Məhkəmə qərarları › İş №2(103)-893/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-893/2022

31.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-893/2022 31.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X2 (sədrliyi və məruzəsilə), İmanov Azad Nizam oğlu, Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi vəkil X5 və cavabdehlərin nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Həsən oğluna qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-307/2020 saylı işi üzrə 25.09.2020-ci il tarixli qətnaməsindən İddiaçı və cavabdehlərin nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Həsən oğluna qarşı iddia ərizəsi (iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə) ilə məhkəməyə müraciət edərək, Cavabdeh5, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Həsən oğlundan müştərək qaydada 120000 manat əlavə aldıqları vəsaitin, o məbləğə hesablanmış əldən çıxmış fayda olan 75000 manat məbləğində vəsaitin, 36641,5 manat məbləğində sahə fərqinə görə vurulmuş maddi zərərin, həmçinin, o məbləğə hesablanmış əldən çıxmış fayda olan 23084 manat məbləğində vəsaitin, cavabdehlərin hərəkətləri nəticəsində ona dəymiş mənəvi zərərin əvəzi olaraq 100000 manat məbləğində vəsaitin və 30 manat ödənilmiş dövlət rüsumunun, cəmi 354755,5 manat məbləğində vəsaitin tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiyanın icraatı zamanı sübut qismində nəzərdən keçirilən sənədlərlə müəyyən edilmişdir ki: 18 noyabr 2013-cü il tarixdə İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış müqaviləyə əsasən, Cavabdeh2 ünvan 2anında tikdiyi yaşayış binasında yerləşən 9 saylı 224,89 m2 sahəsi olan 4 otaqlı mənzili İddiaçı təhvil verməyi öhdəsinə götürür; Fiziki şəxs Cavabdeh2 tərəfindən 04 dekabr 2013-cü il tarixdə tərtib edilmiş Maliyyə Arayışının surətindən görünür ki, ünvan 2anında inşa edilən yaşayış binasında yerləşən 9 saylı 224,89 m2 sahəsi olan 4 otaqlı mənzilin pay dəyəri İddiaçı tərəfindən tam ödənilmiş və onun mənzilə borcu yoxdur; Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X9 Xidməti 3-cü X9 İdarəsi tərəfindən İddiaçı 26 fevral 2019-cu il tarixdə ünvanlanmış Məktubun surətindən görünür ki, Cavabdeh5 və X4 adına verilmiş Bakı şəhər İcra Hakimiyyətinin 06 noyabr 2012-ci il tarixli 415 nömrəli sərəncamına əsasən Nərimanov rayonu, S.Rəhman küçəsi 41 ünvanında onlara məxsus evin sökülüb yerində 4 mərtəbəli fərdi yaşayış evinin tikilməsi üçün layihə sənədləri təqdim edilmişdir. 19 iyul 2013-cü il tarixdə həmin layihə dəyişdirilərək 6 mərtəbə + mansard mərtəbəli fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. 01 aprel 2014-cü il tarixdə Bakı şəhər İcra Hakimiyyətinin 124 nömrəli sərəncamıyla həmin ünvanda çoxmərtəbəli qeyri-yaşayış binasının tikilməsi üçün 0,17 ha torpaq sahəsi ayrılmışdır; Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən 22 yanvar 2019-cu il tarixdə İddiaçı ünvanlanmış 02-TH/85 nömrəli Məktubu ilə, ünvan 2anda yerləşən bina Bakı Şəhər İcra Hakimiyyətinin 01 aprel 2014-cü il tarixli 124 nömrəli sərəncamında qeyd olunan təyinata əsasən çoxmərtəbəli qeyriyaşayış binası kimi inşa olunmuşdur; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 22 avqust 2019cu il tarixdə verilmiş ********** qeydiyyat nömrəli Çıxarışna əsasən, Bakı şəhəri, Nərimanov rayonu, S.Rəhman küçəsi, 41 saylı evin 9 saylı mənzili İddiaçı adına mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. Mənzilin sahəsi 206.5 kv.m-dir; Cavabdeh2 tərəfindən imzalanmış və möhürlənmiş X8 ilə İddiaçı tərəfindən ünvan 2anında tikdiyi yaşayış binasında yerləşən 9 saylı mənzil üçün 299000 manat məbləğində pul vəsaiti ödənilmişdir; Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının 06 noyabr 2011-ci il tarixli 415 nömrəli Sərəncamının surətinə əsasən, vətəndaş Cavabdeh5 və Cavabdeh1 məxsus mülkün sökülüb yenidən tikilməsi haqqında qaldırdıqları məsələyə Bakı Şəhər İcra Hakimiyyətində baxılmış və Memarlıq və Şəhərsalma Baş İdarəsinin 31 oktyabr 2012- ci il tarixli 18/03- 8/2755 qeydiyyat nömrəsi ilə razılaşdırılmış və inşa ediləcək yeni evin eskiz layihəsi müvafiq qaydada təsdiq edilmişdir. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 01 aprel 2014cü il tarixli 124 nömrəli Sərəncamının surətinə əsasən, Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin 06 noyabr 2013-cü il tarixli 44/2262 nömrəli razılıq məktubu, vətəndaşlar Cavabdeh5 və X4 müraciətlərini nəzərə alaraq ünvan 4 ünvanda özlərinə məxsus yaşayış evlərinin yerləşdiyi torpaq sahəsində Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının 06 noyabr 2012-ci il tarixli 415 saylı sərəncamı əsasında tikintisi gedən yaşayış evinin təyinatının dəyişdirilərək çoxmərtəbəli qeyri-yaşayış binasının tikintisinin layihələndirilməsi üçün həmin vətəndaşlara icazə verilmişdir; Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 X1 Ekspertiza Baş İdarəsi tərəfindən 30 iyul 2013cü il tarixdə verilmiş 16276 nömrəli Rəyinə əsasən, Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsi 41 ünvanında 6 mərtəbəli fərdi yaşayış evinin işçi layihəsi rəyin tələblərinin yerinə yetirilməsi və bütün işlərin Azərbaycan Respublikasının qanunvericiliyində müəyyənləşdirilmiş qaydada həyata keçirilməsi şərti ilə razılaşdırılır; Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 X1 Ekspertiza Baş İdarəsi tərəfindən 26 avqust 2014-cü il tarixdə verilmiş 18473 nömrəli Rəyin surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsi 41 ünvanında 6 mərtəbəli fərdi yaşayış evinin işçi layihəsi rəyin tələblərinin yerinə yetirilməsi və bütün işlərin Azərbaycan Respublikasının qanunvericiliyində müəyyənləşdirilmiş qaydada həyata keçirilməsi şərti ilə razılaşdırılır; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 03 mart 2020-ci il tarixli 32286 nömrəli rəyindən görünür ki, ünvan 6 ünvanında yerləşən mənzilin faktiki sahəsinin 197,7 m2, mənzilin çıxarışda göstərilən sahəsi ilə texniki pasportda göstərilən sahəsi arasında fərqin olması və həmin mənzilin faktiki ümumi sahəsi (197,7 m2), mənzilin alınmasına dair bağlanmış Müqavilədə göstərilən sahə (224,89 m2) və çıxarışda göstərilən sahənin (206,5 m2) uyğun gəlmədiyi müəyyən edilmişdir.Ekspertiza xərci 100 manat məyyən edilmşdir ( iş.səh.13, 14, 16, 18, 19, 15, 59, 60, 63, 68, 101) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-307/21 saylı işi üzrə 25.09.2020ci il tarixli qətnaməsi ilə, iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh2 müştərək qaydada 24449,50 məbləğində pul vəsaiti və 10 manat məbləğində dövlət rüsumu İddiaçı xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 100 manat məbləğində pulun cavabdehlər Cavabdeh5, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3, 217.4; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 226.1, 226.2, 1096, 1097.1, 1111.2, 1115-ci maddələrinə istinadən qeyd edilmişdir ki, İddiaçı 18 noyabr 2013-cü il tarixdə fiziki şəxslər Cavabdeh5 və X6 ilə və eyni tarixdə fiziki şəxs Cavabdeh2 ilə də müqavilə bağlayaraq mübahisəli mənzilin ümumi məbləğini müəyyənləşdirərək 299000 manat pul ödəmiş və cavabdehlər Cavabdeh5 və X6 ilə və eyni tarixdə fiziki şəxs Cavabdeh2 həmin məbləğin ödənildiyini qəbul etmişlər. İddiaçı Cavabdeh5, X6, Cavabdeh2 müvafiq öhdəliyə dair razılığa gəldiyindən və digər cavabdehlərin öhdəliyilə bağlı iddiaçı tərəfindən sübut təqdim edilmədiyindən cavabdehlərin məsuliyyətinə bu həcmdə hüquqi qiymət verilməsini məhkəmə məqbul hesab edir. Cavabdehlər tərəfindən razılaşmanı pozub 8 mərtəbə əvəzinə 16 mərtəbə tikilməsilə iddiaçıya vurduqları ziyana görə 120000 manatın cavabdehlərdən tutulmasına dair hissədə məhkəmə qeyd edir ki, İddiaçı 18 noyabr 2013cü il tarixdə fiziki şəxslər Cavabdeh5 və X6 ilə ünvan 2anında 13 (+mansard) mərtəbəli, 1 səviyyə zirzəmili, 1-ci mərtəbəsi 2 səviyyəli yaşayış binasında yerləşən 9 saylı 224,89 m2 sahəsi olan 4 otaqlı mənzili İddiaçı təhvil verilməsinə dair müqavilə bağlamışlar. İddiaçı binanın mərtəbəsilə bağlı razılğa gələrək müqavilə bağladığından bu hissədə iddia əsaslı hesab edilə bilməz. İddia tələbinin sahə fərqinə görə pul məbləğinin geri qaytarılmasına münasibətdə, iddia bu hissədə qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Cavabdeh2 ilə İddiaçı arasında bağlanmış müqavilənin şərtinə görə mənzilin ümumi sahəsinə mənzilin daxili divarlarının və arakəsmələrin daxil olmasına dair tərəflər razılğa gəlmişlər. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 22 avqust 2019-cu il tarixdə verilmiş ********** qeydiyyat nömrəli Çıxarışda isə mübahisəli mənzilin sahəsinin 206.5 kv.m olduğu qeyd edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 03 mart 2020-ci il tarixli 32286 nömrəli rəyindən görünür ki, ünvan 6 ünvanında yerləşən mənzilin faktiki sahəsinin 197,7 m2 olduğu müəyyən edilmişdir. İddiaçı müqavilə bağlandıqdan sonra evi təmir etdiyini bildirmişdir. Məhkəmə iclasına dəvət olunmuş ekspert Elmar Səidov mənzildə təmirdən əvvəl 206.5 kv.m olmasının istisna edilmədiyini, lakin rəy verilməsi zamanı evin təmirdən sonra faktiki sahəsinin 197 kv.m olduğunu bildirmişdir. Bununla belə həmin sahənin 224,89 kv.m olmasının mümkünsüzlüyünü də qeyd etmişdir. Göstərilənlərə əsasən iddia tələbinin hüquqi əsası, yəni mülki qanunvericiliyin mülki hüquq pozuntusu nəticəsində dəymiş ziyanın ödənilməsinə dair müddəalarının dispozisiya şərtlərinin mövcudluğu sübuta yetirildiyindən sahə fərqinə görə vurulmuş maddi zərərin tutulması” hissəsində iddia müqavilə üzrə 224.89 kv.m olan sahəyə görə ödənilmiş pul məbləğindən dövlət reyestrindən çıxarışla müəyyən edilmiş 206.5 kv.m arasında olan fərqin məbləğinin iddiaçıya ödənilməsi ədalətli və əsaslı hesab edilməlidir. İddiaçı ilə cavabdeh arasında 4 otaqlı 224,89 m2 sahəsi olan mənzilin alınmasına dair bağlanmış müqavilədən və sənədlərdən göründüyü kimi İddiaçı tərəfindən mənzilin alınması üçün ümumilikdə 299000 manat məbləğində pul vəsaiti ödənilmişdir. Bu da öz növbəsində 1 m2 sahə üçün təxminən 1329,50 manat məbləğində pulun ödənilməsi deməkdir. Məhkəmə araşdırması zamanı təyin edilmiş ekspertizanın yekun rəyindən də görünür ki, cavabdehlər tərəfindən iddiaçıya müqavilədə göstərilən sahədən az sahə təhvil verilmişdir. Mənzilin faktiki sahəsi 197 kv.m olsa da nəzərə alınmalıdır ki, təmirdən sonra olan bu faktiki sahəni nəzərdə tutur. X10 məhkəmə iclasında dindirilməsi zamanı aydın olmuşdur ki, mənzildə təmirdən əvvəl 206.5 kv.m olması istisna edilmir. Bununla belə ekspert həmin sahənin 224,89 kv.m olmasının mümkünsüzlüyünü də qeyd etmişdir. O da qeyd olunmalıdır ki, müqavilənin şərtinə görə mənzilin ümumi sahəsinə mənzilin daxili divarlarının və arakəsmələrin daxil olmasına dair tərəflər razılğa gəlmişlər. Halbuki, müvafiq ekspert rəyində bu hal nəzərə alınmadan təmir olunmuş mənzilin faktiki ölçüləri qeyd edilmişdir. Bu hal ilə məhkəmə razılaşmır və məhkəmə iclasında ekspertin dindirilməsi zamanı müəyyən edilmiş əsaslara istinad edərək hesab edir ki, 224,89 kv.m sahədən 206.5 kv.m sahə fərqi çıxılmalı, nəticə etibarı ilə 18,39 kv.m sahə üçün hər kvadrat metrə artıq ödənilmiş 1329,50 manat məbləğ iddiaçıya geri qaytarılmalıdır.Bu da öz növbəsində cavabdehlər tərəfindən İddiaçı 24449,50 manat məbləğində ziyanın vurulması faktının təsdiqi sayılmalıdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3655/2021 saylı işi üzrə 21.04.2021-ci il tarixli qətnaməsi ilə cavabdehlərin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin təmin olunması, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 sentyabr 2020-ci il tarixli, 2(005)-307/2020 saylı qətnaməsi mübahisələndirilən - iddianın təmin olunmuş hissəsində ləğv, iddia tələbinin həmin hissədə təmin edilməməsi, İddiaçı apellyasiya şikayətinin təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-5074/2021 saylı işi üzrə 18.10.2021-ci il tarixli qərarı ilə İddiaçı kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3655/2021 nömrəli, 21 aprel 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, işin yeni apelyasiya baxışına qaytarılması qərara alınmışdır.Qərarda qeyd edilmişdir ki, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi qətnamə çıxararkən prosessual hüquq normalarını pozmuşdur.Belə ki, işdən görünür ki, apellyasiya məhkəməsi 06 aprel 2021-ci il tarixli məhkəmə iclasında, növbəti iclasın 27 aprel 2021-ci il tarixə təyin edilməsini qərara almışdır. Lakin məhkəmə bildirişinin kötüyündə məhkəmə iclasının 20 aprel 2021-ci il tarixə təxirə salınması qeyd edilib. Növbəti məhkəmə iclası 20 aprel 2021-ci ildə baş tutmuş, həmin iclasda qətnamənin elan edilməsi göstərilmiş, lakin qətnamədə qətnamənin tarixi kimi 21 aprel 2021-ci il yazılmışdır. (i.v.220, 225, 227, 229). Nəzərə alınsa ki, qanunvericiliyin tələbinə görə məhkəmə iclasında, habelə məhkəmə iclasından kənar hər bir ayrıca prosessual hərəkət barədə protokol tərtib edilir, qətnamənin elan edildiyi tarixdə (20.04.2021) qətnamə qəbul edilməmiş, qətnamənin tarixi qeyd edilən gün də (21.04.2021) isə protokol tərtib edilməmişdir. Halbuki 01.10.2021-ci ilədək olan redaksiyada qanunvericiliyin tələbinə görə məhkəmə iclasının və ya məhkəmədən kənar ayrıca prosessual hərəkətin protokolu işə baxmanın bütün mühüm anlarını əks etdirməlidir. Məhkəmə iclasının protokolunda məhkəmə iclasının ili, ayı, günü və yeri; məhkəmə iclasının başlanma və qurtarma vaxtı; qətnamənin və qərardadların elan edilməsi və məzmununun izah edilməsi, şikayət vermə qaydasının və müddətlərinin izah edilməsi haqqında məlumatla əks olunmalıdır. Bu baxımdan, apellyasiya məhkəməsi Mülki Prosessual Məcəllənin 270, 271.1, 271.2.1, 271.2.2 və 271.2.14-cü maddələrinin tələblərini pozmuşdur. Bundan əlavə, apellyasiya məhkəməsi iddianın təmin edilən hissəsində qətnaməni ləğv edib, iddianı həmin hissədə də rədd edərkən işin hallarını işdəki sübutları qanunvericiliyin müəyyən etdiyi qaydada qiymətləndirməmişdir. Mənzil sahəsinin müqavilədə göstərilən ölçüləri ilə iddiaçının adına verilmiş çıxarışdakı və ekspert rəyindəki ölçülər arasında fərqin yaranma səbəbləri tam aydınlaşdırılmayıb. Belə ki, ekspert rəyində və Çıxarışda mənzil sahəsi hesablanarkən Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Kollegiyasının 04 dekabr 2012-ci il tarixli, 07 saylı qərarı ilə təsdiq edilmiş "Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması qaydaları”na uyğun olaraq balkon və eyvanın sahəsinə əmsallar nəzərə alınmışdır. Lakin işdən həmin əmsallar həm nəzərə alınmaqla və həm də nəzərə alınmamaqla iddiaçının faktiki istifadəsində nə qədər mənzil sahəsi olması və bundan da çıxış edərək, mənzilin sahə fərqinə görə iddiaçının həmin hissədə iddiasının hansı formada həll edilməli olmasına aydınlıq gətirilməyib.Bütün qeyd edilənlərdən görünür ki, apellyasiya məhkəməsinin apellyasiya şikayəti üzrə gəldiyi nəticə prosessual hüquq normalarının pozulması ilə müşayiət olunub və bu pozuntular düzgün qətnamə qəbul edilməməsinə gətirib çıxarıb. Bu da qətnamənin ləğvi üçün əsasdır. İşə yenidən baxan məhkəmə hazırki qətnamənin ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları aradan qaldırmalı, apellyasiya şikayətinə şikayət həddində və şikayətin dəlillərinə qiymət verməklə baxmalı, tərəflərin hüquq münasibətinə və işin müəyyən edilmiş hallarına uyğun maddi hüquq normalarını düzgün tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməlidir. Bakı Apellyasiya Məhkəməsinin 10.01.2022-ci il tarixli qərardadı ilə, əlavə məhkəmətikinti texniki ekspertizası təyin edilmişdir. 25.04.2022-ci il tarixli ekspert rəyinə əsasən, ünvan 7 ünvanında yerləşən (Yeni qaydalarla; ünvan 8, m4) mənzilin faktiki ümumi sahəsi 198.0 m2-dir. Mənzilə dair verilən çıxarışda 206.5m2 daşınmaz əmlakın ümumi sahəsi kimi qeyd edilən zaman daxili və iç arakəsmə divarlarının ölçüləri nəzərə alınması, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Kollegiyasının 04 dekabr 2012-ci il tarixli, 07 saylı qərarı ilə təsdiq edilmiş "Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması qaydalarına və Şəhərsalma Məcəlləsinin 59-cu maddəsinin tələblərinə uyğun olmadığı müəyyən edilmişdir. Mənzilin faktiki ümumi sahəsi İddiaçı ilə Cavabdeh5 və X6 arasında bağlanmış 18 noyabr 2013-cü il tarixli 9 nömrəli müqavilədə və İddiaçı həmin əmlaka dair Azərbaycan Respublikası Əmlak Məsələləri Daşınmaz əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışda göstərilmiş əmlakın ümumi sahəsi ilə uyğunsuzluğun səbəbləri, habele İddiaçının adına verilmiş çıxarışındakı və ekspert rəyindəki ölçülər arasında fərqin yaranma səbəbləri, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Kollegiyasının 04 dekabr 2012-ci il tarixli, 07 saylı qərarı ilə təsdiq edilmiş "Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması qaydalarına və Şəhərsalma Məcəlləsinin 59-cu maddəsinin tələblərinə uyğun hesablanmaması (arakəsmə divarlarının altında yerləşən sahənin mənzilin ümumi sahəsinə hesablanması) və mövcud ölçülərin texniki pasportla üst-üstə düşmədiyi müəyyən edilmişdir. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Kollegiyasının 04 dekabr 2012-ci il tarixli, 07 saylı qərarı ilə təsdiq edilmiş "Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması qaydalarına və Şəhərsalma Məcəlləsinin 59-cu maddəsinin tələblərinə uyğun olaraq (balkon və eyvanın sahıəsinə əmsallar nəzərə alınmaqla) iddiaçının faktiki istifadəsində mənzil ümumi sahəsi 198.0 m2 təşkil edir. Ekspertiza xərci 100 manat müəyyən edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi vəkil X5 apellyasiya şikayətini əskik verilmiş sahə hissəsində müdafiə edərək, həmin hissədə iddianın təmin edilməli olduğunu, ekspert rəyinə əsasən də mənzilin faktiki sahəsinin müqavilədə qeyd edilən sahəyə uyğun olmadığının müəyyən edildiyini, cavabdehlərin iddiaçının etibarından sui-istifadə etdiklərini, cavabdehlərin iddiaçıdan artıq məbləğ alaraq əsassız olaraq varlandıqlarını, iddiaçıya hüquqlarının pozulmasını mənzilə dair çıxarış alarkən müəyyən edildiyini, daha sonra ekspert rəyləri ilə mənzilin faktiki sahəsinin və iddiaçıya vurulmuş ziyanın hansı məbləğdə olmasının aşkar olunduğunu, ekspert rəyinin Mənzil Məcəlləsinə və Şəhərsalma və Tikinti Məcəlləsinə istinad etdiyini, lakin rəydə qeyd edilən arakəsmə və divarlara aid hissələrin nəzərə alınmamalı olduğunu, eyni zamanda mənzil alınan dövrdən hesablanmaqla əldən çıxmış faydaya dair iddia tələbinin təmin edilməli olunduğunu bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, qarşı tərəflə razılığın olmadığını bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlərin nümayəndəsi Vəkil apellyasiya şikayətini müdfiə edərək, ekspert rəyində mənzilin ümumi sahəsinin 198 kv.m, arakəsmə divarların sahəsinin isə 36 kv.m olmasının qeyd edildiyini, iddiaçı ilə bağlanılmış müqavilənin 2.3-cü bəndində mənzilin 4 otaqdan ibarət olmasının və 224.89 kv.m olmasının qeyd edildiyini, mənzil alınan zaman binanın tamamlanmamasının qarşı tərəfin etiraf etdiyini, bu səbəblə 2013-cü il tarixli müqavilənin mənzilin alğı-satqısı deyil, mənzil sifariş müqaviləsi olduğunu və iddiaçının müqavilənin şərtləri ilə razılaşaraq müqaviləni imzaladığını, buna baxmaraq, yenə də barışığa hazır olduqlarını bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin aşağıda qeyd edilən maddələri nəzərdə keçirilməlidir: 3.1. Məhkəmə icraatı işə baxılan, ayrı-ayrı prosessual hərəkətlər həyata keçirilən və yaxud məhkəmə aktı icra edilən zaman qüvvədə olan mülki prosessual qanuna əsasən aparılır.9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. (Əvvəlki redaksiyada deyilirdi: 78.1.Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir.). 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5. Bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıda qeyd edilən maddələri nəzərdə keçirilməlidir: Mülki Məcəllənin 441.1- 441.4-cü maddələrinə əsasən: -Tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır; - Mükəlləfiyyətli tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyin icrasını həyata keçirmədikdə və ya həmin icranın müəyyənləşdirilmiş müddətdə həyata keçirilməyəcəyini aşkar edən hallar olduqda qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya öhdəliyin icrasından imtina edib zərərin əvəzinin ödənilməsini tələb edə bilər; - Əgər müqavilədə şərtləşdirilmiş öhdəliyin icrası tam həcmdə həyata keçirilməzsə, qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya həyata keçirilməmiş icraya müvafiq hissədə icradan imtina edə bilər; - Əgər digər tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyinin icrasını həyata keçirmədiyinə baxmayaraq öhdəliyin qarşılıqlı icrası həyata keçirilərsə, digər tərəf öz öhdəliyini icra etməlidir. 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. 759.1. Sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. 762.2. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. 762.3. Podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıqaşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur. 762.4. Əgər üçüncü şəxslər sifarişçiyə qarşı heç bir hüquq irəli sürə bilmirlərsə, podratın nəticəsi üçüncü şəxslərin hüquqlarından və iddialarından azad sayılır. 763.1. Əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər. 763.2. Əlavə icra məqsədi ilə podratçı iş və materiallar üçün əlavə xərcləri, o cümlədən nəqliyyat xərclərini ödəməlidir. Əgər əlavə icra tənasübsüz xərclər tələb edirsə, podratçı həmin icradan imtina edə bilər. 763.3. Əgər podratçı yeni məmulat hazırlayarsa, sifarişçidən qüsurlu məmulatı qaytarmağı tələb edə bilər. 770. Əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır. 772.1. Görülmüş işin təsadüfən məhv olması və ya zədələnməsi riski icranın sifarişçiyə verildiyi vaxtadək podratçının üzərinə düşür. İcranın sifarişçiyə verilməsi ilə bir vaxtda təsadüfən məhvolma və ya zədələnmə riski də ona keçir. Sifarişçinin icranı qəbul etməyi gecikdirməsi də icranın verilməsinə bərabər tutulur. Maddə 773. Qüsurlu məmulatın qəbul edilməsinin nəticələri Əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir. 774. Əgər podratçı məmulata qarantiya müddəti üzrə öhdəlik götürmüşdürsə, qarantiyanın qüvvədə olduğu müddətdə aşkar edilən qüsur müvafiq hüquqlar doğurur. 775. Əgər podratçı qüsuru bilərəkdən gizlədərsə, sifarişçinin məmulatın qüsuru ilə bağlı hüquqlarını istisna edən və ya məhdudlaşdıran razılaşmaya istinad edə bilməz. 776.1. Sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər. 776.2. Əgər müqaviləyə əsasən iş hissə-hissə qəbul edilmişdirsə, qüsur barəsində tələb müddətinin axımı işin tam qəbul olunduğu gündən başlanır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 12.2 və 12.5-ci maddələrinin tələblərinə əsasən: «Yaşayış sahəsi dedikdə - Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə (bundan sonra – tələblərə) cavab verən) ayrıca sahə başa düşülür». «Yaşayış sahəsinin ümumi sahəsi vətəndaşların yaşayış sahəsində yaşaması ilə əlaqədar onların məişət və digər ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan yardımçı sahələrin (balkon və ya eyvanlar istisna olmaqla) sahəsi daxil olmaqla həmin yaşayış sahəsinin bütün hissələrinin sahəsinin məcmusundan ibarətdir». Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissədə yoxlayan məhkəmə kollegiyası Mülki Məcəllənin 21, 324, 372 - 389, 421-441, 560, 752- 776; Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması” Qaydalarına, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli qərarına, Mülki Prosessual Məcəlləsinin 77, 81-82, 88, 372, 385 - 390, 420-cı maddələrinə və kassasiya instansiya məhkəməsinin göstərişlərinə istinadən hesab edir ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin münasibətləri üzrə səhv nəticəyə gəldiyindən, habelə mühüm əhəmiyyəti olan bütün faktiki hallar sübuta yetirilmədiyindən və qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlmədiyindən qətnamə ləğv edilməlidir. Belə ki, Məhkəmə Ekspertizası Mərkəzinin 25.04.2022-ci il tarixli rəyinə görə, müqavilədə və çıxarışda göstərilmiş əmlakın ümumi sahəsi ilə uyğunsuzluğun səbəbləri, habelə ekspert rəyindəki ölçülər arasında fərqin yaranma səbəbləri, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Kollegiyasının 04 dekabr 2012-ci il tarixli, 07 saylı qərarı ilə təsdiq edilmiş "Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması qaydalarına və Şəhərsalma Məcəlləsinin 59-cu maddəsinin tələblərinə uyğun hesablanmaması (arakəsmə divarlarının altında yerləşən sahənin mənzilin ümumi sahəsinə hesablanması) və mövcud ölçülərin texniki pasportla üst-üstə düşmədiyi müəyyən edilmişdir. Texniki pasportla çıxarış arasında qeyd edilən uyğunsuzluq inzibati orqanın (vəzifəli şəxsinin) səlahiyyətinə aid edildiyindən onun düzəldilməsi üzrə iddiaçının inzibati icraat qaydasında müraciət etmək hüqüqları mövcuddur. Ekspert rəyinin əsaslandırıcı hissəsində qeyd edilənlərə dair diqqətə çatdırılmalıdır ki, əlavə ekspertiza tədqiqatı aparılan zaman mənzilin ümumi sahəsi 198 m2 qeyd edilsə də, 36m2 olan mənzilin çöl və iç arakəkəsmə divarlarının sahələri nəzərə alınmamışdır. Bu ölçülər nəzərə alınanda isə mənzilin ümumi sahəsi 234 m2 təşkil edir ki, bu da müqavilədə qeyd edilən ölçülərə uyğundur. Belə ki, iddiaçı tərəfindən təsnif edilməyən müqavilədə daxili və iç arakəsmə divarlarının ümumi sahələrin də daxil olduğu qeyd edilərək 224,89 m2 göstərilmişdir. Göründüyü kimi qeyd edilən qaydalar və əmsallar üzrə tikilialtı sahələr nəzərə alınmadan ölçülərin aparılması mövcud faktiki sahənin fərqli olmasını müəyyən etmir və buna dair digər mötəbər sübutlar təqdim edilməmişdir. Mülkiyyəti təsdiq edən çıxarışda müvafiq normalara uyğun ölçülərin fərqli göstərilməsi isə cavabdeh tərəfindən öhdəliklərinin lazımınca yerinə yetirilməməsini sübuta yetirmir və qanunun tələbi kimi qəbul edilən ölçülərlə faktiki tikinti sahələrinin eyniləşdirilməsi fərqli meyyarlardır. Belə ki, müqavilədə əks edilmiş mənzilin ölçüləri Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin, və (ya) Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması” Qaydalarının tələbləri nəzərə alınmaqla göstərilməmiş və belə bir qeyd əks edilməmişdir. Qeyd edilməlidir ki, iddiaçının iddia etdiyi ona göstəriləndən az sahənin verilməsi və bununla öhdəliyinin lazımınca yerinə yetirilməməsi üzrə pulun tələb edilməsi ilə nəzərə alınanda, təqdim edilmiş sənədlərdə ümumiyyətlə alınan zaman mənzilin hansı meyyarlarla qiymətləndirilməsi müəyyən edilməmişdir. Qeyd edilənlərdən əlavə, iddiaçı müqavilə öhdəlikləri üzrə tələbinin əsası kimi istinad etdiyi halları və hüquqi əsasları dəqiq müəyyən etməmiş, pul tələbinin müqavilə öhdəliklərinin lazımi qaydada yerinə yetirilməməsi, ondan irəli gələn zərər və ya əsassız varlanma kimi qiymətləndirməyə dair mötəbər və təkzibedilməz sübutlar müzakirəyə təqdim etməsədə, məhkəmə kollegiyası sadalanan və ya digər xüsusatlar üzrə mülki hüquq pozuntuları müəyyən etməmişdir. Nəzərə alınmalıdır ki, apellyasiya instansiya məhkəməsinin mülki kollegiyası kassasiya instansiya məhkəməsinin mülki kollegiyasının müəyyən etdiyi və şikayətlərin mübahisələndirilən dəlilləri üzrə müdafiə edilən hissələrdə əlavə tədqiqat aparmışdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti rədd, cavabdehin apellyasiya şikayəti təmin, qətnamə ləğv və təmin edilmiş hissədə iddia rədd edilməklə iş üzrə yeni qətnamə qəbul edilməli, məhkəmələrə müraciətlərlə bağlı ödənilmiş dövlət rüsumları üzrə məhkəmə xərcləri onları ödəyən şəxslərin özlərinə aid edilməli, ekspertiza xərcləri iddiaçıdan tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı oğlu tərəfindən verilən apellyasiya şikayəti təmin edilməsin.Cavabdehlərin nümayəndəsi və vəkili Vəkil tərəfindən verilən apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-307/20 saylı işi üzrə 25.09.2020-ci il tarixli qətnaməsi qismən- təmin edilən hissədə ləğv edilsin və həmin hissədə iddia rədd edilsin. Qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Ekspertiza xərci olan 200 (iki yüz) manat məbləğdə pul vəsaiti İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar