Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-90/2025 12.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçılar İddiaçı6, İddiaçı5 Qüdrət oğlu, İddiaçı2, İddiaçı1 və İddiaçı7 cavabdehlər “X11 Kompleksi” MTK, Bakı Şəhər İcra Hakimiyyəti və Bakı Şəhəri Cavabdeh3nə qarşı mənzillərin sökülməsi ilə əlaqədar mənzillərin yerləşdiyi ünvanda inşa olunacaq yaşayış binasında mənzillərin faktiki sahəsindən artıq sahəli mənzillərlə təmin edilmələri, mənzillə təmin olunanadək kirayə haqqının və mənəvi ziyanın tutulması tələbinə dair mülki iş üzrə (açar sözlər: mənzilin təhvil verilməsi, kirayə haqqının ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X3 (sədrlik edən və məruzəçi), X6 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacızadə Kəmalə Hafiz qızının katibliyi, İddiaçı7, İddiaçı1 nümayəndəsi X1, iddiaçıların nümayəndəsi Vəkil1, cavabdeh Bakı Şəhəri Cavabdeh3 vəkili Vəkil3, cavabdeh “X11 Kompleksi” MTK-nın nümayəndəsi Nümayəndə2, vəkili Vəkil4 iştirakı ilə, iddiaçılar İddiaçı6, İddiaçı5 Qüdrət oğlu, İddiaçı2, İddiaçı1 və İddiaçı7 cavabdehlər “X11 Kompleksi” MTK, Bakı Şəhər İcra Hakimiyyəti və Bakı Şəhəri Cavabdeh3nə qarşı mənzillərin sökülməsi ilə əlaqədar mənzillərin yerləşdiyi ünvanda inşa olunacaq yaşayış binasında mənzillərin faktiki sahəsindən artıq sahəli mənzillərlə təmin edilmələri, mənzillə təmin olunanadək kirayə haqqının və mənəvi ziyanın tutulması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16 iyul 2023-cü il tarixli, e-2(009)-134/2023 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı6, İddiaçı5 Qüdrət oğlu, İddiaçı2, İddiaçı1 və İddiaçı7 tərəfindən verilmiş apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Bakı şəhər İcra Hakimiyyətinin başçısının 15 aprel 2014-cü il tarixli. 173 nömrəli sərəncamına əsasən “X11 Kompleksi” MMC-nin 11 aprel 2014-cü il tarixli müraciətini nəzərə alaraq Səbail rayonu, Xanlar və Q.Abbasov küçələrinin arasındakı, 58-59 saylı məhəllədə yerləşən istismar müddəti bitmiş yaşayış və qeyri-yaşayış tikililərin sökülərək, yerində yaşayış binasının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında həmin cəmiyyətin istifadəsinə verilməsi, ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, sakinlərin köçürülməsi və vəsaitin ödənilməsi qarşılıqlı razılaşma əsasında müvafiq qanunvericiliyə əsasən “X11 Kompleksi” MMC tərəfindən həll edilməsi qərara alınmışdır.
2. Bakı şəhəri Səbail rayonu, Q.Abbasov küçəsində yerləşən 2 saylı evin, ümumi sahəsi 101,30 kv.m. olan 35 saylı mənzili tam mülkiyyət hüququ üzrə İddiaçı6, Bakı şəhəri Səbail rayonu, X9 küçəsində yerləşən 2 saylı evin, ümumi sahəsi 69 kv.m. olan 49 saylı mənzili tam mülkiyyət hüququ üzrə İddiaçı5 Qüdrət oğlunun, Bakı şəhəri, Q.Abbasov küçəsində yerləşən 2 saylı evin ümumi sahəsi 60 kv.m. olan 50 saylı mənzili tam mülkiyyət hüququ üzrə İddiaçı2, Bakı şəhəri, Krasin (hazırki Q.Abbasov) küçəsində yerləşən 2 saylı evin 47 saylı mənzili tam mülkiyyət hüququ üzrə İddiaçı1, Bakı şəhəri, Səbail rayonu, X9 küçəsində yerləşən 2 saylı evin, ümumi sahəsi 95,8 kv.m. olan 20 saylı mənzili tam mülkiyyət hüququ üzrə İddiaçı7 mülkiyyətindədir.
3. Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azərdövləttikintilayihə” Dövlət Layihə İnstitutunun əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli ünvan 1 ünvanda yerləşən yaşayış binasının texniki vəziyyəti haqqında Aktın surətinə əsasən ünvan 2 ünvanda yerləşən zirzəmi, 5 mərtəbəli yaşayış binasına vizual baxış keçirilərkən məlum olmuşdur ki, Q.Abbasov küçəsi, 2 saylı ünvanda yerləşən yaşayış binası 4 girişli, zirzəmi, 5 mərtəbəli olub, 1935-ci ildə inşa edilmişdir. Bina relyefli ərazidə yerləşdiyindən zirzəmi mərtəbəsi yaşayış sahəsi kimi istismar edilir. Binanın planda qabarit ölçüləri 78.40 x 10.50 metrdir. Mərtəbəarası örtükləri ağac materialından, pilləkənləri isə yığma dəmir-beton elementlərdəndir. Damı yastı tipli olub yumşaq materiallarla örtülmüşdür. Bünövrə və antiseysmik kəmərlərə baxış keçirmək mümkün olmadı. Çoxmənzilli yaşayış binasında hal-hazırda yalnız 10 mənzil istismar edilir. Baxış zamanı yaşayış binasında aşağıda qeyd edilən qüsurlar müşahidə olundu: yaşayış binası fiziki cəhətdən köhnəlmişdir; binanın arxa fasad divarında müxtəlif ölçülü çatlar yaranmışdır; arxa fasad divarında atmosfer sularının təsirindən suvaq qatları və horgu məhlulları aşınmışdır; binanın ön fasad hissəsində son zamanlarda təmir işləri aparıldığından çat və aşınmalar müşahidə edilmədi; zirzəmi mərtəbəsində torpaq təmasda olan divarlarda suvaq qaltları aşınmış, daxili bəzək elementləri yararsız vəziyyətə düşmüşdür, bəzi girişlərdə atmosfer sularının ümumi sahələrə sızması nəticəsində dəmir betondan olan çətir elementlərinin beton mühafizə qatları aşınmış armaturlar isə ciddi şəkildə korroziyaya uğramışdır; binanın arxa fasad divarında sakinlər tərəfindən müxtəlif inşaat materiallarından olmaqla əlavə yaşayış sahələri inşa edilmişdir; binanın arxa fasad hissəsində yükdaşıyan və öz yükünü daşıyan mişarlanmış əhəng daşından hörülmüş divarlarda sakinlər tərəfindən gücləndirmə tədbirləri görülmədən müxtəlif ölçüdə boşluqlar açılmış və sonradan inşa edilmiş əlavə sahələrə keçid yaradılmışdır; binanın ön fasad hissəsində bəzi mövcud eyvanlar müxtəlif inşaat materialları ilə tikilərək genişləndirilmişdir; binanın əksər mənzillərində mərtəbəarası örtükləri sökülmüşdür; əksər mənzillərin qapı və pəncərələri sökülmüşdür; yuxarıda qeyd olunmuş bu qüsurlar (əlavə sahələr və yenidənqurma işləri) binanın əlavə yüklənməsinə və binanın yükgötürmə qabiliyyətinin azalmasına səbəb olmuşdur; yaşayış binası mövcud tikinti norma və qaydalarına cavab vermir; yaşayış binası memarlıq nöqteyi nəzərindən heç bir tarixi əhəmiyyət kəsb etmir. Yaşayış binasına keçirilən baxış zamanı mənzillərə daxildən baxış keçirilməsi üçün şərait yaradılmadı. ünvan 2 ünvanda yerləşən yaşayış binası texniki cəhətdən qəzalı vəziyyətdədir, istismar üçün təhlükəlidir. Yaşayış binasının yükdaşıyan konstruksiyalarında yaranmış hazırki texniki vəziyyətin təbii fəlakətlə əlaqəsi yoxdur.
4. “X11 Kompleksi” MTK tərəfindən İddiaçı5 Qüdrət oğluna, İddiaçı7, İddiaçı1, İddiaçı2, İddiaçı6 ünvanlanmış 20 sentyabr 2022-ci il tarixli pretenziya məktublarından görünür ki, həmin şəxslərə mənzillərin faktiki sahəsinin hər kv.m görə 2100 manat hesablanmaqla İddiaçı1 119 kv.m faktiki sahəyə görə 250000 manat, İddiaçı2 119 kv.m faktiki sahəyə görə 250000 manat, İddiaçı5 Qüdrət oğluna 121 kv.m faktiki sahəyə görə 255000 manat ödənilməklə mənzillərin alqı – satqı müqaviləsinin bağlanması təklif olunmuşdur.
5. Bakı şəhəri Cavabdeh3 cavabdehlər “X11 Kompleksi” MTK-ya və İddiaçı5 Qüdrət oğluna,İddiaçı7, İddiaçı1, İddiaçı2,İddiaçı6 qarşı iddia ərizələri ilə məhkəməyə müraciət edərək, “X11 Kompleksi” MTK tərəfindən İddiaçı5 Qüdrət oğluna 255000 manat, İddiaçı7 336000 manat, İddiaçı1 250000 manat, İddiaçı2 250000 manat, İddiaçı6 283000 manat kompensasiya ödənilməklə , onların yaşadıqları mənzilləri üzərindəki mülkiyyət hüquqlarına xitam verilməsi və həmin mənzillər boşaldılaraq “X11 Kompleksi” MTK-ya təhvil verilməsini xahiş etmişdir və həmin mülki iş Bakı şəhəri Səbail Rayon Məhkəməsinin icraatındadır.
Birinci instansiya məhkəməsində icraat
6. İddiaçılar İddiaçı6, İddiaçı5 Qüdrət oğlu, İddiaçı2, İddiaçı1 və İddiaçı7 qızı cavabdehlər “X11 Kompleksi” MTK, Bakı Şəhər İcra Hakimiyyəti və Bakı Şəhəri Cavabdeh3nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 3 ünvanında yerləşən yaşayış binasının və onun mənzillərinin sökülməsinin, iddiaçıların mənzillərdən istifadə və sahiblik hüququnu həyata keçirmələrinə maneələr yaratmağın qadağan olunması, binanın dağıdılmış hissələrinin əvvəlki yararlı vəziyyətdə bərpa olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması, 100 manat dövlət rüsumunun cavabdeh “X11 Kompleksi” MTK-dan tutularaq iddiaçılara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddia onunla əsaslandırılmışdır ki, 07 oktyabr 2019-cu il tarixli, ********** nömrəli çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən 35 nömrəli mənzil İddiaçı6, 11 oktyabr 2022ci il tarixli, ******* nömrəli çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən 49 nömrəli mənzil İddiaçı5 Qüdrət oğluna, 09 mart 2005-ci il tarixli, ÖM 226512 nömrəli texniki inventarlaşdırma və Mülkiyyət Hüquqlarının qeydiyyatı vəsiqəsinə əsasən ünvan 3 ünvanında yerləşən 50 nömrəli mənzil İddiaçı2, 20 may 1994-cü il tarixli 30/25392 nömrəli texniki inventarlaşdırma və Mülkiyyət Hüquqlarının qeydiyyatı vəsiqəsinə əsasən ünvan 3 ünvanında yerləşən 45 nömrəli mənzil İddiaçı3, 30/12107 nömrəli, 11 may 1993-cü il tarixli Texniki inventarlaşdırma və Mülkiyyət Hüquqlarının qeydiyyatı vəsiqəsinə əsasən, ünvan 3 ünvanında yerləşən 47 nömrəli mənzil X5, 22 oktyabr 2021-ci il taixli, ********** nömrəli Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 4 ünvanında yerləşən 36 nömrəli mənzil İddiaçı4 mülkiyyət hüququ əsasında məxsusdur. Hazırda cavabdeh “X11 Kompleksi” MTK tərəfindən iddiaçılarla hər hansı razılıq əldə olunmadan birgə iddiaçılara məxsus mənzillərin yerləşdiyi yaşayış binasının sökülməsinə başlanılmışdır. Cavabdehin iddiaçılara “pretenziya”sında Bakı Şəhər İcra Hakimiyyəti başçısının 15 aprel 2014-cü il tarixli, 173 nömrəli sərəncamının icrası məqsədilə ünvan 5 ünvanında yerləşən istismar müddəti başa çatmış yaşayış binasının sakinlərinin köçürülərək sökülməsinin nəzərdə tutulduğu, yaşayış binasının qəzalı vəziyyətdə olduğu, təklif olunan məbləğlə razılaşılmadığı təqdirdə mənzilin alınması üçün tədbirlər görüləcəyi bildirilmişdir. İddiaçıların cavabdehə cavab məktubunda Bakı Şəhəri İcra Hakimiyyəti Başçısının 15 aprel 2014-cü il tarixli 173 nömrəli sərəncamının və bu sərəncamla birgə iddiaçıların və Kooperativin üzərinə hansısa vəzifə qoyulmasının, binanın texniki cəhətdən yolverilməz vəziyyətdə olmasının qeyd edildiyi rəyin məlum olmadığı, binanın mülkiyyətçisinin Azərbaycan dövləti olduğu və həmin rəy əsaslı olarsa dövlətin zəruri qanuni tədbirləri həyata keçirə biləcəyi, birgə iddiaçıların mənzillərini satmaq fikirlərinin olmadığı və Azərbaycan Respublikası qanunvericiliyində əmlakın Kooperativ tərəfindən birtərəfli qaydada məcburi alınmasına imkan verən heç bir əsasın olmadığı bildirilmişdir. Buna baxmayaraq iddia ərizəsinə əlavə olunan video materiallardan göründüyü kimi, cavabdeh qəsdən hər vəchlə, bütün qanunsuz üsul və vasitələrdən istifadə edərək birgə iddiaçıların yaşamaq hüququnu məhdudlaşdırmağa, onların və ailə üzvlərinin mənzillərindən istifadə etmələrinə imkan verməməyə, kommunal xidmətləri dayandırmağa və dözülməz bir vəziyyət yaratmağa, özbaşınalıq və sui-istifadə yolu ilə yüksək vəzifəli şəxslərin adından istifadə etməklə hədə-qorxu gəlməyə və təzyiq göstərməyə davam edir. İddiaçılara məxsus evlərin şüşə və qapıları sındırılır. Kənar və normal reputasiyaya malik olmayan şəxslərin binaya, mənzillərə soxulması və fəsadlar törətmələri təşkil olunur. Son bir həftədə binanın qaz, elektrik təchizatını kəsmiş, su təchizatını məhdudlaşdırmış, qəsdən mənzillərə su axıtmış, insanların, xüsusilə yaşlıların və azyaşlı uşaqların yaşamaq haqqını qeyri-insani bir şəkildə mümkünsüz etməyə yönələn hərəkətlərə yol vermişdir. Hazırkı şəraitdə birgə iddiaçıların mənzillərində yaşamaları qeyri-mümkün olduğundan, onlar müxtəlif yerlərdə məskunlaşmağa məcbur olmuş, evlərindən didərgin salınmışlar. Kooperativ iddiaçılara təzyiq və hədə-qorxu göstərir. Birgə iddiaçıların təhlükəsiz şəraitdə yaşamaq, mülkiyyətindən maneəsiz istifadə etmək, mənzil toxunulmazlığı, şəxsi həyatın toxunulmazlığı kimi konstitusion hüquq və azadlıqları kobud şəkildə pozulur. Aidiyyatı orqanlara şifahi və yazılı şəkildə dəfələrlə müraciət edilsə də, effektiv tədbirlər görülmür, cavabdehin özbaşınalıqlarına son qoyulmur.
8. Bundan sonra iddiaçılar tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ünvan 4 ünvanında yerləşən, faktiki sahəsi 135 kv.m olan 35 saylı mənzilin sökülməsinə görə cavabdeh “X11 Kompleksi" MTK tərəfindən İddiaçı6 Kooperativ tərəfindən Bakı Səhər İcra Hakimiyyəti başçısının xx.xx.2014- cü il tarixli, 173 nömrəli sərəncamına əsasən həmin ünvanda inşa olunacaq yaşayış binasında yerləşən, sökülən mənzilin faktiki sahəsinə 30% əlavə olmaqla 175 kv.m sahəsi olan, 4 otaqlı, təmirli mənzilin verilməsi, İddiaçı6 məxsus əşyaların təhvil verilməsi və həmin əşyaların müvəqqəti saxlanması üçün əlverişli sahə ilə təmin edilməsi; xx.xx.2022-ci ildən hesablanmaqla yaşayış sahəsi İddiaçı6 təhvil verilənədək aylıq 1500 manat kirayə haqqının, İddiaçı6 vurulmuş mənəvi ziyana görə 20000 manat kompensasiyanın, 168 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi, ünvan 4 ünvanında yerləşən, faktiki sahəsi 121 kv.m olan 49 saylı mənzilin sökülməsinə görə cavabdeh “X11 Kompleksi” MTK tərəfindən İddiaçı5 Qüdrət oğluna Kooperativ tərəfindən Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2014-cü il tarixli, 173 nömrəli sərəncamına əsasən həmin ünvanda inşa olunacaq yaşayış binasında yerləşən, sökülən mənzilin faktiki sahəsinə 30% əlavə olmaqla 158 kv.m sahəsi olan 3 otaqlı, təmirli mənzilin verilməsi, İddiaçı5 Qüdrət oğluna məxsus əşyaların təhvil verilməsi və həmin əşyaların müvəqqəti saxlanması üçün əlverişli sahə ilə təmin edilməsi, xx.xx.2022-ci ildən hesablanmaqla yaşayış sahəsi İddiaçı5 Qüdrət oğluna təhvil verilənədək aylıq 1200 manat kirayə haqqının, İddiaçı5 Qüdrət oğluna vurulmuş mənəvi ziyana görə 20000 manat kompensasiyanın, 165 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya verilməsi, ünvan 4 ünvanında yerləşən, faktiki sahəsi 119 kv.m olan 50 saylı mənzilin sökülməsinə görə cavabdeh “X11 Kompleksi” MTK tərəfindən İddiaçı2 Kooperativ tərəfindən Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2014-cü il tarixli, 173 nömrəli sərəncamına əsasən həmin ünvanda inşa olunacaq yaşayış binasında yerləşən, sökülən mənzilin faktiki sahəsinə 30% əlavə olmaqla 155 kv.m sahəsi olan 3 otaqlı, təmirli mənzilin verilməsi, İddiaçı2 məxsus əşyaların müvəqqəti saxlanması üçün əlverişli sahə ilə təmin edilməsi, xx.xx.2022-ci ildən hesablanmaqla yaşayış sahəsi İddiaçı2 təhvil verilənədək aylıq 1200 manat kirayə haqqının, İddiaçı2 vurulmuş mənəvi ziyana görə 20000 manat kompensasiyanın, 165 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi, ünvan 4 ünvanında yerləşən faktiki sahəsi 119 kv.m olan, 47 saylı mənzilin sökülməsinə görə cavabdeh “X11 Kompleksi” MTK tərəfindən İddiaçı1 Kooperativ tərəfindən Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2014-cü il tarixli, 173 nömrəli sərəncamına əsasən həmin ünvanda inşa olunacaq yaşayış binasında yerləşən, sökülən mənzilin faktiki sahəsinə 30% əlavə olmaqla 155 kv.m sahəsi olan 3 otaqlı, təmirli mənzilin verilməsi, İddiaçı1 məxsus əşyaların müvəqqəti saxlanması üçün əlverişli sahə ilə təmin edilməsi, xx.xx.2022-ci ildən hesablanmaqla yaşayış sahəsi İddiaçı1 təhvil verilənədək aylıq 1200 manat kirayə haqqının, İddiaçı1 vurulmuş mənəvi ziyana görə 20000 manat kompensasiyanın, 165 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi, ünvan 4 ünvanında yerləşən faktiki sahəsi 160 kv.m. olan 20 saylı mənzilin sökülməsinə görə cavabdeh “X11 Kompleksi” MTK tərəfindən İddiaçı7 Kooperativ tərəfindən Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2014-cü il tarixli, 173 nömrəli sərəncamına əsasən həmin ünvanda inşa olunacaq yaşayış binasında yerləşən, sökülən mənzilin faktiki sahəsinə 30% əlavə olmaqla sahəsi 208 kv.m olan 4 otaqlı, təmirli mənzilin verilməsi, İddiaçı7 məxsus əşyaların müvəqqəti saxlanması üçün əlverişli sahə ilə təmin edilməsi, xx.xx.2022-ci ildən hesablanmaqla yaşayış sahəsi İddiaçı7 təhvil verilənədək aylıq 1500 manat kirayə haqqının, İddiaçı7 vurulmuş mənəvi ziyana görə 20000 manat kompensasiyanın, 168 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi - haqqında qətnamə qəbul edilməsini, cavabdehlərin əməllərində cinayətin əlamətlərinin mövcudluğu barədə xüsusi qərardad çıxarılmasını xahiş etmişlər.
9. Ərizə onunla əsaslandırılmışdır ki, ünvan 6 ünvanında yerləşən 20 saylı mənzil xx.xx.2016-cı il tarixli, seriya RX ******* saylı Daşınmaz Əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı7 məxsusdur. İddiaçı7 hazırki iş üzrə cavabdehlərə qarşı birgə iddiaçılarla eyni mövqedən çıxış etdiyinə görə iş üzrə icraata tərəf qismində qoşulmaq barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. İş üzrə icraatın davam etdiyi dövrdə birgə iddiaçılara məxsus mənzillərin yerləşdiyi yaşayış binasının söküntüsünün qadağan edilməsi ilə bağlı apellyasiya instansiyası məhkəməsi tərəfindən qərardadlar çıxarılmışdır. Lakin adı çəkilən qərardadların icrası təmin edilməmiş, Kooperativ və ona havadarlıq edən cavabdehlər Cavabdeh3 və Bakı şəhər İcra Hakimiyyəti birgə iddiaçılarla razılaşdırmadan, binanın qəzalı vəziyyətdə olması məhkəmə qərarı ilə təsdiq edilmədən, habelə birgə iddiaçıların mülkiyyət hüquqlarına xitam verilmədən onlara məxsus mənzillərin sökülməsi üçün əlbir olmaqla bütün qanunsuz üsul və vasitələrdən istifadə etmişlər. Beləliklə, birgə iddiaçılara məxsus mənzillərin yerləşdiyi yaşayış binası cavabdehlər Bakı Şəhər İcra Hakimiyyəti, Cavabdeh3 və “X11 Kompleksi” Mənzil Tikinti Kooperativi tərəfindən sökülmüşdür. Halbuki, qeyd olunan yaşayış binasının sökülməsi üçün heç bir qanuni əsas, məhkəmə qərarı olmamış, birgə iddiaçıların mülkiyyət hüququna xitam verilməmiş, birgə iddiaçılarla razılaşma əldə olunmamışdır. Cavabdehlər birgə iddiaçılara məxsus mənzillərə mülkiyyətçilərin razılığı olmadan zorla daxil olaraq mənzilləri sökmüşlər. İddiaçılardan bir neçəsinə - İddiaçı5 Qüdrət oğluna, İddiaçı6 məxsus şəxsi əşyaların taleyi barədə ümumiyyətlə məlumatı yoxdur. Birgə iddiaçılar dörd aydan artıq müddətdir ki, mənzillərindən məhrum edilmiş, evsiz-eşiksiz qalmış, əlavə xərclərə düçar olmaqla şəxsi vəsaitləri hesabına müxtəlif yerlərdə məskunlaşmağa məcbur olmuşlar. Cavabdehlər tərəfindən hər vəchlə, habelə vəzifə səlahiyyətlərindən sui-istifadə edərək birgə iddiaçıların təhlükəsiz və sağlam şəraitdə yaşamaq, mülkiyyət hüququnun müdafiəsini tələb etmək imkanlarının qarşısı alınmış, mənzil toxunulmazlığı azadlıqları pozulmuş, şəxsi və ailə həyatlarına ciddi müdaxilə edilmişdir. Habelə birgə iddiaçılar cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində pozulmuş hüquqlarının müdafiəsi məqsədilə hüquqi yardımdan istifadə etməyə və nümayəndə - vəkilə xidmət haqqı ödəməklə əlavə xərclər çəkməyə məcbur olmuşlar. Cavabdehlər tərəfindən birgə iddiaçılara vurulan ziyan sadəcə maddi ziyanla məhdudlaşmamış, onların xeyli müddət kommunal təchizatlardan məhrum buraxılması, mənzillərinin pəncərə və qapılarının sındırılması, kənar şəxslərin yaşayış binasına buraxılması ilə sakinlərə ciddi narahatlıq törədilməsi, evlərə su axıdılması, onların şəxsi əşyalarını götürmələri üçün imkan belə vermədən mənzillərindən didərgin salınmaları, çoxsaylı məhkəmə proseslərinə cəlb edilmələri, hədə-qorxuya məruz qalmaları və nəhayət, mənzillərinin qanunsuz sökülməsi ilə ciddi mənəvi ziyan vurulmuşdur. Ona görə də, cavabdehlər birgə iddiaçılar qarşısında onlara vurulan maddi və mənəvi ziyana görə birgə məsuliyyət daşıyırlar. Birgə iddiaçılar onlara məxsus olan mənzillərin şəraitindən aşağı şəraitdə olmayan, mənzillərin faktiki sahəsinə 30% əlavə edilməklə təmirli mənzillə təmin edilməli və mənzillər onlara təhvil verilənədək kirayə haqqı ödənilməlidir. Nəzərə almaq lazımdır ki, birgə iddiaçılara məxsus mənzillər Bakı şəhərinin Bayıl adlanan ərazisində, coğrafi baxımdan əlverişli ərazidə yerləşməklə, birbaşa dəniz mənzərəli, yaxşı təmirli mənzillər olmuşdur. Birgə iddiaçılar ailə üzvləri ilə birlikdə uzun illər həmin mənzillərdə yaşamış, yaxın ərazilərdə fəaliyyət göstərmiş, qeyd olunan ərazidə mövcud olan mühitə uyğunlaşmışlar.
10. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16 iyul 2023-cü il tarixli, e-2(009)- 134/2023 saylı qətnaməsinə əsasən iddia rədd edilmişdir.
11. Qətnamə onunla əsaslandırılmışdır ki, Cavabdeh3 Başçısının 15 aprel 2014-cü il tarixli 173 nömrəli sərəncamına əsasən Səbail rayonu, Xanlar və Q.Abbasov küçələrinin arasındakı, 58-59 saylı məhəllədə yerləşən istismar müddəti bitmiş yaşayış və qeyriyaşayış tikililərin sökülərək, yerində yaşayış binasının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında “X11 Kompleksi” MMC-nin istifadəsinə verilməsi, ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, sakinlərin köçürülməsi və vəsaitin ödənilməsi qarşılıqlı razılaşma əsasında müvafiq qanunvericiliyə əsasən həmin cəmiyyət tərəfindən həll edilməlidir. Göründüyü kimi, qəzalı vəziyyətdə olan və mövcud şəhərsalma normalarına cavab verməyən qeyd edilən binalardakı şəxslərin mülkiyyət hüquqlarının əvəzi ödənilməklə məhdudlaşdırılması Cavabdeh3 sərəncamı ilə yuxarıda qeyd olunan qaydada tənzimlənmişdir. Yəni, belə binaların sakinlərinin müvafiq kompensasiya müqabilində çıxarılmaları səlahiyyətli dövlət orqanlarının aktında nəzərdə tutulmuşdur. Dövlət orqanlarının qəbul etdiyi bu aktlarda söküntünün və mülkiyyətçilərə məxsus bina və ərazinin yenidən qurulması üçün şirkətlərə verilməsi abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan və mövcud şəhərsalma normalarına cavab verməyən binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi ilə izah edilir. Həmin binaların qəzalı və şəhərsalma normalarına cavab verməyən vəziyyətdə olması ilə bağlı Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi “Azərdövləttikintilayihə” DLİ-nin rəyi də mövcuddur. O da məlumdur ki, bu söküntü belə binalarda baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınmasına kömək edə biləcəyi nəzərə alındıqda, müdaxilənin cəmiyyətin maraqlarına xidmət etməsi (ictimai mənafe üçün olması) qənaətinə gəlmək mümkündür. Bu o deməkdir ki, baxılan işdə vətəndaşların mənzilləri üzərindəki mülkiyyət hüquqlarına müdaxilə qanuni məqsəd daşıyır. Bundan əlavə, işin hallarından görünür ki, mübahisəli binanın digər mülkiyyətçiləri ilə “X11 Kompleksi” MMC arasında kompensasiya ödənilməklə müvafiq alqı-satqı müqavilələri bağlanılmış, kompensasiya məbləği ilə razılaşmayan mülkiyyətçilər isə hazırki tələblə məhkəməyə müraciət etmişlər. Məhkəmə fiziki şəxslərin mülkiyyət və digər hüquqlarına müdaxilənin haqq qazandırıla bilən olub-olmaması ilə bağlı bildirir ki, binanın məhdud işlək vəziyyətdə olması, bu vəziyyətdə dövlətin real tədbirlər görmək vəzifəsi, eləcə də mülkiyyətçilərin zərərinin tam qarşılanması üçün real təminatların nəzərdə tutulması müdaxiləni həm zəruri, həm də mütənasib edir. Belə ki, faktiki vəziyyətdə bu müdaxilənin edilməməsi dövlətin Avropa İnsan Hüquqları Konvensiyasına uyğun olaraq üzərinə götürdüyü bir sıra pozitiv öhdəliklərin pozulmasına gətirib çıxara bilər. Çünki, Azərbaycan Respublikası, Avropa Konvensiyasına qoşulmuş tərəf kimi yurisdiksiyası altında olan şəxslərin yaşamaq, mülkiyyət və s. hüquqlarının pozulmaması üçün zəruri olan bütün tədbirləri vaxtında və tam şəkildə görmək öhdəliyini öz üzərinə götürmüşdür. Hazırkı işdə faktiki vəziyyət ondan ibarətdir ki, sakinlərin həyat və sağlamlığı, əmlakı təhlükə altında olduğu üçün həmin bina sökülmüşdür. Çünki, onların yaşadığı bina uzunmüddətli istismar nəticəsində məhdud işlək vəziyyətdə olmuşdur. Belə olan halda cavabdeh tərəfindən sakinlərin həmin mənzillərdən çıxarılması ilk növbədə onların həyat və sağlamlığı, əmlakının salamatlığı, ikinci növbədə isə bu kimi halların baş verməməsi üçün dövlətin vaxtında lazımi tədbirlər görməsi üçün zəruri olmuşdur. Beləliklə məhkəmə iddiaçıların mənzil üzərində mülkiyyət haqqı və ona müdaxilənin qanun əsasında həyata keçirilməsini, hazırki iddiaçılara münasibətdə Cavabdeh3 tərəfindən tikinti şirkəti üzərinə ədalətli kompensasiya verilməklə mülkiyyətçilərin mülkiyyət hüquqlarına xitam verilməsi barədə iddia qaldırmasını, həmin iddia ərizələrinin məhkəmə icraatında olmasını nəzərə alaraq hesab edir ki, mənzillər üzərində mülkiyyət hüquqlarına ədalətli kompensasiya verilməklə xitam verilməli olduğundan, mülkiyyətçilərin sökülmüş binanın yerində inşa ediləcək binadan mülkiyyətlərində olmuş mənzilin faktiki sahəsindən 30% əlavə olmaqla yeni təmirli mənzillərlə təmin edilmələri, mənzillərlə təmin olunanadək müvafiq kirayə haqqlarının ödənilməsi barədə qaldırılmış tələblər əsaslı hesab edilə bilməz.
12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.3, 152.1, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 15, 28.6, 28.7-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə iclası iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
13. İddiaçılar qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilməsini və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə sübutlara hüquqa uyğun qiymət verməmiş, mübahisəyə birtərəfli yanaşmış və öz mövqeyini əsaslandırmaq üçün hər hansı maddi hüquq normasına istinad edə bilməmişdir. Məhkəmənin işin hallarını sadalamaqla və Avropa İnsan Hüquqları Məhkəməsinin mülkiyyət hüququnun müdafiəsi ilə bağlı presedent hüququna istinad etməsi ilə gəldiyi absurd nəticə arasında ciddi ziddiyyət mövcuddur. İşin mübahisəsiz hallarına görə, Bakı Şəhəri İcra Hakimiyyəti başçısının 15 aprel 2014-cü il tarixli 173 saylı sərəncamına əsasən, Bakı şəhəri, Səbail rayonu, Xanlar və Q.Abbasov küçələrinin arasındakı, 58-59 saylı məhəllədə yerləşən istismar müddəti bitmiş yaşayış və qeyri - yaşayış tikililərinin sökülərək, yerində yaşayış binasının layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında “X11 Kompleksi” Mənzil Tikinti Kooperativinin istifadəsinə verilmiş, ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, sakinlərin köçürülməsi və vəsaitin ödənilməsi qarşılıqlı razılaşma əsasında müvafiq qanunvericiliyə əsasən “X11 Kompleksi” Mənzil Tikinti Kooperativinə həvalə edilmişdir. “X11 Kompleksi” Mənzil Tikinti Kooperativi tərəfindən adı çəkilən sakinlərlə hər hansı razılıq əldə olunmadan onlara məxsus mənzillərin yerləşdiyi yaşayış binasının sökülməsinə başlanılmışdır. Kooperativ tərəfindən sakinlərə məxsus yaşayış sahələri ölçülərək, onlara göndərilən “pretenziyalarda” yaşayış binasının qəzalı vəziyyətdə olduğu və Bakı Şəhəri İcra Hakimiyyəti başçısının 15 aprel 2014-cü il tarixli 173 saylı sərəncamına əsasən, həmin ünvanda Kooperativ tərəfindən tikinti işlərinin aparılacağı göstərilməklə, 250000 manat kompensasiya ödənilməklə mənzillərin Kooperativ tərəfindən sökülməsi üçün təhvil verilməsi tələb edilmişdir. Sakinlərin Kooperativə cavablarında Bakı Şəhəri İcra Hakimiyyəti başçısının 15 aprel 2014-cü il tarixli 173 saylı sərəncamının və bu sərəncamla birgə iddiaçıların və Kooperativin üzərinə hansısa vəzifə qoyulmasının, binanın texniki cəhətdən yolverilməz vəziyyətdə olmasının qeyd edildiyi rəyin məlum olmadığı, binanın mülkiyyətçisinin Azərbaycan dövləti olduğu və həmin rəy əsaslı olarsa dövlətin zəruri qanuni tədbirləri həyata keçirə biləcəyi, birgə iddiaçıların mənzillərini satmaq fikirlərinin olmadığı və Azərbaycan Respublikası qanunvericiliyində əmlakın Kooperativ tərəfindən birtərəfli qaydada məcburi alınmasına imkan verən heç bir əsasın olmadığı bildirilmişdir. Daha sonra Kooperativ qəsdən hər vəchlə, bütün qanunsuz üsul və vasitələrdən istifadə edərək sakinlərin yaşamaq hüququnu məhdudlaşdırmağa, onların və ailə üzvlərinin mənzillərindən istifadə etmələrinə imkan verməməyə, kommunal xidmətləri dayandırmağa və dözülməz bir vəziyyət yaratmağa, özbaşınalıq və sui-istifadə yolu ilə yüksək vəzifəli şəxslərin adından istifadə etməklə hədə-qorxu gəlməyə və təzyiq göstərməyə başlamışdır. Mülkiyyətçilərə məxsus evlərin şüşə və qapıları sındırılmış, binanın qaz, elektrik təchizatı kəsilmiş, su təchizatı məhdudlaşdırılmış, qəsdən mənzillərə su axıdılmışdır. İş üzrə icraatın davam etdiyi dövrdə birgə iddiaçılara məxsus mənzillərin yerləşdiyi yaşayış binasının söküntüsünün qadağan edilməsi ilə bağlı apellyasiya instansiyası məhkəməsi tərəfindən qərardadlar çıxarılmışdır. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin 16(103)-65/2022 saylı, 04 noyabr 2022-ci il tarixli (hakim İddiaçı4) və 16(103)-76/2022 saylı, 24 noyabr 2022-ci il tarixli (hakim Rəşad Həsənov) dərhal icra edilməli olan qərardadları ilə ərizəçilər İddiaçı6, İddiaçı5 Qüdrət oğlunun, İddiaçı2, İddiaçı3, İddiaçı1 və İddiaçı4 birgə verdikləri müvəqqəti təminat tədbirinin görülməsi barədə ərizə təmin edilmiş, Bakı şəhəri, Səbail rayonu, Qurban Abbasov küçəsi 2 ünvanında yerləşən binanın sökülməsi “X11 Kompleksi” Mənzil Tikinti Kooperativinə qadağan edilmiş və həmin binada yerləşən və İddiaçı6 mülkiyyətində olan 35 saylı mənzilə, İddiaçı5 Qüdrət oğlunun mülkiyyətində olan 49 saylı mənzilə, İddiaçı2 mülkiyyətində olan 50 saylı mənzilə, İddiaçı3 mülkiyyətində olan 45 saylı mənzilə, X2 mülkiyyətində olan 47 saylı mənzilə və İddiaçı4 mülkiyyətində olan 36 saylı mənzilə, mülkiyyətçilərin razılığı olmadan, kənar şəxslərin daxil olmasına qadağa qoyulmuşdur. Lakin adı çəkilən qərardadların icrası təmin edilməmiş, Kooperativ və ona havadarlıq edən cavabdehlər Cavabdeh3 və Bakı Şəhər İcra Hakimiyyəti birgə iddiaçılarla razılaşdırmadan, binanın qəzalı vəziyyətdə olması məhkəmə qərarı ilə təsdiq edilmədən, habelə birgə iddiaçıların mülkiyyət hüquqlarına xitam verilmədən onlara məxsus mənzillərin sökülməsi üçün əlbir olmaqla bütün qanunsuz üsul və vasitələrdən istifadə etmişlər. 08 dekabr 2022ci il tarixdə saat 18:00 radələrində işdən evlərinə qayıdan mülkiyyətçilər və onların ailə üzvləri yaşayış binasına daxil ola bilməmişlər. Yaşayış binası ağır konstruksiyalarla mühasirəyə alınmış, binaya giriş-çıxış qapadılmışdır. Birgə iddiaçılara məlum olmuşdur ki, Səbail Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli, e-16(009)-49/2022 saylı qərardadı ilə ərizəçi Bakı Şəhər Cavabdeh3 müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizəsi təmin edilərək, Bakı şəhəri, Səbail rayonu, Qurban Abbasov küçəsi, 2 ünvanında yerləşən 5 mərtəbəli binada yaşayan sakinlər İddiaçı6, İddiaçı5 Qüdrət oğlu, İddiaçı2, İddiaçı3, İddiaçı1, İddiaçı7 və digər sakinlərin binaya giriş-çıxışına və binadan istifadəsinə 1 ay müddətində qadağa qoyulmuşdur. Birgə iddiaçılar qərardadın mövcudluğu barədə onlara verilmiş şifahi məlumatlar əsasında xəbər tutmuşlar. 09 dekabr 2022-ci ildə binanın ətrafında yerləşdirilmiş ağır konstruksiyaların üzərinə plomb vurularaq, icra məmuru Tural Aşurov adlı şəxsin adından “Səbail Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli qərardadına əsasən yaşayış binasına 1 ay müddətində giriş-çıxışın qadağan edildiyi” qeyd edilmişdir. 26 yanvar 2023-cü ildə yaşayış binasının sökülməsi ilə əlaqədar daxil olan məlumata əsasən yaşayış binasının yerləşdiyi ünvana gedən Səbail Rayon İcra Şöbəsinin icra məmurları Astanov Aslan, Tural Aşurov və Bakı Şəhəri İcra Hakimiyyətində şöbə müdiri vəzifəsində çalışan Zülfəli İsmayılov tərəfindən təsdiqlənməklə akt tərtib edilmişdir. Aktda göstərilmişdir ki “Bakı Apellyasiya Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli, 16(103)-76/2022 saylı icra sənədinin icrası ilə əlaqədar olaraq Bakı şəhəri, Səbail rayonu, Qurban Abbasov küçəsi 2 ünvanında olduq. Ünvanda olan zaman söküntü işlərinin Bakı Şəhəri İcra Hakimiyyətinin həyata keçirdiyi tərəfimizdən müəyyən edildi.” Göründüyü kimi, birgə iddiaçılar qarşısında “X11 Kompleksi” MTK, Bakı Şəhər İcra Hakimiyyəti, Cavabdeh3 birgə cavabdehlər kimi çıxış edir. Lakin birinci instansiya məhkəməsi birgə iddiaçılara məxsus yaşayış sahələrinin sökülməsində cavabdehlərin məsuliyyətini ört-basdır etməklə, iddia tələbinin əsaslılığından yayınmışdır. Məhkəmənin icra məmuru tərəfindən tərtib olunmuş 26 yanvar 2023-cü il tarixli Aktında Bakı şəhəri, Səbail rayonu, Qurban Abbasov küçəsi 2 ünvanında söküntü işlərinin Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən həyata keçirildiyinin müəyyən olunmasına münasibət bildirməməsi, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 15 aprel 2014-cü il tarixli 173 nömrəli sərəncamının təhrif edilərək, Cavabdeh3 başçısının sərəncamı kimi təqdim olunması, “işin digər faktiki hallarına görə, dövlət (Cavabdeh3 şəxsində) mənzilin yerləşdiyi binanın sökülməsi barədə sərəncam vermiş və «X11 Kompleksi» MTK həmin sərəncamın icrası çərçivəsində müvafiq tədbirlər görür. Qeyd olunanlar müdaxilənin varlığını sübut edir” kimi mövqeyi, yaşayış binasının sökülməsində birbaşa iştirak edən, birgə iddiaçılara hədə-qorxu və təzyiq göstərən Bakı Şəhər İcra Hakimiyyətinin və onun vəzifəli şəxslərinin məsuliyyətinin gizlədilməsinə yönələn cəhdlərə dəlalət edir. Məhkəmənin “qəzalı vəziyyətdə olan və mövcud şəhərsalma normalarına cavab verməyən qeyd edilən binalardakı şəxslərin mülkiyyət hüquqlarının əvəzi ödənilməklə məhdudlaşdırılması Cavabdeh3 sərəncamı ilə yuxarıda qeyd olunan qaydada tənzimlənməsinə dair” mülahizələri təhrifedici mövqeyin növbəti təzahürü kimi çıxış edir. Bakı Şəhər İcra Hakimiyyətinin sözügedən sərəncamında yaşayış sahələrinin sökülməsinin “sakinlərlə qarşılıqlı razılaşdırılmaqla həyata keçirilməsi” nin nəzərdə tutulması onlara cavabdeh Kooperativin istəyinə uyğun cüzi miqdarda kompensasiya ödənilməsi kimi şərh oluna bilməz. Nəzərə almaq lazımdır ki, birgə iddiaçılar kimi çıxış edən vətəndaşlar həyatlarının əhəmiyyətli hissəsini Bakı şəhərinin “Bayıl” adlanan hissəsində keçirmiş, həmin ünvanda ailələri ilə birlikdə yaşamış, oxumuş, işləmişdir. Halhazırda onların mülkiyyət hüququna xitam verilmədən, binanın qəzalı vəziyyətdə olması məhkəmə qərarı ilə öz təsdiqini tapmadan birgə iddiaçıların əvvəlcə kommunal xidmətlərdən məhrum edilməsi, mənzillərinə ziyan vurulması, qapı-pəncərələrinin sındırılması, mənzillərinə su axıdılması, kənar və normal reputasiyaya malik olmayan şəxslərlə üz-üzə buraxılaraq təhlükəsiz şəraitdə yaşamalarının qarşısının alınması və daha sonra evlərindən didərgin salınması, qeyri-müəyyən və acınacaqlı vəziyyətə buraxılmaları Azərbaycan Respublikası Konstitusiyası ilə qorunan layiqli və təhlükəsiz şəraitdə yaşamaq, şərəf və ləyaqətə hörmət, mülkiyyət hüququ kimi mühüm fundamental hüquqların və Avropa İnsan Hüquqları Konvensiyasının mülkiyyət hüququnun qorunmasına dair presendentlərinin heçə sayılmasından başqa cür anlaşıla bilməz. Məhkəmə nəzərə almamışdır ki, birgə iddiaçıların sökülən mənzillərin mülkiyyətçiləri kimi öz mülkiyyətlərinə münasibətdə qanuni və əsaslı gözləntiləri, mövcud şəraitlərindən daha az və aşağı olmamaqla yeni şəraitin yaradılmasını tələb etmək hüquqları mövcud olmuşdur. Hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət olunmasının səbəbi isə qanundan və mövcud hüquqi təcrübədən irəli gələn hüquqlarının qarşısının alınması, cavabdehlər tərəfindən insan həyatına hörmətsiz və laqeyd münasibət nümayiş etdirilməsi, qanuni mülkiyyətçi olduqları halda sanki bir “əşya” kimi mənzillərindən çıxarılıb kənara buraxılmaları, çoxsaylı qanunsuz təzyiqlərlə üzləşmələri olmuşdur. Məhkəmə mülkiyyət hüququna müdaxilə imkanlarının mövcudluğu ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə istinad etsə də, onun mahiyyətinə varmamış, hazırki iş üzrə qanuni və əsaslı müdaxilənin mövcud olmamasını və müdaxilə nəticəsində mülkiyyətçilərə ciddi ziyan vurulmasını ciddi cəhdlə ört-basdır etmişdir. Məhkəmənin “mülkiyyət hüququnun məhdudlaşdırılmasının həmin müddəalar çərçivəsində yolverilən sayılması üçün mənzilin sahibinin oraya mülkiyyət hüququnun olması, bu hüquqa müdaxilənin varlığı, müdaxilənin qanunda nəzərdə tutulması, qanuni məqsəd daşımas (cəmiyyətin maraqlarına xidmət etməsi) və haqq qazandırıla bilən (zəruri və mütənasib) olması zəruridir” mövqeyini irəli sürdüyü və Mənzil Məcəlləsinin müddəalarına istinad etdiyi halda, sonrasında bu mövqeyə tamamilə zidd, əsassız və qanunsuz nəticəyə gəlməsi gülünc xarakter daşıyır. Göründüyü kimi, yaşayış binasının qəzalı vəziyyətdə olması səlahiyyəti və məcburiliyi qeyri-müəyyən olan hər hansı İnstitutun rəyi ilə deyil, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təsdiq edilməli, bundan sonra mülkiyyətçi qəzalı vəziyyətdə olan binanı təmir etməkdən imtina etdikdə, binanın təmirinin həyata keçirilməsi üçün açıq hərrac keçirilməli və yaşayış binasının bərpa olunması üçün tədbirlər görülməlidir. Yaşayış binasının təmiri müddətində sakinlərin abadlaşdırılmış yaşayış sahələri ilə təmin edilməsi tələbi də qanunvericiliyin imperativ tələblərindən biri kimi çıxış edir. Hazırki iş üzrə yaşayış binasının qəzalı vəziyyətdə olmasına və ya mülkiyyətçilərin mülkiyyət hüquqlarına xitam verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktları olmadığı halda, məhkəmə öz xidməti vəzifəsindən yayınmaqla, icraatında olan işi araşdırmaq və əsaslı, qanuni məhkəmə qərarı çıxarmaq yerinə, bu işlə əlaqəsi olmayan və nəticəsi qeyri-müəyyən olan digər işlər üzrə qərar qəbul edildiyi təqdirdə mülkiyyətçilərə hər hansı kompensasiya ödəniləcəyi qənaətinə gəlməklə kifayətlənməklə ədalət mühakiməsi orqanının təyinatından kənar mövqeyə xidmət etmişdir. Habelə, Bakı Şəhər İcra Hakimiyyətinin Bakı şəhəri, Səbail rayonu, Qurban Abbasov küçəsində yerləşən 2 saylı yaşayış binasının istismar müddətinin bitməsi ilə bağlı sökülməsi haqqında sərəncamının 15 aprel 2014-cü il tarixli olması, buna baxmayaraq söküntü işlərinə 8 il sonra – 2022-ci ildə başlanılması da binanın qəzalı və ya təhlükəli vəziyyətdə olmamasını, hazırki söküntünün sahibkarlıq məqsədlərinə xidmət etdiyini və məhkəmənin dövlətin binanın məhdud işlək vəziyyətdə olması ilə bağlı tədbirlər görməsi vəzifəsini icra etməsinə dair subyektiv mülahizələrinin əsassız olmasını təsdiq edir. Məhkəmənin hazırki iş üzrə icraatda birgə iddiaçıların artıq bir ilə yaxın müddətdir ki, öz mənzillərindən didərgin salınmasının təsdiq edilməsinə baxmayaraq, iddia tələbinin mülkiyyətçilərin müvəqqəti yaşaması üçün onlara kirayə haqqının ödənilməsi hissəsində münasibət bildirməməsi də nihilist mövqeyin təzahürü olmaqla, ədalətli məhkəmə araşdırması hüququnun təmin olunmamasını təsdiq edir. Məhkəmə birgə iddiaçılara vurulmuş mənəvi ziyanın ödənilməsi ilə bağlı iddia tələbinin qiymətləndirilməsi zamanı da hakim dairələrə yaranmaq, dövlət orqanlarının və Kooperativin mənafeyini qorunmaq mövqeyindən əl çəkə bilməmiş, qərəzli mövqeyini açıq-aşkar nümayiş etdirmişdir. Birgə iddiaçılar aylarla çəkdikləri əziyyətləri təsdiq edən foto və videomaterialları məhkəməyə tədqim etmişdir. Məhkəmə isə həmin videomateriallara dair münasibət bildirməkdən yayınmaqla birgə iddiaçıların yaşadığı əzab-əziyyəti, stressi, narahatlığı görməməzlikdən gəlmişdir. Mülki Prosessual Məcəlləsinin 265.4-cü maddəsinə əsasən, məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Birgə iddiaçılar bir ilə yaxın müddətdir ki, mənzillərindən məhrum edilmiş, evsiz-eşiksiz qalmış, əlavə xərclərə düçar olmaqla şəxsi vəsaitləri hesabına müxtəlif yerlərdə məskunlaşmağa məcbur olmuşlar. Cavabdehlər tərəfindən hər vəchlə, habelə vəzifə səlahiyyətlərindən sui-istifadə edərək birgə iddiaçıların təhlükəsiz və sağlam şəraitdə yaşamaq, mülkiyyət hüququnun müdafiəsini tələb etmək imkanlarının qarşısı alınmış, mənzil toxunulmazlığı azadlıqları pozulmuş, şəxsi və ailə həyatlarına ciddi müdaxilə edilmişdir. Cavabdehlərin birgə iddiaçılara qarşı qanunsuz əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186-cı, 309-cu maddələrinin əlamətləri mövcuddur. Həmin Məcəllənin 186-cı maddəsinə əsasən, özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə cinayət məsuliyyətinə səbəb olur. Həmin Məcəllənin 309-cu maddəsinə əsasən, vəzifəli şəxs tərəfindən xidməti səlahiyyətlərinin hüdudlarından açıqaşkar surətdə kənara çıxan hərəkətlər etməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyət və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda cinayət məsuliyyətinə səbəb olur. İddia tələbinin cavabdehlərin hərəkətlərində cinayətin əlamətləri olduğundan xüsusi qərardad çıxarılmaqla prokurora məlumat verilməsi hissəsində məhkəmənin nihilist xarakterli mövqeyi və öz xidməti vəzifələrindən yayınmaq cəhdləri Mülki Prosessual Məcəllənin 265.4-cü maddəsinin tələblərinə ziddir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
16. İddiaçıların nümayəndəsi Vəkil1 apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etmişdir.
17. Cavabdeh “X11 Kompleksi” MTK-nın nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
18. Cavabdeh Bakı Şəhəri Cavabdeh3 vəkili Vəkil3 apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
19. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 oktyabr 2023-cü il tarixli, 2(103)-5238/2023 nömrəli qərardadına əsasən mübahisənin düzgün və obyektiv həlli üçün tələbdə irəli sürülmüş parametrlərə uyğun mənzillərin layihədə mövcudluğunun, sökülmüş mənzillərin, həmçinin inşa olunacaq binada olan mənzillərin dəyərinin müəyyən olunması məqsədilə kompleks məhkəmə tikinti – texniki və məhkəmə - əmtəəşünaslıq ekspertizası təyin edilmiş və ekspert (ekspertlər) qarşısında aşağıdakı suallar qoyulmuşdur: - Səlahiyyətli orqanlar (Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və s.) təsdiq olunmuş layihələrə uyğun olaraq müəyyən edilsin ki, “X11 Kompleksi" MTK tərəfindən Kooperativ tərəfindən Bakı Səhər İcra Hakimiyyəti başçısının xx.xx.2014-cü il tarixli, 173 nömrəli sərəncamına əsasən həmin ünvanda inşa olunacaq yaşayış binasında İddiaçı6 məxsus ünvan 4 ünvanında yerləşən, faktiki sahəsi 135 kv.m olan 35 saylı mənzilin, İddiaçı5 Qüdrət oğluna məxsus faktiki sahəsi 121 kv.m olan 49 saylı mənzilin, İddiaçı2 məxsus faktiki sahəsi 119 kv.m olan 50 saylı mənzilin, İddiaçı1ya məxsus faktiki sahəsi 119 kv.m olan, 47 saylı mənzilin, İddiaçı7 məxsus faktiki sahəsi 160 kv.m. olan 20 saylı mənzilin sökülməsinə görə, sökülən mənzilin faktiki sahəsinə 20- 30% əlavə olmaqla mənzillərin verilməsi mümkündürmü, əgər mümkündürsə, binanın konkret olaraq hansı blokunda, mərtəbəsində və tərəfində yerləşdiyi (mənzilin nömrəsi və digər fərdiləşdirici əlamətləri) göstərilsin. - Səlahiyyətli orqanlar (Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və s.) təsdiq olunmuş layihələrə uyğun olaraq müəyyən edilsin ki, Bakı şəhər İcra Hakimiyyətinin başçısının xx.xx.2014-cü il tarixli 173 nömrəli sərəncamına əsasən Səbail rayonu, Xanlar və Q.Abbasov küçələrinin arasındakı, 58-59 saylı məhəllədə inşa olunan yaşayış binasında hansı ölçülərdə mənzillər mövcuddur? - ünvan 4 ünvanında yerləşən və hal – hazırda sökülmüş, İddiaçı6 məxsus, faktiki sahəsi 135 kv.m olan 35 saylı mənzilin, İddiaçı5 Qüdrət oğluna məxsus faktiki sahəsi 121 kv.m olan 49 saylı mənzilin, İddiaçı2 məxsus faktiki sahəsi 119 kv.m olan 50 saylı mənzilin, İddiaçı1ya məxsus faktiki sahəsi 119 kv.m olan, 47 saylı mənzilin, İddiaçı7 məxsus faktiki sahəsi 160 kv.m. olan 20 saylı mənzilin dəyəri nə qədər təşkil etmişdir? (həm mülkiyyət hüququ və texniki göstəriciləri özündə əks etdirən sənədlər əsasında, həm də sualda qeyd olunan ölçülər nəzərə alınmaqla ayrı - ayrılıqda) - Bakı şəhər İcra Hakimiyyətinin başçısının xx.xx.2014-cü il tarixli 173 nömrəli sərəncamına əsasən Səbail rayonu, Xanlar və Q.Abbasov küçələrinin arasındakı, 58-59 saylı məhəllədə “X11 Kompleksi" MTK tərəfindən inşa olunan yaşayış binasında mənzillərin 1 kv.m qiyməti nə qədər təşkil edir? - Bakı şəhər İcra Hakimiyyətinin başçısının xx.xx.2014-cü il tarixli 173 nömrəli sərəncamına əsasən Səbail rayonu, Xanlar və Q.Abbasov küçələrinin arasındakı, 58-59 saylı məhəllədə “X11 Kompleksi" MTK tərəfindən inşa olunan yaşayış binasında 1, 2, 3, 4 otaqlı mənzillərin qiyməti ayrı – ayrılıqda nə qədər təşkil edir?
20. 24 sentyabr 2024-cü il tarixli, 3-16-16/2-9/55xx-xx/5402 nömrəli ekspert rəyindən qeyd olunmuşdur ki: - Bakı şəhəri Səbail rayonu, Xanlar və Q.Abbasov küçələrinin arasındakı, 58-59 saylı məhəllədə “X11 Kompleksi" MTK tərəfindən Bakı Səhər İcra Hakimiyyəti başçısının xx.xx.2014-cü il tarixli, 173 nömrəli sərəncamına əsasən həmin ünvanda inşa olunacaq yaşayış binasına dair tərtib edilmiş və səlahiyyətli orqanlar (Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və s.) təsdiq olunmuş layihə sənədlərində İddiaçı6, İddiaçı5 Qüdrət oğlu, İddiaçı2, İddiaçı1 və İddiaçı7 məxsus mənzillərin faktiki sahələrinə 20-30% əlavə olunmaqla yaranmış sahələrə uyğun mənzillərin olmadığı müəyyən edilmişdir. - Bakı şəhəri Səbail rayonu, Xanlar və Q.Abbasov küçələrinin arasındakı, 58-59 saylı məhəllədə “X11 Kompleksi" MTK tərəfindən Bakı Səhər İcra Hakimiyyəti başçısının xx.xx.2014-cü il tarixli, 173 nömrəli sərəncamına əsasən həmin ünvanda inşa olunacaq yaşayış binasına dair tərtib edilmiş və səlahiyyətli orqanlar (Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və s.) təsdiq olunmuş layihə sənədlərində İddiaçı6, İddiaçı5 Qüdrət oğlu, İddiaçı2, İddiaçı1 və İddiaçı7 məxsus mənzillərin faktiki sahələrinə 20-30% əlavə olunmaqla yaranmış sahələrə uyğun mənzillər olmasa da həmin 20-30% əlavə olunmaqla yaranmış sahələrdən artıq sahələr vardır. - Bakı şəhəri Səbail rayonu, Xanlar və Q.Abbasov küçələrinin arasındakı, 58-59 saylı məhəllədə “X11 Kompleksi" MTK tərəfindən Bakı Səhər İcra Hakimiyyəti başçısının xx.xx.2014-cü il tarixli, 173 nömrəli sərəncamına əsasən həmin ünvanda inşa olunacaq yaşayış binasına dair tərtib edilmiş və səlahiyyətli orqanlar (Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və s.) təsdiq olunmuş layihə sənədlərində tədqiq olunan binanın 2-ci mərtəbəsi üzrə sahələri 328,6 kv.m, 255,6 kv.m, 292,5 kv.m və 360,8 kv.m olan 4 ədəd mənzilin, 3-cü mərtəbə üzrə sahələri 324,2 kv.m, 243,2 kv.m, 280,5 kv.m və 344,8 kv.m olan 4 ədəd mənzilin, 4-cü mərtəbə üzrə sahələri 317,3 kv.m, 237,4 kv.m, 255,6 kv.m və 337,9 kv.m olan 4 ədəd mənzilin, 5-ci mərtəbə üzrə sahələri 305,8 kv.m, 237,8 kv.m, 278,8 kv.m və 322,1 kv.m olan 4 ədəd mənzilin, 6-cı mərtəbə üzrə sahələri 316,7 kv.m, 238 kv.m, 279,6 kv.m və 326,2 kv.m olan 4 ədəd mənzilin, 7-ci mərtəbə üzrə sahələri 316,9 kv.m, 243,6 kv.m, 285,2 kv.m və 327 kv.m olan 4 ədəd mənzilin, 8-ci mərtəbə üzrə sahələri 316,2 kv.m, 243,6 kv.m, 285,3 kv.m və 325,6 kv.m olan 4 ədəd mənzilin, 9-cu mərtəbə üzrə sahələri 334,3 kv.m, 442,8 kv.m və 369,4 kv.m olan 3 ədəd mənzilin layihələndirildiyi müəyyən edilir. - internet saytlarında tədqiq olunan mənzillərin yerləşdiyi ünvanda həmin mənzillərə analoji olan hər hansı tikili satışda olmadığından suallar üzrə tədqiqat aparılması mümkün olmamışdır.
21. Ekspert qarşısında qoyulan sonuncu sualın cavablandırılması mümkün olmadığından Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 noyabr 2024-cü il tarixli, 2(103)-353/2024 nömrəli qərardadına əsasən mütəxəssis rəyinin alınması qərara alınmış və mütəxəssis qarşısında aşağıdakı suallar qoyulmuşdur: - ünvan 4 ünvanında yerləşən və hal – hazırda sökülmüş, İddiaçı6 məxsus, faktiki sahəsi 135 kv.m olan 35 saylı mənzilin, İddiaçı5 Qüdrət oğluna məxsus faktiki sahəsi 121 kv.m olan 49 saylı mənzilin, İddiaçı2 məxsus faktiki sahəsi 119 kv.m olan 50 saylı mənzilin, İddiaçı1ya məxsus faktiki sahəsi 119 kv.m olan, 47 saylı mənzilin, İddiaçı7 məxsus faktiki sahəsi 160 kv.m. olan 20 saylı mənzilin dəyəri nə qədər təşkil etmişdir? (həm mülkiyyət hüququ və texniki göstəriciləri özündə əks etdirən sənədlər əsasında, həm də sualda qeyd olunan ölçülər nəzərə alınmaqla ayrı - ayrılıqda) - Bakı şəhər İcra Hakimiyyətinin başçısının xx.xx.2014-cü il tarixli 173 nömrəli sərəncamına əsasən Səbail rayonu, Xanlar və Q.Abbasov küçələrinin arasındakı, 58-59 saylı məhəllədə “X11 Kompleksi" MTK tərəfindən inşa olunan yaşayış binasında mənzillərin 1 kv.m qiyməti nə qədər təşkil edir? - Bakı şəhər İcra Hakimiyyətinin başçısının xx.xx.2014-cü il tarixli 173 nömrəli sərəncamına əsasən Səbail rayonu, Xanlar və Q.Abbasov küçələrinin arasındakı, 58-59 saylı məhəllədə “X11 Kompleksi" MTK tərəfindən inşa olunan yaşayış binasında 1, 2, 3, 4 otaqlı mənzillərin qiyməti ayrı – ayrılıqda nə qədər təşkil edir?
22. "xxxx" MMC tərəfindən verilmiş 10 dekabr 2024-cü il tarixli mütəxəssis rəyində qeyd olunmuşdur: - İddiaçı6 məxsus 35 saylı mənzilin faktiki sahəsinə görə 135 kv.m x 2280 manat = 307800 manat, hüquqi sənəd üzrə 101,3 kv.m x 2280 manat = 230964 manat, İddiaçı5 Qüdrət oğluna məxsus 49 sayl mənzilin faktiki sahəsinə görə – 121 kv.m x 2280 manat = 275880 manat, hüquqi sənəd üzrə 69 kv.m x 2280 manat = 157320 manat, İddiaçı2 məxsus 50 saylı mənzilin faktiki sahəsinə görə – 119 kv.m x 2280 manat = 271320 manat, hüquqi sənəd üzrə 60 kv.m x 2280 manat = 136800 manat, İddiaçı1 məxsus 47 saylı mənzilin faktiki sahəsinə görə – 119 kv.m x 2280 manat = 271320 manat, hüquqi sənəddə ümumi sahə göstərilməmişdir, İddiaçı7 məxsus 20 saylı mənzilin faktiki sahəsinə görə - 160 kv.m x 2280 manat = 364800 manat, hüquqi sənəddə ümumi sahə göstərilməmişdir. - Bakı Səhər İcra Hakimiyyəti başçısının xx.xx.2014-cü il tarixli, 173 nömrəli sərəncamına əsasən Səbail rayonu, Xanlar və Q.Abbasov küçələrinin arasındakı, 58-59 saylı məhəllədə “X11 Kompleksi" MTK tərəfindən inşa olunacaq yaşayış binasında təmirsiz mənzillərin 1 kv.m qiyməti 6000 manat, təmirli mənzillərin 1 kv.m qiyməti 6700 manat müəyyən olunur.
Tətbiq edilən hüquq
23. Azərbaycan Respublikiasının Konstitusiyasının 13 və 29-cu maddələrinin tələblərinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.
24. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir; Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. 14.2.2. Dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları. 14.2.4. Qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi. 14.2.6. Başqa şəxsə zərər vurulması. 14.2.8. Fiziki və hüquqi şəxslərin digər hərəkətləri.
25. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi: Maddə 3.0.20. Tikinti obyektinin yenidən qurulması (rekonstruksiyası) – obyektin mövcud təyinatının dəyişdirilməsi və ya istismar keyfiyyətinin müasirləşdirilməsi məqsədilə müvafiq layihə əsasında yeni texnologiyaların tətbiqi, yaxud yeni bina və ya qurğuların inşası, o cümlədən mühəndis-kommunikasiya təminatı xətlərinin quraşdırılması ilə bağlı tikinti-quraşdırma və buraxılış-sazlama işlərinin yerinə yetirilməsidir. Maddə 4.1. Şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədi ərazilərin və yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının təmin edilməsindən, fərdi maraqların qorunmasından, insanların həyatına, sağlamlığına, əmlakına, həmçinin dövlətin əmlak maraqlarına təhlükə yaranmasının və ya zərər vurulmasının qarşısının alınmasından, ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsindən, tarix və mədəniyyət abidələrinin (bundan sonra - mədəni irs obyektləri) qorunmasından ibarətdir. Maddə 4.2. Şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin əsas istiqamətləri aşağıdakılardır: 4.2.1. Azərbaycan Respublikası ərazisinin və ərazi hissələrinin planlaşdırılması yolu ilə ərazilərin inkişaf istiqamətlərinin müəyyən edilməsi, ərazilərdən səmərəli istifadənin və ərazilərin dayanıqlı inkişafının təmin edilməsi; 4.2.2. Azərbaycan Respublikası ərazisində insan üçün əlverişli və sağlam yaşayış, iş və istirahət mühitinin yaradılması baxımından fərqlərin azaldılması və tədricən aradan qaldırılması; 4.2.3. mənzil fondunun inkişaf strategiyasının müəyyən edilməsi; 4.2.4. tikinti kompleksinin inkişaf strategiyasının müəyyən edilməsi, təbii tikinti ehtiyatlarından səmərəli istifadənin təmin olunması; 4.2.5. şəhərsalma və tikinti fəaliyyətinin hüquqi və iqtisadi tənzimlənməsi; 4.2.6. şəhərsalma və tikintiyə dair normativ sənədlər sisteminin yaradılması (tikintinin texniki reqlamentlərinin təsdiq edilməsi də daxil olmaqla) və təkmilləşdirilməsi; 4.2.7. ətraf mühitin mühafizəsinin və ekoloji təhlükəsizliyin təmin edilməsi. Maddə 17. Ərazi planlaşdırılması dövlət ehtiyacları və ya şəhərsalmanın məqsədləri baxımından həyata keçirilir. Ərazi planlaşdırılması şəhərsalmanın nizamlı inkişafını və torpaqların sosial baxımdan ədalətli istifadəsini təmin etməli, ictimaiyyətin rifahına uyğun olmalı, insan üçün əlverişli və sağlam ətraf mühitin təşəkkül tapmasına, həyat üçün zəruri təbii əsasların qorunmasına və inkişaf etdirilməsinə xidmət etməlidir. Yerin təkindən və torpaqdan qənaətlə və səmərəli istifadə olunmalıdır. Kənd təsərrüfatı, meşə və yaşayış məqsədləri üçün istifadə edilən ərazilər başqa məqsədlər üçün yalnız əsaslandırılmış zəruri ölçüdə nəzərdə tutulmalı və istifadə edilməlidir. Ərazi planlaşdırılması sənədlərinin hazırlanması zamanı ictimai və fərdi maraqlar ədalətli şəkildə tarazlaşdırılmalıdır.
26. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: Maddə 28.1. Mülkiyyətçi ona məxsus mənzilin (yaşayış binasının) qəza vəziyyətinə düşməməsi üçün onu vaxtlı-vaxtında əsaslı təmir etmək, mənzil (yaşayış binası) təbii fəlakət və ya mülkiyyətçidən asılı olmayan digər səbəblərdən qəza vəziyyətinə düşdükdə isə onu mümkün olan ən qısa müddət ərzində təmir və bərpa etmək vəzifəsini daşıyır. Maddə 28.3. Mənzilin (yaşayış binasının) mülkiyyətçisi bu Məcəllənin 28.1-ci maddəsində göstərilən vəzifəsini yerinə yetirmədikdə kirayəçilərin, qonşuların və ya digər maraqlı şəxslərin, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) iddiası əsasında mənzilin (yaşayış binasının) qəza vəziyyətində olması barəsində məhkəmə tərəfindən qərar qəbul edilə bilər. Həmin qərarda qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) təmiri üçün ağlabatan müddət müəyyən olunmalıdır. Bu təmir qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) mülkiyyətçisi tərəfindən və onun hesabına həyata keçirilir. Maddə 28.4. Qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) mülkiyyətçiləri bu Məcəllənin 28.3-cü maddəsində nəzərdə tutulan məhkəmə qərarını müəyyən edilmiş müddətdə icra etmədikdə və ya ümumiyyətlə dərhal tələb olunan təmirdən imtina etdikdə, qəza vəziyyətində olan mənzil (yaşayış binası) məhkəmənin qərarı ilə açıq hərracda tələb olunan təmiri həyata keçirməyə razılıq verən şəxsə satılmalıdır. Həmin qərarda, həmçinin məhkəmə tərəfindən müstəqil qiymətləndiricinin təklifləri nəzərə alınmaqla mənzilin (yaşayış binasının) açıq hərraca çıxarılacaq qiyməti müəyyən olunur.
27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” 2011-ci il 16 dekabr tarixli Qərarı: Mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir və şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. Bununla belə, qeyd olunan hüququn əhəmiyyətinə baxmayaraq, o, mütləq deyil və məhdudlaşdırıla bilər. Nəzərə almaq lazımdır ki, mülkiyyət insanın xüsusi maraqlarının həyata keçirilməsində vacib funksiya daşımaqla yanaşı, Konstitusiyanın 15-ci maddəsinin məzmununa əsasən, sosial yönümlü dövlətdə həm də mühüm sosial funksiyaya malikdir.
28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 21 dekabr tarixli Qərarı: Belə ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədi ilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Ona görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul etdiyi qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır.
29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “"xxxx" Mənzil- Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2020-ci il tarixli qərarı: Mövcud qanunvericilikdə Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulmasına dair qaydalar aydın göstərilməmişdir. Bu qaydaların dəqiq müəyyən olunmaması bəzi hallarda mülkiyyətçilərin öz əmlak hüquqlarından suiistifadə etməsi, sökülən mənzillərin əvəzinə bazar qiymətinə uyğun olmayan yüksək kompensasiya tələb etməsi ilə nəticələnir. Mülkiyyətçilərlə razılığın əldə olunmasının qeyrimümkünlüyü isə digər mülkiyyətçilərin hüquqlarının pozulmasına, söküntü və tikinti işlərinin əsassız uzanmasına və nəticədə mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olur.
30. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.
Apellyasiya baxışının hədləri
31. Apellyasiya şikayəti ilə qətnamənin ləğv edilərək iddianın təmin olunması tələb edildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
32. Birinci instansiya məhkəməsinin iddianın rədd olunması barədə gəldiyi mövqe onunla əsaslandırılmışdır ki, iddiaçıların mənzil üzərində mülkiyyət haqqı və ona müdaxilənin qanun əsasında həyata keçirilmişdir, hazırki iddiaçılara münasibətdə Cavabdeh3 tərəfindən tikinti şirkəti üzərinə ədalətli kompensasiya verilməklə mülkiyyətçilərin mülkiyyət hüquqlarına xitam verilməsi barədə iddia qaldırılmışdır.
33. Məhkəmə kollegiyası qeyd edir ki, qətnamədə birinci instansiya məhkəməsinin hansı normativ hüquqi akta əsasən bu nəticəyə gəlinməsi ilə bağlı heç bir əsaslandırma, araşdırma aparılmamışdır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, qətnamə maddi və prosessual normaların pozulması ilə çıxarıldığından ləğv olunmalı və iş üzrə yeni qətnamə çıxarılmalıdır.
34. Yuxarıda qeyd olunduğu kimi birinci instansiya məhkəməsi tərəfindən heç bir araşdırma və qiymətləndirmə aparılmadığından MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxaraq aşağıdakıları qeyd edir.
35. İddiaçıların tələbləri aşağdakılardan ibarətdir: - iddiaçılara məxsus mənzillərin sökülməsinə görə cavabdeh “X11 Kompleksi" MTK tərəfindən həmin ünvanda inşa olunacaq yaşayış binasında yerləşən, sökülən mənzilin faktiki sahəsinə 30% əlavə olmaqla təmirli mənzilin verilməsi; - iddiaçılara məxsus əşyaların təhvil verilməsi və həmin əşyaların müvəqqəti saxlanması üçün əlverişli sahə ilə təmin edilməsi; - xx.xx.2022-ci ildən hesablanmaqla yaşayış sahəsi iddiaçılara təhvil verilənədək aylıq kirayə haqqının ödənilməsi, - iddiaçılara vurulmuş mənəvi ziyana görə kompensasiyanın ödənilməsi, - cavabdehlərin əməllərində cinayətin əlamətlərinin mövcudluğu barədə xüsusi qərardad çıxarılması.
36. 1-ci tələb yalnız cavabdeh “X11 Kompleksi" MTK-ya, digər tələblər isə MTK ilə yanaşı digər cavabdehlərə - Bakı Şəhər İcra Hakimiyyəti və Bakı Şəhəri Cavabdeh3nə qarşı yönəlmişdir.
37. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 mart 2025-ci il tarixli, 2(103)-90/2025 nömrəli qərardadına əsasən iş üzrə icraata iddianın Bakı Şəhər İcra Hakimiyyəti və Bakı Şəhəri Cavabdeh3nə qarşı yönəlmiş tələblərə münasibətdə xitam verilmişdir.
38. Mübahisənin düzgün həlli üçün ilkin olaraq cavabdehlərin mənzillə təmin olunması və kirayə haqqının ödənilməsi barədə öhdəliyin kim tərəfindən yerinə yetirilməli olduğu müəyyən edilməlidir.
39. Bakı şəhər İcra Hakimiyyəti Başçısının 15 aprel 2014-cü il tarixli 173 nömrəli sərəncamına əsasən Səbail rayonu, Xanlar və Q.Abbasov küçələrinin arasındakı, 58-59 saylı məhəllədə yerləşən istismar müddəti bitmiş yaşayış və qeyri-yaşayış tikililərin sökülərək, yerində yaşayış binasının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında “X11 Kompleksi” MMC-nin istifadəsinə verilməsi, ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, sakinlərin köçürülməsi və vəsaitin ödənilməsi qarşılıqlı razılaşma əsasında müvafiq qanunvericiliyə əsasən həmin cəmiyyət tərəfindən həll edilməsi qeyd olunmuşdur.
40. Buna görə də məhkəmə kollegiyası bu qənaətə gəlir ki, sərəncamda “sakinlərin köçürülməsi və vəsaitin ödənilməsi qarşılıqlı razılaşma əsasında müvafiq qanunvericiliyə əsasən həmin cəmiyyət tərəfindən həll edilməsi” nəzərdə tutulduğundan, həmçinin, ərazi məhz “X11 Kompleksi” MMC-nin istifadəsinə verildiyindən və orada tikintilərin həmin cəmiyət tərəfindən inşa olunacağı nəzərə alınmaqla müəyyən olunmalıdır ki, bu vəzifə “X11 Kompleksi” MMC-nin üzərindədir.
41. İddiaçılara məxsus mənzillərin faktiki sahəsi cavabdehlər tərəfindən ölçülərək müəyyən olunmuşdur və bü xususat işdə iştirak edən şəxslər tərəfindən mübahisələndirilməmişdir, yəni, bu hal mübahisə predmeti deyildir.
42. İddia ərizəsində iddiaçılara məxsus mənzillərin faktiki sahəsinə 30% əlavə olunmaqla yeni inşa olunacaq binada təmirli mənzillərin verilməsi tələbi irəli sürülsə də, faktiki sahənin ölçüsünə 20% əlavə olunması barədə formalaşmış təcrubə mövcud olduğundan tələbdə irəli sürülmüş parametrlərə uyğun mənzillərin layihədə mövcudluğunun müəyyən olunması üçün ekspertiza təyin olunmuşdur və ekspert rəyində qeyd olunmuşdur ki, həmin ünvanda inşa olunacaq yaşayış binasına dair tərtib edilmiş və səlahiyyətli orqanlar tərəfindən təsdiq olunmuş layihə sənədlərində mənzillərin faktiki sahələrinə 20-30% əlavə olunmaqla yaranmış sahələrə uyğun mənzillərin olmadığı müəyyən edilmişdir.
43. Nəzərə alınmalıdır ki, cavabdehin üzərinə hər hansı bir öhdəlik qoyulursa, bu öhdəliyin qoyulmasında mütənasiblik meyarları nəzərə alınmalı, öhdəliyinin icrası obyektiv baxımdan mümkün olmalıdır. Qeyd edilən rəydən isə müəyyən olunur ki, layihədə nəzərdə tutulmuş mənzillərin ən kiçik sahəsi 237,4 kv.m-dir, iddiaçılara məxsus mənzillərin sahəsinin üzərinə 20-30% əlavə olunduqda belə layihədə nəzərdə tutulmuş mənzilləin ölçüləri ilə kəskin fərq yaranır. Belə olduğu təqdirdə layihədə nəzərdə tutulmuş mənzillərdən 5-in iddiaçılara verilməsi qənaətinə gəlinərsə, bu, ümumi sahəsi ən azı 1200 -1300 kv.m sahəli mənzillərin iddiaçılara verilməsi və mütənasiblik prinsipinin pozulması ilə nəticələnəcəkdir.
44. Kollegiya qeyd edir ki, belə olduğu halda iddianın tələbdə qeyd olunduğu formada təmin edilməsi mütənasibliyin pozulması ilə nəticələndiyindən mümkün deyildir, buna görə də məhkəmə işin hüquqi vəziyyətini tərəflərlə müzakirə edərək mövcud hüquqi müdafiə imkanları iddiaçılara izah olunmuşdur. Digər hüquqi müdafiə imkanlarından biri sökülmüş mənzillərin əvəzində ədalətli kompensasiyanın cavabdeh tərəfindən ödənilməsidir ki, bununla bağlı tərəflərə müvafiq sübutlar təqdim olunması təklif edilmiş, məhkəmə tərəfindən də müvafiq ekspertiza təyin olunmuş, mütəxəssis rəyi alınmışdır.
45. Bu barədə tərəflər arasında olan fikir ayrılığı kompensasiyanın məbləği ilə bağlıdır.
46. Məhkəmə tərəfindən alınmış "xxxx" MMC-nin mütəxəssis rəyində iddiaçılara məxsus mənzillərin 1 kv.m dəyəri 2280 manat, iddiaçılar tərəfindən tərəfindən təqdim olunmuş “X4” MMC-nin mütəxəssis rəyində 3455 manat müəyyən olunmuşdur.
47. Hər 2 mütəxəssis rəyi məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, "xxxx" MMC tərəfindən analoji mənzillərin dəyəri ilə bağlı müqayisəli tədqiqat aparılarkən Bakı şəhəri Səbail rayonu, Qurban Abbasov, Aqil Quliyev, Əlibəyov qardaşları, Adil Məmmədov küçələrində yerləşən mənzillərin qiymətlərinə istinad olunmuşdur. “X4” MMC-nin mütəxəssis rəyində isə evlərin yerləşdiyi ərazi ilə yanaşı Niyazi küçəsində yerləşən evlərin qiymətinə istinad olunmuş və bu, rəylərdə göstərilən qiymətin artmasına və fərqin yaranmasına əhəmiyyətli təsir etmişdir. Aydındır ki, Bayıl qəsəbəsi ilə Niyazi küçəsində yerləşən mənzillərin dəyəri ən azı şəhərin mərkəzinə yaxınlıq baxımından eyni ola bilməz və bu xüsusat nəzərə alınmadqla aparılmış müqayisəli tədqiqat və gəlinən nəticə əsaslı hesab oluna bilməz. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, kompensasiyanın məbləği müəyyən olunarkən "xxxx" MMC tərəfindən verilmiş mütəxəssis rəyi əsas götürülməlidir.
48. Lakin məhkəmə kollegiyası mübahisənin ədalətli həlli və evləri sökülmüş sakinlərin maraqları baxımından qeyd edir ki, kompensasiyanın məbləği hesablanarkən mənzillərin faktiki sahəsi deyil, bu sahələrin üzərinə 20% hesablanmaqla qiymətləndirmə aparılmalıdır.
49. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, İddiaçı6 məxsus faktiki sahəsi 135 kv.m olan 35 saylı mənzilin sökülməsinə görə həmin mənzilin faktiki sahəsinə 20% əlavə olmaqla 162 kv.m sahənin hər kv.m 2280 manatdan hesablanmaqla 369360 manat, İddiaçı5 Qüdrət oğluna məxsus faktiki sahəsi 121 kv.m olan 49 saylı mənzilin sökülməsinə görə həmin mənzilin faktiki sahəsinə 20% əlavə olmaqla 145,2 kv.m sahənin hər kv.m 2280 manatdan hesablanmaqla 331056 manat, İddiaçı2 məxsus faktiki sahəsi 119 kv.m olan 50 saylı mənzilin sökülməsinə görə mənzilin faktiki sahəsinə 20% əlavə olmaqla 142,8 kv.m sahənin hər kv.m 2280 manatdan hesablanmaqla 325584 manat, İddiaçı1 məxsus faktiki sahəsi 119 kv.m olan 47 saylı mənzilin sökülməsinə görə mənzilin faktiki sahəsinə 20% əlavə olmaqla 142,8 kv.m sahənin hər kv.m 2280 manatdan hesablanmaqla 325584 manat, İddiaçı7 məxsus faktiki sahəsi 160 kv.m olan 20 saylı mənzilin sökülməsinə görə həmin mənzilin faktiki sahəsinə 20% əlavə olmaqla 192 kv.m sahənin hər kv.m 2280 manatdan hesablanmaqla 437760 manat məbləğində pul vəsaiti “X11 Kompleksi" MTK tərəfindən həmin şəxslərə ödənilməlidir.
50. İddianın 29 noyabr 2022-ci ildən hesablanmaqla yaşayış sahəsi iddiaçılara təhvil verilənədək aylıq kirayə haqqının ödənilməsi hissəsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, bu vəzifənin icrası da “X11 Kompleksi" MTK-nın üzərindədir. Bu hissədə də mübahisə kirayə haqqının məbləği ilə bağlıdır.
51. İddia ərizəsində 29 noyabr 2022-ci ildən hesablanmaqla hər ay İddiaçı6 1500 manat, İddiaçı5 Qüdrət oğluna 1200 manat, İddiaçı2 1200 manat, İddiaçı1 1200 manat, İddiaçı7, 1500 manat kirayə haqqının ödənilməsi tələb edilmişdir
52. Cavabdeh “X11 Kompleksi" MTK tərəfindən kirayə haqqının məbləği ilə bağlı təqdim olunmuş "xxxx" MMC-nin rəyində qeyd olunmuşdur ki, 2022-ci il üçün kirayə haqqı sahəsi 101,3 kv.m mənzil üçün 800 manat, 69 kv.m mənzil üçün 550 manat, 60 kv.m mənzil üçün 480 manat, 47 kv.m mənzil üçün 370 manat, 76 kv.m mənzil üçün 600 manat müəyyən olunur.
53. Məhkəmə kollegiyası hesab edir ki, kirayə haqqının məbləği müəyyən olunarkən bu rəydə göstərilən qiymətlər əsas götürülə bilməz. Əvvəla qiymətlərin 2022-ci il üçün müəyyən olunması ilə razılaşmaq mümkün deyildir. Belə ki, hal – hazırda 2025-ci ildir və iddiaçılar nə mənzillə təmin olunmuş, nə də onlara kompensasiya ödənilmişdir, yəni, həmin şəxslər yaşadıqları mənzildən məhrum olmuşlar və digər yaşayış sahəsində yaşamaq məcburiyyətindədirlər. Hazırkı qətnamədən kassasiya şikayəti verilməsi perespektivini, qüvvədə qalacağı təqdirdə belə ən tez 2025-ci ilin sonlarına yaxın icraya yönəldilməsi, icra prosedura və digər məsələlər də nəzərə alınarsa, məbləğin 2022-ci ilə görə müəyyən olunması əsassızdır.
54. Digər tərəfdən rəydə kirayə haqqı mənzillərin sənəd üzrə ölçülərinə əsasən yazılmışdır. Halbuki, iddiaçılar yalnız özlərinə məxsus mənzillərin yalnız sənəd üzrə olan hissəsində deyil, faktiki sahəsində yaşamışlar və mənzillərin sənəddə nəzərdə tutulmayan hissəsi də bir iqtisadi dəyər kimi mövcud olmuşdur.
55. Buna görə də məhkəmə kollegiyası mənzillərin faktiki sahəsini, hər kv.m dəyərinin 2280 manat təşkil etdiyini, yerləşdiyi ərazini və digər halları nəzərə alaraq bu qənaətə gəlir ki, 29 noyabr 2022-ci il tarixdən İddiaçı6 369360 manat məbləbində pul vəsaitinin ödənildiyi günə qədər hər ay 1000 manat, İddiaçı5 Qüdrət oğluna 331056 manat məbləbində pul vəsaitinin ödənildiyi günə qədər hər ay 900 manat, İddiaçı2 325584 manat məbləbində pul vəsaitinin ödənildiyi günə qədər hər ay 900 manat, İddiaçı1 325584 manat məbləbində pul vəsaitinin ödənildiyi günə qədər hər ay 900 manat, İddiaçı7 369360 manat məbləbində pul vəsaitinin ödənildiyi günə qədər hər ay 1000 manat məbləğində kirayə haqqı “X11 Kompleksi" MTK tərəfindən həmin şəxslərə ödənilməlidir.
56. İddianın əşyaların təhvil verilməsi və müvəqqəti saxlanması üçün əlverişli sahə ilə təmin edilməsi, mənəvi ziyana görə kompensasiyanın ödənilməsi barədə hissələri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, MTK tərəfindən iddiaçılara məxsus mənzillərin sökülməsi, mənzillərdə olan əşyaların götürülməsi faktları işin halları ilə təsdiqini tapmır. Bundan başqa iş materiallarından görünür ki, 26 yanvar 2023-cü ildə yaşayış binasının sökülməsi ilə əlaqədar daxil olan məlumata əsasən yaşayış binasının yerləşdiyi ünvana gedən Səbail Rayon İcra Şöbəsinin icra məmurları Astanov Aslan, Tural Aşurov və Bakı Şəhəri İcra Hakimiyyətində şöbə müdiri vəzifəsində çalışan Zülfəli İsmayılov tərəfindən təsdiqlənməklə akt tərtib edilmiş, aktda göstərilmişdir ki “Bakı Apellyasiya Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli, 16(103)-76/2022 saylı icra sənədinin icrası ilə əlaqədar olaraq Bakı şəhəri, Səbail rayonu, Qurban Abbasov küçəsi 2 ünvanında olan zaman söküntü işlərinin Bakı Şəhəri İcra Hakimiyyətinin həyata keçirdiyi tərəfimizdən müəyyən edildi.” Buna görə də məhkəmə kollegiyası bu qənaətə gəlir ki, iddia həmin hissələrdə rədd edilməlidir və MTK-ya aid şəxslər tərəfindən hər hansı cinayət tərkibli əməlin əlamətləri aşkar olunmadığından xüsusi qərardadın çıxarılması üçün də əsaslar mövcud deyildir.
57. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə faktiki cəhətdən əsassız, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunsuz olmuşdur, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təsdiq olunmaqla, qətnamənin ləğvinə əsas verir. Buna görə də apellyasiya şikayəti qismən təmin olunaraq qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılaraq iddia yuxarıda müzakirə olunan qaydada qismən təmin olunmalıdır.
58. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16 iyun 2023-ci il tarixli, e-2(009)- 134/2023 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı6, İddiaçı5 Qüdrət oğlu, İddiaçı2, İddiaçı1 və İddiaçı7 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16 iyun 2023-ci il tarixli, e-2(009)- 134/2023 nömrəli qətnaməsi ləğv edilsin. İddia qismən təmin edilsin. İddiaçı6 məxsus ünvan 4 ünvanında yerləşən, faktiki sahəsi 135 kv.m olan 35 saylı mənzilin sökülməsinə görə həmin mənzilin faktiki sahəsinə 20% əlavə olmaqla 162 kv.m sahənin hər kv.m 2280 manatdan hesablanmaqla 369360 manat məbləbində pul vəsaiti “X11 Kompleksi" MTK tərəfindən İddiaçı6 ödənilsin. 29 noyabr 2022-ci il tarixdən 369360 manat məbləğində pul vəsaitinin İddiaçı6 ödənildiyi günə qədər hər ay 1000 manat məbləğində kirayə haqqı “X11 Kompleksi" MTK tərəfindən İddiaçı6 ödənilsin. İddiaçı5 Qüdrət oğluna məxsus ünvan 4 ünvanında yerləşən, faktiki sahəsi 121 kv.m olan 49 saylı mənzilin sökülməsinə görə həmin mənzilin faktiki sahəsinə 20% əlavə olmaqla 145,2 kv.m sahənin hər kv.m 2280 manatdan hesablanmaqla 331056 manat məbləbində pul vəsaiti “X11 Kompleksi" MTK tərəfindən İddiaçı5 Qüdrət oğluna ödənilsin. 29 noyabr 2022-ci il tarixdən 331056 manat məbləbində pul vəsaitinin İddiaçı5 Qüdrət oğluna ödənildiyi günə qədər hər ay 900 manat məbləğində kirayə haqqı “X11 Kompleksi" MTK tərəfindən İddiaçı5 Qüdrət oğluna ödənilsin. İddiaçı2 məxsus ünvan 4 ünvanında yerləşən, faktiki sahəsi 119 kv.m olan 50 saylı mənzilin sökülməsinə görə mənzilin faktiki sahəsinə 20% əlavə olmaqla 142,8 kv.m sahənin hər kv.m 2280 manatdan hesablanmaqla 325584 manat məbləbində pul vəsaiti “X11 Kompleksi" MTK tərəfindən İddiaçı2 ödənilsin. 29 noyabr 2022-ci il tarixdən 325584 manat məbləğində pul vəsaitinin İddiaçı2 ödənildiyi günə qədər hər ay 900 manat məbləğində kirayə haqqı “X11 Kompleksi" MTK tərəfindən İddiaçı2 ödənilsin. İddiaçı1 məxsus ünvan 4 ünvanında yerləşən, faktiki sahəsi 119 kv.m olan 47 saylı mənzilin sökülməsinə görə mənzilin faktiki sahəsinə 20% əlavə olmaqla 142,8 kv.m sahənin hər kv.m 2280 manatdan hesablanmaqla 325584 manat məbləbində pul vəsaiti “X11 Kompleksi" MTK tərəfindən İddiaçı1 ödənilsin. 29 noyabr 2022-ci il tarixdən 325584 manat məbləğində pul vəsaitinin İddiaçı2 ödənildiyi günə qədər hər ay 900 manat məbləğində kirayə haqqı “X11 Kompleksi" MTK tərəfindən İddiaçı2 ödənilsin. İddiaçı7 məxsus ünvan 4 ünvanında yerləşən, faktiki sahəsi 160 kv.m olan 20 saylı mənzilin sökülməsinə görə həmin mənzilin faktiki sahəsinə 20% əlavə olmaqla 192 kv.m sahənin hər kv.m 2280 manatdan hesablanmaqla 437760 manat məbləbində pul vəsaiti “X11 Kompleksi" MTK tərəfindən İddiaçı7 ödənilsin. 29 noyabr 2022-ci il tarixdən 369360 manat məbləğində pul vəsaitinin İddiaçı7 ödənildiyi günə qədər hər ay 1000 manat məbləğində kirayə haqqı “X11 Kompleksi" MTK tərəfindən İddiaçı7 ödənilsin. İddia qalan hissələrdə rədd edilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 168 manat, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 82,5 manat məbləğində pul vəsaiti “X11 Kompleksi" MTK-dan tutularaq İddiaçı6, İddiaçı5 Qüdrət oğlu, İddiaçı2, İddiaçı1 və İddiaçı7 ödənilsin. Ekspertiza tədqiqatına sərf olunmuş 100 manat məbləğində pul vəsaiti “X11 Kompleksi" MTK-dan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Mütəxəssis rəyinin verilməsinə sərf olunmuş 900 manat məbləğində pul vəsaiti “X11 Kompleksi" MTK-dan tutularaq "xxxx" MMC-nin hesabına keçirilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.