Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9420/2021 14.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi: Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi X1, nümayəndələri və vəkilləri Vəkil2 və X5, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1, Cavabdeh2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X12 nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 noyabr 2018-ci il tarixli, 2(005)- 4443/2018 saylı qətnaməsindən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı ilk iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (hazırda adı dəyişdirilmiş və Cavabdeh2 MMC kimi qeydiyyata alınmışdır) nizamnamə kapitalının 50% payçısı kimi, MMC-nin balansında olan bütün əmlakların nizamnamə kapitalındakı 50% təsis payına uyğun naturada bölünməklə onun mülkiyyətinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda, cavabdehlər Cavabdeh1 və MMC ilk iddia ilə birlikdə baxılmaq üçün İddiaçı qarşı qarşılıqlı iddia və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X15 İddiaçı qarşı müstəqil iddia irəli sürərək, İddiaçı MMC-də iştirakına xitam verməklə dövlət reyestrində müvafiq dəyişikliklər edilməsi və İddiaçı 6.184.633,23 manatın tutularaq MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 noyabr 2018-ci il tarixli, 2(005)- 4443/2018 saylı qətnaməsi ilə ilk iddianın rədd edilməsi, qarşılıqlı və müstəqil iddianın qismən təmin edilməsi, İddiaçı 6.184.633,23 manatın tutularaq MMCyə ödənilməsi, cavabdeh İddiaçı Cavabdeh2ndə iştirakına xitam verilməsi, qarşılıqlı və müstəqil iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunaraq, ona qarşı irəli sürülmüş iddiaların rədd, ilk iddianın isə təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinə əsasən mülki işə baxmış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi 26.02.2019-cu il tarixli qətnamə ilə apellyasiya şikayətinin qismən təmin edilməsi, qətnamənin qismən, yəni qarşılıqlı və müstəqil iddialara aid hissədə ləğv edilməsi, qarşılıqlı və müstəqil iddiaların rədd edilməsi, qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Həmin qətnamədən iş üzrə İddiaçı ayrıca, cavabdehlər və üçüncü şəxsin isə birgə verdikləri kassasiya şikayətlərinə əsasən mülki işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının iş üzrə qəbul etdiyi 03.07.2019-cu il tarixli qərarı ilə İddiaçı kassasiya şikayətinin təmin edilməməsi, cavabdehlərin və üçüncü şəxsin kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin qətnaməsinin ləğv edilməsi və yenidən baxılması üçün işin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara almışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 avqust 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı apelyasiya şikayəti təmin edilməmiş və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 noyabr 2018-ci il tarixli, 2(005)-4443/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı nümayəndəsi kassasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 02.08.2021-ci il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 avqust 2020-ci il tarixli qətnaməsi ləğv edilərək, iş yeni apelyasiya baxışına qaytarılmışdır. Göstərilən səbəbdən Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyası tərəfindən iddiaçının apellyasiya şikayətinə əsasən mülki işə yenidən baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kollegiya qeyd edilən prosessual qanunvericilikdə göstərilənlərə əsasən hesab edir ki, hazırki apelyasiya baxışının həddi iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə münasibətdə birinci instansiya məhkəməsinin qətnaməsinin qarşılıqlı iddianın təmin edilməsi hissəsində yoxlanılması ilə aparılır. Birinci instansiya məhkəməsinin qətnaməsinin ilk iddianın təmin olunmayan hissəsi hazırki apelyasiya baxışında yoxlanılmır. Kollegiya hazırki apelyasiya baxışının həddini müəyyən edərkən İddiaçı birinci kassasiya şikayətinin (ilk iddianın təmin edilməyən hissəsindən) hazırki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 03.07.2019-cu il tarixli qərarı ilə təmin edilməməsini və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 02.08.2021-ci il tarixli qərarı ilə iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin yalnız qətnamənin qarşılıqlı iddia hissəsində yoxlanılmasını nəzərə almışdır. İddiaçı qətnamədən verdiyi apelyasiya şikayətində işin faktiki hallarını göstərək, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyənləşdirilmədiyini, sübutlara qanunvericiliyin tələblərinə uyğun qiymət verilmədiyini, maddi və prosessual hüquq normalarının tələblərinin pozulmasını qeyd edərək, qətnamənin ləğv edilməsi, ilkin iddianın təmin edilməsi, qarşılıqlı iddianın rədd edilməsini xahiş etmişdir. İddiaçının vəkilləri (nümayəndələri) Vəkil2 və X8, habelə nümayəndəsi (övladı) X2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verdilər. İş üzrə cavabdehlərin və üçüncü şəxsin vəkili (nümayəndəsi) Vəkil1 apellyasiya baxışında iştirak edərək şikayətin dəlillərinə etiraz etdi və həm qarşılıqlı, həm də müstəqil iddiaların məzmununa, habelə birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslarına və iddia tələblərindən qismən imtina etmələri barədə kollegiyaya təqdim etdiyi ərizəsinin əsaslarına uyğun izahat verdi. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, qarşılıqlı iddianın təmin olunan hissəsində ləğv edilməli və həmin hissədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, iş üzrə cavabdehlər və üçüncü şəxsin iddiaları belə əsaslandırılmışdır ki, MMC-nin hazırda 3 səhmdarı var. MMC-nin səhmlərinin 50%-i Türkiyə Respublikasının vətəndaşı Nurettin Cengizə, 25%-i Cavabdeh1, digər 25%-i isə İddiaçı məxsusdur. İddiaçı digər payçıların etibarından sui-istifadə edərək MMC-nin ümumilikdə 7.333.517,08 manat pulunu mənimsəmiş və israf etmiş, o cümlədən 5.032.428,13 manatını isə MMC-nin kassasından nağd qaydada heç bir sənədləşmə aparmadan çıxardaraq ələ keçirmişdir. İddiaçı ilk iddiası tam əsassızdır. Belə ki, İddiaçı yuxarıda qeyd edilən alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə iddia ilə Nərimanov Rayon Məhkəməsinə müraciət etmiş, onun iddiası əsassız hesab edilərək rədd edilmişdir. İddiaçı əsassız iddialarla məhkəməyə müraciət etməsinin səbəbi MMC-də faktiki rəhbərliyi həyata keçirdiyi dövrdə mənimsədiyi vəsaiti qaytarmamaq üçün təzyiq və təsir vasitəsidir. İddiaçı payının məbləği 1.148.883,85 manatdır. İddiaçı MMC-yə vurduğu zərərin həcminin bir hissəsinin müqabilində o, MMC-nin təsisçilərinin siyahısından çıxarılmalı və yerdə qalan 6.184.633,23 manat isə MMC-yə ödənilməlidir. "xxxx" MMC-nin 19.05.2006-cı ildə təsdiq edilmiş “Nizamnaməsindən” görünür ki, cəmiyyətin təsisçiləri (Türkiyə Respublikasının vətəndaşı) X15 və (Azərbaycan Respublikasının vətəndaşı) İddiaçıdur. "xxxx" MMC-nin nizamnaməsinə edilmiş 30.10.2017-ci il tarixli dəyişiklikdən görünür ki, cəmiyyətin təsisçiləri N.Cengiz, İddiaçı və Cavabdeh1dır. MMC-nin nizamnaməsinə edilmiş 01.02.2018-ci il tarixli dəyişiklikdən görünür ki, cəmiyyətin nizamnaməsinin titul vərəqində və mətnində adı Cavabdeh2 MMC kimi oxunsun. Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin X11 Qeydiyyatı İdarəsinin məktubundan görünür ki, İdarəyə daxil olmuş MMC-nin adının dəyişdirilməsindən sonra təsisçilərin və onların nizamnamə kapitalındakı paylarının miqdarında hər hansı dəyişikliyin olub-olmaması, cəmiyyətin təsisçiləri və onların nizamnamə kapitalındakı payları barədə məlumatların təqdim edilməsinə dair müraciət baxılaraq bildirilmişdir ki, cəmiyyətin təsisçilərinin ümumi yığıncağının 29.01.2018-ci il tarixli qərarı ilə "xxxx" MMC-nin adı dəyişdirilərək Cavabdeh2 MMC kimi müəyyən edilmişdir və müvafiq dəyişiklik 01.02.2018-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Həmçinin bildirilir ki, idarədə olan reyestrdə Cəmiyyətin adının dəyişdirilməsindən məlumat aşkar edilməmişdir. Eyni zamanda bildirilmişdir ki, İdarədə olan reyestrə əsasən Cəmiyyətin təsisçiləri və onların nizamnamə kapitalındakı payları aşağıdakı kimidir: Cavabdeh1 – 2.500 ABŞ dolları, 25 pay, 25% pul şəklində; İddiaçı – 2.500 ABŞ dolları, 25 pay, 25% pul şəklində; N.Cengiz (Türkiyə Respublikası) – 5.000 ABŞ dolları, 50 pay, 50% pul. Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin MMC-nin direktoru X4 ünvanladığı 30.10.2018-ci il tarixli məktubundan görünür ki, idarəyə daxil olmuş MMC-nin təsisçisi İddiaçı və digərləri tərəfindən cəmiyyətə külli miqdarda ziyan vurulması barədə müraciəti üzrə araşdırma aparılmış və nəticədə material üzrə vəzifəli şəxs tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə cinayətinin tərkib əlamətləri olduğundan fakta görə Azərbaycan Respublikasının CM-nin 308.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. "xxxx" MMC-nin 08.05.2018-ci il tarixli müstəqil auditorun hesabatından görünür ki, 2011-2015-ci illər ərzində İddiaçı tərəfindən kassadan 503.242.813 manat götürülməsi əks olunur. Həmin məbləği təsdiq edən ilkin sənədlər araşdırmaya təqdim olunmamışdır. Hüquqi qiymət verilməsi üçün hüquq mühafizə orqanları tərəfindən araşdırılması zərurəti yaranmışdır. MMC-nin təsisçilərinin ümumi yığıncağının 07.09.2018-ci il tarixli protokolundan görünür ki, iclasda MMC-nin 50% təsisçi payı sahib C.Nurettinin nümayəndəsinin rəsmi müraciətinə əsasən MMC-nin maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrini əks etdirən Auditorlar Palatasının lisenziyası əsasında fəaliyyət göstərən "xxxx" MMC tərəfindən aparılmış audit yoxlaması barədə rəyin və MMC-nin fəaliyyət göstərdiyi dövrdən 2017-ci ilin avqust ayınadək olan dövrün maliyyə-təsərrüfat vəziyyəti müzakirə edilmişdir. İclasa 25% təsisçi payına sahib İddiaçı rəsmi məktubda müraciət olunsa da onun adından iştirak edən olmamışdır. İclasda qərara alınmışdır ki, İddiaçı tərəfindən mənimsənilmiş vəsaitlərin MMC-nin kassasına geri qaytarılması üçün tədbirlər görülsün; İddiaçı MMC-də iştirakına xitam verilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət olunsun, MMC-nin borclarının ödənilməsi üçün onun daşınar və daşınmaz əmlaklarından istifadə edilsin; (icarəyə verilməsi, özgəninkiləşdirilməsi və s. Formada); MMC-nin sahibkarlıq 07.09.2019-cu il tarixədək dayandırılsın. Beləliklə, işdə olan sənədlərdən görünür ki, cavabdeh MMC (əvvəlki adı "xxxx") 19.05.2006-cı il tarixdə dövlət qeydiyyatına alınmışdır. İddiaçı, MMC-nin hüquqi varisi olduğu "xxxx" Firmasının 1995-ci ildən təsisçisi və 50% payçısı olmuşdur. 25.10.2017-ci il tarixdə iddiaçının MMC-də olan payının Cavabdeh1 2.500 ABŞ dollarına satılması barədə "xxxx" bağlanmışdır. Hazırda MMC-nin təsisçiləri və onların nizamnamə kapitalındakı payları aşağıdakı kimidir: İddiaçı – 2.500 ABŞ dolları, 25 pay, 25%, pul şəklində; Cavabdeh1 – 2.500 ABŞ dolları, 25 pay, 25%, pul şəklində; N.Cengiz- 5.000 ABŞ dolları, 50 pay, 50%, pul şəklində. İş üzrə İddiaçı mövqeyinə görə, 25.10.2017-ci il tarixdə onunla Cavabdeh1 arasında formal və uydurma olaraq “Payın alğı-satqısı müqaviləsi” bağlanmışdır. Cavabdeh1 tərəfindən formal da olsa, MMC-nin 25% təsis payı alındıqdan sonra o (İddiaçı), MMC-nin fəaliyyətindən, idarə edilməsindən kənarda saxlanılmış, hətta MMC-nin inzibati binasına və fəaliyyət göstərdiyi yerlərə belə daxil ola bilmir, onun şirkətə daxil olmağına şərait yaradılmır. Cavabdeh1 tərəfindən MMC-nin adı da dəyişdirilmiş, yeni rəhbərlik təyin edilmişdir. Hazırda o, MMC-dən təsis payına uyğun nə divident, nə də MMC-nin maliyyə vəziyyəti və digər məsələlər barədə məlumat ala bilmir. Cavabdehlərin və üçüncü şəxsin iddiaçının dəlillərinə qarşı etirazı ondan ibarətdir ki, 2018-ci ilin yanvar ayına qədər olan dövrdə MMC-nin idarə olunması İddiaçı həvalə edilmişdir. İddiaçı digər payçıların etibarından sui-istifadə edərək MMC-nin ümumilikdə 7.333.517,08 manat məbləğində pulunu mənimsəmiş və israf etmiş, o cümlədən 5.032.428,13 manatını MMC-nin kassasından nağd qaydada heç bir sənədləşmə aparmadan çıxardaraq ələ keçirmişdir. İddiaçı MMC-dən mənimsədiyi vəsait auditor rəyi ilə də öz təsdiqini tapmışdır. Hazırda MMC-nin balans dəyəri 4.595.535,37 manat təşkil edir. İddiaçı hazırda MMC-də olan payının həcmi isə 25%-dir. Balans dəyərinə münasibətdə İddiaçı payının məbləği 1.148.883,85 manatdır. İddiaçının MMC-yə vurduğu zərərin həcminin bir hissəsinin müqabilində o, təsisçilərin siyahısından çıxarılmalı və yerdə qalan 6.184.633,23 manat MMC-yə ödənilməlidir. İş üzrə cavabdehlərin və üçüncü şəxsin iddiasını qismən təmin etmiş Rayon Məhkəməsi, gəldiyi nəticəni cavabdeh tərəfdən təqdim edilmiş "xxxx" MMC-nin 08.052018-ci il tarixli auditor rəyinə əsaslanmışdır. Qeyd edilən rəydən görünür ki, həmin audit araşdırması, Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən verilmiş lisenziya əsasında fəaliyyət göstərən "xxxx" MMCnin auditoru V.Talıbov tərəfindən aparılmışdır; araşdırılan dövr – 01.01.2006-cı il tarixdən 31.07.2017-ci il tarixədək olan dövr; araşdırmanın məqsədi təsisçilərlə hesablaşmaların vəziyyətinin öyrənilməsi olmuşdur. Auditor aşağıdakı nəticəyə gəlmişdir: “Araşdırma nəticəsində 31.07.2017-ci il tarixə 7.333.517,08 manat çatışmazlıq olması müəyyən edildi. 01.01.2006-cı il tarixdən 01.01.2011-ci il tarixədək dövr üzrə həmin dövrdə cəmiyyətə rəhbərlik etmiş şəxslər tərəfindən sənədlərin təqdim edilməməsinə baxmayaraq, 01.01.2011-ci il tarixə cəmiyyətin aktivlərinin 7.335.270,46 manat olması, özlüyündə cəmiyyətin həmin dövrdə mənfəətlə işləməsinə dəlalət etmiş olur. Göstərilmiş səbəbdən 01.01.2011-ci il tarixədək olan dövr üzrə gəlir və xərcləri, həmçinin mənfəətin dəqiq məbləğini təyin etmək mümkün olmadı. Hüquqi qiymət verilməsi üçün hüquq mühafizə orqanları tərəfindən araşdırılması zərurəti yaranır. Nağd pul və ona bərabər vəsaitlərə nağd pulun, mühasibat uçotu qanunlarına uyğun olaraq “kassa mədaxil orderi” və “kassa məxaric orderi” vasitəsi ilə sənədləşdirilməməsi, kassa kitabından istifadə edilməməsi, Cəmiyyət tərəfindən 16.12.2016-cı il tarixli 461-VQ saylı “Nağdsız hesablaşmaların aparılması haqqında” qanunun tələblərinə əməl edilməməsi, 2017-ci il ərzində əmək haqqının nağd şəkildə kassadan ödənilməsi faktlarının hüquqi cəhətdən qiymətləndirilməsi araşdırmanın səlahiyyətləri xaricindədir. Vergi Məcəlləsinə əsasən tədiyələrin hesablanması və ödənilməsi vəziyyətinin, vergi bəyannamələri ilə müqayisəsi ilkin sənədlərin olmaması və araşdırma qarşısında bir vəzifə kimi qoyulmaması səbəbindən tərəfimdən yoxlanılması mümkünsüzdür və ayrıca araşdırma tələb edir. Yuxarıda göstərilən səbəblərdən əməliyyatların qanuniliyinin yoxlanılması mümkün olmaması səbəbindən “cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının 10.02.2009-cu il tarixli 7687 İİİQ №-li Qanununun tələblərinə müvafiq olaraq araşdırma aparılması tövsiyə olunur (mənim vəzifəm yalnız təsisçilər arasında hesablaşmaların araşdırılmasının aparılması olmuşdur”. Sözügedən audit rəyindən görünür ki, audit araşdırmasının aparılması nəzərdə tutulduğu dövr – 01.01.2006-cı il tarixdən 01.01.2011-ci il tarixədəkdir. Lakin MMC-nin həmin dövrdə işləmiş vəzifəli şəxsləri tərəfindən sənədlər saxlanmadığına və araşdırmaya heç bir sənəd təqdim edilmədiyinə görə araşdırma yalnız 01.01.2011-ci il tarixdən 31.07.2017-ci il tarixədək olan dövrü əhatə etmişdir. Bundan başqa, auditin hesabatından həmçinin görünür ki, gəlir və xərcləri təsdiq edən ilkin sənədlər araşdırmaya təqdim edilməmiş, bu səbəbdən həmin məsələ üzrə göstəricilər yalnız kompüter proqram məlumatlarına əsasən qeyd edilmişdir. MMC üzrə malların idxalı, ixracı və satışı ilə bağlı məsələlər üzrə məlumatlar isə MMC-nin mühasib-operatoru X7 və MMC-nin baş anbardarı X3 izahatları əsasında müəyyən edilmişdir. Göründüyü kimi, MMC-nin maliyyə vəziyyəti, maliyyə-təsərrüfat əməliyyatlarının qanuniliyi və sair halların araşdırılmasını aparan audit maliyyə sənədlərinə deyil, kompüter-proqram məlumatlarına, habelə MMC-nin əməkdaşlarının izahatlarına əsaslanmışdır. Bu hal isə özü-özlüyündə auditin gəldiyi nəticəni natamam etməklə yanaşı həmin rəyin doğruluğunu şübhə altına alır. Tərəflər arasındakı mövcud mübahisənin düzgün və ədalətli həlli üçün 01.01.2006- cı il tarixdən 31.07.2017-ci il tarixədək olan dövr ərzində MMC-nin maliyyə vəziyyəti, maliyyətəsərrüfat əməliyyatlarının qanuniliyi və sair halların araşdırılması məqsədilə Bakı Apelyasiya Məhkəməsinin 13.09.2019-cu il tarixli qərardadı ilə iş üzrə məhkəməmühasibatlıq ekspertizası təyin edilmiş və ekspertizanın aparılması məqsədilə MMC-nin 01.01.2006-cı il tarixdən 31.07.2017-ci il tarixədək olan dövrə aid vergi bəyannamələri, vergi yoxlamalarının nəticələrinə dair aktlar, qərarlar və bununla bağlı sair sənədləri (illər üzrə ayrı-ayrılıqda) Azərbaycan Respublikası Vergilər Nazirliyinin Lokal Gəlirlər Baş İdarəsindən götürülməsi barədə qərardad qəbul edərək həmin sənədləri ekspert tədqiqatına təqdim etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin iş üzrə vermiş olduğu 21.05.2020-ci il tarixli 29194 saylı rəylə müəyyən olunmuşdur ki, təqdim edilmiş iş materiallarında olan MMC-nin 01.01.2006-cı il tarixdən 31.07.2017-ci il tarixədək olan dövr üzrə maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanmasına (təsisçilərlə hesablaşmaların vəziyyətinə) dair tərtib edilmiş 28.02.2018-ci il tarixli müstəqil auditor hesabatı və digər sənədlərə əsasən 01.01.2011-ci il tarixdən 31.07.2017-ci il tarixədək MMC-nin mənfəətinin 30.432.432,94 manat (158.627.067,30 (mal, iş və xidmət satışından daxil olma) – 102.446.751,96 (satışın maya dəyəri) – 25.747.882,4 (kommersiya xərci)) təşkil etməsi və 01.01.2011-ci il tarixə cəmiyyətin aktivlərinin 7.335.270,46 manat olması müəyyən olunur. Həmin sənədlər əsasında 30.432.432,94 manat mənfəətin 6.666.59,86 manatının aktivlərin alınmasına, 16.442.456,0 manatının təsisçilərlə hesablaşmalara sərf edilməsi müəyyən olunmaqla, yerdə qalan məbləğin isə hara xərclənməsi barədə hesabatın təqdim edilməməsi müəyyən edilir. Həmçinin iş materiallarında olan MMC-nin 01.01.2006-cı il tarixdən 31.07.2017-ci il tarixədək olan dövr üzrə maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanmasına (təsisçilərlə hesablaşmaların vəziyyətinə) dair tərtib edilmiş 28.02.2018-ci il tarixli müstəqil auditor hesabatı, 2009-2015-ci illər ərzində Türkiyə Respublikasından MMC-nin ünvanına daxil olmuş “uşaq bezləri” yükləri üzrə müvafiq audit araşdırmasına dair tərtib edilmiş 08.05.2018-ci il tarixli müstəqil auditor hesabatı və digər sənədlərə əsasən MMC-də 2011-2015-ci illər ərzində kassadan heç bir sənədləşmə aparılmadan 5.032.428,13 manat məbləğində pul vəsaitinin İddiaçı tərəfindən götürülməsi və 31.07.2017-ci il tarixə 7.333.517,08 manat məbləğində çatışmazlığın olması müəyyən edilir. Ekspert rəyi ilə İddiaçı MMC-yə məxsus olan pul vəsaitini mənimsəməsi və ya başqa qaydada israf etməsi, MMC-nin kassasından heç bir sənədləşmə aparmadan çıxarması faktı təsdiq olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Kollegiya qeyd edilən prosessual qanunvericiliyin tələblərinə əsasən ekspert rəyini işin materialları ilə qarşılıqlı yoxlayıb, qiymətləndirərək həmin eskpert rəyini sübut kimi qəbul edir. Eyni zamanda, kollegiya bildirir ki, Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin MMC-nin direktoru X4 ünvanladığı 30.10.2018-ci il tarixli məktubundan görünür ki, idarəyə daxil olmuş MMC-nin təsisçisi İddiaçı və digərləri tərəfindən cəmiyyətə külli miqdarda ziyan vurulması barədə müraciəti üzrə araşdırma aparılmış və nəticədə material üzrə vəzifəli şəxs tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə cinayətinin tərkib əlamətləri olduğundan fakta görə Azərbaycan Respublikasının CM-nin 308.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 25.11.2019-cu il tarixli sorğuya cavab məktubunda göstərilmişdir ki, Baş İdarənin İstintaq İdarəsində MMC-nin təsisçisi N.Cengizin müraciəti əsasında fakta görə 10.10.2018-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 308.1-ci maddəsi ilə başlanmış cinayət işinin istintaqı aparılır. İstintaq zamanı 31.01.2019-cu il tarixdə mütəxəssisin dəvət olunması haqqında qərar qəbul edilmiş və Binəqədi Rayon Məhkəməsinin 30.10.2018-ci il tarixli qərarına əsasən Vergilər Nazirliyindən MMC-yə dair götürülmüş sənədlər mütəxəssisə rəy verilməsi üçün təqdim edilmişdir. Cinayət işi başlandığı gündən 25.11.2019-cu il tarixədək hər hansı şəxs barəsində təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərar qəbul edilməmişdir. Hazırki apelyasiya baxışında qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi tərəfindən təqdim edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin 04.11.2021-ci il tarixli hökmü ilə müəyyən edilir ki, hazırki mülki iş üzrə iddiaçı həmin hökmlə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 və 213.2.2-ci maddələri ilə təqsirli bilinərək, məhkum edilmişdir. Beləliklə araşdırmanın nəticəsində kollegiya hesab edir ki, qarşılıqlı iddia tələbi qismən əsaslıdır. Kollegiya qarşılıqlı iddia və üçüncü şəxsin iddiası ilə bağlı eləcə də qeyd edir ki, "xxxx" MMC-nin 08.05.2018-ci il tarixli müstəqil auditorun hesabatında və iş üzrə Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ekspert rəyində İddiaçı MMCdən vəsait mənimsəməsi müəyyən edilmişdir. Bundan başqa, İddiaçı və başqaları tərəfindən MMC-yə külli miqdarda ziyan vurulması ilə bağlı Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində vəzifəli şəxs tərəfindən vəzifə səlahiyyətlərindən suiistifadə cinayətinin tərkib əlamətləri olduğundan fakta görə Azərbaycan Respublikasının CM-nin 308.1-ci maddəsi ilə cinayət işi üzrə İddiaçı vəzifə cinayətini törətməkdə təqsirli bilinərək məhkum edilməsi müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, qarşılıqlı iddia tələbi pulun tutulması hissəsində əsaslı olduğundan təmin edilməlidir. Lakin kollegiya qarşılıqlı iddiaçının nümayəndəsinin hazırki apelyasiya icraatında apelyasiya şikayətinə qarşı verdiyi etirazında göstərilənlərə və iddia tələbindən qismən imtina edilməsi barədə kollegiyaya təqdim etdiyi ərizəsində göstərdiklərinə əsasən hesab edir ki, qarşılıqlı iddia tələbindən qismən imtina barədə ərizə qəbul edilməklə, qarşılıqlı iddia tələbi pulun tutulması hissəsində qismən, 5.438.747,76 (beş milyon dörd yüz otuz səkkiz min yeddi yüz qırx yeddi manat yetmiş altı qəpik) manat borcun tutulması hissəsində təmin edilməlidir. Kollegiya qarşılıqlı iddia tələbinin İddiaçı MMC-yə vurduğu zərərin həcminin bir hissəsinin müqabilində Cavabdeh2ndə iştirakına xitam verilməsi barədə tələbə münasibətdə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəllənin 94-cü maddəsinin tələblərinə əsasən iştirakçının şəxsi borcları üzrə tutmanın onun məhdud məsuliyyətli cəmiyyətin əmlakındakı payına yönəldilməsinə yalnız onun başqa əmlakının borclarını ödəməyə kifayət etmədiyi halda yol verilir. Həmin iştirakçının kreditorları məhdud məsuliyyətli cəmiyyətdən tutmanın yönəldilməsi məqsədilə cəmiyyətin əmlakının borclunun nizamnamə kapitalındakı payına uyğun hissəsinin dəyərini ödəməyi və ya bu əmlak hissəsini ayırmağı tələb edə bilərlər. Cəmiyyətin əmlakının ayrılmalı hissəsi və ya onun dəyəri kreditorların tələb irəli sürdükləri məqamda tərtib edilmiş balans üzrə müəyyənləşdirilir. İştirakçının məhdud məsuliyyətli cəmiyyətin əmlakındakı bütün payına tutmanın yönəldilməsi onun cəmiyyətdə iştirakına xitam verir. Həmin Məcəllənin 95-ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin iştirakçısı onun digər iştirakçılarının razılığından asılı olmayaraq istənilən vaxt cəmiyyətdən çıxa bilər. Həmin Məcəllənin 96.1-ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətdən çıxan iştirakçıya, əgər cəmiyyətin nizamnaməsində ayrı qayda nəzərdə tutulmayıbsa, həmin iştirakçının nizamnamə kapitalındakı payına uyğun əmlak hissəsi ödənilir. Çıxan iştirakçının cəmiyyət ilə razılaşmasına əsasən əmlakın dəyərinin ödənilməsi əmlakın naturada verilməsi ilə əvəz edilə bilər. Cəmiyyətin əmlakının çıxan iştirakçıya düşən hissəsi və ya onun dəyəri iştirakçının çıxdığı məqamda tərtib edilən balans üzrə müəyyənləşdirilir. Kollegiya qeyd edilən maddi hüquq normalarının tələblərini nəzərə alıb hesab edir ki, birinci instansiya məhkəməsi İddiaçı MMC-də iştirakına xitam verilməklə təsisçilər siyahısından çıxarılması barədə qarşılıqlı iddia tələbinə qiymət verərkən göstərilən maddi hüquq normalarının tələblərini düzgün tətbiq və təfsir etməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 94-cü maddəsinin mənasından görünür ki, maddi məsuliyyətli cəmiyyətin iştirakçısının şəxsi borcları üzrə tutma o halda onun cəmiyyətin əmlakındakı payına yönəldilə bilər ki, borcu ödəmək üçün iştirakçının başqa əmlakı mövcud olmasın. Yalnız bundan sonra kreditor cəmiyyət iştirakçısının nizamnamə kapitalındakı payına uyğun hissəsinin dəyərini ödəməsi və bu əmlak hissəsinin ayrılmasını tələb edir. Göründüyü kimi, qanunverici təsisçinin şəxsi borcuna tutmanın yönəldilməsi qaydasını müəyyənləşdirir. Kollegiya bununla bağlı qeyd edir ki, qarşılıqlı iddiaçının tələb etdiyi pul məbləği İddiaçı şəxsi borcu kimi yaranmış borc kimi qiymətləndirilə bilməz. Tələb olunan pul məbləği İddiaçı təsisçi kimi MMC-yə faktiki rəhbərliyi həyata keçirərkən Cəmiyyətə məxsus pul vəsaitini qanunsuz olaraq götürməsi və Cəmiyyətə qaytarmaması səbəbindən yaranmış zərərdir. Bu səbəbdən kollegiya hesab edir ki, İddiaçı cəmiyyətə vurduğu zərəri həm öz əmlakları, həm də Cəmiyyətdə mövcud olan təsis payına mütənasib ödəməlidir. Göstərilənlərə əsasən kollegiya pulun tutulması barədə qarşılıqlı iddia tələbinin qismən əsaslı olması və İddiaçı pulun tutulmalı olması qənaətinə gəldiyindən, yuxarıda qeyd edilmiş maddi hüquq normalarının tələblərini nəzərə alıb hesab edir ki, tutulmalı olan pul məbləğlərinin icra qaydası müəyyənləşdirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.6-cı maddəsinə əsasən məhkəmə qətnamənin icra qaydası və müddətini müəyyən etdiyi və ya onun icrasının təmin edilməsi üçün tədbirlər gördüyü hallarda, bunu qətnamənin nəticə hissəsində göstərməlidir. Kollegiya qeyd edilənlərə əsasən belə nəticəyə gəlir ki, qarşılıqlı iddia pul tələbi hissəsində qismən təmin edilməklə, İddiaçı 5.438.747,76 (beş milyon dörd yüz otuz səkkiz min yeddi yüz qırx yeddi manat yetmiş altı qəpik) manat borc pul , Cavabdeh2 xeyrinə tutulmalı, tutma İddiaçı əmlaklarına yönəldilməli, İddiaçı əmlakları kifayət etmədikdə, tutma onun Cavabdeh2 MMC-dəki payına yönəldilməklə, İddiaçı Cəmiyyətdə iştirakına xitam verilməlidir. Bu baxımdan qarşılıqlı iddia qismən təmin olunmuş hesab edilir. Kollegiya həmçinin qarşılıqlı və müstəqil iddiaların “dövlət reyestrində müvafiq dəyişikliklərin edilməsi barədə” hissəsini əsassız hesab edir. Çünki bu səlahiyyət müvafiq icra hakimiyyətinə məxsusdur, tələbin bu hissəsinə məhkəmə qaydasında hüquqi qiymət verilə bilməz, hazırki qətnamə qanuni qüvvəsini aldıqdan sonra, bununla bağlı müvafiq icra hakimiyyəti orqanına müraciət edilə bilər. Odur ki, hesab edilməlidir ki, birinci instansiya məhkəməsi qarşılıqlı və müstəqil iddiaların qeyd edilən bu hissəsini təmin etməməkdə haqlı olmuşdur. Beləliklə, apelyasiya nəticələri ilə müəyyən edilir ki, birinci instansiya məhkəməsinin qətnaməsində gəlinmiş nəticələr qismən işin hallarına uyğun olmamış və bu səbəbdən də apelyasiya şikayəti qismən təmin olunmaqla, qətnamənin qismən ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.4-cü maddəsinə görə, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 390-cı maddəsinə əsasən məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişsə, məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillər işin hallarına uyğun hesab edilmir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405- ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 noyabr 2018-ci il tarixli, 2(005)-4443/2018 saylı qətnaməsi qismən, qarşılıqlı iddianın təmin olunan hissəsində ləğv edilsin və qarşılıqlı iddianın qismən təmin edilməsi barədə yeni qətnamə qəbul edilsin. İddiaçı 5.438.747,76 (beş milyon dörd yüz otuz səkkiz min yeddi yüz qırx yeddi manat yetmiş altı qəpik) manat pul tutularaq, Cavabdeh2nə ödənilsin. Tutma İddiaçı əmlaklarına yönəldilsin. Borcun tutulması üçün İddiaçı məxsus əmlaklar yetərli olmadıqda, tutma İddiaçı Cavabdeh2ndəki payına yönəldildikdən sonra, onun Cavabdeh2ndə iştirakına xitam verilsin. Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-9420/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9420/2021
14.12.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver