Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-911/2024 06.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh1 qarşı “əmlakın qaytarılması” tələbinə dair ilkin, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddiaları ilə bağlı mülki iş üzrə Açar sözlər: (əmlakın qaytarılması, pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), X7 və X1 ibarət tərkibdə, Rüfanə Elxan qızı Əzizzadənin katibliyi ilə, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 11 oktyabr 2023-cü il tarixli, 2(007)-710/2023 saylı qətnaməsindən qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.“Hyundai İX 35” markalı, **-OT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilkin iddia üzrə İddiaçı mülkiyyətindədir. O, nəqliyyat vasitəsinin satılması üçün oğlu Cavabdeh2 etibarnamə vermiş, sonuncu həmin etibarnamə əsasında qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 nəqliyyat vasitəsinə dair etibarnamə vermiş, sonra ilkin iddia üzrə iddiaçı həmin etibarnaməni ləğv etdirmişdir. Mübahisə predmeti olan nəqliyyat vasitəsi hal-hazırda ilkin iddia üzrə iddiaçının mülkiyyətində olmasına baxmayaraq, qarşılıqlı iddia üzrə iddiaçının sahibliyində olmaqla onun tərəfindən qaytarılmadığından İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. 2.Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 isə nəqliyyat vasitəsinə görə 28000 manat pul verdiyini bildirmiş, buna görə qeyd olunan pul məbləğinin geri qaytarılmasına dair qarşılqılı iddia tələbi ilə müraciət etmişdir. a)Birinci instansiya məhkəməsində icraat 3.İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh (bundan sonra-iddiaçı) İddiaçı ilkin iddia üzrə Cavabdeh1 qarşı “əmlakın qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan ** OT *** nömrəli, “HYUNDAİ İ” 35 markalı minik maşının Cavabdeh1 alınaraq ona qaytarılması barədə qətnamə çıxarılması xahiş edilmişdir. 4.Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə cavabdeh (bundan sonra-cavabdeh) Cavabdeh1 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizələri ilə məhkəməyə müraciət edərək, İddiaçı 28000 (iyirmi səkkiz min) manat alınaraq ona verilməsi, ilkin iddia təmin edildiyi halda, ilkin iddia ilə qarşılıqlı iddianın icrasının eyni anda icra olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 5.İddiaçı ilkin iddianı onunla əsaslandırılmışdır ki, ** OT *** nömrəli “HYUNDAİ İ 35” markalı minik maşını mülkiyyət hüquqları ilə ona məxsusdur. Lakin noyabrın əvəllərində Cavabdeh1, onun oğlu Cavabdeh2 ilə həmin avtomobilə dair alğı-satqı şərtlərini müəyyən etmiş, sonradan ustaya göstərmək adı ilə maşını aparmış və geri qaytarmamışdır. Hal-hazırda ona məxsus əmlak Cavabdeh1 tərəfindən qanunsuz və əsassız olaraq saxlanılır. Bu barədə dəfələrlə müvafiq hüquqmühafizə orqanlarına məlumat versə də heç bir nəticə əldə olunmayıb. 6.Cavabdeh1 qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, X6 üçün avtomobil almaq məqsədi ilə Turbo.az saytına xx.xx.2022-ci il tarixində yerləşdirilən avtomobil elanı ilə bağlı qeyd olunan ***-***-**-** mobil nömrəsi ilə əlaqə saxlamış və avtomobilə baxmaq istədiyini bildirmişdir. xx.xx.2022-ci il tarixində axşam saat 19:15 radələrində H.Əliyev prospektində yerləşən Bravo hiper marketin həyətində görüşmüşdür. **-OT-*** dövlət qeydiyyat nişanlı “Hyundai İX35” markalı avtomobili gətirən və elanda nömrəsi qeyd olunan şəxs Cavabdeh2 özünü Bakı şəhər Baş Polis idarəsinin tətqiqatçısı polis baş leytenantı kimi təqdim etmiş və avtomobilin anası İddiaçı aid olduğunu bildirmişdir. Bu zaman avtomobildə səliqəli şəkildə asılmış polis baş leytenantı forması və baş geyimi diqqətini çəkmişdir. Avtomobili satmaqda məqsədlərinin qardaşının şəhid olması, bu səbəbdən anası İddiaçı sarsıntı keçirdikdən sonra avtomobil idarə edə bilməməsi və Cavabdeh2 iş yerinin Şuşa şəhərində yerləşən polis xidmətinə dəyişməsi üçün 30.100 AZN məbləği rəhbərliyə çatdırmalı olmasını bildirmişdir. Onu da qeyd edir ki, Cavabdeh2 anası İddiaçı həkim olduğunu və X5 işlədiyini bildirmişdir. xx.xx.2022-ci il tarixində Cavabdeh2 ilə yenidən əlaqə saxlayaraq X2 ilə birgə avtomobilə baxmaq istədiyini bildirmişdir. Avtomobilə baxmaq üçün ünvan soruşan zaman yenə də işdə (idarədə) olduğunu və H.Əliyev prospektində yerləşən Bravo hiper marketin həyətinə gələcəyini bildirmişdir. Axşam saat 20:18-də Bravo hiper marketin həyətində görüşmüşlər. X2 avtomobilə baxmış və bəyəndikdən sonra qiymətin baha olduğunu və pullarının 28.000 AZN olduğunu bildirmişlər. Cavabdeh2 bununla razılaşmışdır. Sonra ona avtomobili saxlaması üçün 100 AZN beh kimi ödəniş etmişlər. Onu da qeyd edir ki, Cavabdeh2 ona özünü polis baş leytenantı kimi təqdim etmiş və yenə də avtomobildə səliqəli şəkildə asılmış polis baş leş leytenantı forması və baş geyimi olmuşdur. xx.xx.2022-ci il tarixində axşam saat 18:57 də onunla və anası ilə əlaqə saxlayaraq rəisinin pulu ondan tələb etdiyini və sabah saat 08:00-a kimi çatdırmalı olduğunu və danışılmış məbləği götürmək istədiyini, bunun müqabilində avtomobili verəcəyini bildirmişdir. Həmin gün o, işdə, anası isə Bakı şəhərində olmadığı üçün avtomobilin alğısatqısı xx.xx.2022-də edə biləcəyini ona bildirmişdir. O, ödənişi etmək üçün alacağı **-OT-*** dövlət qeydiyyat nişanlı Hyundai İX35 markalı avtomobilə əyləşərək pulun yerdə qalan hissəsini 27.900 AZN-i Cavabdeh2 təqdim etmişdir. Pulu sayaraq ondan təhvil götürərək avtomobilin texniki pasportunu ona vermişdir. Sonra onu polis idarəsinə və ya yaşadığı ünvana aparmağı təklif etmiş, lakin o, arxası ilə gələn olduğunu, onu sadəcə yaxınlıqda yerləşən Romance Palace şadlıq sarayının qarşısında düşürməyini xahiş etmişdir. Onlar şadlıq sarayının həyətinə çatdıqdan sonra Cavabdeh2 arxası ilə Hyundai Sonata markalı avtomobildə hərbi formada qazi geyimində sinələrində medallar asılmış 2 nəfər gəlmiş və Cavabdeh2 onları polisin şəbəkəsinə daxil olan adamlar kimi təqdim etmişdir. Daha sonra Cavabdeh2 ona 28.000 AZN-ə satdığı **-OT-*** dövlət qeydiyyat nişanlı Hyundai İX35 markalı avtomobilində olan şəxsi əşyalarını ve səliqəli şəkildə asılmış polis baş leytenantı formasını, baş geyimini və ayaqqabılarını arxasınca gələn Hyundai Sonata markalı avtomobilə yerləşdirmişdir. Noyabr ayının 9-da qeyri iş günü olması səbəbindən xx.xx.2022-ci il tarixində o, Cavabdeh2 birinci saat 10:24-də zəng vuraraq etibarnaməni bugün verməyini tələb etmiş, daha sonra saat 13:20-də nə vaxt görüşə biləcəklərini soruşduqda o, anasının əməliyyatda olduğunu, bu gün imkanı olmayacağını bildirdi. Etibarnamənin sabah hökmən verilməsini tələb edəndə ona anası İddiaçı işi olsa belə ondan özü etibarnamə alaraq ona etibarnamə verəcəyini bildirmişdir. xx.xx.2022-ci il tarixində Cavabdeh2 onunla saat 16:30-da 5 saylı Asan xidmətdə görüşərək ona etibarnamə verdi. xx.xx.2022-ci il tarixində günorta saat 15:00da vhatsapp vasitəsilə ona mesaj yazaraq axşam işdən çıxanda onunla əlaqə saxlamağını istəmişdir. Axşam saat 18:35 də o, Cavabdeh2lə əlaqə saxlayan zaman rayondan gəldiyini və axşam ona sözü olduğunu, evdə olub-olmayacağını soruşmuşdur. O da evdə olacağını bildirdikdən sonra axsam saat 23:00 da ona zəng vuraraq yaşadığı həyətdə (Nizami rayonu, Özbəkistan küç. 9 bina 5) olduğunu aşağı düşməyini xahiş etmişdir. O, həyətə düşən zaman Cavabdeh2 gəldiyi Hyundai Elantra markalı avtomobildə qabaq sərnişin oturacağında orta yaşlı bir qadın əyləşmişdi və Cavabdeh2 ona, o qadını anası kimi təqdim etdi. Rayondan gəldiklərini, işinin alındığını, onun təyinatının Laçın rayonundakı polis şöbəsinə verdiklərini və buna görə də təşəkkür etdiyini bildirdi. Daha sonra bir xahişinin olduğunu deyərək bildirdi ki, anasının oğlunun işi üçün dediyi qurbanı olduğu üçün və gəldiyi Hyundai Elantra-nın xidməti avtomobil olduğu və geri qaytaracağını deyərək avtomobilsiz qaldığını, bu səbəbdən ona satdığı **-OT-*** dövlət qeydiyyat nişanlı Hyundai İX35 markalı avtomobili bir günlük ona verməyi xahiş etmişdir. O da Cavabdeh2 sabah avtomobillə işi olduğunu, ancaq birisi gün xx.xx.2022-ci il tarixində verə biləcəyini demişdir. Bu hərəkət onda şübhə yaratmağa başlamışdır. Ona bir daha təkidlə sabah avtomobili verməyini xahiş edən zaman o, düşünəcəyini, alınsa ona bir saat ərzində xəbər edəcəyini bildirmişdir. Ona zəng etdiyi ***-***-**- ** nömrəsinin kimin olduğunu soruşan zaman şəxsi nömrəsinin olduğunu bildirdi. Saat 22:55-də Cavabdeh2 vatsapp vasitəsilə mesaj yazaraq avtomobilin sabah ona verməyinin alınmadığını bildirmiş, daha sonra Cavabdeh2 ona saat 22:59-da ***-***-**-** mobil nömrəsindən zəng edərək birinci günü yəni xx.xx.2022 ci il tarixində avtomobili verməyi xahiş etdi. xx.xx.2022-ci il tarixində avtomobili X2na etibarnamə vermək üçün 3 saylı asan xidmətə yaxınlaşan zaman onlara verilən etibarnamənin İddiaçı tərəfindən ləğv olunduğunu bildirmişlər. Daha sonra Cavabdeh2 ilə əlaqə saxlamaq istədikdə heç bir mobil nömrəsinə zəng çatmadığını görmüşdür. Daha sonra eyni gün X2 ilə birlikdə avtomobilin texniki pasportunda yazılan, Cavabdeh2 yaşadığı və qeydiyyatda olduğu ünvana getmişlər. Orada valideynləri oğlunun problemləri olduğunu bildirdilər və onu görmədiklərini dedilər, lakin qısa müddətdə bu məsələni həll etməyə çalışacağını bildirdilər. Sonradan məlum oldu ki, Cavabdeh2 qaçaraq Türkiyə Cümhuriyyətinə gedib. Belə ki, xx.xx.2022-ci il tarixli Nəqliyyat vasitələrinə Sərəncam verilməsi haqqında etibarnaməyə əsasən İddiaçı mülkiyyətində olan Hyundai İX35 minik markalı ** OT *** dövlət qeydiyyat nişanlı avtomobili bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər etmək səlahiyyətləri ilə Cavabdeh1 etibar etmişdir. xx.xx.2022-ci il tarixli Nəqliyyat vasitələrinə Sərəncam verilməsi haqqında etibarnaməni də İddiaçı nümayəndəsi və oğlu Cavabdeh2 Elsəvər oğlu imzalamışdır. Yəni Cavabdeh2 anası İddiaçı təmsilçisi olaraq onun tapşırığı (maşını satmağı) yerinə yetirib. Hazırki durumda İddiaçı 42 saatdan sonra etibarnaməni ləğv etməyi, onun oğlunun hazırda ölkədən qaçdığını, guya onunla heç bir qaydada əlaqə saxlaya bilmədiklərini qeyd etməkləri burda yalnız onların məni aldatmaq niyyətini üzə çıxarır. Kim pulu almamış maşını, maşının qeydiyyat şəhadətnaməsinin əslini təhvil verir? Kim pulu almamış etibarnamə verir? Göstərilənləri nəzərə alaraq, İddiaçı 28000 (iyirmi səkkiz min) manat alınaraq ona verilməsi, ilkin iddia təmin edildiyi halda, ilkin iddia ilə qarşılıqlı iddianın icrasının eyni anda icra olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 7.Məhkəmə iclasında İddiaçı ilkin iddianı müdafiə edib, qarşılıqlı iddianı qəbul etməyib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirmişdir ki, onun Cavabdeh1 ilə heç bir əlaqəsi yoxdur, avtomobili “Turbo.az” saytına satış üçün yerləşdirmişlər. Satmağının məqsədi qızı üçün ipoteka ilə ev alacağına görə ilkin ödəniş etmək olub. Bir neçə dəfə maşınla bağlı bir neçə şəxslə görüşmüşlər, amma razılaşma olmadığı üçün sata bilməmişlər. Daha sonra oğlu ona Orxan adlı br şəxslə danışdığını, onun maşını Turbo.az saytında görüb bəyəndiyini, pulun bir qismini indi ödəyəcəyini, qalan hissəini isə 3-cü gün gətirəcəyini dedi. Hətta oğlu Orxanın çox yaxşı biri olduğunu, sürməsi üçün etibarnamə verməyini, 1-ci gün onun alğı-satqını notarial qaydada etməyini xahiş etmişdir. O da etibarnamə vermişdir. Oğlu isə rəngi qapqara formada evə gəlib demişdir ki, “Orxana etibarnamə versə də, Orxan onu aldadıb maşının pulunu verməmişdir”. Buna görə də o, notariusa gedib etibarnaməni ləğv etmişdir. Oğlunun taksi sürücüsü işləməsi səbəbindən gəliri olub, buna görə də şəxsi problemi olmayıb. Oğlunun hal-hazırda harada olduğunu bilmir. Yaşayıb-yaşamadığından belə xəbəri yoxdur. xx.xx.2022-ci ildə şənbə günü gecə saat 00:00-dan sonra yoxa çıxıb. Alğı-satqını edəndən sonra ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə Cavabdeh1 iş yerindən ona zəng edib bildirdilər ki, oğlu Türkiyəyə gedib. Baş etibarnamənin nə olduğunu bilməmişdir. Oğlu ona Orxana sürməsi üçün etibarnəmə verməyini, maşını isə alğısatqıdan sonra Orxanın adına keçirməyini söyləmişdir. O, Cavabdeh1 yalnız evinə gəldikdən sonra ilk dəfə görmüşdür. İlkin iddianın təmin edilməsini, qarşılıqlı iddianın rədd edilməsini xahiş etmişdir. 8.Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 ilkin iddianı müdafiə edib, qarşılıqlı iddianı qəbul etməyib bildirmişdir ki, avtomobil ilkin iddia üzrə İddiaçı məxsus olub. Bununla bağlı DYP-dən çıxarışı olub. Avtomobilin alğı-satqısı ilə Gülnaz xanımın oğlu məşğul olub. Belə ki, avtomobil İddiaçı qızına ipoteka ilə ev almaq üçün satılıb. İlkin iddia üzrə iddiaçının oğlu avtomobili Turbo.az saytında satmaq üçün yerləşdirib. Oğlu sayt vasitəsilə maşına alıcı tapıb. Bunu anasına bildirib. Belə ki, oğlu alıcının pulu bir hissəsini verəcəyini, qalan hissəsini sonra ödəyəcəyini, şənbə günü olduğu üçün rəsmi qaydada alğı-satqı müqaviləsi bağlaya bilmədiklərini söyləyib. Gülnaz xanım evlərinə yaxın yerdə oğluna baş etibarnamə verib. Oğlu anasına bildirib ki, alıcı Cavabdeh1 pulun qalan hissəsini 1-ci gün ödəyəcək, bundan sonra alğı-satqı edəcəklər. Şənbə günü axşam saatlarında oğlu alğı-satqını edəndən sonra evə qayıtmır və ondan xəbər alına bilmir. Bundan sonra Gülnaz xanım oğluna verdiyi etibarnaməni ləğv edir. Bundan əlavə, o, qarşı tərəfin guya sübut qismində təqdim etdiyi diskdə olan səs yazıları tanış olmuşdur, bununla bağlı etirazını məhkəməyə təqdim etmişdir, habelə bu barədə aidiyyəti üzrə sorğu ünvanlamış və sorğuya cavab iş materiallarında var, belə ki, sorğuya cavab zamanı Elşənin atasının səs yazısının qeydə alınmadığı göstərilmişdir. İlkin iddianın təmin edilməsini, qarşılıqlı iddianın rədd edilməsini xahiş etmişdir. 9.Məhkəmə iclaslarında verdiyi izahatlarda Cavabdeh1 ilkin iddianı qəbul etməyib, qarşılıqlı iddianı müdafiə edərək bildirmişdir ki, ona etibarnamə xx.xx.2022-ci il tarixdə verilib, xx.xx.2022-ci ildə isə şənbə günü o, xidmətdə olduğu üçün işdən çıxıb qeydiyyata gedə bilməmişdir. Bir müddət sonra Gülnazın oğlu bir qadınla gələrək, ona demişdir ki, həmin qadın onun anasıdır, xahiş etmişdir ki, qurban kəsmək üçün avtomobili ona versin, qurban kəsdikdən sonra avtomobili qaytaracaqlar. O, şübhələndiyi üçün həmin vaxt avtomobili verməmişdir. Sonradan o, Gülnazgilin evinə gəlib oğlunun bir qadınla gəldiyini deyəndə, Gülnaz ona fotoşəkil göstərmiş və o, həmin qadını tanımışdır, Gülnaz həmin qadının oğlunun yaşadığı qadın olduğunu demişdir. Bundan əlavə, 8 noyabr 2022-ci il tarixində avtomobili ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı oğlundan alıb. 8 noyabr 2022-ci il tarixindən təxminən 1 həftə əvvəl demişdir ki, maşını gedək görüm, sürüm yoxlayım. Görüşəndə ona polis əməkdaşını, adının da Cavabdeh2 olduğunu bildirdi. Elşən ona bir polis əməkdaşının adını çəkdi, onları tanıdığını bildirdi. Hətta yanında onunla mobil nömrə ilə əlaqə saxladı. Daha sonra Elşənlə əlaqə yaradanda Koroğlu metrostansiyası yaxınlığında yerləşən “Bravo Supermarketi”nin həyətinə gəlməyini söylədi. O da anası ilə birlikdə maşına baxmağa getmişlər. Anası da maşını bəyənmişdir. Maşın çox səliqəli maşın idi. O zaman onda 28000 manat pul var idi, o, Elşəndən xahiş etmişdir ki, gözləsin, məzuniyyət pulunu, anası da maaşını alandan sonra qalan pulu ona versinlər. Elşən isə maşının anasının maşını olduğunu, qardaşının da şəhid olduğunu bildirmişdir. Guya ki, qardaşı şəhid olub deyə anası maşını sürə bilmir, buna görə maşını satır və əldə etdiyi pulu tağım komandiri rütbəsi almaq üçün istifadə edəcək. Bundan 5 gün sonra zəng vurdu və maşını almağını soruşdu. Elşən ona bildirdi ki, Keşlə qəsəbəsində xəstəxananın yanında evlərinin qabağına gəlsin. Xüsusilə bildirir ki, pul anasında idi deyə anası ilə birlikdə getmişdir. Elşən ona qeyri-iş günü olduğu üçün notariusun işləmədiyini, buna görə maşını sürmək üçün anasından etibarnamə alacağını söyləmişdir. 8 noyabr 2022-ci il tarixində ona maşını verəcəyini, alğı-satqını notarius açıldıqdan sonra edəcəyini söylədi. Elşənin nömrəsini “Getcontact” tətbiqində yazanda adının polis əməkdaşı olaraq yazıldığını görmüşdür. Noyabrın 8-i Elşənə evin həyətinə getməyi, pulu ona orada verəcəyini söyləmişdir. 10 noyabr 2022ci il tarixində işlərilə əlaqədar işdən çıxa bilməmişdir. Elşən anasının Mərkəzi Klinikada həkim olduğunu, buna görə onun da gələ bilmədiyini söylədi. 11 noyabr 2022-ci il tarixində günorta saatlarında anasının gələ bilmədiyini, etibarnaməni öz adına alaraq verəcəyini söylədi. Guya ki, şəhid ailəsidir deyə o, razılaşmışdır. Ondan texniki pasportu götürüb, ayın 11-i anasından etibarnamə alaraq ona vermişdir. Asan Xidmətə gedəndə məlum oldu ki, etibarnamə ləğv edilib. Noyabr ayının 13-ü “Asan Xidmət”dən çıxıb birbaşa ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X3 evinə getmişlər. Gülnaz xanım oğlundan xəbər almadığını və narahat olduğunu bildirdi. Onlara oğullarını tapmaq üçün 2 gün vaxt verməyini xahiş etdi və əlavə olaraq bildirdi ki, onun üçün əsas oğludur, maşın vacib deyil. Ona bank kartından verməli olduğu pulu birlikdə çıxarmağı, hətta lazım olarsa ipoteka kreditini götürmələri üçün banka belə maşını ilə aparcağını bildirmişdir. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddia edir ki, oğlunu axırıncı dəfə şənbə günü gecə görüb, lakin şənbə günü onların evinə gedəndə oğlundan xəbər ala bilmədiyini dedi. O, avtomobildə bir qadının olduğunu, oğlu Elşənin onu anası olaraq tanıtdığını söyləmişdir. Lakin orada məlum oldu ki, həmin qadın onun anası deyil, münasibətdə olduğu qadın imiş. Daha sonra polis bölməsindən ona zənglər gəlməyə başladı və ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin oğlu barəsində suallar verilməyə başlandı. Gülnaz xanım oğlunun itkin düşməsi ilə bağlı Nizami Rayon 23-cü Polis Bölməsinə deyil, 25-ci Polis Bölməsinə müraciət edib. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh ondan polis bölməsinə şikayət ərizəsi yazıb ki, guya o, vəzifəsindən sui-istifadə etmiş və maşını onların əlindən almışdır. İddiasının təmin edilməsini xahiş etmişdir. 10.Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 ilkin iddianı qəbul etməyib, qarşılıqlı iddianı müdafiə edərək bildirmişdir ki, maşın ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 etibar edilib. Sərəncam vermə ilə bağlı etibarnamədə ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 adı yazılıb. Etibarnamə notarial qaydada təsdiq edilib, lakin daha sonra ləğv edilib. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin oğlu Cavabdeh2 qaçması şübhə doğurur. İddiaçı oğlundan xəbərsiz olduğunu deyir, lakin oğlu “Whatsapp” sosial şəbəkəsində statuslar, şəkillər, videolar paylaşır. Dələduzluq faktı ilə bağlı cinayət işi açılıb və və istintaq davam edir. Cavabdeh1 texniki pasport və etibarnəmə belə verilib. Əmindir ki, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı öz maşınını da versəydi, Elşən onu da aparardı. İş materiallarında pulun verilməsi ilə bağlı videogörüntülər var. Bildirməlidir ki, avtomobillə bağlı alğı-satqı müqaviləsi notarial qaydada təsdiq edilmir, DYP-də təsdiq edilir. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin oğlunun ölkədən giriş-çıxışını əks etdirən bütün məlumatlar sistemdə yerləşdirilib. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin həyat yoldaşının səs yazıları da mövcuddur. Bundan başqa, iş materiallarında pulun verilməsi ilə bağlı kamera görüntüləri var. Habelə pulun verilməsi ilə bağlı digər sübutlar da var. Ehtimal ki, Gülnaz xanımın oğlu pulu çatdırmayıb. Baş etibarnamə isə Orxana Gülnaz xanım tərəfindən verilib. Gülnaz xanım birbaşa Orxana etibarnamə verib. İmzanı isə oğlu çəkib. Nəqliyyat vasitəsinə sərəncam vermək üçün verilən etibarnamə iş materiallarında var. Gülnaz xanım əgər oğluna sürmək üçün əvvəlcə etibarnamə veribsə, yenidən niyə etibarnamə versin ki? Elşən ölkəyə daxil olan zaman saxlanılacaq. Fikrincə, bu məsələdən Gülnaz xanımın əvvəldən xəbəri olub. Qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir. 11.Məhkəmə iclasında cavabdehin vəsatəti əsasında dəvət edilmiş şahid X6 ifadəsində göstərmişdir ki, o, Mənsimov Orxanın anasıdır. Avtomobil onun üçün alınırdı, oğlundan xahiş etmişdir ki, ona maşın axtarsın. Oğlu da maşını Turbo.az saytında görmüşdü. Maşın 31500 manata qoyulmuşdu. Demişdir ki, bir az bahadır, münasib qiymətə maşın tapaq. Elə alındı ki, həmin maşına baxası oldular. Noyabr ayı idi, o, oğlu ilə maşına baxmağa getmiş, maşının içərisi doğurdan da təmiz, səliqəli olmuşdur, heç bir problemi görünmürdü, maşının arxa oturacağını oğlan özü göstərdi, arxa oturacaqda polis forması, ayaqqabısı var idi. Formanın ölçüsünə baxmış, oğlanın ölçüsünə uyğun gəlmişdir. Elşən adlı həmin oğlan özünü polis əməkdaşı kimi təqdim etdi, maşının arxa hissəsini də açıb göstərdi, baqajda da polis ayaqqabısı, şəxsi əşyaları olan çanta var idi, zabit, baş-leytenant forması idi, üç ulduzlu idi. Oğlan hətta polis əməkdaşılarının da adını çəkdi. O demişdir ki, 31500 manatı yoxdur, 30000 verə bilər, 28000 manatını indi verə bilər, qalan isə 2 ay müddətinə pensiyasını, maaşını filan alıb verə bilər, elə ordaca 100 manat beh vermişdir. O, demişdir ki, Zəfər bayramı qarşıdan gəlir, rayona gedəsi idi deyə bu alğı-satqı prosedurlarını bayramdan sonra rayondan qayıdıb edək. O, maşını etibarnamə ilə almaq istəmirdi, alğı-satqı ilə almaq istəyirdi. Oğlan isə dedi ki, o, Şuşaya polis gedəcək, rəis ilə danışıb, maşının pulunu rüşvət kimi ora verəcək, həm də qardaşı guya şəhid olub deyə buradan uzaqlaşmaq istəyir. Oğlan ona dedi ki, 28000 manat indi verərsən. Noyabrı 9-u ya da 10-u idi, oğluna demişdir ki, “bir etibarnamə al, sonra mən gəlim bazar günü maşını öz adımıza keçirərik”. Pul onun özündə olmuşdur. Elşən gecə maşını gətirdi, həyətdə saxladı. Pulu əlbəəl sayıb, oğluna vermişdir ki, Elşənə versin. Hələ onda etibarnamə verilməmişdi. Oğlu aşağı düşdü, pulu əlbəəl verdi, binanın kamera görüntülərinə də düşüb. Pulu qabaq oturacaqda oturub sayıb götürdü. Bazar günü maşını ada keçirmək istəyəndə məlum oldu ki, etibarnamə ləğv olunub. Gülnaz xanımgilə getdikdə, o, Gülnaz xanımla danışmış, sonuncu evə dəvət etmişdir. Evdə Gülnaz xanım, qızı və yoldaşı var idi. Gülnaz xanım ona dedi ki, “maşını alanda bir sahibindən halallıq almazlarmı”. Gülnaz xanımın qızı o da ev almalı imiş deyə əsəbləşmişdir. Gülnaz xanım ona dedi ki, “mən oğlumu o gündən görməmişəm, mənə də pul verməyib, mən maşını satmıram”. Xanımın yoldaşı da dedi ki, “bunlar oğlumun aldatdığı ilk adam deyillər”. Maşını satan oğlan demişdi ki, “maşının 2 açarı var, birini indi gətirmişəm, digərini də gətirəcəm”. O, Gülnaz xanımgilə gedəndə qızı demişdi ki, “maşının1 açarı məndədir, açarı vermirəm, maşın mənimdir”. Xanımın özünün də, yoldaşının da hamısının bu məsələdən xəbəri var idi. 12.Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 11 oktyabr 2023-cü il tarixli, 2(007)-710/2023 saylı qətnaməsi ilə (sədrlik edən-Rauf Əhmədov) ilkin iddianın təmin edilməsi, “Hyundai İX 35” markalı, **-OT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh1 alınaraq, İddiaçı verilməsi, qarşılıqlı iddianın təmin edilməməsi, məhkəmə xərclərinin tərəflərə aid edilməsi qət edilmişdir. İş materiallarında olan: 13.AD 996952 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Hyundai İX 35” markalı, **-OT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı mülkiyyətindədir. 14.“Elektron notariat” Avtomatlaşdırılmış İnformasiya sistemindən xx.xx.2022-ci il tarixli çıxarışın surətindən görünür ki, İddiaçı mülkiyyətində olan “Hyundai İX 35” markalı, **-OT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair xx.xx.2023-cü il tarixədək Cavabdeh2 etibarnamə verərək, həmin nəqliyyat vasitəsini sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək səlahiyyətlərini vermişdir. Qeyd olunan etibarnamə səlahiyyətlərin digər şəxsə verilə bilməsi nəzərdə tutulmuşdur. 15.“Elektron notariat” Avtomatlaşdırılmış İnformasiya sistemindən xx.xx.2022-ci il tarixli (saat 14:41) çıxarışın və eyni tarixli etibarnamənin surətindən görünür ki, Bakı şəhəri 6 saylı notariat ofisində İddiaçı mülkiyyətində olan “Hyundai İX 35” markalı, **-OT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair xx.xx.2023-cü il tarixədək Cavabdeh2 etibarnamə verərək, həmin nəqliyyat vasitəsini sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək səlahiyyətlərini vermişdir. Qeyd olunan etibarnamə səlahiyyətlərin digər şəxsə verilə bilməsi nəzərdə tutulmuşdur. 16.“Elektron notariat” Avtomatlaşdırılmış İnformasiya sistemindən xx.xx.2022-ci il tarixli (saat 16:47) çıxarışın və eyni tarixli etibarnamənin surətindən görünür ki, 5 saylı Bakı Asan xidmət mərkəzində notariat ofisində Cavabdeh2 “Hyundai İX 35” markalı, **-OT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair xx.xx.2023-cü il tarixədək Cavabdeh1 etibarnamə verərək, həmin nəqliyyat vasitəsini sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək səlahiyyətlərini vermişdir. Qeyd olunan etibarnamə səlahiyyətlərin digər şəxsə verilə bilməsi nəzərdə tutulmuşdur. 17.Azərbaycan Respublikası DİN-in BDYPİ-nin Qeydiyyat-imtahan idarəsinin 21 dekabr 2022-ci il tarixli məktubundan və ona əlavə edilmiş komputer çıxarışından görünür ki, “Hyundai İX 35” markalı, **-OT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı adına qeydiyyatdadır, sonuncu dəfə həmin nəqliyyat vasitəsi etibarnamə əsasında xx.xx.2022-ci ildə Cavabdeh1 etibar edilmişdir. 18.İddiaçı ünvan ünvanladığı xx.xx.2022-ci il tarixli, **********597 nömrəli ərizədən görünür ki, o, Bakı şəhəri 6 saylı notariat ofisində İddiaçı mülkiyyətində olan “Hyundai İX 35” markalı, **-OT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair xx.xx.2023-cü il tarixədək Cavabdeh2 verilmiş etibarnaməyə xitam verilməsini xahiş etmişdir. 19.Nizami RPİ-nin İŞ-nin müstəntiqinin 19 iyun 2023-cü il tarixli məktubundan görünür ki, Cavabdeh1 onun 28.000 manat pulunun dələduzluq yolu ilə ələkeçirilməsi barədə müracəti əsasında araşdırma aparılaraq müvafiq qərar qəbul edilmişdir, araşdırma zamanı Cavabdeh2 izahatının alınması üçün istifadəsində olan mobil nömrəsinə zəng çatmadığından, atası Elsevər Rüstəmovla əlaqə saxlanılaraq Cavabdeh2 rayon polis idarəsinə gəlməsi bildirilmişdir. Həmin danışıq zamanı zərurət olmadığından Elsevər Rüstəmovun səsi qeydə alınmamışdır. Elsevər Rüstəmovun səsinin hansı şəraitdə yazılması barədə məlumat yoxdur. 20.xx.xx.2022-ci il tarixli, ********** nömrəli qəbzdən görünür ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 100 manat dövlət rüsumu ödəmişdir. 21.17 fevral 2023-cü il tarixli, 17005 nömrəli qəbzdən görünür ki, Cavabdeh1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 174 manat dövlət rüsumu ödəmişdir.
22. Məhkəmə işin faktiki halları ilə bağlı qeyd etmişdir ki, mübahisə predmeti olan “Hyundai İX 35” markalı, **-OT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı mülkiyyətindədir. Qeyd olunan nəqliyyat vasitəsinə dair xx.xx.2022-ci il tarixdə mülkiyyətçi İddiaçı, oğlu Cavabdeh2 həmin nəqliyyat vasitəsini satması və əldə olunmuş pul vəsaiti hesabına ipoteka yolu ilə mənzil əldə etmək məqsədilə, sonuncuya həmin nəqliyyat vasitəsini sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək səlahiyyətlərini vermişdir. İddiaçının oğlu Cavabdeh2 həmin tarixdə, hazırkı iş üzrə Cavabdeh1 qeyd olunan nəqliyyat vasitəsini satması və əldə olunmuş pul vəsaiti hesabına ipoteka yolu ilə mənzil əldə etmək məqsədilə, sonuncuya həmin nəqliyyat vasitəsini sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək səlahiyyətlərini vermişdir. xx.xx.2022-ci il tarixdə “Hyundai İX 35” markalı, **-OT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi İddiaçı Cavabdeh1 verilmiş etibarnaməyə xitam verilməsi barədə ərizə ilə notariusa müraciət etmiş və notarial qaydada etibarnamə ləğv edilmişdir. 23.Hazırda iddiaçı qeyd olunan nəqliyyat vasitəsinin mülkiyyətində olmasına və yuxarıda qeyd olunan etibarnamənin ləğv edilməsinə baxmayaraq, cavabdehin qanunsuz sahibliyində olmasını və nəqliyyat vasitəsinin sonuncudan alınaraq ona verilməsini xahiş edir. 24.Məhkəmə ilkin iddia tələbinə hüquqi münasibət bildirərək qeyd etmişdir ki, ilkin iddia üzrə iddiaçının iddiasının əsasını təşkil edən hal ondan ibarətdir ki, o, oğluna nəqliyyat vasitəsini satması üçün etibarnamə vermiş, sonuncu nəqliyyat vasitəsinə dair etibarnaməni cavabdehə versə də, bunun müqabilində cavabdehin ona pul verməməsini bildirməsi səbəbindən etibarnaməni ləğv etməsinə baxmayaraq, nəqliyyat vasitəsi ona geri qaytarılmamışdır. Belə ki, mübahisə predmeti olan “Hyundai İX 35” markalı, **-OT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı mülkiyyətindədir, sonuncu nəqliyyat vasitəsinin satılması üçün oğlu Cavabdeh2 etibarnamə vermiş, sonuncu həmin etibarnamə əsasında Cavabdeh1 nəqliyyat vasitəsinə dair yuxarıda qeyd olunan qaydada etibarnamə vermiş, iddiaçı isə həmin etibarnaməni ləğv etdirmişdir. İlkin iddia tələbinə aid hissədə qeyd edilməlidir ki, mübahisə predmeti olan nəqliyyat vasitəsi hal-hazırda iddiaçının mülkiyyətindədir və həmin nəqliyyat vasitəsinin cavabdeh tərəfindən qaytarılmaması mülkiyyətçinin qanunla müəyyən olunmuş qaydada əmlakına, öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququnun pozulmasına səbəb olur. Buna görə də, ilkin iddia tələbi əsaslı olduğundan təmin edilməli, mübahisə predmeti olan “Hyundai İX 35” markalı, **-OT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi mülkiyyətçisi olan iddiaçıya qaytarılmalıdır. 25.Məhkəmə Cavabdeh1 qarşılıqlı iddia tələbi ilə bağlı qeyd etmişdir ki, mübahisə predmeti olan “Hyundai İX 35” markalı, **-OT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi ilkin iddia üzrə İddiaçı ilə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 arasında nəqliyyat vasitəsinin alğısatqına dair hər hansı müqavilə bağlanmamışdır, həmin nəqliyyat vasitəsi hal-hazırda da ilkin iddia üzrə iddiaçının mülkiyyətindədir, mülkiyyətçi qanunvericilikdə nəzərdə tutulmuş qaydada verilmiş etibarnaməni oğlu Cavabdeh2 nəqliyyat vasitəsini almaq istəyən şəxsin pul ödəməməsini bildirməsi səbəbindən notarial qaydada həmin etibarnaməyə xitam verilməsini xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçının həmin nəqliyyat vasitəsinin dəyəri kimi 28000 manat məbləğində pul vəsaitinin qaytarılması ilə bağlı tələbinə münasibətdə məhkəmə qeyd etmişdir ki, həmin pul vəsaitinin mülkiyyətçiyə verilməsi məhkəmə araşdırması zamanı sübuta yetirilməmiş, qarşılıqlı iddia üzrə iddiaçı da həmin pul vəsaitini İddiaçı oğluna verdiyini, ona notarial qaydada verilmiş etibarnamənin də sonuncunun əvəzindən oğlu Cavabdeh2 verdiyini qeyd etmişdir. 26.Məhkəmə işin faktiki hallarını nəzərə alaraq hesab etmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh1 iddiası əsassız olduğundan təmin edilməməlidir.
27. Məhkəmə qarşılıqlı iddiaçının sübut qismində məhkəməyə təqdim etdiyi disk, o cümlədən şahid ifadəsinə münasibətdə isə qeyd etməyi zəruri bilir ki, məhkəmə araşdırması şahid ifadəsində, o cümlədən diskə baxış zamanı mötəbər sübut qismində qəbul edilərək qiymətləndirilə biləcək hər hansı hal aşkar edilməmişdir. 28.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2, 165.1, 165.2, 181.4, 364.1, 365.2, 366.3, 366.4; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 88, 119.1 və 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
29.Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 30.Apellyasiya şikayəti iddia tələbi ilə eyni qaydada əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, xx.xx.2022-ci il tarixli Nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnaməyə əsasən İddiaçı mülkiyyətində olan “Hyundai İX35” minik markalı, ** OT *** dövlət qeydiyyat nişanlı avtomobili bağışlamaq, ipoteka qoymaq sərəncam vermək və digər hərəkətlər etmək səlahiyyətləri ilə Cavabdeh1 etibar etmişdir. xx.xx.2022-ci il tarixli Nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnaməni də İddiaçı nümayəndəsi və oğlu Cavabdeh2 Elsəvər oğlu imzalamışdır. Yəni Cavabdeh2 anası İddiaçı təmsilçisi olaraq onun tapşırığı (maşını satmağı) yerinə yetirib. Hazırki durumda İddiaçı 42 saatdan sonra etibarnaməni ləğv etməyi, onun oğlunun hazırda ölkədən qaçdığını, guya onunla heç bir qaydada əlaqə saxlaya bilmədiklərini qeyd etməkləri burda yalnız onların Mənsimov Orxanı aldatmaq niyətini üzə çıxarır. Kim pulu almamış maşını, maşının qeydiyyat şəhadətnaməsinin əslini təhvil verir? Kim pulu almamış etibarnamə verir? Hesab edir ki, həm İddiaçı həm də Cavabdeh2 hərəktələrində dələduzluğ maddəsinin tərkib əlamətləri vardır. Hüquqi qiyməti ilə bağlı qeyd edir ki, yuxarıda qeyd olunan MM-nin tələblərinə görə İddiaçı avtomobili təmsilçisi vasitəsi ilə sərəncam vermək haqqında etibarnamə ilə ona, Mənsimov Orxana satmışdır, əgər hazırki, dövürdə avtomobili geri tələb edirsə bu halda avtomobilə görə verilmiş 28000 (iyirmi səkkiz min) manat İddiaçı tutularaq ona verilməlidir. Bundan da əlavə qeyd edir ki, İddiaçı 2021-ci ildə oğlu Cavabdeh2 sürmək üçün etibarnamə vermişdir. Hazırki işlə bağlı isə tam sərəncam vermək üçün etibarnamə vermişdir. Bu hal onu təsdiq edir ki, İddiaçı niyyəti Orxan Mənsimova satmaq olmuşdur və onun Cavabdeh2 hərəkətlərindən tam məlumatı olmuşdur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 31.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları 32.Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə etdi, onun məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. 33.Məhkəmə kollegiyasının iclasında cavabdeh İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini qəbul etmədilər, ilkin iddia ərizəsinin məzmunua uyğun izahat verərək, şikayətin təmin edilməməsini xahiş etdilər.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
34.Maddə 152.1.Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 35.Maddə 152.5.Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 36.Maddə 157.2.Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 37.Maddə 181.4.Mülkiyyətçisi olan əmlaka mülkiyyət hüququ başqa şəxs tərəfindən alğı-satqı, dəyişdirmə, bağışlama müqaviləsi və ya bu əmlakın özgəninkiləşdirilməsinə dair digər əqd əsasında əldə edilə bilər. Əgər şəxs beş il fasiləsiz daşınar əşyaya öz mülkiyyəti kimi sahiblik etmişdirsə, o həmin əşyaya mülkiyyət hüququ əldə edir (əldə etmə müddəti). Əgər əldə edən əşyaya vicdansız sahiblik edirdisə və ya sonradan əşyanın ona məxsus olmamasını bilmişdirsə, daşınar əşyanın əldə edilməsi yolverilməzdir. 38.Maddə 364.1.Etibarnamə verilmiş şəxs vəkil edildiyi hərəkətləri şəxsən özü etməlidir. O, etibarnamə ilə buna vəkil edildikdə və ya etibarnaməni verənin mənafelərinin qorunması üçün şəraitin buna məcbur etdiyi halda həmin hərəkətlərin icrasını başqa şəxsə etibar edə bilər. 39.Maddə 365.2.Etibarnamə vermiş şəxs istənilən vaxt etibarnaməni və ya başqasına etibaretməni ləğv edə bilər, etibarnamə verilmiş şəxs isə istənilən vaxt ondan imtina edə bilər. Bu hüquqlardan imtinaya dair razılaşma əhəmiyyətsizdir. 40.Maddə 366.3.Etibarnaməyə xitam verildikdə onun verildiyi şəxs və ya hüquq varisləri dərhal etibarnaməni qaytarmağa borcludurlar. 41.Maddə 366.4.Maddəsinə əsasən, etibarnaməyə xitam verildikdə etibar edilmişi başqasına etibaretmə qüvvədən düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 42.Maddə 14.2.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 43.Maddə 77.1.Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 44.Maddə 88.Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 45.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
46.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 47.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin qarşılıqlı iddianın təmin edilməyən hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qarşılıqlı iddia üzrə iddiaçı qətnaməni həmin hissədə mübahisələndirmiş, digər tərəf qətnamədən apellyasiya şikayəti verməmişdir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
48.Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. 49.Belə ki, işin fakitki halları ondan ibarətdir ki, “Hyundai İX 35” markalı, **-OT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı mülkiyyətindədir, sonuncu nəqliyyat vasitəsinin satılması üçün oğlu Cavabdeh2 etibarnamə vermiş, sonuncu həmin etibarnamə əsasında Cavabdeh1 nəqliyyat vasitəsinə dair yuxarıda qeyd olunan qaydada etibarnamə vermiş, iddiaçı isə həmin etibarnaməni ləğv etdirmişdir. Mübahisə predmeti olan nəqliyyat vasitəsi hal-hazırda cavabdehin mülkiyyətindədir. 50.Mülkiyyətçi qanunvericilikdə nəzərdə tutulmuş qaydada verilmiş etibarnaməni oğlu Cavabdeh2 nəqliyyat vasitəsini almaq istəyən şəxsin pul ödəməməsini bildirməsi səbəbindən notarial qaydada xitam verildiyini bildirmiş, cavabdeh isə nəqliyyat vasitəsinə görə 28000 manat pul verdiyini bildirmiş buna görə qeyd olunan pul məbləğinin geri qaytarılmasını xahiş edir. 51.Məhkəmə Cavabdeh1 qarşılıqlı iddia tələbi ilə bağlı qeyd etmişdir ki, mübahisə predmeti olan “Hyundai İX 35” markalı, **-OT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi İddiaçı ilə Cavabdeh1 arasında nəqliyyat vasitəsinin alğı-satqına dair hər hansı müqavilə bağlanmamışdır, həmin nəqliyyat vasitəsi hal-hazırda da ilkin iddia üzrə iddiaçının mülkiyyətindədir, mülkiyyətçi qanunvericilikdə nəzərdə tutulmuş qaydada verilmiş etibarnaməni oğlu Cavabdeh2 nəqliyyat vasitəsini almaq istəyən şəxsin pul ödəməməsini bildirməsi səbəbindən notarial qaydada həmin etibarnaməyə xitam verilməsini xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçının həmin nəqliyyat vasitəsinin dəyəri kimi 28000 manat məbləğində pul vəsaitinin qaytarılması ilə bağlı tələbinə münasibətdə məhkəmə qeyd etmişdir ki, həmin pul vəsaitinin mülkiyyətçiyə verilməsi məhkəmə araşdırması zamanı sübuta yetirilməmiş, qarşılıqlı iddia üzrə iddiaçı da həmin pul vəsaitini İddiaçı oğluna verdiyini, ona notarial qaydada verilmiş etibarnamənin də sonuncunun əvəzindən oğlu Cavabdeh2 verdiyini qeyd etmişdir. 52.Məhkəmə kollegiyası mübahisələndirilən hissədə məhkəmənin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mülkiyyətçisi olan İddiaçı ilə Cavabdeh1 arasında nəqliyyat vasitəsinin alğı-satqına dair hər hansı müqavilə bağlanmamış, cavabdeh tərəfindən 28000 manat məbləğində pul vəsaitini mülkiyyətçiyə verilməsi iş materiallarının araşdırılması zamanı öz təsdiqini tapmamış, qeyd olunan halı təsdiq edən hər hasnı bir mötəbər sübut təqdim edilməmmişdir. 53.Bu qənaətə gələrkən kollegiya qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. 54.Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. 55.“Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. 56.Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. 57.Beləliklə cavabdehin istinad etdiyi faktlar hər hansı bir mötəbər sübutla öz təsdiqini tapmadığından məhkəmə kollegiyası hesab edir ki, qarşılıqlı iddianın əsassızlığı ilə bağlı məhkəmə düzgün nəticəyə gəlmişdir. 58.Məhkəmə kollegiyasının iclasında həmçinin cavabdehin sübut qismində məhkəməyə təqdim etdiyi diskə baxış keçirilmişdir. Həm diskə baxış və həmçinin şahid ifadəsinə münasibətdə qeyd olunmalıdır ki, qarşılıqlı iddianı təmin edəcək mötəbər sübut kimi qiymətləndirilə bilən hər hansı hal aşkar edilməmişdir. 59.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 60.Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. 61.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsimübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. 62.Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnaməninmübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. 63.Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 372, 382, 384, 392, 393, 402- 403, 404-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
Qət etdi: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 11 oktyabr 2023-cü il tarixli, 2(007)-710/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev
Hakimlər Fuad Abdiyev
Fərrux Qasımov