Məhkəmə qərarları › İş №2(103)-945/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-945/2025

26.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-945/2025 26.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı mülki iş üzrə (Açar sözlər: maddi və mənəvi ziyanın ödənilməsi) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3560/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı1 nümayəndəsi və vəkili Vəkil3 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları

1. İş materiallarında olan sifarişçi İddiaçı2 və icraçı X12 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 01 nömrəli sifariş aktının surətindən görünür ki, sifarişçi Azərbaycan Respublikasından yüklənmiş 17 ton tezxarab olan (pomidor və s.) məhsulların Rusiya Federasiyasına çatdırılması məqsədilə icraçıya 10.500 ABŞ dolları (yol xərcləri və Azərbaycanda qalmaq üçün çəkiləcək məsrəflər) məbləğində pul verərək, icraçı yüklənmiş məhsulunu təhvil alaraq 17 ton məhsulu Rusiya Federasiyasına çatdıraraq təhvil verməlidir.

2. İş materiallarında olan sifarişçi İddiaçı2 və icraçı X2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 02 nömrəli sifariş aktının surətindən görünür ki, sifarişçi Azərbaycan Respublikasından yüklənmiş 17 ton tezxarab olan (pomidor və s.) məhsulların Rusiya Federasiyasına çatdırılması məqsədilə icraçıya 10.500 ABŞ dolları (yol xərcləri və Azərbaycanda qalmaq üçün çəkiləcək məsrəflər) məbləğində pul verərək, icraçı yüklənmiş məhsulunu təhvil alaraq 17 ton məhsulu Rusiya Federasiyasına çatdıraraq təhvil verməlidir.

3. İş materiallarında olan sifarişçi İddiaçı2 və icraçı Şamurzaev Şuxrat arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 03 nömrəli sifariş aktının surətindən görünür ki, sifarişçi Azərbaycan Respublikasından yüklənmiş 17 ton tezxarab olan (pomidor və s.) məhsulların Rusiya Federasiyasına çatdırılması məqsədilə icraçıya 10.500 ABŞ dolları (yol xərcləri və Azərbaycanda qalmaq üçün çəkiləcək məsrəflər) məbləğində pul verərək, icraçı yüklənmiş məhsulunu təhvil alaraq 17 ton məhsulu Rusiya Federasiyasına çatdıraraq təhvil verməlidir.

4. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsinin iddiaçıların nümayəndəsi (vəkili) Nümayəndə ünvanladığı məktubdan görünür ki, Xaçmaz Gömrük İdarəsinə Qazaxıstan Respublikası vətəndaşları X3, X8 və Şaxmurzayev Şuxratın ixrac-idxal əməliyyatları ilə bağlı müraciəti daxil olmamışdır.

5. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-33-1700/2-002544/2024 nömrəli məktubundan görünür ki, Qazaxıstan Respublikası vətəndaşı sürücü X10 tərəfindən idarə olunan “Volvo” markalı, 825LEB05/62OVO02 nömrə nişanlı yük avtomobili ilə 07 yanvar 2021-ci il tarixdə pomidor yükü rəsmiləşdirilərək Qazaxıstan Respublikasına yola salınmış, həmin yük 30 yanvar 2021-ci il tarixdə geri qaytarılaraq 02 fevral 2021 ci il tarixdə “təkrar idxal” gömrük prosedurunda rəsmiləşdirilmişdir. Qazaxıstan Respublikası vətəndaşı sürücü X6 tərəfindən idarə olunan “Volvo” markalı, F906402/66OVO02 nömrə nişanlı yük avtomobili ilə 07 yanvar 2021-ci il tarixdə pomidor yükü rəsmiləşdirilərək Qazaxıstan Respublikasına yola salınmış, həmin yük 30 yanvar 2021-ci il tarixdə geri qaytarılaraq 05 fevral 2021-ci il tarixdə “təkrar idxal” gömrük prosedurunda rəsmiləşdirilmişdir. Qazaxıstan Respublikası vətəndaşı sürücü Şaxmurzayev Şuxrat tərəfindən idarə olunan “Volvo” markalı, 294BXZ02/43İPA13 nömrə nişanlı yük avtomobili ilə 09 yanvar 2021-ci il tarixdə pomidor yükü rəsmiləşdirilərək Qazaxıstan Respublikasına yola salınmış, həmin yük 30 yanvar 2021-ci il tarixdə geri qaytarılaraq 10 fevral 2021-ci il tarixdə “təkrar idxal” gömrük prosedurunda rəsmiləşdirilmişdir.

6. İş materiallarında olan Bakı şəhəri Nərimanov RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru X7 xx.xx.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarının surətindən görünür ki, İddiaçı1 şikayət ərizəsi üzrə toplanmış HK/1-782 nömrəli material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Araşdırma materialına əsas İddiaçı1 Abdulla və Ayaz adlı şəxslərin ondan aldıqları pulu qaytarmamaları ilə bağlı olmuşdur.

7. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-156/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, cavabdeh Salmanov Ayaz Tahir oğlundan 6850 (altı min səkkiz yüz əlli) manat və 399.5 (üç yüz doxsan doqquz manat əlli qəpik) manat faiz borcunun tutularaq İddiaçı1 xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

8. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)-2935/2023 nömrəli qətnaməsi ilə cavabdeh Salmanov Ayaz Tahir oğlu tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-156/2023 saylı, 08 fevral 2023-cü il tarixli qətnaməsinin təmin olunmuş hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

9. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-2936/2023 nömrəli qərarı ilə cavabdeh Salmanov Ayaz Tahir oğlunun kassasiya şikayətinin təmin edilməməsi və iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 may 2023-cü il tarixli, 2(103)-2935/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

10. Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 13(102)- 402/2023 nömrəli qərardadı ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-2936/2023 nömrəli qərarından cavabdeh Salmanov Ayaz Tahir oğlu və vəkili X13 verdikləri əlavə kassasiya şikayətinin Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumuna göndərilməsindən imtina edilməsi qərara alınmışdır.

11. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(012)-559/2023 saylı qətnaməsinə əsasən cavabdeh "xxxx" MMC-dən 10000 manat pul və ödənilmiş 120 manat dövlət rüsumunun əvəzi alınaraq İddiaçı1 verilməsi qət edilmişdir. İddianın təmin edilməsinə əsas MMC-nin əməkdaşı olan Cavabdeh1 İddiaçı1 aldığı 10000 manat pulu əsassız olaraq Abdulla adlı şəxsin MMC-yə olan borcunun ödənilməsi kimi hesaba mədaxil etməsi, bununla da MMC-nin əsassız olaraq varlanması olmuşdur.

12. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixində, 2(006)- 1650/2024 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh2 MMC-dən 1375 manat məbləğində pulun tutularaq İddiaçı1 ödənilməsi qət edilmişdir. İddianın təmin edilməsinə əsas Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-559/2023 saylı qətnaməsinə əsasən pulun ödənilməsinin gecikdirilməsi olmuşdur.

13. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)- 5101/2024 nömrəli qətnaməsi ilə Cavabdeh2 MMC tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 may 2024-cü il tarixli, 2(006)-1650/2024 nömrəli qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

14. Göyçay Rayon Məhkəməsinin 2(046)-562/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən müəyyən edilir ki, İddiaçı1 cavabdeh X11 qarşı pul tələbi qismən təmin edilərək cavabdehdən iddiaçının xeyrinə 3500 manat məbləğində pul tutulması qət edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

15. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “maddi və mənəvi ziyan” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddianın təmin edilməsi, cavabdehlər "xxxx" MMC və Cavabdeh1 müştərək qaydada 21.000 ABŞ dollarının (manata ekvivalenti 35.700 manat), habelə mənəvi ziyan kimi 1.500 manat məbləğində pulun alınaraq onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

16. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçılar 2021-ci ilin yanvar ayında İddiaçı2 tanışı Abdulla və Ayaz adlı şəxslərlə birlikdə pomidor məhsulunu Rusiya Federasiyasına apardığından onlarla birlikdə birgə fəaliyyət göstərmək barədə razılığa gəlmişlər. Bundan sonra İddiaçı1 Abdulla və Ayaz adlı şəxslərlə görüşmüşdür. Bu görüş zamanı Abdulla, Ayaz və Nicat söhbət əsasında bildirişmişlər ki, onunla görüşənə qədər "xxxx" MMC-nin Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən istixanasında (parnik) olublar və orada pomidorların yüklənilməsi üçün istixananın rəhbərliyi və istixananı işlədən Cavabdeh1 ilə bütün məsələləri həll ediblər. İddiaçı1 onlarla birlikdə "xxxx" MMC-nin istixanasına getmişdir. İstixanada hər maşına 17 ton olmaqla, cəmi 34 ton pomidor məhsulunu yeşiklərə yığırmışlar. Onlar orada bir müddət olduqdan sonra geriyə qayıtmışlar. Üç gündən sonra 2 maşın pomidor məhsulu yükləmişlər. "xxxx" MMC-də maşınlar yükləndikdən sonra o, Qazaxıstan Respublikası vət: KZ-825-LEB-05 dövlət nömrə nişanlı “Volvo” yük avtomaşınının sürücüsü X9 gömrük rüsumu ödəmək üçün 6.000 ABŞ dolları və nəqliyyatda yükün daşınma haqqı üçün 8.500 ABŞ dolları; Qazaxıstan Respublikası vət: KZ-9064-02 dövlət nömrə nişanlı “Volvo” yük avtomaşınının sürücüsü X5 nəqliyyatda yükün daşınma haqqı üçün 8.500 ABŞ dolları; Biləsuvar rayonu ərazisində yerləşən istixanadan KZ-294- BXZ-02 dövlət nömrə nişanlı “Volvo” markalı avtomaşınının sürücüsü Qazaxıstan vətəndaşı Şaxmurzayev Şuxrat nəqliyyat yükünün daşınması üçün 8.500 ABŞ dolları vermişdir. Beləliklə, "xxxx" MMC-dən və Biləsuvar rayonu ərazisində yerləşən istixanadan yüklənən pomidor məhsullarının nəqliyyatda daşınması üçün 3 yük avtomaşınının sürücülərinə ümumilikdə 31.500 ABŞ dolları pul vermişdir. Sonradan həmin istixanada 3-cü və 4-cü maşınlar üçün pomidor məhsulu olmadığından Abdulla ilə Ayaz qərara gəlmişlər ki, başqa yerdən maşınlara pomidor məhsulu yüklətdirsinlər. 3-cü maşını Maştağa kəndində yaşayan Sərraf adlı şəxsin vasitəçiliyi ilə Abdulla və Ayazla bərabər gedərək Zirə qəsəbəsindən yükləmişlər. 4-cü avtomaşını isə Əvəz adlı şəxsin vasitəçiliyi ilə Ayaz və Abdulla Biləsuvar rayonu yol üzərində yerləşən istixanalardan almışlar. 4 maşın yığıldıqdan sonra gəmi ilə yola salınmışdır. Maşınlardan biri Qazaxıstan Respublikası vət: KZ-857-02 dövlət nömrə nişanlı “Volvo” yük avtomaşınının sürücüsü Nasirxuja Tursinovun idarə etdiyi avtomaşında olan pomidor məhsulları istehlaka yararlı olduğu üçün ünvanına çatdırılmışdır. Lakin sürücülər: X12 və X3 "xxxx" MMC-dən yüklənmiş pomidor məhsulu və Biləsuvar rayonu ərazisində yerləşən istixanadan Şamurzaev Şuxratın idarə etdiyi avtomaşına yüklənmiş pomidor məhsulları AR Gömrük nəzarət postundan keçmiş, lakin Qazaxıstan Gömrük postu nəzarətindən keçərkən pomidorlarda texniki tələblərə cavab vermədiyi üçün Qazaxıstan gömrüyündən keçməmiş, orada avtomaşınlar bir müddət qalandan sonra Azərbaycana geri qaytarılmış və təyinatı üzrə ünvana çatdırılmamışdır. Bu səbəbdən də "xxxx" MMC və Biləsuvar istixanasının rəhbərliyinin təqsiri üzündən 53.500 manat onlara ziyan vurulmuşdur ki, hazırkı iddia üzrə cavabdehlərin nöqsanı (zay məhsul) ucbatından onlara 21.000 ABŞ dollar maddi və mənəvi zərər dəymişdir. Cavabdeh tərəfin ona qarşı dələduzluq cinayəti törətməsi qənaətinə gələrək barələrində qanuni tədbir görülməsi məqsədi ilə Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin rəisinə rəsmi müraciət etmişlər. Ərizəyə əsasən Pİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru C.N.Hüseynov tərəfindən araşdırılma aparılmış, onun ərizəsi üzrə toplanmış HK/1-782 saylı material üzrə özünün 18 sentyabr 2021-ci il qərarı ilə cinayət işinin başlanmasını rədd etməklə bərabər cavabdehlərə qarşı etdiyi müraciətin mülki mübahisələrə aid olduğundan məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. Onu da qeyd edir ki, 3 maşın pomidor müəyyən tələblərə cavab vermədiyi üçün Qazaxıstan gömrüyündən keçmədiyi və geri qaytarıldığından onlar bir maşındakı pomidorun tullantıya çevrildiyini, digər 2 maşındakı pomidorun 30 faizinin xarab olduğunu, qalanını isə satdıqlarını və satışdan 12.000 manat pul əldə etdiklərini bildirmişlər. Göstərilənlərə əsasən İddiaçı2 Moskva şəhərindən telefon vasitəsilə Ayaz, Abdulla və Nicat adlı şəxslərlə hesabat aparmış, həmin hesabatda onun tərəfindən Mehdi və Rafiq iştirak etmişlər. Hesabat nəticəsində onların dedikləri bütün itkiləri nəzərə alaraq Ayaz və Abdullanın ona 15.000 manat borcları qalmışdır. Onlar həmin pulları ona ödəyəcəklərinə söz versələr də ödəməmişlər. Bu səbəbdən Sabunçu RPİ-nə ərizə ilə müraciət etmişlər. Sonra isə məhkəməyə müraciət edərək qeyd edilən pulun alınmasına nail olmuşlar. Bu faktı pomidor məhsulunun nəqliyyat vasitələrinə yüklənilməsi, göndərilməsi və s. işlərlə əlaqədar proseslərdə bilavasitə iştirak etmiş: vət. X14, Salmanov Ayaz Tahir oğlu, Cavabdeh1, X15 məhkəmədə təsdiq edə bilərlər. Cavabdeh1 Nərimanov rayon Polis İdarəsinin İstintaq Şöbəsinə verdiyi izahatın məzmunundan görünür ki, 2020-ci ilin dekabr ayında X4 qəsəbəsində yerləşən pomidor parniklərindən Qazaxıstan şəhərinə tırlar və gəmi vasitəsi ilə mal göndərirmiş. Həmin ərəfədə X14 istixana müdir müavini Zeynaldan 18.000 manat dəyərində nisyə pomidor vurub Qazaxıstan şəhərinə göndərmişdir. Həmin şəhərdə isə şəriki Rəhman malı qəbul etmişdir. Malı Qazaxıstana göndərdikdən sonra isə yaşadığı Göyçay şəhərinə getmişdir. Orada əvvəllər həmyerli kimi tanıdığı Ayaz ona təklif etmişdir ki, 4 nəfər tanış tır sürücüləri var. Onlar Rusiya ərazisinə Qazaxıstan yolu ilə keçə bilirlər. İstəsən onunla işləyər. O isə sonuncudan həmin sürücüləri haradan tanıdığını soruşanda bildirmişdir ki, Moskva şəhərində Elxan adlı tanışı var və həmin sürücüləri də Elxan tanıyır. Söz vermişdir ki, həmin malın Rusiya bazarına çatmasına cavabdehdir. Həmin vaxt Ayazın telefonu ilə Rusiyada yaşayan Elxanla da danışmış və Elxanla danışıq zamanı Elxan söz vermişdir ki, tırların Qazaxıstan şəhərindən Rusiya bazarına keçməsinə özü cavabdehdir, lakin hər bir maşına dövlət rüsumundan əlavə 8.500 ABŞ dolları pul verməlidirlər. 2021-ci ilin yanvar ayında Ayazla bərabər Bakı şəhərinə gəlmiş və Bakı şəhərində Ayaz ona bildirmişdir ki, Elxanın şəriki Mehdi müəllimlə görüşməlidirlər. Onlar Mehdi müəllimlə görüşüb danışandan sonra üçü birlikdə Ramanı qəsəbəsində yerləşən pomidor parniklərinə getmişlər. Həmin istixanada Zeynal adlı şəxsin parnikindən hər kiloqramını 1 manat 40 qəpik olmaqla 35 tona bərabər nisyə pomidor məhsulunu iki tıra yüklətdirmişlər. 3-cü tırı isə Maştağa kəndində yaşayan Sərraf adlı şəxsin vasitəçiliyi ilə Ayazla bərabər gedərək bir hissəsini Zirə qəsəbəsində yerləşən pomidor parniklərindən almışlar. 4-cü maşını isə Əvəz adlı şəxsin vasitəçiliyi ilə Ayazla bərabər Biləsuvar rayonu yolunun üstündə yerləşən pomidor istixanasından almış və həmin prosesdə də Mehdi müəllim iştirak etməmişdir. 4 maşın yığıldıqdan sonra gəmi ilə yola salınmışdır. Lakin maşınlardan biri Rusiya sərhədini keçsə də 3 maşında olan pomidor məhsullarının tərkibində tələblərə cavab verməyən maddə aşkarlandığı üçün geri qaytarılmışdır. Beləliklə də cavabdehlərdən müştərək qaydada pul tutularaq onların xeyrinə ödənilməsi barədə məhkəmə qətnamə qəbul etməlidir. İddiaçıların Azərbaycan Respublikasından hüquqi şəxs "xxxx" MMC (VÖEN: **********) və Biləsuvar rayonu ərazisində istixanadan toplanılmış hər avtomaşına 17 tondan, 3 maşına 51 ton pomidor məhsulunun Qazaxıstan Respublikasına nəqliyyat vasitəsi ilə daşınması üçün verilmiş 53550 AZN pulunun "xxxx" MMC və Biləsuvar rayonu ərazisində yerləşən istixananın pomidorlarının texniki tələblərə cavab vermədiyindən geri qaytarıldığı üçün onlara dəymiş maddi ziyanın ödənilməsi tələbi barədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar.

17. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3560/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Vüsalə Musayeva) iddia tələbinin rədd edilməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçılara aid edilməsi qət edilmişdir.

18. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 18, 21, 21.2, 21.3, 385.1, 386.1, 425.1, 442, 448.1, 560.2, 1096.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarına, Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 2008-ci il 30 iyul tarixli qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair» 18 mart 2019-cu il tarixli qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9-cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair” qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 9.1, 9.3, 14.2, 88, 217.1, 217.3, 217.4, 218.1, 218.3 və 220.4-cü istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

19. Qətnamədən İddiaçı1 nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və cavabdehlər "xxxx" MMC və Cavabdeh1 müştərək qaydada 21.000 ABŞ dollarının, habelə mənəvi zərər kimi 1.500 manat məbləğində pulun alınaraq onlara ödənilməsi tələbinə dair iddianın təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddianın rədd ediliməsi əsası kimi ona əsaslanmışdır ki, İddiaçı1 tərəfindən daha əvvəl qaldırılmış iddialarda onun yük maşınlarının sürücülərinə hər hansı məbləğdə pul ödəməsi barədə hər hansı bir fikir ifadə olunmamışdır. Məhkəmə digər İddiaçı2 cavabdehlərdən aldığı pomidor məhsulunu ölkə xaricində satmaq üçün yük maşınlarının sürücülərinə pul ödəməsi və məhsulda nöqsan aşkar edilməsi ilə bağlı ona maddi ziyanın dəyməsi barədə dəlilləri ilə bağlı qeyd etmişdir ki, işin araşdırılmış hallarından müəyyən edilir ki, Cavabdeh2 MMC-nin istixanasından götürüldüyü iddia edilən pomidor məhsulunda nöqsanlar aşkar edilməsi ilə bağlı dəlillər sübuta yetməmişdir. İddiaçı bu barədə dəlilini yalnız həmin yük maşınlarının Qazaxıstan sərhədindən geri qayıtması ilə əsaslandırmışdır ki, bu hal da özlüyündə məhsulların xarab olmasını deməyə əsas vermir. İkinci bir məqam, İddiaçı2 sürücülərin xidmətinə görə onlara ödənişlə bağlı sifariş aktlarıdır ki, həmin aktlarda qeyd edilən tarix iddiaçının bildirdiyi tarixlərlə üst-üstə düşmür, habelə həmin aktların mötəbərliyini müəyyən etmək mümkün deyildir. Nəhayət, məhkəmə vurğulayır ki, yuxarıda göstərilən iddia ərizəsində İddiaçı1 və həmçinin, Nərimanov RPİ İŞnin xx.xx.2021-ci il tarixli qərarında Abdulla Yaqubovun da izahatlarından aydın olur ki, İddiaçı2la işbirliyi nəticəsində Cavabdeh2 MMC-dən nisyə olaraq götürdükləri pomidor məhsullarının yükləndiyi maşınlarda olan məhsullarda aşkar edilən nöqsana görə geri qayıtmış, sonradan isə həmin məhsulları bazarda özləri satmış və müəyyən məbləğdə gəlir əldə etmiş, Elxanla birlikdə həmin gəlir və xərclərin hesabatını aparmışlar. Beləliklə, məhkəmə bu qənaətə gəlir ki, İddiaçı2 məhz Cavabdeh1 və ya Cavabdeh2 MMC-nin təqsirli hərəkətləri nəticəsində zərər vurulması faktı öz təsdiqini tapmadığından buna dair iddia təmin edilə bilməz. Birinci instansiya məhkəməsinin göstərilən hallara əsaslanmaqla iddianın rədd edilməsinə dair gəldiyi nəticə əsassızdır. Belə ki, iş materiallarında olan sifarişçi İddiaçı2 və icraçı X12 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 01 nömrəli sifariş aktının surətindən görünür ki, sifarişçi Azərbaycan Respublikasından yüklənmiş 17 ton tezxarab olan (pomidor və s.) məhsulların Rusiya Federasiyasına çatdırılması məqsədilə icraçıya 10.500 ABŞ dolları (yol xərcləri və Azərbaycanda qalmaq üçün çəkiləcək məsrəflər) məbləğində pul verərək, icraçı yüklənmiş məhsulunu təhvil alaraq 17 ton məhsulu Rusiya Federasiyasına çatdıraraq təhvil verməlidir. Sifarişçi İddiaçı2 və icraçı X2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 02 nömrəli sifariş aktının surətindən görünür ki, sifarişçi Azərbaycan Respublikasından yüklənmiş 17 ton tezxarab olan (pomidor və s.) məhsulların Rusiya Federasiyasına çatdırılması məqsədilə icraçıya 10.500 ABŞ dolları (yol xərcləri və Azərbaycanda qalmaq üçün çəkiləcək məsrəflər) məbləğində pul verərək, icraçı yüklənmiş məhsulunu təhvil alaraq 17 ton məhsulu Rusiya Federasiyasına çatdıraraq təhvil verməlidir. Sifarişçi İddiaçı2 və icraçı Şamurzaev Şuxrat arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 03 nömrəli sifariş aktının surətindən görünür ki, sifarişçi Azərbaycan Respublikasından yüklənmiş 17 ton tezxarab olan (pomidor və s.) məhsulların Rusiya Federasiyasına çatdırılması məqsədilə icraçıya 10.500 ABŞ dolları (yol xərcləri və Azərbaycanda qalmaq üçün çəkiləcək məsrəflər) məbləğində pul verərək, icraçı yüklənmiş məhsulunu təhvil alaraq 17 ton məhsulu Rusiya Federasiyasına çatdıraraq təhvil verməlidir. Bakı şəhəri Nərimanov RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru X7 xx.xx.2021ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarının surətindən görünür ki, İddiaçı1 şikayət ərizəsi üzrə toplanmış HK/1-782 nömrəli material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Araşdırma materialına əsas İddiaçı1 Abdulla və Ayaz adlı şəxslərin ondan aldıqları pulu qaytarmamaları ilə bağlı olmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-156/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, cavabdeh Salmanov Ayaz Tahir oğlundan 6850 (altı min səkkiz yüz əlli) manat və 399.5 (üç yüz doxsan doqquz manat əlli qəpik) manat faiz borcunun tutularaq İddiaçı1 xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli,2(103)- 2935/2023 nömrəli qətnaməsi ilə cavabdeh Salmanov Ayaz Tahir oğlu tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-156/2023 saylı, 08 fevral 2023-cü il tarixli qətnaməsinin təmin olunmuş hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. AzərbaycanRespublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-2936/2023 nömrəli qərarı ilə cavabdeh Salmanov Ayaz Tahir oğlunun kassasiya şikayətinin təmin edilməməsi və iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 may 2023-cü il tarixli, 2(103)-2935/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2024cü il tarixli, 13(102)- 402/2023 nömrəli qərardadı ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-2936/2023 nömrəli qərarından cavabdeh Salmanov Ayaz Tahir oğlu və vəkili X13 verdikləri əlavə kassasiya şikayətinin Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumuna göndərilməsindən imtina edilməsi qərara alınmışdır. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(012)-559/2023 saylı qətnaməsinə əsasən cavabdeh "xxxx" MMC-dən 10000 manat pul və ödənilmiş 120 manat dövlət rüsumunun əvəzi alınaraq İddiaçı1 verilməsi qət edilmişdir. İddianın təmin edilməsinə əsas MMC-nin əməkdaşıolan Cavabdeh1 İddiaçı1 aldığı 10000 manat pulu əsassız olaraq Abdulla adlı şəxsin MMC-yə olan borcunun ödənilməsi kimi hesaba mədaxil etməsi, bununla da MMC-nin əsassız olaraq varlanması olmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixində, 2(006)- 1650/2024 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh2 MMC-dən 1375 manat məbləğindəpulun tutularaq İddiaçı1 ödənilməsi qət edilmişdir. İddianın təmin edilməsinə əsas Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-559/2023 saylı qətnaməsinə əsasən pulun ödənilməsinin gecikdirilməsi olmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli,2(103)- 5101/2024 nömrəli qətnaməsi ilə Cavabdeh2 MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməsi və Bakı şəhəri NəsimiRayon Məhkəməsinin 14 may 2024-cü il tarixli, 2(006)-1650/2024 nömrəli qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Göyçay Rayon Məhkəməsinin 2(046)-562/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən müəyyən edilir ki, İddiaçı1 cavabdeh X11 qarşı pul tələbi qismən təmin edilərək cavabdehdən iddiaçının xeyrinə 3500 manat məbləğində pul tutulması qət edilmişdir. Beləliklə, qanuni qüvvədə olan məhkəmə aktları (qətnamələri) ilə müəyyən edilmişdir ki, iddiaçılar tərəfindən alınmış pomidorun nəqliyyat vasitələri ilə Rusiya Federasiyasına göndərilməsi üçün sifarişçi İddiaçı2 və icraçı X12 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 01 nömrəli sifariş aktına əsasən sifarişçi Azərbaycan Respublikasından yüklənmiş 17 ton tez xarab olan (pomidor və s.) məhsulların Rusiya Federasiyasına çatdırılması məqsədilə icraçıya 10.500 ABŞ dolları (yol xərcləri və Azərbaycanda qalmaq üçün çəkiləcək məsrəflər) məbləğində pul verərək, icraçı yüklənmiş məhsulunu təhvil alaraq 17 ton məhsulu Rusiya Federasiyasına çatdıraraq təhvil verməlidir. Həmçinin, sifarişçi İddiaçı2 və icraçı X2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 02 nömrəli sifariş aktının surətindən görünür ki, sifarişçi Azərbaycan Respublikasından yüklənmiş 17 ton tez xarab olan (pomidor və s.) məhsulların Rusiya Federasiyasına çatdırılması məqsədilə icraçıya 10.500 ABŞ dolları (yol xərcləri və Azərbaycanda qalmaq üçün çəkiləcək məsrəflər) məbləğində pul verərək, icraçı yüklənmiş məhsulunu təhvil alaraq 17 ton məhsulu Rusiya Federasiyasına çatdıraraq təhvil verməlidir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-33-1700/2-002544/2024 nömrəli məktubundan görünür ki, Qazaxıstan Respublikası vətəndaşı sürücü X10 tərəfindən idarə olunan “Volvo” markalı, 825LEB05/62OVO02 nömrə nişanlı yük avtomobiliilə 07 yanvar 2021-ci il tarixdə pomidor yükü rəsmiləşdirilərək Qazaxıstan Respublikasına yola salınmış, həmin yük 30 yanvar 2021-ci il tarixdə geri qaytarılaraq 02 fevral 2021 ci il tarixdə “təkrar idxal” gömrük prosedurunda rəsmiləşdirilmişdir. Qazaxıstan Respublikası vətəndaşı sürücü X6 tərəfindən idarə olunan “Volvo” markalı, F906402/66OVO02 nömrə nişanlı yük avtomobili ilə 07 yanvar 2021-ci il tarixdə pomidor yükü rəsmiləşdirilərək Qazaxıstan Respublikasına yola salınmış, həmin yük 30 yanvar 2021-ci il tarixdə geri qaytarılaraq 05 fevral 2021-ci il tarixdə “təkrar idxal” gömrük prosedurunda rəsmiləşdirilmişdir. Qazaxıstan Respublikası vətəndaşı sürücü Şaxmurzayev Şuxrat tərəfindən idarə olunan “Volvo” markalı, 294BXZ02/43İPA13 nömrə nişanlı yük avtomobili ilə 09 yanvar 2021-ci il tarixdə pomidor yükü rəsmiləşdirilərək Qazaxıstan Respublikasına yola salınmış, həmin yük 30 yanvar 2021-ci il tarixdə geri qaytarılaraq 10 fevral 2021-ci il tarixdə “təkrar idxal” gömrük prosedurunda rəsmiləşdirilmişdir. Göründüyü kimi, cavabdehlər lazımı keyfiyyətdə məhsul təqdim etməmişlər. Nəticədə tərəflər arasında bağlanmış müqavilə öhdəliklərini lazımınca yerinə yetirməməklə müqavilə öhdəliklərini pozmuşlar. Göstərilən xüsusatlar həmin şəxslərin iştirakı ilə olan başqa bir mülki işlər üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə sübut olunmuşdur. Odur ki, cavabdehlərin lazımı keyfiyyətdə məhsul təqdim etməmələri nəticəsində tərəflər arasında bağlanmış müqavilə öhdəliklərini lazımınca yerinə yetirməməklə müqavilə öhdəliklərini pozmaları faktı məcburidir və həmin fakt yenidən sübut edilməməlidir. M.Əzizovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 may 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 aprel 2018-ci il tarixli qərarına əsasən, Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bu maddənin mənasına görə, eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarında göstərmişdir ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş tələbin (və ya etirazların) predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 13 fevral 2016-cı il tarixli Qərarında formalaşdırılmış hüquqi mövqeyə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamədə əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və ya etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı). C.İsmayılzadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 06 iyun 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 23 fevral 2016-cı il tarixli qərarına əsasən,qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olubolmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeydşərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xüsusiyyətlərə malikdir. Bu mövqe İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Brumaresku Rumıniyaya qarşı iş üzrə 28 oktyabr 1999-cu il tarixli Qərarda göstərilmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi həmçinin tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Göstərilənlərə əsasən, birinci instansiya məhkəməsinin İddiaçı1 tərəfindən daha əvvəl qaldırılmış iddialarda onun yük maşınlarının sürücülərinə hər hansı məbləğdə pul ödəməsi barədə hər hansı bir fikir ifadə olunmamasına əsaslanmaqla iddianın təmin edilməməsinə dair gəldiyi nəticə əsassızdır. Belə ki, göründüyü kimi, həmin şəxslərin iştirakı ilə əvvəllər baxılmış işlər üzrə lazımı keyfiyyətdə olan məhsulun cavabdehlər tərəfindən verilməməsi nəticəsində əlavə dəymiş ziyanın, o cümlədən hazırkı məhkəmə baxışının predmeti olmuş nəqliyyat vasitələrinə ödənilmiş xərclərin cavabdehlərdən alınmasına dair tələb olmamış və buna dair müvafiq əsaslandırma olmamış və müvafiq sübutlar təqdim edilməmişdir. Odur ki, İddiaçı1 tərəfindən daha əvvəl qaldırılmış iddialarda onun yük maşınlarının sürücülərinə hər hansı məbləğdə pul ödəməsi barədə hər hansı bir fikir ifadə olunmaması mövcud iddanın irəli sürülməsi imkanını aradan qaldıra və həmin hüquqa əvəzsiz xitam verə bilməz. Göstərilənlərə əsasən, cavabdehlərin lazımi keyfiyyətdə məhsul təqdim etməmələri nəticəsində tərəflər arasında bağlanmış müqavilə öhdəliklərini lazımınca yerinə yetirməməklə müqavilə öhdəliklərini pozmaları həmin şəxslərin iştirakı ilə olan başqa bir mülki işlər üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə sübut olunduğundan cavabdehlərin lazımı keyfiyyətdə məhsul təqdim etməmələri nəticəsində tərəflər arasında bağlanmış müqavilə öhdəliklərini lazımınca yerinə yetirməməklə müqavilə öhdəliklərini pozmaları məcburidir və həmin fakt yenidən sübut edilməməlidir. Birinci instansiya məhkəməsi tərəfindən İddiaçı1 tərəfindən daha əvvəl qaldırılmış iddialarda onun yük maşınlarının sürücülərinə hər hansı məbləğdə pul ödəməsi barədə hər hansı bir fikir ifadə olunmamasına istinad olunmuş, hazırkı iddia tələbi üzrə təqdim edilmiş sübutlar və tərəflərin hüquq və vəzifələri aydınlaşdırılmamışır. Ona görə ki, birinci instansiya məhkəməsi tərəfindən yeganə əsas kimi İddiaçı1 tərəfindən daha əvvəl qaldıırlmış iddialarda onun yük maşınlarının sürücülərinə hər hansı məbləğdə pul ödəməsi barədə hər hansı bir fikir ifadə etməməsinə istinad olunmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən istinad olunan Cavabdeh2 MMC-nin istixanasından götürüldüyü iddia edilən pomidor məhsulunda nöqsanlar aşkar edilməsi ilə bağlı dəlillərin sübuta yetməməsi işin halları ilə sübut edilmir. Ona görə ki, şərh olunduğu kimi, lazımı keyfiyyətdə olan məhsulun cavabdehlər tərəfindən verilməməsi nəticəsində əlavə dəymiş ziyanın, o cümlədən hazırkı məhkəmə baxışının predmeti olmuş nəqliyyat vasitələrinə ödənilmiş xəclərin iddiaçılar tərəfindən ödənilməsi işin materialları ilə tam sübuta yetirilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən yük maşınlarının Qazaxıstan sərhədindən geri qayıtması halının özlüyündə məhsulların xarab olmasını deməyə əsas verməməsinə dair dəlilləri işin həqiqi hallarına uyğun gəlmir. Belə ki, bir tərəfdən yük maşınlarının Qazaxıstan sərhədindən geri qayıtması halının özlüyündə məhsulların xarab olmasını deməyə əsas verməməsinə istinad edən məhkəmə, digər tərəfdən iddiaçıların işbirliyi nəticəsində Cavabdeh2 MMCdən nisyə olaraq götürdükləri pomidor məhsullarının yükləndiyi maşınlarda olan məhsullarda aşkar edilən nöqsana görə geri qayıtdıqdan sonra həmin məhsulları bazarda özlərinin sataraq və müəyyən məbləğdə gəlir əldə etmələrinə istinad etməklə yuxarıda ifadə olunan fikirinə zidd fikir ifadə etmişdir. Göründüyü kimi, məhkəmə biri-digərinə zidd olan dəlillərə əsaslanmaqla iddianın rədd edilməsinə dair əsassız nəticəyə gəlmişdir. Belə ki, mövcud iddia tələbi tərəflər arasında yaranmış mübahisənin mallara görə hesablaşması deyil, cavabdehlərin lazımı keyfiyyətdə olmayan pomidor mhsulu təqdim etməmələri nəticəsində tərəflər arasında bağlanmış müqavilə öhdəliklərini lazımınca yerinə yetirməməklə müqavilə öhdəliklərini pozmaları nəticəsində iddiaçıların nəqliyyat xərclərini ödəməklə əlavə çəkdiyi xərclərin ödənilməsindən ibarətdir. Cavabdehlərin lazımi keyfiyyətdə məhsul təqdim etməmələri nəticəsində tərəflər arasında bağlanmış müqavilə öhdəliklərini lazımınca yerinə yetirməməklə müqavilə öhdəliklərini pozduqlarından iddiaçıların nəqliyyat xərclərini ödəmələri nəticəsində əlavə çəkdiyi xərclər də cavabdehlərdən tutulmalıdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

22. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Vəkil2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

23. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçılar İddiaçı1 və İddiaçı2, Cavabdeh1 məhkəmə iclasına gəlməmişlər. İddiaçı1 nümayəndəsi və vəkili Vəkil3 ərizə ünvanlayaraq məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçılar İddiaçı1 və İddiaçı2, Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin

24. Maddə 6.2. fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

25. Maddə 18. mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir.

26. Maddə 21. zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.

27. Maddə 385.1 öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

28. Maddə 386.1 öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

29. Maddə 425.1 öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

30. Maddə 442 öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

31. Maddə 448.1 əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

32. Maddə 560.2 hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

33. Maddə 1096.1. mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

34. Maddə 1096.2. delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

35. Maddə 1097.1. mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin

36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

38. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

39. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

40. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

41. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

42. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

43. Hazırki halda, İddiaçı1 apellyasiya şikayətində qətnamənin tam ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

44. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayət təmin edilmədən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3560/2024 nömrəli, 16 oktyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

45. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

46. Məlum olduğu kimi, zərərin əvəzinin ödənilməsinin əsas məqsədi hər hansı bir şəxsin əmlakda onun iradəsi xaricində əmələ gələn azalmanı, yəni zərəri eynilə və ya pulla aradan qaldırmaq, zərər verən hadisə nəticəsində zərər çəkənin əmlakında azalmış olan dəyər yerinə keyfiyyət və ya kəmiyyət baxımından eyni olan dəyər qoymaqdır. Azərbaycan Respublikası Mülki Məcəlləsi mülki hüquq pozuntusunun (deliktin) anlayışını və delikt törətmiş şəxsin məsuliyyətinin yaranması əsaslarını nəzərdə tutur (1096 və 1097ci maddələr). Həmin maddi hüquq normalarının dispozisiyasından aydın olur ki, mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərə görə məsuliyyətə cəlb etmək üçün zərərin özünün varlığı və borclunun hüquqa zidd əməli ilə zərər arasında səbəbli əlaqənin mövcudluğu tələb olunur. Bu mənada zərər mülki-hüquqi məsuliyyətin ən önəmli ünsürünü təşkil edir.

47. Qeyd edilən normalardan görünür ki, mülki qanunvericilikdə delikt törətmiş şəxsin təqsirinin sübut etməsi əməlinin əks olunması yox, onun təqsirli olmaması əməlinin əks etdirilməsi vacibdir. Mülki qanunvericilik istər müqavilə öhdəlikləri, istərsə də delikt öhdəliklərində zərərvuranın (hüquq pozan şəxsin) təqsir prezumpsiyasını müəyyənləşdirir. Təqsir prezumpsiyasına görə şəxs zərərin vurulmasında özünün təqsirinin olmamasını sübuta yetirənədək təqsirli hesab edilir. Yəni, təqsirinin olmadığını sübut etmə yüklü zərərvuran şəxsin üzərinə düşür. Buna uyğun olaraq zərərçəkən və zərərvuran arasında sübuta yetirmə yükü bölünür: zərərin əvəzinin ödənilməsini tələb edən zərərçəkən ona zərər vurulması faktını, səbəbli əlaqəni sübuta yetirməyə borcludur. Zərərvuran şəxs isə öz növbəsində etdiyi hərəkətin hüquqazidd olmamasını və təqsirsizliyini sübut etməlidir.

48. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosesdə sübutlar dedikdə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür (MPM-nin 76.1-ci maddəsi). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-nin 76.2-ci maddəsi).

49. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 aprel 2022-ci il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” qərarında qeyd etmişdir ki, “Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: - törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; - zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. Lakin istər mülki hüquq nəzəriyyəsində, istərsə də qanunvericilikdə bəzi hallar üçün təqsirsiz olaraq da mülki hüquq məsuliyyətinin yaranmasının mümkünlüyü qəbul edilmişdir. Mülki Məcəllənin 1097.3-cü maddəsinə görə, qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Bu halda şəxs təqsirli olaraq törətmiş olduğu əmələ görə deyil, yaranmış olan zərərli nəticələrə görə müəyyən şərtlər daxilində mülki hüquqi məsuliyyətli hesab edilir.

50. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı1 və İddiaçı2 tərəfindən Abdulla Yaqubov və Ayaz Salmanov adlı şəxslərin vasitəçiliyi ilə Cavabdeh2 MMC-dən istixana pomidorunun alınıb-satılması ilə bağlı işgüzar münasibətlər yaranmışdır. Bununla belə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(102)-2936/2023 saylı qərarı ilə qüvvədə saxlanılmış Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-2935/2023 saylı qətnaməsi ilə müəyyən edilmiş hal ondan ibarət olmuşdur ki, İddiaçı1 tərəfindən Ayaz Salmanova borc üçün pul verilmişdir. Məhkəmə aktları ilə müəyyən edilmişdir ki, İddiaçı1 tərəfindən Ayaz Salmanova işgüzar münasibətlər çərçivəsində borc pul verilmişdir. Göyçay Rayon Məhkəməsinin qətnaməsi ilə müəyyən edilmiş hal ondan ibarətdir ki, İddiaçı1 tərəfindən Abdulla Yaqubova işgüzar münasibətlər çərçivəsində borc pul verilmişdir. Abşeron Rayon Məhkəməsinin qətnaməsi ilə müəyyən edilmiş hal ondan ibarətdir ki, İddiaçı1 tərəfindən Cavabdeh2 MMC-yə əslində pomidor alınması üçün mədaxil edilmiş pul Abdulla Yaqubovun borcuna hesablandığı üçün Cavabdeh2 MMC İddiaçı1 hesabına əsassız varlandığından həmin pul məbləğinin Cavabdeh2 MMC-dən alınıb İddiaçı1 qaytarılması qət edilmişdir. Beləliklə, İddiaçı1, İddiaçı2, Abdulla Yaqubov və Ayaz Salmanov adlı şəxslər arasında işgüzar, habelə borc münasibətlərinin olması daha əvvəl qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə öz təsdiqini tapmışdır.

51. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, işin halları ilə müəyyən edilir ki, İddiaçı1 həmin yük maşınlarına hər hansı bir məbləğdə pul ödənilməsində hər hansı iştirakı olmamışdır. İddiaçı1 tərəfindən daha əvvəl qaldırılmış iddialarda onun yük maşınlarının sürücülərinə hər hansı məbləğdə pul ödəməsi barədə hər hansı bir fikir ifadə olunmamışdır. Yəni, İddiaçı1 Ayaz Salmanova və Abdulla Yaqubova qarşı iddiaları yalnız həmin şəxslərə verdiyi pula görə olmuşdur. Odur ki, hazırkı halda İddiaçı1 yük maşını sürücülərinə ödənilmiş pul məbləğinin hazırkı iş üzrə cavabdehlərdən tutulmasına dair iddia qaldırılmasına subyektiv hüququ müəyyən edilməmişdir. Həmçinin, işin araşdırılmış hallarından müəyyən edilir ki, Cavabdeh2 MMCnin istixanasından götürüldüyü iddia edilən pomidor məhsulunda nöqsanlar aşkar edilməsi ilə bağlı dəlillər sübuta yetməmişdir. İddiaçı bu barədə dəlilini yalnız həmin yük maşınlarının Qazaxıstan sərhədindən geri qayıtması ilə əsaslandırmışdır ki, bu hal da özlüyündə məhsulların xarab olmasını deməyə əsas vermir. Digər tərəfdən, İddiaçı2 sürücülərin xidmətinə görə onlara ödənişlə bağlı sifariş aktlarında qeyd edilən tarix iddiaçının bildirdiyi tarixlərlə üst-üstə düşmür, habelə həmin aktların mötəbərliyini müəyyən etmək mümkün deyildir. Eyni zamanda, nöqsanlı hesab olunan pomidor məhsulu geri qayıtdıqdan sonra həmin məhsulları bazarda özləri satmış və müəyyən məbləğdə gəlir əldə etmişlər. Beləliklə, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddia təmin edilməməlidir.

52. Məhkəmə kollegiyası iddiaçının cavabdehlər tərəfindən maddi zərərin vurulmasına dair iddia tələbinin dəlilləri ilə razılaşmır. Belə ki, zərərin ödənilməsi ilə bağlı tələb öncə həmin zərərin onu vuran şəxsə aid edilməsini nəzərdə tutur. Tələb sübuta yetirilmədiyindən cavabdehlər göstərilən hadisəyə görə təqsirli hesab oluna bilməz.

53. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, cavabdehlər tərəfindən iddiaçılara zərər vurulması ilə nəticələnən hər hansı təqsirli hərəkətlər müəyyən edilmədiyindən, iddiaçıların cavabdehlərə qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair əsas iddia tələbi, eləcə də həmin tələbdən doğan vurulmuş mənəvi zərərin ödənilməsi tələbi təmin edilə bilməz.

54. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.

55. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, sübuta yetirilməyən tələb əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnış mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni, həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Bu baxımdan da, məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilə bilməz.

56. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.

57. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı1 nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3560/2024 nömrəli, xx.xx.2024cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar