Məhkəmə qərarları › İş №2(103)-9266/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9266/2021

13.10.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9266/2021 13.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 15 iyul 2021-ci il tarixli, 2(003)-2595/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “evə köçürülmə və sair” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Xəzər RİH-nin (keçmiş Əzizbəyov RİH) 2487 sayı 30.12.1999-cu il tarixli sərəncamı ilə ona Şüvəlan qəsəbəsində 877 saylı sahədə fərdi ev tikmək üçün ayrılmış 1200 kv.m torpaq sahəsinə və onun üzərindəki tikiliyə köçürülməsi, Cavabdeh4 ilə Cavabdeh1 arasında bağlanmış müqavilə əsasında həmin torpaq sahəsində və üzərindəki tikilidə quraşdırılmış mühafizə siqnalizasiya sisteminin onların hesabına sökülərək ləğv edilməsi, həmin torpaq sahəsi və üzərindəki evdən Cavabdeh3 və ona məxsus əşyaların çıxarılması, həmin torpaq sahəsi və üzərindəki evdən X1 məxsus olan əşyaların çıxarılması, Cavabdeh1 tərəfindən İddiaçı həmin torpaq sahəsindən istifadə və sahiblik edilməsinə yaradılan maneələrin aradan qaldırılması və hər hansı maneə yaratmağın ona qadağan edilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 15 iyul 2021-ci il tarixli, 2(003)-2595/2021 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki iş apellyasiya məhkəməsinin icraatında olarkən, Bakı Apellyasiya Məhkəməsinə Bakı şəhəri Xəzər rayon Məhkəməsindən məktub daxil olmuş, məktubda cavabdehlərin nümayəndəsi və vəkili X3 tərəfindən ərizə ilə məhkəməyə müraciət edilərək, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 15 iyul 2021-ci il tarixli, 2(003)-2595/2021 saylı qətnaməsinin cavabdehlər Cavabdeh3 və Cavabdeh2 və onların vəkili və nümayəndəsi V.Babalıyevə təqdim edilməməsi bildirilmişdir. Qeyd olunan məsələnin araşdırılması üçün, mülki işin Bakı şəhəri Xəzər rayon Məhkəməsinə göndərilməsi xahiş olunmuşdur. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə sorğuya münasibəti məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar məhkəməyə gəlməmiş və gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün saydı. Məhkəmə kolegiyası iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını və məhkəmə kollegiyasına daxil olan məktubu nəzərdən keçirərək, hesab edir ki, hazırki mülki iş apellyasiya baxışından çıxarılmalı, cavabdehlərin nümayəndəsi və vəkili X3 tərəfindən qətnamənin təqdim olunmaması barədə ərizəyə münasibət bildirilməsi üçün Bakı şəhəri Xəzər rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “evə köçürülmə və sair ” tələbinə dair mülki iş apellyasiya baxışından çıxarılaraq, qərardadda qeyd olunan məsələyə münasibət bildirilməsi üçün Bakı şəhəri Xəzər rayon Məhkəməsinə göndərilsin. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar