Məhkəmə qərarları › İş №2(103)-9100/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9100/2021

08.09.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9100/2021 08.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Əsgərovun sədrliyi və məruzəsilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 avqust 2021-ci il tarixli 2(001)-6565/2021 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı daşınmaz əmlakın çıxarışının etibarsızlığı və əmlakın boşaldılması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 avqust 2021-ci il tarixli, 2(001)- 6565/2021 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı daşınmaz əmlakın çıxarışının etibarsızlığı və əmlakın boşaldılması tələbinə dair iddia ərizəsi və iddia ərizəsinə əlavə edilmiş sənədlər geri qaytarılmışdır. İddiaçı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 avqust 2021-ci il tarixli, 2(001)-6565/2021 saylı qərardadından şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı hazırkı iddia ərizəsi ilə ilkin olaraq Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət etmiş, lakin həmin məhkəmə tərəfindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində baxılmalı olması əsası ilə geri qaytarılmışdır. O da məhkəmənin qərardadına uyğun Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etsə də, həmin məhkəmə də iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 avqust 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 avqust 2021-ci il tarixli 2(001)-6565/2021 saylı qərardadı ləğv edilməli, sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün mülki iş birinci instansiya məhkəməsinə göndərilməlidir.. Belə ki, məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, hazırkı iddia tələbi ünvan 1 ünvanında yerləşən 2 mərtəbəli qeyri-yaşayış sahəsinin 491 kv.m. hissəsinin Cavabdeh mülkiyyətində olması ilə bağlı çıxarışın etibarsız hesab edilməsi və Cavabdeh əşyaları ilə birlikdə Bakı şəhərinin Səbail rayonunda yerləşən qeyri-yaşayış sahəsindən çıxarılması ilə bağldır və ona görə də, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinin tələblərinə görə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində baxıla bilməz. Eyni zamanda məhkəmə qeyd etmişdir ki, iddia ərizəsinə əlavə edilmiş Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 04.08.2021-ci il tarixli, 2(009)-2196/2021 saylı qərardadından görünür ki, həmin qərardadla İddiaçı iddia ərizəsi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etməli olması əsas ilə geri qaytarılmışdır. Həmin qərardaddan iddiaçının qərardad rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətinə şikayət vermək hüququnun olmasına baxmayaraq, iddiaçı həmin qərardadı mübahisələndirməmiş və 09.08.2021-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Hər hansı məhkəmə tərəfindən iddia ərizəsinin artıq bir dəfə qaytarılması digər məhkəmənin üzərinə həmin iddia ərizəsini icraata qəbul edilməsi öhdəliyini qoymur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 04.08.2021ci il tarixli, 2(009)-2196/2021 saylı qərardadından görünür ki, həmin qərardadla İddiaçı iddia ərizəsi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etməli olması əsas ilə geri qaytarılmışdır. Kollegiya qeyd edir ki, iş materiallarından göründüyü kimi, məhkəmələr arasında ərazi aidiyyəti bağlı fikir ayrılığı mövcuddur. Ona görə də kollegiya hesab edir ki, prosessual qanunvericiliyin yuxarıda qeyd edilən tələblərinə uyğun olaraq mülki iş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən məhz fikir ayrılığının aradan qaldırılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməli idi. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 avqust 2021-ci il tarixli 2(001)- 6565/2021 saylı qərardadı ləğv edilməli, sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün mülki iş birinci instansiya məhkəməsinə göndərilməlidir.. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2, 400 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 avqust 2021-ci il tarixli 2(001)- 6565/2021 saylı qərardadı ləğv edilsin və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün mülki iş həmin məhkəməyə qaytarılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar