Məhkəmə qərarları › İş №2(103)-8899/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8899/2021

28.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8899/2021 28.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, iddiaçılar İddiaçı8, İddiaçı14, İddiaçı5, İddiaçı13, İddiaçı7, İddiaçı1, İddiaçı3, İddiaçı2, İddiaçı16 nümayəndəsi X22 iştirakı ilə İddiaçı9, İddiaçı15, İddiaçı11, İddiaçı5, İddiaçı10, İddiaçı6, İddiaçı8, İddiaçı3, İddiaçı7, İddiaçı14, İddiaçı2, İddiaçı1, İddiaçı12, İddiaçı4, İddiaçı13 və İddiaçı16 Cavabdeh1, Cavabdeh3 MTK-na və Cavabdeh2 qarşı “gecikdirilmiş pul məbləğinə görə vurulmuş maddi və mənəvi zərərin ödənilməsi” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 31 may 2021-ci il tarixli qətnaməsindən iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı9, İddiaçı15, İddiaçı11, İddiaçı5, İddiaçı10, İddiaçı6, İddiaçı8, İddiaçı3, İddiaçı7, İddiaçı14, İddiaçı2, İddiaçı1, İddiaçı12, İddiaçı4, İddiaçı13 və İddiaçı16 Cavabdeh1, Cavabdeh3 MTK-na və Cavabdeh2 qarşı iddia ərizəsi, sonradan isə iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 İddiaçı3 xeyrinə gecikdirilmiş pul məbləğinə görə 35 000 manat, əldən çıxmış faydaya görə 30 000 manat, mənəvi zərərə görə 5000 manat məbləğində pulun, İddiaçı15 xeyrinə (X8 vərəsəsi) gecikdirilmiş pul məbləğinə görə 41 000 manat məbləğində, əldən çıxmış faydaya görə 35 000 manat məbləğində, mənəvi zərərə görə 10 000 manat məbləğində pulun, İddiaçı8 xeyrinə gecikdirilmiş pul məbləğinə görə 21 900 manat məbləğində, əldən çıxmış faydaya görə 10 000 manat məbləğində, mənəvi zərərə görə 5000 manat məbləğində pulun, İddiaçı6 xeyrinə gecikdirilmiş pul məbləğinə görə 34 200 manat məbləğində, əldən çıxmış faydaya görə 10 000 manat məbləğində, mənəvi zərərə görə 5000 manat məbləğində pulun, İddiaçı13 xeyrinə gecikdirilmiş pul məbləğinə görə 22 500 manat məbləğində, əldən çıxmış faydaya görə 10 000 manat məbləğində, mənəvi zərərə görə 5000 manat məbləğində pulun, İddiaçı9 xeyrinə gecikdirilmiş pul məbləğinə görə 41 825 manat məbləğində, əldən çıxmış faydaya görə 40 000 manat məbləğində, mənəvi zərərə görə 5000 manat məbləğində pulun, İddiaçı7 xeyrinə gecikdirilmiş pul məbləğinə görə 29 700 manat məbləğində, əldən çıxmış faydaya görə 10 000 manat məbləğində, mənəvi zərərə görə 5000 manat məbləğində pulun, İddiaçı5 xeyrinə gecikdirilmiş pul məbləğinə görə 30 000 manat məbləğində, əldən çıxmış faydaya görə 30 000 manat məbləğində, mənəvi zərərə görə 5 000 manat məbləğində pulun, İddiaçı11 xeyrinə gecikdirilmiş pul məbləğinə görə 30 000 manat məbləğində, əldən çıxmış faydaya görə 30 000 manat məbləğində, mənəvi zərərə görə 5000 manat məbləğində pulun, İddiaçı2 xeyrinə gecikdirilmiş pul məbləğinə görə 57 000 manat məbləğində, əldən çıxmış faydaya görə 30 000 manat məbləğində, mənəvi zərərə görə 5 000 manat məbləğində pulun, İddiaçı14 xeyrinə gecikdirilmiş pul məbləğinə görə 25 800 manat məbləğində, əldən çıxmış faydaya görə 10 000 manat məbləğində, mənəvi zərərə görə 5000 manat məbləğində pulun, İddiaçı10 xeyrinə gecikdirilmiş pul məbləğinə görə 17 640 manat məbləğində, əldən çıxmış faydaya görə 10 000 manat məbləğində, mənəvi zərərə görə 5000 manat məbləğində pulun, İddiaçı4 xeyrinə gecikdirilmiş pul məbləğinə görə 24 300 manat məbləğində, əldən çıxmış faydaya görə 10 000 manat məbləğində, mənəvi zərərə görə 5000 manat məbləğində pulun, İddiaçı12 xeyrinə gecikdirilmiş pul məbləğinə görə 30 000 manat məbləğində, əldən çıxmış faydaya görə 30 000 manat məbləğində, mənəvi zərərə görə 5000 manat məbləğində pulun, İddiaçı1 xeyrinə (X5 nümayəndəsi) gecikdirilmiş pul məbləğinə görə 9600 manat məbləğində, əldən çıxmış faydaya görə 10 000 manat məbləğində, mənəvi zərərə görə 10 000 manat məbləğində pulun, İddiaçı16 xeyrinə gecikdirilmiş pul məbləğinə görə 12 150 manat məbləğində, əldən çıxmış faydaya görə 10 000 manat məbləğində, mənəvi zərərə görə 5000 manat məbləğində pulun tutulması, tutulacaq pul məbləğlərinin ödənilməsinin Cavabdeh2 adına rəsmiləşdirilmiş Cavabdeh3 MTK-ya məxsus ünvan 1 ünvanında inşa edilmiş 16 mərtəbəli binanın 1 və 2-ci mərtəbələrində yerləşən ümumi sahəsi 890 kv.m olan qeyri-yaşayış sahəsinə yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbləri belə əsaslandırılmışdır ki, Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.2 və 313-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 sentyabr 2016-cı il tarixli hökmü ilə Cavabdeh3 MTK-nın sədri vəzifəsini icra etmiş X42 07 avqust 2013-cü ildə bağlanılmış alqı-satqı müqaviləsinə əsasən mənzil satmaq adı ilə İddiaçı9 119 500 manat, 2014-cü ilin may ayında bağlanılmış alqı-satqı müqaviləsinə əsasən mənzil satmaq adı ilə X6 180 000 manat, 2013-cü ildə bağlanılmış alqı-satqı müqaviləsinə əsasən mənzil satmaq adı ilə İddiaçı5 55 000 manat, 05 fevral 2014-cü il tarixdə bağlanılmış alqı-satqı müqaviləsinə əsasən mənzil satmaq adı ilə İddiaçı10 58 800 manat, 26 fevral 2014-cü ildə bağlanılmış alqı-satqı müqaviləsinə əsasən mənzil satmaq adı ilə X2 32 000 manat, 12 mart 2014-cü ildə bağlanılmış alqı-satqı müqaviləsinə əsasən mənzil satmaq adı ilə İddiaçı2 70 000 manatı və 31 mart 2014-cü il tarixdə bağlanılmış alqı satqı müqaviləsinə əsasən 20 000 manat, 01 aprel 2014-cü ildə bağlanılmış alqı-satqı müqaviləsinə əsasən mənzil satmaq adı ilə İddiaçı8 73 000 manat, 05 aprel 2014-cü ildə bağlanılmış alqı-satqı müqaviləsinə əsasən mənzil satmaq adı ilə X11 87 000 manat, 17 may 2014-cü il tarixli bağlanılmış alqısatqı müqaviləsinə əsasən mənzil satmaq adı ilə İddiaçı14 Mirzəağa oğlundan 88 000 manat, 19 may 2014-cü il tarixdə bağlanılmış alqı-satqı müqaviləsinə əsasən mənzil satmaq adı ilə İddiaçı7 94 000 manat, 23 aprel 2014-cü il tarixdə bağlanılmış alqı-satqı müqaviləsinə əsasən mənzil satmaq adı ilə İddiaçı13 128 000 manat, 27 iyul 2014-cü il tarixdə bağlanılmış alqı-satqı müqaviləsinə əsasən mənzil satmaq adı ilə İddiaçı3 100 000 manat, 31 iyul 2014-cü il tarixdə bağlanılmış alqı-satqı müqaviləsinə əsasən mənzil satmaq adı ilə X23 114 000 manat, 02 avqust 2014-cü il bağlanılmış alqı-satqı müqaviləsinə əsasən mənzil satmaq adı ilə İddiaçı11 100 000 manat, 07 avqust 2014-cü ildə bağlanılmış alqı-satqı müqaviləsinə əsasən mənzil satmaq adı ilə İddiaçı12 100 000 manat, mənzil satmaq adı ilə İddiaçı16 40 500 manat məbləğində pulu dələduzluq yolu ilə ələ keçirdiyi müəyyən olunmuş, həmin hökmlə Cavabdeh1 qarşı zərərəçəkmiş şəxslərin mülki iddiaları təmin edilmiş, Cavabdeh1 100 000 manatın alınaraq İddiaçı3; 137 000 manatın alınaraq X12; 73 000 manatın alınaraq İddiaçı8; 114 000 manatın alınaraq İddiaçı6; 75 000 manatın alınaraq X35; 337 760 manatın alınaraq İddiaçı9; 69 000 manatın alınaraq İddiaçı7; 100 000 manatın alınaraq zərərçəkmiş İddiaçı5 qızna; 100 000 manatın alınaraq İddiaçı11 ödənilməsinə, zərərin hesabına İddiaçı2 190 000 manatın; İddiaçı14 86 000 manatın; İddiaçı10 58 800 manatın; X24 81 000 manatın; İddiaçı12 100 000 manatın ödənilməsinə hökm edilmiş, Bakı Apelyasiya Məhkəməsinin 07 mart 2017-ci il tarixli qərarı ilə İddiaçı16 mülki iddiası təmin olunaraq Cavabdeh1 40 500 manatın alınaraq ona ödənilməsi qərara alınmışdır. Həmin vaxtdan 4 il keçməsinə baxmayaraq Cavabdeh1 həmin pul vəsaitlərini ödəməkdən yayınmışdır. Hökmlə Binəqədi Rayon Məhkəməsinin 27 fevral 2015-ci il tarixli qərarı ilə Cavabdeh2 adına rəsmiləşdirilmiş Cavabdeh3 MTK-ya məxsus ünvan 2 ünvanında inşa edilmiş 16 mərtəbəli binanın 1 və 2ci mərtəbələrində yerləşən, ümumi sahəsi 890 kv.m olan qeyri-yaşayış sahəsinin üzərinə qoyulmuş həbs və Binəqədi Rayon Məhkəməsinin 19 fevral 2014-cü il tarixli qərarı ilə X43 adına olan Bakı şəhəri, Tulyançev küçəsində yerləşən 13 saylı evin 16-17, 19 saylı mənzillərin üzərinə qoyulmuş həbs götürülmüş, hökmdən verilmiş apelyasiya protesti və apelyasiya şikayətləri əsasında işə baxan Bakı Apelyasiya Məhkəməsinin 13 iyun 2019-cu il tarixli qərarı ilə sözügedən əmlakların üzərinə qoyulmuş həbs bərpa edilmiş, zərərəçəkmişlərə vurulmuş maddi ziyanın ödənilməsi həmin əmlaklara yönəldilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsi iş üzrə icra vərəqəsini 26 iyul 2019-cu il tarixdə vermiş, Bakı şəhəri Nərimanov rayon icra və probasiya şöbəsi 26 avqust 2019-cu il tarixdə icrata başlamaq haqqında qərar qəbul etmişdir. "xxxx" MMC tərəfindən qeyri-yaşayış sahəsinin qiymətləndirilməsi barədə ekspert rəyindən görünür ki, Cavabdeh2 adına rəsmiləşdirilmiş Cavabdeh3 MTK-ya məxsus olan ünvan 3 ünvanında inşa edilmiş 16 mərtəbəli binanın 1 və 2-ci mərtəbələrində yerləşən, ümumi sahəsi 890 kv.m olan qeyri yaşayış sahəsinin 28 yanvar 2020-ci il tarixinə bazar dəyəri 2 605 000 manat məbləğində müəyyən olunmuş, Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya Şöbəsinin 07 fevral 2020-ci il tarixli sifarişi ilə qeyri yaşayış sahəsinin açıq hərracda satılması üçün icra sənədi “X34” MMC-yə göndərilmişdir. “X34”-nun Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya Şöbəsinə ünvanladığı 17 sentyabr 2020-ci il tarixli 358/124 saylı məktubundan görünür ki, qeyriyaşayış sahəsi müxtəlif vaxtlarda hərraca çıxarılsa da iştirakçı olmadığından hərrac baş tutmamış və bu işə dair sənədlər Nərimanov rayon İcra və Probasiya Şöbəsinə qaytarılmışdır. Beləliklə, Cavabdeh1ın iddiaçılardan 2013-2014-cü illərdə dələduzluq yolu ilə ələ keçirdiyi pul məbləğlərinə görə Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 sentyabr 2016-cı il tarixli hökmü ilə təmin olunmuş mülki iddia məbləğləri hazırkı dövrədək ödənilməmişdir. Buna görə də hesab edirlər ki, iddia ərzəsi ilə məhkəməyə müraciət edənədək, yəni 2020-ci ilin oktyabr ayınadək əldə edə biləcəkləri gəlirdən məhrum olmuşlar və 2013-2014-cü illərdən etibarən gecikdirilmiş dörd ilə hər il üçün beş faiz, əldən çıxmış fayda və vurulmuş mənəvi zərərin əvəzi Cavabdeh1 tərəfindən onlara ödənilməlidir. Cavabdehdə olan pul məbləğləri həmin vaxtdan onlarda olsaydı həmin pulla yeni işlər qurar, iş və ailə həyatlarında faydalanar və gəlirlər əldə edərdilər. Hesab edirlər ki, Cavabdeh1 İddiaçı3 100 000 manata görə (müqavilə 31 iyul 2014-2021) bir il - 5% = 5000 x 7 il=35 000, əldən çıxmış fayda 30 000 manat, mənəvi ziyan 5000 manat, İddiaçı15 (X8 vərəsəsi) 137 000 manata görə (müqavilə may 2014-2021) bir il - 5% = 6850 x 6 il = 41 100 manat, əldən çıxmış fayda 35 000 manat, mənəvi zərər 10000 manat İddiaçı8 73 000 manata görə (müqavilə 05 aprel 2014-2021) bir il - 5%= 3650 x 6 il = 21 900 manat, əldən çıxmış fayda 10 000 manat, mənəvi zərərə görə 5000 manat, X30 114 000 manata görə (müqavilə 02 avqust 201-2021) bir il -5% =5700 x 6=34.200 manat, əldə çıxmış fayda 10 000 manat, mənəvi zərər 5000 manat, X35 75 000 manata görə (müqavilə 27 iyul 2014- 2021) bir il - 5%= 3750 x 6 il = 22 500 manat, əldən çıxmış fayda 10 000 manat, mənəvi zərərə görə 5000 manat, İddiaçı9 Taftıx qızına 119 500 manata görə (müqavilə 07 avqust 2013-2021) bir il - 5% = 5.975 x 7 il = 41.825 manat, əldən çıxmış fayda 40 000 manat, mənəvi zərərə görə 5000 manat, İddiaçı7 69 000 manata görə (19 may 2014-2021 ) bir il 5% = 3.450 x 6 = 29.700 manat, əldən çıxmış fayda 10.000 manat, mənəvi zərərə görə 5.000 manat, İddiaçı5 100.000 manata görə (05 fevral 2014-2021) bir il 5% = 5.000 x 6 il= 30.000 manat, əldən çıxmış fayda 30.000, mənəvi zərərə görə 5.000 manat, İddiaçı11 100.000 manata görə (müqavilə 02 avqust 2014-2021) bir il - 5%=5.000 x 6 il =30.000 manat, əldən çıxmış fayda 30.000 manat, mənəvi zərərə görə 5.000 manat, İddiaçı2 190 000 manata görə (mart 2014-2021) bir il -5% = 9.500 x 6 il = 57 000 manat, əldən çıxmış fayda 30.000 manat, mənəvi zərərə görə 5.000 manat, X28 86.000 manata görə (17 may ********) bir il - 5% = 4.300 x 6 il= 25.800 manat, əldən çıxmış fayda 10.000 manat, mənəvi zərərə görə 5000 manat, İddiaçı10 58 800 manata görə (05 fevral 2014-2021) bir il-5% = 2.940 x 6 il= 17.640 manat, əldən çıxmış fayda 10 000 manat, mənəvi zərərə görə 5.000 manat, X25 81 000 manata görə (05 aprel 2014-2021) bir il - 5% = 4.050 x 6 il = 24.300 manat, əldən çıxmış fayda 10.000 manat, mənəvi zərərə görə 5.000 manat, İddiaçı12 100 000 manata görə (07 avqust ********) bir il -5% = 5.000 x 6 il = 30 000 manat, əldən çıxmış fayda 30.000 manat, mənəvi zərərə görə 5.000 manat, İddiaçı1 (X5 nümayəndəsivərəsəsi) 32.000 manata görə (26 fevral ********) bir il - 5% = 1.600 x 6 il = 9600 manat, əldən çıxmış fayda 10.000 manat, mənəvi zərərə görə 10 000 manat, İddiaçı16 40.500 manata görə ( 2014-2021) bir il -5% =2.025 x 6 il = 12.150 manat, əldən çıxmış fayda 10.000 manat, mənəvi zərərə görə 5000 manat ödəməlidir.Cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində dərin mənəvi iztirablar keçirən Nailə Əsgərova bu hadisələrə görə xəstəliklər tapmış və həyatını itirmişdir. Ona görə də Nailə Əsgərovaya da yüksək məbləğdə mənəvi zərər ödənilməlidir. Eyni zamanda hesab edirlər ki, Cavabdeh1 onlara vurmuş olduğu maddi və mənəvi zərərin əvəzi olaraq ödəniləcək pul məbləğləri Cavabdeh2 adına rəsmiləşdirilmiş Cavabdeh3 MTK-ya məxsus olan ünvan 3 ünvanında inşa edilmiş 16 mərtəbəli binanın 1 və 2-ci mərtəbələrində yerləşən, ümumi sahəsi 890 kv.m olan qeyri yaşayış sahəsinə yönəldilməlidir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 31 may 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbləri qismən təmin olunmuş, Cavabdeh1 İddiaçı3 xeyrinə gecikdirilmiş pul məbləğinə görə 24 400,6 (iyirmi dörd min dörd yüz manat, altmış qəpik) manat və mənəvi zərərə görə 1000 (bir min) manat olmaqla cəmi 25 400,6 (iyirmi beş min dörd yüz manat, altmış qəpik) manat məbləğində; Cavabdeh1 İddiaçı15 xeyrinə gecikdirilmiş pul məbləğinə görə 17 457,9 (on yeddi min dörd yüz əlli yeddi manat, doxsan qəpik) manat və mənəvi zərərə görə 1000 (bir min) manat olmaqla cəmi 18 457,9 (on səkkiz min dörd yüz əlli yeddi manat, doxsan qəpik) manat məbləğində; Cavabdeh1 İddiaçı8 xeyrinə gecikdirilmiş pul məbləğinə görə 18 979,4 (on səkkiz min doqquz yüz yetmiş doqquz manat, qırx qəpik) manat və mənəvi zərərə görə 1000 (bir min) manat olmaqla, cəmi 19 979,4 (on doqquz min doqquz yüz yetmiş doqquz manat, qırx qəpik) manat məbləğində; Cavabdeh1 İddiaçı6 xeyrinə gecikdirilmiş pul məbləğinə görə 27 755,4 (iyirmi yeddi min yeddi yüz əlli beş manat, qırx qəpik) manat və mənəvi zərərə görə 1000 (bir min) manat olmaqla cəmi 28 755,4 (iyirmi səkkiz min yeddi yüz əlli beş manat, qırx qəpik) manat məbləğində; Cavabdeh1 İddiaçı13 xeyrinə gecikdirilmiş pul məbləğinə görə 19 280,9 (on doqquz min iki yüz səksən manat, doxsan qəpik) manat və mənəvi zərərə görə 1000 (bir min) manat olmaqla cəmi 20 280,9 (iyirmi min iki yüz səksən manat, doxsan qəpik) manat məbləğində; Cavabdeh1 İddiaçı9 xeyrinə gecikdirilmiş pul məbləğinə görə 34 953 (otuz dörd min doqquz yüz əlli üç) manat və mənəvi zərərə görə 1000 (bir min) manat olmaqla cəmi 35 953 (otuz beş min doqquz yüz əlli üç) manat məbləğində; Cavabdeh1 İddiaçı7 xeyrinə gecikdirilmiş pul məbləğinə görə 17 478 (on yeddi min dörd yüz yetmiş səkkiz) manat və mənəvi zərərə görə 1000 (bir min) manat olmaqla cəmi 18 478 (on səkkiz min dörd yüz yetmiş səkkiz) manat məbləğində; Cavabdeh1 İddiaçı5 xeyrinə gecikdirilmiş pul məbləğinə görə 15 124,6 (on beş min bir yüz iyirmi dörd manat, altmış qəpik) manat və mənəvi zərərə görə 1000 (bir min) manat olmaqla cəmi 16 124,6 (on altı min bir yüz iyirmi dörd manat, altmış qəpik) manat məbləğində; Cavabdeh1 İddiaçı11 xeyrinə gecikdirilmiş pul məbləğinə görə 24 317,8 (iyirmi dörd min üç yüz on yeddi manat, səksən qəpik) manat və mənəvi zərərə görə 1000 (bir min) manat olmaqla cəmi 25 317,8 (iyirmi beş min üç yüz on yeddi manat, səksən qəpik) manat məbləğində; Cavabdeh1 İddiaçı2 xeyrinə gecikdirilmiş pul məbləğinə görə 49 600,3 (qırx doqquz min altı yüz manat, otuz qəpik) manat və mənəvi zərərə görə 1000 (bir min) manat olmaqla cəmi 50 600,3 (əlli min altı yüz manat, otuz qəpik) manat məbləğində; Cavabdeh1 İddiaçı14 xeyrinə gecikdirilmiş pul məbləğinə görə 21 809,4 (iyirmi bir min səkkiz yüz doqquz manat, qırx qəpik) manat və mənəvi zərərə görə 1000 (bir min) manat olmaqla cəmi 22 809,4 (iyirmi iki min səkkiz yüz doqquz manat, qırx qəpik) manat məbləğində; Cavabdeh1 İddiaçı10 xeyrinə gecikdirilmiş pul məbləğinə görə 15 744,8 (on beş min yeddi yüz qırx dörd manat, səksən qəpik) manat və mənəvi zərərə görə 1000 (bir min) manat olmaqla cəmi 16 744,8 (on altı min yeddi yüz qırx dörd manat, səksən qəpik) manat məbləğində; Cavabdeh1 İddiaçı4 xeyrinə gecikdirilmiş pul məbləğinə görə 21 014,6 (iyirmi bir min on dörd manat, altmış qəpik) manat və mənəvi zərərə görə 1000 (bir min) manat olmaqla cəmi 22 014,6 (iyirmi iki min on dörd manat, altmış qəpik) manat məbləğində; Cavabdeh1 İddiaçı12 xeyrinə gecikdirilmiş pul məbləğinə görə 24 248,8 (iyirmi dörd min iki yüz qırx səkkiz manat, səksən qəpik) manat və mənəvi zərərə görə 1000 (bir min) manat olmaqla cəmi 25 248,8 (iyirmi beş min iki yüz qırx səkkiz manat, səksən qəpik) manat məbləğində; Cavabdeh1 İddiaçı1 xeyrinə gecikdirilmiş pul məbləğinə görə 8478,5 (səkkiz min dörd yüz yetmiş səkkiz manat, əlli qəpik) manat və mənəvi zərərə görə 1000 (bir min) manat olmaqla cəmi 9478,5 (doqquz min dörd yüz yetmiş səkkiz manat, əlli qəpik) manat məbləğində; Cavabdeh1 İddiaçı16 xeyrinə gecikdirilmiş pul məbləğinə görə 9943,8 (doqquz min doqquz yüz qırx üç manat, səksən qəpik) manat və mənəvi zərərə görə 1000 (bir min) manat olmaqla cəmi 10 943,8 (on min doqquz yüz qırx üç manat, səksən qəpik) manat məbləğində vəsaitin tutulması, iddianın digər hissələrdə təmin edilməməsi, Cavabdeh1 ödənilmiş dövlət rüsumunun 13 (on üç) manatının tutularaq İddiaçı9 ödənilməsi qət edilmişdir. Qətnamədən iddiaçılar birgə apellyasiya şikayəti verərək onun qismən – iddia tələblərinin təmin olunmaması ilə bağlı hissədə ləğv olunmasını və iddia tələblərinin tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, şikayətlərini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla məhkəmənin işin hallarına düzgün qiymət vermədiyini, qanuni qüvvədə olan hökmlə Cavabdeh1 onların xeyrinə tutulan pul məbləğlərinin gecikdirilməsinə görə tələb etdikləri pulun hesablanmasını 13.06.2019-cu il tarixinə qədər həyata keçirməkdə səhvə yol verdiyini, həmin hesablamanın qətnamə çıxarılana qədər aparılmalı olduğunu, əldən çıxmış fayda və əmlaka yönəltmə tələblərini təmin etməməklə maddi hüquq normalarının tələblərini pozduğunu, hökmlə müəyyən edilmiş halları nəzərə almadığını irəli sürmüşlər. Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı8, İddiaçı14, İddiaçı5, İddiaçı13, İddiaçı7, İddiaçı1, İddiaçı3, İddiaçı2, və İddiaçı16 nümayəndəsi X36 apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin olunmasını xahiş etmiş, işə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış digər iddiaçılar, eləcə də Cavabdeh3 MTK-nın nümayəndəsi və Cavabdeh2 məhkəməyə gəlməmiş, Cavabdeh1 isə məktub göndərərək işə onun iştirakı olmadan baxılmasını istəmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini, qətnamənin iddia tələblərinin təmin edilməyən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnaməni cavabdehlər ümumiyyətlə mübahisələndirməmiş, iddiaçılar isə məhz qeyd edilən hissədən narazı qalmışlar. Başqa sözlə, iddia tələblərinin təmin edildiyi hissə hazırkı apellyasiya baxışının predmeti deyildir. Məhkəmə kollegiyası iş materiallarını bu kontekstdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə iddiaçıların mübahisələndirdiyi hissədə (iddianın təmin edilmədiyi hissədə) dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin müəyyən olunan hallarına görə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 iyun 2015-ci il tarixli qətnaməsi ilə Cavabdeh3 MTK və X17 arasında bağlanmış 0019 saylı 25 fevral 2014-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və X4 Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 2-ci yaşayış massivində tikilmiş 16 mərtəbəli yaşayış və ofis binasının 1-ci blokunda 4-cü mərtəbədə yerləşən 19 saylı mənzildən çıxarılması, 32 000 manat məbləğində pul vəsaitinin Cavabdeh3 MTK-dan tutularaq X7 ödənilməsi qət edilmiş, həmin qətnamə yuxarı instansiya məhkəmələri tərəfindən qüvvədə saxlanılmış, 29 iyul 2016-cı il tarixdə ölmüş X4 vərəsəsi İddiaçı1 müəyyənləşdirilmiş, onun mirasına verilən vərəsəlik şəhadətnaməsində miras əmlakın 25 fevral 2014-cü il tarixli Cavabdeh3 MTK-nın çıxarışı əsasında verilmiş Bakı şəhəri, Yeni Yasamal küçəsi, İİ Y/M, 1-ci giriş, 4-cü mərtəbə, yaşayış sahəsi, 46,8 kv.m, birotaqlı, 19 saylı mənzilə ödənilən 32 000 manat məbləğindən ibarət olduğu göstərilmişdir. İşin müəyyən olunan digər halına görə, 03 noyabr 2018-ci il tarixdə ölmüş X9 vərəsələri ünvan 5 ünvanında qeydiyyatda olan X68 və İddiaçı15 müəyyənləşdirilmiş, Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin Başçısının 01 avqust 2019-cu il tarixli sərəncamı ilə 15 yanvar 1975-ci il təvəllüdlü X45 mülkiyyətlərinə hüququ olmadan qardaşı İddiaçı15 qəyyum təyin edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 sentyabr 2016-cı il tarixli qərarı ilə müəyyən olunmuşdur ki, Cavabdeh1 2004-cü ildən Cavabdeh3 MTK-nın sədri vəzifəsində işləyərkən qulluq mövqeyindən istifadə edib və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə ünvan 1 ünvanında yerləşən yaşayış binasında ümumi sahəsi 121 kv.m olan 39 nömrəli mənzili 27 may 2007-ci il tarixli alqı-satqı müqaviləsi əsasənda X55 100.000 manata satmasına baxmayaraq, 07 avqust 2013-cü il tarixdə həmin mənzili yenidən 119.500 manata İddiaçı9 qanunsuz satıb, həmin pul vəsaitini MTKnın göstərilən ünvandakı ofisində sonuncudan alaraq, mənzilin İddiaçı9 satılması məzmunda tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil etdiyi saxta sənədləri - 07 avqust 2013-cü il tarixli alqı- satqı müqaviləsi, maliyyə arayışı və MTK üzvlərinin iclas protokolundan çıxarışı tərtib edib imzası və MTK-nın möhürü ilə təsdiq edərək (119.500 manat) özgənin külli miqdarda əmlakını öz qulluq mövqeyindən istifadə etməklə, aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib dələduzluq etmiş, külli miqdarda törədilməklə Vera Volkovaya məxsus mənzilə - əmlaka olan hüquqularını ələ keçirib fiziki şəxsin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmasında ifadə olunan əməli ağır nəticlərə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, bundan sonra 2014-cü ilin may ayında həmin mənzili X26 ilə 180.000 manata razılaşıb 80.000 manatını Elmira Nəzərlinin yaşadığı ünvan 6 ünvanında sonuncudan alaraq mənzilin Elmira Nəzərliyə satılması barədə məzmununa tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil etdiyi saxta rəsmi sənədləri - 21 may 2012-ci il tarixli alqı-satqı müqaviləsini, maliyyə arayışı və MTK üzvlərinin iclas protokolundan çıxarışı tərtib edib imzası və MTK-nın möhürü ilə təsdiq edərək (80.000 manat) özgənin külli miqdarda əmlakını öz qulluq mövqeyindən istifadə etməklə, aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək təkrar dələduzluq etmiş, daha sonra Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal, İİ yaşayış massivindöə inşa etdiyi binasında ümumi sahəsi 112 kv.m olan 85 nömrəli mənzili 29 avqust 2005-ci il tarixli müqavilə ilə X46 27.000 ABŞ dollarına satmasına baxmayaraq, həmin mənzili yenidən 13 dekabr 2013-cü il tarixdə İddiaçı5 55.000 manata qanunsuz satıb göstərilən məbləğdə pulun ondan MTK-nın ofisində alaraq tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməklə mənzilin sonuncunun övladı X18 adına rəsmişləşdirilməsi niyyəti ilə saxta rəsmi sənədləri - 13 dekabr 2013-cü il tarixli alqı-satqı müqaviləsini, maliyyə arayışını və MTK üzvlərinin iclas protokolundan çıxarışı tərtib edib imzası və MTK-nın möhürü ilə təsdiq edərək İddiaçı5 məxsus 55.000 manat məbləğində pulu - özgənin külli miqdarda əmlakını öz qulluq mövqeyindən istifadə etməklə, aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib təkrarən dələduzluq etmiş və vəzifə saxtakarlığı törətmişdir. Bundan başqa o, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal İİ yaşayış massivindöə inşa edilən binada ümumi sahəsi 108 kv.m olan 116 mənzili 2008-ci ildə X61 60.000 ABŞ dollarına satmasına baxmayaraq, həmin mənzili 05 fevral 2014-cü il tarixdə yenidən 58.800 manata İddiaçı10 qanunsuz olaraq satıb, sonuncudan həmin pul vəsaitini MTK-nın ünvan 7 ünvanında yerləşən ofisində alaraq mənzil İddiaçı10 qeyd olunan tarixdə satılması barədə məzmununa tamah niyyəti ilə bilə-bilə yalan məlumatları daxil etdiyi saxta rəsmi sənədləri alqı-satqı müqaviləsini, maliyyə arayışını və MTK üzvlərinin iclas protokolundan çıxarışı tərtib edib imzası və MTK-nın möhürü ilə təsdiq edərək ona məxsus 58.800 manat məbləğində külli miqdarda əmlakı öz qulluq mövqeyindən istifadə etməklə, aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib təkrarən dələduzluq etmiş və vəzifə saxtakarlığı törətmişdir. Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal İİ yaşayış massivində inşa etdiyi binasında ümumi sahəsi 46.8 kv.m olan 19 nömrəli mənzili 26 iyul 2013-cü il tarixli müqavilə ilə X47 40.000 manata satıldığını bildiyi halda, təkrarən özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmə məqsədilə 26 fevral 2014-cü il tarixdə həmin mənzili yenidən 32.000 manata X7 qanunsuz satıb, ondan həmin pul vəsaitini MTK-nın ünvan 8 ünvanında yerləşən ofisində alaraq mənzilin Nailə Əsgərovaya qeyd olunan tarixdə satılması barədə məzmununa tamah niyyəti ilə bilə-bilə yalan məlumatları daxil etdiyi saxta rəsmi sənədləri alqı-satqı müqaviləsini, maliyyə arayışını və MTK üzvlərinin iclas protokolundan çıxarışı tərtib edib imzası və MTK-nın möhürü ilə təsdiq edərək sonuncuya məxsus külli miqdar təşkil edən 32 000 manat məbləğində pulu öz qulluq mövqeyindən istifadə etməklə, aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib təkrarən dələduzluq etmiş, vəzifə saxtakarlığı törətmiş, külli miqdarda törədilməklə Elxan Abbaslıya məxsus mənzilə əmlaka olan hüquqlarını ələ keçirib fiziki şəxsin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmasında ifadə olunan əməli ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Həmçinin o, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal İİ yaşayış massivində inşa etdiyi binasında ümumi sahəsi 116 kv.m olan 60 nömrəli mənzili 07 aprel 2006-cı il tarixli müqavilə ilə X37 32.432 manata satmasına baxmayaraq, 12 mart 2014-cü il tarixdə qeyd olunan mənzili yenidən 70.000 manata İddiaçı2 qanunsuz satıb, həmin pul vəsaitini MTK-nın ünvan 9 ünvanında yerləşən ofisində sonuncudan alaraq mənzilin İddiaçı2 satılması barədə məzmununa tamah niyyəti ilə biləbilə yalan məlumatları daxil etdiyi saxta rəsmi sənədləri - 12 mart 2014-cü il tarixli alqısatqı müqaviləsi və MTK üzvlərinin iclas protokolundan çıxarışı tərtib edib imzası və MTKnın möhürü ilə təsdiq edərək sonuncuya məxsus 70.000 manat özgənin külli miqdarda əmlakını öz qulluq mövqeyindən istifadə etməklə, aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib təkrarən dələduzluq etmişdir. ünvan 3 ünvanında yerləşən yaşayış binasında ümumi sahəsi 121 kv.m olan 58 nömrəli mənzili 28 aprel 2007-ci il tarixli müqavilə ilə X19 100.000 manata satıldığı halda, 31 mart 2014-cü il tarixdə göstərilən mənzili yenidən 120.000 manata İddiaçı2 qanunsuz olaraq satıb sonuncudan həmin pul vəsaitini MTK-nın göstərilən ünvandakı ofisində alaraq mənzilin İddiaçı2a satılması barədə məzmununa tamah niyyətilə bilə-bilə yalan məlumatları daxil etdiyi saxta rəsmi sənədləri- 31 mart 2014- cü il tarixli alqı-satqı müqaviləsini, maliyyə arayışı və MTK üzvlərinin iclas protokolundan çıxarışı tərtib edib imzası və MTK-nın möhürü ilə təsdiq edərək sonuncuya məxsus 120 000 manat məbləğində pulu - külli miqdarda özgə əmlakını öz qulluq mövqeyindən istifadə etməklə, aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib təkrarən dələduzluq etmiş, vəzifə saxtakarlığı törətmişdir. Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal İİ yaşayış massivində inşa etdiyi binasında ümumi sahəsi 116 kv.m olan 53 nömrəli mənzili 03 aprel 2009-cu il tarixli alqı-satqı müqaviləsi ilə X48 65.500 ABŞ dollarına (həmin dövrün məzənnəsi ilə 52.583) sataraq mənzili sonuncunun həyat yoldaşı X10 adına rəsmiləşdirdiyi halda, təkrarən özgənin əmlakını aldama və etibardan suiistifadə etmə yolu ilə ələ keçirmə məqsədilə həmin mənzili yenidən 01 aprel 2014-cü il tarixdə İddiaçı8 73.000 manata qanunsuz satıb, ondan həmin pul vəsaitini MTK-nın ünvan 10 ünvanında yerləşən ofisində alaraq tamah niyyətilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməklə mənzilin İddiaçı8 qeyd olunan tarixdə satılması barədə saxta rəsmi sənədləri - 01 aprel 2014-cü il tarixli alqı-satqı müqaviləsini, maliyyə arayışı və MTK üzvlərinin iclas protokolundan çıxarışı tərtib edib imzası və MTK-nın möhürü ilə təsdiq edərək sonuncuya məxsus külli miqdar təşkil edən 73.000 manat məbləğində pulu öz qulluq mövqeyindən istifadə etməklə, aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib təkrarən dələduzluq etmiş, külli miqdar törədilməklə Akif Abbasova məxsus mənzilə - əmlaka olan hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmasında ifadə olunan əməli ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifə saxtakarlığı törətmişdir. ünvan 1 ünvanında yerləşən yaşayış binasında ümumi sahəsi 87.1 kv. m olan 5 nömrəli mənzilin 14 sentyabr 2007-ci il tarixli müqavilə ilə X20 56.000 manata satmasına baxmayaraq, 05 aprel 2014-cü il tarixdə həmin mənzili yenidən 87.000 manata X24 qanunsuz satıb, həmin pul vəsaitini MTK-nın göstərilən ünvanındakı ofisində sonuncudan alaraq, mənzilin Fərid Seyidəliyevə satılması barədə məzmununa tamah niyyətilə bilə-bilə yalan məlumatları daxil etdiyi saxta rəsmi sənədləri - 05 aprel 2014-cü il tarixli alqı-satqı müqaviləsini, maliyyə arayışı və MTK üzvlərinin iclas protokolundan çıxarışı tərtib edib imzası və MTK-nın möhürü ilə təsdiq edərək ona məxus 87.000 manatıözgənin külli miqdarda əmlakını öz qulluq mövqeyindən istifadə etməklə, aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib təkrarən dələduzluq etmiş, bundan sonra özünün cinayət əməllərini davam etdirərək eyni niyyətlə həmin mənzili 08 may 2014-cü il tarixli müqavilə ilə 90.000 manata X13 qanunsuz satıb, həmin pul vəsaitini MTK-nın göstərilən ünvanındakı ofisində sonuncudan alaraq, mənzilin Elmira Nəzərliyə satılması barədə məzmununa tamah niyyətilə bilə-bilə yalan məlumatları daxil etdiyi saxta rəsmi sənədləri - 08 may 2014-cü il tarixli müqaviləsini, maliyyə arayışı və MTK üzvlərinin iclas potokolundan çıxarışı tərtib edib, imzası və MTK-nın möhrürü ilə təsdiq edərək ona məxsus 90.000 manatı - özgənin külli miqdarda əmlakı öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib təkrarən dələduzluq etmiş, bundan əlavə eyni məqsədlə həmin mənzili 17 may 2014-cü il tarixdə yenidən 88.000 manata İddiaçı14 Mirzəağa oluna qanunsuz satıb həmin pul vəsitini MTK-nın göstərilən ünvanındakı ofisində sonuncudan alaraq mənzilin İddiaçı14 satılması barədə məzmununa tamah niyyətilə bilə-bilə yalan məlumatları daxil etdiyi saxta rəsmi sənədləri - 17 may 2014-cü il tarixli alqı-satqı müqaviləsini, maliyyə arayışı və MTK üzvlərinin iclas protokolundan çıxarışı tərtib edib imzası və MTK-nın möhürü ilə təsdiq edərək ona məxus 88.000 manatı-özənin külli miqdarda əmlakını öz qulluq mövqeyindən istifadə etməklə, aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib təkrarən dələduzluq etmiş, daha sonra eyni niyyətlə 19 may 2014-cü il tarixdə qeyd olunan mənzili yenidən 94.000 manata İddiaçı7 qanunsuz satıb, həmin pul vəsaitini MTK-nın göstərilən ünvanındakı ofisində sonuncudan alaraq mənzilin İddiaçı7 satılması barədə məzmununa tamah niyyətilə biləbilə yalan məlumatları daxil etdiyi saxta rəsmi sənədləri-19 may 2014-cü il tarixli müqaviləsini, maliyyə arayışı və MTK üzvlərinin iclas potokolundan çıxarışı tərtib edib imzası və MTK- nın möhrürü ilə təsdiq edərək ona məxsus 94.000 manatı-özgənin külli miqdarda əmlakı öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib təkrarən dələduzluq etmişdir. ünvan 3 ünvanında tikintisi aparılan yaşayış binasında ümumi sahəsi 121 kv.m olan 3 otaqlı 70 nömrəli mənzili 15 oktyabr 2007-ci il tarixli müqavilə ilə X14 100.655 manata satmasına baxmayaraq, 23 aprel 2014cü il tarixdə qeyd olunan mənzili yenidən İddiaçı13 ilə 128.000 manata razılaşıb həmin məbləğin 75.000 manatını MTK-nın göstərilən ünvanındakı ofisində ondan alaraq, mənzilin İddiaçı13 qohumu X1 barədə məzmununa tamah niyyətilə bilə-bilə yalan məlumatları daxil etdiyi saxta rəsmi sənədlər əsasında, yəni 23 aprel 2014-cü il tarixli alqısatqı müqaviləsi, maliyyə arayışı və MTK-nın möhürü ilə təsdiq edib rəsmiləşdirməklə, ona məxsus 75.000 manat məbləğində pulu-külli miqadarda özgə əmlakını öz qulluq mövqeyindən istifadə etməklə, alatma və etibadan su- istifadə etmə yolu ilə ələ keçirərək təkrarən dələduzkuq etmiş, vəzifə saxtakarlığı törətmişdir. ünvan 3 ünvanında yerləşən yaşayış binasında ümumi sahəsi 87.1 kv. m olan 2 otaqlı 32 nöməli mənzili 23 iyul 2009-cu il tarixli müqavilə ilə X15 88.000 manata satmasına baxmayaraq, başqası ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək 07 iyul 2014cü il tarixdə sonuncunu həmin mənzilin sahibi kimi təqdim etməklə yenidən 90.000 manata X27 qanunsuz satıb, həmin pul vəsaitini sonuncudan başqasının vasitəsi ilə ünvan 11 ünvanında alıb aralarında bölərək, mənzilin Sahib Qələndərova qeyd ounan tarixdə satılması barədə məzmununa tamah niyyətilə bilə-bilə yalan məlumatları daxil etdiyi saxta rəsmi sənədləri - 07 iyul 204cü il tarixli alqı-satqı müqaviləsi, maliyyə arayışı və MTK üzvlərinin iclas protokolundan çıxarışı tərtib edib imzası və MTK-nın möhürü ilə təsdiq edərək ona məxsus 90.000 manat pulu-özgənin külli miqdarda əmlakını öz qulluq mövqeyindən istifadə etməklə, aldatma və etibardan sui-istifadə yolu ilə ələ keçirib təkrarən dələduzluq etmiş, bundan sonra eyni məqsədlə qeyrisi ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək 16 iyul 2014-cü il tarixdə həmin mənzili yenidən İddiaçı16 88.000 manata satmasına razılaşaraq həmin puı vəsaitinin 50.000 manatını Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən 6 saylı notariat kontorunun qarşısında sonuncudan alaraq, mənzilin İddiaçı16 qeyd olunan tarixdə satılması barədə məzmununa tamah niyyətilə bilə-bilə yalan məlumatları daxil etdiyi saxta rəsmi sənədləri - 16 iyul 2014-cü il tarixli alqı-satqı müqaviləsini, maliyyə arayışı və MTk üzvlərinin iclas protokolundan çıxarışı tərtib edib imzası və MTK-nın möhürü ilə təsdiq edərək, sonuncuya məxsus 50.000 manat pulu-özgənin külli miqdarda əmlakını öz qulluq mövqeyindən istifadə etməklə, etibardan sui-istifadə etmə və aldatma uolu ilə ələ keçirib təkrarən dələduzluq etmiş, bundan sonra eyni niyyətlə, başqası ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək 27 iyul 2014-cü il tarixdə yenidən qeyd olunan mənzili 100.000 manata İddiaçı3 qanunsuz satıb, həmin pul vəsaitini sonuncudan Qasım Hüseynovun vasitəsilə ünvan 12 ünvanında alıb aralarında bölərək, mənzilin İddiaçı3 qeyd olunan taixdə satılması barədə məzmununa tamah niyyətilə bilə-bilə yalan məlumatları daxil etdiyi saxta rəsmi sənədləri - 21 iyul 2014-cü il tarixli alqı-satqı müqaviləsini, maliyyə arayışı və MTK üzvlərinin iclas protkolundan çıxarışı tətib edib imzası və MTK-nın möhürü ilə təsdiq edərək, 100.000 manat pulu-özgənin külli miqdarda əmlakını öz qulluq mövqeyindən istifadə etməklə, etibardan sui-istifadə etmə və qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək eyni məqsədlə, 31 iyul 2014-cü il tarixdə sonuncunu qeyd olunan mənzilin sahibi kimi təqdim etməklə onu yenidən 114.000 manata X30 qanunsuz satıb, həmin pul vəsaitini sonuncudan başqasının vasitəsilə Bakı şəhəri, Nərimanov rayonu ərazisində eyniadlı parkın yaxınlığında alıb aralarınd bölərək, mənzilin Sadiq Məmmədova qeyd olunan tarixdə satılması barədə məzmununa tamah niyyətilə bilə-bilə yalan məlumatları daxil etdiyi saxta rəsmi sənədləri - 31 iyul 2014-cü il tarixli alqı-satqı müqaviləsi, maliyyə arayışı və MTK üzvlərinin iclas protokolundan çıxarışı tərtib edib imzası və MTK-nın möhürü ilə təsdiq edərək, 114.000 manat pulu-özgənin külli miqdarda əmlakını öz qulluq mövqeyindən istifadə etməklə, aldatma və etibardan sui-istifadə etmə yolu ilə keçiib təkrarən dələduzluq etmiş, bundan sonra eyni niyyətlə, 02 avqust 2014-cü il tarixdə göstərilən mənzili yenidən 100 000 manata X3 qanunsuz satıb, həmin pul vəsaitini Bakı şəhəri, Nərimanov rayonu ərazisindəki eyni adlı parkda sonuncudan alaraq, mənzilin İddiaçı11 qeyd olunan tarixdə satılması barədə məzmununa tamah niyyətilə bilə-bilə yalan məlumatları daxil etdiyi saxta rəsmi sənədləri - 02 avqust 2014-cü il tarixli alqı-satqı müqaviləsi, maliyyə arayışı və MTK üzvlərinin iclas protokolundan çıxarışı tərtib edib imzası və MTK-nın möhürü ilə təsdiq edərək, 100.000 manat pulu-özgənin külli miqdarda əmlakını öz qulluq mövqeyindən istifadə etməklə, aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib təkrarən dələduzluq etmiş, vəzifə saxtakarlığı törətmişdir. ünvan 1 ünvanında yerləşən yaşayış binasında ümumi sahəsi 87.1 kv. m olan 2 otaqlı 77 nömrəli mənzili 15 sentyabr 2010-cu il tarixli müqavilə ilə X62 64.000 manata satmasına baxmayaraq, 16 iyul 2014-cü il tarixdə yenidən həmin mənzili X69 ilə 88.000 manata razılaşıb sonuncudan həmin pulun dəyərində bir ədəd 2010-cu il buraxılışlı Lexus və bir ədəd 2008-ci il buraxılışlı "Wolkswagen Tuareg” markalı avtomobilləri sataraq, qeyd olunan mənzilin Əli Çobanovun qohumu X50 adına - məzmununa tamah niyyətilə bilə-bilə yalan məlumatları daxil etdiyi saxta sənədlər əsasında, yəni 16 iyul 2014-cü il tarixli alqı-satqı müqaviləsi, maliyyə arayışı və MTK üzvlərinin iclas protokolundan çıxarışı tərtib edib imzası və MTK-nın möhürü ilə təsdiq etməklə rəsmiləşdirərək, ona məxsus 88.000 manat pulu özgənin külli miqdarda əmlakını öz qulluq mövqeyindən istifadə etməklə, aldatma və etibardan suiistifadə etmə yolu ilə ələ keçirib dələduzluq etmiş, qeyd olunan cinayət əməllərini davam etdirərək həmin mənzili yenidən 07 avqust 2014-cü il tarixli müqavilə ilə 100.000 manata İddiaçı12 qanunsuz satıb, həmin pul vəsaitini Bakı Metropoliteninin Xətai stansiyası yaxınlığında alaraq, mənzilin İddiaçı12 qeyd olunan tarixdə satılması barədə məzmununa tamah niyyətilə bilə-bilə yalan məlumatları daxil etdiyi saxta rəsmi sənədləri 07 avqust 2014-cü il tarixli alqı-satqı müqaviləsini, maliyyə arayışı və MTK üzvlərinin iclas protokolundan çıxarışı tərtib edib imzası və MTK-nın möhürü ilə təsdiq edərək, sonuncuya məxsus 100.000 manat pulu - özgənin külli miqdarda əmlakını öz qulluq mövqeyindən istifadə etməklə, aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib təkrarən dələduzluq etmiş, vəzifə saxtakarlığı törətmişdir. Həmin hökmlə Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.2, və 313-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə 10 il müddətə azadlıqdan məhrumetmə cəzasına, Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə 2 il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhküm edilmiş, Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddəsinə əsasən təyin edilən əsas cəzaları qismən toplamaq və əlavə cəzanı əsas cəzaya birləşdirmək yolu ilə Cavabdeh1 2 il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 11 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunmuş, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə cəza təyin edilməməsi, habelə İddiaçı3 Cavabdeh1 və Cavabdeh3 MTK-ya qarşı mülki iddiasının qismən təmin edilməsi, Cavabdeh1 100.000 manat pulun alınaraq İddiaçı3 verilməsi, X8 Cavabdeh1 qarşı mülki iddiasının qismən təmin edilməsi, Cavabdeh1 137.000 manat pulun alınaraq X16 verilməsi, İddiaçı8 Cavabdeh1 qarşı mülki iddiasının qismən təmin edilməsi, Cavabdeh1 73.000 manat pulun alınaraq İddiaçı8 verilməsi, İddiaçı6 Cavabdeh1 qarşı mülki iddiasının qismən təmin edilməsi, Cavabdeh1 114.000 manat pulun alınaraq İddiaçı6 verilməsi, X31 Cavabdeh1 qarşı mülki iddiasının qismən təmin edilməsi, Cavabdeh1 75 000 manat pulun alınaraq X35 verilməsi, İddiaçı9 Taftıx qızının Cavabdeh1 və Cavabdeh3 MTK-ya qarşı mülki iddiasının qismən təmin edilməsi, Cavabdeh1 337.760 manat pulun alınaraq İddiaçı9 Taftıx qızına verilməsi, İddiaçı16 Cavabdeh1 qarşı mülki iddiasının təmin edilmədən rədd edilməsi, İddiaçı7 Cavabdeh1 qarşı mülki iddiasının qismən təmin edilməsi, Cavabdeh1 69 000 manat pulun alınaraq İddiaçı7 verilməsi, İddiaçı5 Cavabdeh1 qarşı mülki iddiasının qismən təmin edilməsi, Cavabdeh1 100.000 manat pulun alınaraq İddiaçı5 verilməsi, İddiaçı11 Cavabdeh1, X63, X32, X51, X21, X33 və Əjdər adlı komendanta qarşı 100 000 manat pulun tutularaq ona verilməsi barədə mülki iddianın qismən təmin edilməsi, Cavabdeh1 100.000 manat pulun alınaraq İddiaçı11 verilməsi, zərərin hesabına Cavabdeh1 190.000 manat alınaraq zərərçəkmiş şəxs İddiaçı2, 86.000 manat alınaraq zərərçəkmiş şəxs İddiaçı14, 58.800 manat alınaraq zərərçəkmiş şəxs İddiaçı10, 81.000 manat alınaraq zərərçəkmiş şəxs X24 və 100.000 manat alınaraq zərərçəkmiş şəxs İddiaçı12 verilməsi, Binəqədi Rayon məhkəməsinin 19 fevral 2015-ci il tarixli qərarı ilə Cavabdeh1 adına Abşeron Rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0,1365 ha torpaq sahəsi üzərinə qoyulmuş həbsin götürülməsi, Binəqədi Rayon məhkəməsinin 17 fevral 2015-ci il tarixli qətnaməsinə əsasən, İddiaçı7 cavabdeh X70 qarşı 100.000 manat pul vəsatinin tutulmasına dair iddiası üzrə tələbin həmin torpaq sahəsinə yönəldilməsinin nəzərə alınması, Binəqədi Rayon Məhkəməsinin 17 fevral 2015-ci il tarixli qərarı ilə Cavabdeh2 adına rəsmiləşdirilmiş ünvan 1 ünvanında inşa edilmiş 16 mərtəbəli binanın 1 və 2-ci mərtəbələrində yerləşən ümumi sahəsi 890.kv. m olan qeyri-yaşayış sahəsinin üzərinə qoyulmuş həbs və Binəqədi Rayon Məhkəməsinin 19 fevral 2015-cil il tarixli qərarı ilə X43 adına olan Bakı şəhəri, Tulyançev küçəsində yerləşən 13 saylı evin 16-17, 19 saylı mənzillərin üzərinə qoyulmuş həbsin götürülməsi hökm edilmişdir. İş materiallarından aydın olur ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 mart 2017-ci il tarixli qərarı ilə zərərçəkmiş şəxs və mülki İddiaçı16 apellyasiya şikayəti təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 sentyabr 2016-cı il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmiş, hökmdən İddiaçı16 Cavabdeh1 qarşı mülki iddiasının təmin edilmədən rədd edilməsinə dair müddəa çıxarılmış, zərərçəkmiş şəxs və mülki İddiaçı16 Cavabdeh1 qarşı mülki iddiası apellyasiya şikayətində dəqiqləşdirilmiş məbləğ çərçivəsində təmin edilərək Cavabdeh1 40 500 manat məbləğində pulun alınaraq İddiaçı16 verilməsi qərara alınmışdır. İş materiallarından həmçinin aydın olur ki, Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 iyun 2019-cu il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 sentyabr 2016-cı il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş apelyasiya protesti və zərərçəkmiş şəxslər tərəfindən verilmiş apelyasiya şikayətləri təmin edilmiş, Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.2 və 313-cü maddələri ilə, X38 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə məhkum edilmələrinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 sentyabr 2016-cı il tarixli hökmünün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 fevral 2015-ci il tarixli qərarı ilə Cavabdeh2 adına rəsmiləşdirilmiş ünvan 3 ünvanda inşa edilmiş 16 mərtəbəli binanın 1 və 2 mərtəbələrində yerləşən ümumi sahəsi 890 kv.m olan qeyri-yaşayış sahəsinin üzərinə qoyulmuş həbsin və Bakı şəhəri, Binəqədi rayonu, 19 fevral 2015-ci il tarixli qərarı ilə X43 adına olan Bakı şəhəri, Tulyancev küçəsində, yerləşən, 13 nömrəli evin 16-17, 19 nömrəli mənzillərin üzərinə qoyulmuş həbsin götürülməsi hissəsində ləğv edilməsi, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 fevral 2015-ci il tarixli qərarı ilə Cavabdeh2 adına rəsmiləşdirilmiş ünvan 3 ünvanda inşa edilmiş 16 mərtəbəli binanın 1 və 2-ci mərtəbələrində yerləşən ümumi sahəsi 890 kv.m olan qeyri-yaşayış sahəsinin üzərinə qoyulmuş həbsin və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 fevral 2015-ci il tarixli qərarı ilə X43 adına olan Bakı şəhəri, Tulyançev küçəsində yerləşən 13 nömrəli evin 16- 17, 19 nömrəli mənzillərin üzərinə qoyulmuş həbsin bərpa edilməsi və zərərçəkmişlərə (mülki iddiaçılara) vurulmuş maddi ziyanın ödənilməsinin həmin mənzillərə yönəldilməsi qərara alınmış, hökm apelyasiya protestinə və apelyasiya şikayətlərinə münasibətdə qalan hissələrdə dəyişdirilmədən saxlanmışdır. İş materiallarından aydın olur ki, Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 iyun 2019-cu il tarixli qərarından məhkum Cavabdeh1 müdafiəçisi X52 və Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətləri təmin olunmamışdır. İddiaçılar, məhz qeyd olunan məhkəmə aktları əsasında onlara vurulduğu müəyyən olunan ziyan məbləğlərinin ödənilməsinin gecikdirilməsinə görə illik 5%-lə hesabladıqları ziyanın, əldən çıxmış fayda qismində vəsaitin, habelə məruz qaldıqları mənəvi zərərin Cavabdeh1 tutulmasını, tutulacaq məbləğin Cavabdeh2 adına rəsmiləşdirilmiş ünvan 3 ünvanda inşa edilmiş 16 mərtəbəli binanın 1 və 2-ci mərtəbələrində yerləşən ümumi sahəsi 890 kv.m olan qeyri-yaşayış sahəsinin satılması hesabına ödənilməsini istəməkdədirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan yaranır. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Kollegiya, iddiaçılara vurulduğu müəyyən olunan ziyan məbləğlərinə illik 5%-lə hesablanan faizin məhz 13.06.2019-cu il tarixinədək hesablanmalı olması və iddiaçıların əldən çıxmış fayda qismində pul vəsaitinin Cavabdeh1 tutulmalı olması tələbləri ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə aşağıda göstərilənlərə əsasən razılaşır: “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, “...MM-in 449.1-ci maddəsinə əsasən faydalanmağa görə faizlərin tutulması pul öhdəliyinin icra edilməməsi üçün tətbiq olunan sanksiya olmaqla mülki-hüquqi məsuliyyət tədbiridir. Məsuliyyət isə tərəflərin münasibətləri çərçivəsində bir tərəfin öz öhdəliklərinə əməl etməməsi və müəyyən olunmuş razılaşmanı pozması, yəni təqsirli hərəkətə (hərəkətsizliyə) yol verməsi nəticəsində əmələ gələ bilər. Şərh olunan maddənin mənasına görə, bu maliyyə sanksiyası pul öhdəliyi üzrə yalnız borc məbləğinə hesablanır və bu halda, həmin məbləğin üstünə gəlmiş faiz məbləği nəzərə alınmır. ...Öhdəliyin lazımınca icrasının, ilk növbədə, onun şərtlərinə və qanunvericiliyin tələblərinə riayət olunmasından asılı olduğunu nəzərə alaraq, “Məhkəmə qərarlarının icrası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə məhkəmə qərarının icrası ilə bağlı üzərinə düşən vəzifələrin icrasından qərəzli olaraq boyun qaçırmamaqla, onları könüllü yerinə yetirərək girov əmlakı təhvil vermiş şəxs borc və faizlərin girov əmlaka yönəldiyi andan kredit müqaviləsi üzrə öhdəliyini icra etmiş hesab olunur və buna görə, tərəflər arasındakı müqavilə münasibətlərinə xitam verildiyi üçün o, MM-in 449.1-ci maddəsi üzrə məsuliyyətə cəlb edilə bilməz. Məhz bu mövqedən çıxış edərək, qanunverici MM-in 448.2-ci maddəsində borclunun öz öhdəlikləri üzrə məsuliyyət daşımasını təqsirlə (hərəkət və ya hərəkətsizlik) əlaqələndirməklə, 448.4-cü maddəsində borclunun öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımamasını müəyyən etmişdir ki, o, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Məhkəmə qərarlarının icrası haqqında qanunvericiliyi könüllü yerinə yetirərək, öhdəliyin icra olunması məqsədilə borclu tərəfindən girov əmlakın təhvil verməsi isə birmənalı olaraq sübut edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə borc və faizlərin girov əmlaka yönəldilməsindən sonrakı istənilən pozuntu ondan asılı olmayan haldan irəli gəlir”. İddiaçıların bilavasitə özlərinin bildirdikləri ilə müəyyən olunur ki, Bakı Apelyasiya Məhkəməsinin 13 iyun 2019-cu il tarixli qərarı ilə ünvan 3 ünvanda inşa edilmiş 16 mərtəbəli binanın 1 və 2-ci mərtəbələrində yerləşən ümumi sahəsi 890 kv.m olan qeyriyaşayış sahəsinin və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 fevral 2015-ci il tarixli qərarı ilə X43 adına olan Bakı şəhəri, Tulyançev küçəsində yerləşən 13 nömrəli evin 16- 17, 19 nömrəli mənzillərin üzərinə qoyulmuş həbs bərpa edilmiş, iddiaçılara vurulmuş maddi ziyanın ödənilməsi həmin əmlaklara yönəldilmiş, 26.07.2019-cu il tarixdə verilmiş icra vərəqəsi əsasında Bakı şəhəri Nərimanov rayon icra və probasiya şöbəsi 26 avqust 2019-cu il tarixdə icrata başlamaq haqqında qərar qəbul etmiş, ünvan 3 ünvanda inşa edilmiş 16 mərtəbəli binanın 1 və 2-ci mərtəbələrində yerləşən ümumi sahəsi 890 kv.m olan qeyri-yaşayış sahəsi 2 605 000 manat qiymətlə hərraca çıxarılsa da, iştirakçı olmadığından hərrac baş tutmamışdır. Göründüyü kimi Cavabdeh1 hökmün icrası qaydasında əmlakın açıq hərracdan satışına və onun tələbkarlara verilməsinə hər hansı maneə törətməmiş, beləliklə də hökmün zərərlə bağlı hissəsinin icra edilməməsi ondan asılı olmayan səbəblərdən baş vermişdir. Kollegiya, “tutulacaq pul məbləğlərinin ödənilməsinin Cavabdeh2 adına rəsmiləşdirilmiş Cavabdeh3 MTK-ya məxsus olan ünvan 3 ünvanında inşa edilmiş 16 mərtəbəli binanın 1 və 2-ci mərtəbələrində yerləşən ümumi sahəsi 890 kv.m olan qeyriyaşayış sahəsinə yönəldilməsi” tələbi üzrə gəldiyi nəticə ilə də razılaşır; belə ki, həmin əmlak Cavabdeh1 öhdəliklərinin təmin edilməsi üsulu kimi (ipoteka) rəsmiləşdirilməmişdir. İddiaçıların mənəvi zərər tələbləri ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə bağlı isə kollegiya qeyd edir ki, mənəvi ziyan məbləği insanın mənəvi dünyasında baş vermiş sarsıntıların, habelə məruz qaldığı mənəvi iztirabların təsəlliverici kompensasiyası olması etibarilə heç bir halda şəxsin maddi qazanc əldə etməsinə yönələ bilməz və bu mənada iddiaçıların tələb etdiyi mənəvi ziyan məbləğləri ağlabatan deyildir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarında da, mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər, məhkəmələrin zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borclu olduqları tövsiyyə edilmiş, bununla həm də zərər məbləğinin müəyyənləşdirilməsinin meyarları təsbit edilmişdir. Kollegiyanın qənaətiinə görə, birinci instansiya məhkəməsi iddiaçıların müvafiq tələbini təmin etmədiyi hissədə haqlı olmuş, əsaslı nəticəyə gəlmişdir. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2966/2021 saylı iş üzrə 31 may 2021-ci il tarixli qətnaməsi iddiaçıların mübahisələndirdikləri hissədə, yəni iddia tələblərinin təmin olunmaması ilə bağlı hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti üzrə ödənilmiş dövlət rüsumu iddiaçıların özlərinə aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar