Məhkəmə qərarları › İş №2(103)-9430/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9430/2021

12.10.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9430/2021 12.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi ilə, İddiaçı MMC-nin (K@TV1) Cavabdeh qarşı “pul tələbinə dair” 2(011)-3867/2021 saylı mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 08.06.2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC-nin (K@TV1) Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz qoşulma nəticəsində 106,60 manat abunə haqqı qismində vurulmuş zərərin, hüquqi xidmətin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün nümayəndəyə çəkilən xərclərə görə 150 manat, iddia ərizəsi verilərkən ödənilmiş 20 manat dövlət rüsumunun və 40 qəpik məbləğində bank xidmət haqqının, ümumilikdə 277 məbləğində pulu onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “K@TV1” əmtəə nişanı ilə fəaliyyət göstərən "xxxx" MMC Bakı şəhərində kabel şəbəkəsinin qurulması və əhaliyə kabel televiziyası xidmətləri göstərilməsi məqsədi ilə Azərbaycan Respublikasının “Televiziya və Radio yayımı haqqında” Qanununa uyğun olaraq Milli Televiziya və Radio Şurasından 22.08.2005-ci il tarixli, TR 057 saylı və 22.08.2011-ci il tarixli, TR 066 saylı xüsusi razılıqlar (lisenziyalar) almışdır. Bu məqsədlə kabel şəbəkəsini qurmaqla kabel televiziyasının yayınlanması üçün vətəndaşlarla müqavilə əsasında onların mənzillərinə kabel xəttləri çəkir. DİN BPQMİ-nin MAPS şöbəsinin arayışına əsasən cavabdeh Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 109 saylı evin 5 saylı mənzilində qeydiyyatdadır. 97 saylı MKİS tərəfindən verilmiş 25.07.2018-ci il tarixli arayışa əsasən həmin ünvanda yerləşən yaşayış sahəsi cavabdehə məxsus olmuşdur. Belə ki, 16.07.2008-ci il tarixdən həmin ünvanda yaşayan X1 ilə iddiaçı arasında bağlanmış müqaviləyə əsasən mənizl “K@TV1” Kabel Televiziyası xidmətlərinin göstərilməsi üçün Kabel televiziyasının şəbəkəsinə qoşulmuş, son ödəməsini 01.12.2016-cı il tarixdə edərək 11.01.2017-ci il tarixdə 15,60 manat borc ilə şəbəkədən ayrılmışıdır. "xxxx" hüquq firmasının və “K@TV1” kabel televiziyasının əməkdaşları Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndəsinin iştirakı ilə sözügedən ünvanda 30.05.2018-ci il tarixdə kabel şəbəkəsinə baxış keçirən zaman, həmin mənzilin kabel şəbəkəsinə qanunsuz qoşulması faktları aşkar edilmiş, bu qanunsuz qoşulmalar barədə 7069 N saylı akt tərtib olunmuş, Akt tərtib edilənədək həmin ünvanda yerləşən binaya sonuncu dəfə baxış 11.07.2017-ci il tarixdə baxış keçirilimişdir. Qanunsuz qoşulma nəticəsində iddiaçıya maddi ziyan vurulmuşdur. Belə ki, Kabel televizyasının xidmətlərindən istifadə üçün aylıq abunə haqqı 31 avqust 2015-ci il tarixədək 9 manat, 01.09.2015-ci il tarixdən isə 10 manat təşkil edir. Sözügedən ünvana sonuncu dəfə baxış keçirildiyi tarixdən qanunsuz qoşulma barədə aktın tərtib edildiyi tarixədək olan müddət 323 gün təşkil edir. Bu isə həmin dövrdə hər gün üçün müvafiq olaraq 33 qəpik maddi ziyan hesablamaq şərti ilə cavabdehin iddiaçıya müvafiq müqavilə bağlamadan kabel şəbəkəsinə qanunsuz olaraq qoşulma nəticəsində vurduğu zərər 106,60 manat təşkil edir. İddiaçı MMC ilə "xxxx" hüquq firması arasında bağlanmış hüquqi xidmətlərin göstərilməsinə dair müqavilənin 4.1-ci bəndinə əsasən hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün nümayəndəyə ödənilən məbləğ 150 manat təşkil edir. Pul tələbinin könüllü ödənilməsi üçün cavabdehə pretenziyalar göndərilsə də onun tərəfindən dəymiş zərərin əvəzi ödənilməmiş. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 08.06.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, kabel şəbəkəsinə qanunsuz qoşulma nəticəsində vurulmuş zərərin əvəzi olaraq 106,60 manat, nümayəndəyə çəkilən xərclərin əvəzi olaraq 50 manat məbləğində pul vəsaitinin, ödənilmiş 20 manat dövlət rüsumunun və 40 qəpik bank xidmət haqqıbıb Cavabdeh alınaraq iddiaçı "xxxx" MMC-yə (K@TV1) ödəniməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən ona məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməmiş və işə iştirakı olmadan baxılıb nəticə verilmişdir. Belə ki, Xətai rayonu, M.Hadi küçəsindəki mənzilin mülkiyyətçisi və ya orada qeydiyyatda olduğuna baxmayaraq 2008-ci ildən etibarən həmin mənzildə yaşamır. Adına bir yox, iki mənzil var. 2008-ci ildən etibarən ünvan 1 ünvanda yaşayır. Yaşamadığı, lakin qeydiyyatda olduğu ünvana məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişləri göndərilə bilər. Göndərilibsə də, həmin bildirişlər ona çatdırılmayıb. Bildirişlərin həmin ünvanda yaşamaması səbəbindən geri qaytarılması da istisna deyildir. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsi üçün istifadəsində olan 050 ***-**-** mobil telefon nömrəsinə zəngdə edilməmişdir. “AG Telecom" MMC (K@TVİ) ilə aralarında 16.07.2008-ci il tarixdə kabel televiziyası xidmətlərinin göstərilməsi üçün hər hansı bir müqavilə bağlanmamışdır. Bu müqavilə işin faktiki hallarına görə 16.07.2008-ci il tarixdə X1 ilə iddiaçı arasında bağlanmışdır. X1 adlı şəxsi tanımır, onu mənzilinə buraxmamışdır. Belə bir insan mənzilində yaşamayıb və ya qeydiyyatda olmamışdır. Mülkiyyətçisi olduğu mənzildə qeydiyyatda olmayan və yaşamayan mənzilinə hüququ və ya aidiyyatı olmayan bir şəxslə iddiaçı arasında müqavilənin necə və hansı şəraitdə bağlandığı ona aydın deyildir. Məhkəmə X1 adlı şəxsin ona məxsus mənzildə 16.07.2008-ci il tarixdən yaşadığını hansı sübut növünə istinadən öz qətnaməsində dəlil kimi göstərmişdir? İşin bu halı da müəyyən deyildir. İddiaçının onun mənzilinə hüququ olmayan bir şəxslə müqavilə bağlamasına cavabdehlik və məsuliyyət daşımır. Sözügedən ünvanda sonuncu dəfə 11.07.2017-ci il tarixdə baxış onun iştirakı olmadan keçirilmişdir. "xxxx" hüquq firmasının və "KATV" kabel televiziyasının əməkdaşları Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndəsinin iştirakı ilə sözügedən ünvanda 30.05.2018-ci il tarixdə kabel şəbəkəsinə baxışıda iştirakı olmadan keçirilmişdir. İşə baxan məhkəmə birtərəfli işə baxmaqla və iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparmamaqla Azərbaycan Respublikası MPM-nin 9-cu və 88-ci maddələrinin tələblərini pozmuşdur. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən, məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilmədiyindən və məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmədiyindən ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmalı, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhəri Xətai rayonu 97 saylı Mənzil Kommunal İstismar Sahəsinin 25.07.2018-ci il tarixli arayışında qeyd edilmişdir ki, Cavabdeh Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 109 saylı evin 5 saylı mənzilində qeydiyyatdadır, yaşayır və həmin mənzilin sahibidir. İddiaçı tərəfindən tərtib edilmiş 14.10.2019-cu il tarixli arayışa görə iddiaçı ilə X1 adlı şəxs arasında bağlanmış “K@TV1” Kabel Televiziyası xidmətlərinin göstərilməsinə dair müqaviləyə əsasən 16.07.2008-ci il tarixində həmin ünvan KATV1 Kabel televiziyasının şəbəkəsinə qoşulub, 01.12.2016-cı il tarixdə isə son ödəməsini edərək 11.01.2017-ci il tarixdə 15,60 manat borc ilə şəbəkədən ayrılmışdır. İddiaçı tərəfindən tərtib edilmiş 30.05.2018-ci il tarixli arayışa görə 7069 N saylı akt tərtib edilənədək sonuncu dəfə 11.07.2017-ci il tarixdə həmin binaya baxış keçirilmişdir. "xxxx" MMC-nin və İddiaçı MMC-nin əməkdaşlarının tərtib etdiyi 30.05.2018-ci il tarixli, 7069 N saylı aktın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 109 saylı evin 5 saylı mənzilinin “K@TV1” kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz qoşulması aşkar edilmişdir. Mənzilin qapısını açan olmadığı qeyd edilərək akt yalnız onu tərtib edən hüquqi şəxslərin nümayəndələri tərəfindən təsdiq edilmişdir. Birinci instansiya məhkəməsi işin qeyd edilən hallarına əsasən belə qənaətə gəlmişdir ki, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 109 saylı evin 5 saylı mənzili kabel şəbəkəsindən ayırdıqdan sonra, iddiaçı ilə heç bir müqavilə bağlanmadan, qanunsuz olaraq kabel şəbəkəsinə qoşulmuş və bununla da nəzərdə tutulan abunə haqqını ödəmədən iddiaçının göstərdiyi xidmətlərdən yararlanmışdır. İddiaçı yuxarıda qeyd edilən lisenziyaya əsasən kabel və efir kabel vasitəsi ilə televiziya yayımı kimi fəaliyyət göstərmək hüququnu qanuni əsaslarla əldə etmiş və həmin xidmətlərin həyata keçirilmisinə görə abunəçilərdən abunə haqqı qismində gəlir əldə etmək imkanını qazanmışdır. Cavabdeh isə şəbəkəyə qanunsuz qoşulmaqla iddiaçıya maddi zərər vurmuşdur. Qanunsuz qoşulmaya görə zərərin əvəzi kimi 106,60 manat məbləğində pul tələb edən iddiaçının tələbi əsaslıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, iddiaçı tərəfindən cavabdehlə qeyd edilən ünvana dair kabel televiziyası xidmətlərinin göstərilməsinə dair müqavilə bağlanması, cavabdehin qanunsuz olaraq kabel şəbəkəsinə qoşulması barədə sübutlar təqdim edə bilməmişdir. Ədalət-A” MMC-nin və İddiaçı MMC-nin əməkdaşları tərəfindən 30.05.2018-ci il tarixli, 7069 N saylı akt cavabdehin iştirakı olmadan tərtib edilmiş, akta mənzilə qanunsuz qoşulmanı təsdiq edə biləcək hər hansı video, foto sübutlar əlavə edilməmiş, aktın tərtib edildiyi vaxtdan hazırkı iddianın qaldırıldığı 3 ilə yaxın müddət ərzində cavabdehin aktla tanış edilməsi təmin edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 227 saylı, 14.12.2005-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Telekommunikasiya şəbəkələrinin, vasitə və qurğularının mühafizə Qaydaları”nın 6.3-cü maddəsinə əsasən dəymiş ziyan təqsirkar fiziki və hüquqi şəxs tərəfindən könüllü şəkildə ödənilir, tərəflərin razılığa gəlməməsi halında isə ödəmə məhkəmə yolu ilə təmin edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına görə proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31.01.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinin göstərişinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 08.06.2021-ci il tarixli, 2(011)-3867/2021 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı MMC-nin (K@TV1) Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar