Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9379/2021 22.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC və Səbail rayon İcra şöbəsinə (X2 3-cü şəxs qismində cəlb edilməklə) qarşı “əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatın ləğv edilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 18 iyun 2021-ci il tarixli 2(009)-703/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 MMC və Səbail rayon İcra şöbəsinə (X2 3-cü şəxs qismində cəlb edilməklə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus ünvan 1 ünvanında yerləşən 0,06 ha torpaq sahəsinin bazar dəyərinin müəyyən edilməsi barədə Cavabdeh1 MMC-nin 14 noyabr 2020-ci il tarixli QR 2745 nömrəli rəyinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Səbail rayon Məhkəməsinin 18.10.2019-cu il tarixli qətnaməsinə əsasən ondan 150.000 ABŞ dolları məbləğində borc və 300 ABŞ dolları məbləğində dəbbə pulu tutularaq X1 ödənilməlidir. Cavabdeh1 MMC-nin ona məxsus ünvan 2 ünvanında yerləşən 0,06 ha torpaq sahəsinin bazar dəyərinin 60.000 manat məbləğində qiymətləndirilməsinə dair hesabatı həqiqi bazar qiymətini əks etdirmədiyindən ləğv edilməlidir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 18 iyun 2021-ci il tarixli 2(009)-703/2021 saylı qətnaməsi ilə iddia təmin edilməmiş, ödənilən dövlət rüsumunun iddiaçının özünə aid edilməsi, ekspertiza tədqiqatının dəyəri olan 150 manat məbləğində pul vəsaitinin İddiaçı tutulub "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətində göstərilmişdir ki, qətnamə qanunsuz və əsassızdır. İddia ərizəsində qiymətləndirmənin düzgün aparılmadığını və pozuntulara yol verildiyini qeyd etmiş olsa da, məhkəmə bu dəlillərə münasibət bildirməmiş, qiymətləndirmə keçirməklə kifayətlənmişdir, lakin qiymətləndirici tərəfindən torpaq sahəsinə baxış keçirilməmişdir və istədikləri qiyməti yazmışlar. Həmin torpaq sahəsinin qiyməti rəydə göstərilən qiyməti əks etdirmir, dəyəri həmin qiymətdən kifayət qədər bahadır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış digər tərəflər (nümayəndələri) məhkəməyə gəlmədiklərinə görə, işə onların (nümayəndələrinin) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməklə, iddia tələbi təmin edilməlidir. İşin müəyyən edilmiş hallarına əsasən Səbail Rayon Məhkəməsinin 18.10.2019-cu il tarixli qətnaməsinə əsasən, İddiaçı 150.300 ABŞ dolları məbləğində borcun tutularaq X1 ödənilməsi qət edilmişdir. Səbail rayon İcra və probasiya şöbəsinin sifariş məktubu əsasında Cavabdeh1 MMC-nin 14.11.2020-ci il tarixli “Qiymətləndirmə rəyi” ilə İddiaçı məxsus olan ünvan 2 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi 60.000 manata qiymətləndirilmişdir. “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun 5-ci maddəsinə əsasən məhkəmə hökmünün və ya qərarının təmin edilməsi məqsədi ilə əmlakın qiymətləndirilməsinə zərurət olduqda əmlakın məcburi qaydada qiymətləndirilməsi aparılır. Həmin Qanunun 7-ci maddəsinə görə, qiymətləndirmə nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Nazirlər Kabineti) müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır. Həmin Qanunun 8-ci maddəsinə əsasən qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. Birinci instansiya məhkəməsinin qərardadı ilə İddiaçı məxsus torpaq sahəsinin qiymətləndirilməsi məqsədilə iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş və ekspertizanın aparılması "xxxx" MMC-yə həvalə edilmiş, ƏEM/M 34-493/21 saylı ekspert rəyində torpaq sahəsinin 2020-ci il üçün orta bazar dəyərinin 60.000, likvid dəyərinin isə 48.000 manat olduğu göstərilmişdir. İddiaçı həmin rəylə razılaşmayaraq, apelyasiya şikayətində torpaq sahəsinin dəyərinin rəydə göstərilən qiymətdən kifayət qədər yüksək olduğunu göstərmişdir. Apelyasiya şikayətinin qeyd olunan dəlilinin araşdırılması məqsədi ilə Bakı Apelyasiya Məhkəməsinin 18.10.2021-ci il tarixli qərardadı ilə yenidən qiymətləndirilmə keçirilmiş və "xxxx" MMC-nin 12.11.2021-ci il tarixli qiymətləndirmə hesabatına əsasən ünvan 2 ünvanında yerləşən torpaq sahəsinin 12 noyabr 2021-ci il tarixə hesablanmış bazar dəyəri 92000 manat, likvid dəyəri isə 79000 manat təşkil etmişdir. Məhkəmə Kollegiyası iş üzrə sübutlara, müəyyən edilmiş hallara qiymət verərək birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Göründüyü kimi mübahisələndirilən Cavabdeh1 MMC tərəfindən torpaq sahəsi 60.000 manata qiymətləndirilmişdir, "xxxx" MMC tərəfindən torpaq sahəsinin 2020-ci il üçün orta bazar dəyərinin 60.000, likvid dəyərinin 48.000 manat olduğu müəyyyən edilmiş, apelyasiya baxışı zamanı keçirilmiş qiymətləndirmə nəticəsində isə torpaq sahəsinin 2021ci ilə bazar dəyəri 92000 manat, likvid dəyəri 79000 manat təşkil etmişdir. Göründüyü kimi qiymətlər arasında kəskin fərq olmuşdur. Kollegiya hesab edir ki, mübahisələndirilən Cavabdeh1 MMC tərəfindən tərtib edilmiş 14.11.2020-ci il tarixli “Qiymətləndirmə rəyi” ilə torpaq sahəsinə qoyulmuş qiymət real qiyməti əks etdirmir, həmçinin Kollegiya nəzərə alır ki, mübahisəli torpaq sahəsinin yerləşdiyi ərazidə torpaq sahələrinin qiymətinin yüksək olması internet resurslarından da aşkar şəkildə müəyyən edilir. Ona görə də müəyyən edilmiş məbləğ həqiqəti əks etdirməməklə, real hesab edilmir. Belə olan halda Kollegiya hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmə xərcləri ilə bağlı Kollegiya hesab edir ki, "xxxx" MMC tərəfindən aparılmış tədqiqatın dəyəri 150 manat onun özünə, "xxxx" MMC tərəfindən aparılmış tədqiqatın dəyəri 300 manat isə iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apelyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-703/2021 saylı iş üzrə 18 iyun 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və yeni qətnamə çıxarılmaqla iddia tələbi təmin edilsin. İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən 0,06 ha torpaq sahəsinin bazar dəyərinin müəyyən edilməsi barədə Cavabdeh1 MMC-nin 14 noyabr 2020-ci il tarixli QR 2745 nömrəli rəyi ləğv edilsin. "xxxx" MMC tərəfindən aparılmış tədqiqatın dəyəri 150 manat onun özünə aid edilsin. "xxxx" MMC tərəfindən aparılmış tədqiqatın dəyəri 300 manat İddiaçı tutularaq "xxxx" MMC-nin hesabına (VÖEN:**********; Hesab №AZ33İBAZ********************; Bank: "xxxx" ASC Yasamal filialı, kod 805562; VÖEN:**********; Müxbir hesab:AZ03NABZ********************; SWİFT BİK:İBAZAZ2X) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-9379/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9379/2021
22.11.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver