Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-894/2025 13.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma və sair” tələbinə dair mülki iş üzrə (Açar sözlər: özbaşına tikilmiş tikiliyə yaşayış hüququnun tanınması və yaşayış hüququna cavabdehlər tərəfindən yaradılan maneənin aradan qaldırılması hüququ) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X12 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlu və X2 ibarət tərkibdə, Məhkəmə iclasının katibi Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma və sair” tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-84/2024 nömrəli, xx.xx.2024- cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. X18 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir.
2. Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2021-ci il tarixli şəhadətnamədən görünür ki, X10 vərəsələri: X7, X13, İddiaçıdur və onların hər biri miras əmlakdan 1/3 hissələrlə irs almalıdırlar.
3. xx.xx.2021-ci il tarixli miras payın bölüşdürülməsi müqaviləsinin surətindən görünür ki, X7, X13 və İddiaçı ünvan 1 ünvanında yerləşən mənzilin və ünvan 2 ünvanında yerləşən mənzilin X13nun adına, ünvan 3 ünvanında yerləşən mənzilin və ünvan 4in İddiaçı adına qeydə alınması razılığına gəlmişlər.
4. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin çıxarışından görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 116, mənzil 45 ünvanında yerləşən mənzil İddiaçı adına xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır.
5. Mübahisə predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 116, 45 saylı mənzil onunla yanaşı yerləşən 44 saylı mənzillə birləşdirilmiş və mənzildə cavabdeh yaşayır.
6. İddiaçı ünvan 4ə dair pozulmuş mülkiyyət hüququnun bərpa edilməsi, bütün maneələrin aradan qaldırılması, evdə olan digər şəxslərin, cavabdeh azyaşlı uşağı ilə birlikdə özlərinə məxsus olan əşyaları ilə ona aid olan evə dair hissəsindən çıxarılması və sözügedən evin ona təhvil verilməsini tələb edir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehlər X14 və Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xüsusi mülkiyyətində olan, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 116 ünvanında yerləşən 45 saylı mənzilə dair pozulmuş mülkiyyət hüququnun bərpa edilməsi, cavabdehlərin özlərinə məxsus əşyaları ilə birlikdə sözügedən xüsusi mülkiyyətində olan evdən çıxarılması, otaqlar arasında sökülmüş divarın, giriş qapısının cavabdehlərin hesabına bərpa edilməsi və sözügedən mənzilin əvvəlki vəziyyətə qaytarılması və mübahisəli mənzilin ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Daha sonra iddiaçı məhkəməyə ərizə təqdim edərək, X5 cavabdehlər sırasından çıxarılmasını, xüsusi mülkiyyətində olan, ünvan 4ə dair pozulmuş mülkiyyət hüququnun bərpa edilməsi, Cavabdeh iki azyaşlı uşaqları ilə, özlərinə məxsus olan əşyaları ilə birlikdə sözügedən xüsusi mülkiyyətində olan evdən çıxarılması, otaqlar arasında sökülmüş divarın, giriş qapısının Cavabdeh hesabına bərpa edilməsi və sözügedən mənzilin əvvəlki vəziyyətə qaytarılması və mübahisəli mənzilin ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Sonradan, iddiaçı, iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək, xüsusi mülkiyyətində olan, ünvan 4ə dair pozulmuş mülkiyyət hüququnun bərpa edilməsi, bütün maneələrin aradan qaldırılması, evdə olan digər şəxslərin, cavabdeh azyaşlı uşağı ilə birlikdə özlərinə məxsus olan əşyaları ilə ona aid olan evə dair hissəsindən çıxarılması və sözügedən evin ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onun X4 uzun illərdir ki, xüsusi mülkiyyətində olan ünvan 4də fasiləsiz olaraq yaşamışdır. X4 xx.xx.2020-ci il tarixdə ürəyin alerosklerotik xəstəliyindən vəfat etmişdir. Atasının vəfatından sonra, atasından ona miras qalmış sözügedən mübahisəli ünvan 4ə dair, o qanun üzrə vərəsiliyi qəbul etdikdən sonra, Bakı şəhəri 27 saylı notariat ofisi tərəfindən ona xx.xx.2021-ci il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bundan sonra Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən, ünvan 4ə dair xx.xx.2021-ci il tarixdə Çıxarış verilmişdir. O, xüsusi mülkiyyətində olan, ünvan 4ə gedərək mənzilinə daxil olmaq istədikdə, görüb ki, qapı qonşu mülkiyyətində olan Bakı şəhəri Nərimanov rayonu, Təbriz küçəsi, ev 116, mənzil 44 xüsusi mülkiyyətində olan ünvan 4in giriş qapısını hörərək, evin daxilində konstruksiya dəyişikliyi etmiş, öz evini onun xüsusi mülkiyyətinə birləşdirmişdir. O, qapı qonşuya, yəni cavabdehə müraciət edərək, xüsusi mülkiyyətində olan, ünvan 4in giriş qapısını və mənzilin daxilində otaqlar arasında olan otağın öz mənzilinə birləşdirməsini bərpa edərək əvvəlki vəziyyətinə qaytarmasını xahiş etmişdi, lakin X14 ona bildirmişdir ki, guya o sözügedən xüsusi mülkiyyətində olan mənzilə dair pulun bir hissəsini atasına ödəniş etmiş və gələcəkdə həmin mənzili almalı idi. X5 danışıqları cəfəngiyyatdır. Cavabdehlər onun xüsusi mülkiyyətində qanunsuzluq edərək, otaqlar arasında ara kəsmələr edərək ünvan 4də qanunsuz sahibkarlıq edərək oradan hazırda istifadə edirlər, bir sözlə bir mülkiyyətçi kimi onun mülkiyyət hüquqlarını pozurlar. Cavabdehlərin günahı ucbatından bir mülkiyyətçi kimi mülkiyyət hüquqları pozulur, öz xüsusi mülkiyyətindən istifadə, sahiblik və sərəncam vermək hüququndan demək olar ki, məhrum olmuşdur. Bu da onun konstitusion hüquqlarının pozulması deməkdir.
11. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-84/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, Cavabdeh uşaqları və əşyaları, eləcə də mənzildə yaşayan digər şəxslərlə birlikdə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 116 ünvanında yerləşən 45 saylı mənzildən çıxarılması və həmin mənzilin (birləşdirilmiş mənzilin iddiaçıya aid hissəsi) boşaldılaraq İddiaçı təhvil verilməsi, İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 116 ünvanında yerləşən 45 saylı mənzildən istifadəsi ilə bağlı maneələrin aradan qaldırılması vəzifəsinin Cavabdeh üzərinə qoyulması qət edilmişdir.
12. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə ilk növbədə iddia tələbinin həcminin azaldılması barədə ərizənin icraata qəbul edilməsi məsələsinə münasibət bildirilməsini zəruri hesab edir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, 2(005)-587/2023 saylı qərardadı ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan 2(005)-2126/2023 saylı mülki iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək, İddiaçı Cavabdeh qarşı mülkiyyət hüququnun bərpası və s. tələbinə dair 2(005)-587/2023 nömrəli mülki iş üzrə icraat dayandırılmışdır. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadına əsasən, qeyd edilən iş üzə yekun məhkəmə aktı qanuni qüvvəyə mindiyindən hazırki iş üzrə icraat təzələnmişdir. Məhkəmə tərəfindən xx.xx.2024cü il tarixində hazırlıq iclası keçirilmiş, xx.xx.2024-cü il tarixinə ilk baxış iclası təyin edilsə də cavabdehin nümayəndəsi və vəkilinin ərizəsi əsasında baxış iclası təxirə salınmışdır. Daha sonra iddiaçı elektron kabinet vasitəsilə iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək “otaqlar arasında sökülmüş divarın, giriş qapısının Cavabdeh hesabına bərpa edilməsi və sözügedən mənzilin əvvəlki vəziyyətə qaytarılması” hissəsində iddia tələbinin həcmini azaltmışdır. Məhkəmə iclasında iddiaçı “keçən həftə həmin məhlədən olan şəxslərdən cavabdehin məvacibinin az olmasını öyrənməsi, tək qadın olması səbəbindən” hazırki mərhələdə bu cür ərizə verdiyini, arakəsmələri öz vəsaiti hesabına bərpa edəcəyini bildirmişdir. Məhkəmə iddia tələbinin həcminin azaldılması barədə ərizənin cavabdehin hər hansı mənafeyini pozmadığını, işə mahiyyəti üzrə təsir etmədiyini və iddiaçının qeyd etdiyi halları nəzərə alaraq həmin ərizəni icraata qəbul etmişdir. Hazırki mülki iş materiallarından görünür ki, iddiaçının mübahisələndirilən mənzil üzrə xüsusi mülkiyyət hüququ mövcuddur. Həmin mülkiyyət hüququ cavabdeh tərəfindən mübahisələndirilmiş, lakin hər üç instansiya məhkəmələri tərəfindən iddiası təmin edilməmişdir. Bu baxımdan məhkəmə qeyd olunan qanunvericilik normalarından və daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyasından çıxış edərək hesab edir ki, Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozitiv şərtləri mövcud olduğundan, iddia tələbi əsaslı olmaqla, təmin edilməlidir. Cavabdehin əmlakdan istifadə və ona sahiblik etmək üçün hər hansı hüquqi əsasının olması müəyyən edilməmişdir. İstifadə və sahiblik hüququnun olması isə cavabdehin əmlakda yalnız bilavasitə yaşaması (fiziki baxımdan mövcudluğu) ilə əlaqələndirilə bilməz. İddiaçının, mülkiyyətçi olmasına baxmayaraq, cavabdehin ailə üzvləri və əşyaları ilə birlikdə mübahisəli mənzildə məskunlaşması, iddiaçını mülkiyyətindən faktiki olaraq məhrum etmiş olur və hüquqi nəticə etibarı ilə onun konstitusion hüququ olan mülkiyyət hüququnu pozur. Eyni zamanda məhkəmə qeyd edir ki, cavabdehin mübahisəli mənzili öz evinə birləşdirilmiş vəziyyətdə alması belə mövcud vəziyyəti dəyişdirmir. Cavabdehin azyaşlı övladları və əşyaları ilə birlikdə mənzildən çıxarılmaları tələbi ilə bağlı qeyd olunmalıdır ki, "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinə görə on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır.
13. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29,Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.2, 178.1, maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsı Plenumunun “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 26 sentyabr 2007-ci il tarixli qərarı və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1,218.3, 216-220, 227, 233-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
14. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-84/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayətində göstərilmişdir ki, hazırki, eləcə də tərəflər arasında baş vermiş digər mübahisə üzrə tələb edilərək tədqiq edilmiş mülki işin materiallarından görünür ki, yuxarıda göstərilən mənzil ayrılıqda (fərdən) mövcud deyildir, yalnız kağız üzərində iddiaçının X4nun adına rəsmiləşdirilmiş, iddiaçıya isə vərəsəlik yolu ilə keçmişdir. Nə miras qoyan, nə də ki, iddiaçı həmin mənzildə bir gün də olsun yaşamamışlar. Ona görə ki, göstərilən mənzil hələ 2000-ci ilin əvvəllərindən digər 2 (iki) otaqlı 44 saylı mənzillə birləşdirilmiş və tamamilə yenidən qurularaq 3 (üç) otaqlı mənzilə çevrilmiş, mülkiyyətçisi isə X17 olmuşdur. Göstərilən Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi,116 saylı evin 44 və 45 saylı mənzilləri birləşdirilərək 3 (üç) otaqlı şəklində yenidən qurulmuş olsa da, 9 saylı DNK-da eyni gündə, yəni xx.xx.2007-ci il tarixdə bağlanmış, müvafiq olaraq 4Ə-1/72 və 4Ə-1/71 reyestr nömrəli alqı-satqı müqavilələrinə əsasən X8 adından baldızı X3 adına qeydiyyatdan keçmişdir. Almara Nəbiyeva həmin mənzildə təxminən 1 (bir) il yaşadıqdan sonra o, ailə üzvləri ilə birlikdə həmin mənzilə köçmüş ki, bu günədək orada yaşayırlar. Sonra isə həmin mənzillər 24 saylı DNKda eyni,yəni xx.xx.2009-cu il tarixli 4Ə-2-232 və 4Ə-2-231 reyestr nömrəli formal alqı-satqı müqavilələrinə əsasən X10 (yəni iddiaçıya miras qoyanın) adına qeydiyyatdan keçmişdir. Müqavilənin formal xarakter daşıdığı onunla sübuta yetir ki, alqı-satqı müqaviləsi üzrə tərəflər özlərinin “vermə” və “qəbul etmə” öhdəliklərini güdməmiş, bir-birindən tələb etməmişlər. Bundan sonra isə Bakı şəhəri 21 saylı DNK-da xx.xx.2017-ci il tarixli 4Ə-336 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən yuxarıda göstərilən mənzillərdən biri, yəni 44 saylı mənzil X10 adından onun adına keçmişdir. Digər, yəni 45 saylı mənzil isə Bakı şəhəri 27 saylı DNK-nun xx.xx.2021-ci il tarixli 2V-175 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə və 3M-309 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən İddiaçı, yəni hazırki iddiaçının adına qeydiyyatdan keçmişdir. Qeyd edilməlidir ki, göstərilən mənzillər 2009-cu ildə X3 adından X10 adına alqı-satqı edilən zaman depozitə pul qoyulmamış, tərəflər özlərinin “vermə” və “ödəmə” öhdəliklərinə əməl etməmiş, yəni onlar ailəlikcə (o, həyat yoldaşı və 2 (iki) övladı) həmin mənzildə bu günədək yaşamaqda davam etmişdir. Həmin mənzildə onlardan başqa heç kim, yəni nə X18, nə də ki, İddiaçı bir gün də olsun yaşamamışlar. Bir sözlə, 24 saylı DNK-da baldızı X11 ilə X18 arasında bağlanaraq təsdiq edilmiş xx.xx.2009cu il tarixli 4Ə-2-232 və 4Ə-2-231 reyestr nömrəli alqı-satqı müqavilələri yalan əqd olmuşdur. Belə ki, “alıcı” X20 həmin mənzilləri adına rəsmiləşdirməklə göstərilən alqı-satqı müqavilələrinin həqiqi nəticəsini yox, həyat yoldaşı X1 verdiyi pulun faizlərələ birlikdə qaytarılması məqsədini güdmüşdür. Göründüyü kimi, məhkəmə mülki qanunvericiliyin öhdəliyin yaranma əsasları ilə bağlı müddəalarının mahiyyətinə əhəmiyyət vermədən onun üzərinə ayrılıqda və faktiki surətdə mövcud olmayan, yəni məchul bir mənzilin boşaldılması və s. öhdəlikləri qoymuşdur. Hansı ki, belə bir öhdəlik yalnız ayrılıqda mövcud olan mənzillə bağlı ola bilərdi. Digər tərəfdən, hətta, artıq 20 (iyirmi) ilə yaxındır ki, mövcud olan 3 (üç) otaqlı mənzilin 2 və 1 otaqlıya bölünməsi onun təsərrüfat təyinatına tənasübsüz zərər vurmadan qətiyyən mümkün deyildir. Habelə qeyd edilməlidir ki, miras qoyan Loğman Orucov vaxtilə adına rəsmiləşdirdiyi mənzilin birləşdirilmiş 3 (üç) otaqlı şəklində olması faktını qəbul etmiş, onların ayrılması və ya boşaldılması barədə heç bir tələb irəli sürməmişdir. Belə olan halda onun vərəsəsi olan hazırki iddiaçının tələbi mövcud qanunvericiliyin hər hansı bir müddəası ilə uzlaşmır. Göründüyü kimi, iddiaçının iddia ərizəsində göstərdiyi hallar, bütünlüklə uydurmadır, yəni mənzillər uzun illər bundan əvvəl digər mülkiyyətçi X17 tərəfindən birləşdirilərək yenidən qurulmuş və 3 (üç) otaqlı şəklinə salınmışdır. Belə olan halda isə iddiaçı hazırki iddia tələbini deyil, yalnız mülki qanunvericiliyin paylı ümumi mülkiyyət hüququnun müddəaları baxımından iddia tələbi irəli sürə bilər.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Proses iştirakçılarının izahatı
17. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirmişdir ki, daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsindən Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 116, mənzil 45 dair çıxarış verilmişdir. Hazırda qeydiyyatı da oradadır. 4 ildir ki, cavabdehlə yola gedə bilmirlər. 1 otağının qapısı açılıb, ortadan kərpic qoyulub. Əvvəllər Azərbaycanda yaşamamış, vərəsəlik məsələsindən sonra xəbəri olub. Evə aid texniki pasportu vardır.
18. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası cavabdehin üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq normaları:
Azərbaycan Respublikası Konstitusiyası
19. Maddə 29. İ. Hər kəsin mülkiyyət hüququ vardır.
20. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 141.1. Əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir.
21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
Apellyasiya baxışının hədləri
22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
24. Hazırki halda cavabdehin apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün kollegiya qətnamənin əsaslılığını tam yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməli, iddia tələbi digər şəxslərin mənzildən çıxarılmasına aid hissədə təmin edilməməlidir.
26. İşin mübahisəsiz halı odur ki, iddiaçı Orucov X6 rayonu, Təbriz küçəsi, ev 116, 45 saylı mənzilin mülkiyətçisidir. Mübahisə predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 116, 45 saylı mənzil onunla yanaşı yerləşən 44 saylı mənzillə birləşdirilmiş və mənzildə cavabdeh yaşayır.
27. İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 116, 45 saylı mənzilə dair pozulmuş mülkiyyət hüququnun bərpa edilməsi, bütün maneələrin aradan qaldırılması, cavabdeh azyaşlı uşağı ilə birlikdə özlərinə məxsus olan əşyaları ilə ona aid olan evə dair hissəsindən çıxarılması və sözügedən evin ona təhvil verilməsi və evdə olan digər şəxslərin mübahisə predmeti olan evdən çıxarılmasını tələb etmişdir.
28. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilərək, Cavabdeh uşaqları və əşyaları, eləcə də mənzildə yaşayan digər şəxslərlə birlikdə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 116 ünvanında yerləşən 45 saylı mənzildən çıxarılması və həmin mənzilin (birləşdirilmiş mənzilin iddiaçıya aid hissəsi) boşaldılaraq İddiaçı təhvil verilməsi, İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 116 ünvanında yerləşən 45 saylı mənzildən istifadəsi ilə bağlı maneələrin aradan qaldırılması vəzifəsinin Cavabdeh üzərinə qoyulması qət edilmişdir.
29. Cavabdehin apellyasiya şikayətinin dəlili odur ki, mənzil ayrılıqda (fərdən) mövcud deyildir, yalnız kağız üzərində iddiaçının X4nun adına rəsmiləşdirilmişdir, mənzil hələ 2000-ci ilin əvvəllərindən digər 2 (iki) otaqlı 44 saylı mənzillə birləşdirilmiş və tamamilə yenidən qurularaq 3 (üç) otaqlı mənzilə çevrilmiş, mülkiyyətçisi isə X17 olmuşdur. Göstərilən Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi,116 saylı evin 44 və 45 saylı mənzilləri birləşdirilərək 3 (üç) otaqlı şəklində yenidən qurulmuş olsa da, 9 saylı DNK-da eyni gündə, yəni xx.xx.2007-ci il tarixdə bağlanmış, müvafiq olaraq 4Ə-1/72 və 4Ə-1/71 reyestr nömrəli alqı-satqı müqavilələrinə əsasən X8 adından baldızı X3 adına qeydiyyatdan keçmişdir. Almara Nəbiyeva həmin mənzildə təxminən 1 (bir) il yaşadıqdan sonra o, ailə üzvləri ilə birlikdə həmin mənzilə köçmüş ki, bu günədək orada yaşayırlar. Sonra isə həmin mənzillər 24 saylı DNKda eyni,yəni xx.xx.2009-cu il tarixli 4Ə-2-232 və 4Ə-2-231 reyestr nömrəli formal alqı-satqı müqavilələrinə əsasən X10 (yəni iddiaçıya miras qoyanın) adına qeydiyyatdan keçmişdir.
30. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iddia ərizəsi verilməmişdən qabaq Cavabdehlər İddiaçı, X11, Bakı şəhəri 9 saylı Notariat Ofisi, 24 saylı Notariat Ofisi, 27 saylı Notariat Ofisi və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Bakı şəhəri 24 saylı DNK-da mübahisəli mənzil 44 və mübahisəli mənzil 45-ə dair cavabdehlər X11 ilə X18 arasında bağlanaraq təsdiq edilmiş 4Ə-2-232 və 4Ə-2-231 reyestr nömrəli xx.xx.2009-cu il tarixli alqı-satqı müqavilələrinin və həmin müqavilələr əsasında DƏDRXnin Bakı şəhər Ərazi İdarəsi tərəfindən X15 verilmiş mülkiyyət hüququna dair çıxarışların və həmin çıxarışların hüquqi nəticələrinin etibarsız hesab edilməsi, göstərilən mənzillərə dair X10 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatların və onların hüquqi nəticələrinin ləğv edilməsi, cavabdeh Bakı şəhəri 27 saylı Notariat Ofisində Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 116-da yerləşən 45 saylı bir otaqlı mənzil barəsində rəsmiləşdirilmiş xx.xx.2021-ci il tarixli 2V-175 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə”nin və eyni tarixli “Miras payın bölüşdürülməsi Müqaviləsi”nin göstərilən mənzilin İddiaçı adına qeydə alınması barədə vərəsələrin razılığı hissəsində və göstərilən hüquqverici sənədlər əsasında göstərilən mənzil barəsində İddiaçı DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli çıxarışın etibarsız hesab edilməsi, daşınmaz əmlak üzərində hüquq barədə daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın isə ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
31. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2126/2023 nömrəli, 9 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1062/2024 saylı, 5 fevral 2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2126/2023 nömrəli, 9 oktyabr 2023- cü il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılaraq iddia rədd edilmişdir. Qətnamədən verilən kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1947/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə təmin edilməyərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)- 1062/2024 nömrəli 5 fevral 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
32. Göründüyü kimi, cavabdeh tərəfindən mübahisə predmeti olan mənzilin alğı-satqı müqaviləsi mübahisələndirilmiş, lakin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən iddia tələbi təmin edilməmişdir. Cavabdeh apellyasiya şikayətində yenidən həmin hallara istinad edir. Halbu ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
33. Cavabdehin digər dəlili odur ki, 2000-ci ildən mübahisə predmeti olan 1 otaqlı mənzil 2 otaqlı 44 saylı mənzillə birləşdirilmiş və vahid mənzildir.
34. Kollegiya qeyd edir ki, 45 saylı mənzilin 44 saylı mənzilə birləşdirilməsi və həmin mənzildə cavabdehin yaşaması qanunsuzdur. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş mübahisə predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 116, 45 nömrəli mənzilin xx.xx.2010-cu ildə tərtib edilmiş texniki pasportundan görünür ki, mənzil 1 otaqlıdır, 4-cü mərtəbədə yerləşir, dəhliz hissəsi 6 kv.m sahədən, yaşayış otağı 17.92. kv.m sahədən, mətbəx 6.90 kv.m sahə, hamam – s/qovşağı 3.20 kv.m sahədən ibarətdir. Həmin mənzil hazırda iddiaçının mülkiyyətindədir. İddiaçının mülkiyyət hüququ pozulub. İddiaçı öz mənzilindən istifadə edə bilmir. İddiaçı özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etməkdə haqlıdır.
35. Məhkəmə kollegiyası qeyd edir ki, işə baxan birinci instansiya məhkəməsi əsaslı olaraq Cavabdeh uşaqları və əşyaları birlikdə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 116 ünvanında yerləşən 45 saylı mənzildən çıxarılması və həmin mənzilin (birləşdirilmiş mənzilin iddiaçıya aid hissəsi) boşaldılaraq İddiaçı təhvil verilməsi, İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 116 ünvanında yerləşən 45 saylı mənzildən istifadəsi ilə bağlı maneələrin aradan qaldırılması vəzifəsinin Cavabdeh üzərinə qoyulmasını qət etmişdir. Göründüyü kimi məhkəmə birləşdirilmiş mənzilin iddiaçıya aid hissəsinin boşaldılmalı olmasını qeyd etmişdir.
36. Məhkəmə kollegiyası digər şəxslərin iddiaçıya məxsus mənzildən çıxarılması tələbinə münasibətdə qeyd edir ki, iddia tələbi qeyri-müəyyən şəxslərə yönəldiyi üçün həmin hissədə təmin edilməməli idi. Lakin işə baxan məhkəmə iddianı həmin hissədə də təmin etmişdir.
37. Mülki Prosessual Məcəllənin 50.3-cü maddəsində qeyd edilir ki, iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar.
38. Məhkəmə kollegiyası qeyd edir ki, qeyri-müəyyən şəxslərə qarşı iddia tələbinin təmin edilməsi həmçinin hüquqi müəyyənlik prinsipinə də ziddir.
39. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, Cavabdeh apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-84/2024 nömrəli, xx.xx.2024- cü il tarixli qətnaməsi qismən - mənzildə yaşayan digər şəxslərin Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 116 ünvanında yerləşən 45 saylı mənzildən çıxarılması hissəsində ləğv edilməli, iddia tələbi həmin hissədə təmin edilməməli, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid olunmalıdır.
40. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-84/2024 nömrəli, xx.xx.2024- cü il tarixli qətnaməsi qismən - mənzildə yaşayan digər şəxslərin Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 116 ünvanında yerləşən 45 saylı mənzildən çıxarılması hissəsində ləğv edilsin. İddia tələbi həmin hissədə təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Xəyal Sarıyev Fərrux Qasımov