Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9094/2021 08.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1637/2021 saylı iş üzrə 12 iyul 2021-ci il tarixli qərardadından iddiaçı "xxxx" Mənzil-Tikinti Kooperati tərəfindən verilmiş şikayətə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı "yaşayış sahəsi ilə təmin edilməsi şərti ilə mənzildən çıxarılması və s." tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 vəsatət verərək, Bakı İnzibati Məhkəməsinin icraatında baxılan Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin 196 nömrəli 21 oktyabr 2016-cı il tarixli sərəncamının Cavabdeh2 münasibətdə hissəvi ləğv edilməsi barədə iddia ərizəsi üzrə məhkəmə mübahisəsi həll olunanadək (yekun qanuni qüvvəyə minmiş qərar qəbul edilənədək) hazırki iş üzrə Cavabdeh2 münasibətdə iddia tələbinin ayrıca məhkəmə icraatına ayrılması və həmin icraatın dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1637/2021 saylı iş üzrə 12 iyul 2021-ci il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin icraatında baxılan “Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin 196 nömrəli 21 oktyabr 2016-cı il tarixli sərəncamın hissəvi ləğv edilməsi” tələbinə dair mülki iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı "yaşayış sahəsi ilə təmin edilməsi şərti ilə mənzildən çıxarılması və s." tələbinə dair mülki iş üzrə icraatın dayandırılması qərara alınmışdır. Həmin qərardaddan iddiaçı "xxxx" Mənzil-Tikinti Kooperati şikayət verərək qərardadın ləğv olunmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1637/2021 saylı iş üzrə 11 avqust 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 şikayəti müdafiə edərək təmin edilməsini və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)- 1637/2021 saylı iş üzrə 12 iyul 2021-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 şikayətə etiraz edərək təmin edilməməsini və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)- 1637/2021 saylı iş üzrə 12 iyul 2021-ci il tarixli qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və şikayətin dəlilini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1637/2021 saylı iş üzrə 12 iyul 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin tələbinə görə Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasına baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa hakim iş üzrə icraatı dayandırmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, Bakı İnzibati Məhkəməsinin icraatında olan “Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin 196 nömrəli 21 oktyabr 2016-cı il tarixli sərəncamın hissəvi ləğv edilməsi” tələbinə dair mülki iş üzrə çıxarılacaq yekun məhkəmə qərarının nəticəsi hazırki mülki işin mahiyyəti üzrə həllinə təsir göstərdiyindən, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, icraat dayandırılmalıdır. Şikayətin dəlilinə gəldikdə isə kollegiya qeyd edir ki, şikayətdə göstərilən hal yuxarıda qeyd olunanlara əsasən əsaslı sayıla, eləcə də qanuni və əsaslı məhkəmə qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək, qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək, qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1637/2021 saylı iş üzrə 12 iyul 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı "xxxx" Mənzil-Tikinti Kooperati tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1637/2021 saylı iş üzrə 12 iyul 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayəti verilə bilməz. Sədrlik edən Azad İmanov Hakimlər Qürbət Əsgərov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-9094/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9094/2021
08.09.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver