Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9413/2021 30.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1 iştirakları ilə, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı ("xxxx" MMC və Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) «domen adının qeydiyyatının ləğv olunaraq iddiaçının adına qeydiyyata alınması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 09 iyul 2021-ci il tarixli, e-2(006)-4449/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı « domen adının qeydiyyatının ləğv olunaraq iddiaçının adına qeydiyyata alınması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin istifadəsində olan «ulduzum.az» domen adının qeydiyyatının Cavabdeh adından ləğv edilərək İddiaçı MMC-nin adına qeydiyyatdan keçirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 09 iyul 2021-ci il tarixli, e-2(006)-4449/2021 saylı qətnaməsinə əsasən İddiaçı MMC-nin Cavabdeh qarşı (“Netvork Technologies MMC mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «domen adının qeydiyyatının ləğv olunaraq iddiaçının adına qeydiyyata alınması» tələbinə dair iddiası rədd edilmiş, ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Mülki işin apellyasiya instansiyasında baxışı zamanı iddiaçının nümayəndəsi Ələmov Elvin Dadaş oğlu məhkəməyə ərizə təqdim edərək apellyasiya şikayətinin geri qaytarılmasını və apellyasiya icraatına xitam verilməsini xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş digər tərəflər məhkəmə kollegiyasının iclasında iştirak etmədiklərindən və səbəbləri barədə məhkəməyə məlumat vermədiklərindən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, iddiaçının vəkili-nümayəndəsi Nümayəndə apellyasiya şikayətindən imtina barədə ərizəsi qəbul edilməli və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 09 iyul 2021-ci il tarixli, e-2(006)-4449/2021 saylı qətnaməsindən verilmiş apellyasiya şikayəti üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual-Məcəlləsinin 369.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Qeyd olunan Məcəllənin 369.4-cü maddəsinə əsasən, şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla şikayətdən imtina etmiş şəxslərə münasibətdə apelyasiya icraatına xitam verir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 369.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, İddiaçı MMCnin Cavabdeh qarşı «domen adının qeydiyyatının ləğv olunaraq iddiaçının adına qeydiyyata alınması» tələbinə dair mülki iş üzrə iddiaçının vəkili-nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətindən imtina barədə ərizə qəbul edilməli, apellyasiya şikayəti üzrə icraata xitam verilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 369, 263-264, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ İddiaçının vəkili-nümayəndəsi Nümayəndə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 09 iyul 2021-ci il tarixli, e-2(006)-4449/2021 saylı qətnaməsindən verilmiş apellyasiya şikayətindən imtina barədə ərizəsi qəbul edilsin. Bakı şəhəri Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 09 iyul 2021-ci il tarixli, e-2(006)- 4449/2021 saylı qətnaməsindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilsin. Qərardaddan kassasiya qaydasında şikayət verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-9413/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9413/2021
30.11.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver