Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-894/2021 04.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X14 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi X9, İddiaçının vəkili, eyni zamanda üçüncü şəxs Maraqlı şəxs-nin nümayəndəsi və vəkili Vəkil3, Cavabdeh X23nın, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh X19, X10, onların və maraqlarına toxunulan şəxs X2 nümayəndəsi və vəkili Vəkil2, Maraqlarına toxunulan şəxs X18 iştirakı ilə, İddiaçı Bakı şəhəri İddiaçı cavabdehlər Cavabdeh1, X34, Cavabdeh3 və X16 (Maraqlı şəxs-nin üçüncü şəxs qismində cəlb edildiyi) qarşı “mənzilin sökülməsi və s.” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdehlər və maraqlarına toxunulan şəxslər X8, X20, X27 tərəfindən ayrı-ayrılıqda verilmiş apelyasiya şikayətlərinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı, özünün xx.xx.2017-ci il tarixli, 172 saylı Sərəncamına əsasən sökülməsi və yerində yeni binanın inşasına icazə verilmiş qəzalı vəziyyətdə olan Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 80 saylı binanın sökülməsinə cavabdehlər həmin binanın 2 saylı mənzilin sahibi X17, 4 saylı mənzilin sahibi X11, 5 saylı mənzilin sahibi Cavabdeh1, 6 saylı mənzilin sahibi X45 Hacı Baba qızı, 7 saylı mənzilin sahibi X15, 9 saylı mənzilin sahibi X29, 10 saylı mənzilin sahibi X37, 13 saylı mənzilin sahibi Cavabdeh3, 15 saylı mənzilin sahibi Cavabdeh4 Sergeyevna və onlarla birgə yaşayan ailə üzvləri tərəfindən törədilən maneçilik aradan qaldırılması, qeyd olunan ünvanda yaşayan Quliyeva Marina ailə üzvləri ilə birlikdə yaşadığı ümumi sahəsi 87,6 kv.m. olan mənzildən ümumi sahəsi 92 kv.m. olan Azadlıq prospekti 81 saylı evin 109 saylı mənzilinə; Azadlıq prospekti 80 mənzil 4-də yaşayan Ağayeva Xuraman ailə üzvləri ilə birlikdə yaşadığı ümumi sahəsi 88 kv.m olan mənzildən ümumi sahəsi 154 kv.m olan Tələt Şıxəliyev küçəsi 14 saylı evin 189 saylı mənzilinə; Azadlıq prospekti 80 mənzil 5-də yaşayan Cavabdeh1 ailə üzvləri ilə birlikdə yaşadığı ümumi sahəsi 87,7 kv.m. olan mənzildən ümumi sahəsi 105 kv.m olan Koroğlu Rəhimov küçəsi 92 saylı evin 7 saylı mənzilinə; Azadlıq prospekti 80 mənzil 6-da yaşayan X45 ailə üzvləri ilə birlikdə yaşadığı ümumi sahəsi 87,5 kv.m olan mənzildən ümumi sahəsi 95 kv.m olan C.Hacıbəyli küçəsi 24/7 saylı evin 8 saylı mənzilinə; Azadlıq prospekti 80, mənzil 7-də yaşayan Bədirxanova Solmaz ailə üzvləri ilə birlikdə yaşadığı ümumi sahəsi 91,8 kv.m olan mənzildən ümumi sahəsi 75 kv.m olan Mirəli Qaşqay küçəsi 63a saylı evin 32 saylı mənzilinə; Azadlıq prospekti 80 mənzil 9-da yaşayan Tağıyeva Tamilla ailə üzvləri ilə birlikdə yaşadığı ümumi sahəsi 85,3 kv.m olan mənzildən ümumi sahəsi 91 kv.m olan Atatürk prospekti 27 saylı evin 68 saylı mənzilinə; Azadlıq prospekti 80 mənzil 10-da yaşayan Efendiyev Həmid ailə üzvləri ilə birlikdə yaşadığı ümumi sahəsi 85,5 kv.m olan mənzildən ümumi sahəsi 98 kv.m olan Şamil Əzizbəyov küçəsi 154 saylı evin 11b saylı mənzilinə; Azadlıq prospekti 80 mənzil 13-də yaşayan Cavabdeh3 ailə üzvləri ilə birlikdə yaşadığı ümumi sahəsi 88,9 kv.m olan mənzildən ümumi sahəsi 112 kv.m olan Tələt Şıxəliyev küçəsi 14 saylı evin 188 saylı mənzilinə; Azadlıq prospekti 80 mənzil 15-də yaşayan Cavabdeh4 ailə üzvləri ilə birlikdə yaşadığı ümumi sahəsi 88,7 kv.m olan mənzildən ümumi sahəsi 156 kv.m olan Səməd Vurğun küçəsi 77 saylı evin 85 saylı mənzilinə Maraqlı şəxs-nin vəsaiti hesabına köçürülməsi və cavabdehlərin Azadlıq prospekti 80 ünvanda tikilən yeni binadan yaşayış mənzilləri ilə təmin edilənədək, onların kirayə haqqının Maraqlı şəxs tərəfindən ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə iddia tələbi təmin edilmiş, İddiaçı Başçısının xx xxxx 2017-ci il tarixli, 172 saylı Sərəncamına əsasən sökülməsi və yerində yeni binanın inşasına icazə verilmiş, qəzalı vəziyyətdə olan Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 80 saylı binanın sökülməsinə cavabdehlər həmin binanın 2 saylı mənzilin sahibi X17, 4 saylı mənzilin sahibi X11, 5 saylı mənzilin sahibi Cavabdeh1, 6 saylı mənzilin sahibi X45 Hacı Baba qızı, 7 saylı mənzilin sahibi X15, 9 saylı mənzilin sahibi X29, 10 saylı mənzilin sahibi X37, 13 saylı mənzilin sahibi Cavabdeh3, 15 saylı mənzilin sahibi Cavabdeh4 Sergeyevna və onlarla birgə yaşayan ailə üzvləri tərəfindən törədilən maneçiliyin aradan qaldırılması, qeyd olunan Bakı şəhəri, Azadlıq prospekti 80 ünvanda yerləşən mənzil 2-də yaşayan Quliyeva Marina ailə üzvləri ilə birlikdə yaşadığı ümumi sahəsi 87,6 kv.m. olan mənzildən ümumi sahəsi 92 kv.m. olan Azadlıq prospekti 81 saylı evin 109 saylı mənzilinə; Azadlıq prospekti 80 mənzil 4-də yaşayan Ağayeva Xuraman ailə üzvləri ilə birlikdə yaşadığı ümumi sahəsi 88 kv.m olan mənzildən ümumi sahəsi 154 kv.m olan Tələt Şıxəliyev küçəsi 14 saylı evin 189 saylı mənzilinə; Azadlıq prospekti 80 mənzil 5-də yaşayan Cavabdeh1 ailə üzvləri ilə birlikdə yaşadığı ümumi sahəsi 87,7 kv.m. olan mənzildən ümumi sahəsi 105 kv.m olan Koroğlu Rəhimov küçəsi 92 saylı evin 7 saylı mənzilinə; Azadlıq prospekti 80 mənzil 6-da yaşayan X45 ailə üzvləri ilə birlikdə yaşadığı ümumi sahəsi 87,5 kv.m olan mənzildən ümumi sahəsi 95 kv.m olan C.Hacıbəyli küçəsi 24/7 saylı evin 8 saylı mənzilinə; Azadlıq prospekti 80 mənzil 7-də yaşayan Bədirxanova Solmaz ailə üzvləri ilə birlikdə yaşadığı ümumi sahəsi 91,8 kv.m olan mənzildən ümumi sahəsi 75 kv.m olan Mirəli Qaşqay küçəsi 63a saylı evin 32 saylı mənzilinə; Azadlıq prospekti 80 mənzil 9-da yaşayan Tağıyeva Tamilla ailə üzvləri ilə birlikdə yaşadığı ümumi sahəsi 85,3 kv.m olan mənzildən ümumi sahəsi 91 kv.m olan Atatürk prospekti 27 saylı evin 68 saylı mənzilinə; Azadlıq prospekti 80 mənzil 10-da yaşayan Efendiyev Həmid ailə üzvləri ilə birlikdə yaşadığı ümumi sahəsi 85,5 kv.m olan mənzildən ümumi sahəsi 98 kv.m olan Şamil Əzizbəyov küçəsi 154 saylı evin 11b saylı mənzilinə; Azadlıq prospekti 80 mənzil 13-də yaşayan Cavabdeh3 ailə üzvləri ilə birlikdə yaşadığı ümumi sahəsi 88,9 kv.m olan mənzildən ümumi sahəsi 112 kv.m olan Tələt Şıxəliyev küçəsi 14 saylı evin 188 saylı mənzilinə; Azadlıq prospekti 80 mənzil 15-də yaşayan Cavabdeh4 ailə üzvləri ilə birlikdə yaşadığı ümumi sahəsi 88,7 kv.m olan mənzildən ümumi sahəsi 156 kv.m olan Səməd Vurğun küçəsi 77 saylı evin 85 saylı mənzilinə Maraqlı şəxs-nin vəsaiti hesabına köçürülmələri və cavabdehlər Azadlıq prospekti 80 ünvanda tikilən yeni binadan yaşayış mənzilləri ilə təmin edilənədək, onların kirayə haqqının Maraqlı şəxs tərəfindən ödənilməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə cavabdehlər X3, Cavabdeh1, Hüseynova X21 və X4 birgə, X35 və Cavabdeh4 Sergeyevnanın birgə, cavabdehlər X17, Cavabdeh3, X19, qətnamə ilə hüquq və vəzifələrinə toxunan X20, X8 və X27 tərəfindən ayrı-ayrılıqda verilmiş apelyasiya şikayətləri təmin edilmiş, Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, İddiaçı cavabdehlər X12, X5, Cavabdeh1, Hüseynova X26, X7, X24, X25, Cavabdeh3, Cavabdeh4 Sergeyevnaya qarşı qəzalı vəziyyətdə olan binanın sökülməsinə maneənin aradan qaldırılması tələbinə dair iddiasının rədd edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi xx xxxxxxx 2020-ci il tarixli qərarı ilə ilə iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinin qismən təmin edilməsi, İddiaçı cavabdehlər X35, X15, X17, X13 və X1 aid hissədə iddiadan imtina barədə ərizəsinin təmin edilməsi, onlara münasibətdə iddiadan imtinanın qəbul edilməsi, iş üzrə Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)14867/2019 saylı qətnaməsinin cavabdehlər X35, X15, X17, X13 və X1 aid hissədə ləğv edilməsi, onlara münasibətdə iş üzrə icraata xitam verilməsi, qətnamə digər cavabdehlər Cavabdeh1, X34, Cavabdeh3 və X16 aid hissədə ləğv edilməsi, mülki işin həmin hissədə yenidən baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə qaytarılması qərara alınmışdır. Maraqlarına toxunulan şəxslər Hamid Efendiyev, Gülara Əfəndiyeva, Elvira Efendiyeva və Albert Novaxov apelyasiya şikayətlərini onunla əsaslandırmışlar ki, İddiaçı Nazirlər Kabinetinin xx xxxxxx 2016-cı il tarixli 86 nömrəli Qərarını əsas tutaraq cavabdehin da mənzilinin yerləşdiyi yaşayış binasının yerləşdiyi Nəsimi rayonu, Azadlıq prospekti, Vaqif prospekti, Hənifə Ələsgərova və Mirəli Qaşqay küçələrinin kəsişməsindəki yerləşən torpaq sahəsinin 49 illik icarə əsasında Maraqlı şəxs-nin icarəsinə verilməsi və həmin ərazidə yaşayış və qeyri-yaşayış binalarının layihələndirilməsi haqqında xx xxxx 2017-ci il tarixli 172 nömrəli Sərəncam vermişdir. İş üzrə iddiaçı xx xxxx 2017-ci il tarixli 173 nömrəli Sərəncamla cavabdehin mənzilinin yerləşdiyi Nəsimi rayonu, Azadlıq prospekti, Vaqif prospekti, Hənifə Ələsgərova və Mirəli Qaşqay küçələrinin əhatə etdiyi ərazi planlaşdırma sənədlərini təsdiq etmişdir. İddiaçı ilə Maraqlı şəxs arasında xx xxxx 2017-ci il tarixli müqavilə bağlanmışdır. Müqaviləyə əsasən hər iki tərəf üçün müəyyən öhdəliklər müəyyən etmişdir. Bundan əlavə 2018-ci ilin əvvəllərindən başlayaraq iddiaçı və Maraqlı şəxs cavabdehin yaşadığı binanın qəzalı olması barədə məlumatı əsassız yayır və Fövqəladə Hallar Nazirliyi tərəfindən bu barədə müvafiq akt verildiyini bildiririb. 2018-ci ilin may-iyun aylarından başlayaraq Maraqlı şəxs Nazirlər Kabinetinin xx xxxxxx 2016-cı il tarixli 86 nömrəli Qərarının, xx xxxx 2017-ci il tarixli 172 nömrəli Sərəncamın və iddiaçı ilə bağladığı xx xxxx 2017-ci il tarixli Müqavilənin tələbini kobud şəkildə pozaraq mənzilin yuxarı mərtəbəsində yerləşən mənzilləri ağır texnikadan istifadə edərək, cavabdehin mənzilini qəsdən yararsız hala salmaq məqsədi ilə əvvəlcə binanın dam örtyünü və daha sonra isə yuxarı mərtəbələrdə yerləşən mənzilləri sökmüşdür. X8 hesab edir ki, işə baxan məhkəmə onun Azərbaycan Respubliksının Konstitusiyasının 31, 33, 43 və 60-cı maddələri ilə təminat verilən hüququ ilə yanaşı İnsan hüquqlarının və X22 haqqında konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsi və 6-cı maddələri ilə təminat verilən hüququnu da pozub. Məhkəmə tərəfindən yol verilən pozuntu açıq şəkildə özünü göstərir. İş materiallarından və xüsusi ilə iddia ərizəsindən və iddia ərizəsinə verilən əlavələrdən görünür ki, E.Efendiyeva cavabdeh kimi və yaxud digər formada prosesə cəlb edilməyib, iş barədə məlumat, iddia ərizəsinin surəti və məhkəmə barədə bildirişlər ona göndərilməyib. E.Efendiyeva və digər ailə üzvlərinin hamısı yetkinlik yaşına çatmış, tam prosessual fəaliyyət qabiliyyətli şəxsdir. Göründüyü kimi, məhkəmə E.Efendiyevanın üzərinə maneçiliyin aradan qaldırılması barədə vəzifə qoysa da onu məhkəmə baxışına cəlb etməyib. Bundan əlavə iddia olunan maneçiliyin nədən ibarət olması və hansı formada edildiyi müəyyən edilməmişdir. Bundan əlavə qətnamədə E.Efendiyeva və onun ailə üzvləri ilə birlikdə ümumi sahəsi 98 kv.m olan Şamil Əzizbəyov küçəsi 154 saylı evin 11b saylı mənzilinə köçürülməsi qət edisə də, bu tələb üzrə də E.Efendiyeva prosesə cəlb edilməyib və ən əsası isə köçürülməsi qeyd edilən ümumi sahəsi 98 kv.m olan Şamil Əzizbəyov küçəsi 154 saylı evin 11b saylı mənzilin mövcud olmaması, həmin ünvanda kiçik sahəli üç evin və həmin evlərdə isə faktiki yaşayan şəxslərin olması və onların bununla bağlı hər hansı xəbərlərinin olmamasını araşdırmamışdır. Məhkəmə faktiki olaraq şikayətçini həmin mənzildən çıxarılması, istifadə hüququna xitam verilməsi barədə tələbə baxan zamanı onları mütləq mülki iş üzrə məhkəmə araşdırmasına cəlb etməli idi. Onlara məhkəmədə hüquqlarını müdafiə etmək üçün Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsi anlamında tam şərait yaratmalı idi. İşdə olan İddiaçı ilə Maraqlı şəxs arasında xx xxxx 2017-ci il tarixli Müqavilənin 2.1., 2.2., 2.3.,2.4., 2.5. bəndlərinə əsasən Cavabdehin hər hansı əmlakının sökülməsi və ya köçürülməsi qarşılıqlı razılıq əsasında həyata keçirilə bilər. Həmçinin həmin müqavilənin 2.7. bəndinə əsasən Maraqlı şəxs öhdəsinə götürüb ki, müqavilə üzrə tikiləcək sahənin layihə sənədləri müvafiq qaydada təsdiq edildikdən və tikintinin başlanması üçün tələb olunan icazələr aldıqdan sonra tikintinin 1-ci mərhələsini 18 aya yəni sakinlərlə razılıq əsasında köçürülməsini, 2-ci mərhələsini (yeni binanın tikintisini) 36 ay müddətinə tam başa çatdırıb istismara qəbul üçün təqdim etsin. Göründüyü kimi, Maraqlı şəxs E.Efendiyevanın və digər sakinlərin razılıq əsasında köçürülməsi öhdəliyini öz üzərinə götürüb və bu işdə isə sakinlər cavabdeh isə üçüncü şəxsdirlər. Sadə məntiq belə tələb edir ki, E.Efendiyeva və digər sakinlər Nəsimi RİH qarşısında hər hansı öhdəlik götürməyib ki, ona qarşı belə bir tələb irəli sürülsün. İddiaçı ancaq Maraqlı şəxs-yə qarşı müqavilə öhdəliyinin yerinə yetrilməsi barədə iddia qaldıra bilər. E.Efendiyevaya onun ailə üzvləri ilə birlikdə köçürülməsi nəzərdə tutulmuş ümumi sahəsi 98 kv.m olan Şamil Əzizbəyov küçəsi 154 saylı evin 11b saylı mənzilinə dair, həmin mənzilin mülkiyyətçiləri ilə iddiaçı və yaxud Maraqlı şəxs arasında hər hanzı razılaşmanın olub olmamasının müəyyən edilməsi, həmin mənzil sahiblərinin bu qərardan ən azı isə E.Efendiyeva və onun ailə üzvlərinin köçürüləcəyi barədə məlumatlarının olub-olmamasının müəyyən edilməsi üçün iddiaçıdam müvafiq məlumat və razılaşmalar tələb edilsin və ümumi sahəsi 98 kv.m olan Şamil Əzizbəyov küçəsi 154 saylı evin 11b saylı mənzilin mülkiyyətçisi müəyyən edilərək prosesə cəlb edilsin. E.Efendiyevanın köçürülməsi qeyd edilən ümumi sahəsi 98 kv.m olan Şamil Əzizbəyov küçəsi 154 saylı evin 11b saylı mənzilin ünvanına getsə də, həmin sahədə mənzil olmadığı və yaşayan şəxslərin bu qətnamədən və ya hər hansı şəxsin köçürüləcəyindən məlumatsız olduqlarını bildirmişlər. Belə olan halda qətnamə qanunsuz və əsassız olması ilə yanaşı şikayətçini və ailə üzvlərini küçədə qalmaq təhlükəsi ilə üzüzə qoyur. Cavabdeh4 isə, apelyasiya şikayətini belə əsaslandırmışdır ki, X42 Məhkəməsi Axverdiyev Azərbaycana qarşı (76254/11) iş üzrə xx xxxxxx 2015-ci il tarixli və Xalikova Azərbaycana qarşı (42883/11) iş üzrə xx xxxxxxx 2015-ci il tarixli qərarları ilə İnsan Hüquqları və X22 haqqında Konvensiyanın və ona dair 1 saylı Protokolun 1-ci maddəsinin pozuntularını müəyyən edərək, göstərmişdir ki, Bakı şəhər İcra Hakimiyyətinin dövlət ehtiyaclarına dair qərar qəbul etmək və bu ad altında hər hansı şəxsi mülkiyyətindən məhrum etmək səlahiyyəti olmadığından onun sərəncamı əsasında özgəsinin əmlakının məhv edilməsi mülkiyyət hüququnu kobud şəkildə pozur. Ərizəçilərin hüquqlarının pozulması zamanı isə ümumiyyətlə hər hansı dövlət ehtiyacının olmasından söhbət getmədiyindən İcra hakimiyyətinin yanaşması həm də X42 Məhkəməsinin qərarlarına və deməli Azərbaycanın üzərinə götürdüyü beynəlxalq hüquq öhdəliklərinə hörmətsizliyi ifadə edir. İcra hakimiyyətinin verdiyi iddia ərizəsini, yəni əslində yolverilməz sayılmalı iddia ərizəsini, hansında ki, məhkəmənin üzərinə notarial kontor funksiyası qoyulur, məhkəmə icraatına qəbul etmişdir. İcra hakimiyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2016-cı il tarixli, 86 №-li qərarına istinad edir. İstinad edilən qərar dövlət ehtiyacını müəyyən etmədiyindən, torpaqların və başqa daşınmaz əmlakın bu məqsədlə alınmasını nəzərdə tutmadığından, burada mülkiyyətçilərə qarşı hər hansı məcburiyyətdən söhbət gedə bilməz. İcra hakimiyyəti və MMC, Ərizəçilər və binanın digər mülkiyyətçi və sakinlərinə müxtəlif cür təzyiqlər göstərir, onları əlverişsiz şərtlərlə müqavilələr bağlamağa vadar edirlər ki, həmin müqavilələrə əsasən Ərizəçilər və digər mənzil mülkiyyətçiləri öz daşınmazəmlakından imtina etsinlər, sonra isə MMC-nin kirayələdiyi keyfiyyətsiz mənzillərdə qeyri-müəyyən müddət yaşamalı olsunlar. Bu zaman nəzərə alınmayır ki, 1) binanın sökülməsi üçün heç bir dövlət ehtiyacı mövcud deyil və bu hərəkətlər aşkar qanunsuzluqdur; 2) əmlakından məhrum edilən mənzil mülkiyyətçiləri üçün heç bir seçim yeri qoyulmayır – onlara mənzillərin real dəyərinə görə ödəniş, yaxud münasib real mənzillər təklif olunmur, alternativsiz olaraq gələcəkdə binanın yerində tikiləcək yeni binada münasib sahəli mənzillər, yeni bina inşa ediləcəyi müddətdə isə şəraiti yarıtmaz olan mənzilləri kirayələmək təklif edilir. Nəsimi rayon məhkəməsi, Ərizəçilərin ailə üzvlərini işdə iştiraka cəlb etməsə də, onların naməlum mənzillərə köçürülmələrinə dair qərar qəbul edərək, hüquqlarını açıq-aşkar tapdamışdır. Məhkəmə qətnaməsində ərizəçilərin mülkiyyət hüquqları bir daha təsdiq olunsa da, bu hüquqlar bu dəfə məhkəmə tərəfində ayaq altına atılmışdır. Mənzilə dair mülkiyyət və istifadə hüquqları saxlanılsa da, hakim ərizəçiləri ailə üzvləri ilə birgə barələrində heç bir məlumat olmayan mənzillərə köçürür. Hazırkı iş üzrə dövlət ehtiyacının mövcudluğu birmənalı istisna olunur - belə ki, nə bu barədə Nazirlər Kabinetinin qərarı yoxdur, nədəki, formal baxımdan ehtiyac özü mövcud deyil. İnzibati orqanlar (rayon icra hakimiyyəti başda olmaqla) səlahiyyətlərindən sui-istifadə edərək Konstitusiyanı və digər qanunları kobudcasına pozmuş və MMC-yə də belə pozuntuları davam etdirməyə rəvac vermişdir. Lakin MMC və inzibati orqanlar hətta əmlakın dövlət ehtiyacları üçün alındığı zaman mülkiyyətçiyə ödənilməli olan kompensasiya qaydaları ilə nəzərdə tutulan minimum tələblərə belə əməl etmək istəmir. Hesab edir ki, hazırkı iş çərçivəsində onlara dəymiş maddi zərərə görə ödəniləcək məbləğ əmlakı dövlət ehtiyacları üçün alınacağı halda tətbiq edilən qaydalar ilə müəyyən edilən məbləğdən az ola bilməz. İcra hakimiyyətinin Ərizəçinin evinin guya hələ 2017-cı ildə qəza vəziyyətində olması barədə bildirdikləri tam uydurmadır, belə olmasa idi, o, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 28-ci maddəsinə uyğun olaraq müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etməli idi – o və inzibati orqanlar nə məhkəmənin evin qəza vəziyyətində olmasına dair qərar əldə etmişlər, nə də ki, bu barədə ümumiyyətlə iddia vermişlər. Onlar tamamilə əks mövqe tutub özləri evin qəza vəziyyətinə salınmasında israrlıdırlar. Mülkiyyətçiyə məxsus mənzil dövlət ehtiyacları üçün alınmamışdır və mülkiyyətçilər yəni birgə Ərizəçi istənilən məbləğə ona məxsus olan mənzili sata bilərlər. İcra hakimiyyəti və MMC-nin qanunsuz hərəkətləri və məhkəmə baxışı nəticəsində Ərizəçinin “İnsan hüquqlarının və X22 haqqında” Konvensiyanın 3, 6, 8, 13, 17, 18-ci maddələri və ona dair 1 saylı Protokolun 1-ci maddəsi və 4 saylı Protokolun 2-ci maddəsi ilə nəzərdə tutulan hüquqları da kobudcasına pozulub. Cavabdehlər Cavabdeh3 və Cavabdeh1 da, şikayətlərini yuxarıda qeyd olunan apelyasiya şikayətləri ilə eyni məzmunda əsaslandırmışdır. Məhkəmə iclasında Cavabdeh3 nümayəndəsi və vəkili apelyasiya şikayətini müdafiə edərək, həmçinin bildirmişdir ki, iddiaçı iddia tələbində təmsil etdiyi şəxsin evinin sökülməsinə maneçilik törətməməsini istəyir, lakin, bunun əvəzində ona nə verəcəyini göstərmir. Yəni, iddia ərizəsində heç olmasa buna görə cavabdehə hansı ölçüdə, hansı mərtəbədə, neçə otaqlı mənzil veriləcəyi göstərilməli idi. Bəlkə cavabdehlər bununa razılaşa bilərdilər. Ona görə də qətnamə əsassız və qanunsuz olduğundan ləğv edilməlidir. Cavabdeh4 Sergeyevna və onun vəkili, apelyasiya şikayətini müdafiə edərək, həmçinin bildirdi ki, iddianın təmin olunması üçün birmənalı olaraq heç bir hüquqi əsası yoxdur. Ona görə də şikayətin təmin olunmasını, iddianın rədd olunmasını xahiş etdilər. Cavabdehlər X34, X8, onların və maraqlarına toxunulan şəxs X2 nümayəndəsi və vəkili də apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək, həmçinin bildirmişdir ki, iddianın qanuni əsası, eyni zamanda iddiaçının bu xarakterli tələb üzrə subyektiv hüququ yoxdur. Ona görə də iddia rədd olunmalıdır. İddiaçının nümayəndəsi isə, apelyasiya şikayətlərinə etiraz etməklə, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, bildirmişdir ki, “cavabdehlər Cavabdeh1 qızı, X34, Cavabdeh3, X23 tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 80 ünvanında yerləşən binanın sökülməsinə yaradılan manelərin aradan qaldırılması, həmin binanın Maraqlı şəxs-nin vəsaiti hesabına sökülməsi və Cavabdeh1 qızına mənzilinin əvəzində mənzilin yerləşdiyi ərazidə tikiləcək yeni binanın 4(d) bloku, 3-cü mərtəbədə sahəsi 191,8 kvm olan 4 otaqlı, 156 №li mənzil və mənzil təhvil verilənədək aylıq 500 manat kirayə haqqı, X25 mənzilin əvəzində mənzilin yerləşdiyi yer üzrə tikiləcək yeni binanın 2(b) bloku, 3-cü mərtəbədə sahəsi 191,8 kvm olan 4 otaqlı, 58 №-li mənzil və mənzil təhvil verilənədək aylıq 500 manat kirayə haqqı, X16 mənzilinin əvəzində mənzilin yerləşdiyi yer üzrə tikiləcək yeni binanın 2(b) bloku, 4-cü mərtəbədə sahəsi 191,8 kvm olan 4 otaqlı, 61 №li mənzil və mənzil təhvil verilənədək aylıq 500 manat kirayə haqqı, Cavabdeh3 mənzilin yerləşdiyi yer üzrə tikiləcək yeni binanın 4(d) bloku, 4-cü mərtəbədə sahəsi 191,8 kvm olan 4 otaqlı, 159 №li mənzil və mənzil təhvil verilənədək aylıq 500 manat kirayə haqqı ödənilməsi barədə” qətnamə qəbul edilməsini xahiş edirlər. Sözügedən ərizə tələbin dəqiqləşdirilməsi ilə bərabər özündə “həmin binanın Maraqlı şəxs-nin vəsaiti hesabına sökülməsi” hissəsində tələbin həcminin artırılmasını da ehtiva etdiyindən və bu yeni tələb olduğundan Azərbaycan Respublikası MPM-nin 372.4-cü maddəsinin (apelyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır) tələbinə uyğun olaraq ərizə sökülmə tələbi hissəsi istisna olmaqla digər hissədə məhkəmə tərəfindən qəbul edilmiş və həmin tələblər əsasında məhkəmə araşdırılması davam etdirilmişdir. İddiaçının, eyni zamanda üçüncü şəxsin vəkili də, apelyasiya şikayətlərinə etiraz edərək, şikayətlərin rədd edilməsi, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə nəzərə alınmaqla qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, işdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlmədiklərindən, MPM-in 376.2-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Kollegiya, proses iştirakçılarını dinləyib, apelyasiya şikayətlərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayətlər qismən təmin edilməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. Belə ki, işin müəyyən edilmiş faktiki hallarına əsasən, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, X37 müvafiq olaraq ünvan 3 ünvanında yerləşən 4,5,9 və 15 saylı mənzillərin mülkiyyətçiləridirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 86 saylı qərarının icrası ilə əlaqədar Nəsimi rayonu ərazisində qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə Bakı şəhəri, İddiaçı xx xxxx 2017-ci il tarixli sərəncamına əsasən sözügedən binanın sökülərək yerində çoxmərtəbəli yaşayış binasının tikintisi üçün onun yerləşdiyi torpaq sahəsi 49 il müddətinə Maraqlı şəxs icarəyə verilmişdir. Eyni zamanda, xx xxxx 2017-ci il tarixdə İddiaçı ilə Maraqlı şəxs arasında bağlanmış müqavilənin şərtlərinə görə sonuncu sözügedən binanı sökməyi, onun yerində yeni yaşayış binasını inşa etməyi, həmçinin yeni yaşayış binası tikilənədək binadan köçürülən sakinləri müvəqqəti kirayə edilmiş mənzillərə yerləşdirməyi və bunun üçün lazımi maliyyə vəsaitini ödəməyi, köçürülən sakinlərə yeni tikiləcək yaşayış binasında müvafiq mənzillər verməyi və sair öz öhdəsinə götürmüşdür. Bundan sonra, Maraqlı şəxs binada yaşayan sakinlərin əksər hissəsini qarşıqlı razılaşmaya əsasən yaşadıqları mənzillərdən köçürmüş, lakin ünvan 3 ünvanında yerləşən 4,5,9 və 15 saylı mənzillərin mülkiyyətçiləri olan 4 cavabdehlə cavabdehlə hər hansı razılaşma əldə olunmadığı üçün, İddiaçı onlara qarşı hazırki iddia ərizəsi ilə Bakı şəhəri, Nəsimi rayon məhkəməsinə müraciət edərək, yeni yaşayış binasının tikintisinə cavabdehlər tərəfindən törədilən maneənin aradan qaldırılması, onların Maraqlı şəxs vəsaiti hesabına kirayə tutulmuş mənzillərə köçürülmələri, yeni tikilən binadan yaşayış sahələri ilə təmin edilənədək kirayə haqqının Maraqlı şəxs tərəfindən ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin «Azərdövləttikintilayihə» Dövlət Layihə İnstitutunun əməkdaşları tərəfindən tərtib edilmiş akta əsasən Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, Vaqif prospekti, Hənifə Ələsgərov və Mirəli Qaşqay küçələrinin kəsişmələrində yerləşən yaşayış evlərinin normativ istismar müddəti bitmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2016-cı il tarixli, 86 №-li qərarına əsasən Bakı şəhəri İddiaçınə 5 il müddətinə mülki, mənzil, şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə olan və mövcud şəhərsalma normalarına cavab verməyən Nəsimi rayonu üzrə XİX əsrin sonları və ötən əsrin əvvəllərində tikilmiş, 16206 nəfərin yaşadığı 5771 mənzildən ibarət 226 yaşayış binasının, habelə bu rayonun ərazisində yaşayış üçün yararsız olan digər binaların, sosial və digər təyinatlı qeyri-yaşayış obyektlərinin sökülməsini və yenidən qurulmasını, ərazi və ərazi hissələrinin yenidən qurulması üçün tələb olunan ərazi planlaşdırılma sənədlərinin hazırlanmasını (tikinti layihələrinin işlənməsindən əvvəl) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılmaqla təsdiqini, habelə yeni tikiləcək yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin layihələrinə razılığın, tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsini, həmçinin, bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsini təmin etməsi, həmçinin qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binaları tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binaları tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsini və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binalarında müvafiq mənzillərin ayrılması tapşırılmışdır. Digər tərəfdən, qalan 4 mənzilin mülkiyyətçiləri olan Cavabdeh1, Hamid Efəndiyev, Cavabdeh3 və Elmina Soltanovaya Maraqlı şəxs tərəfindən yuxarıda qeyd olunan ünvanda tikiləcək binadan yaşadıqları mənzillərin sahəsindən 100 faiz əlavə sahəyə malik mənzillər, həmçinin bina tikilib tam təhvil verilənədək hər birinə, hər ay 500 manat kirayə haqqı ödəməyi təklif etsə də, onlar bu təkliflərlə razılaşmamışlar. Eyni zamanda, iddiaçı təşkilat tərəfindən mülkiyyətində olan mənzilin əvəzinə Elmina Soltanovaya 300.000 manat pul kompensasiyası təklif edilsə də, o bu təkliflə də razılaşmamışdır. Bu hal iş materialları ilə təsdiq olunur. Kollegiya, qeyd olunanları nəzərə alaraq cavabdehlər Cavabdeh1, Hamid Efəndiyev, Cavabdeh3 və Elmina Soltanovaya aid hissədə - təklif olunan mənzillərin ölçülərinin dəqiqləşdirilməsi halı istisna olmaqla digər hissələrdə birinci instansiya məhkəməsinin gəldiyi nəticəilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi həmin hissədə işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozmamış, iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəfli və obyektiv araşdırmışdır. Həmçinin, cavabdehlər apelyasiya şikayətlərinin dəlillərində iddiaçının sözügedən binanın qəzalı vəziyyətdə olmasına dair məhkəməyə heç bir yazılı sübüt təqdim etməməsini göstərsələr də, məhkəmə bununla razılaşmır və birinci instansiya məhkəməsinin bununla bağlı mövqeyini və dəyərləndirməsini düzgün qiymətləndirir. Belə ki, işdə olan sənədlərdən görünür ki, Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azərdövləttikintilayihə” Dövlət Layihə İnstitutunun əməkdaşlarının tərtib etdiyi xx xxxxxxx 2017-ci il tarixli akta əsasən, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 80 saylı ünvanda yerləşən 1929-cu ildə tikilmiş 4 mərtəbəli, 24 mənzilli yaşayış binasına baxış keçirilib və müəyyən edilib ki, binanın pilləkən qəfəslərinin marşlarında yığma dəmir-beton pillələr yerindən qoparaq laxlamış, bəziləri aşınmış və sınmışdır. Binanın dam konstruksiyaları, eyvanlar və ağac materaillarından olan mərtəbələrarası örtüklər fiziki aşınmaya məruz qalmışdır. Eyvanlarda armaturun mühafizə qatının aşılaraq tökülməsi, armaturların ciddi korreziyaya uğramasına səbəb olmuşdur. Mərtəbələrarası örtüklərin ağac materiallarından olan konstruksiyaları yararsız vəziyyətdədir. Dam örtüyü təmirsiz istismar nəticəsində yararsız hala düşmüşdür, yağan atmosfer sularının sızması nəticəsində binanın pilləkən qəfəslərinin daxili tavan və divarlarında rütubət izləri, beton mühafizə qatının tökülməsi müşahidə olunur. Yaşayış binası məhdud işlək vəziyyətdədir. Bina ümumiyyətlə mövcud tikinti norma və qaydalarına, şəhərin ümumi görünüşünə, mövcud şəhərsalma tələblərinə cavab vermir. Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin İddiaçınə ünvanlanmış xx xxxxxxx 2018-ci il tarixli telefonoqramından görünür ki, Nəsimi rayonu, Azadlıq prospekti, 80 saylı ünvanda Maraqlı şəxs pilot layihəsi çərçivəsində yaşayış və qeyri-yaşayış binalarının tikintisi üçün torpaq sahəsi ayrılmışdır və hal-hazırda tikinti-quraşdırma işləri aparılır. Ərazidə yerləşən 4 mərtəbəli yaşayış evinin bir hissəsi qismən sökülmüşdür, digər hissəsi isə qəzalı vəziyyətdədir və həmin hissədən sakinlər tam köçürülməmişdir. Bu da hər an xoşagəlməz hadisələrin baş verməsinə səbəb ola bilər. Qeyd edilənlərə əsasən adı gedən ünvanlardan sakinlərin təcili şəkildə köçürülməsinin təmin edilməsi barədə göstəriş verilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertiza” Birliyinin xx xxxxxx 2018-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, Vaqif prospekti, Hənifə Ələsgərov və Mirəli Qaşqay küçələrinin kəsişməsində yerləşən yaşayış binası hal-hazırda qəzalı, yaşayış üçün yararsız və təhlükəlidir. Nəsimi Rayon Fövqəladə Hallar Komissiyasının xx xxxxxx 2018-ci il tarixli protokolqərarı ilə müəyyən olunur ki, cavabdehlərin yaşadıqları mənzillərin yerləşdiyi bina qəzalı vəziyyətdə olduğundan və ətrafda yaşıyanlar üçün təhlükə törətdiyindən yaranmış zərurətlə əlaqədar olaraq onların müvəqqəti olaraq yaşadıqları mənzillərdən köçürülmələri (təxliyyə edilmələri) və yaşayış sahələri ilə təmin edilmələri qərara alınmışdır. Birinci instansiya məhkəməsi sözügedən binanın qəzalı vəziyyətdə olmasına dair iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş sübutlara və mütəxəssis rəyinə istinad edərək, MPM-nin 88, 102.2, 103.1, 103.2, 106.1-ci maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət vermişdir. Belə ki, həm mülki iş materialları, həm də işdə iştirak edən şəxslərin, o cümlədən cavabdehlərin özlərinin məhkəmə iclaslarında verdikləri izahatları ilə də təsdiq olunur ki, sözügedən yaşayış binasının bir hissəsi qismən sökülmüşdür, digər hissəsi isə qəzalı vəziyyətdədir və həmin hissədən sakinlərin tam köçürülməməsi hər an onların həyatı üçün böyük təhlükə törədir. Həmçinin, Kollegiya, cavabdehlərin iddiaçının hazırkı iddia ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik olmaması ilə bağlı apelyasiya şikayətlərinin dəlillərini əsaslı hesab etmir və Bakı şəhəri İddiaçı hazırkı iddianı qaldırarkən Nazirlər Kabinetinin xx xxxxxx 2016-cı il tarixli Qərarının və qüvvədə olan qanunvericiliyin tələblərinə riayət etməsi, yəni, hazırki iddianın irəli sürülməsinin dövlət ehtiyacı ilə bağlı olması və ümumiyyətlə iddiaçı təşkilatın hazırki tələblə məhkəməyə müraciət etməsinin prosessual qanunvericiliyin tələblərinə uyğun olması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, Nazirlər Kabinetinin sözügedən Qərarı ilə İddiaçınə 5 il müddətinə mülki, mənzil, şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən Nəsimi rayonu üzrə XİX əsrin sonları və ötən əsrin əvvəllərində tikilmiş 16206 nəfərin yaşadığı 5771 mənzildən ibarət 226 yaşayış binasının, habelə bu rayonun ərazisində yaşayış üçün yararsız olan digər binaların, sosial və digər təyinatlı qeyriyaşayış obyektlərinin sökülməsi və yenidən qurulması, ərazi və ərazi hissələrinin yenidən qurulması üçün tələb olunan ərazi planlaşdırılma sənədlərinin hazırlanması (tikinti layihələrinin işlənməsindən əvvəl) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılmaqla təsdiqi, habelə yeni tikiləcək yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin istismarına icazənin verilməsi, bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsinin təmin edilməsi, həmçinin qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsi və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılması tapşırılmışdır. Nazirlər Kabinetinin bu qərarına uyğun olaraq, İddiaçı Başçısının xx xxxx 2017-ci il tarixli, 172 saylı Sərəncamı ilə Bakı şəhəri, Azadlıq prospekti, 80 saylı ünvanda yerləşən 4 mərtəbəli yaşayış binasının söküntüsünün Maraqlı şəxs tərəfindən yerinə yetirilməsinə və çoxmərtəbəli yaşayış binasının layihələndirilməsinə və tikintisinə icazə verilməsi, ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, eyni zamanda qanunvericiliyin tələblərinə uyğun olaraq, yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsinin və həmin sakinlərə sökülmüş tikililərin yerində tikiləcək yaşayış binasında müvafiq qaydada mənzillərin ayrılmasının Maraqlı şəxs-nin vəsaiti hesabına həyata keçirilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası, mübahisənin mübahisənin hüquqi həlli ilə bağlı şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini, eləcə də dövlətin, bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin şəhərsalma və tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələrini müəyyən edən Şəhərsalma və Tikinti Məcəlləsinin bir sıra maddələrinin nəzərdən keçirilməsini zəruri hesab edir. Qeyd edilən Məcəllənin 3.0.20-ci maddəsinə görə, tikinti obyektinin yenidən qurulması (rekonstruksiyası)- obyektin mövcud təyinatının dəyişdirilməsi və ya istismar keyfiyyətinin müasirləşdirilməsi məqsədilə müvafiq layihə əsasında yeni texnologiyaların tətbiqi, yaxud yeni bina və ya qurğuların inşası, o cümlədən mühəndis-kommunikasiya təminatı xətlərinin quraşdırılması ilə bağlı tikinti-quraşdırma və buraxılış-sazlama işlərinin yerinə yetirilməsidir. Həmin Məcəllənin 4.1 və 4.2-ci maddələrinə əsasən, şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədi ərazilərin və yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının təmin edilməsindən, fərdi maraqların qorunmasından, insanların həyatına, sağlamlığına, əmlakına, həmçinin dövlətin əmlak maraqlarına təhlükə yaranmasının və ya zərər vurulmasının qarşısının alınmasından, ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsindən, tarix və mədəniyyət abidələrinin qorunmasından ibarətdir. Azərbaycan Respublikası ərazisinin və ərazi hissələrinin planlaşdırılması yolu ilə ərazilərin inkişaf istiqamətlərinin müəyyən edilməsi, ərazilərdən səmərəli istifadənin və ərazilərin dayanıqlı inkişafının təmin edilməsi, həmçinin Azərbaycan Respublikası ərazisində insan üçün əlverişli və sağlam yaşayış, iş və istirahət mühitinin yaradılması baxımından fərqlərin azaldılması və tədricən aradan qaldırılması şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin əsas istiqamətlərindəndir. Nəzərə alınmalıdır ki, ərazinin planlaşdırılması dövlət ehtiyacları və ya şəhərsalmanın məqsədləri baxımından həyata keçirilir. Ərazi planlaşdırılması şəhərsalmanın nizamlı inkişafını və torpaqların sosial baxımdan ədalətli istifadəsini təmin etməli, ictimaiyyətin rifahına uyğun olmalı, insan üçün əlverişli və sağlam ətraf mühitin təşəkkül tapmasına, həyat üçün zəruri təbii əsasların qorunmasına və inkişaf etdirilməsinə xidmət etməlidir. Ərazi planlaşdırılması sənədlərinin hazırlanması zamanı ictimai və fərdi maraqlar ədalətli şəkildə tarazlaşdırılmalıdır (Şəhərsalma və Tikinti Məcəlləsinin 17-ci maddəsi). Göründüyü kimi, sözügedən normativ hüquqi aktlar sadalanan maddələrin tələblərinə uyğun olaraq Bakı şəhərinin bir sıra rayonlarının, o cümlədən Nəsimi rayonunun ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmişdir. Həmin normativ hüquqi aktlar qəzalı vəziyyətdə olan mənzillərin mülkiyyətçidən alınması deyil, məhz, insanların yaşaması və ya istifadəsi üçün nəzərdə tutulmuş tikinti obyektlərində sağlam və təhlükəsiz yaşayışın təmin edilməsi üçün əmlakın yenidən qurulub, istismara yararlı vəziyyətə salınıb mülkiyyətçinin istifadəsinə qaytarılması məqsədi daşıyır. Eyni zamanda, Konstitusiyanın 43-cü maddəsinin İ hissəsi mənzil hüququnu neqativ formada ifadə edir. Belə ki, həmin maddəyə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Konstitusiyada təsbit olunmuş bu hüquq hər kəsin qanunla müəyyən edilmiş şərtlərə əməl etməklə daimi yaşayış sahəsinə malik olmasını və həmin sahədən maneəsiz istifadə edə bilməsini ifadə edir. Mənzil hüququnun əsas xüsusiyyəti mənzil münasibətləri iştirakçılarının bu hüququ öz mülahizələrinə və qanuni mənafelərinə uyğun, azad və sərbəst həyata keçirmələrinin mümkünlüyündən ibarətdir. Həmin maddənin İİ hissəsi isə mənzil hüququnun reallaşdırılması üçün dövlət hakimiyyəti orqanlarını istiqamətləndirir ki, dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac versin, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görsün. Göstərilən konstitusiya normasındanirəli gələrək mənzil münasibətlərinin hüquqi tənzimlənməsi öz əksini Azərbaycan Respublikasının Mənzil Məcəlləsində tapmışdır. Mənzil hüququ əsasən yaşayış sahələrinin qanunla müəyyən olunmuş qaydada (növbə, bəzi kateqoriyalı vətəndaşlar üçün isə növbədənkənar) və normalar üzrə dövlət mənzil fondundan verilməsi, habelə yaşayış sahələrinin mülkiyyətçidən razılaşdırılmış şərtlərlə (kirayə, əvəzsiz istifadə və s.) götürülməsi və ya əvəzli (alğı-satqı, dəyişmə və s. üzrə) və yaxud əvəzsiz (miras, bağışlama və s. üzrə) əldə edilməsi yolları ilə təmin olunur. Hər bir halda mənzil hüququnun əmələ gəlməsi üçün qüvvədə olan mənzil və mülki qanunvericiliyində nəzərdə tutulmuş müvafiq qaydalara riayət olunması tələb olunur. Mənzil Məcəlləsinin 28.1-ci və 28.3-cü maddələrinə əsasən, mülkiyyətçi ona məxsus mənzilin (yaşayış binasının) qəza vəziyyətinə düşməməsi üçün onu vaxtlıvaxtında əsaslı təmir etmək, mənzil (yaşayış binası) təbii fəlakət və ya mülkiyyətçidən asılı olmayan digər səbəblərdən qəza vəziyyətinə düşdükdə isə onu mümkün olan ən qısa müddət ərzində təmir və bərpa etmək vəzifəsini daşıyır. Mənzilin (yaşayış binasının) mülkiyyətçisi bu Məcəllənin 28.1-ci maddəsində göstərilən vəzifəsini yerinə yetirmədikdə kirayəçilərin, qonşuların və ya digər maraqlı şəxslərin, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) iddiası əsasında mənzilin (yaşayış binasının) qəzalı vəziyyətdə olması barəsində məhkəmə tərəfindən qərar qəbul edilə bilər. Kollegiya qeyd edir ki, mülkiyyəçi olan cavabdehlərin onlara məxsus mənzillərin qəzalı vəziyyətə düşməməsi üçün onları vaxtlı-vaxtında əsaslı təmir etmək vəzifələri vardır və onlar, mənzilin təbii fəlakət və ya mülkiyyətçidən asılı olmayan digər səbəblərdən qəzalı vəziyyətə düşməsi halında da onu mümkün olan ən qısa müddət ərzində təmir və bərpa etmək vəzifəsini daşıyırlar. Mülkiyyətçilər bu vəzifəni yerinə yetirmədikdə, digər maraqlı şəxslərlə yanaşı, müvafiq icra hakimiyyəti orqanı da mənzilin qəzalı vəziyyətdə olması barədə iddia qaldırmaq üçün müvafiq subyektiv hüquqa malikdir. Hazırkı halda xx xxxx 2017-ci il tarixli müqaviləyə əsasən sözügedən binanın sökülməsi, onun yerində yeni yaşayış binasının inşa edilməsi, eyni zamanda yeni yaşayış binası tikilənədək binadan köçürülən sakinlərin müvəqqəti kirayə edilmiş mənzillərə yerləşdirməsi və bunun üçün lazımi maliyyə vəsaitinin ödənilməsi və köçürülən sakinlərə yeni tikiləcək yaşayış binasından müvafiq mənzillərin verilməsi Maraqlı şəxs həvalə edilsə də, sonuncunun prosesə iddiaçı tərəfindən qoşulması və onların mənafelərinin üst-üstə düşməsi nəzərə almalı, cavabdehlərin iddiaya etiraz etməkəri əslində öz əmlak hüquqlarından sui-istifadə etmələrinə və onların söküləcək mənzillərinin əvəzinə bazar qiymətlərinə uyğun olmayan yüksək məbləğdə kompensasiya tələb etmələrinə süni şərait yarada bilinməsi diqqətdən qaçmamalıdır. Halbuki, Mülki Məcəllənin 560.2-ci maddəsində göstərilir ki, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Binanın sakinlərinin əksər hissəsi ilə cavabdehlərə təklif edilən qiymətlərdən, müqavilə şərtlərindən daha ucuz şərtlərlə, qiymətlərlə müqavilələrin bağlanması da qeyd olunan halları təsdiq edir. Göründüyü kimi, azlıqda qalan 4 mənzilin mülkiyyətçiləri olan Cavabdeh1, Hamid Efəndiyev, Cavabdeh3 və Elmina Soltanova ilə razılığın əldə olunmasının qeyrimümkünlüyü digər mülkiyyətçilərin hüquqlarının pozulmasına, söküntü və tikinti işlərinin əsassız uzanmasına və nəticədə mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olur. Bundan başqa, işdən görünür ki, Maraqlı şəxs tərəfindən cavabdehlər - Cavabdeh1 mənzilinin əvəzində mənzilin yerləşdiyi ərazidə tikiləcək yeni binanın 4(d) bloku, 3-cü mərtəbədə sahəsi 191,8 kvm olan 4 otaqlı, 156 №li mənzil və mənzil təhvil verilənədək aylıq 500 manat kirayə haqqı, X25 mənzilin əvəzində mənzilin yerləşdiyi yer üzrə tikiləcək yeni binanın 2(b) bloku, 3-cü mərtəbədə sahəsi 191,8 kvm olan 4 otaqlı, 58 №-li mənzil və mənzil təhvil verilənədək aylıq 500 manat kirayə haqqı, X16 mənzilinin əvəzində mənzilin yerləşdiyi yer üzrə tikiləcək yeni binanın 2(b) bloku, 4-cü mərtəbədə sahəsi 191,8 kvm olan 4 otaqlı, 61 №li mənzil və mənzil təhvil verilənədək aylıq 500 manat kirayə haqqı, Cavabdeh3 mənzilin yerləşdiyi yer üzrə tikiləcək yeni binanın 4(d) bloku, 4-cü mərtəbədə sahəsi 191,8 kvm olan 4 otaqlı, 159 №li mənzil və mənzil təhvil verilənədək aylıq 500 manat kirayə haqqı ödənilməsi təklif edir. Ona görə də məhkəmə tərəfindən araşdırma aparılarkən Cavabdeh1, Hamid Efəndiyev, Cavabdeh3 və Elmina Soltanova, o cümlədən onların ailə üzvləri ilə razılığın əldə olunmasının qeyri-mümkünlüyünün digər mülkiyyətçilərin hüquqlarını pozması, bunun mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olması müəyyən edilmiş, eləcə də cavabdehlərlə birgə yaşayan ailə üzvlərinin dairəsi müəyyən edilməklə onların məhkəmə iclasında iştiraklarının təmin edilməsi üçün lazımi qaydada məlumatlandırılma həyata keçirilmiş və işdə cavabdeh olan və maraqlarına toxunan şəxslərə aid hissədə kassasiya instansiyası məhkəməsinin qərarındakı məcburi xarakter daşıyan göstərişləri də nəzərə alınmaqla hüquqi qiymətləndirmə aparılmış və iddia tələbi üzrə irəli sürülmüş təklifin ədalətli olması müəyyən edilmişdir. Məhkəmə kollegiyası, fiziki şəxslərin mülkiyyət və digər hüquqlarına müdaxilənin haqq qazandırıla bilən olub-olmaması ilə bağlı bildirir ki, binanın məhdud işlək vəziyyətdə olması, bu vəziyyətdə dövlətin real tədbirlər görmək vəzifəsi, eləcə də mülkiyyətçilərin zərərinin tam qarşılanması(yeni yaşayış sahəsi ilə təmin olunmaları ) üçün real təminatların nəzərdə tutulması müdaxiləni həm zəruri, həm də mütənasib edir. Belə ki, faktiki vəziyyətdə bu müdaxilənin edilməməsi dövlətin X42 Konvensiyasına uyğun olaraq üzərinə götürdüyü bir sıra pozitiv öhdəliklərin pozulmasına gətirib çıxara bilər. Çünki, Azərbaycan Respublikası, Avropa Konvensiyasına qoşulmuş tərəf kimi yurisdiksiyası altında olan şəxslərin yaşamaq, mülkiyyət və s. hüquqlarının pozulmaması üçün zəruri olan bütün tədbirləri vaxtında və tam şəkildə görmək öhdəliyini öz üzərinə götürmüşdür. Hazırkı işdə faktiki vəziyyət ondan ibarətdir ki, sakinlərin həyat və sağlamlığı, əmlakı təhlükə altındadır. Çünki, onların yaşadığı bina uzunmüddətli istismar nəticəsində məhdud işlək vəziyyətdədir, tikinti norma və qaydalarına və mövcud şəhərsalma tələblərinə cavab vermir. Digər mənzil sahibləri ilə əldə olunan razılaşmalardan sonra aparılacaq söküntü işlərinin həmin vəziyyəti daha da pisləşdirəcəyi (yaxud pisləşdirə biləcəyi) nəinki istisna olunmur, hətta yüksək ehtimal daxilindədir. Belə olan halda, cavabdeh sakinlərin həmin mənzillərdən çıxarılması, onların kirayə mənzillərlə təmin edilmələri, aparılacaq tikinti və təmir işlərindən sonra onların yeni yaşayış sahələri ilə təmin edilmələri ilk növbədə onların həyat və sağlamlığı, əmlakının salamatlığı, ikinci növbədə isə bu kimi halların baş verməməsi üçün dövlətin vaxtında lazımi tədbirlər görməsi üçün zəruridir. Bu səbəblərdən hazırkı vəziyyətdə birinci instansiya məhkəməsinin qətnaməsinin sakinlərə veriləcək yaşayış sahələrinin ölçülərinin dəqiqləşdirilməsi ilə bağlı hissədə dəyişdirilməsi barədə qərar qəbul edilməsi əslində elə onların özlərinin hüquqlarının və dövlətin pozitiv öhdəliklərinin pozulmasının qarşısının alınması ilə nəticələnəkdir. Digər tərəfdən, Avropa Məhkəməsi baxdığı bir çox işdə mülkiyyətə müdaxilənin zəruri (haqq qazandırılmalı və mütənasib) olduğunu təsbit etmək üçün cəmiyyətin maraqları ilə şəxsin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığa riayət edilməsi məsələsinə vurğu edir. Ədalətli tarazlığı pozan vəziyyət dedikdə, mülkiyyətçinin məruz qaldığı məhdudiyyət yükünün ağırlığı nəzərə alınır. Bununla belə, hesab edir ki, əgər həmin məhdudiyyətin müddətlərinin azaldılması və zərərin əvəzinin ödənilməsi halları varsa müdaxilə qanuni sayıla bilər (Sporronq və Lonnrot İsveçə qarşı iş, 1986). Hazırkı işdə məhdudiyyətin müddətinin uzun olması barədə məlumat yoxdur. Nəzərə alınmalıdır ki, həmin ərazidə çoxmərtəbəli yaşayış binasının tikintisi üçün ağlabatan müddət lazımdır. İşlərin görülməsinin həvalə olunduğu İddiaçı Maraqlı şəxs ilə bağlanmış müqavilənin icra edilməsi məqsədi ilə tezliklə söküntü və tikinti işlərinə başlamaq istəyir, cavabdeh sakinlər isə mənzillərdən çıxmamaqla əslində bu müddətin uzanmasına səbəb olurlar. Digər tərəfdən, baxılan işdə fiziki şəxslərin düşdükləri zərərin (məhrumiyyətin) əvəzinin artıqlaması ilə ödənilməsi faktları təsbit olunmuşdur. Həm Nazirlər Kabinetinin qərarında, həm də İddiaçı sərəncamında sahə mülkiyyətçisinə binanın yerləşdiyi yerdə tikiləcək yeni binada müvafiq mənzil verilməsi, habelə, tikinti müddətində onların kirayə evə yerləşdirilməklə kirayə pulunun ödənilməsi təminatları nəzərdə tutulmuşdur. Bundan əlavə, Maraqlı şəxs, İddiaçı ilə bağladığı müqavilə əsasında binanın layihələndirilməsinin, tikintinin vaxtında aparılması və istismara verilməsinin təmin olunması, sakinlərə artıq sahəli, yeni mənzillərin, habelə kirayə haqlarının vaxtında verilməsini öhdəsinə götürmüş və bu öhdəliklərin pozulması halında ciddi məsuliyyət tədbirləri nəzərdə tutulmuşdur. İddiaçı, bu tələblərə uyğun olaraq sakinlərin mənzillərinin əvəzinə artıq əlavə sahəsi olan yeni və təmirli mənzillər, habelə tikinti müddətində onların və ailə üzvlərinin qalacağı evlərin kirayəsi üçün aylıq 500 manat kirayə haqları ödəməyi təklif edir. Göründüyü kimi, iddiaçının təklif etdiyi yeni mənzillərin sahəsi, sakinlərin mənzillərinin sahələrindən artıqdır, eləcə də həmin küçədə yerləşən anoloji mənzillər üçün təklif edilən aylıq kirayə pulu mütənasibdir. Belə ki, iddiaçı iddia ərizəsində qeyd olunan kirayə haqları hər bir sakinin mənzili üzrə kirayə haqqı məbləğlərinə uyğundur. Məhkəmənin bu mövqeyi həm hüquq normalarının tətbiqi baxımından, həm də iş üzrə faktiki halların müəyyən edilməsi baxımından Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Fortis-Bayıl” Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxx 2020-ci il tarixli qərarındakı mövqeyinə uyğundur. Plenumun qərarında göstərilir ki, “mövcud qanunvericilikdə Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulmasına dair qaydalar aydın göstərilməmişdir. Bu qaydaların dəqiq müəyyən olunmaması bəzi hallarda mülkiyyətçilərin öz əmlak hüquqlarından sui-istifadə etməsi, sökülən mənzillərin əvəzinə bazar qiymətinə uyğun olmayan yüksək kompensasiya tələb etməsi ilə nəticələnir. Mülkiyyətçilərlə razılığın əldə olunmasının qeyri-mümkünlüyü isə digər mülkiyyətçilərin hüquqlarının pozulmasına, söküntü və tikinti işlərinin əsassız uzanmasına və nəticədə mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olur. Bu baxımdan şəhərsalma və tikinti sahəsində dövlət siyasətinin əsas istiqamətləri üzrə fəaliyyətin, o cümlədən insanların sağlam və təhlükəsiz yaşayış şəraitinin təmin edilməsi və bu sahədə məskunlaşma sisteminin maneəsiz həyata keçirilməsi məqsədi ilə belə münasibətlərin iştirakçılarının hüquq və vəzifələrinin qanunverici tərəfindən dəqiq müəyyənləşdirilməsinə və normativ tənzimləmənin təkmilləşdirilməsinə zərurət vardır”. Kollegiya qeyd edir ki, hazırkı mübahisə üzrə iştirakçıların hüquq və vəzifələrinin qanunverici tərəfindən tam müəyyən edilməməsi məhkəmənin mübahisənin həllindən imtina etməsi və ya mübahisənin həll edilməməsi kimi başa düşülməməlidir. Bunun üçün oxşar münasibətləri tənzimləyən hüquq normalarının da analogiya üzrə mübahisəyə tətbiqi mümkün sayıla bilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 84.0-cı maddəsinə əsasən yaşayış sahəsinin yerləşdiyi ev (bina) sökülməli olduqda (84.0.1), yaşayış sahəsi yaşamaq üçün yararsız hesab edildikdə (84.0.3), evin (binanın) əsaslı təmiri və ya yenidən qurulması nəticəsində yaşayış sahəsini saxlamaq mümkün olmadıqda (84.0.4) və s. vətəndaşlar sosial kirayə müqavilələri ilə digər abadlaşdırılmış yaşayış sahələri verilməklə yaşadıqları yaşayış sahələrindən çıxarılırlar. Həmin Məcəllənin 85-ci maddəsinə görə sosial kirayə müqaviləsi ilə verilmiş yaşayış sahəsinin yerləşdiyi ev (bina) sökülməli olduqda, evin (binanın) sökülməsi barədə qərar qəbul etmiş kirayəyə verən tərəfindən yaşayış sahəsindən çıxarılan vətəndaşlara sosial kirayə müqavilələri ilə qabaqcadan digər abadlaşdırılmış yaşayış sahələri verilir. Həmin Məcəllənin 86-cı maddəsinə görə sosial kirayə müqaviləsi ilə verilmiş yaşayış sahəsi yaşamaq üçün yararsız hesab edildikdə, həmin yaşayış sahəsindən çıxarılan vətəndaşlara kirayəyə verən tərəfindən sosial kirayə müqaviləsi əsasında digər abadlaşdırılmış yaşayış sahəsi verilir. Həmin Məcəllənin 88.1-ci maddəsinə görə bu Məcəllənin 85-87-ci maddələrində nəzərdə tutulmuş əsaslarla yaşayış sahəsindən çıxarılan vətəndaşlara sosial kirayə müqaviləsi ilə verilən digər yaşayış sahəsi müvafiq yaşayış məntəqəsinin mövcud olan şəraitinə uyğun olaraq abadlaşdırılmış olmalı, ümumi sahəsi əvvəl yaşadıqları yaşayış sahəsinin ümumi sahəsindən az olmamalı, müəyyən edilmiş tələblərə cavab verməli və həmin yaşayış məntəqəsinin hüdudlarında yerləşməlidir. Sözügedən Məcəllənin 88.3-cü maddəsinə əsasən məhkəmə qaydasında çıxarılan vətəndaşa verilən yaşayış sahəsi məhkəmənin çıxarılma haqqında qərarında göstərilməlidir. Beləliklə, qeyd edilən hallar və şərtlər daxilində mülkiyyət hüququna müdaxiləyə haqq qazandırmaq mümkündür. Kollegiya onu da vurğulayır ki, MM-in 459.1-ci və 459.5-ci maddələrinə görə, zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir. Əgər ilkin vəziyyətin bərpası yolu ilə zərərin əvəzinin ödənilməsi mümkün deyildirsə və ya bunun üçün tənasübsüz surətdə böyük xərclər zəruridirsə, kreditora pul əvəzi verilə bilər. Bu səbəbdən məhkəmə hesab edir ki, sakinlərə öz mənzillərinin sahəsindən artıq olan, yeni və təmirli mənzillərin, habelə tikinti qurtaranadək müvafiq kirayə haqlarının verilməsi mahiyyət etibarilə onların düşdükləri zərərin əvəzinin naturada və pulla ödənilməsidir. Odur ki, mübahisənin bu qaydada həlli həm də iddiaçı sakinlərin düşdükləri zərərin bərpası mahiyyətindədir. Həmin sakinlərə mənzillərinin əvəzinə yeni və təmirli, özü də artıq sahəli mənzillərin verilməsi (daşınmaz əşyanın bütövlükdə yenisi ilə əvəzlənməsi) qənaətinə gəlindiyi üçün Kollegiya hesab edir ki, mənzillərin dəyəri və onlara dəymiş zərərin həcmi artıq mübahisənin həlli üçün əhəmiyyət kəsb etmir və prosessual qənaət prinsipi də nəzərə alınmaqla, bu xüsusat üzrə əlavə araşdırma aparmağa zərurət yoxdur. Qeyd edilənləri nəzərə alaraq, Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi, işin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlsə də qətnamə cavabdehlərə təklif edilən mənzillərin sahələrinin (ölçülərinin) dəqiq göstərilməsi ilə bağlı düzgün nəticəyə gəlməmiş və apelyasiya şikayətlərinin dəlilləri yalnız həmin hissədə qətnamənin dəyişdirilməsi üçün əsas təşkil edir. Çünki, qətnamə üzrə gəlinmiş nəticə aydın, dəqiq və gələcəkdə icra edilə bilən olmalı, ziddiyyətli və sual doğuran məqamlar qalmamalıdır. Mülki Prosessual Məcəllənin 384.0.3-cü maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdehlər Cavabdeh1, X34, Cavabdeh3, X23 və maraqlarına toxunulan şəxslər X8, X20, X18 apelyasiya şikayətləri qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1385/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi “Azadlıq prospekti 80 ünvanında tikilən yeni yaşayış binasında cavabdehlərə təmin ediləcək yaşayış mənzillərinin sahələri ilə bağlı” hissədə dəyişdirilsin: Cavabdeh1 ona məxsus mənzilin əvəzində Azadlıq prospekti 80 ünvanında tikiləcək yeni yaşayış binasının 4-cü giriş, 3-cü mərtəbəsində sahəsi 191,8 kv.metr olan 4 otaqlı, 156 nömrəli mənzilin; X25 ona məxsus mənzilin əvəzində Azadlıq prospekti 80 ünvanında tikiləcək yaşayış binasının 2-ci giriş, 3-cü mərtəbəsində sahəsi 191,8 kv.metr olan 4 otaqlı, 58 nömrəli mənzilin; X6 məxsus mənzilin əvəzində Azadlıq prospekti 80 ünvanında tikiləcək yeni yaşayış binasının 2-ci giriş, 4-cü mərtəbəsində sahəsi 191,8 kv.metr olan 4 otaqlı, 61 nömrəli məznilin və Cavabdeh3 ona məxsus mənzilin əvəzində Azadlıq prospekti 80 ünvanında tikiləcək yeni yaşayış binasının 4-cü giriş, 4-cü mərtəbəsində sahəsi 191,8 kv.metr olan 4 otaqlı, 159 nömrəli mənzilin təhvil veriləcəyi müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-894/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-894/2021
04.02.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver