Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8937/2020 02.12.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Arifli Şamxal Mehdi oğlunun katibliyi, iddiaçıların nümayəndəsi və vəkili Vəkil, cavabdehlərdən Cavabdeh və X1 iştirakları ilə, Nəsimi Rayon Məhkəməsinin 2(006)-1784/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərardadından iddiaçıların nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: İddiaçılar İddiaçı və X6 cavabdehlər Cavabdeh, X2, X9, X3, X4, X5 qarşı «qeyriyaşayış və torpaq sahəsinin boşaldılması, mülkiyyət hüququnun təmin edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Bundan başqa, Cavidan İmanov ayrıca olaraq Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin Bakı şəhəri, Nəsimi rayonu, Kövkəb Səfərəliyeva küçəsi, 66A ünvanında yerləşən qeyri-yaşayış sahəsinə qeyri-qanuni sahibliyinin dayandırılması, həmin qeyri-yaşayış sahəsindən çıxarılması, qeyri-yaşayış sahəsinin boşaldılaraq onun mülkiyyətinə verilməsi, mülkiyyət (sahiblik və istifadə) hüquqlarının bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə iddiaçı Cavidan İmanovun Cavabdeh qarşı “qeyri-yaşayış sahəsinin boşaldılması və s.” tələblərinə dair mülki iş İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin boşaldılması və s.” tələblərinə dair mülki işlə bir icraatda birləşdirilmişdir. Daha sonra iddiaçılar İddiaçı və Cavidan İmanov, iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, ərizədə adları sadalanan şəxslərin cavabdeh qismində cəlb olunmalarını və cavabdehlərin Bakı şəhəri, Nəsimi rayonu, Kövkəb Səfərəliyeva küçəsi, 66 ünvanında yerləşən torpaq sahəsinə, torpaq sahəsində olan tikililərə və 66A ünvanında yerləşən qeyri-yaşayış sahəsinə qeyri-qanuni sahibliyinin dayandırılması, onların həmin torpaq sahəsindən, orada olan tikililərdən və qeyri-yaşayış sahəsindən çıxarılmaları, torpaq sahəsinin, orada olan tikililərin və qeyri-yaşayış sahəsinin boşaldılaraq, iddiaçıların mülkiyyətinə verilməsi, onların mülkiyyət (sahiblik və istifadə) hüquqlarının bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə hər iki iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsində işə baxılarkən Cavabdeh məhkəməyə ərizə təqdim edərək mülki mübahisəyə mahiyyəti üzrə baxılıb yekun qərar qəbul edilənədək yaşadığı ünvan 2 və 66A ünvanında yerləşən torpaq sahəsində və onun üzərində yerləşən tikililərin, hasarın və sair qurğuların sökülməsinin, ümumiyyətlə həmin ərazidə hər hansı tikinti işlərinin aparılmasının iddiaçıya və digər şəxslərə qadağan edilməsi haqqında qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadına əsasən ərizə qismən təmin olunaraq ünvan 2 ünvanında yerləşən torpaq sahəsində və onun üzərində yerləşən tikililərin, hasarın və sair qurğuların sökülməsi, həmin ərazidə hər hansı tikinti işlərinin aparılması iddiaçıya və digər şəxslərə qadağan edilmişdir. Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi qəbul edildikdən sonra iddiaçılar ərizə verərək, Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadının ləğv olunmasını xahiş etmişlər. Ərizədə Mülki Prosessual Məcəllənin 162-ci maddəsinə istinad olunmuşdur. Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə ərizə təmin edilərək, ünvan 2 ünvanında yerləşən torpaq sahəsində və onun üzərində yerləşən tikililərin, hasarın və sair qurğuların sökülməsinin, ümumiyyətlə həmin ərazidə hər hansı tikinti işlərinin aparılmasının iddiaçıya və digər şəxslərə qadağan edilməsi növündə görülmüş iddianı təmin etmə tədbiri ləğv olunmuşdur. Cavabdeh həmin qərardaddan şikayət verərək, onun ləğv olunmasını xahiş etmişdir. Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə şikayət rədd edilərək, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)- 6343/2020 saylı qərardadına əsasən Cavabdeh şikayəti təmin edilmiş, Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ləğv edilmiş və ərizəyə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilmişdir. Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(006)-1784/2020 saylı qərardadı ilə Cavabdeh şikayəti təmin edilmiş, Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020ci il tarixli qərardadı ləğv edilmiş, ünvan 2 ünvanında yerləşən torpaq sahəsində və onun üzərində yerləşən tikililərin, hasarın və sair qurğuların sökülməsi, həmin ərazidə hər hansı tikinti işlərinin aparılması iddiaçıya və digər şəxslərə qadağan edilməsi qərara alınmışdır. Hazırda iddiaçıların nümayəndəsi və vəkili Vəkil Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərardadından şikayət verərək həmin qərardadın ləğv olunmasını xahiş etmiş və şikayətini onunla əsaslandırmışdır ki, Cavabdeh öz ailə üzvləri ilə qeyd olunan torpaq sahəsinin bir kənarında yerləşən qeyri-yaşayış sahəsində məskunlaşmışdır və iddianı təmin tədbirləri sırf həmin qeyri-yaşayış sahəsinə münasibətdə tətbiq edilməlidir. Məhkəmə işin həmin halına qiymət verilmədən, bütövlükdə geniş əraziyə malik olan torpaq sahəsinə münasibətdə iddianı təmin etmə tədbiri tətbiq etmişdir ki, bunun da nəticəsində iddiaçıların hüquqları əsassız olaraq pozulmuşdur. Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün mülki işə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İddiaçıların nümayəndəsi və vəkili Vəkil məhkəmə kollegiyasının iclasında şikayəti müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Cavabdehlərdən Cavabdeh və G.Rüstəmova məhkəmə kollegiyasının iclasında şikayəti qəbul etməyərək rədd olunmasını xahiş etdilər. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da, heç bir üzrlü səbəb göstərmədən məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini dinləyərək, şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin olunmamalı və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsinin mövqeyi əsaslı olmuşdur. Belə ki, iş üzrə çıxarılan qətnamə hələ qanuni qüvvəsini almamışdır. Azərbaycan Respublikası MPM-in 162.1-ci və 162.3-cü maddələrinə əsasən, iddianın təmin edilməsi məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin xahişi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. İddia rədd edildikdə, məhkəmənin qəbul etdiyi iddianı təmin etmə tədbirləri qətnamə qanuni qüvvəyə minənə qədər saxlanılır. Lakin məhkəmə qətnamə ilə eyni zamanda və ya qətnamə çıxarıldıqdan sonra, iddianın təmin olunmasını ləğv etmək haqqında qərardad çıxara bilər. Kollegiya vurğulayır ki, qanunverici, iddianın təmin tədbirinin qətnamə qanuni qüvvəyə minənədək saxlanılmasını müəyyən etməklə yanaşı, məhkəmə tərəfindən qətnamə ilə eyni zamanda və ya qətnamə çıxarıldıqdan sonra iddianın təmin olunmasını ləğv etmək haqqında qərardad çıxarılması imkanını nəzərdə tutsa da, bu imkan məhkəmə tərəfindən şərtsiz olaraq bütün hallarda deyil, yalnız bunun üçün ciddi əsaslar olduqda, qətnamənin gələcəkdə icrasını çətinləşdirəcək çətinləşdirə və ya qeyri-mümkün edə bilən halların yaranıb-yaranmaması və s. diqqətəlayiq hallar tarazlaşdırılmaqla tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.2-ci maddəsinə əsasən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Qanunun mənasına görə iddianın təmini tədbiri çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını gələcəkdə çətinləşdirə və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Bu tədbirin görülməməsi qətnamənin icrasını gələcəkdə çətinləşdirə və ya qeyri-mümkün edə bilər. Bu baxımdan, iddianı təmin etmə tədbiri mübahisə obyektinin qorunmasına xidmət edir və həmin tədbirin prosessual-hüquqi məqsədi gələcəkdə qətnamənin icrasını təmin etməyə yönəlmişdir. Öz təbiəti etibarilə iddianın təmini tədbiri məhkəmə müdafiəsi hüququnun ayrılmaz ünsürü kimi qəbul edilən yekun məhkəmə aktının icrasının təmin edilməsinə xidmət edir. Belə ki, iddianın təmin olunması haqqında qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi özlüyündə pozulmuş subyektiv hüququn bərpasının elanıdırsa, qətnamənin icrası həmin subyektiv hüququn real bərpası deməkdir. Beləliklə, iddianı təmin etmə tədbiri prosessualhüquqi tədbirdir, müvəqqəti xarakter daşıyır, işi qabaqcadan mahiyyəti üzrə həll etmir və onun yalnız prosessual-hüquqi məqsədi vardir: gələcəkdə qətnamənin icrasını təmin etmək. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Akif İsgəndərov Hakimlər İlham Kərimli Elşən Kazımov
Məhkəmə qərarları › İş №2(103)-8937/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8937/2020
02.12.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver