Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9386/2021 17.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), İbayev Vəfaddin Ələm oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balaban Nərgiz Cəlaləddin qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “daşınmaz əmlaka dair verilmiş “Reyestrdən çıxarışın” etibarsız hesab edilməsi və sair tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 04 avqust 2021-ci il tarixli qərardaddan iddiaçının verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçının cavabdehə qarşı irəli sürdüyü “daşınmaz əmlaka dair verilmiş “Reyestrdən çıxarışın” etibarsız hesab edilməsi və sair tələbi barədə” iddia ərizəsinin icraata qəbulu məsələsinə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 04.08.2021-ci il tarixli qərardadı ilə iddia ərizəsini qaytarılmasını qərara almışdır. Qərardad onunla əsaslandırılmışdır ki, iddia ərizəsində cavabdeh kimi göstərilmiş Cavabdeh yaşayış yeri üzrə qeydiyyatda olan ünvanı ünvan 1baycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 35.1-ci maddəsinə uyğun olaraq Binəqədi Rayon Məhkəməsinə verilməlidir. İddiaya Səbail Rayon Məhkəməsi tərəfindən baxıla bilməz. İddiaçı həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək, qərardadın ləğv edilməsini və iddia ərizəsinin icraata götürülməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən cavabdehə irəli sürülmüş tələbdən biri cavabdehin mübahisəli olan və ünvan 2 ünvanda yerləşən iki mərtəbəli qeyriyaşayış sahəsindən çıxarılmasından ibarətdir ki, həmin tələb MPM-nin 39.1-ci maddəsinin təsiri altına düşür. Belə ki, həmin maddənin mənasına görə, tikintiyə, qurğuya, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Belə olan halda iddiaya Səbail Rayon Məhkəməsi tərəfindən baxılmalıdır. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 09.08.2021-ci il tarixli qərardad ilə şikayəti təmin etməmiş, barəsində şikayət verilmiş qərardadı dəyişdirmədən saxlayaraq baxılması üçün şikayəti, mülki işlə birlikdə, Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) hesab edir ki, Rayon Məhkəməsinin qərardadından verilən şikayət qismən təmin edilməli, qərardad ləğv edilməli və iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş həmin Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iddia tələbindən görünür ki, iddiaçı, ünvan 3 ünvanında yerləşən 2 mərtəbəli 1567.8 kv.m qeyri-yaşayış sahəsinin 491 kv.m hissəsinin cavabdehin mülkiyyətində olması ilə bağlı verilmiş “Reyestrdən çıxarışın” etibarsız hesab edilməsi və cavabdehin həmin qeyri-yaşayış sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə bildirir ki, MPM-nin 39.1-ci maddəsinin mənasına görə, tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Hazırki iş üzrə iddiaçı tərəfindən cavabdehə qarşı irəli sürülmüş iddia artıq yuxarıda qeyd edildiyi kimi, mübahisəli qeyri-yaşayış sahəsinin cavabdehin qeyri-qanuni sahibliyindən götürülməsindən ibarətdir ki, bu iddia tələbi MPM-nin 39.1-ci maddəsində nəzərdə tutulmuş iddialara aiddir və belə olana halda iddiaya Səbail Rayon Məhkəməsi tərəfindən baxılmalıdır. Səbail Rayon Məhkəməsi iddia ərizəsinin qaytarılması barədə qərardad qəbul etməklə, habelə həmin qərardaddan verilmiş şikayəti təmin etməməkdə iş üzrə səhv nəticəyə gəlmişdir. Məhkəmə, apellyasiyanın nəticələrinə və MPM-nin 398-ci maddəsində təsbit olunmuş səlahiyyətlərinə əsaslanaraq hesab edir ki, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qərardad ləğv edilməli və iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş həmin Rayon Məhkəməsinə göndərilməldiir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 397, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 04 avqust 2021-ci il tarixli qərardad ləğv edilsin. İddiaçı Cavabdeh qarşı “daşınmaz əmlaka dair verilmiş “Reyestrdən çıxarışın” etibarsız hesab edilməsi və sair tələbi barədə” iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş Səbail Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilmir.
Məhkəmə qərarları › İş №2(103)-9386/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9386/2021
17.09.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver