Məhkəmə qərarları › İş №2(103)-9325/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9325/2021

16.09.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9325/2021 16.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi ilə, Hakimlər İbayev Vəfaddin Ələm oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh “e1" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı "istehsalat qəzasına görə kompensasiya ödənilməsi və s." tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 27.07.2021-ci il tarixli, 2(001)-3613/2021 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən qanunsuz işdən çıxarmaya, istehsalat xəsarətinə, əlavə iş saatlarına görə kompensasiya olaraq 10.000 manat, dəymiş ziyana görə 10.000 manat, mənəvi ziyana görə 5.000 manat, ümumilikdə 25.000 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra Cavabdeh MMC qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı 25.110 manat məbləğində pulun və mənəvi zərərə görə 15.000 manat məbləğində pulun, habelə ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq Cavabdeh MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3613/2021 saylı, 27.07.2021-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh MMC-yə qarşı “istehsalat qəzasına görə kompensasiya ödənişinin və dəymiş maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Cavabdeh MMC-nin İddiaçı qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi geri qaytarılmışdır. Cavabdeh MMC 09 avqust 2021-ci il tarixdə şikayət verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3613/2021 saylı, 27.07.2021-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 avqust 2021-ci il tarixli, 2(001)- 3613/2021 saylı qərardadı ilə şikayət təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 şikayəti müdafiə edərək, onun təmin olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı şikayətə etiraz edərək, onun təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İş materiallarından görünür ki, 05 may 2021-ci il tarixli məhkəmə iclasında irəli sürülmüş tələblər üzrə tərəflərin mülahizələri aydınlaşdırılmış və bir sıra digər prosessual hərəkətlərin yerinə yetirilməsi üçün məhkəmə iclası təxirə alınmışdır. Başqa sözlə, işin baxılmasına artıq başlanılmış və cavabdeh tərəf yalnız bundan sonra qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Halbuki, həmin mərhələdə cavabdeh tərəfin qarşılıqlı iddia verməsi üçün hər hansı əsasın əmələ gəlməsi müəyyən ediməmişdir. Bu da öz növbəsində Cavabdeh MMC-nin qarşılıqlı iddiasının geri qaytarılmasını şərtləndirmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 155.1-ci maddəsinə əsasən cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia işin baxılmasına başlanana kimi verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 155.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 155.3-cü maddəsinə əsasən qarşılıqlı iddianın verilməsi iddia verilməsinin ümumi qaydaları əsasında həyata keçirilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 156-cı maddəsinə görə qarşılıqlı tələb ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlmişsə, yaxud qarşılıqlı iddianın təmin edilməsi ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırırsa və ya qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqə vardırsa və onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxmaqla nəticələnərsə, hakim qarşılıqlı iddianı qəbul edir. Göstəriənlərə əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, birinji instansiya məhkəməsinin qərardadı qanuni və əsaslı olmuşdur. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı : Şikayət təmin olunmasın. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3613/2021 saylı, 27.07.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar