Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9031/2021 07.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər İbayev Vəfaddin Ələm oğlu və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Orucova Məryəm Faiq qızının katibliyi ilə, İddiaçı qizinın Cavabdeh qizina qarşı əşyaların mənzildən çıxarılması tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Yasamal rayon məhkəməsinin 09.07.2021-ci il tarixli, 2(004)-3189/2021 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı əşyaların mənzildən çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 məxsus əşyaların məcburi qaydada ona məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Yasamal yaşayış massivi, Talıblı küçəsində "xxxx" MMC tərəfindən inşa edilmiş binanın 1112 saylı mənzilndən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 3ndə "xxxx" MMC tərəfindən inşa edilmiş binanın 1112 saylı mənzilinin ½ hissəsi ona məxsusdur. Belə ki, bununla bağlı cavabdehlə aralarında olmuş məhkəmə mübahisəsi nəticəsində yekun olaraq Bakı şəhəri Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində inşa edilmiş binanın 1112 saylı mənzilinin ½ hissədə iddiaçıya, ½ hissədə isə X3 pay haqqının olması müəyyən edilmişdir. Lakin həmin qətnamə qüvvəyə mindikdən sonra da cavabdeh könüllü qaydada qeyd edilən mənzili boşaldaraq ona təhvil vermədiyi üçün o, yenidən cavabdehin məcburi qaydada qeyd edilən mənzildən çıxarılması və ailə üzvləri ilə birlikdə qeyd edilən mənzilə köçürülməyi haqqında məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışdır. Yekun olaraq məhkəmə cavabdehin qeyd edilən mənzildən məcburi qaydada çıxarılmasını və ailə üzvləri ilə birlikdə onun qeyd edilən mənzilə köçürülməsini qət etmişdir. Həmin qətnamə artıq icra edilmiş və cavabdeh məcburi qaydada qeyd edilən mənzildən çıxarılmış, o, ailə üzvləri ilə birlikdə qeyd edilən mənzilə köçürülmüşdür. Lakin indi də cavabdeh ona məxsus olan əşyalarını qeyd edilən mənzildən çıxarmaqdan imtina edir. Cavabdehlə bununla bağlı apardığı danışıqlar isə heç bir nəticə verməmişdir. Belə ki, cavabdeh könüllü olaraq əşyalarını qeyd edilən mənzildən çıxardaraq mənzili boşaltmaqdan imtina etmişdir. Bu isə onun hüquqlarını kobud şəkildə pozur. Belə ki, cavabdehin əşyaları ona mənzildən sərbəst surətdə istədiyi kimi istifadə etməyə imkan vermir. Bu səbəbdən də o, pozulmuş hüquqlarını müdafiə etmək üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Daha sonra İddiaçı vəkili Vəkil1 iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh məxsus 1 ədəd divan, 2 ədəd kreslo, 1 ədəd stol, 6 ədəd stul, 1 ədəd “Toshiba” markalı soyuducu, 1 ədəd “LG” markalı paltaryuyan, 1 ədəd mətbəx stolu, 4 ədəd mətbəx stulu, yataq dəsti (1 ədəd 2 nəfərlik çarpayı, 1 ədəd şkaf, 1 ədəd termo),yataq dəsti (2 ədəd 1 nəfərlik çarpayı, 1 ədəd şkaf, 1 ədəd tumba), 1 ədəd “Elenberg” markalı televizorun məcburi qaydada ona məxsus Bakı şəhəri, Yasamal rayonu, Yasamal yaşayış massivi, Talıblı küçəsində "xxxx" MMC tərəfindən inşa edilmiş binanın 1112 saylı mənzilindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 09.07.2021-ci il tarixli, 2(004)-3189/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Həmin qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə Yasamal rayon İcra orqanının aktına əsaslansa da, aktda qeyd edilənləri nəzərə almamış, Cavabdeh aid olmayan, onun qaynı və qaynı arvadına məxsus olan əşyaların onun tərəfindən çıxarılması nəticəsinə gəlmişdir. Halbuki, icra aktında həmin əşyaların Cavabdeh aid olması barədə hər-hansı bir qeyd yoxdur. Cavabdeh iştirakı olmadan icra hərəkətləri icra edilmiş, Cavabdeh aid olan mətbəx dəstləri, geyim paltarları isə ona təhvil verilməmiş, məhkəmə gedişində bu geyim və mətbəx əşyalarının guya Cavabdeh təhvil verilməsi göstərilmiş, (bu barədə hər-hansı bir qeyd aktda yoxdur). Bundan başqa, aktla əşyaların kimə aid olması aydınlaşdırılmamış, maraqlı şəxslər cəlb edilməmiş, məhkəmə isə həmin natamam akta istinad edərək iddia ərizəsini araşdırmadan, etiraz və dəlillərinə qətnamədə qiymət vermədən iddianı olduğu kimi təmin etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Kollegiya həmçinin qeyd edir ki, hazırkı iş üzrə cavabdehin apellyasiya şikayəti birinci instansiya məhkməsinin qətnaməsinin ləğv edilməsinə yönəldiyindən kollegiya birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Belə ki, iş materiallarında olan 17.05.2017-ci il tarixli 1112 saylı müqavilənin surətindən görünür ki, İddiaçı ilə "xxxx" MMC arasında Bakı şəhəri, Yasamal rayonu, Yasamal yaşayış massivi, Talıblı küçəsində "xxxx" MMC tərəfindən inşa edilmiş binanın 1112 saylı mənzilə dair müqavilə bağlanılmışdır. İş materiallarında olan AA serialı 366799 nömrəli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, Fətəliyeva X8 rayonundan məcburi köçkündür. İş materiallarında olan 23.06.2020-ci il tarixli elektron çıxarışının surətindən görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan 04.06.2020-ci il tarixli Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsinin icra məmuru X12 tərəfindən tərtib olunmuş aktın surətindən görünür ki, 1 ədəd divan, 2 ədəd kreslo, 1 ədəd stol, 6 ədəd stul, 1 ədəd “Toshiba” markalı soyuducu, 1 ədəd “LG” markalı paltaryuyan, 1 ədəd mətbəx stolu, 4 ədəd mətbəx stulu, yataq dəsti (1 ədəd 2 nəfərlik çarpayı, 1 ədəd şkaf, 1 ədəd trümo), yataq dəsti (2 ədəd 1 nəfərlik çarpayı, 1 ədəd şkaf, 1 ədəd tumba), 1 ədəd “Elenberg” markalı televizor siyahıya alınaraq tələbkara təhvil verildi. İş üzrə borclu Cavabdeh ilə telefon vasitəsilə əlaqə saxlanılmışdır. Borclu Cavabdeh mənzildə olan əşyaların kirayəçi kimi mənzildə yaşayan İsmayıl Hüseynzadəyə təhvil verilməsini xahiş etmişdir. Bu barədə akt tərtib edilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon məhkəməsinin 15 yanvar 2014-cü il tarixli, 2(004)-432/2014 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı Akif qızının cavabdehlər "xxxx" MMC, Cavabdeh, X4 qarşı müqavilənin etibarsızlığı və ümumi birgə əmlakın bölünməsinə dair iddia ərizəsi üzrə iddia tələbi qismən təmin edilərək Cavabdeh ilə "xxxx" MMC arasında bağlanılmış 02.03.2013-cü il tarixli mənzil tikintisi haqqında müqavilə etibarsız hesab olunaraq ünvan 3 ünvanında inşa edilmiş binada yerləşən 1112 saylı mənzil üzrə pay haqqı hər birinin ½ hissəsi olmaqla, X7 ilə İddiaçı arasında bərabər bölünməsi qət edilmişdir . İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 2646/2015 saylı, 15 may 2015-ci il tarixli qətnaməsi ilə Cavabdeh Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 yanvar 2014-cü il tarixli, 2(004)-432/2014 saylı qətnaməsindən verdiyi apellyasiya şikayəti qismən təmin edilərək, mülki iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 15 yanvar 2014-cü il tarixli qətnamə ləğv edilərək İddiaçı Akif qızının cavabdehlər "xxxx"MMC, Cavabdeh, X4 qarşımüqavilənin etibarsızlığı və ümumi birgə əmlakın bölünməsinə dair tələbinə dair iddiası qismən təmin edilərək ünvan 3ndə "xxxx" MMC tərəfindən inşa edilmiş binanın 1112 saylı mənzilinə dair cavabdehlər "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 2 mart 2013-cü il tarixli müqavilənin etibarsız hesab edilməsi, həmin mənzilə görə ödənilmiş pay haqqı üzərində İddiaçı və X2 hər birinin ½ hissə paylarının müəyyən edilməsi qət edilmişdir. İş materiallarında olan Ali Məhkəmənin Mülki Kollegiyasının 28 iyun 2016-cı il tarixli 2(102)-3097/2016 saylı qərarı ilə Cavabdeh Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2646/2015 saylı, 15 may 2015-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti təmin edilməyərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2646/2015 saylı, 15 may 2015 tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)- 2706/2019 saylı 08 may 2019-cu il tarixli qətnaməsindən görünür ki, iddia ərizəsi təmin edilərək, İddiaçı Akif qızının övladları X5 və X6 ilə birlikdə məcburi qaydada Bakı şəhəri, Yasamal rayonu, Yasamal yaşayış massivi, Talıblı küçəsində inşa edilmiş binanın 1112 saylı mənzilinə köçürülməsi qət edilmişdir. Həmin qətnamədən eyni zamanda görünür ki, Ali Məhkəmənin 22.09.2015-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 15 may 2015-ci il tarixli qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmış, işə təkrar baxan Bakı Apellyasiya Məhkəməsinin 18 yanvar 2016-cı il tarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 yanvar 2014-cü il tarixli, 2(004)-432/2014 saylı qətnaməsi qismən ləğv edilmiş, iddianın qismən təmin edilərək, mübahisəli mənzilə dair "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 02.03.2013-cü il tarixli müqavilənin etibarsız hesab edilməsi və həmin mənzilə görə ödənilmiş pay üzərində İddiaçı Akif qızının və cavabdeh X2 hər birinin ½ hissədə paylarının müəyyən olunması, həmin müqavilə üzrə X3 ödənilmiş 52000 manat məbləğində pul vəsaitinin ondan alınaraq Cavabdeh ödənilməsi, "xxxx" MMC-nin hesabına 02.03.2013-cü il tarixli kassa mədaxil orderinə əsasən ödənilmiş 3000 manatın "xxxx" MMC-dən alınaraq Cavabdeh verilməsi, qalan hissədə iddia tələbinin təmin olunmamasına dair qətnamə qəbul edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-11693/2019 saylı, 09 oktyabr 2019-cu il tarixli qətnaməsi Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-2706/2019 saylı 08 may 2019-cu il tarixli qətnaməsi Cavabdeh münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 mart 2020-ci il tarixli 2(102)-1409/2020 saylı qərarı ilə Cavabdeh kassasiya şikayəti təmin edilməyərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-11693/2019 saylı, 09 oktyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ bəndinin tələbinə görə, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Birinci instansiya məhkəməsində aparılmış məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı Akif qızı qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri əsasında Bakı şəhəri, Yasamal rayonu, Yasamal yaşayış massivi, Talıblı küçəsində inşa edilmiş binanın 1112 saylı mənzilinin ½ hissədə paylı mülkiyyətçisi kimi tanınmış və ailə üzvləri ilə birlikdə həmin mənzilə köçürülmüşdür. Lakin Cavabdeh həmin mənzilə dair hər hansı hüquqmüəyyənedici sənədləri olmadan, eləcə də mənzildə hər hansı bir hüquqi əsas olmadan əşyalarının olması paylı mülkiyyətçi kimi onun mülkiyyətindən sərbəst şəkildə istifadə hüququnun həyata keçirilməsinə mane olur. İddianın məzmunundan göründüyü kimi, İddiaçı Akif qızı ona məxsus mənzildən maneəsiz istifadə hüququnun təmin olunması məqsədilə cavabdehə məxsus əşyaların oradan çıxarılmasını tələb etmişdir. Belə olan halda, iddiaçı qeyd olunan əşyaların həmin mənzildən çıxarılması barədə iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 164.1-ci maddəsinə görə sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Həmin Məcəllənin 165.1-ci maddəsinə görə sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Həmin Məcəllənin 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Avropa Məhkəməsinin “Marks Belçikaya qarşı” işində şərh verilərək göstərilmişdir ki, “əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarı ilə mülkiyyət hüququna təminat verir.” İşin müəyyən edilmiş hallarına və qanunverijiliyin yuxarıda sadalanan normalarına əsasən bu qənaətə gəlmək olur ki, cavabdehə məxsus əşyaların iddiaçıya paylı mülkiyyət hüququ ilə məxsus olan mənzildə qalması onun öz əmlakından sərbəst surətdə istifadə etmək imkanlarını məhdudlaşdırır. Bu isə son nəticədə onun mülkiyyətlə bağlı konstitusion hüquqlarının pozulmasına gətirib çıxarır. Bu səbəbdən Cavabdeh məxsus 1 ədəd divan, 2 ədəd kreslo, 1 ədəd stol, 6 ədəd stul, 1 ədəd “Toshiba” markalı soyuducu, 1 ədəd “LG” markalı paltaryuyan, 1 ədəd mətbəx stolu, 4 ədəd mətbəx stulu, yataq dəsti (1 ədəd 2 nəfərlik çarpayı, 1 ədəd şkaf, 1 ədəd termo), yataq dəsti (2 ədəd 1 nəfərlik çarpayı, 1 ədəd şkaf, 1 ədəd tumba), 1 ədəd “Elenberg” markalı televizor Bakı şəhəri, Yasamal rayonu, Yasamal yaşayış massivi, Talıblı küçəsində "xxxx" MMC tərəfindən inşa edilmiş binanın 1112 saylı mənzildən məcburi qaydada çıxarılması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni Kollegiya əsaslı hesab edir. Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edərək onları əsassız hesab edir. Belə ki, cavabdeh şikayətdə qeyd etdiyi dəlilləri təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Bundan başqa, məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh iddia ərizəsində onun əşyalarının hamısının göstərilmədiyini qeyd etsə də, bu hal onu həmin əşyaları sonradan tələb etmək hüququndan məhrum etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3189/2021 saylı, 09.07.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-9031/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9031/2021
07.10.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver