Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8928/2020 02.12.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Arifli Şamxal Mehdi oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, iddiaçı “xxxx” ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbinə dair Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(008)-2045/20 saylı qərardadından Cavabdeh2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: İddiaçı “xxxx” ASC iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 subroqasiya qaydasında iddiaçı “xxxx” ASC-nin xeyrinə dəymiş ziyana görə 1083.51 manat sığorta ödənişinin, ödənilmiş 30.40 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda iddiaçı “xxxx” ASC tərəfindən iddianı təmin tədbiri haqqında ərizə təqdim edilərək, Cavabdeh2 məxsus **-RJ-*** dövlət qeydiyyat nişanlı, “Opel Astra” markalı avtomobilin üzərinə həbs qoyulması və həmin avtomobilin Azərbaycan Respublikası DİN xüsusi mühafizə olunan dayanacağa yerləşdirilməsi barədə qərardad çıxarılması xahiş edilmişdir. Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2020-c il tarixli qərardadı ilə (hakim S.Talıbov, iş N e-2(008)-2045/2020) Cavabdeh2 məxsus ** RJ *** dövlət qeydiyyat nişanlı, “Opel Astra” markalı avtomobilin üzərinə həbs qoyulmuşdur. Cavabdeh2 sözügedən qərardaddan şikayət verərək qərardadın ləğv olunmasını xahiş etmişdir. Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə (hakim Ə.Səmədov) şikayət prosessual müddətin keçməsi əsası ilə geri qaytarılmışdır. Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddiaçı “xxxx” ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbi təmin edilmişdir. Cavabdeh2 sonuncu qərardaddan və qətnamədən apellyasiya şikayəti vermişdir. Cavabdeh2 Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadından verdiyi şikayəti onunla əsaslandırmışdır ki, xx.xx.2020-ci il tarixli qərardaddan məlumatı olmamış, yalnız qərardad icraya yönələndən sonra ondan xəbər tutmuşdur. xx xxxx 2020ci il tarixdə mülki iş materialları ilə tanış olmuş, xx xxxxxx 2020-ci il tarixli qərardadın surətini də həmin vaxt götürmüşdür, eyni gündə də qərardaddan şikayət vermişdir. Qərardaddan məlumatlı olmadığı və surətini aldğı gün şikayət verdiyi üçün müddətin bərpası barədə vəsatət verməyə ehtiyac olmamışdır. Qərardad ona elan edilməmiş və rəsmi təqdim edilməmişdir. xx xxxx 2020-ci il tarixli və xx xxxxxx 2020-ci il tarixli qərardadların ləğv edilməsini, avtomobilin üzərindən həbsin götürülməsini xahiş etmişdir. Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün mülki işə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi şikayəti qəbul etməyərək onun rədd olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında məhkəmə bildirişi göndərilsə də, cavabdehlər üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin iş üzrə xx xxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası aşağıdakılara görə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. İş materiallarından və əlavə olunmuş sənədlərdən görünür ki, xx xxxxxx 2020-ci il tarixli qərardadın surəti borclu Cavabdeh2 xx.xx.2020-ci il tarixdə göndərilmişdir, qərardaddan şikayət isə bundan 5 ay sonra xx.xx.2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Bununla da, qərardaddan şikayət verilməsi üçün qanunvericiliklə müəyyən edilmiş müddət buraxılmış, həmin müddətin bərpa olunması barədə vəsatət verlməmişdir. Azərbaycan Respublikası MPM-nin 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: Cavabdeh2 şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin iş üzrə xx xxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Akif İsgəndərov Hakimlər İlham Kərimli Elşən Kazımov
Məhkəmə qərarları › İş №2(103)-8928/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8928/2020
02.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver