Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9037/2021 16.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı işgüzar nüfuzun, şərəf və ləyaqətin müdafiəsi, mənəvi zərərin əvəzinin və pulun ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli 2(002)-1213/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı işgüzar nüfuzun, şərəf və ləyaqətin müdafiəsi, mənəvi zərərin əvəzinin və pulun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona qarşı törətmiş olduğu qanunsuz hərəkətlərinə görə ondan yazılı şəkildə üzr istəməsi, bu hərəkətlər nəticəsində ona vurduğu mənəvi zərərə görə 10000 manat pulun və cavabdehə borc verdiyi 9000 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2019-cu ilin noyabr ayından başlayaraq o, dayısı oğlu Cavabdeh işlətdiyi Bakı şəhərində metronun “28 May” stansiyasının yaxınlığında yerləşən aptekdə ona kömək etməyə başlamışdır. Birgə işlədikləri dövrdə o, Daşqının aptekdə işləyən satıcısı X1 iştirakı və şahidliyi ilə aptekə gələn mallara görə 3000 manat, 2000 manat, 500 manat və 300 manat olmaqla, ümumilikdə 5800 manat pulu Daşqının xahişi ilə onun əvəzindən ödəmişdir. Bundan əlavə, 2020-ci ilin iyun ayında dəyəri 6000 manat olan qızıl zinət əşyalarını “Bank Respublika" ASC-də girov qoyaraq 3200 manat məbləğində kredit pul götürmüş və həmin pulu Daşqına vermişdir. Beləliklə, onun Daşqına verdiyi pulun ümumi məbləği 9000 manat olmuş, Daşqın borcunu qısa müddətdə qaytaracağına söz versə də, vədinə əməl etməmişdir. Bir müddət sonra Daşqının pulları qaytarmadığını görüb borcu tələb etməyə başlamış, buna görə aralarında mübahisə düşmüşdür. Mübahisələrin birində Daşqın onu vurmuş, sonra isə üzr istəmişdir. Bundan əlavə, Daşqın onun barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli 2(002)- 1213/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh İddiaçı xeyrinə 1740 manat məbləğində pul tutulması qət edilmişdir. Həmin qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, tərəflər arasında yazılı formada bağlanmış borc müqaviləsindən irəli gələn münasibətlər olmadığı halda, məhkəmə iddianı qismən təmin etməklə maddi hüquq normalarını pozmuşdur. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasına gəlməmiş, cavabdeh teleqramla məhkəməyə müraciət edərək səhhəti ilə əlaqədar məhkəmə iclasına gələ bilməyəcəyini bildirmişdir. Cavabdeh üzrlü səbəbdən məhkəməyə gələ bilməməsi barədə məhkəməyə sübut təqdim etmədiyinə görə Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli 2(002)-1213/2021 saylı qətnaməsi cavabdehin apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırkı apellyasiya baxışının hədləri cavabdehin apellyasiya şikayəti üzrə qətnamənin iddianın təmin edilən hissəsinin yoxlanılması ilə məhdudlaşır. İş materiallarında olan 3 may 2021-ci il tarixli məhkəmə iclas protokolundan görünür ki, Cavabdeh izahatında İddiaçı 2019-cu ilin dekabr ayında qızıl zinət əşyalarını lombarda qoyub pul götürərək ona 1740 manat məbləğində pul verdiyini, lakin sonradan apteki satıb Qənirəyə 1800 manat məbləğində pul qaytardığını göstərmişdir. (i.v.23) İddiaçı lombarda qızıl zinət əşyalarını girov qoyub pul götürərək Cavabdeh borc verməsini birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X2 da təsdiq etmişdir. (i.v.43) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Cavabdeh izahatında iddiaçıdan 1740 manat məbləğində borc aldığını etiraf etmişdir. Belə olan halda, həmin borcun yazılı formada bağlanmış borc müqaviləsi əsasında verilməsinə zərurət yoxdur. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (MPM-in 14.2 və 77.1-ci maddələri) Sübutetmə yükü üzərinə düşən Cavabdeh iddiaçıya pul qaytarmasını sübuta yetirə bilmədiyinə görə birinci instansiya məhkəməsi 1740 manat məbləğində pulun cavabdehdən tutulub iddiaçıya ödənilməsi barədə düzgün nəticəyə gəlmişdir. Cavabdehin apellyasiya şikayətinin dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, şikayətin dəlili əsassız olmaqla qətnamənin ləğvi üçün əsas deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. MPM-in 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. MPM-in 403.1-ci maddəsinə əsasən, bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Hazırkı iş üzrə cavabdeh tərəfindən qətnamənin mübahisələndirilə bilən hissəsi 1740 manat olmaqla 5000 manatdan az olduğundan, cavabdeh tərəfindən qətnamədən kassasiya şikayəti verilə bilməz. Apellyasiya instansiyası məhkəməsində baxılan hazırkı iş üzrə isə iddiaçının apellyasiya baxışının predmeti olan tələbi olmamışdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402- 403-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli 2(002)- 1213/2021 saylı qətnaməsi cavabdehin apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-9037/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9037/2021
16.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver