Məhkəmə qərarları › İş №2(103)-9048/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9048/2021

01.09.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9048/2021 01.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi ilə, İlkin iddia üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, X3, Cavabdeh3 qarşı, Bakı şəhəri Yasamal rayon icra Hakimiyyəti, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarət Xidməti və 42 saylı MKİS üçüncü şəxslər olmaqla “aparılmış tikinti təmir, yenidənqurma və yenidən planlaşdırma işlərinin qanunsuz hesab edilməsi və s. tələbinə dair”, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı1 qarşı “hərəkətlərin qanunsuz hesab edilməsi və s. tələbinə dair” və qarşılıqlı iddia üzrə iddiaçı X2 cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı “hərəkətlərin qanunsuz hesab edilməsi və s. tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26.07.2021-ci il tarixli 2(004)-1163/2021 saylı qərardadından A.Cavabdeh1 şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 ilkin iddia üzrə Cavabdeh1, X4, Cavabdeh3 və üçüncü şəxslər Bakı şəhəri Yasamal rayon icra Hakimiyyəti, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarət Xidməti və 42 saylı MKİS-nə qarşı aparılmış tikinti təmir, yenidənqurma və yenidən planlaşdırma işlərinin qanunsuz hesab edilməsi, tikinti və təmir işləri onların nəticələrinin sökülməsi barədə ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 qarşı hərəkətlərin qanunsuz hesab edilməsi və maneənin aradan qaldırılması barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı X3 qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı hərəkətlərin qanunsuz hesab edilməsi, maneənin aradan qaldırılması və mənəvi ziyanın ödənilməsi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Eyni zamanda ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X3 məhkəməyə iddianı təmin etmə tədbiri barədə ərizə ünvanlayaraq, İddiaçı2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26 iyul 2021-ci il tarixli 2(004)- 1163/2021 saylı qərardadı ilə ərizə təmin edilməmişdir. A.Cavabdeh1 qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini və ərizənin təmin olunmasını xahiş etmişdir. Məhkəmənin 12.08.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, MPM-ə müvafiq olaraq hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir (maddə 157). İddianı təmin etmək üçün müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək; mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək növündə iddianı təmin tədbiri tətbiq edilə bilər (maddə 158.1.2, 158.1.3). İddianın təmin edilməsi barədə ərizədə ilk növbədə görüləcək tədbirlərin məhz gələcəkdə qəbul ediləcək qətnamənin icrasını təmin edə biləcəyi əsaslandırılmalıdır. Eyni zamanda belə ərizə nəticəsində tətbiq edilən tədbirlər qanuna uyğun olmalı, qüvvədə olan normativ hüquqi aktlarla və qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə ziddiyyət təşkil etməməli, habelə onları icrası qeyri-mümkün olan aktlara çevirməməlidir. Birinci instansiya məhkəməsi ərizəyə baxaraq belə qənaətə gəlmişdir ki, iddianı təmin etmə tədbiri barədə ərizədə iş üzrə çıxarılacaq qətnamənin gələcəkdə icrasını çətin və ya mümkünsüz edə biləcək hallar əsaslandırılmamış və həmin halları sübut edən sənədlər əlavə edilməmişdir, ərizə, iddianın gələcəkdə təmin edilməsinə yönəldilməmiş, həmçinin ərizənin təmin olunması sözügedən evin mülkiyyətçisinin mülkiyyət hüquqlarının pozulmasına səbəb olacaqdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ərizəni təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Ərizədə iddianı təmin etmək üçün qeyd edilən tədbirin görülməsi zərurəti və tələb olunan iddianı təmin tədbirinin irəli sürülmüş tələblə əlaqəli olması kifayət qədər əsaslandırılmamışdır. Belə bir iddianın təmin tədbirinin görülməsini zəruri edən hər hansı bir əsas yoxdur. Kollegiya qeyd edir ki, şikayətin dəlili formal mülahizələrdir və qərardadın ləğv edilməsi üçün əsas təşkil etmir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26 iyul 2021-ci il tarixli 2(004)- 1163/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar