Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8966/2021 31.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Əsgərovun sədrliyi və məruzəsilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 iyul 2021-ci il tarixli, 2(006)-2421/2019 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 23.05.2003-cü il tarixli, 256 saylı sərəncamı ilə Hacıbəyli (Hacıyeva) Gültəkin Yunis qızına verilmiş Bakı şəhəri, S.Vurğun küçəsi 92 a-da yerləşən, 12 saylı üç otaqlı mənzilin təmiri, habelə ev avadanlıqlarının və əşyalarının alınması üçün 2003-cü ilin dekabr ayından 2004-cü ilin iyul ayına qədər onun tərəfindən Hacıbəyli (Hacıyeva) Gültəkin Yunis qızına verilmiş 50.000 ABŞ dolları pulun Hacıbəyli (Hacıyeva) Gültəkin Yunis qızından alınıb ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, gələcəkdə iddianı təmin etmək məqsədi ilə mülki işə məhkəmədə baxılana qədər Cavabdeh mülkiyyətində olan “Toyota Avalon” markalı, ** KV *** dövlət qeydiyyat nişanlı, “Lexus LX570” markalı, ** VU *** dövlət qeydiyyat nişanlı avtomobillərin və Bakı şəhəri, S.Vurğun küçəsi 92 a-da yerləşən, 12 saylı mənzilin üzərinə həbs qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 85.000 (səksən beş min) manat məbləğində pul vəsaitinin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 iyun 2013-cü il tarixli, 2(006)- 2941/2013 saylı qərardadı ilə İddiaçı ərizəsinin təmin edilməsi, Cavabdeh məxsus “Toyota Avalon” markalı, ** KV *** dövlət qeydiyyat nişanlı, “Lexus LX570” markalı, ** VU *** dövlət qeydiyyat nişanlı avtomobillərin və Bakı şəhəri, S.Vurğun küçəsi 92 a-da yerləşən, 12 saylı mənzilin üzərinə mübahisə həll edilənədək həbsin qoyulması qərara alınmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 21 fevral 2019-cu il tarixli, 2(006)- 2421/2019 saylı qərardadı ilə İddiaçı ərizəsinin qismən təmin edilməsi, işə mahiyyəti üzrə baxılıb qurtaranadək Cavabdeh məxsus “Lexus LX570” markalı, **-VU-*** dövlət qeydiyyat nişanlı avtomobilə aid hər hansı hərəkətlərin edilməsi Cavabdeh və digər şəxslərə qadağan edilməsi, həmin avtomobilin Cavabdeh alınaraq Azəraycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin cərimə meydançasında yerləşdirilməsi, ərizənin digər hissədə təmin edilməməsi qərara alınmışdır. Həmin qərardaddan İddiaçı tərəfindən şikayət verilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 fevral 2019-cu il tarixli, 2(006)- 2421/2019 saylı qərardadı ilə İddiaçı şikayət ərizəsinin qismən təmin edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 21 fevral 2019-cu il tarixli, 2(006)-2421/2019 saylı qərardadının qismən ləğv edilməsi, iddianın təmini tədbiri barədə ərizənin təmin edilməyən hissədə qismən təmin edilməsi, işə mahiyyəti üzrə baxılıb qurtaranadək Cavabdeh məxsus “Toyota Avalon” markalı, ** KV *** dövlət qeydiyyat nişanlı avtomobilə aid hər hansı hərəkətlərin edilməsinin Cavabdeh və digər şəxslərə qadağan edilməsi, həmin avtomobilin Cavabdeh alınaraq Azəraycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin cərimə meydançasında yerləşdirilməsi, ərizənin digər hissədə təmin edilməməsi, şikayətin “cavabdehə məxsus Bakı şəhəri, S.Vurğun küçəsi, 92a saylı evin 12 saylı mənzilinə aid olan hər hansı hərəkətlərin edilməsinin cavabdehə və digər şəxslərə qadağan edilməsi” hissəsində təmin edilməməsi qərara alınmışdır. Cavabdeh tərəfindən ərizə ilə məhkəməyə müraciət edilərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 fevral 2019-cu il tarixli, 2(006)- 2421/2019 saylı qərardadı ilə “Toyota Avalon” markalı, ** KV *** dövlət qeydiyyat nişanlı və “Lexus LX570” markalı, ** VU *** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Sonradan, Cavabdeh tərəfindən ərizəyə əlavə ilə məhkəməyə müraciət edilərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 fevral 2019- cu il tarixli, 2(006)-2421/2019 saylı qərardadı ilə “Toyota Avalon” markalı, ** KV *** dövlət qeydiyyat nişanlı, “Lexus LX570” markalı, ** VU *** dövlət qeydiyyat nişanlı avtomobillərin və ünvan 1 ünvanında yerləşən 3 otaqlı mənzilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Daha sonra, Cavabdeh tərəfindən “iddianın həcminin dəyişdirilməsinə dair” ərizə ilə məhkəməyə müraciət edilərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 iyun 2013-cü il, 21 fevral və 28 fevral 2019-cu il tarixli qərardadının ləğv edilməsi, “Toyota Avalon” markalı, ** KV *** dövlət qeydiyyat nişanlı, “Lexus LX570” markalı, ** VU *** dövlət qeydiyyat nişanlı avtomobillərin və ünvan 1 ünvanında yerləşən 3 otaqlı mənzilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Daha sonra, Cavabdeh tərəfindən ərizə ilə məhkəməyə müraciət edilərək, hər üç əmlakının üzərindən həbsin və iki avtomobilinin üzərindən qadağanın götürülməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 iyul 2021-ci il tarixli, 2(006)-2421/2019 saylı qərardadı ilə Cavabdeh “həbsin götürülməsi”nə dair ərizəsinin qismən təmin edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 iyun 2013- cü il tarixli, 2(006)- 2941/2013 saylı qərardadı ilə Bakı şəhəri, S.Vurğun küçəsi, 92a saylı evin 12 saylı mənzilinin və “Toyota Avalon” markalı, ** KV *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 fevral 2019-cu il tarixli, 2(006)-2421/2019 saylı qərardadı ilə “Toyota Avalon” markalı, ** KV *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş qadağanın götürülməsi, ərizənin digər hissədə təmin edilməməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi ərizənin qismən təmin edilməsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin 11.03.2021-ci il tarixli, 26417/2021 saylı “icra ödənişinin alınması barədə” qərarında qeyd edilən 85.000 manat məbləğində borcun 7%-i, yəni 5.950 manat məbləğində icra ödənişi Cavabdeh tərəfindən ödənilmədiyindən (icra edilmədiyindən), ərizə “Lexus LX570” markalı, ** VU *** dövlət qeydiyyat nişanlı avtomobillin üzərinə qoyulmuş “həbsin götürülməsi”nə dair hissədə əsassız olduğundan təmin edilməsi mümkün deyildir. Cavabdeh tərəfindən həmin qərardaddan şikayət verilərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 iyul 2021-ci il tarixli, 2(006)-2421/2019 saylı qərardadının ərizənin təmin edilməyən hissəsində ləğv edilməsi və ərizənin tam təmin edilməsi barədə yeni qərardad çıxarılması xahiş edilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, heç vaxt tələbi könüllü icra etməkdən imtina etməyib. Onun icradan qəsdən yayınması barədə icraçı heç bir sübut təqdim etməyib. Həmçinin bildirir ki, onun əmlakının üzərinə həbs qoyulması və avtomobillərinin dayanacağa yerləşdirilməsi İddiaçı iddia ərizəsinə baxılarkən iddianın təmin tədbiri kimi təmin edilib. Nəsimi Rayon Məhkəməsi 16 sentyabr 2019-cu ildə qətnamə qəbul edib və o, həmin qətnaməni icra edib. Beləliklə, iddianın təmini tədbirinə dair qərardadların qüvvədə qalması üçün heç bir əsas olmayıb. Məhkəmənin 16 sentyabr 2019-cu il tarixli qətnaməsində qeyd edilməyib ki, o, icranı tam icra etməsə, əmlakının həbsdə qalması davam etməlidir. “İcra haqqında” Qanunda da, göstərilməyib ki, o, borcun 7 faizini ödəmədikdə icra onun həbsdə olan əmlakına yönəlməlidir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 09 avqust 2021-ci il tarixli 2(006)- 2421/2019 saylı qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası tərəflərin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işin materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli və iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 iyul 2021-ci il tarixli, 2(006)-2421/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16.09.2019-cu il tarixli, 2(006)- 2421/2019 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinin təmin edilməsi, Cavabdeh 85.000 (səksən beş min) manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin 11.03.2021-ci il tarixli, 26417/2021 saylı “icra ödənişinin alınması barədə” qərarından görünür ki, borclu Cavabdeh 85.000 manat məbləğində borcun 7%-i, yəni 5.950 manat məbləğində icra ödənişinin alınması qərara alınmışdır. İş materiallarında olan 03.05.2021-ci il tarixli, 01 nömrəli ödəniş tapşırığından görünür ki, borclu Cavabdeh tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16.09.2019-cu il tarixli, 2(006)-2421/2019 saylı icra sənədi üzrə 85.000 manat borc ödənilmişdir. Kollegiya qeyd edir ki, iş materiallarından görünür ki, Cavabdeh tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16.09.2019-cu il tarixli, 2(006)-2421/2019 saylı qətnaməsi ilə ödənilməsi nəzərdə tutulmuş məbləğ, yəni 85.000 manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə ödənilmişdir. Məhkəmə kollegiyası tərəfindən tələb edilmiş İcra işinin materiallarından görünür ki, Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin 11.03.2021-ci il tarixli, 26417/2021 saylı “icra ödənişinin alınması barədə” qərarına əsasən, qeyd edilən 85.000 manat məbləğində borcun 7%-i, yəni 5.950 manat məbləğində icra ödənişi Cavabdeh alınmalıdır. Kollegiya qeyd edir ki, iş materiallarından da göründüyü kimi, Cavabdeh tərəfindən ödənilməli olan 5950 manat məbləğində icra ödənişi müvafiq icra şöbəsinə ödənilməmişdir. Bununla da, məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və hazırki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 iyul 2021ci il tarixli, 2(006)-2421/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 iyul 2021-ci il tarixli, 2(006)-2421/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-8966/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8966/2021
31.08.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver