Məhkəmə qərarları › İş №2(103)-8936/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8936/2021

30.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8936/2021 30.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər "xxxx" QSC və Cavabdeh2 qarşı “subroqasiya qaydasında pul tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16 iyul 2021-ci il tarixli 2(004)-216/2021 saylı qərardadından cavabdeh QSC tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər "xxxx" QSC-yə Cavabdeh2 qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Eyni zamanda iddianı təmin etmə tədbiri haqqında ərizə ilə müaciət edərək, "xxxx" QSC-yə məxsus **-PB-*** dövlət qeydiyyat nişanlı “Mersedes Benz S500L” markalı avtonəqliyyat vasitəsinin üzərinə həbs qoyulması və həmin avtomobilin məcburi qaydada saxlanılaraq DİN BDYPİ-nin xüsusi mühafizə olunan dayanacağına yerləşdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Yasamal Rayon Məhkəməsinin 2(004)-3198/2020 saylı 25.08.2020-ci il tarixli qərardadı ilə ərizə qismən təmin edilərək, mübahisə mahiyyəti üzrə həll olunanadək "xxxx" QSC-yə məxsus **-PB-*** dövlət qeydiyyat nişanlı “Mersedes Benz S500L” markalı avtonəqliyyat vasitəsinin üzərinə həbs qoyulması qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsinin 2(103)-7579/2020-ci saylı 06.10.2020-ci il tarixli qərardadı ilə Yasamal Rayon Məhkəməsinin 2(004)-3198/2020 saylı 25.08.2020-ci il tarixli qərardadı dəyişdirilmiş və iş mahiyyəti üzrə baxılıb qurtaranadək **-PB-*** dövlət qeydiyyat nişanlı “Mersedes Benz S500L” markalı avtomobilin özgəninkiləşdirilməsi, girov qoyulması və bütün digər əməliyyatların aparılması qadağan edilmişdir. 08.07.2021-ci il tarixdə cavabdeh "xxxx" QSC-nin nümayəndəsi X1 məhkəməyə ərizə ünvanlayaraq "xxxx" QSC-yə məxsus **-PB-*** dövlət qeydiyyat nişanlı “Mersedes Benz S500L” markalı avtonəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi və bütün digər əməliyyatların aparılmasının qadağan edilməsini "xxxx" QSC-yə məxsus **-PX-*** dövlət qeydiyyat nişanlı “Hyundai İX35” minik avtomobili ilə əvəzləşdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16 iyul 2021-ci il tarixli 2(004)-216/2021 saylı qərardadı ilə ərizə təmin edilməmişdir. Cavabdeh "xxxx" QSC qərardaddan şikayət verərək, onun ləğv edilməsini xahiş etmiş, məhkəmənin 12.08.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi şikayətin təmin edilməməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış cavabdehlər məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı isə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı (bankın öhdəliklərinin könüllü restrukturizasiyası zamanı bank və (və ya) onun aktivləri ilə bağlı verilmiş iddia istisna olmaqla) təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, cavabdeh **-PB-*** dövlət qeydiyyat nişanlı “Mersedes Benz S500L” markalı avtonəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi və bütün digər əməliyyatların aparılmasının qadağan edilməsini "xxxx" QSC-yə məxsus **-PX-*** dövlət qeydiyyat nişanlı “Hyundai İX35” minik avtomobili ilə əvəzləşdirilməsini xahiş etsə də ərizəsində bununla bağlı əsaslı səbəblər göstərməmiş və sübutları məhkəməyə təqdim etməmişdir. Kollegiya hesab edir ki, məhkəmənin qənaəti qanuni və əsaslı olmuşdur. Cavabdeh QSC məhkəmənin qərardadı ilə özgəninkiləşdirilməsi və bütün digər əməliyyatların aparılmasının qadağan edildiyi avtomobilin QSC-yə məxsus başqa avtomobillə əvəz edilməsini xahiş etmiş, lakin belə bir əvəzləşməni zəruri edən halları göstərməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ərizəni təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Kollegiya qeyd edir ki, şikayətin dəlili formal mülahizələrdir və qərardadın ləğv edilməsi üçün əsas təşkil etmir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16 iyul 2021-ci il tarixli 2(004)-216/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar