Məhkəmə qərarları › İş №2(103)-902/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-902/2023

31.01.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-902/2023 31.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə (Açar sözlər: pul tələbi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X2 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, Cavabdeh2 nümayəndəsi-vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı “pul tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-11/2022 saylı 12 oktyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətinə 31 yanvar 2023-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı Hərbi Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.3, 178.3.1, 178.3.2, 179.3.1, 179.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1 və 341.2.3cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 2 il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə, həmin Məcəllənin 145.3-cü maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 2 il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə, həmin Məcəllənin 178.3.1 və 178.3.2-ci maddələri ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 2 il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə, həmin Məcəllənin 179.3.1 və 179.3.2-ci maddələri ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 2 il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə, həmin Məcəllənin 182.3.1 və 182.3.2-ci maddələri ilə 13 (on üç) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 302.2-ci maddəsi ilə 2 il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 2 il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə, həmin Məcəllənin 311.3.1, 311.3.2, 311.3.3 və 311.3.4-cü maddələri ilə 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 2 il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə, həmin Məcəllənin 341.2.1 və 341.2.3-cü maddələri ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə həmin Məcəllənin 75.1.1-ci maddəsinə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən ona cəza təyin edilməmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə qəti olaraq Cavabdeh2 2 (iki) il 6 (altı) ay müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə 14 (on dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkməsinin başlanğıcı 18 oktyabr 2015-ci il tarixdən hesablanması hökm edilmişdir. Cavabdeh3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.3, 179.3.1, 179.3.2, 180.2.2, 180.2.5, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1 və 341.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Cavabdeh3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 1 il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə, həmin Məcəllənin 145.3-cü maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 1 il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə, həmin Məcəllənin 180.2.2 və 180.2.5-ci maddələri ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 1 il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə, həmin Məcəllənin 179.3.1 və 179.3.2-ci maddələri ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 1 il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə, həmin Məcəllənin 182.3.1 və 182.3.2-ci maddələri ilə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 302.2-ci maddəsi ilə 1 il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 1 il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə, həmin Məcəllənin 311.3.1, 311.3.2, 311.3.3 və 311.3.4-cü maddələri ilə 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 1 il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə, həmin Məcəllənin 341.2.1 və 341.2.3-cü maddələri ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə həmin Məcəllənin 75.1.1-ci maddəsinə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən ona cəza təyin edilməmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4cü maddələrinə əsasən təyin olunmuş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə qəti olaraq Cavabdeh3 2 (iki) il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkməsinin başlanğıcının 22 oktyabr 2015-ci il tarixdən hesablanması, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinə əsasən hərbi rütbədən (mayor) məhrum edilməsi hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının xx.xx.2019-cu il tarixli qərarı ilə Bakı Hərbi Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2021-ci il tarixli, 1- 1(102)-2/2021 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının xx.xx.2019-cu il tarixli qərarı məhkumlar X6, X8, X3 və X4 müdafiəçisi-vəkil X1 tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməmiş, məhkumlar Cavabdeh1 və müdafiəçisi-vəkil Nümayəndə, Cavabdeh3 və müdafiəçisi-Vəkil3 və Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətləri qismən təmin edilərək, məhkumar Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 barəsində Bakı Apelyasiya Məhkəməsinin Hərbi Kollegiyasını 08 fevral 2019-cu tarixli qərarı qismən əmlaklara dair tətbiq edilmiş xüsusi müsadirəyə aid hissədə dəyişdirilmişdir.

2. Hökmlə müəyyən edilmişdir ki, Cavabdeh3 2009-cu ilin noyabr ayından hərbi qulluqçu statusuna malik olan vəzifəli şəxs kimi Azərbaycan Respublikasının ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin Transmilli Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin 3-cü idarənin 1-ci şöbəsinin əməliyyat müvəkkili, baş əməliyyat müvəkkili, mühüm işlər üzrə baş əməliyyat müvəkkili, 2013-cü ilin avqust ayından həmin Baş idarənin 1-ci idarə 3-cü şöbəsinin rəisi, 2014-cü ilin dekabr ayından həmin Baş idarənin 2-ci idarə 3-cü şöbəsinin rəisi vəzifələrində xidmət etdiyi dövrdə həmin Baş idarənin rəisi Cavabdeh1, həmin nazirliyin Səbail rayon idarəsinin rəis müavini, daha sonra Transmilli Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsində idarənin rəis müavini, idarə rəisi, Baş idarə rəisinin müavini vəzifələrində xidmət etmiş Cavabdeh2, həmin Baş idarədə müxtəlif vəzifələrdə xidmət etmiş, son vəzifəsi 1-ci idarənin rəis müavini olmuş X8 və qeyrilərindən ibarət yaradılan mütəşəkkil dəstədə birləşib, xidməti vəzifələrinin icrası ilə əlaqədar qulluq etdiyi qurumun müstəsna səlahiyyətlərindən yararlanıb vəzifəli şəxs kimi hakimiyyətdən və öz qulluq mövqeyindən sui-istifadə etməklə, hakimiyyət həddini və qulluq səlahiyyətlərini aşmaqla, həmçinin hakimiyyətdən qəsdən istifadə etməməklə müntəzəm olaraq tamahkarlıq məqsədilə və digər şəxsi maraqlarına görə özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük, yəni külli miqdarda maddi sərvətlər əldə etmək məqsədilə xidməti vəzifələri və şəxsi keyfiyyətləri ilə əlaqədar dəstə üzvləri arasında funksional bölgüyə əsasən, qüvvədə olan Azərbaycan Respublikasının “Milli təhlükəsizlik haqqında” 29 iyun 2004-cü il tarixli 712-İİQ nömrəli Qanununun 1-ci, 5-ci, 6.3-cü maddələrinin tələblərinə əsasən iqtisadi və sosial sahələrdə əsas milli maraqların, insanın, cəmiyyətin və dövlətin hüquq və mənafelərinin təmin edilməsini nəzərdə tutan xidməti vəzifəsi ilə bir araya sığmayan cinayət əməllərini Bakı və Sumqayıt şəhərlərində törətməklə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 noyabr 2002-ci il tarixli 190-8 saylı qərarı ilə təsdiq edilmiş “Əməliyyat-axtarış fəaliyyəti üçün vəsaitlərin xərclənməsi qaydaları və normaları” adlı hüquqi aktın tələblərini qəsdən pozaraq, mütəşəkkil dəstə tərkibində vəzifə bölgüsünə müvafiq olaraq 2013-cü ildə 600.000 (altı yüz min) manat məbləğində dövlət büdcə vəsaitlərini tərtib etdiyi və rəhbərlik tərəfindən təsdiq edilmiş raportlar əsasında əməliyyataxtarış fəaliyyətinin təminatı adı ilə keçmiş MTN-nin Maliyyə idarəsinin kassasından götürülüb faktiki müvəqqəti cəlb olunmuş Azərbaycan Respublikası vətəndaşlarının və etibarlı şəxslərin guya mükafatlandırılmalarına sərf olunması barədə məzmununa tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil edərək həqiqətə uyğun olmayan hesabatlar, arayışlar tərtib etməklə ümumilikdə 600.000 (altı yüz min) manat külli miqdarda pul vəsaitlərini qulluq mövqeyindən istifadə etməklə vəzifə saxtakarlığı ilə mənimsəmiş, «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun əməliyyataxtarış tədbirlərinin məhkəmənin (hakimin) və əməliyyat-axtarış fəaliyyəti subyektinin qərarları əsasında həyata keçirilməli olmasını təsbit edən müddəalarının tələblərini kobud surətdə pozaraq, qanunvericiliklə müəyyən edilmiş əsaslar olmadan gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə olunmaqla və müvafiq proqramlar tətbiq edilməklə ayrı-ayrı şəxslərin hüquq və qanunla qorunan mənafelərinin əhəmiyyətli pozulmasına səbəb olan telefon danışıqlarına gizli qulaqasma, texniki vasitələrdən, rabitə kanallarından informasiyanın çıxarılması və başqa xidməti sahələr üzrə qanunsuz əməliyyat-axtarış tədbirlərini həyata keçirməklə əldə edilmiş şəxsi, ailə, kommersiya və peşə sirri təşkil edən çoxsaylı sahibkar və ayrı-ayrı şəxslərin əmlak vəziyyəti, iqtisadi və kommersiya sahələrində fəaliyyəti, bank hesabları, həmin hesablar üzrə aparılan əməliyyatlar, habelə şəxsi həyatlarına aid digər sirrləri barədə məlumatlardan istifadə edib hədəqorxu yolu ilə külli miqdarda əmlak əldə etmək məqsədilə, eləcə də, xeyli miqdarda özgə əmlakını açıq talama, yəni soyğunçuluq edərək, MTN-nin inzibati binasına gətirib xidməti otaqlarda saxlamaqla qanunsuz azadlıqdan məhrum etdikləri şəxslərin külli miqdarda pul vəsaitlərinin əllərindən alınması səbəbindən müflisləşmələri, onların psixi və fiziki zorakılıqlara məruz qalmaları sərbəst buraxılmaları müqabilində tələb olunan vəsaitin əldə olunması üçün ayrı-ayrı şəxslərə və kommersiya banklarına qarşı külli miqdarda borc və kredit öhdəliklərinin yaranması, əmlaklarını dəyərindən olduqca aşağı qiymətə satmağa məcbur qalmaları kimi ağır nəticələrə səbəb olan, özlərinin və yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, tutma, həbsə alma və barələrində rüsvayedici məlumatlar yayma hədəsi ilə fiziki və psixi təsirlər göstərilməklə ümumilikdə 3.613.117,54 manat (üç milyon altı yüz on üç min yüz on yeddi manat əlli dörd qəpik) məbləğində külli miqdarda pul vəsaitlərini, 1.538.268 (bir milyon beş yüz otuz səkkiz min iki yüz altmış səkkiz) manat dəyərində əmlakları və əmlaka olan hüquqlarını tələb edib əllərindən almaqla, qanunsuz hərəkətləri müqabilində onlardan külli miqdar təşkil edən nağd pul vəsaitlərinin alınması barədə mütəmadi olaraq verdiyi qanunsuz göstərişləri ilə, eləcə də törədilməsini yəqinliklə bildiyi, və ya bilməli olduğu halda, xidməti vəzifəsinin tələblərinə uyğun olaraq qarşısının alınması üçün qanuni tədbirlər görmədiyi digər cinayətlər nəticəsində mütəşəkkil dəstə tərkibində az ağır, ağır və xüsusilə ağır cinayətləri dəfələrlə törətməklə külli miqdar təşkil edən ümumilikdə 196.685 (yüz doxsan altı min altı yüz səksən beş) manat məbləğində nağd pul vəsaitlərini, 224.056 (iki yüz iyirmi dörd min əlli altı) manat zərgərlik məmulatları olan əmlaklarını hədə-qorxu tətbiq olunmaqla rüşvət kimi alaraq fiziki və hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, həmçinin cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan əhəmiyyətli zərər vurmuşdur. Digər Cavabdeh2 2008-ci ilin sentyabr ayından hərbi qulluqçu statusuna malik olan vəzifəli şəxs kimi Azərbaycan Respublikasının ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin Səbail rayon idarəsinin rəis müavini, 2010-cu ilin dekabr ayından həmin nazirliyin Transmilli Mütəşəkkil Cinayətkarlığa qarşı Baş İdarənin 2-ci idarəsinin rəis müavini, 2011-ci ilin may ayından həmin Baş İdarənin 1ci idarəsinin rəisi vəzifəsini icra edən, daha sonra rəisi vəzifələrində, 2015-ci ilin aprel ayından həmçinin Baş İdarə rəisinin müavini vəzifəsini icra edən vəzifələrində xidmət etdiyi dövrdə həmin Baş İdarənin rəisi Cavabdeh1, həmin Baş İdarədə müxtəlif vəzifələrdə işləmiş, son vəzifəsi 1-ci idarənin rəis müavini olmuş X8, həmin Baş İdarədə müxtəlif vəzifələrdə işləmiş, son vəzifəsi 2-ci idarənin 3-cü şöbəsinin rəisi olmuş Cavabdeh3 və qeyrilərindən ibarət yaradılan mütəşəkkil dəstədə birləşib, xidməti vəzifələrinin icrası ilə əlaqədar rəhbərlik etdiyi qurumun müstəsna səlahiyyətlərindən yararlanıb vəzifəli şəxs kimi hakimiyyətdən və öz qulluq mövqeyindən sui-istifadə etməklə, hakimiyyət həddini və qulluq səlahiyyətlərini aşmaqla, həmçinin hakimiyyətdən qəsdən istifadə etməməklə müntəzəm olaraq tamahkarlıq məqsədilə və digər şəxsi maraqlarına görə özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük, yəni külli miqdarda maddi sərvətlər əldə etmək məqsədilə xidməti vəzifələri və şəxsi keyfiyyətləri ilə əlaqədar tabeçiliyində olan dəstə üzvləri arasında funksional bölgü aparılmasına şəxsən rəhbərlik edərək, qüvvədə olan Azərbaycan Respublikasının “Milli təhlükəsizlik haqqında” 29 iyun 2004-cü il tarixli 712-İİQ nömrəli Qanununun 1-ci, 5-ci, 6.3-cü maddələrinin tələblərinə əsasən iqtisadi və sosial sahələrdə əsas milli maraqların, insanın, cəmiyyətin və dövlətin hüquq və mənafelərinin təmin edilməsini nəzərdə tutan xidməti vəzifəsi ilə bir araya sığmayan cinayət əməllərini Bakı və Sumqayıt şəhərlərində törətməklə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 noyabr 2002-ci il tarixli 190-8 saylı qərarı ilə təsdiq edilmiş “Əməliyyat-axtarış fəaliyyəti üçün vəsaitlərin xərclənməsi qaydaları və normaları” adlı hüquqi aktın tələblərini qəsdən pozaraq, mütəşəkkil dəstə tərkibində vəzifə bölgüsünə müvafiq olaraq 2013-cü ildə 200.000 (iki yüz min) manat məbləğində dövlət büdcə vəsaitlərini tərtib etdiyi, 800.000 (səkkiz yüz min) manat məbləğində dövlət büdcə vəsaitlərini digər şəxslərin tərtib etdiyi və rəhbərlik tərəfindən təsdiq edilmiş raportlar əsasında əməliyyat-axtarış fəaliyyətinin təminatı adı ilə keçmiş MTN-nin Maliyyə idarəsinin kassasından götürülmüş həmin pulları toplayaraq faktiki müvəqqəti cəlb olunmuş Azərbaycan Respublikası vətəndaşların və etibarlı şəxslərin guya mükafatlandırılmalarına sərf olunması barədə məzmununa tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil edərək həqiqətə uyğun olmayan hesabatlar, arayışlar tərtib etməklə və etdirməklə ümumilikdə 1.000.000 (bir milyon) manat külli miqdarda pul vəsaitlərini qulluq mövqeyindən istifadə etməklə vəzifə saxtakarlığı ilə mənimsəmiş, «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun əməliyyat-axtarış tədbirlərinin məhkəmənin (hakimin) və əməliyyat-axtarış fəaliyyəti subyektinin qərarları əsasında həyata keçirilməli olmasını təsbit edən müddəalarının tələblərini kobud surətdə pozaraq, qanunvericiliklə müəyyən edilmiş əsaslar olmadan gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə olunmaqla və müvafiq proqramlar tətbiq edilməklə ayrı-ayrı şəxslərin hüquq və qanunla qorunan mənafelərinin əhəmiyyətli pozulmasına səbəb olan telefon danışıqlarına gizli qulaqasma, texniki vasitələrdən, rabitə kanallarından informasiyanın çıxarılması və başqa xidməti sahələr üzrə qanunsuz əməliyyat-axtarış tədbirlərini həyata keçirməklə əldə edilmiş şəxsi, ailə, kommersiya və peşə sirri təşkil edən çoxsaylı sahibkar və ayrı-ayrı şəxslərin əmlak vəziyyəti, iqtisadi və kommersiya sahələrində fəaliyyəti, bank hesabları, həmin hesablar üzrə aparılan əməliyyatlar, habelə şəxsi həyatlarına aid digər sirrləri barədə məlumatlardan istifadə edib hədəqorxu yolu ilə külli miqdarda əmlak əldə etmək məqsədilə dələduzluq edərək, MTNnin inzibati binasına gətirib xidməti otaqlarda saxlamaqla qanunsuz azadlıqdan məhrum etdikləri şəxslərin külli miqdarda pul vəsaitlərinin, əmlaklarının əllərindən alınması səbəbindən müflisləşmələri, onların psixi və fiziki zorakılıqlara məruz qalmaqla xəsarətlər almaları, sərbəst buraxılmaları müqabilində tələb olunan vəsaitin əldə olunması üçün ayrı-ayrı şəxslərə və kommersiya banklarına qarşı külli miqdarda borc və kredit öhdəliklərinin yaranması, əmlaklarını dəyərindən olduqca aşağı qiymətə satmağa məcbur qalmaları kimi ağır nəticələrə səbəb olan, özlərinin və yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, tutma, həbsə alma və barələrində rüsvayedici məlumatlar yayma hədəsi ilə fiziki və psixi təsirlər göstərilməklə ümumilikdə 3.682.651,04 manat (üç milyon altı yüz səksən iki min altı yüz əlli bir manat dörd qəpik) məbləğində külli miqdarda pul vəsaitlərini, 1.573.268 (bir milyon beş yüz yetmiş üç min iki yüz altımış səkkiz) manat dəyərində əmlaklarını tələb edib əllərindən almaqla, qanunsuz hərəkətləri müqabilində onlardan külli miqdar təşkil edən nağd pul vəsaitlərinin alınması barədə mütəmadi olaraq verdiyi qanunsuz göstərişləri ilə, eləcə də törədilməsini yəqinliklə bildiyi və ya bilməli olduğu halda, xidməti vəzifəsinin tələblərinə uyğun olaraq qarşısının alınması üçün qanuni tədbirlər görmədiyi digər cinayətlər nəticəsində mütəşəkkil dəstə tərkibində az ağır, ağır və xüsusilə ağır cinayətləri dəfələrlə törətməklə külli miqdar təşkil edən ümumilikdə 516.435 (beş yüz on altı min dörd yüz otuz beş) manat məbləğində nağd pul vəsaitlərini, 224.056 (iki yüz iyirmi dörd min əlli altı) manat zərgərlik məmulatları olan əmlaklarını hədə-qorxu tətbiq olunmaqla şəxsən və vasitəçilərdən istifadə etməklə rüşvət kimi alaraq fiziki və hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, həmçinin cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan əhəmiyyətli zərər vurmuşdur.

3. Hökmə görə, cavabdehlərin törətdiyi cinayət əməlləri üzrə epizodlardan biri də İddiaçı 30000 manat pulunu hədə-qorxu ilə tələb edib almaqla törədilmiş cinayət əməli təşkil etmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh1 cavabdehlər siyahısından çıxarılmasını, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 törətdikləri cinayət əməli nəticəsində qanunsuz olaraq ələ keçirilmiş 30.000 manat pulun, gecikməyə görə illik 5% hesablanmaqla 6000 manat faiz borcu, mənəvi zərərə görə 100.000 manat olmaqla, ümumilikdə 136.000 manat pulun müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun 2014-cü il tarixdə 30.000 manat pul vəsaiti qanunsuz olaraq keçmiş MTN əməkdaşları Cavabdeh1, Cavabdeh2 Zülfiiqar oğlu və Cavabdeh3 tərəfindən ələ keçirilmişdir. Bu fakt Bakı Hərbi Məhkəməsinin hökmü ilə də öz təsdiqini tapmışdır. Belə ki, Bakı Hərbi Məhkəməsinin 23 aprel 2018-ci il tarixli 1(093)-7/2018 saylı hökmü ilə Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.3 178.3.1, 178.3.2, 179.3.1, 179.3.2, 182.3.1, 182.3.2, 29,302.2, 302.2, 311.3.1, 311.3.2, 311.33. 311.3.4, 313, 320.1, 320.2, 341.2.1 və 341.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 2 il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə, həmin Məcəllənin 145.3-cü maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 2 il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə, həmin Məcəllənin 178.3.1 və 178.3.2-ci maddələri ilə 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 2 il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə, həmin Məcəllənin 179.3.1 və 179.3.2-ci maddələri ilə 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 2 il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə, həmin Məcəllənin 182.3.1 və 182.3.2-ci maddələri ilə 13 (on üç) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 302.2 və 302.2-ci maddələri ilə 2 il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə 3 (üç) il müddətində azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 2 il müddətində dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə, həmin Məcəllənin 311.3.1, 311.3.2, 311.3.3 və 311.3.4-cü maddələri ilə 10 il müddətində azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 2 il müddətində dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə, həmin Məcəllənin 341.2.1 və 341.2.3-cü maddələri ilə beş il müddətində azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313. 320.1 və 320.2-ci maddələri ilə həmin Məcəllənin 75.1.1-ci maddəsinə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən ona cəza təyin edilməmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə qəti olaraq Cavabdeh1 2 (iki) il 6 (altı) ay müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə 14 (on dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.3, 178.3.1, 178.3.2, 179.3.1, 179.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 31 1.3.2, 311.3.4, 313, 341.2.1 və 341.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş. Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 2 il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə, həmin Məcəllənin 145.3-cü maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 2 il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə, həmin Məcəllənin 178.3.1 və 178.3.2-ci maddələri ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 2 il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə, həmin Məcəllənin 179.3. 1 və 179.3.2-ci maddələri ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 2 il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə, həmin Məcəllənin 182.3.1 və 182.3.2-ci maddələri ilə 13 (on üç) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 302.2-ci maddəsi ilə 2 il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 2 il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq huququndan məhrum edilməklə, həmin Məcəllənin 311.3.1, 311.3.2, 311.3.3 və 311.3.4-cü maddələri ilə 9 (doqquz) il müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası, Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 2 il müddətə dövlət və yeri, ozunu idarəetmə orqanlannda rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə, həmin Məcəllənin 341.2.1 və 341.2.3-cü maddələri ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə həmin Məcəllənin 75.1.1-cı maddəsinə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən ona cəza təyin edilməməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə qəti olaraq Cavabdeh2 2 (iki) il 6 (altı) ay müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə 14 (on dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi hökm edilmişdir. Cavabdeh3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.3, 179.3.1, 179.3.2, 180.2.2, 180.2.5, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.4, 313, 341.2.1 və 341.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, Cavabdeh3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 1 il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə, həmin Məcəllənin 145.3-cü maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 1 il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə, həmin Məcəllənin 180.2.2 və 180.2.5-ci maddələri ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 1 il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə, həmin Məcəllənin 179.3.1 və 179.3.2-ci maddələri ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 1 il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə, həmin Məcəllənin 182.3.1 və 182.3.2-ci maddələri ilə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 302.2-ci maddəsi ilə 1 il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 1 il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə, həmin Məcəllənin 311.3.1, 311.3.2, 311.3.3 və 311.3.4-cü maddələri ilə 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 1 il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə, həmin Məcəllənin 341.2.1 və 341.2.3-cü maddələri ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə həmin Məcəllənin 75.1.1-ci maddəsinə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən ona cəza təyin edilməmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə qəti olaraq Cavabdeh3 2 (iki) il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq huququndan məhrum edilməklə 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Belə ki, o, cinayət mühakimə icraatı zamanı öz ifadəsində göstərmişdir ki, təxminən 2014-cü ilin oktyabr ayında sözügedən cinayət işində digər zərərçəkmiş şəxs Sergey Gözəlovla birlikdə cavabdehlər tərəfindən hədə-qorxuya təsiri altında, narkotiklə həbs ediləcəyi hədəsi ilə pul tələb edilmişdir. O, qorxduğu üçun razılıq vermiş və Cavabdeh3lə zəngləşərək üç dəfə görüşmüş və hər görüş zamanı ona 10.000, ümumilikdə 30.000 manal pul vermişdir. Həmçinin, qeyd edilmiş hadisə onun mənəvi sarsıntı və iztirab keçirməsinə səbəb olmuş, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması ilə nəticələnmişdir. Bu səbəbdən cavabdehlər tərəfindən ona mənəvi ziyana görə 100.000 manat ödənilməlidir.

6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 12 oktyabr 2022-ci il tarixli 2(004)-11/2022 saylı qətnaməsi ilə (hakim Toğrul Axundov) iddia tələbi qismən təmin edilmiş, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada maddi ziyanın əvəzi qismində 30000 manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması, mənəvi zərərin əvəzi olaraq cavabdehlər Cavabdeh2 və Cavabdeh3 hər birindən ayrı-ayrılıqda 2000 manat (ümumilikdə 4000 manat) məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

7. Məhkəmə hesab etmişdir ki, cavabdehlərin bu hərəkətlərinə əsassız varlanmanı və hüquqdan sui-istifadəni tənzimləyən mülki hüquq normalarının tələbləri baxımından hüquqi qiymət verilməlidir. Cavabdehlərdən müştərək qaydada maddi ziyanın əvəzi qismində 30000 (otuz min) manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır.

8. Mənəvi ziyan tələbinə aid hissədə məhkəmə göstərmişdir ki, iddiaçının barəsində qanunsuz əməliyyat tədbiri keçirilmiş, MTN-nin inzibati binasında qanunsuz saxlanmış, ondan külli miqdarda - 20.000 manat pul götürülməsinə baxmayaraq, MTN işçiləri ifşa olunan vaxtadək bu hadisə barədə susmuşdur. O, dövlət təhlükəsizlik orqanları əməkdaşlarının qanunsuz hərəkəti və zorakılığı ilə qarşılaşmış, qorxu, mənəvi istirablar keçirmişdir. Külli miqdarda vəsatinin mənimsənilməsinə baxamayaraq iddiaçı məhz keçirdiyi qorxu və mənəvi istirablara görə həmin əməkdaşlar ifşa olunaraq həbs olunduqdan sonra hadisə barədə məlumat vermişdir. Həmin hərəkətlərin dövlətin ən mühüm orqanlarından birinin əməkdaşları tərəfindən və həmin orqanın inzibati binasında edilməsi halı iddiaçıda daha çox təlaş və qorxu yaratmışdır. Bütün bunlar iddiaçının hansı mənəvi zərbə almasına dəlalət edən hallardır. Göstərilənlər iddiaçıya mənəvi ziyan vurulması qənaətinə gəlməsinə kifayət qədər əsas verir. Lakin məhkəmə iddianın mənəvi ziyan tutulması hissəsinin qismən, yəni, qeyd edilən cavabdehlərə münasibətdə təmin edilməsini mümkün sayır.

9. Məhkəmə eyni zamanda iddia tələbinin cavabdehlərdən müştərək qaydada gecikməyə görə illik 5% hesablanmaqla 6000 manatın tutulması hissəi ilə bağlı qeyd etmişdir ki, iddia tələbi bu hissədə əsassız olduğundan təmin edilməlidir. İddiaçı əldən çıxmış faydanın nədən ibarət olmasına dair məhkəməyə sübutlar təqdim edə bilməmişdir. Bundan başqa iddiaçının pul tələbi müqavilə öhdəliyi kimi meydana çıxmamışdır və iddiaçının cavabdehlərdən ona məxsus olan pul vəsaitinin qanunsuz olaraq saxlanılmasına görə həmin məbləğdən faizlərin tələb olunması qanuni hesab edilə bilməz.

10. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 5.3, 16.1, 560.1, 21.1, 1091.1, 1091.2, 1092.1, 1093.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair 24 aprel 2020-ci il tarixli Qərarı, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarı, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 7 saylı qərarı və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apelyasiya şikayətinin dəlilləri

11. Qətnamədən Cavabdeh2 özü və nümayəndəsi vasitəsi ilə apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın ona aid hissədə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Apelyasiya şikayətində göstərilmişdir ki, məhkəmə iddiaya əsassız varlanma kimi qiymət versə də, tərəfindən hər hansı varlanma baş verməmişdir. Hökmlə müəyyən edilib ki, İddiaçı izahatında göstərmişdir ki, 30000 manatı Cavabdeh3 vermişdir. Hökmlə onun əmlakları barəsində xüsusi müsadirə tətbiq edilsə də xüsusi müsadirə ilə ilk əvvəl zərərçəkmişlərə dəymiş ziyan ödənilməli olsa da, iddiaçı və məhkəmə xüsusi müsadirəyə əhəmiyyət verməmiş, zərəri həmin əmlak hesabına almaq üçün cəhd göstərməmişdir.

b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

14. Cavabdeh2 vəkili-nümayəndəsi apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

15. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq digər tərəflər (nümayəndə) məhkəmə iclasına gəlmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

16. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

17. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

18. Maddə 1096 Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

19. Maddə 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apelyasiya baxışının hədləri

23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

25. Qətnamə Cavabdeh2 apelyasiya şikayətinə münasibətdə yoxlanılır.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

42. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən - cavabdehlərdən müştərək qaydada maddi ziyanın əvəzi qismində 30000 manat məbləğində pulun tutulması hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilməlidir.

43. Kollegiya qeyd edir ki, məhkəmə bu hissədə iddia tələbini təmin edərək 30000 manatın tutulması barədə düzgün qənaətə gəlmiş olsa da, əsassız varlanmaya aid normalara istinad etməklə maddi hüquq normasını səhv tətbiq etmişdir.

44. Hazırda hər hansı əsassız varlanma halı baş verməmişdir.

45. İşin mübahisəsiz halıdır ki, cavabdehlər tərəfindən iddiaçıya 30000 manat maddi zərər vurulmuşdur.

46. İddiaçı hazırda ona vurulmuş zərəri tələb etməkdə haqlı olmuşdur.

47. Qanuni qüvvəsini almış məhkəmə hökmü ilə cavabdehlərin iddiaçıya 30000 manat miqdarında maddi ziyan vurması öz təsdiqini tapmışdır.

48. Kollegiya hesab edir ki, zərərin xüsusi müsadirə olunmuş əmlaklar hesabına ödənilməsi barədə Cavabdeh2 apelyasiya şikayətinin dəlilləri əsassızdır.

49. Cavabdehlərdən 30000 manat müştərək qaydada tutularaq iddiaçının xeyrinə ödənilməlidir.

50. Mənəvi zərər hissəsində isə Kollegiya hesab edir ki, məhkəmə düzgün nəticəyə gəlmişdir.

51. Odur ki, qalan hissədə məhkəmənin qətnaməsi qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır.

52. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-11/2022 saylı iş üzrə 12 oktyabr 2022-ci il tarixli qətnaməsi qismən, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada maddi ziyanın əvəzi qismində 30000 manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması hissəsində ləğv edilsin və həmin hissədə yeni qətnamə çıxarılmaqla iddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada maddi ziyanın əvəzi qismində 30000 manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar