Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-904/2022 18.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin etibarnamə əsasında nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6114/2021 saylı, 20 oktyabr 2021ci il tarixli qətnaməsindən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən müştərək olaraq 6500 (altı min beş yüz) manat məbləğində sığorta ödənişinin əvəzi, ödənilmiş 30,40 (otuz manat qırx qəpik) dövlət rüsumunun iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə Bakı şəhəri Yasamal Rayon Məhkəməsində baxılarkən iddiaçı "xxxx" ASC iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 5000 manat məbləğində sığorta ödənişinin əvəzi və 30,40 manat dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6114/2021 saylı, 20 oktyabr 2021ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 5000 manat məbləğində sığorta ödənişinin əvəzi və 30,40 manat dövlət rüsumu tutularaq iddiaçı Paşa Sığorta ASC-yə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6114/2021 saylı, 20 oktyabr 2021-ci il tarixli qətnaməsində göstərilmiş nəticələr işin hallarına uyğun deyildir və məhkəmə mübahisələndirilən qətnaməni qəbul edərkən mübahisə üzrə maddi-hüquq normalarını düzgün tətbiq etməmişdir. Məhkəmə hazıkı mübahisəyə münasibətdə Mülki Məcəllənin 1108.2-ci maddəsinin birinci hissəsini tətbiq edərək Cavabdeh1 münasibətdə iddianı təmin etməməli idi. Lakin məhkəmə göstərilənlərin əksinə Cavabdeh1 da mülki hüquq pozuntusunun törədilməsində təqsirli saymış və iddia tələbini ona münasibətdə də təmin etmişdir. Nəzərə alınmalıdır ki, Cavabdeh1 hadisə baş verən ünvanda yaşamır, bu üzdən ordakı mühafizəçilərlə, o cümlədən Cavabdeh2lə tanışlığı yoxdur və bu səbəbdən avtomobili idarə etmək üçün sonuncuya təqdim etməsi reallığa uyğun deyildir. Məhkəmə belə qənaətə gəlmişdir ki, Cavabdeh1 avtonəqliyyat vasitəsinin onun sahibliyindən qeyri-qanuni götürüldüyünü iddia etsə də, həmin xüsusatı təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. İddiaçı isə öz növbəsində avtonəqliyyat vasitəsinin Cavabdeh1 sahibliyindən qeyri-qanuni götürülməsinə münasibətdə sonuncunun bu xüsusatla bağlı hüquq mühafizə orqanlarına müraciət etmədiyini əsas götürmüş və göstərilən arqumentlə razılaşmamışdır. Məhkəmə isə dolayısı ilə iddiaçının bu mövqeyi ilə razılasaraq Cavabdeh1 qeyd etdiyi hallara dair sübutların məhkəməyə təqdim edilmədiyi qənaətinə gəlmişdir. Mövcud halda da Cavabdeh1 Cavabdeh2 barəsində törətdiyi əmələ görə hüquq mühafizə orqanlarına müraciət etmək hüququ olmuşdur. Lakin, Cavabdeh2 maddi və ailə vəziyyəti, əlavə olaraq onunla bağlı müraciət olunacağı təqdirdə cinayət məsuliyyətinə cəlb edilmə ehtimalı nəzərə alınaraq Cavabdeh1 tərəfindən hümanist addım atılaraq hüquq mühafizə orqanlarına müraciət olunmamışdır. Eləcə də, hazırkı mübahiəyə Cavabdeh2 barəsində hüquq mühafizə orqanlarına müraciət edilməməsi halı ilə Cavabdeh1 barəsində İXM-nın 335-ci maddəsi ilə protokol tərtib edilməməsi və inzibati tənbeh verilməməsi qarşılıqlı sürətdə nəzərə alınmalı və hər iki hala qiymət verməli idi. Apelyasiya şikayətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6114/2021 saylı, 20 oktyabr 2021-ci il tarixli qətnaməsinin Cavabdeh1 aid hissədə ləğv edilməsi və iddiçı İddiaçı ASC-nin iddia tələbinin ona dair hissədə təmin edilməməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə baxılmasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən işə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apelyasiya məhkəməsinin iclasında, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin etibarnamə əsasında nümayəndəsi Nümayəndə Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı etiraz etdiyini bildirərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6114/2021 saylı, 20 oktyabr 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin Cavabdeh1 aid hissədə ləğv edilməsini, iddia tələbinin Cavabdeh1 aid hissədə rədd edilməsini xahiş etməklə, qətnaməni qismən mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni mübahisələndirilən hissədə yоxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını tətbiq etmişdir. Məhkəmə kollegiyası iddiaçı "xxxx" ASC-nin etibarnamə əsasında nümayəndəsi Nümayəndə izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Bеlə ki, iş matеriallarında olan, İcbari Sığorta müqaviləsinə dair məlumatın təsdiq edilmiş surətindən görünür ki, sığortalı Cavabdeh1 X13 markalı 99KP419 dövlət qeydiyyat nişanlı avtomobili Paşa Sığorta ASC-də sığorta etdirmişdir. Sığorta müqaviləsi 05.07.2018-ci il tarixdə bağlanmış və müqavilənin qüvvədən düşmə tarixi 11.07.2019-cu il saat 17:01:14-dir. Sığorta məbləği əmlaka vurulan zərərə görə 5000 manat təşkil edir.(İ.vər. 64) İş materiallarında olan, Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Range Rover” Minik markalı 2006-cı il buraxılışlı, universal tipli 99KP419 dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Cavabdeh1dir.(İ.vər. 80) İş materiallarında olan, 091-16385-21 saylı, 26.04.2019-cu il tarixli Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə Arayışın təsdiq edilmiş surətindən görünür ki, 10.04.2019cu il tarixdə saat 21:00-dəqiqədə yol nəqliyyat hadisəsi baş vermişdir. Hadisə baş verdiyi anda mülkiyyətçisi Cavabdeh1 olan Range Rover markalı, 90KP419 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh2 olmuş, sürücünün nəqliyyat vasitəsini idarə etmək hüququ olmamış, sürücü sərxoş olmuş və hasisə nəticəsində X2 məxsus Mitsubishi markalı, 90NL188 dövlət qeydiyyat nişanlı, X8 MMC-yə məxsus Mitsubishi markalı, 90AN820 dövlət qeydiyyat nişanlı, X5 məxsus Toyota markalı, 10ZU744 dövlət qeydiyyat nişanlı, X1 məxsus Lexus markalı, 10NL010 dövlət qeydiyyat nişanlı, X6 məxsus Lexus 10BG665 dövlət qeydiyyat nişanlı, X7 məxsus Mercedes markalı, 10BG094 dövlət qeydiyyat nişanlı, Honda markalı avtomobillərə ziyan dəymişdir.(İ.vər. 67 - 73) İş materiallarında olan, İXP ******* saylı, 10.04.2019-cu il tarixli İnzibati Xəta haqqında protokolun surətindən görünür ki, Cavabdeh2 10.04.2019-cu il tarixdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir.(İ.vər. 74) İş materiallarında olan, 2/3218 saylı, 10.04.2019-cu il tarixli Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktının surətindən görünür ki, Cavabdeh2 sərxoş olmuşdur.(İ.vər. 78) İş materiallarında olan, Yasamal RPİ DYPŞ tərəfindən verilmiş arayışın təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh2 məxsus sürücülük vəsiqəsinin olmaması müəyyən edilmişdir.(İ.vər. 57) İş materiallarında olan, 04.07.2019-cu il tarixli sığorta aktının təsdiq edilmiş surətindən görünür ki, sığortalı Cavabdeh1 X13 markalı 99KP419 dövlət qeydiyyat nişanlı avtomobili “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növündə Paşa Sığorta ASC-də sığorta etdirmişdir. Sığorta hadisəsi nəticəsində X12 markalı, 10ZU744 dövlət qeydiyyat nişanlı avtomobilə 150 manat məbləğində zərər dəymiş və 38,8 manat məbləğində sığorta ödənişi edilmişdir.(İ.vər. 36) İş materiallarında olan, 20.05.2019-cu il tarixli Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabatın təsdiq edilmiş surətindən görünür ki, Toyota Prado markalı 10ZU744 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan 150 manat təşkil edir.(İ.vər. 37) İş materiallarında olan, 01.07.2019-cu il tarixli sığorta aktının təsdiq edilmiş surətindən görünür ki, sığortalı Cavabdeh1 “Range Rover” Minik markalı 99KP419 dövlət qeydiyyat nişanlı avtomobil “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növündə Paşa Sığorta ASC-də sığorta etdirmişdir. Sığorta hadisəsi nəticəsində Lexus GS350 markalı, 10BG665 dövlət qeydiyyat nişanlı avtomobilə 3.250,00 manat məbləğində zərər dəymiş və 840,84 manat məbləğində sığorta ödənişi edilmişdir.(İ.vər. 38) İş materiallarında olan, 08.05.2019-cu il tarixli Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabatın təsdiq edilmiş surətindən görünür ki, Lexus GS350 markalı, 10BG665 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan 840,84 manat təşkil edir.(İ.vər. 39) İş materiallarında olan 20.06.2019-cu il tarixli sığorta aktının təsdiq edilmiş surətindən görünür ki, sığortalı Cavabdeh1 “Range Rover” Minik markalı 99KP419 dövlət qeydiyyat nişanlı avtomobil “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növündə Paşa Sığorta ASC-də sığorta etdirmişdir. Sığorta hadisəsi nəticəsində “Mitsubishi Pajero” markalı, 90AN820 dövlət qeydiyyat nişanlı avtomobilə 210 manat məbləğində zərər dəymiş və 54,33 manat məbləğində sığorta ödənişi edilmişdir.(İ.vər. 40) İş materiallarında olan, 27.05.2019-cu il tarixli Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabatın təsdiq edilmiş surətindən görünür ki, Mitsubishi Pajero markalı, 90AN820 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan 210 manat təşkil edir.(İ.vər. 41) İş materiallarında olan, 19.06.2019-cu il tarixli sığorta aktının təsdiq edilmiş surətindən görünür ki, sığortalı Cavabdeh1 “Range Rover” Minik markalı 99KP419 dövlət qeydiyyat nişanlı avtomobili “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növündə Paşa Sığorta ASC-də sığorta etdirmişdir. Sığorta hadisəsi nəticəsində “Mercedes Benz 240” markalı, 10BG097 dövlət qeydiyyat nişanlı avtomobilə 2050 manat məbləğində zərər dəymiş və 530,37 manat məbləğində sığorta ödənişi edilmişdir.(İ.vər. 42) İş materiallarında olan, 13.05.2019-cu il tarixli Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabatın təsdiq edilmiş surətindən görünür ki, Mercedes Benz 240 markalı, 10BG097 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan 2050 manat təşkil edir.(İ.vər. 43) İş materiallarında olan, 20.06.2019-cu il tarixli sığorta aktının təsdiq edilmiş surətindən görünür ki, sığortalı Cavabdeh1 “Range Rover” Minik markalı 99KP419 dövlət qeydiyyat nişanlı avtomobili “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növündə Paşa Sığorta ASC-də sığorta etdirmişdir. Sığorta hadisəsi nəticəsində Toyota “Lexus LX570” markalı,10NL010 dövlət qeydiyyat nişanlı avtomobilə 5080 manat məbləğində zərər dəymiş və 1314,29 manat məbləğində sığorta ödənişi edilmişdir.(İ.vər. 44) İş materiallarında olan, 17.05.2019-cu il tarixli Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabatın təsdiq edilmiş surətindən görünür ki, “Lexus LX570” markalı,10NL010 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan 5080 manat təşkil edir.(İ.vər. 45) İş materiallarında olan, 19.06.2019-cu il tarixli sığorta aktının təsdiq edilmiş surətindən görünür ki, sığortalı Cavabdeh1 “Range Rover” Minik markalı 99KP419 dövlət qeydiyyat nişanlı avtomobili “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növündə Paşa Sığorta ASC-də sığorta etdirmişdir. Sığorta hadisəsi nəticəsində “Mistubishi Outlander” markalı, 90UL188 dövlət qeydiyyat nişanlı avtomobilə 8586 manat məbləğində zərər dəymiş və 2221,36 manat məbləğində sığorta ödənişi edilmişdir.(İ.vər. 46) İş materiallarında olan, 24.04.2019-cu il tarixli Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndiirlməsinə dair hesabatın təsdiq edilmiş surətindən görünür ki, “Mistubishi Outlander” markalı, 90UL188 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan 8586 manat təşkil edir.(İ.vər. 47) İş materiallarında olan, 04.07.2019-cu il tarixli Plastik kartların Təhvil-təslim aktının təsdiq edilmiş surətindən görünür ki, “Toyota Prado” markalı, 10ZU744 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün 38,81 manat məbləğində sığorta ödənişi edilmişdir.(İ.vər. 50) İş materiallarında olan, 01.07.2019-cu il tarixli Plastik kartların Təhvil-təslim aktının təsdiq edilmiş surətindən görünür ki, “Lexus GS 350” markalı, 10BG665 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün 840,84 manat məbləğində sığorta ödənişi edilmişdir.(İ.vər. 51) İş materiallarında olan, 20.06.2019-cu il tarixli Plastik kartların Təhvil-təslim aktının təsdiq edilmiş surətindən görünür ki, “Toyota Prado” markalı, 10NL010 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün 1314,29 manat məbləğində sığorta ödənişi edilmişdir.(İ.vər. 52) İş materiallarında olan, 19.06.2019-cu il tarixli Plastik kartların Təhvil-təslim aktının təsdiq edilmiş surətindən görünür ki, Mercedes Benz markalı, 10BG097 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün 530,37 manat məbləğində sığorta ödənişi edilmişdir.(İ.vər. 53) İş materiallarında olan, 19.06.2019-cu il tarixli Plastik kartların Təhvil-təslim aktının təsdiq edilmiş surətindən görünür ki, Mitsubishi markalı, 90UL188 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün 2221,36 manat məbləğində sığorta ödənişi edilmişdir.(İ.vər. 54) İş materiallarında olan, çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Global Energy sloutions MMC-yə məxsus hesaba 54,33 manat məbləğində sığorta ödənişi edilmişdir.(İ.vər. 55) Məhkəmə kollegiyası iddia tələbi ilə əlaqədar olaraq ilk öncə qeyd edir ki, subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. “Sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 37.1-ci maddəsinə əsasən sığortalananın təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “Üçüncü şəxslər qarşısında mülki məsuliyyətinin sığortası Qaydaları”-nin 12-ci bəndinə əsasən sığortaçı ödəniş verdikdən sonra ödədiyi məbləğ hüdudunda sığorta etdirənin təqsirkar şəxsə qarşı tələb hüquqlarını əldə edir. Məhkəmə kollegiyası hesab edir ki, nəqliyyat vasitələrinin toqquşmasının Cavabdeh2 hüquqa zidd hərəkətləri üzündən baş verməsi və qanunvericiliyin tələbinə əsasən cavabdehin məsuliyyət daşıması, həmçinin Cavabdeh2 hüquqazidd hərəkətləri nəticəsində nəqliyyat vasitəsinin Cavabdeh1 sahibliyindən çıxması ilə bağlı sübutları sonuncunun məhkəməyə təqdim edə bilməməsi, eləcə də iş materialları ilə belə halın aşkar edilməməsi nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil apelyasiya şikayətinin Cavabdeh2 maddi və ailə vəziyyəti, onunla bağlı müraciət olunacağı təqdirdə cinayət məsuliyyətinə cəlb edilmə ehtimalı nəzərə alınaraq Cavabdeh1 tərəfindən hümanist addım atılaraq hüquq mühafizə orqanlarına müraciət olunmaması ilə bağlı dəlilinə münasibət bildirərərk qeyd edir ki, həmin dəlillər birinci instansiya məhkəməsinin qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından, həmin dəlilərə münasibət bildirməyi zəruri hesab etmir. Halbu ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddədə göstərilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kоllegiyası həmçinin apelyasiya şikayətinin dəlillərini araşdıraraq müəyyən etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi düzgün olaraq iddiaçı tərəfindən təqdim edilmiş sübutlara istinad etmiş və mübahisənin həll edilməsi üçün həmin sübutlardan istifadə etmiş, Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun оlaraq iş üzrə tədqiq оlunmuş sübutlara qanuna müvafiq qiymət vermişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinin tələbinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kоllegiyası, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil apelyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun оlaraq araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prоsessual hüquq nоrmalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Оna görə də məhkəmə kоllegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni, əsaslı və ədalətli оlduğundan, işdə, həmçinin apelyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar оlmadığından, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6114/2021 saylı, 20 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən, apelyasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6114/2021 saylı, 20 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-904/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-904/2022
18.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver