Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-90/2023 11.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehər Cavabdeh3 MMC, X4 və Cavabdeh2 qarşı iş üzrə QƏTNAMƏSİ iş № 2(103)-90/2023 (Açar sözlər: əmlakın qanunsuz istifadədən geri alınması) Bakı şəhəri, 11 aprel 2023-cü il Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, X6 oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil3, Cavabdeh3 MMC-nin nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh3 MMC, X3 və Cavabdeh2 qarşı “əmlakın qanunsuz istifadədən geri alınması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-462/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən Cavabdeh3 MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı: a) Birinci instansiya məhkəməsində icraat:
1. İddiaçı cavabdehlər Cavabdeh3 MMC-nə, X3 və Cavabdeh2 qarşı əmlakın qanunsuz istifadədən geri alınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, nəqliyyat vasitələrini cavabdehlər Cavabdeh3 MMC, X4 və Cavabdeh2 tərəfindən qanunsuz olaraq ələ keçirilmişlər. Odur ki, iddiaçıya məxsus əmlakın cavabdehlərin qanunsuz sahibliyindən alınmasına dair iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Qeyd etmək istəyir ki, iddiaçı qeyd olunan yarımqoşquları təxminən 10 il bundan öncə alıb.Lakin cinayət əməli törədərək uzun müddət azadlıqdan məhrumetmə cəzası ilə cəzalandırıldığından, həmin nəqliyyat vasitələrinə nəzarət edə bilməyib.Bundan istifadə edən cavabdehlər iddiaçıya məxsus olan nəqliyyat vasitələrini qanunsuz olaraq istifadə edib və onlardan gəlir götürüblər. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, iddiaçı azadlığan çıxdıqdan sonra sözügedən nəqliyyat vasitələrini öz adına rəsmiləşdirib.AD seriyalı 769252 nömrəli, AD seriyalı 769253 nömrəli, AD seriyalı 769254 nömrəli, AD seriyalı 769255 nömrəli və AD seriyalı 769256 nömrəli nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnamələrindən də göründüyü kimi, həmin nəqliyyat vasitələri iddiaçının mülkiyyətindədir. Hesab edir ki, sözü gedən nəqliyyat vasitələri cavabdehlər Cavabdeh3 MMC-dən, X1 və Cavabdeh2 alınaraq iddiaçıya təhvil verilməlidir.Qeyd olunanlara əsasən AD seriyalı 769252 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən “King GTL60 3H95” markalı ** ZE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin, (şassi-K895647- yarımqoşqu), AD seriyalı 769253 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən KİNQ T-56 markalı ** ZE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin (şassi-K034150-yarımqoşqu) AD seriyalı 769254 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən CRAVEN TASKER F-450 markalı ** ZD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin (şassi-H**********1-yarımqoşqu) ,AD seriyalı 769255 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ki, CRANE FRUENAUF markalı ** ZE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin (şassi-305002-yarımqoşqu),AD seriyalı 769256 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ki,CRANE LOVLOADER markalı ** ZE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin(şassi-SGQ4941-01-yarımqoşqu) cavabdehlər Cavabdeh3 MMC-nin, X2 və Cavabdeh2 qanunsuz sabibliyindən alınaraq ona qaytarılmasını xahiş etmişdir.
3. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-462/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, “King GTL60 3H95” markalı ** ZE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi,(şassi-K895647- yarımqoşqu), KİNQ T-56 markalı ** ZE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi (şassi-K034150-yarımqoşqu) CRAVEN TASKER F-450 markalı ** ZD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi (şassi- H**********1- yarımqoşqu),CRANE FRUENAUF markalı ** ZE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi (şassi-305002-yarımqoşqu), CRANE LOVLOADER markalı ** ZE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin (şassi-SGQ4941-01-yarımqoşqu) cavabdehlər Cavabdeh3 MMC-nin, X2 və Cavabdeh2 qanunsuz sabibliyindən alınaraq İddiaçı qaytarılması qət edilmişdir (sədrlik edən: Fikrət Mirzəyev).
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
4. Qətnamədən Cavabdeh3 MMC apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir.
5. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Nizami Rayon Məhkəməsinə ərizə ilə müraciət edilərək məhkəmədən xahiş edilmişdir ki, İddiaçı cavabdehlər “Silver Transport Limited’' MMC , Cavabdeh2 və X3 qarşı mülki işin icraatını, inzibati qaydada baxılan mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan digər bir işin nəticəvi həllinə qədər dayandırılsın. Belə ki, həmin ərizədə də qeyd edilib ki, cavabdeh tərəfindən Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edilmiş və ıməhkəmədən xahiş edilmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsi tərəfindən İddiaçı Omir oğluna verilmiş: AD N 769252, AD N 769253, AD N 769254, AD N 769255, AD N 769256 saylı nəqliyyat vasitələrinə verilmiş qeydiyyat şəhadətnamələrinin ləğv edilməsi öhdəliyinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilsin. Həmçinin qeyd edilib ki, bu iş hazırda Bakı İnzibati Məhkəməsinin hakimi Rüstəm Kərimi inin icraatındadır. Bununla bağlı İddia ərizəsinin surəti və həmin inzibati iş üzrə qəbul edilmiş sərəncam (işin icraatda olduğunu təsdiq edən elektıon çıxarış və sərəncamın əsli) məhkəməyə təqdim edrsədə vəsatətimiz təmin edilməmiş və iş üzrə yekun məhkəmə aktı qəbul edilmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021 -ci il tarixli qərardadı ilə Cavabdeh3 MMC-nin nümayəndəsi və vəkili Vəkil2 vəsatəti təmin olunmuş, Bakı İnzibati Məhkəməsinin icraatında olan başqa bir mülki işə baxılıb iş üzrə çıxarılacaq məhkəmə aktı qanuni qüvvəyə minənədək hazırkı işin icraatı dayandırılmışdır. Daha sonra isə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə iddiaçının nümayəndəsi və vəkili Vəkil1 şikayəti təmin olunmuş, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021 -ci i tarixli qərardadı ləğv olunmuş və işə mahiyyəti üzrə baxılmasının davam etdirilməsi qərara alınmışdır. Həmin qərardaddan Cavabdeh3 MMC- nin nümayəndəsi və vəkili Vəkil2 şikayət versə də Məhkəmə şikayəti və iş materiallarını araşdırıb hesab edib ki, həmin qərardaddan şikayət verilməsi nəzərdə tutulmamışdır. Halbuki, həmin qərardadın özündə qeyd edilmişdir ki, qərardaddan 10 gün ərzində şikayət verilə bilər.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
6. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
7. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
8. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Silver Transport Limited MMC-nin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi.
9. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi.
Tətbiq edilən hüquq:
10. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ-ci bəndənə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
12. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
Apellyasiya baxışının hədləri:
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
14. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
15. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin apellyasiya şikayətinə əsasən tam yoxlayır.
Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər:
16. İş materiallarında olan Notarial qaydada təsdiq olunmuş AD seriyalı 769252 nömrəli qeydiyyat şəhadətnaməsindən görünür ki, “King GTL60 3H95” markalı ** ZE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi, (şassi-K895647- yarımqoşqu);
17. AD seriyalı 769253 nömrəli qeydiyyat şəhadətnaməsindən görünür ki,KİNQ T-56 markalı ** ZE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi (şassi-K034150-yarımqoşqu) naqliyyat vasitəsi;
18. AD seriyalı 769254 nömrəli qeydiyyat şəhadətnaməsindən görünür ki,CRAVEN TASKER F-450 markalı ** ZD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi (şassiH**********1-yarımqoşqu) nəqliyyat vasitəsi;
19. AD seriyalı 769255 nömrəli qeydiyyat şəhadətnaməsindən görünür ki,CRANE FRUENAUF markalı ** ZE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi (şassi-305002 yarımqoşqu) nəqliyyat vasitəsi AD seriyalı 769256 nömrəli qeydiyyat şəhadətnaməsindən görünür ki, CRANE LOVLOADER markalı ** ZE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi (şassi SGQ4941-01 -yarımqoşqu) nəqliyyat vasitəsi İddiaçı mülkiyyətindədir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
20. İşin hallarından görünür ki, yuxarıda sadalanan nəqliyyat vasitələri, yarımqoşqular iddiaçının mülkiyyətindədir. Buna baxmayarq, həmin əmlakların cavabdehlərin qanunsuz sahibliyində olması ilə əlaqədar mülkiyyətçi özünə məxsus olan əmlaklardan istifadə edə bilmir.
21. Birinci instansiya məhkəməsində icraat zamanı məhkəmə iclasında iştirak edən Cavabdeh3 MMC-nin nümayəndəsi və vəkili Vəkil2 qeyd olunan əmlakların cavabdehlərin qanunsuz sahibliyində olmasını təkzib etməmişdir.
22. İşə apellyasiya instansiyası məhkəməsində baxılan zaman Cavabdeh3 MMC-nin nümayəndəsi və vəkili Vəkil2 qeyd olunan əmlakların ən azı birinin onlara məxsus olmasını, həmçinin əmlaklara iddiaçı tərəfindən saxtakarlıqla qeydiyyat şəhadətnaməsinin alınmasını bildirmişdir.
23. Kollegiya qeyd edir ki, Cavabdeh3 MMC nəqliyyat vasitələrinə verilmiş qeydiyyat şəhadətnamələrinin ləğv edilməsinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia tələbi təmin edilməmiş və qərar Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Görünüdüyü kimi, mübahsiələndirilən nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnaməsinin ləğvinin əsassızlığına dair qanuni qüvvəyə minmiş məhkəmə aktı mövcuddur.
24. Cavabdeh həmçinin nəqliyyat vasitələrinin saxtakarlıqla əldə edildiyini və bununla bağlı prokurorluq orqanlarına müraciət edildiyini bildirsə də, bununla bağlı cinayət işinin başlanması və ya əməldə cinayət tərkibinin olmasını göstərən hər hansı preyudisial qərarı məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən də, kollegiya hesab edir ki, nəqliyyat vasitələrinə saxtakarlıqla qeydiyyat şəhadətnaməsinin alınması mülahizə xarakteri daşıyır və iş materialları ilə sübuta yetirilmir.
25. Sadalanan xüsusatlara əsasən kollegiya hesab edir ki, İddiaçı xüsusi mülkiyyətində olan əmlakından sərbəst və maneəsiz istifadə etmək və əmlaka dair sərəncam vermək hüquqlarına təminat verilməsinə, iddiaçının mülkiyyət hüquqlarını məhdudlaşdıran halların aradan qaldırılmasına və iddia tələbinin təmin edilməsinə dair birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmuşdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
27. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun.
28. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətlərində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz.
29. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393, 394-1.3 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə t e t d i:
Cavabdeh3 MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-462/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Anar Tanrıverdiyev