəsi tərəfindən Cavabdeh verilmiş seriya RX ******* saylı 28 iyul 2017-ci il tarixli çıxarış qanunsuz və əsassız olduğu üçün ləğv edilməlidir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-53/2021 saylı, 12 mart 2021-ci il tarixli qətnaməsi ilə iddiaçı X6 Cavabdeh qarşı özəlləşdirmənin ləğv edilməsi və çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddiasının təmin olunmaması qət edilmişdir. Həmin qətnamədən narazı qalan İddiaçı hüquqi varisi X6 nümayəndəsi və vəkili X8 apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-53/2021 saylı, 12 mart 2021-ci il tarixli qətnaməni əsassız hesab edir. Belə ki, mənzilin hər hansı bir otağının ayrıca özəlləşdirilməsi qanunvericiliyə ziddir. Mülki Məcəllənin 135.6-cı maddəsinə əsasən əşyalar bölünər və bölünməz ola bilər. Təyinatı dəyişdirilmədən bölünə bilməyən və ya qanunun göstərişinə görə bölünməli olmayan əşyalar bölünməz əşyalardır. Belə ki, təyinatı dəyişdirilmədən bölünə bilməyən və qanuna əsasən bölünməli olmayan əşyalar bölünməz əşyalar sayılır. Mənzil isə təyinatından məlum olduğu kimi bölünməz əşyadır. ƏMDK yanında DƏDRX-in Bakı Şəhər Ərazi İdarəsi tərəfindən verilən çıxarışda Cavabdeh məxsus daşınmaz əmlakın ümumi sahəsi 18,5 m2, 28.07.2017-ci il tarixdə tərtib edilmiş texniki pasportda isə otağın ümumi sahəsi 17.4 m2 qeyd edilmişdir. Göründüyü kimi çıxarış və texniki pasport ziddiyyət təşkil edir. Məmənzilin otağının Cavabdeh adma özəlləşdirilməsi zaman heç bir razılıq alınmamışdır. Buna görə belə bir razılıq olmadan mənzilin otağının cavabdehin adna özəlləşdirilməsi qanuna ziddir. Apelyasiya şikayətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-53/2021 saylı, 12 mart 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. İşə Bakı Apelyasiya Məhkəməsində baxılarkən Cavabdeh 05 may 2021-ci il tarixdə öldüyü müəyyən edilmiş və 27 oktyabr 2021-ci il tarixdə Nümayəndə2 ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək, Cavabdeh onun anası olduğunu bildirmiş, məhkəmə kollegiyasından hazırki mülki iş üzrə özünün cavabdehin prosessual hüquqi varisi qismində işə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin 58-ci maddəsinə əsasən Nümayəndə2 iddiaçının prosessual hüquqi varisi qismində iştirakı barədə ərizəsini mümkün hesab etmişdir. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə baxılmasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq İddiaçı hüquqi varisi X9 və Cavabdeh hüquqi varisi Nümayəndə2 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən həmin şəxslərin iştirаkı оlmаdаn işə baxılmasını mümkün hesab etmişdir. Apelyasiya məhkəməsinin iclasında, İddiaçı hüquqi varisi X6 nümayəndəsi və vəkili X8 verdiyi apelyasiya şikayətini müdafiə etdiyini bildirərək, iddia ərizəsində göstərilənlərə və apelyasiya şikayətinin dəlillərinə uyğun çıxış etdi, apelyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-53/2021 saylı, 12 mart 2021ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Apelyasiya məhkəməsinin iclasında, Cavabdeh hüquqi varisi Nümayəndə2 nümayəndəsi Nümayəndə1 İddiaçı hüquqi varisi X6 nümayəndəsi və vəkili Fuad Əyyubzadə tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı etiraz etdiyini bildirdi və apelyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-53/2021 saylı, 12 mart 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda İddiaçı hüquqi varisi X6 nümayəndəsi və vəkili Fuad Əyyubzadə apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yоxlanılmalıdır. Məhkəmə kollegiyası tərəflərin çıxışını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Bеlə ki, iş matеriallarında olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX ******* №-li 28.07.2017-ci il tarixli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Əliağa Kürçaylı küçəsi 8 saylı evin 15 saylı mənzili Cavabdeh adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır.(İ.vər. 122) İş matеriallarında olan, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 yanvar 2017ci il tarixli, 2(102)-467/2017 saylı qərarının surətindən görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 12 noyabr 2014-cü il tarixli qətnaməsi ilə iddiaçı Cavabdehlər İddiaçı və X1rşı yaşayış sahəsindən istifadə qaydasının müəyyən edilməklə köçürülmə tələbinə dair ilk iddiası qismən təmin olunaraq, Cavabdeh Bakı şəhəri, Nizami rayonu, Ə.Kürçaylı küçəsi 8 saylı evin 15-ci mənzilinə köçürülməklə həmin mənzilin girişindən sol tərəfdə yerləşən 18 kv.m 1 otağından istifadə etməklə sözügedən mənzildən istifadə qaydasının müəyyən edilməsi qət edilmiş, ilk iddia qalan hissədə və İddiaçı Cavabdeh qarşı məhkəmə xərclərinin tutulmasına dair qarşılıqlı iddia ərizəsi təmin edilməmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 aprel 2016-cı il tarixli qətnaməsi ilə İddiaçı tərəfindən verilən apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 12 noyabr 2014-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmış və cavabdeh İddiaçı kassasiya şikayəti təmin edilməmişdir.(İ.vər. 132 - 138) Məhkəmə kollegiyası İddiaçı hüquqi varisi X6 nümayəndəsi və vəkili Fuad Əyyubzadənin apelyasiya şikayətində göstərdiyi dəlilləri ilə bağlı aşağıdakiları qeyd edir. Belə ki, birinci nistansiya məhkəməsi təqdim edilmiş sübutların tədqiqi ilə belə nəticəyə gəlmişdir ki, Bakı şəhəri Nizami RİH başçısının 112 saylı, 11 dekabr 2015-ci il tarixli sərəncamına əsasən Cavabdeh Ə.Kürçaylı küçəsində yerləşən 8 saylı evin 15 saylı mənzilinə köçürülməklə həmin mənzilin sol tərəfdə yerləşən 18,0 kv.m olan bir otağının kirayə müqaviləsi bir nəfər ailə tərkibi ilə (özü) Cavabdeh adına bağlanılması və onun həmin otağın kirayəçisi hesab edilməsi qərara alınmışdır. Həmin sərəncama əsasən ƏMDK yanında DƏDRX-in Bakı Şəhər Ərazi İdarəsi tərəfindən Cavabdeh adına seriya RX 1097723, 28 iyul 2017-ci il tarixli çıxarış verilmişdir. Buna əsas olan Bakı şəhər Nizami RİH başçısının 112 saylı, 11 dekabr 2015-ci il tarixli sərəncamının ləğv olunması İddiaçı tərəfindən 2 saylı İnzibati-İqtisadi Məhkəməsində mübahisələndirilmiş və iddiası rədd edilmişdir. Belə olan halda da məhkəmə hesab edir ki, iddiaçının özəlləşdirmənin ləğv edilməsi və çıxarışın etibarsız hesab edilməsinə dair tələbi təmin olunmamalıdır. Məhkəmə kollegiyası birinci nistansiya məhkəməsinin gəldiyi bu nəticəni qanuni və əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Q.İbadovun şikayəti üzrə 2016-cı il 7 mart tarixli Qərarında göstərmişdir ki, məhkəmələrdə mülkiyyət hüququ ilə bağlı olan işlər üzrə mülki qanunvericiliyin müvafiq maddələrinin məzmunu, mülki qanunvericiliyin prinsiplərinə uyğun olaraq mülki hüquq subyektlərinin bərabərliyi və iradə sərbəstliyi, mülkiyyətin toxunulmazlığı, müqavilələr azadlığı, pozulmuş hüquqların bərpasının təmin edilməsi və s. nəzərə alınmaqla tətbiq edilməlidir. Azərbaycan Respubliksı Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Qeyd edilən hüquq normalarının tələblərini və işin qeyd edilən hallarını nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəf mübahisələndirilən Seriya RX ******* №-li 28.07.2017-ci il tarixli Çıxarışın verilməsinə əsas olmuş Bakı şəhər Nizami RİH Başçısının 112 saylı, 11 dekabr 2015-ci il tarixli sərəncamı İddiaçı tərəfindən mübahisələndirilmiş və 2 saylı İnzibati-İqtisadi Məhkəməsinin qərarı ilə iddia təmin edilmədiyindən birinci instansiya məhkəməsi hazırki iddianın təmin edilməməsi nəticəsinə gəlməkdə haqlı olmuşdur. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya şikayətində göstərilən digər dəlillər də birinci instansiya məhkəməsinin qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından, həmin dəlilərə münasibət bildirməyi zəruri hesab etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddədə göstərilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası həmçinin apelyasiya şikayətinin dəlillərini araşdıraraq müəyyən etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-nin 88ci maddəsinin tələblərinə uyğun olaraq iş üzrə tədqiq olunmuş sübutlara qanuna müvafiq qiymət vermişdir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinin tələbinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Bеləliklə, məhkəmə kollеgiyası İddiaçı hüquqi varisi X6 nümayəndəsi və vəkili Fuad Əyyubzadənin apеlyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun olaraq araşdırıb hеsab еdir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosеssual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollеgiyası bеlə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqtеyi nəzərindən qanuni, əsaslı və ədalətli olduğundan, işdə, həmçinin apеlyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv еdilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar olmadığından, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-53/2021 saylı, 12 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən, apеlyasiya şikayəti isə təmin еdilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Rеspublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyas, Qət etdi: İddiaçı hüquqi varisi X6 nümayəndəsi və vəkili X8 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-53/2021 saylı, 12 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-8876/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8876/2021
27.10.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver