Məhkəmə qərarları › İş №2(103)-8959/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8959/2021

01.09.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8959/2021 01.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi ilə, İddiaçı “Azinteroil MMC-nin təsisçiləri İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Vəkil, Cavabdeh2, onun və Cavabdeh3 nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-27/2019 saylı iş üzrə 06 avqust 2021-ci il tarixli qərardadından cavabdehlər Cavabdeh2 və Cavabdeh3 tərəfindən birgə verilmiş şikayətə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı3-nin təsisçiləri İddiaçı1 və İddiaçı2 cavabdehlər İddiaçı3-nin təsisçisi Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 615 000 ABŞ dolları məbləğində pul vəsaitinin müştərək qaydada alınaraq İddiaçı1 və İddiaçı2 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Eyni zamanda, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17.07.2017-ci il tarixli, 2(005)- 5626/2017 nömrəli qərardadı ilə ərizə qismən təmin edilərək, İşə mahiyyəti üzrə baxılıb həll edilənədək, Cavabdeh1 adına olan - “FORD” markalı, ** CR *** dövlət qeydiyyat nişanlı avtomobilin, Cavabdeh2 adına olan - “MERSEDES 904” markalı, ** GB ***, “MERSEDES E 240” markalı, ** LR ***, “MERSEDES G 500” markalı, ** FH ***, “VAZ 21214” markalı, ** XM ***, “VAZ 212140” markalı, ** MZ ***, “MERSEDES S 350” markalı, ** SV ***, “LEXUS GX 460” markalı, ** FK ***, “FORD EXPEDİTİON” markalı, ** NG ***, “LAND ROVER DİSCOVERY 3” markalı, ** OK ***, “MERSEDES S 500” markalı, ** SK *** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulması, Cavabdeh2 adına olan – Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* №-li, 03.12.2015-ci il tarixli Çıxarış əsasında Cavabdeh2 xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 54 saylı mənzilin; Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* №-li, 08.12.2016-cı il tarixli Çıxarış əsasında Cavabdeh2 xüsusi mülkiyyətində olan ünvan 2 ünvanında 0,06 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin və Cavabdeh3 adına olan - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* №-li, 29.04.2011-ci il tarixli Çıxarış əsasında Cavabdeh3 xüsusi mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 15 saylı mənzilin üzərinə həbs qoyulması, qərardadın icrasının Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinə həvalə edilməsi qərara alınmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17.01.2019-cu il tarixli, 2(005)-27/2019 nömrəli qətnaməsinə əsasən iddia qismən təmin edilmiş, Cavabdeh1 1 114 703 (bir milyon yüz on dörd min yeddi yüz üç) manat məbləğində pul İddiaçı3-nin təsisçiləri İddiaçı1 və İddiaçı2 xeyrinə tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 13.08.2020-ci il tarixli 2(103)-5057 /2020 saylı qətnaməsinə əsasən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17.01.2019-cu il tarixli, 2(005)-27/2019 nömrəli qətnaməsi qüvvəsində saxlanılmışdır. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17.07.2017-ci il tarixli, 2(005)-5626/2017 saylı qərardadının qismən ləgv edilməsi barədə 02.06.2021-ci il tarixdə ərizə ilə müraciət etmişlər. Ərizə onunla əsaslandırılmışdır ki, məhkəmənin yuxarıda göstərilən qətnaməsinə əsasən məhkəmə iddiaçıların iddia tələbini Cavabdeh3 və Cavabdeh2 münasibətdə təmin edilməmişdir. Buna baxmayaraq, cavabdehlərin mülkiyyət hüquqları pozularaq onların əmlakları üzərinə Bakı şəhər Nərimanov rayon məhkəməsinin 17.07.2017-ci il tarixli, 2(005)-5626/2017 saylı qərardadı ilə qoyulmuş həbs hələdə götürülməmişdir. Odur ki, cavabdehlər Cavabdeh3 və Cavabdeh2 əmlakları üzərinə iddianın təmin tədbiri qismində qoyulmuş həbslər götürülməlidir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 iyun 2021-ci il tarixli, 2(005)-27/2019 saylı qərardadına əsasən ərizə təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17.07.2017- ci il tarixli, 2(005)-5626/2017 nömrəli qərardadı qismən ləgv edilmiş, Cavabdeh2 adına olan - “MERSEDES 904” markalı, ** GB ***, “MERSEDES E 240” markalı, ** LR ***, “MERSEDES G 500” markalı, ** FH ***, “VAZ 21214” markalı, ** XM ***, “VAZ 212140” markalı, ** MZ ***, “MERSEDES S 350” markalı, ** SV ***, “LEXUS GX 460” markalı, ** FK ***, “FORD EXPEDİTİON” markalı, ** NG ***, “LAND ROVER DİSCOVERY 3” markalı, ** OK ***, “MERSEDES S 500” markalı, ** SK *** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə qoyulmuş həbs, Cavabdeh2 adına olan – Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* №-li, 03.12.2015-ci il tarixli Çıxarış əsasında Cavabdeh2 xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 54 saylı mənzilin; Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* №-li, 08.12.2016- cı il tarixli Çıxarış əsasında Cavabdeh2 xüsusi mülkiyyətində olan ünvan 2 ünvanında 0,06 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin və Cavabdeh3 adına olan - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* №-li, 29.04.2011-ci il tarixli Çıxarış əsasında Cavabdeh3 xüsusi mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 15 saylı mənzilin üzərinə qoyulmuş həbs götürülmüşdür. İddiaçı “Azinteroil MMC-nin təsisçiləri İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Vəkil 18 iyun 2021-ci il tarixdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 iyun 2021-ci il tarixli 2(005)-27/2019 nömrəli qərardadından şikayət verərək qərardadın ləgv olunmasının və ərizənin təmin olunmamasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 iyun 2021-ci il tarixli, 2(005)-27/2019 saylı qərardadına əsasən şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 07 iyul 2021-ci il tarixli qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 iyun 2021-ci il tarixli, 2(005)-27/2019 saylı qərardadın ləğv olunmuş və yenidən ərizəyə baxılması üçün iş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə qaytarılmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-27/2019 saylı iş üzrə 06 avqust 2021-ci il tarixli qərardadı ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17.07.2017-ci il tarixli, 2(005)-5626/2017 saylı qərardadının qismən ləğv edilməsi barədə 02.06.2021-ci il tarixli ərizənin rədd edilməsi qərara alınmışdır. Qərardaddan cavabdehlər Cavabdeh2 və Cavabdeh3 şikayət verərək, Bakı şəhər Nərimanov rayon məhkəməsinin 06.08.2021-ci il tarixli, 2(005)-27/2019 saylı qərardadının ləğv edilməsi və cavabdehlər Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17.07.2017-ci il tarixli, 2(005)-5626/2017 saylı qərardadının qismən ləğv edilməsi barədə 02.06.2021 -ci il tarixli ərizələrinin təmin edilməsi barədə qərardad qəbul edilməsi, Bakı şəhər Nərimanov rayon məhkəməsinin 06.08.2021-ci il tarixli, 2(005) - 27/2019 saylı qərardadı ləğv edilmədiyi təqdirdə şikayət ərizəsinin aidyyatı üzrə baxılması üçün Bakı Apellyasiya məhkməsinin Mülki Kollegiyasına göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-27/2019 saylı iş üzrə 11 avqust 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 və Cavabdeh3 nümayəndəsi və vəkili Nümayəndə1 şikayəti müdafiə edərək bildirdi ki, birinci instansiya məhkəməsinin qərardadı əsassızdır. Belə ki, qanuni qüvvəsini almış qətnamə ilə müdafiə etdiyi şəxslərə münasibətdə iddia rədd edilmişdir. Digər Cavabdeh1 barəsində icra işi üzrə icraat davam edir. Qanunvericiliyin tələbi baxımından iddia təmin tədbirinin məqsədi gələcəkdə qəbul ediləcək məhkəmə qətnaməsinin icrasını çətinləşdirilməməsidir. Müdafiə etdiyi şəxslərə hər hansı iddia tələbi yönəlməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən müdafiə etdiyi şəxslərin konstitusiyada göstərilən hüquqları kobud şəkildə pozularaq ərizələri rədd edilmişdir. Məhkəmə kollegiyasından birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və müdafiə etdiyi şəxslərin ərizələrinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçıların nümayəndəsi və vəkili Vəkil şikayətə etiraz edərək bildirdi ki, bu işdən başqa cavabdehlərin digər məhkəmə işləri də mövuddur və hazırkı iş üzrə cavabdehlər həmin işlər üzrə də cavabdehdirlər. Cavabdeh1 və onun arvadı Arzu Şahabazovanın yeganə məqsədi qətnamələrin icrasından boyun qaçırmaq, adlarında olan əmlakların hər hansı vasitələrlə öz adlarından çıxarmaq və qətnamələrin icrasını mümkünsüz etməkdir. Buna sübut olaraq Cavabdeh3 tərəfindən məhkəmədə irəli sürülmüş iddia tələbinin surətini təqdim edir və bildir ki, həmin iddia ərizəsində heç bir əsaslandırma yoxdur, yalnız maddi hüquq normaları sadalanmaqla kifayətlənmişdir. Halhazırda həmin iddia Nəsimi rayon Məhkəməsinin icraatındadır. İddiadan da görünür ki, cavabdehlərin məqsədi sadəcə məsuliyyətdən yayınmaqdır. Digər Cavabdeh2 münasibətdə isə qeyd edir ki, Cavabdeh1 dəfələrlə sosial şəbəkələrdə etiraf etmişdir ki, ona məxsus əmlakları qardaşının və arvadının yəni Cavabdeh2 və Cavabdeh3 adına keçirmişdir. Qanunvericilikdə qeyd edilir ki, cavabdehin digər şəxslərdə olan əmlakına da həbs qoyula bilər. Bu da həmin hallardan biridir. Cavabdeh etiraf edirsə ki, əmlaklar ona məxsusdur, o zaman həmin əmlaklara da həbs qoyula bilər. Məhkəmənin qərardadı qanuni və əsaslıdır. Məhkəmə kollegiyasından şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş digər tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Diər tərəflər məhkəmə kollegiyasının iclasına üzrlü səbəblər olmadan gəlmədiklərinə görə məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayəti təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-27/2019 saylı iş üzrə 06 avqust 2021-ci il tarixli qərardadı ləğv edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17.07.2017-ci il tarixli, 2(005)-5626/2017 saylı qərardadının qismən ləgv edilməsi barədə ərizəsi təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17.07.2017-ci il tarixli, 2(005)-5626/2017 saylı qərardadı qismən ləğv edilməli, Cavabdeh2 adına olan - “MERSEDES 904” markalı, ** GB ***, “MERSEDES E 240” markalı, ** LR ***, “MERSEDES G 500” markalı, ** FH ***, “VAZ 21214” markalı, ** XM ***, “VAZ 212140” markalı, ** MZ ***, “MERSEDES S 350” markalı, ** SV ***, “LEXUS GX 460” markalı, ** FK ***, “FORD EXPEDİTİON” markalı, ** NG ***, “LAND ROVER DİSCOVERY 3” markalı, ** OK ***, “MERSEDES S 500” markalı, ** SK *** dövlət qeydiyyat nişanlı avtomobillərin və Cavabdeh2 adına olan – Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* №-li, 03.12.2015-ci il tarixli Çıxarış əsasında Cavabdeh2 xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 54 saylı mənzilin; Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* №-li, 08.12.2016-cı il tarixli Çıxarış əsasında Cavabdeh2 xüsusi mülkiyyətində olan ünvan 2 ünvanında 0,06 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin və Cavabdeh3 adına olan - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* №-li, 29.04.2011-ci il tarixli Çıxarış əsasında Cavabdeh3 xüsusi mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 15 saylı mənzilin üzərinə qoyulmuş həbs götürülməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1.1-ci maddəsinə əsasən iddianı təmin etmək üçün aşağıdakı tədbirlər görülə bilər: cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq; müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək; mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək; əmlakı həbsdən azad etmək haqqında iddia təqdim edildikdə əmlakın satılmasını dayandırmaq; borclu tərəfindən məhkəmə qaydasında qanuniliyi barəsində mübahisə edilən tələbin icra sənədi üzrə alınmasını dayandırmaq; icrası mübahisəsiz qaydada aparılmalı olan tutulmalar üzrə qanuniliyi iddiaçı tərəfindən məhkəmə qaydasında barəsində mübahisə edilən tələbin icra sənədi və ya digər sənəd üzrə alınmasını dayandırmaq. Həmin Məcəllənin 162.1-ci maddəsinə əsasən iddianın təmin edilməsi məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin xahişi ilə həmin məhkəmənin özü tərəfindən ləğv edilə bilər. Məhkəmə kollegiyası ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, iddianı təmin tədbiri institutu özünün mahiyyəti etibarilə iddianın əsaslılığı prezumpsiyasına əsaslanır. Bu, çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Öz təbiəti etibarilə iddianı təmin tədbirləri məhkəmə müdafiəsi hüququnun ayrılmaz ünsürü olan qəbul edilən yekun məhkəmə aktının icrasının təmin edilməsinə xidmət edir. Belə ki, iddianın təmin olunması haqqında qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi özlüyündə pozulmuş subyektiv hüququn bərpasının elanıdırsa, qətnamənin icrası isə həmin subyektiv hüququn real bərpası deməkdir. Bu mənada, məhkəmə kollegiyası qeyd edir ki, iddianı təmin tədbirləri öz təbiətləri etibarilə qaçılmaz olaraq proses iştirakçılarından birinin hüquqlarına toxuna, onların həyata keçirilməsində müəyyən məhdudiyyətlər yarada bilər. Belə hallar, bu institutun bilavasitə mahiyyətindən irəli gəlir. Ona görə də, iddianı təmin tədbirlərindən verilmiş dəlilinə istinad özlüyündə kifayət deyildir. Belə dəlil məhkəmə tərəfindən mütənasiblik prinsipi baxımından ciddi şəkildə qiymətləndirilməlidir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi gəlmiş olduğu nəticəni ümumiyyətlə əsaslandırmamış və ərizəni təmin etməməkdə düzgün qənaətə gəlməmişdir. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 yanvar 2019-cu il tarixli, 2(005)- 27/2019 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh1 ******* manat məbləğində pulun İddiaçı3-nin təsisçiləri İddiaçı1 və İddiaçı2 xeyrinə tutulması, iddianın qalan hissələrdə təmin edilməməsi qət olunmuş, iddia tələbi cavabdehlər Cavabdeh2 və Cavabdeh3 aid hissədə rədd edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-718/2021 saylı, 08 fevral 2021-ci il tarixli qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 avqust 2020-ci il tarixli, 2(103)-5057/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin birinci bəndində qeyd edilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cü maddəsinin dürdüncü bəndinin birinci cümləsində qeyd edilir ki, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Kollegiyası hesab edir ki, iş materiallarından göründüyü kimi, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı hazırda hər hansı tələb mövcud olmadığından onlara məxsus əmlaklar üzərində olan həbs götürülməlidir. Bunu əksinin düşünülməsi cavabdehlərin konstitusiya ilə təsbit edilmiş mülkiyyət hüquqlarının kobud şəkildə pozulması ilə nəticələnmiş olar. Kollegiya hesab edir ki, hazırkı halda cavabdehlər Cavabdeh2 və Cavabdeh3 ərizəsi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək, qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək, qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, şikayəti təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-27/2019 saylı iş üzrə 06 avqust 2021-ci il tarixli qərardadı ləğv edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17.07.2017-ci il tarixli, 2(005)-5626/2017 saylı qərardadının qismən ləgv edilməsi barədə ərizəsi təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17.07.2017-ci il tarixli, 2(005)-5626/2017 saylı qərardadı qismən ləğv edilməli, Cavabdeh2 adına olan - “MERSEDES 904” markalı, ** GB ***, “MERSEDES E 240” markalı, ** LR ***, “MERSEDES G 500” markalı, ** FH ***, “VAZ 21214” markalı, ** XM ***, “VAZ 212140” markalı, ** MZ ***, “MERSEDES S 350” markalı, ** SV ***, “LEXUS GX 460” markalı, ** FK ***, “FORD EXPEDİTİON” markalı, ** NG ***, “LAND ROVER DİSCOVERY 3” markalı, ** OK ***, “MERSEDES S 500” markalı, ** SK *** dövlət qeydiyyat nişanlı avtomobillərin və Cavabdeh2 adına olan – Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* №-li, 03.12.2015-ci il tarixli Çıxarış əsasında Cavabdeh2 xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 54 saylı mənzilin; Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* №-li, 08.12.2016-cı il tarixli Çıxarış əsasında Cavabdeh2 xüsusi mülkiyyətində olan ünvan 2 ünvanında 0,06 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin və Cavabdeh3 adına olan - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* №-li, 29.04.2011-ci il tarixli Çıxarış əsasında Cavabdeh3 xüsusi mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 15 saylı mənzilin üzərinə qoyulmuş həbs götürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehlər Cavabdeh2n və Cavabdeh3 tərəfindən birgə verilmiş şikayəti təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-27/2019 saylı iş üzrə 06 avqust 2021-ci il tarixli qərardadı ləğv edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17.07.2017-ci il tarixli, 2(005)-5626/2017 saylı qərardadının qismən ləgv edilməsi barədə ərizəsi təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17.07.2017-ci il tarixli, 2(005)- 5626/2017 saylı qərardadının qismən ləgv edilsin. Cavabdeh2 adına olan - “MERSEDES 904” markalı, ** GB ***, “MERSEDES E 240” markalı, ** LR ***, “MERSEDES G 500” markalı, ** FH ***, “VAZ 21214” markalı, ** XM ***, “VAZ 212140” markalı, ** MZ ***, “MERSEDES S 350” markalı, ** SV ***, “LEXUS GX 460” markalı, ** FK ***, “FORD EXPEDİTİON” markalı, ** NG ***, “LAND ROVER DİSCOVERY 3” markalı, ** OK ***, “MERSEDES S 500” markalı, ** SK *** dövlət qeydiyyat nişanlı avtomobillərin və Cavabdeh2 adına olan – Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* №-li, 03.12.2015-ci il tarixli Çıxarış əsasında Cavabdeh2 xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 54 saylı mənzilin; Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* №-li, 08.12.2016-cı il tarixli Çıxarış əsasında Cavabdeh2 xüsusi mülkiyyətində olan ünvan 2 ünvanında 0,06 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin və Cavabdeh3 adına olan - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* №-li, 29.04.2011-ci il tarixli Çıxarış əsasında Cavabdeh3 xüsusi mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 15 saylı mənzilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar