Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9355/2021 17.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, üçüncü şəxs Turqay Paşazadənin vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “doğum haqqında akt qeydində düzəliş edilməsi barədə” iddiasına dair mülki iş üzrə Yasamal Rayon Məhkəməsinin 13.08.2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Həmin qərardadla qərara alınıb ki, iş üzrə icraata xitam verilsin. Qərardad onunla əsaslandırılıb ki, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxıla bilməz, çünki mübahisə inzibati mübahisədir. İcraata xitam verilməsinin hüquqi əsası kimi Mülki-Prosessual Məcəllənin 261.0.1-ci maddəsinin göstərişinə istinad olunub. Orada qeyd olunub ki, işə məhkəmədə baxılmalı deyildirsə iş üzrə icraata xitam verilir. Şikayətdə tələb olunub ki, qərardad ləğv olunsun. Şikayət təmin edilə bilməz. Belə ki, iddia ərizəsində tələb olunub ki, X1 doğum haqqında akt qeydində olan səhvin düzəldilərək ata haqqında məlumat bölməsində “Səlahəddin” əvəzinə “Rafail” qeydinin icra edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Bu işin aidiyyəti müəyyən edilərkən 2 ərizə növü fərqləndirilməlidir: 1) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizə; 2) vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqan tərəfindən qeydə düzəliş edilməsindən imtina olması ilə bağlı maraqlı şəxslə həmin orqan arasında olan mübahisə üzrə ərizə. 1-ci ərizə ümumi məhkəməyə, 2-ci ərizə isə inzibati məhkəməyə aiddir. Bu barədə izah “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Ali Məhkəmə Plenumunun 10.04.2015-ci il tarixli qərarının 9.1ci bəndində verilib. Hazırkı ərizə 2-ci növ ərizəyə aiddir, çünki iddiaçı ilə qeydiyyat orqanının arasında mübahisə var. 1-ci növə aid olan ərizə o zaman verilir ki, belə mübahisə olmasın. İddia ərizəsindən də görünür ki, iddiaçı qeydin düzgün olmamasının müəyyən edilməsini deyil, qeydə düzəliş edilməsi öhdəliyinin qeydiyyat orqanının üzərinə qoyulmasını tələb edib. Beləliklə, hazırkı mübahisə inzibati mübahisə sayılır. İnzibati-Prosessual Məcəllənin 2.1-ci maddəsinin tələbinə görə inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. İnzibati mübahisəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmə tərəfindən baxıla bilməz. Ona görə də məhkəmə Mülki-Prossesual Məcəllənin 261.0.1-ci maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq üzrə icraata xitam verilməsini qərara alıb. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin olunmasın. Hazırkı iş üzrə Yasamal Rayon Məhkəməsinin 13.08.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-9355/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9355/2021
17.09.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver