Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9215/2021 08.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, İddiaçı X1 iştirakı ilə, Bakı şəhər Nərimanov rayon Məhkəməsinin 10 avqust 2021-ci tarixli, 2(005)-1848/2021 saylı qərardadından iddiaçı X3 tərəfindən verilən şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X3 Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, baş vermiş cinayət hadisəsi nəticəsində ona vurulmuş maddi ziyanın əvəzi olaraq 5300 (beş min üç yüz) manat və mənəvi zərərin əvəzi olaraq 2000 (iki min) manat, cəmi 7300 (yeddi min üç yüz) manat məbləğində pul vəsaitinin; ödədiyi 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli 2(005)-1848/2021 nömrəli qətnaməsinə əsasən iddia qismən təmin edilərək, Cavabdeh maddi ziyan 5.300 (beş min üç yüz) manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutulub iddiaçı X2 ödənilməsi, qalan hissədə iddia ərizəsinin təmin edilməməsi qət edilmişdi. Cavabdeh Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli 2(005)- 1848/2021 nömrəli qətnaməsindən 12 iyul 2021-ci il tarixdə apelyasiya şikayəti vermişdir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-1848/2021 saylı, 16.07.2021-ci il tarixli qəardadına əsasən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilmədiyindən, eləcə də apelyasiya şikayəti verilməsi üçün cavabdeh şəxs tərəfindən müddət ötürüldüyündən və müddətin bərpa edilməsinə dair ərizə əlavə edilmədiyindən geri qaytarılmışdır. Cavabdeh 02.08.2021-ci il tarixdə ərizə ilə müraciət edərək, buraxılmış müddətin üzürlü hesab edilərək bərpa olunmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhər Nərimanov rayon Məhkəməsinin 10 avqust 2021-ci tarixli, 2(005)-1848/2021 saylı qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli, 2(005)- 1848/2021 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən apelyasiya şikayətinin verilməsi üçün qanunda nəzərdə tutulan prosessual müddətin buraxılması üzrlü hesab edilərək bərpa edilməsi, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı X3 Bakı şəhər Nərimanov rayon Məhkəməsinin 10 avqust 2021-ci tarixli, 2(005)- 1848/2021 saylı qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini və prosessual müddətin bərpa olunması barədə ərizənin rədd edilməsini xahiş etmişdir. İddiaçı X3 tərəfindən Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 10 avqust 2021-ci tarixli, 2(005)-1848/2021 saylı qərardadından verdiyi şikayət həmin məhkəmənin 19 avqust 2021-ci il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı X3 şikayəti müdafiə edib, təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçını dinləyib, şikayətin dəlillərini araşdırıb, iş materiallarını tədqiq edərək hesab edir ki, iş üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 10 avqust 2021-ci tarixli, 2(005)-1848/2021 saylı qərardadı qanuni və əsaslı olduğundandəyişdirilmədən saxlanılmalı, şikayət təmin edilməməlidir. Belə ki, məəhkəmə cavabdehin həbsdə olmasını nəzərə alaraq, müddətin buraxılmasını üzürlü hesab etmişdir. Azərbaycan Respublikası MülkiProsesssual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyinin tələblərinə düzgün əməl olunmuşdur, ona görə də, məhkəmə qərardadı qanuni və əsaslıdır, onun ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı X3 tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 10 avqust 2021-ci tarixli, 2(005)- 1848/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Xəyal Sarıyev Hakimlər: Namiq Cəfərov Emin Mehdiyev
Məhkəmə qərarları › İş №2(103)-9215/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9215/2021
08.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver