Məhkəmə qərarları › İş №2(103)-9421/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9421/2021

25.10.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9421/2021 25.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Vəfaddin Ələm oğlu İbayev (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədovun və Rəşad Məhəmməd oğlu Həsənovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Şükürlü Ləman İmanverdi qızının katibliyi, İddiaçı və onun vəkili, eyni zamanda ikinci iddiaçı Vəkil iştirakı ilə, İddiaçı və onun vəkili, eyni zamanda ikinci iddiaçı Vəkil Cavabdeh1nə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 8- və 34-cü maddələrində nəzərdə tutulmuş hüquqlarının pozulması faktının tanınması və mənəvi zərərin ödənilməsi”tələbi barədə mülki iş üzrə Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 2(006)-4647/2020 saylı, 04.11.2020-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı və onun vəkili, eyni zamanda ikinci iddiaçı Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən e t d i: İddiaçılar İddiaçı və Vəkil cavabdehlər Cavabdeh1nə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı "insan hüquqlarının və X5 haqqında Avropa Konvensiyasının 8-ci və 34-cü maddələrinin pozulması faktının tanınması və mənəvi zərər tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddia tələbləri onunla əsaslandırılmışdır ki, birinci İddiaçı Dövlət Xüsusi Mühafizə Xidmətinin (DXMX) əməkdaşı olub. DMX-nin fəaliyyətini sərt tənqid edən bir sıra məqalələrindən sonra 20 avqust 2012-ci ildə həbs edilmişdir. İddiaçı keçmiş siyasi məhbusdur. İkinci iddiaçı Vəkil Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarını müdafiə edən vəkildir. Fəaliyyəti ilə bağlı daim təqib və təzyiqlərlə üzləşib. 13 may 2014-cü il tarixdə BP-nin Ağır Cinayətlərə Dair X23 İdarəsi (ACDİÜİİ) yerli QHT və beynəlxalq təşkilatlara qarşı ********* saylı cinayət işi başlamış, həmin cinayət işi Azərbaycan Respublikasında müstəqil vətəndaş cəmiyyətinin cinayət təqibi üsulu ilə ləğv edilməsinə, qərb təşkilatlarının ölkədən çıxarılmasına xidmət etmişdir. Belə ki, təqiblər başlamazdan əvvəl və təqib dövründə hakimiyyətyönümlü KİV-lər yerli QHT-ləri, hüquq müdafiəçilərini Amerika agenti olmaqda, qərb təşkilatlarının dəstəyi ilə ölkədə dövlət çevrilişi etməkdə ittiham etmişlər. Beynəlxalq təşkilatlar Azərbaycandakı bu durumu kəskin tənqid etmişlər. X24 2015-ci il Dünya üzrə hesabatında bildirmişdir ki, Azərbaycan hökuməti öz tənqidçilərinə qarşı apardığı repressiyanı daha da gücləndirərək ölkədə insan hüquqları ilə bağlı acınacaqlı durumu daha da ağırlaşdırmışdır. “Amnesty İnternational” Beynəlxalq təşkilatı 2015/2016-cı illərdə dünyada İnsan haqlarına dair Hesabatında Azərbaycandakı hadisələri şərh edib və sivil cəmiyyət və fərqli düşüncə üzərinə hücumların davam etdiyini bildirib. BABŞ DD-nin İnsan hüquqlarına dair hesabatında da Azərbaycanda ciddi problemlərin olduğu bildirilmişdir. İkinci iddiaçı Vəkil həmin cinayət işi üzrə İREX (ABŞ-nin Beynəlxalq Tədiqiqatlar və Mübadilə Şurası)-nın hüquqlarını müdafiə edib və başlanan cinayət işi üzrə fəaliyyəti dayandırılan X19 hüquqşünası olmuşdur. 2014-cü ilin oktyabr ayından Azərbaycan Respublikası Baş Prokurorluğu Ağır Cinayətlərə dair X23 idarəsinin rəisi cənab Eldar Əhmədovun təqdimatı ilə "xxxx" ASC-də olan ikinci iddiaçı Vəkil fəaliyyəti ilə bağlı bank hesabına Nəsimi Rayon Məhkəməsi tərəfindən həbs qoyulub. İkinci iddiaçı Vəkil birinci İddiaçı müdafiəçisi olub. Cavabdeh1 MMC Azərbaycanda milli poçt operatorudur. İkinci iddiaçı Vəkil 04 sentyabr 2014-cü il tarixdə, dövlətdaxili müdafiə vasitələrini tükəndirərək Bakı şəhəri 1007 saylı poçt vasitəsi ilə iddiaçının Konvensiyanın 6, 10, 13, 14 və 18-ci maddələrinin pozulmasından Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət göndərib. Bu fakt iş üzrə sənədlərə əlavə olunan 04.09.2014-cli il tarixli qəbzlə sübut olunur. İkinci İddiaçı Vəkil 14 noyabr 2018-ci il tarixdə, 04 sentyabr 2014-cü il tarixdə göndərdiyi şikayətin Məhkəmə tərəfindən qəbul edilibedilməməsi barədə Məhkəməyə sorğu göndərib. Avropa İnsan Hüquqları Məhkəməsinin 16 noyabr 2018-ci il tarixli, hüquqşünas cənab Fətəliyev tərəfindən imzalanmış məktubda qeyd olunub ki, birinci İddiaçı 04 sentyabr 2014-cü il tarixdə göndərdiyi şikayət Məhkəməyə çatmayıb. İddiaçılar bildirirlər ki, Avropa Məhkəməsinə göndərilən məktubların Cavabdeh1 MMC tərəfindən itirilməsi hallarına praktikada çox rast gəlinir. Belə hallarda cavabdeh qurum bir çox hallarda cavab verməkdən imtina edir, bəzi hallarda isə cüzi məbləğdə kompensasiyanın ödənilməyini təklif edir. Halbuki, Avropa Məhkəməsinə göndərilən işlər üzrə iddiaçıların kompensasiya kimi tələb etdiyi məbləğlər minlərlə manat məbləğində olur. Hökumət bir çox belə işlərdə məktubu çatdırmamaqla bu məktubların Avropa Məhkəməsində mübahisələndirilməsinin qarşısını almağa çalışır. Hazırki iş üzrə birinci İddiaçı həbs olunaraq, 5 il ərzində həbsdə saxlanılıb. O və ailəsi dəfələrlə bildiriblər ki, onun həbsi qanunsuz və ədalətsiz olub. İddiaçının anası bildirib ki, oğlu 17 il mühafizə xidmətində qulluq edib, dəfələrlə dövlət mükafatları ilə təltif edilib. İddiaçı öncə işdən çıxarılmasına, sonra həbsinə səbəb bir ədəd patronun itməsi olub. Belə ki, 2001-ci il martın 5-də Emin Ələkbərov adlı mühafizəçi patron itirib. Martın 6-na keçən gecə İddiaçı patronu tapıb. Patronu dəstə komandirinə yox, müfəttişliyə təqdim edib. 4 gündən sonra işdən azad edilib. İşdən azad edildikdən təqribən bir ay sonra xidmətin rəhbəri Vaqif Axundovun qəbulunda olsa da, müsbət heç nə baş verməyib. Hadisənin üstündən bir il, üç ay keçəndən sonra keçmiş zabit məsələni ictimailəşdirdikdən, xidmət rəhbərliyini tənqid edəndən sonra ona qarşı cinayət işi açılıb. Öncə ölkə prokurorluğu İddiaçı qarşı Cinayət Məcəlləsinin 228-ci (qanunsuz silah, sursat saxlamaq) və 232-ci (səlahiyyət həddini aşmaq) maddələrilə cinayət işi başlayıb. Daha sonra iş hərbi prokurorluğa verilib. 2019-cu ilin yanvarın 29-da hərbi tribunal İddiaçı 5 il yarım müddətinə azadlıqdan məhrum edilməsi haqqında qərar çıxarıb. Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarı ilə bu müddət 1 il azaldılıb. Həmçinin, İddiaçı vəkili olmuş Fərzəli İbrahimov istintaqın əsassız, qərəzli olduğunu deyib. Belə ki, patronu itirən mühafizəçi heç bir cəza almayıb. İddiaçı isə patronu oğurlamaqda ittiham edilib. Yuxarıdakı hallardan göründüyü kimi birinci İddiaçı yerli məhkəmələr qarşısında ona qarşı irəli sürülən ittihamı qəbul etməyib, “İnsan hüquqlarının və X5 haqqında” Avropa Konvensiyasında göstərilən hüquqlarının pozulduğunu qeyd edib. İddiaçılar Avropa Məhkəməsinə ünvanladıqları 04.09.2014-cü il tarixli şikayətdə birinci İddiaçı Konvensiyanın 6, 10, 13, 14, 18-ci maddələrində göstərilən hüquqlarının pozulduğunu göstəriblər. İddiaçılar bildirir ki, cavabdehlərin təqsirli hərəkətləri nəticəsində onlara külli miqdarda ziyan dəyib. İddiaçılar bildirir ki, Avropa Məhkəməsinin oxşar işlər üzrə presedentlərini əsas tutaraq, bu qənaətə gəlmək mümkündür ki, birinci İddiaçı qeyd etdiyi faktlar üzrə məsələ Avropa Məhkəməsində mübahisələndiriləcəyi təqdirdə, iddiaçı pozulduğu hüquqlarının əvəzi olaraq, iddia etdiyi kompensasiyanı əldə edə biləcəkdi. Lakin indiki halda bu məktub cavab şirkət tərəfindən məzmunu açıb oxunub, şikayət 17 il ərzində dövlətə xidmət etmiş dövlət agentinin etdiyi tənqidə görə barəsində cinayət işi açılması və 4,5 il müddətinə həbs edilməsi ilə bağlı olduğu üçün itirilib. Beləliklə, birinci İddiaçı həm Konvensiyada göstərilən hüquqlarının pozuntusunun tanınması imkanından, həmçinin Avropa Məhkəməsi tərəfindən təyin ediləcək kompensasiyanı əldə etmək imkanından məhrum olub. Buna mütənasib olaraq, ikinci iddiaçı cavabdehlərin təqsirli hərəkətləri nəticəsində İddiaçı şikayətini hazırladığı iş üzrə pozuntu tanınacağı təqdirdə, müəyyən ediləcək məhkəmə xərclərini almaq imkanından məhrum olub. İddiaçılar bildirirlər ki, hal-hazırki şikayətin itirilməsi nəticəsində onlar ciddi stress və mənəvi sarsıntıya məruz qalıblar. Belə ki, mübahisələndirilən iş 5 iləyaxın müddət ərzində həbsdə qalmış keçmiş Dövlət Xüsusi Mühafizə Xidmətinin (DXMX) əməkdaşı barədə olub. Birinci İddiaçı bildirir ki, o, dəfələrlə dövlət orqanlarına müraciət edərək günahsız olduğunu sübut etməyə çalışıb. Ən sonda işi üzrə ərizəni Avropa İnsan hüquqları Məhkəməsinə göndərərək ümid edib ki, onun şikayəti üzrə pozuntu faktı tanınacaq və o, 5 ilə yaxın müddətdə çəkdiyi həbsin əvəzi olaraq, kompensasiya əldə edəcək. Digər tərəfdən ikinci iddiaçı da müştərisi ilə bağladığı müqavilə üzrə lazımi hərəkətləri etmək imkanından məhrum olub və hazırladığı şikayət üzrə pozuntu tanınacağı təqdirdə əldə edə biləcəyi kompensasiyadan məhrum olub. İddiaçılar hesab edir ki, dəymiş zərərin cavabdehlərdən müştərək qaydada alınaraq, onlara ödənilməsi ilə bağlı qətnamə qəbul edilməlidir. İddiaçılar bildirir ki, İddiaçı şikayəti üzrə Avropa Məhkəməsinə göndərilən şikayət Cavabdeh1 MMC tərəfindən itirilib. Ümumiyyətlə, Avropa Məhkəməsinə göndərilən məktubların Cavabdeh1 MMC tərəfindən itirilməsi hallarına praktikada çox rast gəlinir. Hətta bəzi hallarda Avropa Məhkəməsinə şikayət göndərmək istəyən ərizəçilər bunu qonşu ölkələrin (məsələn Gürcüstan və s.) poçt xidmətləri vasitəsi ilə göndərməyi daha üstün tuturlar. İddiaçılar bildirirlər ki, cavabdeh qurumların təqsirli hərəkətləri nəticəsində onların “İnsan hüquqlarının və X5 haqqında” Avropa Konvensiyasının 8-ci maddəsində göstərilən hüquqları pozulub. İddiaçılar əlavə edirlər ki, strateji işlərlə bağlı kütləvi şəkildə Avropa Məhkəməsinə göndərilən məktubların itməsi faktına baxmayaraq, bu vəziyyətdə olan ərizəçilərə münasibətdə heç bir tədbir bu günə kimi görülməyib. Hətta bir çox halda Cavabdeh1 MMC tərəfindən bununla bağlı məlumat ərizəçilərə verilmir, ərizəçilər yalnız özləri məktublarının çatmadığı ilə bağlı məlumatı müəyyən etdikdən sonra Cavabdeh1 MMC-dən onlara bildirilir ki, məktubları itib və kompensasiya ilə bağlı müraciət edə bilərlər. Bu kompensasiyanın məbləği isə 100 manatı keçməyəcək həddə olur. Halbuki, xaricə göndərilən məktublar üzrə belə hallara az-az rast gəlinir. Bu halların böyük əksəriyyətinin məhz Avropa Məhkəməsinə göndərilən şikayətlərdən ortaya çıxması isə onu deməyə əsas verir ki, bu proses qərəzli şəkildə və qəsdən həyata keçirilir. Mediada bu məsələ dəfələrlə işıqlandırılmağına baxmayaraq, belə məktubların itməsinin qarşısının alınması ilə bağlı heç bir tədbir görülmür. Göstərilənlərə əsasən iddiaçılar İddiaçı və Vəkil “İnsan hüquqlarının və Əsas .Azadlıqlarının Müdafiəsi haqqında” Avropa Konvensiyasının 8 və 34-cü maddəsində göstərilən hüquqlarının pozulduğu faktının tanınması, mənəvi zərərin əvəzi olaraq birinci iddiaçıya 70000 (yetmiş min) manat, ikinci iddiaçıya 50000 (əlli min) manat məbləğində kompensasiyanın verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 2(006)-4647/2020 saylı, 04.11.2020-ci il tarixli qətnaməsi ilə iddiaçılar İddiaçı və Vəkil cavabdehlər Cavabdeh1nə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı "İnsan hüquqlarının və X5 haqqında Avropa Konvensiyasının 8-ci və 34-cü maddələrinin pozulduğu faktının tanınması və mənəvi zərər tələbi"nə dair iddia ərizəsi təmin edilməməsi, məhkəmə xərclərinin iddiaçılara aid edilməsi qət edilmişdir. Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 2(006)-4647/2020 saylı, 04.11.2020-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı və Vəkil apellyasiya şikayəti vermiş, Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 2(006)-4647/2020 saylı, 04.11.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddiaçılar İddiaçı və Vəkil “İnsan hüquqları və əsas azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 8 və 34-cü maddəsində göstərilən hüquqlarının pozulduğu faktının tanınması və mənəvi zərərin əvəzi olaraq birinci iddiaçıya 70.000 (yetmiş min) manat, ikinci iddiaçıya 50.000 (əlli min) manat məbləğində kompensasiyanın verilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat təqdim etməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq cavabdehlərin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, verilmiş apellyasiya şikayəti ilə əlaqədar ilkin olaraq apellyasiya baxışının hədləri müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldiyinə görə birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı tam yoxlanılmalıdır. Məhkəmə iclasında iddiaçılar İddiaçı və Vəkil apellyasiya şikayətini müdafiə edərək bildirdilər ki, onlar tərəfindən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə ünvanlanmış şikayət məktubları cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən qəsdən itirilmiş, həmin məktublar oxunmaqla onların "İnsan hüquqlarının və X5 haqqında” Avropa Konvensiyasının 8-ci maddəsində nəzərdə tutulmuş yazışma sirri hüququ və dövlət tərəfindən onların İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə şikayətyət verilməsinə maneçilik törədilməklə Konvensiyanın 34-cü maddəsində nəzərdə tutulmuş hüquqları pozulmuşdur. Ona görə də Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 2(006)-4647/2020 saylı, 04.11.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddiaçılar İddiaçı və Vəkil İnsan hüquqları və əsas azadlıqların Müdafiəsi haqqında Avropa Konvensiyasının 8 və 34-cü maddəsində göstərilən hüquqlarının pozulduğu faktının tanınması və mənəvi zərərin əvəzi olaraq cavabdehlərdən müştərək qaydada alınaraq birinci iddiaçıya 70.000 (yetmiş min) manat, ikinci iddiaçıya 50.000 (əlli min) manat məbləğində kompensasiyanın verilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş edirlər. İddiaçılar İddiaçı və Vəkil apellyasiya şikayətində Nəsimi Rayon Məhkəməsinin 2(006)- 4647/2020 saylı, 04.11.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddiaçılar İddiaçı və Vəkil İnsan hüquqları və əsas azadlıqların Müdafiəsi haqqında Avropa Konvensiyasının 8 və 34-cü maddəsində göstərilən hüquqlarının pozulduğu faktının tanınması və mənəvi zərərin əvəzi olaraq cavabdehlərdən müştərək qaydada alınaraq birinci iddiaçıya 70.000 (yetmiş min) manat, ikinci iddiaçıya 50.000 (əlli min) manat məbləğində kompensasiyanın verilməsi barədə yeni qətnamə çıxarılmasının əsası kimi ona istinad etmişlər ki, birinci iddiaçı Dövlət Xüsusi Mühafizə xidmətinin (DXMX) əməkdaşı olub. DXMX-nin fəaliyyətini sərt tənqid edən bir sıra məqalələrdən sonra 29 avqust 2012-ci ildə həbs edilmiş və keçmiş siyasi məhbusdur. İkinci iddiaçı Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarını müdafiə edən vəkildir, fəaliyyəti ilə bağlı təqib və təzyiqlərlə üzləşib. İkinci iddiaçı birinci iddiaçının müdafiıçisi olub. Cavabdeh1 MMC Azərbaycan milli poçt operatorudur. İkinci iddiaçı 04 sentyabr 2014-cü il tarixdə dövlətdaxili müdafə vasitələrini tükəndirərək Bakı şəhəri 1007 saylı poçt vasitəsi ilə iddiaçının “İnsan hüquqlar və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6, 10, 13, 14 və 18-ci maddələrinin pozulmasından İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə şikayət göndərib. 14 noyabr 2018-ci il tarixdə Ərizəçi 04 sentyabr 2014-cü il tarixdə göndərdiyi şikayətin Məhkəmə tərəfindən qəbul edilib-edilməməsi barədə Məhkəməyə sorğu göndərmiş və sikayətin məhkəməyə çatmaması barədə məlumat almışdır. İddiaçılar dövlət orqanlarının təqsirli hərəkətləri nəticəsində onlara dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi və “İnsan hüquqlar və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 8 və 34-cü maddəsində göstərilən hüquqlarının pozulmasının tanınması tələbi ilə Nəsimi rayon məhkəməsinə müraciət etmişlər. Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 2(006)-4647/2020 saylı, 04.11.2021-ci il tarixli qətnaməsi ilə onların iddiası təmin olunmamışdır. Birinci instansiya məhkəməsi Cavabdeh1 MMC-yə qarşı iddia tələbini iddiaçıların “İnsan hüquqlar və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 8 və 34-cü maddəsində göstərilən hüquqlarının pozulmasını iddia etsələr də, həmin tələblərin əsaslı ola biləcək sübutları məhkəməyə təqdim edə bilməmələri, “Poçt haqqında” Azərbaycan Respublikası Qanununun 17.1.6cı maddəsinə əsasən beynəlxalq sifarişli poçt göndərişinin, adi bağlamanın və ya onların içərisindəkilərin bir hissəsinin itirilməsinə, oğurlanmasına, zədələnməsinə və xarab olmasına görə X12 aktlarında, qərarlarında və tövsiyələrində nəzərdə tutulan miqdardan az olmamaqla maddi məsuliyyət daşımasının müəyyən edilməsi, X2 35-ci maddəsinin 2.7-ci bəndinə əsasən göndəricinin göndərişin qəbulu günündən sonrakı gündən başlayaraq bir il müddətində heç bir reklamasiya verməmişdirsə, poçt müdriyyətinin bu halda məsuliyyət daşımaması əsaslarına görə rədd etmişdir. İkinci iddiaçı Azərbaycan Respublikası Maliyyə nazirliyinə qarşı iddia tələbi ikinci iddiaçının dövlət büdcəsindən maliyyələşən mərkəzi icra orqanı olması və iddiaçılara qarşı onların hüquq və azadlıqlarını pozan, habelə mənəvi mənəvi zərərə məruz qalmalarına gətirib çıxaran heç bir qanunsuz hərəkətə və hərəkətsizliyə yol verməməsi əsasına görə rədd edilmişdir. Apellyasiya şikayətində daha sonra birinci İddiaçı məhkum olunması ilə bağlı faktlara, məhkəmələrin qəbul etdiyi aktlar əsasında dörd il altı ay müddətində azadlıqdan məhrum edilməsi və Konvensiya ilə müəyyən edilmiş hüquqlarının pozulması ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə şikayət ünvanlamalarına dair faktiki hallara, Məhkəmədə şikayətə baxılması nəticəsində yüksək məbləğdə konpensasiya ala biləcəkləri barədə mülahizələrə istinad olunmuşdur. Şikayətdə həmçinin qeyd olunur ki, Cavabdeh1 MMC-nin 10.06.2019-cu il tarixli məktubunda cavabdeh özü mövcud qaydalara uyğun olaraq RR007963088AZ saylı poçt göndərişi üzrə mülki hüquq pozuntusu törətdiyini, həmçinin məsuliyyət daşıdığını qəbul edib və dəymiş zərərin ödənilməsi üçün 1 saylı poçt filialına göstəriş verib. Belə olan halda Nəsimi rayon məhkəməsinin əməli mülki hüquq pozuntusu kimi qiymətləndirməməsi maddi hüquq normalarının yanlış tətbiqi nəticəsində baş vermişdir. Apellyasiya şikayətində qeyd olunan dəlillərdən biri də Cavabdeh1 MMC-nin poçt göndərişinin itirilməsinə görə mənəvi məsuliyyət daşımalı olması ilə bağlıdır. Şikayətdə həmin dəlilin əsaslandırılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarına, həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin bəzi maddələrinə də istinad olunmuşdur. Apellyasiya şikayətinin dəlillərindən biri də Cavabdeh1 MMC tərəfindən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə ünvanlanan şikayətlərin mütəmadi olaraq itirilməsi ilə əlaqədardır. Ona görə də iddiaçılar belə qənaətə gəlirlər ki, bu xüsusat onların Konvensiyanın 8-ci maddəsində nəzərdə tutulmuş hüquqlarının pozulması ilə nəticələnmişdir. İddiaçılar apellyasiya şikayətlərində həmçinin qeyd edirlər ki, Məhkəməyə göndərilən şikayətin itməsi onların məhkəməyə çatımlılıq hüququnun qarşısının alınması məqsədi ilə baş vermişdir. Avropa Məhkəməsinə göndərilən məktublar, bir qayda olaraq, hökumətin müvafiq qurumları tərəfindən yoxlanışdan keçir. Bu yoxlama nəticəsində strateji əhəmiyyətli işlərin çatdırılmasının qarşısı alınır. Nəticədə onların Konvensiyanın 34-cü maddəsində nəzərdə tutulan hüquqları pozulur. Beləliklə, iddiaçılar sadəcə poçt göndərişlərinin itirilməsinə görə mənəvi ziyanın ödənilməsini deyil, hökumətin qərəzli olaraq onlar tərəfindən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə ünvanlaıqları məktubu açıb oxumaqla Konvensiyanın 8-ci maddəsində, həmin şikayətin Məhkəməyə çatmasının qarşısını almaqla Konvensiyanın 34-cü maddəsində nəzərdə tutulmuş hüquqlarının pozulmasını iddia edərək məhkəmə tərəfindən bu hüquqların pozulmasının müəyyən edilməsini və həmin pozuntularla əlaqədar onlara mənəvi ziyana görə konpensasiya ödənilməsini tələb edir və apellyasiya şikayətlərinin təmin etməklə iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edirlər. Məhkəmə kollegiyası apellyasiaya şikayətinin dəlilləri ilə əlaqədar aşağıdakıalrı qeyd etməyi zəruri hesab edir: İddaiaçılar - Lətifov Asif Aydın oğlu və Vəkil iddia ərizəsində Cavabdeh1 MMC və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı irəli sürdükləri tələblər aşağıdakılardan ibarətdir: 1.Hər iki iddiaçının “İnsan hüquqlar və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 8-ci maddəsində nəzərdə tutulmuş hüquqlarının pozulması faktının tanınması; 2.Hər iki iddiaçının “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 34-cü maddəsində nəzərdə tutulmuş hüquqlarının pozulması faktının tanınması; 3.Birinci iddiaçı Lətifov Asif Aydın oğluna mənəvi zərərin əvəzi olaraq 70.000 manat məbləğində kompensasiyanın verilməsi; 4.İkinci iddiaçı Vəkil 50.000 manat məbləğində kompensasiyanın verilməsi. “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 8-ci (Şəxsi və ailə həyatına hörmət hüququ) maddəsinə əsasən:

1. Hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir.

2. Milli təhlükəsizlik və ictimai asayiş, ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün sağlamlığı, yaxud mənəviyyatı mühafizə etmək üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, dövlət hakimiyyəti orqanları tərəfindən bu hüququn həyata keçirilməsinə mane olmağa yol verilmir. Konvensiyanın 8-ci maddəsinin 1-ci bəndində nəzərdə tutulmuş "yazışmaların" toxunulmazlığına hörmət hüququ ən müxtəlif situasiyalarda yazışmaların konfidensiallığının qorunması məqsədini daşıyır. Bu anlayış, sözsüz ki, şəxsi xarakterli və ya peşə fəaliyyəti ilə əlaqədar olan məktubları əhatə edir (Nimits Almaniyaya qarşı, 32-ci bəndin son hissəsi), buraya həmçinin məktubu göndərənin və ya alanın məhbus olduğu hallar da daxildir (Silver və başqaları Birləşmiş Krallığa qarşı, 84-cü bənd; X25 və başqaları Türkiyəyə qarşı, 41-ci bənd) və bu anlayış həm də gömrük əməkdaşları tərəfindən müsadirə edilən bağlamaları əhatə edir (X Birləşmiş Krallığa qarşı, Komissiyanın qərarı). O həmçinin ailə üzvləri arasında (Marqareta və X18rşı, 72-ci bənd), yaxud digər şəxslər arasında telefon danışıqlarını (Lüdi İsveçrəyə qarşı, 38-39-cu bəndlər; Klass və başqaları Almaniyaya qarşı, 21 və 41-ci bəndlər; X6rşı, 64-cü bənd), şəxsi evlərdən və ya müəssisələrin binalarından (X7rşı, 44-46-cı bəndlər; X8rşı, 41-ci bənd; Kopp İsveçrəyə qarşı, 50-ci bənd) və həmçinin həbsxanadan edilən telefon zənglərini (Petrov Bolqarıstana qarşı, 51-ci bənd), habelə bu cür telefon danışıqları ilə bağlı məlumatların (zənglərin tarixi, danışıqların müddəti, yığılmış telefon nömrələri haqqında informasiyaların) "ələ keçirilməsi" hallarını (P.G. və J.H. Birləşmiş Krallığa qarşı, 42-ci bənd) əhatə edir. 356. Həmçinin yeni texnologiyalar, konkret olaraq elektron ismarıclar (elektron məktublar) (X8rşı, 41-ci bənd), internetdən istifadə (X8rşı, 41-42-ci bəndlər) və kompüter serverlərində (Vizer və "Bikos Beteyliqungen GmbH" şirkəti Avstriyaya qarşı, 45-ci bənd), o cümlədən kompüterlərin sərt disklərində (Petri Sallinen və başqaları Finlandiyaya qarşı, 71-ci bənd) və daşına bilən disklərdə (X3rşı, 42-ci bənd) qorunan məlumatlar 8-ci maddənin tətbiq dairəsinə düşür. 357. Köhnə elektron kommunikasiya formaları, məsələn, teleks (X9rşı, Komissiyanın qərarı), peycer ismarıcları (X1 qarşı) və özəl radio yayımı da (X və Y Belçikaya qarşı, Komissiyanın qərarı) eynilə buraya aiddir, lakin ictimai dalğalarda yayımlanan və beləliklə digər auditoriyalar üçün də əlçatan olan yayımlar buraya daxil deyil (B.C. İsveçrəyə qarşı, Komissiyanın qərarı). Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçılar İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə ünvanladıqları şikayətlərinin Cavabdeh1 MMC tərəfindən itirilməsi və şikayətin Məhkəməyə çatdırılmaması ilə əlaqədar “İnsan hüquqlar və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 8-ci maddəsində nəzərdə tutulmuş hüquqlarının pozulması faktının tanınması tələbini onların məktublarının qəsdən açılaraq oxunması və mühüm əhəmiyyətli olması ilə əlaqədar Məhkəməyə göndərilməməsi ilə əlaqələndirirlər. Bununla belə iddiaçıların məhkəməyə təqdim etdikləri sübutlardan heç biri onların İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə ünvanladıqları şikayətlərinin Cavabdeh1 MMC və ya digər hər hansı qurum tərəfindən açılıb oxunmasını təsdiq etmir. Bu barədə məhkəməyə heç bir sübut təqdim olunmamışdır. İddiaçılar dəlillərini bu cür halların mütəmadi baş verməsi ilə əsaslandırırlar. İddiaçılar Cavabdeh1 MMC və ya hər hansı digər qurum tərəfindən onların İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə ünvanladıqları şikayətlərinin itirilməsi nəticəsində yazışma sirrlərinin pozulması ilə bağlı hər hansı bir hadisə baş verməsi (həmin şikayətin məzmunu hər hansı kütləvi informasiya vasitəsində dərc olunmamış, yayılmamış, müzakirə olunmamışdır) barədə məhkəməyə məlumat verməmiş və məhkəməyə belə bir faktın mövcudluğu haqqında heç bir sübut təqdim etməmişlər. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı şəxsin, o cümlədən iddiaçıların şikayətlərinin olduğu məktubun qəsdən Cavabdeh1 MMC və ya başqa hər hansı bir qurum tərəfindən açılaraq oxunması cinayət məsuliyyətinə səbəb olan əməldir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinə əsasən:

M a d d ə 1 5 5 . Yazışma, telefon danışıqları, poçt, teleqraf və digər məlumatların sirrini pozma Yazışma, telefon danışıqları, poçt, teleqraf və digər məlumatların sirrini pozma— min manatdan iki min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır. M a d d ə 1 5 6 . Şəxsi həyatın toxunulmazlığını pozma 156.1. Şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin, video və foto çəkilişi materiallarının, səs yazılarının yayılması, habelə satılması və ya başqasına verilməsi qanunsuz toplanılması; min manatdan iki min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır. 156.2. Eyni əməllər: 156.2.1. vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə; 156.2.2. məsafədən idarə edilən pilotsuz uçan aparatlardan istifadə etməklə törədildikdə – üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. İddiaçəlar onların yazışma sirrinin qəsdən pozulmasını iddia etsələr də, bu barədə müvafiq orqanlara müraciət etməmiş və bu barədə məhkəməyə sübut təqdim etməmişlər. Mülki məhkəmə icraatı çərçivəsində məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırır. Tərəflərin təqdim etdiyi sübutlar cavabdehlər tərəfindən cinayət xarakterli əməllərin törədilməsini təsdiq etmir. Cinayət xarakterli əməllərin baş verib-verməməsini araşdırmaq mülki məhkəmə icraatının vəzifəsinə daxil deyildir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri və iddiaçılar tərəfindən təqdim olunmuş sübutlar onlar tərəfindən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə ünvanlanmış şikayətlərinin Cavabdeh1 MMC, yaxud hər hansı qurum və ya şəxslər tərəfindən açılaraq oxunması, yayılması, iddiaçıların yazışma hüququna qanunsuz müdaxilənin olmasını, onların “İnsan hüquqlar və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 8-ci maddəsində nəzərdə tutulmuş hüquqlarının pozulmasını müəyyən etmək üçn əsas vermir. Əgər bu cür hallar olmuşdursa onun müəyyən edilməsi müvafiq sübutların təqdim olunması və ya bir sıra əməliyyat istintaq hərəkətlərin aparılması və məlimatın cinayət məhkəmə icraatı çərçivəsində araşdırılması tələb olunur. “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 34-cü (Fərdi şikayətlər) maddəsinə əsasən: “Məhkəmə istənilən fiziki şəxsdən, qeyri-hökumət təşkilatından və ya ayrı-ayrı şəxslər qrupundan, Razılığa gələn Yüksək Tərəflərdən birinin onun bu Konvensiya və ya onun Protokolları ilə tanınmış hüquqlarını pozmasının qurbanı olduğunu iddia edən şikayətlər qəbul edə bilər. Razılığa gələn Yüksək Tərəflər bu hüququn səmərəli həyata keçirilməsinə heç bir yolla mane olmamağı öhdələrinə götürürlər”. Azərbaycan Respublikası “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına tərəfdar çıxdığına görə həmin Konvensiyanın 1-ci maddəsinə müvafiq olaraq yurisdiksiyası altında olan hər kəs üçün bu Konvensiyanın 2 bölməsində müəyyən olunmuş hüquq və azadlıqları təmin etməlidir. Həmin hüquqların təmin olunması yollarından biri də dövlətin yurisdiksiyası altında olan istənilən fiziki şəxsin, qeyri-hökumət təşkilatınnın və ya ayrı-ayrı şəxslər qrupunun Konvensiya və ya onun Protokolları ilə tanınmış hüquqlarının pozulmasının qurbanı olduğunu iddia edən şikayətlərinin İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə çatdırılmasıdır. Yəni Konvensiyanın 34-cü maddəsi fiziki şəxsin, qeyri-hökumət təşkilatınnın və ya ayrı-ayrı şəxslər qrupunun Konvensiya və ya onun Protokolları ilə tanınmış hüquqlarını pozmasının qurbanı olduğunu iddia edən şikayətlərlə Məhkəməyə müraciət etmək imkanına təminat verir. Həmin maddədə, həmçinin fiziki şəxsin, qeyri-hökumət təşkilatınnın və ya ayrı-ayrı şəxslər qrupunun Konvensiya və ya onun Protokolları ilə tanınmış hüquqlarını pozmasının qurbanı olduğunu iddia edən şikayətlərlə Məhkəməyə müraciət etmək imkanın reallaşdırılması üçün iştiraçkı dövlətə münasibətdə də də öhdəlik müəyyən edilmişdir. Bu öhdəlik iştirakçı dövlətin bu hüququn səmərəli həyata keçirilməsinə heç bir yolla mane olmamasında ifadə olunur. İddiaçılar Konvensiyanın 34-cü maddəsində nəzərdə tutulmuş hüquqlarının pozulmasını iddia etməklə onların İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə ünvanladıqları şikayətlərinin dövlət tərəfindən özünün orqan və ya dövlət qulluqçularının vasitəsi ilə Cavabdeh1 MMC-dən götürülməsi, açılıb oxunması, oğurlanması, məhv edilməsini və s. iddia edirlər. Qeyd olunan hərəkətlər də mahiyyəti etibarı ilə qanunsuz və cinayət xarakterli və Cinayət Məcəlləsində nəzərdə tutulan “Yazışma, telefon danışıqları, poçt, teleqraf və digər məlumatların sirrini pozma (Maddə 155)”, “Şəxsi həyatın toxunulmazlığını pozma (Maddə 156)”, “Vəzifə səlahiyyətlərini aşma (Maddə 309)”, “Vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə (Maddə 310)” cinayət tərkiblərində ifadəsini tapan hərəkətlərdir. İddiaçılar onların İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə müraciət hüququna qəsdən müdaxilə olunduğunu iddia etsələr də, bu barədə müvafiq orqanlara müraciət etməmiş və bu barədə məhkəməyə sübut təqdim etməmişlər. Mülki məhkəmə icraatı çərçivəsində məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırır. Tərəflərin təqdim etdiyi sübutlar cavabdehlər tərəfindən cinayət xarakterli əməllərin törədilməsini təsdiq etmir. Cinayət xarakterli əməllərin baş verib-verməməsini araşdırmaq mülki məhkəmə icraatının vəzifəsinə daxil deyildir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri və iddiaçılar tərəfindən təqdim olunmuş sübutlar onlar tərəfindən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə ünvanlanmış şikayətlərinin Cavabdeh1 MMC, yaxud hər hansı qurum və ya şəxslər tərəfindən Cavabdeh1 MMCdən götürülməsi, açılıb oxunması, oğurlanması, məhv edilməsi və s. hərəkətlərlə şikayətlərinin İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə çatmasının qarşısının alınması, onların “İnsan hüquqlar və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 34-cü maddəsində nəzərdə tutulmuş hüquqlarının pozulmasını müəyyən etmək üçn əsas vermir. İddiaçıların dəlillərinin əsaslılığı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə ünvanladıqları şikayətin Cavabdeh1 MMC, yaxud hər hansı qurum və ya şəxslər tərəfindən açılaraq oxunması, şikayətin qəsdən itirilməsi, onun İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə göndərilməməsi barədə müvafiq göstərişlərin verilməsi, onların hər hansı qaydada icra olunmasını, şikayət vermə hüququna qanunsuz müdaxilənin olmasını müəyyən etməyi tələb edir. Əgər bu cür hallar olmuşdursa, onun müəyyən edilməsi üçün bir sıra əməliyyat istintaq hərəkətlərin aparılması və məlimatın cinayət məhkəmə icraatı çərçivəsində araşdırılması tələb olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllləsinin 77.1-ci maddəsinə əsasənhər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İnsan Hüquqları üzrə Avropaq Məhkəməsinin təcrübəsi də yuxarıda məhkəmə kollegiyasının qənaətinin düzgünlüyünü təsdiq edir: Belə ki, Konvensiya orqanları tərəfindən məhbuslara göndərilən məktubların açıldığı işlərdə Məhkəmə müəyyən etdi ki, yazışmaların toxunulmazlığına hörmət hüququna müdaxilə baş verib (Pirs Yunanıstana qarşı, 81-ci bənd; Valaşinas Litvaya qarşı, 128-129-cu bəndlər; İdalov Rusiyaya qarşı [BP], 197-201-ci bəndlər). Digər hallarda olduğu kimi, belə müdaxilə "qanunla nəzərdə tutulmayıbsa", 8-ci maddənin 2-ci bəndində göstərilən qanuni məqsədlərdən hər hansı birini daşımırsa və həmin məqsədə nail olmaq üçün "demokratik cəmiyyətdə zəruri" deyilsə, 8-ci maddə pozulmuş olacaq (Petra Rumıniyaya qarşı, 36-cı bənd). Ərizəçinin yenicə köçürülmüş olduğu cəzaçəkmə müəssisəsində çoxsaylı məktublardan yalnız birinin "səhvən açıldığı" konkret işdə Məhkəmə bu qənaətə gəldi ki, həbsxana müdiriyyətinin ərizəçinin Konvensiya orqanları ilə yazışmalarına qəsdən əngəl törətmək niyyətində olduğunu təsdiqləyən və 8-ci maddənin 1-ci bəndində nəzərdə tutulmuş ərizəçinin yazışmalarının toxunulmazlığına hörmət hüququna müdaxilənin baş verdiyini göstərən heç bir sübut yoxdur (Turud Fransaya qarşı (qərardad); Sayud Fransaya qarşı (qərardad)). Digər tərəfdən, yazışmaların avtomatik və qeyd-şərtsiz qaydada və müstəqil məhkəmə orqanlarının qərarından asılı olmadan yoxlanıldığı və bu yoxlamalardan şikayət etmək imkanının mövcud olmadığı işdə həmin yoxlamalar "qanunla nəzərdə tutulmuş" hesab edilmədi (Petra Rumıniyaya qarşı, 37-ci bənd; Kornakov Latviyaya qarşı, 159-cu bənd). Məhbusların Məhkəmə ilə yazışmaları ilə bağlı mübahisələr, fərdi şikayət hüququnun "səmərəli həyata keçirilməsinə" maneə yaradıldığı təqdirdə, həmçinin Konvensiyanın 34-cü maddəsi üzrə məsələni meydana çıxara bilər (Şexov Rusiyaya qarşı, 53-cü bənd və həmin bənddə qeyd edilən istinadlar; Yefimenko Rusiyaya qarşı, 164-cü bənd). Konvensiyanın iştirakçısı olan tərəflər ölkələrinin dövlət orqanlarının ərizəçilərin Məhkəməyə şikayət etmək hüququnu səmərəli həyata keçirmələrinə "heç bir şəkildə" mane olmamasını öhdələrinə götürüblər. Buna görə də, ərizəçilərin və ya potensial ərizəçilərin şikayətlərini geri götürməyə və ya dəyişdirməyə məcbur edilmək məqsədilə hakimiyyət Avropa İnsan Hüquqları Məhkəməsi 94/135 Son yenilənmə tarixi: 30.04.2017 Konvensiyanın 8-ci Maddəsi üzrə təlimat – Şəxsi və ailə həyatına hörmət hüququ orqanları tərəfindən hər hansı formada təzyiqə məruz qalmadan Məhkəmə ilə sərbəst ünsiyyətdə olmaq imkanına malik olmaları olduqca vacibdir (İlaşku və başqaları Moldova və Rusiyaya qarşı [BP], 480-ci bənd; Kotlets Rumıniyaya qarşı, 69-cu bənd). Prinsipcə Konvensiyanın 35-ci maddəsinin 1-ci bəndinin məqsədləri üçün altı aylıq müddət barəsindəki qaydaya riayət edib-etmədiyini müəyyənləşdirmək üçün ərizəçinin yazdığı məktubu göndərməkdən imtina edilməsi Məhkəməyə şikayət etmək hüququnun səmərəli həyata keçirilməsinə yaradılan maneənin tipik nümunəsidir (Kornakov Latviyaya qarşı, 166-cı bənd). Məhkəməyə poçtla göndərilən məktubların yubanması hallarının heç də hamısı pozuntu təşkil etmir (Yefimenko Rusiyaya qarşı, 131 və 159-cu bəndlər – bu işdə 4- 5 günlük yubanma baş vermişdi; Şebetov Rusiyaya qarşı, 84-cü bənd – bu işdə 6 günlük yubanma baş vermişdi), bu sözlər xüsusən ərizəçinin Məhkəməyə şikayət etməsinə qəsdən mane olmaq niyyətinin olmadığı hallara aiddir (Valaşinas Litvaya qarşı, 134-cü bənd – bu işdə yubanma bir az uzun sürmüşdü). Məhkəmə ilə yazışmasına maneçilik törədildiyi barədə ərizəçinin iddiaları yetərincə əsaslandırılmalı (Valaşinas Litvaya qarşı, 136-cı bənd; X4rşı, 48-ci bənd) və həmin maneələr Konvensiyanın 34-cü maddəsinin pozuntusunu təşkil edən hərəkət və ya hərəkətsizlik hesab edilmək üçün tələb olunan minimal səviyyəyə çatmalıdır (Kornakov Latviyaya qarşı, 173-cü bənd; Moiseyev Latviyaya qarşı, 186-cı bənd). Məhkəmə Kollegiyası iddia tələbinin Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı olan hissəsi ilə bağlı qeyd edir ki, həmin hissədə də iddiaçılar məhkəməyə heç bir sübut təqdim etməmişlər və apellyasiya şikayətinin həmin xüsusatla bağlı dəlilləri eyni əsaslara görə qəbulolunmaz hesab olunmalıdır. İddiaçılar tərəfindən məhkəməyə təqdim olunmuş iddia ərizəsindən, onların məhkəmə iclaslarında verdiyi izahatlardan, məhkəməyə müraciətlərindən və apellyasiya şikayətindən məlum olur ki, onlar İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə ünvanladıqları şikayətlərinin sadəcə itməsi ilə bağlı mənəvi zərərin ödənilməsini tələb etməmişlər Onların tələb etdikləri mənəvi zərər “İnsan hüquqları və əsas azadlıqları nın müdafiəsi haqqında” Avropa Konvensiyasının 8 və 34-cü maddələrində nəzərdə tutulmuş hüquqlarının qəsdən pozulması və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin şikayətlərinə baxacağı təqdirdə onlara müəyyən edəcəyi yüksək məbləğdə kompensasiya ilə əlaqədardır. İddiaçılar tələblərinin həmin hissəsini əsaslandırarkən ona istinad edirlər ki, onlar İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin onlara təyin edəcəyi yüksək məbləğdə konpensasiyadan məhrum olduqlarına görə müvafiq olaraq 70.000 və 50.000 manat məbləğində mənəvi zərər tələb edirlər. Əslində iddiaçılar tərəfindən tələb olunan məbləğ onların özlərinin izahına görə mənəvi zərərə görə deyil, əldən çıxmış faydaya, yəni maddi ziyana görə tələb olunan kompensasiyadır. Bu xüsusat da onların mənəvi zərərlə bağlı yüksək məbləğdə kompensasiya tələbinin əsassızlığına dəlalət edir. Yuxarıda qeyd olunduğu kimi məhkəməyə təqdim olunmuş sübutlarla iddiaçıların “İnsan hüquqları və X5 haqqında” Avropa Konvensiyasının 8 və 34-cü maddələrində nəzərdə tutulmuş hüquqlarının qəsdən pozulması müəyyən edilməmişdir. Ona görə də müəyyən edilməmiş hüquq pozuntusuna görə mənəvi zərərin təmin oluna bilməz. İddiaçıların İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin şikayətlərinə baxacağı təqdirdə onlara yüksək məbləğdə kompensasiya müəyyən edəcəyi ilə bağlı dəlilləri də yalnız mülahizəyə əsaslanan dəlillərdir. Məhkəmə Kollegiyasının İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin iddiaçıların şikayətinin ona çatdığı təqdirdə onu icraata götürəcəyi, həmi şikayətə baxdığı zaman Konvensiyanın müvafiq maddələrinin pozuntusunu aşkar edəcəyi, iddiaçılara kompensasiya ödənilməsi barədə qərar qəbul edəcəyi, bu kompensasiyanın hansı məbləğdə ola biləcəyi barədə məsələlərə hüquqi qiymət vermək səlahiyyəti olmadığına görə apellyasiya şikayətinin həmin dəlili əsassız hesab olunmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçılar İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə ünvanladıqları şikayətin itməsi ilə bağlı Cavabdeh1 MMC-nin maddi kompensasiya ödənilməsi niyyətini qəbul etməmiş, cavabdehdən maddi ziyanın ödənilməsini tələb etməmişlər. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçıların İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə ünvanladıqları şikayətin itməsi təbii olaraq onların müəyyən sarsıntılara məruz qalmalarını, İnsan Hüquqları üzrə Avropa Məhkəməsində şikayətlərinə baxılması ümidləri ilə əlaqədar məyusluğa düçar olmalarını qəbul edir və hesab edir ki, həmin məyusluq və sarsıntılarla bağlı iddiaçılar mənəvi zərərin ödənilməsini tələb etməkdə haqlı hesab edilməli idilər. “Poçt haqqında” Azərbaycan Respublikası Qanununda və digər qanunvericilik aktlarında bu xüsusatın birbaşa nəzərdə tutulmamasına baxmayaraq, məhkəmə kollegiyası hesab edir ki, təqsirli tərəfin hərəkətləri nəticəsində baş vermiş məyussuq, sarsıntı, iztirab və s. hallar mənəvi zərərə görə konpensasiya ödənilməsini şərtləndirir. Lakin iddiaçılar şikayətlərinin Cavabdeh1 MMC tərəfindən sadəcə itirilməsinə görə kompensasiya tələb etməmişlər. Onların konpensasiya tələbi “İnsan Hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 8 və 34-cü maddələrinin qəsdən pozulması ilə bağlı onlara vurulmuş mənəvi zərərin ödənilməsi ilə bağlıdır. Məhkəmə kollegiyası iddiaçıların şikayətlərinin itməsinə görə onların mənəvi zərərə görə kompensasiya tələb etmək hüququnun olmaması ilə bağlı birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razı olmasa da, qətnamənin həmin əsasla ləğv olunmasını məqsədəmüvqafiq hesab etmir. Belə ki, son nəticədə birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələblərinin rədd olunmasına yönəlmiş və məhkəmə kollegiyası da işə baxarkən eyni nəticəyə gəlmişdir. Formal mülahizələrə görə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maadəsinə əsasən düzgün deyildir. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası həmin iş üzrə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə əsasən razılaşır və hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 2(006)-4647/2020 saylı, 04.11.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q ə t e t d i:

Birinci İddiaçı və onun vəkili, eyni zamanda ikinci iddiaçı Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 2(006)-4647/2020 saylı, 04.11.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Vəfaddin İbayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar