Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9159/2021 08.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, İddiaçı iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)- 1139/2021 saylı 28 iyul 2021-ci il tarixli qərardadından Cavabdeh2 MMC tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Nəsimi rayon Poçt İdarəsinə, Cavabdeh2 MMC qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Zeynəb ... və Emin Əfəndiyevin qanunsuz hərəkətləri nəticəsində ona dəymiş maddi zərər üçün 1000 manat və mənəvi zərər üçün 1500 manat pulun tutularaq İddiaçı ödənilməsi və ünvanına göndərilən məktubların poçt qutusuna salınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 14.06.2021-ci il tarixli, 2(009)-1139/2021 saylı qətnaməsinə əsasən, iddia qismən təmin edilmişdir. Cavabdeh 26.07.2021-ci il tarixdə apelyasiya şikayəti ilə məhkəməyə müraciət edərək, Səbail Rayon Məhkəməsinin 14.06.2021-ci il tarixli, 2(009)-1139/2021 saylı qətnaməsinin ləğv edilməsini və iddiaçının iddia tələblərinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-1139/2021 saylı 28 iyul 2021-ci il tarixli qərardadı ilə Səbail Rayon Məhkəməsinin 14.06.2021-ci il tarixli, 2(009)-1139/2021 saylı qətnaməsindən Cavabdeh2 MMC tərəfindən verilmiş apelyasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Cavabdeh2 11.08.2021-ci il tarixdə şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Səbail Rayon Məhkəməsinin 28.07.2021-ci il tarixli, 2(009)-1139/2021 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-1139/2021 saylı 12 avqust 2021-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, qərardadının dəyişdirilmədən saxlanılması, şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasında İddiaçı şikayətə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Cavabdeh2 MMC-nin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmiş və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası izahatı dinləyib, iş materiallarını və şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-1139/2021 saylı 28 iyul 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, apelyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş bir aylıq müddətin axımı qətnamənin tərəfə rəsmi təqdim edildiyi vaxtdan başlayır. Mülki işdə olan xəbərnamədən görünür ki, Cavabdeh2 MMC sözügedən qətnaməni 24.06.2021-ci il tarixdə rəsmi qaydada almışdır. Lakin, cavabdeh sözügedən qətnamədən apelyasiya şikayətini 26.07.2021-ci il tarixdə poçt xidmətinə vermiş və 26.07.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər; 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır; 363.2-ci maddəsinə əsasən apellyasiya şikayətinin qaytarılması haqqında qərardad çıxarılır. İş materialları ilə müəyyən edilir ki, Cavabdeh2 MMC məhkəmənin Bakı şəhəri Səbail Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi 14 iyun 2021-ci il tarixli qətnamədən apelyasiya şikayətinin verilməsi müddətini ötürülmüş və buraxılmış prosessual müddətinin bərpa edilməsi barədə ərizə də verilməmişdir. Belə olan halda birinci instansiya məhkəməsi Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 14.06.2021-ci il tarixli, 2(009)-1139/2021 saylı qətnaməsindən Cavabdeh2 MMC-nin verdiyi apellyasiya şikayətini geri qaytarmaqda haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək, qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək, qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Bu halda məhkəmə kollegiya hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-1139/2021 saylı 28 iyul 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-1139/2021 saylı 28 iyul 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Azad İmanov Hakimlər Qürbət Əsgərov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-9159/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9159/2021
08.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver