Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9515/2021 01.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Məmmədovanın sədrliyi ilə, Rafael Əmir oğlu Eyvazov və X1 ibarət tərkibdə, Azər Aydın oğlu Mövlayevin katibliyi ilə, İddiaçı, Cavabdehlər Cavabdeh1 və Cavabdeh4 iştirakları ilə, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-1687/2021 saylı, 02.06.2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı "pul tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının cavabdehlərdən Cavabdeh2 ilə bir müddətdir ki, tanışlığı olub. Onun vasitəsi ilə iddiaçı digər cavabdehlərlə tanış olmuşdur. Cavabdehlərdən Cavabdeh2 və Cavabdeh1 Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa-Xuna bağlar sahəsi 183 ç ünvanında yerləşən iaşə obyektinin sənədləşdirilməsi, təmiri, istilik sisteminin quraşdırılması, kanalizasiya sistemi xətlərinin çəkilməsi, obyektin iddiaçının adına keçirilməklə orada yüksək səviyyədə xidmətin təşkil edilməsi adı ilə iddiaçıdan bir neçə dəfəyə, hissə-hissə 64350 manat və 300 ABŞ dolları pulu almışlar. Sonradan iddiaçıya məlum olmuşdur ki, onlar iddiaçını aldadaraq həmin obyekti cavabdehlədən Cavabdeh4 həyat yoldaşı Cavabdeh3 adına rəsmiləşdirmişlər. İddiaçı bu mübahisənin məhkəmədənkənar qaydada həllinə nail olmaq üçün dəfələrlə cavabdehlərə müraciət etsə də, onlar müxtəlif bəhanələrlə nə pulun qaytarılmasını, nə də ki, razılaşmaya uyğun olaraq obyektin iddiaçının adına rəsmiləşdirilməsini təmin etməmiş, müxtəlif bəhanələrlə boyun qaçırmışlar.Göstərilənlərə əsasən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 iddiaçıdan aldıqları 64 350 manat, məzənnəyə uyğun olaraq 300 ABŞ dolları pulun, həmçinin də ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Sonradan iddiaçının vəkili və nümayəndəsi iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 iddiaçıdan aldıqları 160.827,12 manat pulun, məzənnəyə uyğun olaraq 775 ABŞ dolları pulun, həmçinin də ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-1687/2021 saylı, 02.06.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin rədd edilməsi qət edilmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-1687/2021 saylı, 02.06.2021-ci il tarixli qətnaməsi qnunsuzdur və ləğv edilməlidir.Belə ki, işin bütün halları barədə birinci instansiya məhkəməsindəki icrrat zamanı tərəfindən izahat verilmişdir.Cavabdehlər Cavabdeh2 və Əliyev X8 rayonu, Qala qəsəbəsi, Xaşa-Xuna bağlar sahəsi 183 “ç” ünvanında yerləşən iaşə obyektinin sənədləşdirilməsi, təmiri, istilik sisteminin quraşdırılması, kanalizasiya sistemi xətlərinin çəkilməsi, obyektin onun adına keçirilməsi razılaşması ilə ondan bir neçə dəfəyə hissəhissə 64.350,0 manat və 300,0 ABŞ dolları pul almışlar.Sonradan ona məlum olmuşdur ki, onlar iddiaçını aldadaraq iaşə obyektini Cavabdeh4 həyat yoldaşı Cavabdeh3 adına rəsmiləşdirmişlər.Ödənilmiş pulların geri qaytarılmasını tələb etməyinə baxmayaraq cavabdehlər tərəfindən həmin pullar bu günə kimi geri qaytarılmamışdır.Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 ilə aralarında baş vermiş işgüzar söhbətləri, işlə əlaqədar pulların alınıb-verilməsini təsdiq edən sübutları-telefon danışıqlarını diskə köçürülərik tədqiq edilməsi üçün birinci instansiya məhkəməsinə vəsatətlə təqdim olunmasına baxmayaraq, nədənsə məhkəmə tərəfindən həmin yazılar qeyri-qanuni yolla əldə olunmuş hesab edilərək tədqiq olunmamışdır.Hesab edir ki, birinci instansiya məhkəməsi birtərəfli mövqe tutub maddi və prosessual hüquq normalarını pozaraq həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamışdır.Şikayət ərizəsi əsasında Nərimanov rayon Rolis İdarəsinin İstintaq Şöbəsində 10 oktyabr 2020-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq edilmiş və 03 fevral 2021-ci il tarixdə işin icraatına xitam verilmişdir.09 mart 2021-ci il tarixdə Nərimanov rayon Prokurorluğu tərəfindən iş üzrə icraata xitam verilməsi barədə qərar ləğv edilmiş və istintaqın davam etdirilməsi Nərimanov RPİ İŞ-nə göndərilmişdir.15 aprel 2021-ci il tarixdə işin icraatına yenidən xitam verilmisi barədə qərarın qanunsuz və əsassız olmasına görə Nərimanov rayon Prokurorluğunun 15 iyul 2021-ci il tarixli qərarı ilə ləğv edilmiş və işin icvraatı təzələnərək yenidən istintaq edilməsi üçün qaytarılmışdır.Birinci instansiya məhkəməsində icraat zamanı tərəfindən yaranmış mübahisə üzrə cinayət işinin başlanaraq istintaq edilməsi və istintaq zamanı müəyyən edilmiş halların tədqiq olunmasına zərurət yaranmasını bildirsə də məhkmə buna təşəbbüs göstərməmişdir.Hesab edir ki, Apellyasiya instansiya məhkəməsi tərəfindən iddiasınn əsaslarını təsdiq edən və tərəfindən təqdim olunmuş ilk və əlavə sübutlar məcmu qaydada tədqiq olunaraq onlara hüquqi qiymət verilməlidir. Məhkəmə Kollegiyasının iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.Əlavə olaraq verilən suallara cavab olaraq bildirmişdir ki, sonradan iddia tələbinin həcminin artırılması barədə ərizəni, yəni cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 iddiaçıdan aldıqları 160.827,12 manat pulun, məzənnəyə uyğun olaraq 775 ABŞ dolları pulun, həmçinin də ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ona verilməsi barədə iddia tələbinin həcminin artırılması barədə ərizəni onun vəkili və nümayəndəsi vermişdir. Məhkəmə Kollegiyasının iclasında iştirak edən Cavabdeh4 apellyasiya şikayətinin rədd edilməsini xahiş etmişdir.Əlavə olaraq bildirmişdir ki, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa-Xuna bağlar sahəsi 183 ç ünvanında yerləşən iaşə obyektinin sənədləşdirilməsi üçün, həmçinin ümumiyyətlə iddiaçıdan heç vaxt pul, yaxud da borc almamışdır.Qeyd edilən obyekti 11 sentyabr 2017-ci il tarixdə arvadı Cavabdeh3 hərracdan 40.000,0 manata almışdır.Alarkən də bu obyektlə bağlı hər hansı mübahisə olduğunu bilməmişlər. Məhkəmə Kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinin rədd edilməsini xahiş etmişdir.Əlavə olaraq bildirmişdir ki, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa-Xuna bağlar sahəsi 183 ç ünvanında yerləşən iaşə obyektinin sənədləşdirilməsi üçün, həmçinin ümumiyyətlə iddiaçıdan heç vaxt pul, yaxud da borc almamışdır. İş üzrə digər Cavabdeh2 Məhkəmə kollegiyasına ərizə ünvanlayaraq ərizəsində göstərmişdir ki: “Məlumat üçün bildirirəm ki, Lötvü Cəbrayıldan pulu faizə mən almışam və tam şəkildə qaytarmışam. Onların heç bir xəbəri olmayıb və ondan heç vaxt pul almayıblar. Bunu Bakı Şəhər Baş Pİ-ndə, Nərimanov RPİ-ndə və Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı mübarizə idarəsində araşdırma zamanı da fakt öz təsdiqini tapmadığına görə Nəsimi rayon Məhkəməsində Hakim ədalətli qərar qəbul edərək onun iddiasını təmin etməmişdir. Lötvü Cəbrayılın söylədikləri şər-böhtandan başqa bir şey deyil, o, məndə verdiyi pulun faiznin faizini istəyir.Kovid -19 vaksini vurdurmadığından məni məhkəmə iclasına buraxmırlar.Ona görə də mən məhkəmə iclasında iştirak edə bilmirəm. Mənim bu qeyd etdiklərimi izahatım kimi qəbul edin.” Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmiş digər şəxslər məhkəmə iclasında iştirak etməmişdirlər.Məhkəmə Kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-cı maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kolegiyası tərəfləri dinləyərək, iş üzrə materialları və apelyasiya şikayətlərinin dəlillərini araşdıraraq, hesab edir ki, iddiaçının apelyasiya şikayəti qismən təmin olunmalı, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-1687/2021 saylı, 02.06.2021-ci il tarixli qətnaməsi ləğv edilməli və iddia tələbinin qismən təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, iş materiallarında olan, apellyasiya şikayətinin dəlilləri baxımından Bakı apellyasiya məhkəməsinin sorğusuna əsasən təqdim edilmiş və həmçinin Cavabdeh2 Məhkəmə kollegiyasına ünvanladığı ərizəsinə əlavə etdiyi “Cinayət işinin icraatına xitam verilməsi haqqında” Bakı şəhər Nərimanov RPİ-nin İŞ-nin 16 sentyabr 2021-ci il Qərardan müəyyən olunur ki, iş üzrə zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş X4 ifadəsində göstərmişdir ki, 2016-cı ilin dekabr ayında tanışı Cavabdeh2 ona müraciət edərək tanışı X2 ona 60000 manat pul borcunun olduğunu, bu barədə məhkəməyə iddia ərizəsi ilə müraciət etdiyim, məhkəmə Süleymanın adına olan Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa- Xuna bağlar massivi, sahə 183ç ünvanında yerləşən “Fantan” kafesini hərraca çıxardığını demişdir. Müzəffər xahiş etmişdir ki, ona maddi köməklik etsin, həmin kafeni alsınlar. Müzəffər həmçinin bildirmişdir ki, kafeni hərrac yolu ilə alıb onun adma keçirəcəkdir. O, Müzəffərlə razılaşmışdır.Müzəffər ona məhkəmədə evin sənədləşdirilməsində müəyyən xərclər olacağını, həmin xərclərin ödənilməsində ona köməklik etməsini bildirmişdir. 2016cı ilin oktyabr ayının ortalarında Müzəffər ona kafenin qiymətləndirilməsi üçün 700 manat pul lazım olduğunu bildirmişdir. O, həmin gün Bakı şəhəri Nərimanov rayonu, Montin adlanan ərazidə Müzəffərə 700 manat pul vermişdir. 08 dekabr 2016-cı il tarixdə Müzəffər ona məhkəmədə müəyyən xərclərin ödənilməsi üçün 300 ABŞ dolları lazım olduğunu bildirmişdir. O da həmin gün təxminən saat 11 radələrində Xətai rayon Məhkəməsinin qarşısında Müzəffərlə görüşüb ona 300 ABŞ dolları pul vermişdir. Bundan sonra iyun ayından Müzəffər ona kafeyə stol və stul alınmalı olunduğunu bildirmiş və 1000 manat pul istəmişdir. O, 14 iyun 2017-ci il tarixdə təxminən saat 11 radələrində Bakı şəhəri, Nərimanov metrostansiyasmm yaxınlığındakı parkın qarşısında Müzəffərlə görüşüb orada ona 1000 manat pul vermişdir. 07 sentyabr 2017-ci il tarixdə hərraca ilkin olaraq pul verilməsi üçün Müzəffər ondan 2000 manat pul istəmişdir. O da Müzəffər ilə razılaşıb həmin gün ünvan 5 ünvanında yerləşən hərrac təşkilatında Müzəffərə 2000 manat pul vermişdir. Həmin vaxt orada Müzəffərin tanışları adlarının sonradan Sərdar, Nazim və Nazimin həyat yoldaşı Sünbülə olduğunu bildiyi şəxslər də olmuşdur. Bir az keçdikdən sonra Müzəffər əlində qəbz ilə gəlmişdir. O qəbzə baxan zaman qəbzin üzərində Cavabdeh3 adının yazıldığını görmüşdür. 11 sentyabr 2017-ci il tarixdə Təhsil Nazirliyinin yaxınlığında yerləşən “VTB” bankın qarşısında Müzəffərə hərraca verilməsi üçün 11500 manat, 2017-ci ilin sentyabr ayının ortalarında Nərimanov rayonu. Nəriman Nərimanov metrostansiyasının qarşısında 5000 manat, 27 sentyabr 2017-cı ıl tarixdə hərraca verilməsi üçün Nərimanov rayonu ərazisində yerləşən "Kapital bank” ASC-də Müzəffərə 36000 manat pul vermişdir. Bu hadisələr olan müddətdə Müzəffər kafeni işlətmişdir. 2017ci ilin oktyabr ayının ortalarında Müzəffər ona 31000 manat pul gətirib vermiş və bildirmişdir ki, həmin pul bankın verdiyi puldur. Bu yolla Müzəffər daha da onun etibarını qazanmışdır. Bundan sonra Müzəffərə 06 noyabr 2017-ci il tarixdə “Yusifbəyli və partnyorları” Vəkil bürosunun qarşısında kafenin sənədləşmə işləri üçün 1000 manat, 20 noyabr 2017-ci il tarixdə Bakı şəhəri Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa-xuna bağlar massivi, sahə 183ç ünvanında yerləşən “Fantan” kafesində kafenin sənədləşmə işləri üçün 4000 manat, 21 noyabr 2017-ci il tarixdə eyni məqsədlə 2000 manat, sonuncu dəfə isə Nərimanov rayonu, Təbriz küçəsində yerləşən Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin qarşısında idarə etdiyi avtomobildə 10000 manat pul vermişdir, ki, Bundan sonra Müzəffər ona verdiyi vədə əməl etməmiş, kafeni onun adına keçirməmişdir. İş materiallarında olan, “Cinayət işinin icraatına xitam verilməsi haqqında” Bakı şəhər Nərimanov RPİ-nin İŞ-nin 16 sentyabr 2021-ci il Qərardan müəyyən olunur ki, iş üzrə şübhəli şəxs qismində dindirilmiş Cavabdeh4 ifadəsində göstərmişdir ki, Cavabdeh2 uzun müddətdir tanıyır. Müzəffərin Süleyman adlı şəxsdən alacaq pulu olmuş, həmin pulun 60000 manatı Müzəffərin oğlunun adından notarius vasitəsilə Süleymana verilmişdir. Süleyman Müzəffərə borcunu qaytarmadığından Müzəffər onu məhkəməyə vermişdir. Məhkəmənin qərarı ilə Süleymanın Müzəffərə olan borcun 40000 manatı Bakı şəhəri Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa-xuna bağlar massivində yerləşən bağ evinə yönəldilmişdir. Müzəffər ona demişdir ki, həmin bağ evini alsın, torpaq sahəsinə sənəd alıb girov qoyaq və götürdüyü pula Rusiya Federasiyasına meyvə vursunla.Həmin vaxt onlara pul lazım olmuş, Müzəffər İddiaçı borc pul almışdır. X10 Cəbrayıldan hansı məbləğdə borc pul aldığını bilməmişsdir. Həmin ərəfədə Müzəffər ona pul lazım oduğundan 5000 manat vermişdir. Bundan sonra hərracdan həmin bağ evini arvadının adma almışdır. Bundan sonra həmin bağ evinə sənəd almaq istəmişlər ki, obyekti çay evi kimi istifadə etsinlər. Bu səbəbdən Müzəffər İddiaçı 10000 manat borc almışdır. Həmin pulu Müzəffər sənədləşmə işlərinin aparılması üçün Vəliş adlı tanışma vermişdir. Lakin Vəliş sənədləşmə işləri aparmamış və onları aldadaraq pulu ələ keçirmişdir.O, özü İddiaçı hər hansı məbləğdə pul almadığını, onu aldadaraq pulunu ələ keçirmədiyini və ümumiyyətlə aralarından pul məsələsinin olmadığını bildirmişdir. Yuxarıda qeyd edilən Qərardan həmçinin görünür ki, iş üzrə şahid qismində dindirilmiş Cavabdeh3 Cavabdeh4 ifadəsinə oxşar məzmunlu ifadə verərək onun göstərdikləri xüsusatları eyni ilə təsdiq etmişdir. İş materiallarında olan, “Cinayət işinin icraatına xitam verilməsi haqqında” Bakı şəhər Nərimanov RPİ-nin İŞ-nin 16 sentyabr 2021-ci il Qərardan müəyyən olunur ki, iş üzrə şahid qismində dindirilmiş Cavabdeh2 ifadəsində göstərmişdir kı, Bakı şəhəri Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa-xuna bağlar massivi, sahə 183ç ünvanında yerləşən “Fantan" kafesində yaşamış və həmin ərəfədə oranı mühafizə etmişdir. Bundan sonra ona pul lazım olduğundan İddiaçı hissə-hissə olaraq bir neçə dəfə müəyyən məbləğlərdə faizə borc pul götürmüşdür. İddiaçı həmin kafeyə zorla iki ədəd paltarqurudan, bir ədəd kondisioner almaq istəmiş, həmçinin kafenin kafelini dəyişdirib ona sökdürüb yenidən özünə borclu etmək istəmişdir. Zorla ona avtomaşının verib, demişdir ki, “sat pulunu götür”. O da Lotfı Cəbrayıla demişdir ki, “mənə pul lazım deyil”. İddiaçı isə ona demişdir ki, “mən özüm sənə pul verirəm al götür”. O Lotfı Cəbrayıla demişdir ki, “köhnə avtomaşını kimdir alan”. X12 Bakı şəhəri Baş Polis İdarəsinə onun barəsində şikayət ərizəsi ilə müraciət edib bildirmişdir ki, guya qeyd etdiyi markalı avtomobili sonuncu ona 15000 manata zorla satdırıb. Sonradan o, Cəbrayıldan əlavə 10000 manat faizə pul istəmiş və sonuncu ona 2000 manat pul vermişdir. O, Cəbrayıla 10000 manat istədiyini dedikdə isə sonuncu ona demişdir ki, 6000 manat faizi götürüb, 2000 manatını da iranlı rəssama verəcək. O, Cəbrayıldan soruşmuşdur ki, “sən mənə gətirdiyin pulu rəssama niyə vermisən?”. Cəbrayıl isə ona demişdir ki, rəssam Nazimin dostudur, sonra iranlı rəssamla farsca danışıb Cəbrayıl onu rəssamla düşmən etmişdir. O, Cəbrayıldan ilk dəfə 36000 manat faizə pul almış, həmin puldan 3500 manatını tanışı Nazimə övladının təhsil haqqını ödəməsi üçün vermişdir. Həmçinin, oğlu Təbrizi DTX-ya işə düzəltmək istəmiş və bu məqsədlə 30000 manat pulu tanışı Ruslanın əvəzinə onun borclarını ödəmiş, indi də Ruslanla bağlı araşdırma aparıldığını bildirmişdir. Qalan pulu isə özü xərcləmişdir. Sonradan Ruslan oğlunun işini həll etməmiş, o da tanışlarından həmin məbləğdə pulu alıb düzəltmişdir ki. Cəbrayıla borcunu qaytarsın. Təxminən 20 gün sonra o Cəbrayıldan aldığı 36000 manat pulu onun yaşadığı Bilgəh qəsəbəsində yerləşən evində şəxsən onun özünə geri qaytarmışdır. Həmin vaxt yenidən Cəbrayildan 5000 manat pul faizə almışdır. Daha sonra hissə-hissə ümumilikdə 28500 manat Cəbrayıldan faizə olaraq borc pul almış, həmin puldan 15000 manatını 2018-ci ilin iyun-iyul aylarında Bakı şəhəri Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa-xuna bağlar massivi, sahə 183ç ünvanında yerləşən “Fantan” kafesində ona geri qaytarmış və əvvəldən ondan götürdüyü 15000 manat pulun əlavə faizlərini ödəmişdir. 25 dekabr 2017-ci il tarixdə Cəbrayıldan 10000 manat faizə pul istəmiş və demişdir ki, “Fantan” kafesini Nazim həyat yoldaşının adma keçirəcək və kafeni satdıqda pulu ona geri qaytaracaq. Cəbrayıl razılaşmış və ona Nazimin yanında 10000 manat pul vermişdir. O, həmin pulu tanışı Vəlişə kafenin sənədləşmə işlərinin aparılması üçün vermiş. Lakin sonradan Vəliş kafenin sənədləşmə işlərini aparmayaraq pulunu ələ keçirmişdir.Cəbrayı Lotfıni aldadaraq cinayət yolu ilə pulunu ələ keçirmədiyini, ondan yalnız faizə olaraq borc pul aldığını, hazırda ona heç bir borcunun olmadığını bildirmişdir. Cəbrayılın ifadəsində qeyd etdiyi 13500 manat pul isə ondan faizə aldığı borc pulun faizidir. İş üzrə Cavabdeh2 Məhkəmə kollegiyasına məhkəmənin dəftərxanası, həmçinin “Elektron Kabinet” vasitəsilə ərizə ünvanlayaraq ərizəsində göstərmişdir ki: “Məlumat üçün bildirirəm ki, Lötvü Cəbrayıldan pulu faizə mən almışam və tam şəkildə qaytarmışam. Onların heç bir xəbəri olmayıb və ondan heç vaxt pul almayıblar. Bunu Bakı Şəhər Baş Pİndə, Nərimanov RPİ-ndə və Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı mübarizə idarəsində araşdırma zamanı da fakt öz təsdiqini tapmadığına görə Nəsimi rayon Məhkəməsində Hakim ədalətli qərar qəbul edərək onun iddiasını təmin etməmişdir. Lötvü Cəbrayılın söylədikləri şər-böhtandan başqa bir şey deyil, o, məndə verdiyi pulun faiznin faizini istəyir.Kovid -19 vaksini vurdurmadığından məni məhkəmə iclasına buraxmırlar.Ona görə də mən məhkəmə iclasında iştirak edə bilmirəm. Mənim bu qeyd etdiklərimi izahatım kimi qəbul edin.” Beləliklə, hazırkı iş üzrə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 iddiaçıdan aldıqları 64 350 manat, məzənnəyə uyğun olaraq 300 ABŞ dolları pulun, həmçinin də ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.Lakin sonradan iddia tələbinin həcminin artırılması barədə ərizədə göstərilən məbləğə dair hər hansı dəlillər irəli sürməmişdir. Həmçinin, iş materiallarından və tərəflərin izahatından, Cavabdeh2 ərizəsindən, Cinayət işinin icraatına xitam verilməsi haqqında” Bakı şəhər Nərimanov RPİ-nin İŞ-nin 16 sentyabr 2021-ci il Qərardan müəyyən olunur ki, Cavabdeh2 İddiaçı ilk dəfə 36.000,0 manat faizə pul almış, daha sonra hissə-hissə ümumilikdə 28.500,0 manat Cəbrayıldan faizə olaraq borc pul almış, 25 dekabr 2017-ci il tarixdə Cəbrayıldan 10000 manat faizə pul istəmiş və demişdir ki, “Fantan” kafesini Nazim həyat yoldaşının adına keçirəcək və kafeni satdıqda pulu ona geri qaytaracaq. Cəbrayıl razılaşmış və ona Nazimin yanında 10.000,0 manat pul vermişdir.Beləliklə, Cavabdeh2 İddiaçı ümumilikdə 74.500,0 manat pul aldığını qəbul etmiş, lakin hazırda onun iddiaçıya heç bir borcunun olmadığını bildirmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda sadalanan prosessual normaların tələblərindən çıxış edərək Kollegiya qeyd edir ki, Cavabdeh2 İddiaçı ümumilikdə 74.500,0 manat pul aldığını qəbul etmiş, hazırda onun iddiaçıya heç bir borcunun olmadığını bildirmiş, lakin pulun qaytarıldığını sübut etmək vəzifəsi Cavabdeh2 vəzifəsi olmasına baxmayaraq qeyd edilən pul məbləğinin bütövlükdə qaytarılmasını təsdiq edəcək hər hansı sübutu təqdim etməmişdir. Kollegiya nəzərə alır ki, iddiaçı 64. 350,0 manat və manata məzənnəyə uyğun olaraq 300,0 ABŞ dolları pulun cavabdehlərdən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.Lakin sonradan iddia tələbinin həcminin artırılması barədə ərizədə göstərilən məbləğə dair hər hansı dəlillər irəli sürməmişdir və hər hansı sübut təqdim etməmişdir. Odur ki, iddia qismən- Cavabdeh2 64. 350,0 manat və manata məzənnəyə uyğun olaraq 300,0 ABŞ dolları pulun tutularaq İddiaçı ödənilməsi hissəsində əsaslıdır. Kollegiya həmçinin qeyd edir ki, iddiaçı digər cavabdehlər Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 pul borc verdiyini sübut edə bilməmişdir.Odur ki, iddia həmin cavabdehlərə münasibətdə əsaslı hesab oluna bilməz. Mülki Məcəllənin 324.2-ci maddəsinə görə, əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Mülki Məcəllənin 331.1-ci maddəsinə görə, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Həmin Məcəllənin 740.1, 740.2-ci maddələrinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmçinin, Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: Apelyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-1687/2021 saylı, 02.06.2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İddia qismən təmin olunsun. Cavabdeh2 64. 350,0 (altmış dörd min üç yüz əlli) manat və ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi manata məzənnəyə uyğun olaraq 300,0 (üç yüz) ABŞ dolları pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin olunmasın. Ödənilmiş 30 manat dövlət rüsumuna görə15 (on beş) manat Cavabdeh2 tutularaq iddiaçıya ödənilsiin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-9515/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9515/2021
01.12.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver